Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə11/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası 
Natiqlik 
sənətinin sosial hadisə kimi meydana gəlməsinin obyektiv səbəbi ic­
timai əhəmiyyətə malik olan məsələlərin müzakirə və həll edilməsi 
zərurəti oldu. Bu və ya digər nəzər nöqtəsini əsaslandırmaq, irəli 
sürülmüş ideyaların və müddəaların düzgünlüyünü sübut etmək, 
öz mövqeyini müdafiə etmək, dinləyiciləri inandırmaq və onların 
seçiminə təsir etmək üçün söz sənətinə yaxşı yiyələnmək lazım idi.
Tarix göstərir ki, natiqlik sənətinin meydana gəlməsi və inki­
şafının, həyati əhəmiyyətli problemlərlə bağlı fikir mübadiləsinin, 
mütərəqqi ideyaların, tənqidi fikrin təkanverici qüvvəsinin mühüm 
şərti idarəetmənin demokratik formaları, vətəndaşların ölkənin 
siyasi həyatında fəal iştirakıdır. Heç təsadüfi deyil ki, natiqlik 
sənətini «demokratiyanın mənəvi övladı» adlandırırlar.
23


Ritorikanın bu xüsusiyyəti hələ Qədim Yunanıstanda meydana 
çıxmışdır. Məsələn, Afinada mövcud azad demokratik quruluşda 
vətəndaşlar tez-tez məhkəmədə, yaxud xalq yığıncağında çıxış 
etməli, polisin işlərində fəal iştirak etməli olurdular.
Xalq yığıncağında partiyalar arasında keçirilən müzakirələr 
zamanı qarşı tərəflər arasında məhkəmədə tez- tez sərt mübahisələr 
yaranırdı. Məhkəmədə işləri uğurla aparmaq, yaxud xalq yığın­
cağında yaxşı çıxış etmək üçün səlis və inandırıcı danışmağı, öz 
mövqelərini müdafiə etməyi, qarşı tərəfin fikrini puça çıxarmağı 
bacarmaq lazım gəlirdi ki, bu zaman afinalılar üçün natiqlik ustalı­
ğına malik olmaq və mübahisə etmək bacarığına yiyələnmək tələb 
olunurdu.
Tarixçilər söyləyir ki, hərbi Sparta dövləti özündən sonra 
varislərinə heç bir ləyaqətli miras qoymamışdır, halbuki Afina özü­
nün meydanlardakı, məhkəmələrdəki, xalq yığıncaqlanndakı de­
mokratik mübahisələri ilə qısa zaman ərzində dünyaya çox böyük 
mütəfəkkirlər, alimlər, şairlər verdi, ölməz mədəniyyət nümunələri 
yaratdı.
Tədqiqatçıların qeyd etdiyi kimi, cəmiyyətin həyatında baş 
verən keçid dövrlərində natiqlik sənəti daha fəal şəkildə inki­
şaf etmişdir. O, xalq kütlələrinin mühüm dövlət məsələlərinin 
həllində iştirakına tarixi ehtiyac yarandıqda daha geniş tətbiq 
olunur. Natiqlik sənəti insanları inandıraraq, ilhamlandıraraq və 
istiqamətləndirərək ümumi iş ətrafında birləşdirməyə kömək edir. 
Nitq mədəniyyətinin İntibah dövründə, sosial inqilablar zamanı, 
ictimai hərəkata milyonlarla zəhmətkeş kütlələrin cəlb olunduğu 
zamanlarda çiçəklənməsi də bu fikri təsdiq edir.
Bu da təsadüfi deyil ki, ritorikanın dirçəlişi XX əsrin orta­
larından Qərbdə və Şərqdə (Yaponiyada), vahid, ümumiləşdirici 
nəzəriyyəyə, humanitar dərketmənin xüsusi məntiqinə ehtiyacı 
olan informasiya nəzəriyyəsinin sürətlə inkişaf etdiyi bir zamana 
təsadüf edir.
Yeni dövr cəmiyyətin kapitallaşması və kütlələrin demokra­
tikləşmə uğrunda mübarizəsi ilə əlamətdardır. Bu amillər siyasi və 
məhkəmə natiqliyinin dirçəlməsinə səbəb olur.
24


Siyasi nitqin təşəkkülü ilk növbədə parlament debatlan 
prosesində baş verirdi. Məhkəmə natiqliyi isə burjuaziya cəmiy­
yətinin demokratikləşməsi prosesləri ilə şərtlənirdi. Bunlar isə hü­
quqi bazanın formalaşdırılması olmadan obyektiv şəkildə müm­
kün deyildi, bu da, öz növbəsində, hüquqşünaslann fəaliyyətinin 
artması ilə bağlı idi.
Ritorikanın tarixi təsdiq edir ki, «heç nə demokratiyanın qüv­
vəsini və onu hədələyən təhlükələri ictimaiyyət qarşısında söylənən 
nitq kimi ifadə etmir». Natiqlik sənəti üzrə tədris vəsaiti yaratmış 
məşhur amerikalı alim P.L.Soperin bu sözlərində natiqlik sənətinin 
ictimai əhəmiyyəti və ona olan ictimai tələbat qabardılır.
N atiqlik sənəti və siyasət İnkişafının çoxəsrlik tarixi boyu 
natiqlik sənəti cəmiyyətin həyatının mənəvi, ideoloji, sosial-siyasi 
sahələrində istifadə edilmişdir. Lakin siyasi fəaliyyət sahəsində o, 
daha geniş tətbiq olunmuşdur.
Antik dövrdən başlayaraq, natiqlik və siyasət sıx əlaqədə olmuş­
dur. Belə ki, Qədim Yunanıstanın bütün məşhur natiqləri böyük siyasi 
xadimlər idi. Məsələn, 15 il boyunca Afinanı idarə edən Perikl haq­
qında söylənirdi ki, «onun dodaqları arasında inandırma ilahəsi yurd 
salmışdın) və «o öz dinləyicilərinin qəlbinə ildınm oxları atırmış».
Qədim Yunanıstanın ən gözəl natiqi olan Demosfen də bö­
yük siyasi xadim idi. Qədim yunan tarixçisi Plutarx yazırdı ki, 
Demosfen əvvəlcə şəxsi işlərini qaydaya salmaqdan ötrü nitq 
mədəniyyətinə üz tutmuş, ustalıq və qüvvəyə yiyələndikdən sonra 
isə dövlət səviyyəsində yarışmalarda birincilik əldə edərək, bütün 
həmvətənlərindən üstün olmuş, natiqliyin zirvəsinə yüksəlmişdir.
Demosfen Afina quldarlıq demokratiyasının müdafiəçisi idi. 
30 il ərzində o, qəzəb və heyrətamiz inadkarlıqla Afinanın əsas 
düşməni olan Makedoniya çan Filippin əleyhinə nitqlər söyləyir, 
vətəndaşlan aralanndakı bütün narazılıqlan bir kənara qoya­
raq Filippin əleyhinə birləşməyə səsləyirdi. Demosfenin nitqləri 
dinləyicilərə qüvvətli təsir bağışlayırdı. Belə rəvayət edirlər ki, 
Demosfenin nitqinin məzmununu Filippə çatdıranda, bu nitqlə ta­
nış olan Filipp söyləmişdi ki, əgər o, bu nitqi dinləmiş olsaydı, 
yəqin ki, özü özünə qarşı müharibəyə səs verərdi.
25


İnadlı zəhməti hesabına (tərcümeyi-halından məlumdur ki, 
onun çoxlu fiziki qüsurları var imiş) özünü kütlə qarşısında çıxış­
lara hazırlayan və bütün natiqlik ustalığını vətənə xidmətə həsr 
etmiş Demosfen natiqin nitqinin sosial təbiətini düzgün müəyyən 
etməyi bacarmışdı. Esxinin Makedoniya yönümlü partiyasına qar­
şı söylədiyi «Çələng haqqında» adlı məşhur nitqində Demosfen 
natiqlik sənətinin siyasətlə əlaqəsini göstərmişdi: «Esxin, natiqin 
şöhrətini söz yox, səsin avazı yox, onun siyasətinin istiqaməti 
təşkil edir».
Natiqlik sənəti qədim Romada da böyük siyasi qüvvə idi.
Siyasi karyeraya hazırlaşan və özlərini gələcəkdə dövlət 
rəhbəri görmək istəyən insanlar da auditoriyanı inandırmaq baca­
rığını yüksək dəyərləndirirdilər. Heç də təsadüfi deyil ki, e.ə. II 
əsrin ortalarında Romada yunan ritorlan meydana çıxdı və orada 
ritor məktəbləri açıldı. Gənclər bu məktəblərə axın etdilər.
Lakin yunan ritorika məktəblərində təhsil almaq heç də hamı­
ya nəsib olmurdu: ritorlann dərsləri ucuz deyildi və orada yalnız 
yunan dilini mükəmməl bilənlər təhsil ala bilirdi. Əslində, yunan 
məktəblərinə yalnız sonralar dövlətin başında duracaq zadəgan 
uşaqları gedə bilirdilər. Buna görə də hakimiyyət yunan ritorlanna 
maneçilik törətmir, onların açdıqları məktəblərə müsbət münasibət 
bəsləyirdi.
Lakin e.ə. I əsrdə ritorikanın latın dilində tədris edildiyi 
məktəb açılanda senat həyəcanlandı. Qədim Romada natiqlik həm 
hörmətli, həm də gəlirli sahə idi. Zadəganlar indiyədək yalnız öz 
oğlanlarının istifadə edə bildiyi bu kəskin silahın başqa silklərin 
nümayəndələrinin əlinə keçməsinə yol verə bilməzdilər. Nəticədə 
92-ci ildə «Latın ritor məktəblərinin qadağan edilməsi haqqında» 
edikt (fərman) verildi.
Qədim Yunanıstanda olduğu kimi, Qədim Romanın məşhur 
natiqləri də tamnmış siyasi xadimlər idi. Belə ki, ilk Roma 
natiqlərindən biri Romanın e.ə.III- II əsrlərdə yaşamış dövlət xadimi 
Böyük Mark Katon olmuşdur. Karfagenin barışmaz düşməni olan 
Katon özünün Senatdakı hər bir nitqini sonralar çox məşhurlaşmış 
aşağıdakı sözlərlə bitirirdi: «Hər halda, mən düşünürəm ki, Kar-
26


fagen dağıdılmalıdır». Bu ifadədən bu gün də düşmənlərə, yaxud 
hansısa bir maneəyə qarşı inadlı mübarizəyə çağırış kimi istifadə 
edilir.
Daha sonrakı dövrlərin tanınmış natiqləri məşhur dövlət 
xadimləri və aqrar islahatın həyata keçirilməsinin tərəfdarları - 
Tiberiy və Kay Qrakx olmuşlar. M əşhur Roma natiqləri arasında 
Romanın siyasi xadimi və sərkərdəsi M ark Antoni də görkəmli yer 
tutur. Lakin o dövrün ən görkəmli siyasi xadimi M ark Tuliy Sise- 
ron olmuşdur.
Siseron yazırdı: 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin