Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə17/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

üç səviyyəsi
mövcuddur:
1. praktik səviyyə - dilin daşıyıcısı olan hər kəs üçün dilin ya­
zılı və şifahi variantlarının normalarına yiyələnmə;
2. danışanın məqsədlərindən asılı olaraq dilin ifadə vasitə­
lərindən istifadə bacarığı, vəziyyətə, nitqin janrına, ünsiyyətin 
xarakterinə müvafiq olaraq üslubu seçə bilmək;
Nitq mədəniyyətinin estetik istiqaməti normativ istiqaməti 
qədər mühümdür. Lakin normalar pozulduqda normativ istiqamət 
ictimai, hətta hüquqi baxımdan mənfi qiymətləndirilirsə də, nitqin 
ifadəliliyi ya tərif, hətta heyranlıq, yaxud uğursuz alınırsa, kinayəli 
təbəssüm, təəssüfü bildirən «ah», nəticədə mərhəmət doğura bilər.
3. alimlərin bədii mətnlərin öyrənilməsi əsasında bu və ya 
digər formanın mümkünlüyü, sözün bu və ya digər mənası və s. 
haqqında fərziyyələri.
Bu səviyyə nitqdən istifadənin statistikasının aparılmasına, 
onun dilin qanunlarına müvafiqliyinin təkrar yoxlanmasına, müm­
kün nəticələrin öncədən müəyyənləşdirilməsinə, bu və ya digər 
nitq vahidinin normativlər sırasına daxil edilməsinə imkan yaradır.
Bu, müəyyən dərəcədə dilin müdafiəsidir. Məsələn, Fransa­
da qarşılığı dilin özündə mövcud olan sözün əvəzinə xarici söz 
işlədən vətəndaş cərimə olunur. Azərbaycanda hələlik belə bir qa­
nun yoxdur, lakin hərdən ölkəyə axın etmiş xarici sözlərlə bağlı 
narahatlıq ifadə edən fikirlər səsləndirilir.
Dil statistikaya, sabitliyə, daimiliyə, nitq isə dinamikaya, yeni 
forma və vasitələrin axtarışına can atır, onun üçün mərkəzdənqaçma 
meylləri xarakterikdir. Obrazlı desək, nitq - azadlıqda olan qaça­
ğan atdır, dil norması isə nitq mədəniyyətinin ən ciddi hissəsi kimi, 
möhkəm yüyən və dəmir qantarğadır.
38


Lakin unutmaq olmaz ki, «dünyanın söz emalatxanası kasıbdır», 
bu səbəbdən, söz çatışmazlığı təkcə şairləri narahat etmir. Bu zid­
diyyət dilin inkişafı və zənginləşməsinə xidmət edir. Bir tərəfdən, nitq 
mədəniyyəti nitqin dəqiqliyinə, düzgünlüyünə, ifadəliliyinə yönəl­
mişdir; digər tərəfdən isə o, həmin məqsədə çatmağa maneədir, çünki 
nitq situasiyaları danışanın imkanlarından daha mürəkkəb ola bilər.
Belə şəraitdə, milli ənənələri qorumaq şərtilə, ən böyük dəyər 
olan ədəbiyyata əsaslanaraq, nitqin düzgünlüyü və saflığı üzərində 
iş getməlidir.
Bütün Avropa və dünya ölkələrində olduğu kimi, Azərbaycanda 
da tədricən, xüsusən də XX əsr ərzində, elmin bu istiqamətinin 
problemləri təmizlənərək saflaşmışdır. Onlar aşağıdakılar olmuşdur:
1. dilin qanunauyğunluqlarının, onun sisteminin, semantikası- 
mn və ifadəlilik imkanlarının tədqiqi;
2. ədəbi dilin təşəkkül tarixinin tədqiqi, onun normalarının 
müəyyənləşdirilməsi;
3. söz ustalarının - ən dəyərli yazıçıların, alimlərin, natiqlərin 
fərdi üslublarının öyrənilməsi;
4. nitq mədəniyyətinin üslubiyyatla əlaqə və qarşılıqlı əla­
qəsinin, yaxud onların dildə və nitqdə kodlaşdınlmasının öyrə­
nilməsi;
5. ədəbi-normativ dilə dialekt elementlərinin, xarici dillərdən 
alınan sözlərin, danışıq-məişət və sadə camaatın danışığının lek- 
sikasınm, dəftərxana ifadələrinin və xüsusi peşələrlə bağlı ünsür­
lərin daxil olması proseslərinin yolverilən sərhədlərinin müəy­
yənləşdirilməsi.
Ədəbi dilin normaları təkcə sabit yox, həm də dəyişkəndir. Tə­
ləffüzdə, danışıq tərzində, hərflərin deyilişində, sözlərin seçilmə­
sində, uzlaşmada və s. «nitq adəti» (uzus) sənədin, əlyazmanın, 
məktubların yaşını 2-3 onillik qədər dəqiqliklə müəyyən etməyə 
imkan verir.
Nitq etiketləri: görüşmələr, vidalaşmalar, üzr istəmələr, təşək­
kürlər, yazılı və şifahi müraciətlər tarixi dəyişikliklərə qarşı daha 
həssasdır. Məsələn, XVIII-XIX əsrlərdə kimə «əlahəzrət», kimə 
«xan», kimə «bəy», kimə «zati-aliləri», kimə sadəcə «cənab» deyə
39


müraciət etmək lazım olduğunu dəqiq, «rütbələr cədvəli»nə müv­
afiq bilmək lazım idi. Bu məsələ ilə bağlı XX əsrdə bir qədər mü­
rəkkəb proseslər getdi. Xatırlamaq olar ki, 20-ci illərdə Rusiyada 
baş verən siyasi hadisələr nəticəsində Azərbaycanda da “yoldaş”, 
“vətəndaş” kimi müraciət formaları zor hesabına digər müraciətləri 
sıxışdırıb çıxardı, 80-ci illərin sonunda “bəy” müraciəti təklif və 
tətbiq olunsa da, uğursuzluğa düçar oldu. Həmin vaxtlarda xalq 
arasında cürbəcür müraciət formaları (“yoldaş”ın və “vətəndaşın” 
əvəzinə)- “cənab”, “bəy”, “rəis”, “ağsaqqal”, “dayı” və s. yaran­
sa da, “müəllim” müraciəti digərlərinə qalib gəldi. Bu, hər şeydən 
qabaq, milli mentalitatlə bağlı, müəllimə olan xalq məhəbbəti ilə 
əlaqədar qələbədir. (Maraqlıdır ki, “bəxti qara” “xan” sözündən 
yaranmış olsa da, qadınlara olan “xanım” müraciəti yüz illərin im­
tahanlarından çıxa-çıxa bu günə qədər qalmışdır).
Normanın yaranmasında əsl həqiqi rol ümumi rəyə məxsusdur
hökumət, idarə məmurları, yaxud alimlər tərəfindən təzyiq ikinci 
yerdədir, (“bəy” müraciətinin taleyi bunu sübut etdi) Bu barədə mət­
buatda və televiziyada keçirilən diskussiyaların da müəyyən təsiri var.
On illər boyu ritorikanın inkişafı (onu, bir qayda olaraq, fəl­
səfə, məntiq, psixologiya, estetika, pedaqogika, dilçilik və digər 
elmlərin biliklərindən istifadə edən kompleks fənn kimi nəzərdən 
keçirirlər) aşağıdakı istiqamətlərdə davam etmişdir:
1. nitq mədəniyyəti - düzgün, ədəbi tələffüz normalarına uy­
ğun danışmaq;
2. nitq məntiqi - natiqlik sənətində formal məntiqin qanunla­
rından istifadə edilməsi;
3. nitq texnikası - natiqin auditoriya qarşısında təmkinli dav­
ranışı və danışanın şəxsi «inamlılığı».
Təcrübə sübut edir ki, kütlə qarşısında çıxış ustalığına yiyə­
lənməkdə həm məzmun, həm də formanın əhəmiyyəti vardır. M üs­
bət nəticəyə zərər vurmadan onları bir-birindən ayırmaq mümkün 
deyil.
Çıxışın müvəffəqiyyətinin birbaşa asılı olduğu şifahi nitq 
fəaliyyəti mədəniyyətinin ünsürləri arasında aşağıdakıları göstər­
mək olar:
40


• dəlil və sübutların köməyi ilə nitqin məntiqi qurulması;
• inandırma vasitələri ehtiyatından istifadə;
• təqdim edilən həqiqətlərin məzmunu və dərinliyi, idraki 
mahiyyəti, məlumatın ətraflılığı, inandıncılığı;
• dil formalarının, üslubun mükəmməlliyi, nitqin obrazlı və 
emosional ifadəliliyi;
• auditoriya ilə mümkün olan ən böyük qarşılıqlı əlaqəyə nail 
olmaq bacanğı (çıxış prosesində natiq və dinləyicilər arasındakı 
birgə yaradıcılıq aktı xüsusilə qabanqdır); natiqin şəxsiyyətinin 
auditoriyaya göstərdiyi təsir.
Dinləyicinin haqqında danışılan məsələni dərk etməsi, 
məzmunun mühüm cəhətlərini ayırd edə bilməsi, natiqin çıxışının 
səbəbini düzgün qiymətləndirməsi üçün natiqin ciddi 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin