Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


II FƏSlL NİTQ MƏDƏNİYYƏTİ 2.1. R itorika və nitq mədəniyyəti Nitq və nitq mədəniyyəti haqqında ümumi anlayış



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə16/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

II FƏSlL
NİTQ MƏDƏNİYYƏTİ
2.1. R itorika və nitq mədəniyyəti
Nitq və nitq mədəniyyəti haqqında ümumi anlayış 
«Nitq» 
termini bir yox, üç mənaya malikdir: 1) nitq fəaliyyət, proses kimi, 
məsələn: nitq mexanizmləri, nitq fəaliyyəti, zədə nəticəsində nit­
qin itirilməsi; 2) nitq məhsul, yaxud yazılı və ya şifahi mətn kimi, 
məsələn: nitqin qrammatik quruluşu, beş yaşlı uşağın nitqinin ya­
zılması; 3) natiqlik janrı: məhkəmə prosesində vəkilin nitqi, Sise- 
ronun ən qısa nitqi.
«Nitq mədəniyyəti» ifadəsi bu üç halın hər birinə, amma müx­
təlif şəkildə aid edilə bilər.
B irinci halda,
nitq mədəniyyəti dedikdə nitq texnikasına sər­
bəst və qüsursuz şəkildə malik olmaq, yaddaşın lazım olan sözü 
ani olaraq və dəqiq şəkildə seçməyə hazır olması, tələffüz qüsurla­
rının olmaması, nitq tənəffüsünün və səsin inkişafı, nitqin zəngin, 
məntiqi qanunlara tabe olan təfəkkür əsası və s. bu qrupun tələbləri 
dilin sistemi və vasitələri ilə yalnız dolayısı ilə bağlıdır, buna görə 
də bir qayda olaraq, dilçilər, nitq mədəniyyəti üzrə kitabların mü­
əllifləri tərəfindən nəzərdən keçirilmir.
İkinci halda, «nitq mədəniyyəti» termininin mənası dil vasitə­
lərinin - cümlədə və mətnin digər tərkib hissələrində fonetik, lek­
sik, qrammatik əlaqələrin seçilməsi və istifadəsi ilə bağlıdır.
Üçüncü halda, natiqin nitq mədəniyyətini janrın qanunlarına 
əməl edilməsi, nitqdə qoyulan problemlərin həlli (natiqin kütlə 
qarşısında özünü aparmaq bacarığına qədər) kimi başa düşmək 
olar.
35


«Nitq mədəniyyəti» ifadəsi qeyri-peşəkar mühitdə, yəni 
cəmiyyətin sıravi üzvləri arasında (dil kollektivində) sözün geniş 
mənasında dərk edilir: subyekt nitq səhvlərinə yol vermir (yazıda 
orfoqrafik), aydın və başa düşülən şəkildə, bəzən ifadəli və gözəl 
damşır, səsini və intonasiyasını idarə edir, nəzakət və etiket qayda­
larına əməl edir.
Nəticədə, təhsilli, müəyyən bir dilin daşıyıcısı olan insanın 
özünəməxsus nitq portreti yaranır. Yeri gəlmişkən, xarici dilləri 
bilmək dilin daşıyıcısı olan şəxsiyyətin portretini zənginləşdirir.
Ədəbi dilə yaxşı yiyələnmiş filoloqlar həmsöhbətini öyrətmək­
dən və ona yersiz iradlar tutmaqdan çəkinirlər. Onlar dözümlülük 
göstərirlər, çünki bilirlər ki, dildə dəyişmələrin, variantların hədsiz 
çoxluğu mövcuddur, onlar hətta ən ciddi normaların da necə 
dəyişdiyini, semantikada, tələffüzdə dəyişmələrin nə qədər böyük 
olduğunu yaxşı bilirlər.
«Həyat kimi canlı» (N.V.Qoqol) olan dil daim yeniləşir, nitq 
mühitində təzə sözlər və köhnə sözlərin yeni mənaları, yeni quru­
luşlar meydana çıxır, başqa dillərdən yeni formalar alınır.
Xalq deyimlərində nitqin əsas mənəvi meyarları özünü cəm­
ləmişdir: danışmağa tələsmə, nitqdə əsas - fikirdir; xoş sözlər 
söyləməkdə xəsislik etmə; ağzına gələni danışma- susmaq daha yax­
şıdır. 
{boş-boş danışma; söz quş kimidir, ağızdan çıxdı, geri dönməz;
ağızdan çıxan söz-yaydan çıxan ox kimidir; danışmaq gümüşdür sə,
susmaq qızıldır; bir ağzın iki qulağın var- bir de, iki eşit və s.)
Xalq 
yalam, böhtanı, qeybəti pisləyir, nitqin xarici gözəlliyinə, hikmətli 
sözə, savadlı danışıığa bir qədər təbəssümlə, ancaq həm də hörmətlə 
yanaşır, (nitq mədəniyyətinin özünəməxsus şəkildə dərk edilməsi)
Xalq müdrikliyində nitq ilə bağlı baş verən müasir dəyişikliklər 
əsasən praqmatikdir: nitqin dəqiqliyi, aydınlığı (başa düşülmə), iti 
zəkalılıq, xarici dillər bilmək, ünsiyyətcillik (əlaqə yarada bilmək 
bacarığı), çevik reaksiya.
İnsanın və bütün cəmiyyətin mədəni səviyyəsi haqqında nitqə 
əsasən rəy söyləyirlər. Axı bütün əsrlər boyu nitq və dil formaların­
da insan mədəniyyətinin imkanları nitqdə ifadə olunurdu. Hətta elm 
belə, əsasən nitqdə formalaşır, bütün təhsil sahələri də verbaldır.
36


Verballığı adətən tənqid edirlər, amma bu faktı unutmaq olmaz 
ki, biliyin nitq tərtibatı inkişafetdirici təlimin ən yaxşı formasıdır. 
Sərt, əsrlər boyu cilalanmış dil quruluşları am orf (ibtidai), forma­
laşmağa başlayan fikirlə birləşir və onu sahmana salır.
Kütləvi ünsiyyət - kütləvi informasiya vasitələri qurumla­
rı son dərəcə geniş yayılmışdır, onlann cəmiyyətin həyatındakı, 
mədəniyyətin inkişafındakı rolunu dəyərləndirməmək olmaz. 
Başqa sözlə desək, təkcə nitq mədəniyyəti haqqında yox, həm də 
mədəniyyətin nitq formaları haqqında danışmaq lazımdır.
İnsanın daxili aləmi tamamilə, yaxud qismən nitqdə əks olu­
nur: bu - nitq, məntiqi düşüncə, emosiyalar, intuisiya və təxəyyül, 
dəyərlər və əxlaq dünyası, ozünütəhlil və özünüqiymətləndirmə, 
nəhayət, inam dünyasıdır və bütün bu zənginliklər və əlvanlıq da­
xili və xarici nitqlə, onun mədəniyyəti ilə bağlıdır.
«Nitq mədəniyyəti» anlayışının daha dar mənada izahına- 
onun dil istiqamətinə qayıdaq.
XX əsrdə nitq mədəniyyətinin nəzəriyyə və təcrübəsinin uğur qa­
zanmasının səbəbi onun linqvistik elmlər ailəsinə mənsubluğu idi. O, 
nəzəri əsaslar əldə etdi, ədəbi dilin normalarının sabitləşməsinə, söz­
lərin mənalarının müxtəlif çalarlannın, onlann birləşmələrinin qeyd 
olunduğu izahlı lüğətlərdən çətin lüğətlərə qədər onlarla cild lüğət və 
məlumat kitablanmn yaranmasına və istifadəsinə təkan verdi.
Nitq mədəniyyətində tarixi amil çox güclüdür. Onun fiınksiya- 
lan formalaşır, təcrübə toplanır, mübahisə və diskussiyalar meyda­
na çıxır, nitq mədəniyyətinin dil yönümü ədəbi dilin sabitləşməsi 
ilə müəyyən olunur.
Bir sıra müsəlman ölkələrində uzun əsrlər boyu ədəbi dil kimi 
ərəb dilindən, Avropa ölkələrində latın dilindən istifadə olunurdu. 
Son əsrlərdə siyasi hadisələr və milli təəssübkeşliyin güclənməsi 
meyli milli dillərin “hakimiyyəti ələ alması” ilə nəticələnmişdir. 
Hətta qohum dillər belə vahid ədəbi dildən (məs., Azərbaycan, 
türkmən, türk və s. və yaxud rus, ukrayna, polyak və s.) istifadə 
etməkdə maraqlı deyillər. Yeri gəlmişkən qeyd etmək olar ki, bu 
gün siyasi proses kimi ortalığa atılan qloballaşma dillərin də re­
gional inteqrasiyasını, yəni ərazilər üzrə vahid dil məxrəcinə
37


gəlinməsini tələb edir. Lakin bu meyl də zəif olduğuna görə, Abbas 
Səhhətin məşhur “Ayı və şir” təmsilində olduğu kimi, dünyada İn­
gilis dili vahid dil kimi qəbul olunmaqdadır.
Ədəbi dilin təşəkkülü tələffüz, söz yaradıcılığı, sözdən istifadə, 
forma yaradılması (morfologiya), soz birləşmələri və onların 
cümlədə əlaqəsi (sintaksis) sahəsində norma anlayışını və qayda­
larını yaratdı.
Dilçilik sahəsi kimi nitq mədəniyyətinin 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin