Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə5/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

4. M em oria
(yaddaş üçün müxtəsər qeyd)- hazırlanmış mətnin 
yadda saxlanması, yaddaşın, onun yüksək hazırlığının məşqi;
10


5. 
Aksiya,
yaxud ifa - nitqə qüsursuz yiyələnmə, şifahi ifadəlilik 
ustalığı, özünü idarə etmək bacarığı, jestlər və s.
Qədim ənənələrə müvafiq olaraq, ritorikanın digər elmlərlə 
əlaqələrini müəyyənləşdirmək mümkündür. Onu:
m əntiqlə
- nitqi mühakimələr, sübutlar, əsaslandırmalar, eyniy­
yət və kifayət qədər əsaslandırma qanuni an;
fəlsəfə
ilə - əxlaq, mənəviyyat problemləri, xeyir və şər, xoş­
bəxtlik və əzab, dünyagörüşü problemləri;
siyasətlə
- hakimiyyət və azadlıq, mülkiyyət, ictimai münasi­
bətlər, müharibə və sülh problemləri;
hüquqsünaslıqla
- insan hüquqlan, məhkəmə praktikası; 
filologiya ilə
- dil, onun vasitələri, üslublan, nitqin ifadəliliyi, 
prosodiya (hecalann tələffüz üsulu), ədəbiyyat, poetika, janrlar, te­
atr birləşdirir.
İnandırma, həqiqətəuyğunluq məsələsi çox qəti şəkildə qoyulur­
du - ellinlər mövqelərində dönməz idilər: məlum olduğu kimi, Sok­
rat, Demosfen əqidələrindən dönməkdənsə, ölümü üstün tuturdular.
O dövrün ritorikasındakı filoloji məsələlər üzərində bir qədər 
ətraflı dayanmağa dəyər: yüksək və aşağı üslublar, bədii və işgüzar 
üslublar, həmçinin prosodik (tələffüz) kateqoriyalar- nitqin ritmi, 
intonasiyanın yüksəkliyi, səslənmə qüvvəsi, nitqin sürəti, vurğu, 
fasilə kimi məsələlərə xüsusi olaraq diqqət yetirilir, fiqurlar və sayı 
200-ə çatan məcazlar dərindən öyrənilirdi.
İmprovizələr kifayət qədər yüksək dəyərləndirilsə də, hərtə­
rəfli, fəal hazırlığa -söylənəcək nitqin mətninin yazılmasına, hər 
bir ifadənin cilalanmasına üstünlük verilirdi. Yeri gəlmişkən, əgər 
bunlar olmasaydı, Qədim Yunanıstan və Romamn böyük natiqləri 
olan - Demosfenin, Siseronun və başqalarının nitqləri bizə, sadəcə 
olaraq, gəlib çatmazdı.
Hərtərəfli biliyə malik olan alim, «Metafizika», «Məntiq», 
«Siyasət», «Poetika», «Anälitika» əsərlərinin müəllifi, Böyük Pla­
tonun şagirdi olan Aristotel öz dövrü üçün çox əhəmiyyətli əsəri­
ni- üç kitabdan ibarət «Ritorika»nı yazmaqla insanın təfəkkür və 
mənəvi zənginliklər aləmini əhatə etmişdi.
11


Aristotel bəlağətli nitq elminin məqsədini xeyrə və insan 
xoşbəxtliyinə xidmət etməkdə görürdü. Həm də sonuncuya xü­
susi diqqət yetirərək, onu «ləyaqətdən ruhlanmış firavanlıq» 
(ləyaqətdən qol-qanad almış rifah) kimi qiymətləndirirdi. Xoş­
bəxtliyin meyarları kimi isə bunları göstərirdi: insanlar arasında 
hörmətli olmaq, sevimli işində uğur qazanmaq, mehriban ailə, nə­
hayət, ən başlıcası- «yaxşı, yaxın dostu olmaq».
Aristotel natiq üçün zəruri olan keyfiyyətləri göstərir - bun­
lar yüksək savad, ictimai fəallıq, xalqın hörmət bəslədiyi vəzifə, 
dövlət xidmətləri, nitq ustalığı, qüsursuz namusluluqdur.
Əsərinin bir çox səhifələrində o, natiqlik bacarığı və biliyi ol­
mayan və bu baxımdan çıxış edənlə eyni səviyyədə dura bilməyən 
insanlar qarşısında çıxışlara əvvəlcədən hazırlaşmağa natiqin 
mənəvi haqqının nə dərəcədə olmasından bəhs edir. Düzdür, o 
həmişə üstünlüyü natiqə verir.
O, 
dövlətin özünü qarşılıqlı nitq fəaliyyəti sistemi kimi qiy­
mətləndirir, bu mənada ailə və dövləti eyniləşdirir. Aristotelin 
fikrincə, nitq qabiliyyəti insanı «digər canlılardan» fərqləndirir
nitq həm ailəni, həm də dövləti yaradır, deməli, 
ritorika cəm iyyət
və onun idarə edilm əsi haqqında elmdir.
Aristotelin fikrincə, ritorika bir çox məsələlərdə fılolojidən 
çox, sosial elmdir: o, insan haqqında elmlərin bütün sahələrini ri­
torikada birləşdirirdi.
Əslində, gözəl danışıq qabiliyyətini Aristotel 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin