Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə7/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Təsir göstərm ənin estetik form alarının
xüsusi rolu ilk dəfə 
çox aydın şəkildə Siseron tərəfindən vurğulanmışdır. Yalnız bir 
sitatla kifayətlənək: 
"İnsanlar kim in qarşısında həyəcanlanırlar?
Kim danışarkən ona sarsılm ış şəkildə baxırlar? K im ə heyran olur­
lar? K im i az qala insanlar arasında A llah hesab edirlər? Kim ki
cəlbedici sözlərlə, rəngarəng obrazlarla diqqəti cəlb edərək sərrast
danışır... sonra nəsrin özünə nəsə bir şeir parçası daxil edir
-
bir
sözlə, gözəl danışır
.”
Ümumiyyətlə, göstərdiyimiz nümunədən göründüyü kimi, es­
tetik təsir burada nitqin məzmunundan çox, onun xarici forması ilə 
əlaqələndirilir.
5. Antik ritorika inandırma prosesinin məqsəd istiqamətinin, 
əxlaqi-etik, məntiqi, psixoloji və estetik təbiətinin dərk edilməsi 
üçün əsaslar yaratsa da, onunla məqsədin həyata keçirilməsinə 
kömək edən xüsusi vasitə, yəni dil arasındakı qanunauyğun əlaqəni 
aşkara çıxara bilməmişdi. Lakin bu istiqamətdə də müəyyən uğur­
lar əldə edilmişdi.
6. Özünün, təəssüf ki, bizə gəlib çatmamış «Üslub haqqında» 
əsərində Teofrast nitqin keyfiyyətləri haqqında təlimi formalaşdır­
mışdır. Sonralar bu təlim Aristotel, Siseron və Kvintilian tərəfindən 
inkişaf etdirilmişdir. Bu təlimin əhəmiyyəti 
düzgünlük
kimi adi 
bir xassənin ritorik nitqin xüsusiyyətlərini müəyyənləşdirən bü­
tün digərlərinə qarşı qoyulmasıdır. İkinci mühüm məsələ - rito­
rikanı digər linqvistik fənlərdən ayırmaq və onun qrammatika ilə 
eyniləşdirilməsindən qaçmaqdır.
7. İlk «ritorlar» daha çox incəsənət aləminin nümayəndələri 
- aktyorlar, müğənnilər, rəqqaslar idi. Əvvəllər söz əsas rol oyna­
mırdı, musiqi, hərəkətlər, jestlər daha əhəmiyyətli sayılırdı. Xarak­
terikdir ki, ritorikanın öyrəndiyi yunan sözü və onun latın analoqu 
«fiqura» - «nitqin əsas bəzəkləri» ilkin mənada rəqslərdə müəyyən 
hərəkətlər, bir növ, rəqs «pa»lan mənasını bildirirdi. Adi, sadə, 
təbii nitq donmuş, hissləri gizlədilmiş, yaxud heç bir hissi olma­
15


yan, daşlaşmış bədən və üzlə müqayisə edilirdi. Əksinə, hərəkətlər, 
yaxud jestlər öz hisslərini ifadə edə bilmək və danışmaq bacanğı 
ilə əlaqələndirilirdi.
Ritorika elm olmaq üçün özünün xüsusi vasitələrini tapmalı 
idi. Bu baxımdan ən mühümü o idi ki, Aristotel «sxem» terminini 
sadəcə ritorika ilə deyil, hətta qrammatika ilə əlaqələndirmişdir.
8. Antik ritorikada fikir fiquru və söz fiquru bölgülərinin təqdim 
edilməsi böyük əhəmiyyətə malik idi, bunun ardınca Kvintilianın 
«Ritorik nəsihətlərin on iki kitabı» adlı fundamental əsərinin 8 və 
9-cu kitablarında dəqiq, demək olar ki, tam təsnifat verilmişdi.
9. Antik ritorika fikir fiquru anlayışını kifayət qədər aydın 
müəyyənləşdirməyi, onun sərhədlərini cızmağı, xüsusi struktur- 
semantik təşkil edilmə ilə səciyyələnməyən təsvir üsullarından 
ayrılmağı bacarmamışdı. Lakin qarşıya başqa- fiqur və troplann 
(məcazların) fərqləndirilməsi kimi mühüm məsələ qoyulmuş və bu 
məsələnin həlli yollan müəyyənləşdirilmişdi. Siseron bu fərqləri 
məcazi- söz və fiquru söz birləşməsi kimi qarşılaşdırmaqda görür, 
Kvintilian isə belə hesab edirdi ki, adi nitq parçasını məcazla əvəz 
etmək ona yeni məna verir, fiqurla əvəz etmək isə - yox. Lakin bu 
müəlliflər də m əcazlann tam təsnifatını verməmişlər. Belə təsnifatı 
ilk dəfə m əcazlann 37 variantını və 14 əsas çoxnövlüyünü sadala­
yan Trifonda görürük.
Qeyd etmək lazımdır ki, ritorika XV əsrədək əsasən sxolastik, 
XVI əsrdən humanist, XVII əsrdə isə reformist olmuşdur.
Bunlan 
sxolastik dövrün
əlamətləri hesab etmək mümkündür: 
üslub qanun səviyyəsinə yüksəlir- burada həm geyim tərzi, həm 
nitq etiketi var; təlimin əsasında yüksək, orta və aşağı üslublar du­
rur. Ritorik qaydalann bu mərhələsinin təsiri XVIII əsrin ünsiyyət 
təcrübəsində aydın şəkildə əks olunur.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin