Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə18/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

nitq hazırlı­
ğına,
malik olması zəruridir.
Bu hazırlığa aşağıdakı məsələlər daxildir:
• nitq texnikasının işlənməsi (diksiya, ucalıq, temp, ritm - 
məzmunlu məlumatı eşitmək, dərk etmək və yadda saxlamaq);
• leksika (məzmunun daha düzgün çatdırılmasına kömək edən 
lüğət materialının seçilməsi);
• qrammatika və sintaksis (materialın dil qanunlarına uyğun 
təşkil edilməsi);
• məntiq (məzmunun strukturunun müəyyənləşdirilməsi və 
onun canlı nitqdə əksinin qanunauyğunluqları);
• üslubiyyat (konkret çıxış şəraitində mətnin məzmununu daha 
dəqiq və ifadəli izah edə bilən nitq formasının seçilməsi);
• kinesika (insanlann ünsiyyəti prosesində tətbiq olunan 
bədən hərəkətlərinin ahəngdarlığı, həmçinin jest, mimika, pozalar, 
natiqin xarici görkəminin söylədiyi sözlərə uyğunluğu; bu zaman 
yalnız nitq aparatı hərəkətləri istisnadır).
Şifahi sözə yiyələnmək asan deyil. Bu, məsələni yaxşı bilmə­
yi, çevikliyi, təfəkkür aydınlığını və ətrafdakı şəraitin tələblərinə 
dinamik şəkildə cavab verməyə imkan yaradan digər şəxsi keyfiy­
yətlərin mövcudluğunu tələb edən ustalıqdır. Fransız dilçi Pellisir 
yazırdı: «düşünmək ustalığından sonra ən mürəkkəb olanı - danış­
maq ustalığı dır».
41


Nitq mədəniyyəti ritorika prizm asında Nitqin dil materialı 
həmişə ritorikada aparıcı yer tutmuşdur. Onun mühüm bölməsi olan 
elokusiya (bəlağətli nitq) üslubiyyat, poetika, qrammatika ilə birləşirdi.
Sözün dəqiq seçilməsi, ifadənin qurulması, fiqur və troplardan 
(məcazlardan) istifadə, məntiq və mətnin dəqiq qurulması istənilən 
nitq növü üçün çox mühümdür. Təsadüfi deyil ki, fəlsəfi, tarixi, ri­
torik mətnlərin və bədii ədəbiyyatın öyrənilməsi Avropada klassik 
təhsilin özəyini təşkil edirdi.
Lakin ritorika məzmunun dil ifadəsinin forması ilə məhdudlaş­
mırdı: o həmişə dinləyicinin münasibətinə ünvanlanırdı. Yazıçının 
ünvanlandığı şəxs sadəcə nəzərdə tutduğu, təxəyyülündəki virtual, 
«orta statik» oxucu olsa da, nitq - həmişə dialoqdur. Hətta yazıçı 
öz oxucusu haqqında düşünməyib, sadəcə özü üçün yazdığı zaman 
belə, yazdıqlarının ünvanı onun ikinci «mən»idir.
Heç də təsadüfi deyil ki, ritorika həmişə nitqin məzmununu bi­
rinci yerə çıxarır, həqiqət uğrunda mübarizə apanr, dəlil və sübut­
ları, məntiqi əsaslanmaları gözləyir.
Ritorik ənənələrə və sağlam düşüncəyə uyğun olaraq, istənilən 
nitqin, çıxı şin məziyyəti ilk növbədə onun məzmunu, ikinci növbədə 
- forması, daha dəqiqi - forma və məzmunun ahəngdarlığıdır. Bu 
ahəngdarlıq çox zaman birinci yerdə durana əhəmiyyətsiz yanaşır, 
məzmun özü üçün forma, yaxud forma özü üçün məzmun axtarır.
Ritorikadan başqa nitq ünsiyyətinin bütün tərəflərinə bu qədər 
tələb irəli sürən başqa bir tələblər kodeksi yoxdur, hətta nitq 
mədəniyyətinə aid müasir proqram və vəsaitlər də, yalnız nitq nor­
maları ilə kifayətlənir.
Burada nitq aktının ritorik modelini yaradan 7 müddəanı da 
xatırlatmaq yerinə düşər:
1. Kim danışır? - danışanın şəxsiyyətinə bələd olmaq onun im­
kanlarım başa düşməyə və qiymətləndirməyə, onun hərəkətlərinin 
xarakterini proqnozlaşdırmağa kömək edər.
2. Kimə damşır? - nitqin ünvanlandığı obyektin nəzərə alın­
ması haqqında artıq danışılıb: o, söylənəni necə qəbul edəcək, necə 
qiymətləndirəcək? Deyilənlər onu təhqirmi edəcək, yoxsa onda 
danışana hörmət hissi yaradacaq?
42


3. Hansı şəraitdə? - şəraitin qiymətləndirilməsi nitqin 
qiymətləndirilməsinə də kömək edəcək.
4. Nə danışır? - nitqin məzmununun, təşkilinin, quruluşunun, 
danışanın, yazanın mövqeyinin qiymətləndirilməsi.
5. Nə üçün? - məqsədi nədir? Açıq, yaxud gizli, şəxsi, yaxud 
ümumidir?
6. Fikri necə ifadə edir? - nitq bacarıqlarının, dilə yiyələnmə 
səviyyəsinin, qeyri-verbal vasitələrdən, üslub və normalardan 
istifadə bacarıqlarının qiymətləndirilməsi.
7. Nəhayət, nitqin nəticəsi necədir? - əgər nəticə (əks-əlaqə) 
cavab, dialoqda replika formasındadırsa, o halda qiymətlər zənciri 
təkrar olunur.
Bu, ritorikanın məqsədlərini müəyyənləşdirərkən ünsiyyətin 
xatırladılan alqoritmlərindəndir.
2.2. T əfəkkür mədəniyyəti.
N itqin m əntiqi

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin