DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


Dövlət büdcəsinin funksiyaları



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
Maliyye


 

11.2.Dövlət büdcəsinin funksiyaları 

 

  İqtisadi  kateqoriya  kimi  dövlət  büdcəsinin  mahiyyəti  özünü  onun 

funksiyalarında  büruzə  verir.  Dövlət  büdcəsinin  yerinə  yetirdiyi    əsas 

funksiyalar aşağıdakılardan ibarətdir:  

 Ümumi Daxili Məhsulun  və Milli Gəlirin bölgüsü; 

 İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması; 

 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı; 

 Dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarının  yaradılması  və 

istifadəsi üzərində nəzarət etmək. 

ÜDM-un dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülməsi bir-biri ilə 

qarşılıqlı   əlaqədə olan  iki  prosesdir. Büdcə gəlirlərinin  yaradılması,  büdcə 

vəsaitinin istifadəsi. 

Büdcə  gəlirləri  və  xərclərinin  ümumi  xarakteristikası  dövlət 

büdcəsinin  iqtisadi  –  sosial  mahiyyətini  və  rolunu  əks  etdirir.  Büdcənin 

bölüşdürücü  funksiyası  dövlət  və  yerli  özünüidarəetmə  orqanları 

səviyyəsində    pul  fondlarının  yaradılması  və  istifadəsini  əhatə  edir.  Büdcə 

gəlirləri  -  Azərbaycan  Respublikasının,  Naxçıvan  Muxtar  Respublikasının 

və  yerli  özünüidarəetmə  orqanlarının  müvafiq  qanunvericilik  aktları  ilə  

müəyyən  olunmuş  qaydada  dövlət  büdcəsinə,  Naxçıvan  MR-nın  büdcəsinə 

və  yerli  büdcələrə  daxil olan  vergilər, rüsumlar, digər ödənişlərdən  ibarət-

dir.  


Büdcənin  nəzarət  funksiyası  büdcə  vəsaitlərinin  daxil  olması  və 

istifadəsinə dövlət nəzarətidir. 



DÖVLƏT BÜDCƏSİNİN FUNKSİYALARI 

 

 



 

 

 

 

Нязарят функсийасы 

 

Бюлэц  функсийасы 

 

ДЮВЛЯТ БЦДЪЯСИНИН ФУНКСИЙАЛАРЫ 



 

191 


2000-2009-cü illər üzrə  

Dövlət büdcəsinin gəlir və xərcləri  

  

2000 

2005 

2006 

2007 

2008 

2009 

Gəlirlər-cəmi, 

mlyn. manat  

714.6  2 055.2  3 868.8 

6 006.6  10 762.7  10 325.9 

o cümlədən:  

əlavə dəyər 

vergisi  

190.8  599.9 

737.8 


1 179.2  1 910.9  2 012.8 

aksizlər  

22.4  141.0 

187.4 


402.9 

486.9 


485.1 

mənfəətdən vergi   125.9  355.4  1 360.5 

2 457.7  2 862.3  1 329.2 

mədən vergisi 

(royalti)  

50.4 


53.5 

100.2 


123.2 

147.7 


121.9 

əhalidən gəlir 

vergisi  

94.0  317.4 

407.3 

588.6 


627.2 

581.9 


əmlak vergisi  

11.8 


40.4 

55.8 


72.3 

112.9 


66.2 

xarici iqtisadi 

fəaliyyətdən vergi 

63.4  205.2 

139.3 

293.2 


449.7 

418.1 


rüsumlar və qeyri 

vergi ödənişləri  

117.9  288.2 

816.1 


793.8  4 037.7  5 197.7 

torpaq vergisi  

6.7 

15.3 


18.5 

27.1 


30.6 

26.2 


sair  

31.3 


38.9 

45.9 


68.6 

96.8 


86.8 

Xərclər-cəmi, 

mlyn. manat  

764.0  2 140.7  3 790.1 

6 086.2  10 774.2  10 503.9 

o cümlədən:  

iqtisadiyyata  

89.4  444.7  1 246.9 

2 350.0  4 958.6  4 373.9 

sosial-mədəni 

tədbirlərə  

382.6  843.3  1 049.7 

1 670.3  2 312.5  2 763.0 

onlardan:  

təhsilə  

181.8  372.5 

479.1 

723.0 


979.7  1 147.9 

mədəniyyət və 

kütləvi 

informasiya 

vasitələrinə  

18.1 


45.5 

59.9 


81.9 

118.3 


133.6 

səhiyyəyə  

40.9  115.3 

162.0 


257.2 

346.2 


402.4 

idmana  


2.4 

5.1 


7.2 

13.4 


21.9 

24.7 


sosial-müdafiə 

fonduna  

104.9  217.7 

330.3 


578.4 

825.3  1 038.9 

sosial təminat 

34.5 


87.2 

11.2 


16.4 

21.1 


15.5 

 

192 


fonduna verilmiş 

vəsaitlərə  

elmə  

9.3 


28.8 

32.0 


43.9 

62.1 


83.3 

hüquq mühafizə 

orqanlarına  

74.4  206.4 

278.7 

431.3 


533.9 

648.9 


dövlət 

hakimiyyəti və 

idarəetmə 

orqanlarının 

saxlanması 

xərcləri  

37.0  123.9 

142.8 


198.8 

252.4 


289.7 

sair  


171.3  493.6  1 040.0 

1 391.9  2 654.7  2 345.1 



 

 

11.3. Dövlət büdcəsinin təşkili prinsipləri 

 

  Büdcə  sistemi  bu  sistemə  daxil  olan  büdcələrin  vahid  prinsiplər 

əsasında  fəaliyyətinə  və  onların  müstəqilliyinə  əsaslanır.  Azərbaycan 

Respublikasının dövlət büdcəsinin fəaliyyət prinsipləri aşağıdakılardır: 

  -  Büdcənin  vahidliyi  prinsipi.  Büdcənin  vahidliyi  prinsipi  ümumi 

hüquqi  bazanın,  pul  sisteminin,  büdcə  sənədləşdirilməsi  formalarının  eyni 

olmasını,  büdcə  qanunvericiliyinin  pozulmasına  görə  cərimələrin  vahid 

sistemlə tətbiqini, dövlət büdcəsi və yerli büdcələrin vəsaitlərinin mühasibat 

uçotunun vahid qaydada aparılmasını nəzərdə tutur. 

  -  Müxtəlif  səviyyəli  büdcələrin  müstəqilliyi    prinsipinə  görə  icra 

orqanlarına  büdcə  sisteminin    hər  bir  səviyyəsində  büdcə  prosesinin 

müstəqil həyata keçirilməsi hüququ verilməlidir. 

  - Büdcənin  həqiqiliyi prinsipi. Büdcənin  həqiqiliyi prinsipi  müvafiq 

bölgənin  sosial-iqtisadi    inkişaf  göstəricilərinin    və  büdcənin  gəlir  və 

xərclərinin reallığını göstərir.  

  -  Büdcənin  aşkarlığı  prinsipi.  Aşkarlıq  prinsipi  dedikdə  təsdiq 

edilmiş büdcənin və onun icrası haqqında hesabatın, büdcənin icrası zamanı 

informasiyanın  dolğun  verilməsi  və  digər  məsələlərin  cəmiyyət  və  kütləvi 

informasiya vasitələri üçün açıq aşkar olması başa düşülür. 

 Büdcənin 

balanslaşdırılması 

prinsipi. 

Hər 


bir 

büdcə 


ba-

lanslaşdırılmalıdır,  yəni,  büdcədə  nəzərdə  tutulmuş  xərclərin  həcmi    büdcə 

gəlirlərinin  və  büdcə  kəsirinin  maliyyələşdirilməsinə  sərf  edilən  məbləğin 

həcminə uyğun olmalıdır. 



  -  Büdcə  vəsaitlərinin  ünvanlılığı  və  məqsədli  xarakter  daşıması 

prinsipi.  Bu  prinsip  konkret  məqsədlərin  maliyyələşdirilməsi  üçün  büdcə 



 

193 


vəsaitlərinin  onun  alıcılarının  sərəncamına  istiqamətləndirilməsini  nəzərdə 

tutur. 


  -  Büdcə  vəsaitlərindən  istifadənin  səmərəliliyi  və  qənaətliliyi 

prinsipi. 



 

 

11.3.Büdcə kəsiri, onun yaranma səbəbləri və azaldılması istiqamətləri 

 

  Büdcə  kəsiri  maliyyə  hadisəsi  olub,  fövqəladə    və  istisna  hal 

deyildir.    Dünyada    elə  dövlət  yoxdur  ki,  nə  vaxtsa  onun  büdcəsində  kəsir 

olmasın.  Büdcənin  gəlir  və  xərclərinin  tarazlaşdırılması  ən  mühüm 

məsələlərdən  biridir.  Büdcə  kəsiri    büdcə  xərclərinin  büdcə  gəlirlərini 

üstələməsidir. Büdcə kəsirinin yol verilən həddi ümumi daxili məhsulun  2-

3 %-dən artıq olmamalıdır. Büdcə kəsirinin yaranma səbəbləri: qəflətən baş 

verən  fövqəladə  və gözlənilməz  hadisələr (təbii  fəlakətlər,  müharibə  və  s.), 

iqtisadi  böhran,  ölkə  iqtisadiyyatına  iri  həcmli  dövlət  investisiya  qoyuluş-

ları, əhalinin sürətli say artımı ola bilər 

  Büdcə  kəsirinin  azaldılması  tədbirlərinə  daha  yüksək  gəlir  əldə 

etmək  məqsədi  ilə  büdcə  vəsaitlərinin  investisiya  istiqamətlərinin 

dəyişdirilməsini,    maliyyə  güzəştləri  və  sanksiyalardan  daha  çevik  istifadə 

etməklə  ictimai  istehsalın  stimullaşdırılmasını,    dövlət  büdcəsi  hesabına 

maliyyələşdirilən sahələrin ixtisar edilməsini,  hərbi xərclərin azaldılmasını, 

yalnız ən mühüm sosial proqramların maliyyələşdirilməsini, müəyyən hədd 

gözlənilməklə  büdcə  kəsirinin  azaldılması  məqsədilə  xarici  kapitalın  cəlb 

edilməsini aid etmək olar. 

Büdcə  kəsiri  daxili  və  xarici  mənbələr  hesabına  maliyyələşdirilir.  

Daxili  mənbələr:    Milli  Bankın  vəsaitləri,  dövlət  qiymətli  kağızları,  dövlət 

büdcədənkənar  fondlarından  və  digər  səviyyəli  büdcələrdən  alınan  büdcə 

ssudaları hesabına maliyyələşdirilmə və sair daxili mənbələr. Xarici mənbə-

lər: beynəlxalq maliyyə təşkilatlarının kreditləri, xarici ölkə  hökumətlərinin 

kreditləri,  xarici  kommersiya  bankları  və  firmalarının  kreditləri,  sair  xarici 

maliyyələşdirmə. 

Dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  iqtisadiyyatın  böhranlı 

şəraitində  iqtisadi  siyasətin  qarşısında  duran  əsas  vəsaitlərdən  biri  olan 

tarazlı büdcənin yaradılmasına həmişə nail olmaq mümkün olmur. Xüsusilə 

də  keçid  iqtisadiyyatı  şəraitində  büdcə  kəsiri  qaçılmazdır,  başqa  sözlə 

obyektiv zərurət təşkil edir. 

Büdcə  kəsiri  maliyyə  ilində  dövlət  büdcəsinin  xərclərinin  onun 

gəlirlərindən artıq olan hissəsinə deyilir: 

D = G - T 


 

194 


İqtisadiyyatın böhranlı vəziyyəti işgüzar fəallığın, investisiya tələbinin 

yüksəldilməsi  ilə  aradan  qaldırıla  bilər.  Bu  da  öz  növbəsində  dövlət 

xərclərinin  artırılması  və  gəlirlərin  azaldılmasını  tələb  edir.  Dövlət 

xərclərinin  artırılması  və  gəlirlərinin  azaldılması  tənəzzül  şəraitində  olan 

iqtisadi fəaliyyətin stimullaşdırılması məqsədinin reallaşmasına xidmət edir. 

Vaxtilə  C.M.Keyns  göstərirdi  ki,  iqtisadiyyatın  tsiklik  enmə  dövründə 

işgüzar 

fəallığın 

canlandırılmasında, 

investisiya 

tələbinin 

stimullaşdırılmasında  defisitli  büdcə  şəraitində  maliyyələşmə  həlledici  və 

önəmli  rola  malikdir.  Göründüyü  kimi  belə  stimullaşdırıcı  iqtisadi  siyasət 

büdcə kəsirinin yaranması zərurətini ortaya çıxarır. 

Təbii  ki,  ortaya  çıxmış  büdcə  kəsiri  müəyyən  vasitələrlə  aradan 

qaldırılmalıdır.  Bu  zaman  elə  üsullar  seçilməlidir  ki,  iqtisadi  siyasətin 

stimullaşdırıcı effektini neytrallaşdırmasın. 

Büdcə kəsirinin müəyyən edilməsi məsələsinin mahiyyətini açıqlayaq. 

Büdcə  kəsirinin  kəmiyyət  qiyməti  obyektiv  olaraq  aşağıdakı  faktorlarla 

şərtləndirilir. 

1. Adətən dövlət xərclərinin həcmini qiymətləndirərkən iqtisadiyyatın 

dövlət  sektorunda  amortizasiyası  nəzərə  alınmır,  bu  da  obyektiv  olaraq 

büdcə kəsirinin həcminin artmasına gətirib çıxarır. 

2.  Dövlət  xərclərinin  mühüm  maddəsi  kimi  borclanmaya  xidmət 

etmək çıxış  edir. Belə ki,  borclanma üzrə  faizin ödənilməsi  və  borcun əsas 

məbləğinin (borcun amortizasiyası) tədricən ödənilməsi əsas göstəricidir. 

3.  Makrosəviyyədə  dövlət  büdcəsi  kəsirinin  qiymətləndirilməsi 

zamanı  yerli  büdcələrin  vəziyyəti  (hansılar  ki,  büdcə  artıqlığına  malik  ola 

bilər) nəzərə alınmır. Bəzən yerli hakimiyyət orqanları məqsədyönlü olaraq 

dövlət  büdcəsinə  vergi  ayırmalarını  azaltmaq  üçün,  yerli  büdcələrin 

vəziyyəti haqqında statistik informasiyanı təhrif edirlər. 

Bu  qanunvericilik  praktiki  olaraq  bütün  keçid  iqtisadiyyatlı  ölkələr 

üçün xarakterikdir. Nəticədə isə dövlət büdcəsi kəsirinin qiymətləndirilməsi 

zamanı artım baş verir. 

4.  Keçid  iqtisadiyyatında  dövlət  büdcəsi  kəsirinin  müəyyən  edilməsi 

ilə  yanaşı,  onun  Mərkəzi  Bankın,  həmçinin  dövlət  müəssisələrinin  və 

kommersiya  banklarının  qeyri-həqiqi  fiskal  (qeyri-həqiqi  büdcə)  fəaliyyəti 

ilə şərtləndirilmiş gizli kəsiri də mövcud olur. 

Qeyri-həqiqi fiskal əməliyyatlara daxildir: 

a) 


Dövlət 

müəssisələri 

tərəfindən 

tam 


məşğulluğun 

maliyyələşdirilməsi və əmək haqqı stavkasının ödənilməsi «bazardakından» 

yüksəkdir. Bu da ilk növbədə qarşılıqlı borclanmaya yığım yolu ilə ya bank 

ssudaları hesabınadır. 



 

195 


b)  İqtisadi  islahatların  ilkin  mərhələsində  Mərkəzi  bankdan  ayrılmış 

fəaliyyətsiz  ssudaların  böyük portfeli kommersiya banklarında toplanır. Bu 

kreditləri  əsasən Mərkəzi bankın güzəştli kreditləri hesabına ödəyirlər. 

v) Mərkəzi Bankın hökumətə verdiyi faizsiz və güzəştli  kreditlərdən, 

valyuta  kursunun  dəyişməsinin  sabitləşməsi  üzrə  tədbirlərdən  və 

kommersiya  banklarına  fəaliyyətsiz  ssudaların  xidmət  üçün  verilmiş 

kreditlərin  maliyyələşdirilməsindən  dəymiş  zərərin  maliyyələşdirilməsi, 

həmçinin mərkəzi bankın sənaye, kənd təsərrüfatı və mənzil proqramlarının 

güzəştli stavkalar üzrə maliyyələşdirilməsi. 

Gizli büdcə kəsiri faktiki büdcə kəsirinin və dövlət borcunun həcmini 

azaldır. Bu adətən seçkilər qabağı məqsədyönlü şəkildə həyata keçirilir. 

Beləliklə,  büdcə  kəsirinin  mütləq  ölçüləri  etibarlı  makroiqtisadi 

göstərici kimi çıxış edə bilməz, ona görə də, Ümumi Milli Məhsulun artması 

ilə adətən borclanma da artır. 

Büdcə  kəsirinin  maliyyələşməyə  bərabər  olduğu  üçün  o,  ümumi 

borclanma  və  likvid  maliyyə  vəsaitlərinin  qalığının  azalmasını  borcun 

örtülməsinə əlavə edərək, onlar arasındakı fərq kimi müəyyən edilə bilər. 

Büdcə kəsirini doğuran səbəblər aşağıdakılardır: 

-  müharibə,  iri  təbii  fəlakətlər  və  ya  digər  sosial  konfliktlər  zamanı 

dövlət xərclərinin artırılması; 

-  büdcə  xərclərinin  qeyri-rasional  strukturu.  Bu  iqtisadiyyatın 

inkişafına  dövlətin  iri  həcmli  investisiya  qoyuluşlarının  həyata  keçirilməsi 

ilə bağlıdır; 

-  iqtisadiyyatın  stimullaşdırılması  məqsədilə  vergilərin  azaldılması. 

İqtisadiyyatın stimullaşdırılması məqsədilə «vergi dairəsi» azaldılır, vergiyə 

cəlb olunma sistemində vergi güzəştləri tətbiq edilir; 

-  «qeyri-effektiv  büdcə  mexanizmi»  dövlətə  onu  sosial  sferanın  və 

iqtisadiyyatın  inkişafında  stimullaşdırıcı  vasitə  kimi  istifadə  etməyə  imkan 

vermir; 

- seçkilər ərəfəsində dövlət xərclərinin artırılması; 

- səhiyyəyə, təhsilə, sosial təminata və yeni iş yerlərinin yaradılmasına 

dövlət xərclərinin artırılması. 

Qeyd  etdiyimiz  bu  səbəblər  nəticə  etibarilə  iqtisadiyyatda  dövlət 

borcunun artmasına gətirib çıxarır. 

Büdcə  kəsiri  iqtisadiyyata  aktiv  təsiri  olan  mürəkkəb  bir  anlayışdır. 

Adətən  büdcə  kəsiri  iqtisadiyyata  mənfi  təsir  göstərir.  Büdcə  kəsirinin 

iqtisadi inkişafı təsiri ilə bağlı bir sıra nəzəri konsepsiyalar mövcuddur. 

Büdcə  xərclərinin  defisitli  maliyyələşmə  konsepsiyasının  tərəfdarları 

hesab edirlər ki: 

- büdcə kəsiri dağıdıcı amil hesab edilməməlidir; 



 

196 


-  büdcə  gəlirlərini  üstələyən  büdcə  xərcləri  milli  iqtisadiyyat  üçün 

təhlükə yaratmır, əksinə ölkənin sosial-rifah vəziyyətini yaxşılaşdırır; 

-  büdcə  kəsiri  büdcədən  maliyyələşən  əhalinin  və  ev  təsərrüfatlarının 

gəlirlərinin  artırır  ki,  bu  da  alıcılıq  qabiliyyətinin  yüksəlməsini  və  milli 

istehsalın  genişlənməsini  stimullaşdırır.  Bu  isə  öz  növbəsində  vergi 

daxilolmalarının artımına gətirib çıxarır. 

Qeyd  etdiyimiz  konsepsiyanı  qəbul  etməyən  iqtisadçılar  (qeyri-

klassiklər) büdcə kəsiri ilə bağlı aşağıdakı mülahizələri irəli sürürlər: 

-  müntəzəm  mövcud  olan  büdcə  kəsiri  gələcəkdə  yüksək  vergilərin 

tətbiqini  şərtləndirir; 

-  büdcə  kəsirin  örtülməsi  üçün  müxtəlif  mənbələrdən  gəlirlərin  cəlb 

edilməsi  – pul emissiyası və borclanmanın artırılması pul-kredit siyasətinin 

effektivliyinə mənfi təsir göstərir. Belə ki, milli valyutanın devalvasiyasına, 

daxili və xarici dövlət borcunun artımını şərtləndirir; 

-  büdcə  kəsirinin  artımı  zamanı  dövlət  qiymətli    kağızları  üzrə  faiz 

dərəcəsinin  yüksəlməsi  üçün  investisiyanın  sıxışdırılıb  çıxarma  effektinə 

səbəb olur. 

Tarazlaşdırılmış  büdcə konsepsiyasının tərəfdarları  isə  büdcənin gəlir 

və  xərclərinin  balansına  nail olmağı  zəruri  hesab edirlər. Bu konsepsiyanın 

mahiyyətinə  görə  iqtisadi  artımın  azalması  fonunda  dövlət  vergiləri 

azaltmalı və dövlət xərclərini artırmalı, iqtisadi artımın yüksəlməsi fonunda 

isə dövlət vergiləri artırmalı və dövlət xərclərini isə azaltmalıdır. Bu zaman 

birinci  halda  büdcə  kəsirini,  ikinci  halda  isə  büdcə  artığını  şərtləndirir.  Bu 

konsepsiyanın  praktiki  reallaşdırılması  zamanı  isə  problem  yarana  bilər. 

Belə ki, iqtisadi artımın azalması və yüksəlməsi prosesləri davamlığına görə 

bir-birindən fərqlənir. 

Göründüyü kimi, hökumət büdcə kəsirinin maliyyələşdirilməsi zamanı 

kapital  bazarına  daxil  olmalıdır  və  vəsait  əldə  etmək  üçün  xüsusi  sektorla 

rəqabətə  girməlidir.  Bu  zaman  pula  tələb  artır.  Mərkəzi  Bank  isə  onun 

təklifini  məhdudlaşdırır.  Bu  da  faiz  stavkalarının  artmasına  səbəb  olur. 

Nəticədə isə daxili investisiyanın aşağı düşməsi baş verir. Digər tərəfdən isə 

daxili  bazarda  faiz  stavkalarının  qalxması  həmin  ölkənin  qiymətli 

kağızlarına xarici tələbi artırır ki, bu da xarici kapital axınına səbəb olur və 

dövlətin xarici borcunun məbləğinin artmasına gətirib çıxarır. Xarici hüquqi 

və fiziki şəxslər qiymətli kağızları əldə etmək üçün, əvvəlcə həmin ölkənin 

milli  valyutasını  əldə  etməlidirlər.  Bu  isə  milli  valyutanın  beynəlxalq 

qiymətinin və ya onun dəyişmə kursunun qalxmasına səbəb olur. 

Nəticədə,  ixracatın aşağı düşməsi  və  idxalın  artması  baş  verir. Bu  iki 

prosesi birləşdirsək, nəhayət etibarilə xalis ixracatın aşağı düşməsi müşayiət 

olunur. 


 

197 


Dövlətin  maliyyə  siyasətinin  məqsədi  kimi  büdcənin  yox, 

iqtisadiyyatın tarazlaşdırılması çıxış etməlidir. 

Belə ki, ölkədə makroiqtisadi sabitliyin təmin olunması büdcəyə vergi 

daxilolmalarının artımına, büdcə xərclərinin effektiv istifadə olunmasına və 

büdcə  kəsirinin  idarəetməsinə  zəmin  yaradır.  Dünya  təcrübəsində  büdcə 

kəsiri ÜDM-in 3%-i təşkil edirsə bu normal hal  hesab edilir və iqtisadiyyat 

üçün  təhlükəsi  yoxdur.  Azərbaycanın  timsalında  bu  məsələni  nəzərdən 

keçirək: 



 

11.5. Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri 

 

Azərbaycanda  büdcə  kəsirinin  maliyyələşdirilməsi  mənbələri  kimi 



daxili və xarici maliyyələşdirmə mənbələri qeyd olunmalıdır. 

Büdcə kəsirini örtmək üçün dövlət həm daxili, həm də xarici maliyyə 

mənbələrindən istifadə edir. Birinci halda dövlətin daxili borcu, ikinci halda 

isə xarici borcu yaranır. 

Büdcə  kəsirini  maliyyələşdirmək  üçün  dövlət  istiqraz  vərəqələrini 

buraxa  bilər.  İstiqraz  vərəqələrini  buraxmaqla  o  əlavə  maliyyə  vəsaiti  cəlb 

edir və büdcə xərclərini maliyyələşdirir. İstiqrazlar əhali, banklar və ölkənin 

digər subyektləri tərəfindən alına bilər. Beləliklə, daxili dövlət borcu dövlət 

istiqraz vərəqələrinin ölkə daxilində yerləşdirilməsi zamanı yaranır. İstiqraz 

vərəqələrinə görə faizlər ödənilir. Qeyd edək ki, dövlət istiqrazları üzrə faiz 

dərəcəsi  maliyyə  bazarının  vəziyyətinə təsir göstərən  mühüm amildir. Belə 

ki,  dövlət  istiqraz  vərəqələrinin  buraxılması  dövlətin  pul  resurslarına  olan 

tələbatını  əks  etdirir.  Bu  tələbat  həddindən  artıq  böyük  olduqda  dövlət 

buraxdığı  istiqrazlara  görə  yüksək  faiz  dərəcəsi  müəyyən  etməklə  onların 

cazibədarlığını  artırmağa  çalışır.  Son  nəticədə  dövlətin  istiqrazlar  üzrə  faiz 

dərəcəsini  qaldırmaqla  daha  çox  pul  resurslarını  cəlb  etmək  cəhdi  maliyyə 

bazarında faiz dərəcəsinin yüksəlməsinə səbəb olur. 

Ölkə  daxilində  borclanma  ölkənin  malik  olduğu  resursların 

iqtisadiyyatın  sektorları  arasında  yenidən  bölgüsüdür.  Daxili  borclanmanın 

iqtisadiyyata  təsiri  dövlət  borclanması  vəsaitinin  xarakteri  ilə  müəyyən 

olunur. Əgər dövlət tərəfindən cəlb edilən kredit resursları digər məqsədlərə 

yönəldilibsə,  onda  dövlət  borclanması  iqtisadiyyatın  digər  sektorlarının 

ümumi  xərclərinin  həcmini azaldır  və  iqtisadiyyatda ümumi tələbi  artırmır. 

Digər  halda  isə  əgər  dövlət  borclanması  digər  sektorların  xərclərinin 

həcmini  azaltmırsa,  onda  dövlət  borclanması  iqtisadiyyatda  məcmu  tələbin 

artımına səbəb olur. 

Dövlət  borclanması  dolayı  olaraq  iqtisadi  artımın  imkanlarını 

məhdudlaşdırır. 



 

198 


Respublikamızda  büdcə  kəsirinin  daxili  borclanma  hesabına  örtmək, 

faktiki  olaraq  mümkün  deyil.  Əvvəla,  ölkədə  güclü  maliyyə  bazarı 

formalaşmayıb. İkincisi, fiziki və hüquqi şəxslər dövlətin qiymətli kağızlarla 

bağlı  verdiyi  zəmanətin  ciddiliyini  qəbul  etmirlər  və  nəhayət  daxildə 

qiymətli  kağızların  alınmasına  yönəldilməli  olan  kifayət  qədər  vəsait 

yoxdur.  Bütün  bunlara  baxmayaraq,  daxili  borclanma  hesabına  büdcə 

kəsirinin  örtülməsinə  söhbət  lazımdır.  Sadəcə  olaraq  burada  kəsirin  hansı 

hissəsinin örtülməsindən söhbət gedə bilər. 

Xarici  borclanma  hesabına  kəsirin  örtülməsi  ölkəyə  «başucalığı» 

gətirən fakt olmasa da dövlətlərin əksəriyyəti buna gedir. 

Burada  həmin  borcların  sonradan  qaytarılması  və  ya  faizlərin 

ödənilməsi (borların idarə edilməsi) ən mühüm məsələ olur. Yeri gəlmişkən 

bu borclar, «əbədi» və dəqiq qaytarılma müddəti müəyyən olunmuş borclara 

ayrılır.  Borcun  çox  hissəsini  uzunmüddətli  və  yalnız  komisyon  haqqı 

ödənilən  kreditlər  təşkil  edir.  (BVF-nin  nəzarətindəki  qurumların  50  il 

müddətində illik faiz dərəcəsi 0,75 olan kreditlər). Deməli, hökumət bundan 

istənilən vaxt bu məqsədlər üçün istifadə edə bilər. (Təbii ki, layihələr üzrə 

verilən  kreditlər  istisna  olunmaqla).  Ancaq  dövlətin  kreditləri  bu  məqsəd 

üçün  istifadə  etməsi  bütün  hallarda  arzuolunmazdır.  Çünki,  bu  kreditləri 

investisiya  qoyuluşlarına  xərcləyib,  daha  uğurlu  nəticələr  əldə  etmək  olar. 

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının elə kreditləri olur ki, onlar 

yalnız büdcə kəsirinin örtülməsinə istifadə edilə bilər. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin