DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


 Maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətləri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
Maliyye


 

6.6. Maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətləri 

 

  Maliyyə  nəzarətinin  təşkili  zamanı  ölkənin  potensial  imkanları 

nəzərə  alınmalıdır.  Bu  baxımdan  maliyyə  nəzarətinin  təkmilləşdirilməsi 

istiqamətlərini aşağıdakı kimi qiymətləndirmək olar: 

 Maliyyə  nəzarətinin  səmərəliliyinin  artırılması  üçün  müvafiq 

mütəxəssislərin hazırlanması; 

 Operativ maliyyə nəzarətinin təmin edilməsi; 

 Maliyyə 

nəzarətinin 

bütün 


istiqamətləri 

iqtisadi 

sistemə 

uyğunlaşdırılmalıdır. 



VII FƏSİL . MALİYYƏ HÜQUQU 

 

7.1. Maliyyə hiiququ anlayışı 

 

Maliyyə  hüququ  milli  hüquq  sistemində  özünəməxsus  yer  tutaraq, 

adından  da  göründüyü  kimi,  predmetinin  əsasını  maliyyə  münasibətləri 

təşkil edən hüquq sahəsidir.  

Məlumdur  ki,  maliyyə  münasibətləri  başqa  münasibətlərdən 

aşağıdakı əlamətlərinə görə fərqlənir:  

- bu münasibətlər bir qayda olaraq, pul münasibətləridir;  

- bu münasibətlər pul vəsaitlərinin bölgüsü münasibətləridir;  

-  bu  münasibətlər  ekvivalentsiz  münasibətlərdir,  burada  pul 

vəsaitlərinin yalnız birtərəfli hərəkəti vardır;  

-  bu  münasibətlərdə  pul  vəsaitləri  maliyyə  ehtiyatları  formasında 

hərəkət edir.  

Bu  əlamətlər  maliyyə  hüququnun  özünün  spesifik  tənzimetmə 

dairəsinə malik olmasını sübut edir.  

Maliyyə  hüququ-ictimai  inkişafın  hər  hansı  bir  dövründə  dövlətin 

vəzifə  və  funksiyalarının  həyata  keçirilməsinin  təmin  olunması  üçün 

maliyyə  fəaliyyəti  prosesində  meydana  çıxan  ictimai  münasibətləri  nizama 

salan hüquq normaları məcmusudur.  

Maliyyə  hüququ  -  müstəqil  hüquq  sahəsidir.  Onun  müstəqil  hüquq 

sahəsi olması məsələsi hələ sovet dövründə qızğın diskussiyaların predmeti 



 

111 


olmuşdur. Bu  mübahisələrə 70-ci  illərin  əvvəllərində  son qoyuldu. İlk dəfə 

maliyyə  hüququnun  yeri  məsələsi  rus  hüquqşünas  alimi  R.O.Xalfina 

tərəfindən  1952-ci  ildə  irəli  sürülmüşdür.  Lakin  o,  maliyyə  hüququnun 

dövlət  və  inzibati  hüquqdan  törəmə  olduğunu  israr  edirdi.    R.O.Xalfinanın  

bu fikrini M.P.Piskotin və S.D.Sıpkin də müdafiə edirdilər.  

«Maliyyə  hüququ  heç  də  adları  çəkilən  sahələrə  oxşar  olmayıb, 

özünün  spesifik  tənzimetmə  predmetinə  malik  müstəqil  hüquq  sahəsidir». 

Bu fikrin müəllifi maliyyə hüququnu, onun yerini təhlil edərək özünün elmi-

nəzəri  baxışları  ilə  hüquq  elmində  Sankt  -  Peterburq  elmi  məktəbinin 

yaradıcısı  kimi  tanınmış  alim  Y.A.Rovinski  idi.  Onun  fikrincə,  maliyyə 

hüququnun hüquq sistemində yeri onunla izah olunur ki, 0, müstəqil hüquq 

sahəsidir.  Mütərəqqi  baxışlarına  görə  də  keçmiş  sovetlər  ölkəsində 

Y.A.Rovinskini maliyyə hüququnun yaradıcısı kimi tanıyırdılar.  

Sonrakı  illərdə  (70-ci  illərdə)  V.V.Besçerevnıx  Rovinskinin  nəzəri 

fikirlərinə  istinadən  söyləmişdir  ki,  maliyyə  hüququ  başqa  digər  hüquq 

sahələrindən törəməyib, dövlət hüququ və inzibati hüquqla birlikdə müstəqil 

sahə kimi yaranmışdır.  

Ölkəmizdə bazar münasibətlərinin müasir inkişaf şəraitində bir daha 

sübut  olunur  ki,  maliyyə  hüququ  hazırda  ən  aktual  və  zəruri  sahələrdən 

biridir. 

Belə 

ki, 


dövlət 

bazar 


münasibətləri 

şəraitində 

maliyyə 

mexanizmlərindon  (vergi,  kredit,  sığorta  və  s.)  bazar  iqtisadiyyatını  idarə 

etmək üçün istifadə edir.  

Hələ  (XIX  əsrin  axırlarından  başlayaraq  maliyyə  haqqında  elmin 

əhəmiyyətinə  böyük  diqqət  verilirdi.  Qeyd  olunurdu  ki,  maliyyə  haqqında 

elm  maliyyə  təsərrüfatı  haqqında  elmdir.  Onun  tədqiqat  obyektini  məhz 

həmin  «təsərrüfat»  təşkil  etməlidir.  Maliyyə  təsərrüfatı  isə  gəlirlərin  əldə 

olunması,  onların  xərclənməsi  və  təsərrüfatçılığın  yekunlarına  qiymət 

verməkdən  ibarətdir. Əgər hesab etsək ki,  maliyyə haqqında elmin də,  ma-

liyyə  hüququnun  da  predmetlərini  «dövlətin  maliyyə  təsərrüfatı»  təşkil 

edirsə, onda bu mövqenin nə qədər doğru olduğunu görmüş oluruq.  

Hüquq  ədəbiyyatında  belə  bir  fikir  də  səslənir  ki,  əgər  maliyyə 

hüququ  haqqında  xıx  əsrin  axırlarındakı  mövqelər  və  konsepsiyalar  sovet 

dövründə  də  qorunub  saxlanılsa  idi,  onda  maliyyə  hüququ  ictimai 

münasibətlərin ən mühüm dairəsini əhatə edən super sahə kimi inkişaf etmiş 

olardı.  

Fransız  hüquqşünası  Pol  Mari  Qodme  hesab  edir  ki,  maliyyə  və 

iqtisadiyyatın  əlaqəsi,  iqtisadi  siyasətin  çevikliyi,  maddi  nemətlərin 

mənimsənilməsi  imkanının  olması  tələb  edir  ki,  dövlət  maliyyəsi  xüsusi 

dövlət normaları ilə reqlament olunsun. Bu normalar, a) müvafiq həcmlərdə 

vəsaitlərə  sərəncam  verməyə;  b)  vəsaitlərin  hərəkətlərini  dəqiq  nəzərə 

almağa;  c)  həmin  vəsaitlərin  ümumi  maraqlara  uyğun  istifadə  olunmasını 



 

112 


təmin etməyə imkan verir. Bu normalar həyatın bütün tərəflərinə - iqtisadiy-

yata və siyasətə təsir edərək müstəqil hüquq sahəsini əmələ gətirirlər,  

Prof.Voronova L.K. hesab edirdi ki, maliyyə hüququnun əhəmiyyəti 

ondadır  ki,  onun  təsir  dairəsinə  dövlətin  bütövlükdə  maliyyə  sistemi 

daxildir.  Maliyyə  sisteminin  hər  bir  həlqəsi  müəyyən  dairə  maliyyə 

münasibətlərini əhatə edir.  

Beləliklə Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o, habelə 

ümumi hüquqdur. Ümumi hüquq olmaqla. maliyyə hüquq münasibətlərində 

dövlət iradəsi, dövlətin mənafeyi əsas yer tutur.  

 

7.2. Maliyyə hüququnun predmeti 

 

Beləliklə,  maliyyə  hüququ  müstəqil  hüquq  sahəsi  kimi,  həmin 

sahənin  normaları  ilə  nizama  salınan  ictimai  münasibətlər  dairəsinə,  yəni 

özünün predmetinə malikdir.  

Maliyyə  hüququnun  predmetini  dövlət  və  bələdiyyələrin  həyata 

keçirdikləri  maliyyə  fəaliyyəti  prosesində  meydana  çıxan  münasibətlər 

təşkil edir. Başqa sözlə, dövlətin və bələdiyyələrin həyata keçirdiyi maliyyə 

fəaliyyəti elə özlüyündə maliyyə hüququnun tənzimetmə predmetidir.  

Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətlərini, 

prof.  Karaseva  M.V.  maliyyə  fəaliyyətinin  funksiyalarına  görə  aşağıdakı 

qaydada qruplaşdırır:  

a)  pul  vəsaitləri  fondunun  səfərbər  olunması  ilə  əlaqədar 

münasibətlər;  

b)  dövlətin  maliyyə  ehtiyatlarının  bölüşdürülməsi  ilə  əlaqədar 

münasibətlər;  

c)  maliyyə  ehtiyatlarından  istifadə  olunması  ilə  əlaqədar 

münasibətlər;  

d)  maliyyə  ehtiyatlarının  hərəkəti  üzərində  nəzarət  ilə  əlaqədar 

münasibətlər;  

e) pul nişanlarının emissiyası ilə əlaqədar münasibətlər. 

Birinci  qrupa  büdcəyə  vergi  və  rüsumların  yığılması,  dövlət 

xəzinəsinə  könüllü  ianələr,  dövlət  kreditinin  yerləşdirilməsi  üzrə 

münasibətlər aid edilir.  

İkinci qrupa büdcə tənzimlənməsinin gedişində, dotasiya, subsidiya, 

subvensiyaların ayrılması üzrə münasibətlər daxil edilir.  

Üçüncü  qrupa  büdcə  maliyyələşdirilməsindən  istifadə  ilə  əlaqədar 

yaranan münasibətlər daxil edilir.  

Dördüncü  qrupa  büdcə  və  vergi  nəzarəti,  bank  nəzarəti,  valyuta 

nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər daxil edilir.  

Beşinci  qrupa  pul  nişanlarının  emissiyası,  yəni  pul  kəsilməsi 



 

113 


(buraxılması) ilə əlaqədar münasibətlər aid edilir.  

Maliyyə  hüququnun  predmetini  təşkil  edən  maliyyə  münasibətləri 

onlarda iştirak edən subyektlərdən asılı olaraq aşağıdakı qaydada bölünür:  

-  dövlətin  maliyyə  fəaliyyətini  həyata  keçirən  orqanlarla  hüquqi  və 

fiziki şəxslər arasında münasibətlər;  

-  maliyyə  fəaliyyətini  həyata  keçirən  dövlət  orqanlarının  öz 

aralarında olan münasibətlər.  

Bunlardan  başqa,  maliyyə  fəaliyyəti  prosesində  yaranan  maliyyə 

münasibətləri iqtisadi meyara görə də iki qrupa bölünür:  

1)  maliyyə xarakterli münasibətlər;  

2)  maliyyə xarakterli olmayan münasibətlər.  

Maliyyə  xarakterli  münasibətlərə  pul  vəsaitlərinin  hərəkətinin 

olduğu, habelə bölgü əlamətləri olan münasibətlər aiddir. Məsələn, vergi və 

sair  ödəmələrin  alınması  ilə  əlaqədar,  yaxud  büdcədən  maliyyələşdirmə  ilə 

əlaqədar münasibətlər.  

Maliyyə 


xarakterli 

olmayan 


münasibətlər 

(qeyri-maliyyə 

münasibətləri)  də  dövlət  və  bələdiyyələrin  həyata  keçirdikləri  maliyyə 

fəaliyyətinin  məzmununu  təşkil  edir.  Lakin  iqtisadi  cəhətdən  maliyyə 

xarakterli olmadığına baxmayaraq, bunlar maliyyə münasibətləri yaratmağa, 

onları  qaydaya  salmağa,  onların  inkişafını  təmin  etməyə  xidmət  edir. 

Məsələn,  vergi  və  rüsumlar  müəyyən  etmədən,  büdcələr  təsdiq  edilmədən, 

maliyyə  nəzarəti  təşkil  etmədən  və  s.  dövlətin  maliyyə  fəaliyyəti  həyata 

keçə bilməz. Deməli, maliyyə qanunvericiliyinin hazırlanıb təsdiq olunması, 

büdcələrin  hazırlanıb  təsdiq  olunması,  maliyyə  nəzarəti  formalarının 

müəyyən  olunması  maliyyə  münasibətləri  yox,  maliyyə  münasibətlərini 

yaratmağa xidmət edən qeyri-maliyyə münasibətləridir.  

Nəhayət,  dövlətin  maliyyə  fəaliyyətinin  məzmununu  təşkil  edən 

bütün  münasibətlər  maliyyə-hüquqi  tənzimetmədən  asılı  olaraq  aşağıdakı 

münasibətlərə bölünürlər:  

1) büdcə münasibətləri;  

2)  büdcədənkənar  məqsədli  fondların  təşkili  və  icra  olunması  ilə 

əlaqədar münasibətlər;  

3)  müəssisələrin,  təşkilatların,  idarələrin  pul  vəsaiti  fondlarının 

yaradılması və bölüşdürülməsi ilə əlaqədar münasibətlər;  

4)vergi münasibətləri;  

5)dövlətin daxili borcları ilə əlaqədar münasibətlər;  

6)smeta-büdcə maliyyələşdirilməsi üzrə münasibətlər;  

7)dövlət büdcədənkənar maliyyələşdirmə üzrə münasibətlər;  

8)büdcə kreditləri üzrə münasibətlər;  

9) dövlət sığortası üzrə münasibətlər; 

10) pul dövriyyəsi üzrə münasibətlər;  


 

114 


11) hesablaşma münasibətləri;  

12) valyuta tənzimi ilə əlaqədar münasibətlər.  

M.V.  Karaseva  maliyyə-hüquqi  tənzimetmənin  predmetini  maliyyə-

hüquq institutları üzrə təsnifatını məhz bu şəkildə müəyyən edir.  

Qeyd  etmək  lazımdır  ki,  maliyyə-hüquqi  institutlara  görə 

münasibətlərin dairəsi daha bir neçə münasibətlə də tamamlanmalıdır:  

1)  qiymətli  kağızların  maliyyə-hüquqi  tənzimi  ilə  əlaqədar 

münasibətlər;  

2)bank kreditləşdirilməsi ilə əlaqədar münasibətlər;  

3)dövlət xərcləri ilə əlaqədar münasibətlər.  

Bütün  sadalanan  münasibətlərin  böyük  əksəriyyəti  dövlət  və 

bələdiyyələrin 

maliyyə 

sahəsində 

fəaliyyəti 

gedişində 

yaranan 

münasibətlərdir.  Lakin  bəziləri  ikili  xarakterdə  olan  münasibətlərdir: 

onlardan  bəziləri  mülkü  hüququn  da  predmetini  təşkil  edirlər.  Məsələn, 

hesablaşma,  bank  kreditləşdirilməsi  ilə  əlaqədar  münasibətlər,  qiymətli 

kağızlarla  bağlı  münasibətlər.  Bu  münasibətlərin  sırf  maliyyə-hüquqi 

xarakteri  onların  hər  birinin  hansı  tənzimetmə  metodu  ilə  nizama  salındığı 

aydınlaşdırıldıqda müəyyən olunur.  

 

7.3. Maliyyə hüququnun metodu 

 

Hüquq  sahələri  hüquq  sistemində  bir-birindən  tənzimetmə 

predmetinə  görə  fərqlənir.  Lakin  bu  meyar  bəzən  kifayət  etmir.  Çünki, 

tənzimetmə predmetinə görə bir sahənin predmeti o biri sahənin predmeti ilə 

bəzən  kəsişir.  Bunu  maliyyə  hüququnun  nümunəsində  müşahidə  etdik.  Və 

müəyyən etdik ki, heç də bəzi münasibətlərə sırf maliyyə-hüquqi münasibət 

kimi  qiymət  vermək  mümkün  olmur.  Maliyyə  hüququnu  başqa  hüquq 

sahəsindən fərqləndirən əlavə meyar hüquqi tənzimetmə metodudur.  

Maliyyə hüququnun əsas tənzimetmə metodu hakimiyyət göstərişləri 

metodudur.  Bu  metodun  əsas  mahiyyəti  ondadır  ki,  maliyyə  fəaliyyətinə 

dair hər məsələnin həlli dövlətin iradəsi ilə həyata keçirilir. Dövlət-yəni onu 

təmsil edən orqan və  ya bələdiyyələr  məcburi göstərişlər  - qanunlar, qanun 

qüvvəli aktlar, qərarlar  verir ki,  bunlar da hüquq  münasibətinin digər tərəfi 

üçün məcburi xarakter daşıyır.  

Hakimiyyət göstərişləri maliyyə hüquqi tənzimetmənin metodu kimi 

özünün xüsusiyyətlərinə malikdir:  

1)  belə  tənzimetmədə  pozitiv  məcburetmə  vardır  və  o,  üstünlük 

təşkil edir. Mülkü hüquqi-tənzimetmədə icazə verilmə (imkan vermək) əsas 

yer  tutur,  cinayət  hüququna  isə  -  qadağanlar  xasdır.  Dövlət  hakimiyyət 

göstərişləri verərkən subyektlərə onların icrasını məcbur edir.  

2)  hakimiyyət  göstərişləri  metodu  imperativ  xarakter  daşıyır.  Bu, 


 

115 


dispozitvliyə  əksdir.  Maliyyə  hüququnun  subyektləri  bir  qayda  olaraq,  öz 

təşəbbüsləri  ilə  maliyyə  hüquq  və  vəzifələrin  həcmini  dəyişə  bilməzlər. 

Onlar  qanunvericiliklə  müəyyən  olunan  hüquqlara  malik  olur  və  vəzifələri 

yerinə yetirirlər.  

3)  hakimiyyət  göstərişləri  metodu  üçün  xarakterik  xüsusiyyətlərdən 

biri də konformist xarakterə malik olmalarıdır. Maliyyə-hüquqi tənzimetmə 

metodunda konformizm mülki-hüquqi tənzimetmədə hüquqi təşəbbüskarlığa 

əks  olan  xüsusiyyətdir.  Bu  o  deməkdir  ki,  maliyyə  hüququnun  subyektləri 

maliyyə hüquq münasibətlərində öz iradəsi, öz təşəbbüsləri ilə deyil, dövlət 

orqanlarının müvafiq göstərişləri əsasında iştirak edirlər.  

4)  nəhayət,  maliyyə-hüquqi  tənzimetmə  metodunun  xarakterik 

əlaməti maliyyə hüququnun subyektlərinin hüquqi qeyri-bərabərliyidir. Bu o 

deməkdir  ki,  maliyyə  hüquq  münasibətlərində  bir  tərəf  hüquqi-hakimiyyət 

səlahiyyətinə malik olur, digər tərəfdə (məsələn, hüquqi və fiziki şəxslərdə) 

isə bu yoxdur.  

Hakimiyyət göstərişləri metodu maliyyə-hüquqi tənzimetmədə digər 

metod kimi zəmanət və razılaşdırma  metodu ilə  birgə iştirak edir. Zəmanət 

metodu 


başlıca 

olaraq 


dövlət 

orqanları 

arasında 

olan 


maliyyə 

münasibətlərinin  tənzim  edilməsində  tətbiq  olunur.  Razılaşdırma  metodu 

çox  az-az  hallarda  tənzimetmə  metodu  kimi  istifadə  olunur.  Bu  metod 

başlıca  olaraq  dövlətin  maliyyə  fəaliyyətini  həyata  keçirən  orqanlar 

arasında,  bəzən  də  maliyyə-hüquqi  müqavilə  bağlamış  tərəflər  arasında 

yaranan münasibətlərin nizama salınmasında istifadə olunur.  

 

7.4. Maliyyə hüququnun sistemi və maliyyə hüquq elmi 

 

Dövlətin maliyyə fəaliyyətini tənzim edən hüquq normaları maliyyə 

hüququnun  özündə  müvafiq  hüquq  institutlarında  cəmləşmişdir.  Hüquq 

institutu-hüquq  sahəsi  daxilində  müəyyən  dar  çərçivədə  eynicinsli  ictimai 

münasibətləri  tənzim  edən  qarşılıqlı  əlaqəli  və  qarşılıqlı  surətdə  şərtləşən 

hüquq  normaları  qrupuna  deyilir.  Maliyyə  hüququ  daxilində  onların 

yerləşməsi qaydası və tədqiq edilməsi dövlətin maliyyə fəaliyyəti sahəsində 

ictimai  münasibətlərin  sisteminə,  yəni  dövlətin  maliyyə  sisteminə  obyektiv 

olaraq uyğun gəlir.  

Maliyyə  hüquq  normalarının  məcmusu  olan  maliyyə  hüququ  iki 

hissədən - Ümumi və Xüsusi hissələrdən ibarətdir.  

Maliyyə hüququnun ümumi hissəsinə dövlətin maliyyə fəaliyyətinin 

ümumi  prinsiplərini,  hüquqi  forma  və  metodlarını  nizama  salan  normalar 

aiddir.  Buraya  maliyyə  hüquq  münasibətlərinin  və  maliyyə  hüquq 

institutlarının əsasları daxildir. Ümumi hissədə dövlətin maliyyə nəzarətinin 

əsasları tədqiq olunur.  



 

116 


Maliyyə  hüququnun  xüsusi  hissəsi  maliyyə  hüququnun  elmi 

cəhətdən  əsaslandırılmış  qaydada  və  məntiqi  ardıcıllıqla  düzülmüş  və  bir  - 

birilə  obyektiv  əlaqədə  olan  hüquq  institutlarından  ibarətdir.  Məsələn, 

maliyyə  hüququnun  şübhəsiz  ki,  əsas  institutu  büdcə  hüququdur.  Belə  ki, 

məhz  büdcə  sistemində  dövlət  hakimiyyət  orqanlarının  fəaliyyətini  təmin 

edən  əsas  maliyyə  ehtiyatları,  habelə  büdcədənkənar  pul  vəsaiti  fondları 

cəmləşir.  Ona  görə  də  büdcə  və  büdcədənkənar  fondların  hüquqi  rejimi 

digər  maliyyə  hüquq  institutlarına  nisbətən  Xüsusi  hissədə  həlledici  yer 

tutur.  

Büdcə  dövlətin  gəlir  və  xərcləridir,  ona  görə  də  növbəti  hüquq 

institutu  dövlət  gəlirləri  institutudur.  Burada  əsas  normalar  vergi  hüquq 

münasibətlərini  tənzim  edir.  Dövlət  gəlirləri  institutu  içərisində  dövlət 

krediti və sığorta hüquq münasibətlərini tənzim edən normalar də əhəmiyyət 

kəsb edir.  

Dövlətin maliyyə sisteminin normal işləməsi üçün pul vəsaitlərini və 

yığılmış  digər  vəsaitləri  mərkəzləşdirilmiş  fondlarda  təkcə  yığmaq  deyil, 

habelə,  onları  düzgün  istiqamətləndirmək  və  istifadə  etmək  lazımdır.  Bu 

səbəbdən  də  xüsusi  hissədə  dövlət  gəlirləri  institutunun  ardınca  dövlət 

xərcləri institutu tədqiq edilir.  

Dövlət  xərcləri  institutu  özündə  büdcə  maliyyələşdirilməsi,  bank 

kreditinə  dair  normaları  özündə  birləşdirir.  Bunlar  içərisində  bank  krediti 

haqqında  xüsusi  fikir  söyləmək  gərəkdir.  Bank  krediti  çox  mürəkkəb  bir 

maliyyə  mexanizmidir,  çünki  bank  sistemi  vasitəsilə  pul  vəsaitləri  əvvəlcə 

yığılır, dövlət tərəfindən səfərbər edilir, sonra  isə  xərclənir. Beləliklə, bank 

krediti eyni bir vaxtda həm dövlət gəlirləri institutu, həm də dövlət xərcləri 

institutudur.  

Bank  fəaliyyəti üçün dövlət tərəfindən  müəyyən  olunan  hesablaşma 

qaydaları  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  hesablaşmaları 

tənzim edən normalar ayrıca bir maliyyə hüquq institutunda cəmləşdirilir.  

Bir halda ki, maliyyə fəaliyyəti pul və pul dövriyyəsi əsasında həyata 

keçirilir,  buna  görə  də  maliyyə  hüququnun  sisteminə  xüsusi  hüquq 

institutları - pul və pul dövriyyəsi, habelə valyuta tənzimi daxil olur.  

Beləliklə,  maliyyə  hüququ  sistemində  əslində  dövlətin  mövcud 

maliyyə  sistemi  öz  ifadəsini  tapır.  Maliyyə  sisteminin  vahidliyi  maliyyə 

hüququ sisteminin ümumi quruluşunda təzahür tapır.  

Maliyyə  hüququnun  elmi  cəhətdən  əsaslandırılmış  bu  cür  sistemi 

maliyyə  hüquq  normalarının  daha  dəqiq  tətbiqinə,  qanunçuluq  prinsipinin 

təmin olunmasına imkan verir.  

Maliyyə  hüququnun  sistemi  maliyyə  hüquq  elminin  sistemindən 

fərqlənir. Maliyyə hüquq elmi maliyyə hüququ haqqında biliklər sistemidir. 

Maliyyə hüquq elminin sistemi bir neçə bölmədən ibarətdir:  


 

117 


• maliyyə hüquq elminin ümum nəzəri problemləri. Burada maliyyə 

hüququnun  hüquq  sahəsi  kimi  predmeti,  mahiyyəti,  maliyyə  hüquq 

münasibətləri, maliyyə nəzarəti məsələləri tədqiq olunur.  

• büdcə hüququ, dövlət və bələdiyyələrin büdcə hüquqları, 

büdcədənkənar fondların hüquqları:  

• dövlət və bələdiyyə müəssisələrinin, habelə özəl müəssisələrin 

maliyyə fondlarının hüquqi problemləri;  

  dövlət gəlirlərinin hüquqi problemləri;  

  dövlət xərclərinin hüquqi problemləri;  

  kredit sistemi, pul dövriyyəsi, hesablaşma, valyuta tənzimi, valyuta 

nəzarətinin hüquqi problemləri.  

Beləliklə,  maliyyə  hüquq  elmi  -  predmetini  hüquq  sahəsi  kimi  və 

maliyyə-hüquqi  konsepsiyalar,  kateqoriyalar  və  prinsiplər  halında  biliklər 

sistemi  kimi  maliyyə  hüququnun,  dövlət  maliyyəsi  sahəsində  hüquqi  - 

texniki  qaydaların,  hüquq  yaradıcılıq  və  hüquq  tətbiqetmə  fəaliyyətinin 

təkmilləşdirilməsi  üzrə  elmi  proqnoz  və  təkliflərin  öyrənilməsini  qarşısına 

məqsəd qoyan, sahəvi, ictimai, ümumi-hüquq elmidir. 

Maliyyə hüquq elminin predmetini aşağıdakılar təşkil edir:  

- Azərbaycan Respublikasının maliyyə - hüquqi normaları və 

maliyyə-hüquq institutları;  

- maliyyə hüquq münasibətləri;  

- respublika maliyyə qanunvericiliyi;  

- respublikada maliyyə - hüquqi tənzimetmənin inkişaf perspektiv-

ləri.  


Maliyyə  hüquq  elmi  ictimai  hüquq  elmidir.  Bu  elm  fərdi  maraqlara 

deyil, ictimai, kollektiv maraqlara toxunan halları, prosesləri tədqiq edir.  

Maliyyə  hüquq  elminin  əsasını  maliyyə  haqqında  elm  təşkil  edir. 

Maliyyə haqqında elmin inkişafı tarixi XVIII əsrdən başlanır .Lakin bundan 

xeyli  əvvəl  -  hələ  XVI  əsrdə  Almaniyada  «kameralistika»  adlanan  elm 

yaranıb  inkişaf  etməkdə  idi.  Kameralistika  elmi  bir  sıra  sahələri:  dövlət 

idarəçiliyi, iqtisadiyyat, aqrar işi, dağ-mədən işi, ticarət və s o cümlədən də 

dövlət  maliyyəsi  sahəsini  əhatə  edirdi.  Bu  elmin  yaradıcıları  Zonnenfelds, 

Şreder,  Yusti,  Berq  olmuşlar.  XIX  əsrdə  kameralistika  elmindən  maliyyə 

haqqında elm ayrıldı. XVIII əsrdə maliyyə haqqında elmə şotland iqtisadçısı 

Adam  Smit  öz  xüsusi  töhfələrini  verdi.  Belə  ki,  1776-cı  ildə  0,  «Xalqların 

sərvətlərinin  təbiəti  və  səbəbləri  haqqında»  əsərini  yazmışdı  ki,  kitab  beş 

hissədən  ibarət  idi  və  onlardan  biri  dövlətin  gəlirləri  və  xərcləri  haqqında 

idi.  A.Smitin  elmi  irsi  əvvəllər  İngiltərədə  və  Fransada  daha  çox 

qiymətləndirilmiş,  hazırda  isə  bütün  dünyada  onun  nəzəri  irsindən  istifadə 

edərək, dövlətlər öz maliyyə-vergi siyasətlərini işləyib hazırlayırlar.  

Maliyyə hüquq elmi ictimai elmdir. O, dövlətin və bələdiyyələrin pul 


 

118 


vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar real 

ictimai  prosesləri  tədqiq  edir  və  bununla  da  başqa  hüquq  elmlərindən 

fərqlənir.  

Maliyyə  hüququnun  predmetini,  onun  tənzimetmə  sahəsini  əmələ 

gətirən  ictimai  münasibətləri  araşdıraraq,  N.A.Şevelyova  qeyd  edir  ki, 

maliyyə  hüququnun öz daxilində  bəzi  institutlar, o cümlədən  vergi  hüququ 

və büdcə hüququ artıq müstəqil, muxtar - hüquqi təsisatlar (institutlar) hesab 

olunmaqdadır  və  bu  bir  faktdır.  Professor  D.V.Vinnİtskiy  isə,  xarici  ölkə 

mənbələrinə  istinadən  qeyd  edir  ki,  Böyük  Britaniyada  və  ABŞ-da 

ümumiyyətlə maliyyə hüququ artıq çoxdandır ki, hüquqi tədqiqatların sahəsi 

hesab  olunmur,  indi  əsas  tədqiqat  sahəsi  vergi  hüququdur  və  vergi  hüququ 

kursu maliyyə hüquqi problematikadan ayrılmışdır.  

Son  illər  Azərbaycan  Respublikasında  da  maliyyə  hüquq  elmi  daha 

obyektiv  surətdə  inkişaf  etməyə  başlamışdır.  Bazar  iqtisadiyyatı  yolu  ilə 

ölkənin 

inkişaf 


etməsi 

şəraitində 

maliyyə 

hüquqi 


tənzimetmə 

mexanizmlərinin,  onlar  içərisində  xüsusilə  vergi  mexanizminin  tədqiq 

edilməsi çox vacib bir məsələ hesab olunur.  

Maliyyə  hüququnun  son  illər  inkişafı  ilə  əlaqədar  olaraq  maliyyə 

qanunvericiliyi  problemlərinə,  xüsusilə  də  vergi  qanunvericiliyində 

boşluqların  aradan  götürülməsi,  vergi  və  büdcə  qanunvericiliyinin 

təkmilləşdirilməsi  və  s.  problemlərə  çox  diqqət  verilir.  Azərbaycan 

Respublikasının Maliyyə hüququ ölkənin iqtisadi inkişaf təcrübəsini nəzərə 

almaqla,  habelə  başqa  ölkələrin  bazar  iqtisadiyyatı  sahəsində  təcrübəsini 

nəzərə almaqla inkişaf edir.  

 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin