Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə12/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

insanı şöhrətin ən yüksək pilləsinə yüksəldə
biləcək iki sənət vardır: biri - yaxşı sərkərdənin sənətkarlığı,
d ig əri-ya xşı natiqin sənətkarlığı.
Bu kəlam Siseronun ritorikanın mahiyyətinə baxışlarını əks 
etdirir. Ritorika- siyasətin funksiyasıdır.
Tarix göstərir ki, sonrakı dövrlərdə də tamnmış siyasi xadimlər 
böyük natiqlər olmuşlar.
Nəzərə almaq lazımdır ki, natiqlik sənəti həmişə müəyyən so­
sial zümrələrin, qrupların, ayrı-ayrı ictimai şəxslərin maraqlarına 
xidmət etmişdir və xidmət edir. O, həm həqiqətə, həm də yala­
na xidmət edə və eyni qayda ilə həm əxlaqi məqsədlərlə, həm də 
əxlaqsızlıq məqsədilə istifadə oluna bilər.
Qədim Yunanıstandan başlayaraq, natiqlik sənətinin bütün ta­
rixi boyunca «natiqlik sənəti kimə və necə xidmət edir?» sualı əsas 
məsələ olmuşdur. Bu məsələnin necə həll edilməsindən asılı ola­
raq, natiqlik sənətinə, bu sənət haqqındakı elmə və natiqin özünə 
olan münasibət müəyyənləşdirilirdi.
Natiqlik sənətində natiqin mənəvi mövqeyi, demək olar ki, ən 
mühüm məsələdir. O təkcə siyasi xadim üçün yox, sözü insanla­
rın taleyinə təsir edə biləcək, onlara düzgün qərar qəbul etməkdə 
kömək göstərəcək istənilən natiq üçün də mühümdür.
Natiqlik sənəti tarixi hadisədir 
Bu və ya digər natiqin 
fəaliyyətini qiymətləndirərkən, biz həmişə həmin natiqin ictimai 
maraqlarını ifadə etdiyi cəmiyyətin mövcud olduğu tarixi dövrü 
nəzərə almalıyıq. Yaddan çıxarmaq olmaz ki, hər bir tarixi dövr na­
tiqin üzərinə müəyyən vəzifələr qoyur və ona öz tələblərini verir.
27


Natiqlik sənəti mürəkkəb sintetik xarakterə malikdir. Fəlsəfə, 
məntiq, psixologiya, pedaqogika, dilçilik, etika, estetika-natiqlik 
sənətinin əsaslandığı elmlərdir. M üxtəlif sahələr üzrə mütəxəssisləri 
gözəl danışıq qabiliyyətinin müxtəlif problemləri maraqlandı­
rır. Məsələn, linqvistlər şifahi nitq mədəniyyətinin nəzəriyyəsini 
işləyir, natiqlərə doğma dilin xəzinəsindən necə bəhrələnmək 
barədə məsləhətlər verirlər. Psixoloqlar nitq məlumatlarının dərk 
olunması və təsiri məsələlərini öyrənir, kütlə qarşısında çıxışlar za­
manı sabit diqqət problemləri ilə məşğul olur, natiqin şəxsiyyətinin 
psixologiyasını, insanların sosial-psixoloji cəmiyyəti kimi audito­
riyanın psixologiyasını tədqiq edirlər. Məntiq natiqə öz fikirlərini 
ardıcıl, düzgün çatdırmağı, çıxışını düzgün qurmağı, irəli sürdüyü 
müddəaların düzgünlüyünü sübut etməyi və rəqiblərin iddialarını 
rədd etməyi öyrədir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin