Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə22/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

1. A li m əktəblərin tələbələri xarici d il öyrənirlər.
2. G ünel

tələbədir
G ünel xarici d il öyrənir {burada və sonralar xətt «nəticə» sö­
zünü əvəz edəcək).
53


Umumi müddəa hökm üçün böyük, xüsusi hal isə kiçik əsasdır. 
Böyük əsasın həqiqiliyinə xüsusi diqqət yetirmək lazımdır. Əgər 
o, həqiqətə uyğun deyilsə, yaxud köhnəlmişsə, yaxud bəhs etdiyi­
niz hadisəyə aid deyilsə, ona aid nəticə düzgün olmayacaq və ya 
mənasız, cəfəng olacaq. Məsələn,
1. Ali təhsil - uğur əldə etməyin təminatıdır.
2. Məmmədovun ali təhsili var.
M əm m ədov uğur əldə edib.
Deduktiv hökmlərin bu xüsusiyyəti hələ Qədim Yunanıstanda, 
natiqlik sənətinin vətənində məlum idi. Məsələn, nəyi istəsələr sü­
but edə bilən sofıstlərin söz xəzinəsindən məhşur bir nümunə:
1. İtirmədiyim hər şey mənimdir.
2. Mən buynuzlanmı itirməmişəm.
M ənim buynuzlarım var.
Bu «mühakimə» buynuzlunun sofızmi adlanır. Bu şəkildə 
«sofızm» sözü biclik mənasını verir. Mənasız, cəfəng nəticə bu­
rada və bir sıra digər sofızmlərdə ona görə yaranır ki, böyük əsas 
yanmhəqiqətdir, axı, bu hökm yalnız həmin insanın əvvəlcədən 
malik olduğu əşyalar üçün doğrudur.
Deduktiv hökmlərlə bağlı digər geniş yayılmış səhv - eyni ter­
minin böyük və kiçik əsaslarda m üxtəlif mənalarda işlədilməsidir. 
Məsələn:
1. Gümüş - kimyəvi elementdir.
2. Qonşunun itinin adı - Gümüşdür.
Q onşunun iti kim yəvi elementdir.
1. İnsan kosmik fəzaya uçuşlar edir.
2. Bizim direktorumuz insandır.
D irektorum uz kosm ik fəzava uçuşlar edir.
Bəzən deduktiv mühakimələrdə böyük əsas şübhəsiz həqiqət 
kimi buraxılır. Belə ixtisar edilmiş, azaldılmış sillogizm 
entim em a
adlanır. Məsələn:
2. Bu məhsulun keyfiyyət sertifikatı var.
Onu ala bilərik.
54


(1-ci əsas buraxılıb: Keyfiyyət sertifikatı olan məhsulu almaq olar).
Ümumi qanunauyğunluğa müvafiq olan xüsusi hal həqiqətə 
uyğun olmadıqda nəticənin səhv olması təbiidir. Məsələn:
1. Bu il 300 bal toplayan bütün abituriyentlər jurnalistika 
fakültəsinin tələbəsi oldular.
2. Fidan 300 bal toplayıb.
Fidan jurnalistika fakültəsinin tələbəsi oldu.
Aydındır ki, əgər Fidan kimya fakültəsinə girmək üçün sənəd 
veribsə, deməli Fidanın jurnalistika fakültəsinin tələbəsi olmasına 
aid nəticə yalan olacaq.
- İndi 
ehtim allı
hökmləri nəzərdən keçirək.
İnduktiv hökmlərdə bir hadisəyə aid faktlar sırasından 
ümumiləşdirmə edilir, yəni xüsusidən ümumiyə yönəlmiş nəticə 
çıxarılır. Məsələn:
1. A firmasında mühasib əvəzçiliklə işləyir.
2. В firmasında mühasib əvəzçiliklə işləyir.
3. C firmasında mühasib əvəzçiliklə işləyir.
4. Ç firmasında mühasib əvəzçiliklə işləyir.
Bütün firm alardakı m ühasiblər əvəzçiliklə işləyir.
Aydındır ki, induksiya üzrə hökm yalnız həqiqətəbənzər, ya­
xud təxmini xarakterə malikdir: tamamilə dəqiq nəticə əldə etmək 
üçün şəhərin bütün firmalarını nəzərdən keçirmək lazım gələrdi. 
Tam induksiya heç də həmişə mümkün olmur.
İnduksiya nəticəsində alınan nəticələrin həqiqiliyinin yüksəl­
dilməsi üçün həmin hadisəyə aid mümkün qədər çox fakt nəzərdən 
keçirilməlidir. Əgər çıxış edən özünə bu zəhməti vermirsə, o, «ya­
lan, yaxud tələsik çıxarılmış ümumiləşdirmə» səhvinə yol verə bilər.
Təsadüfi faktlar əsasında çıxarılmış nəticənin düzgün olmamaq 
ehtimalı daha çoxdur. Yeri gəlmişkən, dinləyicilər bir çox hallarda 
heç o nəticəyə gəlməyə imkan verməzlər; onların arasından kimsə 
etiraz edə bilər: «Amma mən bilirəm ki...» ( və əsaslandırılmamış 
hökmün əleyhinə dəlillər gətirər).
Əgər nəticə çıxarmaq üçün əldə çox sayda fakt yoxdursa, o 
zaman cəmi iki analoji hadisəni müqayisə edərək nəticə çıxarıl­
ması mümkündür. 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin