Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə13/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Natiqlik sənətinin növləri 
Natiqlik sənəti heç vaxt təknövlü 
olmamış, konkret tətbiq sahəsindən asılı olaraq, tarixən müxtəlif 
növlərə bölünmüşdür.
M üasir elmi və metodik ədəbiyyatda natiqin nitqinin çoxsaylı 
növləri sadalanır və onlar m üxtəlif əsaslara görə təsnif edilir. Bəzi 
müəlliflər şifahi çıxışları monoloji və dialoji, digərləri isə emosio­
nal və rasional olaraq təsnif edirlər.
Nitqin əsas növləri sosial baxımdan yerinə yetirdiyi funksiya­
dan asılı olaraq nitqin müəyyən formalarım birləşdirir:
• Sosial-siyasi natiqliyə sosial-siyasi və siyasi-iqtisadi mövzu­
larda məruzələr, siyasi nitq, diplomatik nitq, siyasi icmal, mitinq 
nitqi, təşviqatçı nitqi;
• Akademik natiqliyə - ali məktəb mühazirələri, elmi məruzə, 
elmi icmal, elmi məlumat;
• Məhkəmə natiqliyinə - prokurorun, yaxud ittihamçının nit­
qi; ictimai- ittiham nitqi; vəkil, yaxud müdafiəçi nitqi; ictimai- 
müdafiə nitqi; müttəhimin özünümüdafiə nitqi;
• Sosial-məişət natiqliyinə - yubiley nitqi, masa ətrafındakı 
nitq (tost), xatirə nitqi (dəfn zamanı nitq);
• Dini-məscid(kilsə) nitqinə - moizə, dini müəssisədəki nitq 
aid edilir.
28


Bu təsnifat bütövlükdə düzgündür və müasir natiqlik sənətini 
kifayət qədər geniş əks etdirir, lakin natiqlik sənətinin bütün növ­
lərini əhatə etmir. Xüsusən, bu təsnifatda diskussiya və polemi­
ka natiqlikləri, natiqin nitqinin replika, mətbuat konfranslarında 
suallara verdiyi cavablar, «dəyirmi masa» arxasındakı söhbətlər, 
həmçinin radio və televiziyada istifadə edilən natiqlik növləri kimi 
səmərəli formaları qeyd olunmur. Sosial-məişət, sosial-siyasi, aka­
demik, məhkəmə, məscid-dini natiqliyi ilə yanaşı aşağıdakı növlər 
də qeyd edilir:
• parlament natiqliyi sosial-siyasi natiqliyin bir növü kimi;
• diplomatik natiqlik (beynəlxalq konfransda nitq və diploma­
tik akt prosesində natiqlik);
• hərbi natiqlik (əmr-nitq, təlimat-nitq, hərbi-siyasi mövzuda 
çıxış, ruhlandırıcı nitq, çağırış);
• ticarət nitqi (reklam);
• mühazirə-təbliğat nitqi(elmi-nəzəri mühazirə, elmi-kütləvi 
mühazirə, elmi-metodik mühazirə, kino-mühazirə, mühazirə- 
ekskursiya, mühazirə-konsert, mühazirə-məlumat, söhbət, repor­
taj, xatirələr, təlimat, nümayiş, silsilə mühazirələr);
• dialoji natiqlik (tətbiq formaları: mübahisə, diskussiya, dis- 
put, söhbət, işgüzar müşavirə, intervyu, mətbuat konfransı, işgüzar 
oyun, «dəyirmi masa», sual-cavab gecəsi və s.).
Akademik natiqliyə üç əsas növ aid edilir: bilavasitə akade­
mik natiqlik özü (alimlər arasında- elmi məruzə, referat, icmal), ali 
məktəb natiqliyi (mühazirə, silsilə mühazirələr) və məktəb natiqli­
yi (müəllimin nəqli, məktəb mühazirəsi və b ).
1.3. R itorika: fəaliyyət, fənn, dünyagörüşü

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin