DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


 Maliyyə hüququnun mənbələri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
Maliyye


7.5. Maliyyə hüququnun mənbələri 

 

Maliyyə  hüquq  normaları  hüququn  mənbələrində  əks  olunur. 

Maliyyə  hüququnun  mənbələri  dedikdə,  hüquq  normalarının  zahiri  ifadə 

üsulu başa düşülür.  

Maliyyə hüququnun mənbələrini iki qrupa bölmək olar:  

1) normativ aktlar; 2) normativ-hüquqi müqavilələr. Maliyyə 

hüququnun mənbələri olmaqla normativ aktlara aşağıdakılar aiddir:  

a) Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanun);  

b)Azərbaycan Respublikasının Vergi Məcəlləsi;  

c)Azərbaycan Respublikasının qanunları;  

d)Azərbaycan Respublikası Prezidentinin fərmanları;  

e) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;  

f) Qanun qüvvəli normativ hüquqi aktlar;  

Azərbaycan Respublikası Konstitusiyasında bir çox normalar 

bilavasitə maliyyə-hüquqi yönümlüdür.  


 

119 


Konstitusiyanın 7-ci maddəsi respublikanın dövlət quruluşunu unitar 

dövlət kimi təsbit etmişdir. Unitarizm dövlətin maliyyə sisteminin, büdcə və 

vergi  sisteminin,  maliyyə  fəaliyyətini  həyata  keçirən  dövlət  orqanları 

sisteminin  qurulmasında  əsas  olan  konstitusion  prinsipdir.  Respublikanın 

büdcə  və  vergi  sistemi  iki  səviyyəli  quruluşa  malikdir,  çünki  respublika 

unitar  dövlətdir:  respublika  və  inzibati-ərazi  vahidlikləri  həmin  dövlətin 

ərazisini təşkil edir. Respublikada hakimiyyət iki səviyyədən ibarətdir, buna 

uyğun  olaraq,  maliyyə  fəaliyyəti  həm  respublika,  həm  də  yerli  (bələdiyyə) 

səviyyəsində həyata keçirilir.  

Konstitusiyanın 19-cu maddəsində, Azərbaycan Respublikasının pul 

vahidi  kimi  milli  valyuta  -  manat  müəyyən  edilir.  Təbii  ki,  bu  müddəa 

maliyyə  hüququnun  mühüm  institutları  olan  büdcə,  vergi,  bank,  pul 

dövriyyəsi,  valyuta  hüquq  institutları  üçün  prinsipial  əhəmiyyət  daşıyır. 

Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququ haqqında 25-

ci  maddəsi;  mülkiyyət  hüququnun  qanunla  qorunması  haqqında  29-cu 

maddəsi;  hüquq  və  azadlıqların  müdafiəsi  haqqında  26-cı  maddəsi;  azad 

sahibkarlıq  hüququ  haqqında  59-cu  maddəsi;  zərərin  ödənilməsini  tələb 

etmək hüququ haqqında 68-ci maddəsi; məhkəməyə müraciət etmək hüququ 

haqqında  65-ci  maddəsi;  hüquq  və  azadlıqların  təminatı  haqqında  71-ci 

maddəsi maliyyə hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyət kəsb 

edən  normalardır.  Xüsusilə  Konstitusiyanın  73-cü  maddəsini  qeyd  etmək 

lazımdır.  Bu  maddədə  göstərilir  ki,  qanunla  müəyyən  edilmiş  vergilər  və 

başqa  dövlət  ödənişlərini  tam  həcmdə  və  vaxtında  ödəmək  hər  kəsin 

borcudur.  

Azərbaycan  Respublikası  Konstitusiyasının  94,  95,  109,  119-cu 

maddələrinə əsasən, dövlətin hakimiyyət və idarəçilik orqanlarının maliyyə 

sahəsində  səlahiyyətləri  müəyyən  olunmuşdur.  Konstitusiyanın  138-ci 

maddəsində əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi vergilərə 

dair  ümumi  qaydalar  qəbul  edə  bilər.  Məsələn,  bu  qaydalar  vergiyə  dair 

güzəştlərə  aid  ola  bilər  və  verginin  başqa  elementlərinə  dair  heç  bir 

dəyişiklik  edilə  bilməz.  139-cu  maddəyə  əsasən,  Naxçıvan  Muxtar 

Respublikasının Ali Məclisi Naxçıvan MR büdcəsini təsdiq edir.  

Beləliklə, Konstitusiyanın demək olar ki, bir çox maddələri maliyyə 

hüququ  üçün  hüquqi  mənbə  hesab  olunur.  Konstitusiya  dövlətin  maliyyə 

fəaliyyətinin  hüquqi  əsaslarını  müəyyən  edir  və  maliyyə  qanunvericiliyi 

üçün hüquqi bazadır.  

Maliyyə  hüququnun  vahid  mənbəyi  yoxdur,  yəni  bu  sahədə  vahid 

məcəllə yoxdur. Lakin maliyyə hüququnun mühüm institutlarından biri olan 

vergi  hüququnun  mənbəyi  kimi  Vergi  Məcəlləsi  artıq  qəbul  olunmuş  və 

hazırda  qüvvədədir.  Məcəllələşdirmə  prosesi  bir  qayda  olaraq  maliyyə  - 

vergi qanunvericiliyinə  müsbət təsir göstərmişdir. Belə ki, Vergi  Məcəlləsi 


 

120 


ayrı-ayrı hüquq aktlarında normaların daxili ziddiyyətlərini aradan götürmüş 

və vergi qanunvericiliyi daha mükəmməl xarakter kəsb etmişdir. Son illərdə 

Ümumiyyətlə,  vergi  qanunvericiliyinin  məcəllələşdirilməsi  çox  mürəkkəb 

və  uzun  bir  proses  olmuşdur.  Respublika  Vergi  Məcəlləsi  heç  də  bütün 

ödəmələri deyil, yalnız ayrı-ayrı vergiləri əhatə edir.  

Vergi  Məcəlləsi  ümumi  və  xüsusi  hissə  olmaqla,  17  fəsil,  221 

maddədən  ibarədir.  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  11  iyul 

2000-ci il tarixli Qanunla qəbul olunmuş, 2001-ci il yanvarın 1-dən qüvvəyə 

minmişdir.  

Azərbaycan 

Respublikası 

Vergi 


Məcəlləsi 

vergiqoyulmanın 

əsaslarını, vergi sistemini, vergi qanunvericiliyini, vergi orqanlarının sistemi 

və  onların  fəaliyyətinin  ümumi  prinsiplərini,  ayrı-ayrı  vergilərin  alınması 

qaydalarını müəyyən edir.  

Maliyyə  hüquq  normaları  maliyyə  fəaliyyətinin  bu  və  ya  digər 

sahələrini  tənzim  edən  qanunlarda  da  öz  ifadəsini  tapır.  Son  illər  ərzində 

ölkəmizdə aparılan çoxsahəli islahatlar müvafiq surətdə qanunlarla müşayiət 

olunmuşdur.  Mülkiyyət,  torpaq,  əmlak,  bank,  vergi,  sosial-sığorta  və  s. 

sahələrdə  köklü  dəyişikliklər  yeni-yeni  qanunların  verilməsi  ilə  davam 

etmişdir. 20 iyun 1995-ci il tarixli Azərbaycan Respublikasının «Gömrük ta-

rifi haqqında» Qanunu, 2 iyul 2002-ci il tarixli Azərbaycan Respublikasının 

«Büdcə  sistemi  haqqında»  Qanunu,  2  iyul  1999-cu  il  tarixli  «Hesablama 

Palatası  haqqında»  Azərbaycan Respublikasının  Qanunu, 21 oktyabr 1994-

cü  il  tarixli  Azərbaycan  Respublikasının  «Valyuta  tənzimi  haqqında» 

Qanunu,  16  sentyabr  1994-cü  il  tarixli  «Auditor  xidməti  haqqında» 

Azərbaycan  Respublikası  Qanunu,  «Banklar  haqqında»  16  yanvar  2004-cü 

il  tarixli,  Milli  Bank  haqqında  10  dekabr  2004-cü  il  tarixli  və  s.  digər 

qanunlar, habelə  həmin qanunlara əlavə  və dəyişikliklər haqqında qanunlar 

maliyyə hüququnun mənbəyini təşkil edirlər.  

Maliyyə  hüququnun  mənbəyini  hər  il  Azərbaycan  Respublikasının 

növbəti  il üçün qəbul  etdiyi  «Dövlət büdcəsi  haqqında» Qanunlar da təşkil 

edir.  

Normativ-hüquqi  aktlar  içərisində  maliyyə  hüququnun  mənbəyi 



Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanları  təşkil  edir.  Məsələn, 

Azərbaycan  Respublikası  Prezidentinin  22  mart  1999-cu  il  tarixli  «Aqrar 

sahədə  islahatların  gücləndirilməsi  üzrə  tədbirlər  haqqında»  Fərmanı  1  ilə 

kəndli  (fermer)  təsərrüfatları  beş  il  müddətinə  hazırda  2001-ci  il  Prezident 

fərmanı  ilə  qeyri-müəyyən  müddətə  (torpaq  vergisi  istisna  olmaqla)  qədər 

bütün vergilərdən azad edilmişlər.  

Azərbaycan  Respublikası  Prezidentinin»  Azərbaycan  Respublikası 

Dövlət  Neft  Fondu  haqqında»  29  dekabr  1999-cu  il  tarixli  Fərmanı  ilə 

respublikamızın  maliyyə  sistemində  yeni  bir  fondun  yaradılması  təsdiq 


 

121 


olundu.  Bu  fond  -  büdcədənkənar  dövlət  pul  vəsaiti  fondudur.  Bu  fondun 

vəsaitləri  neftin  nəql  olunması,  satışından  əldə  olunan  pul  vəsaitlərindən 

təşkil  olunur.  «Dövlət  Neft  Fondu  haqqında»  Əsasnaməyə  əsasən,  fondun 

vəsaiti  ümum  mili  mənafelər  üçün  qanunauyğun  və  məqsəd  yönlü  şəkildə 

istifadə olunur.  

Məzmunu 


maliyyə-hüquqi 

normalardan 

ibarət 

Azərbaycan 



Respublikası  Nazirlər  Kabinetinin  qərarları  da  maliyyə  hüququnun 

mənbələridir. Maliyyə sahəsində Nazirlər Kabinetinin qərarları say etibarilə 

başqalarına  nisbətən  çoxluq  təşkil  edir.  Qanun  qəbul  edildikdən  sonra, 

qanunlarda  ayrı-ayrı  məsələlərin  daha  geniş  aydınlaşdırılması  məqsədilə 

hökumət  qərarları  verilir.  Məsələn,  «Kadastr  qiymət  rayonları  və  ora  daxil 

olan  inzibati  rayonlar  üzrə  kənd  təsərrüfatı  təyinatı,  coğrafi  yerləşməsi  və 

keyfiyyəti  nəzərə  alınmaqla  şərti  balların  müəyyənləşdirilməsi  haqqında» 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  29  dekabr  2000-ci  il 

tarixli  230  saylı  Qərarı  ı  torpaq  vergisinin  hesablanması  üçün  nəzərdə 

tutulur  

Maliyyə hüququnun mənbəyini əksər hallarda idarə daxili normativ - 

hüquqi  aktlar  təşkil  edir.  Bunlar  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin,  Vergilər  Nazirliyinin,  Milli  Bankın  maliyyə  fəaliyyətinə  dair 

məktubları,  əmr  və  sərəncamları,  təlimatları,  qaydaları  və  s.  hesab  olunur. 

İdarə  daxili  normativ  aktlar  müvafiq  hüquqi  qüvvə  kəsb  edir  və  onlar,  bir 

qayda olaraq, qanunların tətbiqinə dair verilir.  

Maliyyə  hüququnun  çox  az-az  hallarda  mənbəyini  əgər  məzmunu 

maliyyə-hüquqi  normalardan  ibarət  olarsa  lokal  aktlar  təşkil  edir.  Bunlar, 

məsələn, bankların daxili strukturlarının maliyyə fəaliyyətinə dair qərarları, 

nizamnamələri ola bilər.  

Normativ  -  hüquqi  müqavilələr  hüquq  ədəbiyyatında  maliyyə 

hüququnun  mənbəyi  hesab  edilir.  Məsələn,  ikiqat  vergiqoyulma  sahəsində 

Azərbaycan  Respublikasının  başqa  xarici  dövlətlərlə  bağladığı  beynəlxalq 

müqavilələr  bu  qəbildəndir.  Beynəlxalq  vergi  müqavilələrinin  əsas 

məqsədləri  iqtisadi  münasibətlərin  bir-birinə  uyğunlaşdırılması  məqsədilə 

ikiqat  vergiqoyulmanın  aradan  qaldırılması,  vergidən  yayınmanın,  vergi 

istismarının  aradan  qaldırılmasıdır.  Azərbaycan  Respublikasının  belə 

müqavilələri  Rusiya  Federasiyası,  Ukrayna  və  onlarca  ölkələrlədir  (0 

cümlədən,  Norveç,  Böyük  Britaniya,  Macarıstan,  Rumıniya,  Türkiyə, 

Pakistan,  Özbəkistan,  Qazaxıstan  və  digər  ölkələrlə).  Belə  müqavilələr 

vasitəsi  ilə  gəlirlərə  və  əmlaka  qoyulan  vergilərə  münasibətdə  ikiqat 

vergiqoyulmanın aradan qaldırılmasına nail olunur.  

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinin  2.5  maddəsində 

deyilir  ki,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul 


 

122 


edilmiş  normativ-hüquqi  aktlarla  nəzərdə  tutulmuş  müddəalardan  fərqli 

müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları 

tətbiq edilir.  

Bu maddədən irəli gələn nəticə ondan ibarətdir ki, əvvəla beynəlxalq 

müqavilələr milli qanunvericilikdən üstündür. İkincisi, belə nəticəyə gəlmək 

olur ki, beynəlxalq vergi müqavilələri öz hüquqi qüvvəsinə görə Azərbaycan 

Respublikası Konstitusiyasından  sonra ikinci yeri tuturlar. Əgər beynəlxalq 

vergi müqaviləsi isə qanun normaları arasında müəyyən ziddiyyət yaranarsa, 

müqavilə  qanunu  rədd  etmir,  sadəcə  müvafiq  hal  üçün  qanundan  istisna 

edir.  Beynəlxalq  müqavilələrin  tələblərinin  tətbiqi  üçün  əlavə  olaraq, 

dövlətdaxili  hüquq  aktların  qəbul  edilməsinə,  ehtiyac  yoxdur.  İkiqat 

vergiqoyulmanın  aradan  qaldırılmasına  dair  müqavilələrin  tələbləri  düzünə 

olaraq və heç bir daxili qanunlardan asılı olmayaraq qüvvədədir.  

Beləliklə, 

beynəlxalq 

vergi 


müqavilələri 

Azərbaycan 

Res-

publikasında üstün hüquqa malikdir.  



Beynəlxalq  vergi  müqaviləsinə  üstünlük  verilmədiyi  ölkələrdə 

müəyyən problemlər baş verir. Belə problemlər Böyük Britaniya və ABŞ-da 

müşahidə  olunur.  ı  Bu  ölkələrdə  vergi  müqavilələri  milli  qanunlarla  eyni 

hüquqi qüvvəyə malikdir. Müqavilədən sonra qəbul olunmuş milli qanunlar 

həmin  müqaviləni  sıxışdırmaq qabiliyyətinə  malikdir, faktiki olaraq, həmin 

qanunlar daha üstün hüquqi qüvvə kəsb edir.  

Beynəlxalq  müqavilənin  bağlanılması  tərəflərin  qanunvericilik 

hakimiyyətinin  konstitusion  hüquqlarını  məhdudlaşdırmır.  Dövlət  öz 

suverenliyinə  əsasən  həmin  hüquqlardan,  xüsusilə  də  öz  səlahiyyətləri 

çərçivəsində  vergi  qanunları  qəbul  etmək  və  tətbiq  etmək  hüququndan 

istifadə edir. Lakin dövlətlər elə qanunlar qəbul edir və tətbiq edir ki, onlar 

əvvəl  bağlanmış  müqaviləyə  zidd  olmasın.  Ümumiyyətlə  isə,  razılaşan 

tərəflər  vergiqoyulma  sahəsində  müqavilələri  bağlayarkən  beynəlxalq 

hüququn  əsas  prinsiplərinə  uyğun  hərəkət  edirlər.  Bağlanılan  müqavilənin 

tələbləri dövlətlər tərəfindən tam yerinə yetirilməlidir.  

İkiqat vergiqoyulmanın aradan qaldırılmasına dair əksər müqavilələr 

dövlətlər  arasında  münaqişəli  halların  aradan  qaldırılmasına  yönələn 

müddəaları da özündə əks etdirir.  

Beynəlxalq  müqavilələrlə  milli  vergi  qanunvericiliyi  arasında 

bağlılıq  əsas  etibarilə  vergi  yükü  məsələsilə  əlaqədardır.  Bir  qisim 

dövlətlərdə  vergi  müqavilələri  vergi  ödəyicilərin  vergi  yükünü  milli 

qanunvericilikdən fərqli olaraq daha da ağırlaşdırır. Digərlərində isə, əksinə, 

vergi ödəyicilərin vergi yükünü əlverişli olaraq azaldır.  

Son  illər  maliyyə  hüququnun  inkişaf  etməsi  ilə  əlaqədar  artıq 

ümumməcburi  əhəmiyyət  kəsb  edən 

Azərbaycan 

Respublikasının 

Konstitusiya  Məhkəməsinin  dövlətin  maliyyə  fəaliyyəti  sahəsində 



 

123 


münasibətlərə dair qərarları da maliyyə hüququnun mənbəyi hesab edilir.  

 

7.6. Maliyyə hüququnun başqa hüquq sahələri ilə qarşılıqlı 

əlaqəsi 

 

Maliyyə  hüququ  hüquq  sistemində  müstəqil  hüquq  sahəsi  olmaqla 

başqa  hüquq sahələrindən, hətta özünün qarşılıqlı  əlaqədə olduğu  müəyyən 

sahələrdən hüquqi tənzimetmə predmetinə və metoduna görə fərqlənir.  

Bildiyimiz  kimi,  maliyyə  hüququ  ümumi  hüquqdur,  yəni  onun 

tənzim  etdiyi  münasibətlərdə  ictimai  maraq  önə  çəkilir.  Maliyyə 

hüququndan başqa, Konstitusiya hüququ və inzibati hüquq da ümumi hüquq 

sahələridir.  Konstitusiya  hüququndan  və  inzibati  hüquqdan  fərqli  olaraq, 

maliyyə  hüququ  bir  qədər  sonra  yaranmış,  onun  əsasını  maliyyə  haqqında 

elm təşkil etmişdir.  

Prof.Xalfina  R.O.  qeyd  edir  ki,  maliyyə  hüququnun  yaranması 

«hüquqi  tənzimetmə  obyektinin  spesifikliyi  və  onun  ictimai  əhəmiyyətilə 

bağlı  olmuşdur».  Başqa  ölkələrdə  də  (qitə  və  dünya  hüquq  sistemində) 

bizdən xeyli əvvəl belə bir proses olmuşdur.  

Maliyyə  hüququnun  Konstitusiya  hüququ  və  İnzibati  hüquqla  yaxın 

əlaqəsi  daha  möhkəmdir.  Ona  görə  də  bu  hüquq  sahələrindən  maliyyə 

hüququnun  fərqini  müəyyən  edərkən,  təkcə  hüquqi  tənzimetmə  predmetini 

və yaxud da yalnız metodunu əsas götürmək kifayət deyildir.  

Konstitusiya hüququ hüquq sistemində həlledici sahədir.  

Bu  deməkdir  ki,  onun  normaları  bütün  hüquq  sahələri  üçün,  o 

cümlədən maliyyə hüququ üçün də həlledicidir.  

Lakin  qeyd  etmək  lazımdır  ki,  konstitusion  normalar,  maliyyə 

hüququ üçün baza olmaqla, konstitusiya hüququ çərçivəsində də qalırlar və 

bu əsasda yaranan münasibətlər konstitusiya hüquq münasibətləridir. Hüquq 

ədəbiyyatında,  maliyyə  hüququ  ilə  konstitusiya  hüququnu  qarışıq  hüquq 

sahələri  adlandırırlar,  lakin  onlar  əsla  kəsişən  hüquq  sahələri  deyillər.  Bu 

fikir  onu  deməyə  əsas  verir  ki,  maliyyə  hüququ  tamamilə  müstəqil  hüquq 

sahəsidir, o yalnız maliyyə hüquq normalarından ibarətdir.  

İnzibati hüquqla maliyyə hüququnun əlaqəsi həmin sahələrin hüquqi 

tənzimetmə  predmetlərinin  bəzi  halda  kəsişməsinə  görədir.  Bununla  belə 

inzibati  hüququn  predmetini  idarəçilik  hakimiyyətinin  həyata  keçirilməsi 

prosesində  yaranan  ictimai  münasibətlər  təşkil  edir.  Maliyyə  hüququnun 

predmeti  isə  dövlətin  və  bələdiyyələrin  həyata  keçirdikləri  maliyyə 

fəaliyyəti  prosesində  yaranan  münasibətlərdir.  Lakin  maliyyə  fəaliyyəti 

dövlət idarəçilik orqanlarının fəaliyyəti gedişində realizə olunur.  

Tənzimlənmə  metoduna  gəldikdə,  hakimiyyət  göstərişləri  metodu 

hər  iki  hüquq  sahəsini  bir-birindən  ayıra  bilmir.  Deməli,  hər  halda  bu  iki 


 

124 


hüquq  sahəsini  bir-birindən  ayırmaq  üçün  yenə  də  hüquqi  tənzimetmə 

predmetini əsas tutmalı olacağıq.  

Maliyyə  hüququnun  inzibati  hüquqla  müqayisədə  spesifikliyi 

ondadır 


ki, 

maliyyə-hüquqi 

tənzimetmənin 

predmetinə 

idarəçilik 

hakimiyyəti  orqanlarının  iştirakı  ilə  yalnız  o  münasibətlər  daxildir  ki, 

onların  vasitəsilə  bilavasitə  dövlətin  maliyyə  fəaliyyəti  funksiyası  realizə 

olunur.  

İnzibati  hüququn  predmetini  dövlətin  müəyyən  funksiyalarının 

realizə  olunduğu  münasibətlər:  milli  təhlükəsizlik,  təbiəti  mühafizə,  sosial 

müdafiə  və  s.  ilə  əlaqədar  münasibətlər  təşkil  edir.  İnzibati  hüququn 

predmetinə  maliyyə-kredit  orqanlarının  iştirakı  ilə,  məsələn,  Vergilər 

Nazirliyi,  Milli  Bank  kimi  orqanların  iştirakı  ilə  münasibətlər,  lakin 

idarəçilik  hakimiyyəti  orqanları  kimi  iştirakı  ilə  münasibətlər  daxildir.  Bu 

münasibətlər təşkilatdaxili - sistemdaxili münasibətlərdir. Bunlara aiddir: a) 

həmin  maliyyə-kredit  orqanlarının  sistemində  idarəçilik  strukturlarının 

təşkili  ilə  əlaqədar;  b)  strukturlar  arası  qarşılıqlı  əlaqələrin  əsaslarının 

müəyyən  edilməsi  ilə  əlaqədar;  c)  həmin  orqanların  vəzifəli  şəxslərinin 

arasında  hüquq,  vəzifə  və  məsuliyyət  dərəcələrinin  bölüşdürülməsi  ilə 

əlaqədar  və  s.  münasibətlər  aiddir.  Bu  sadalananlar  inzibati  hüquq 

münasibətləridir. 

Lakin 


dövlətin 

pul 


fondlarının 

yaradılması, 

bölüşdürülməsi  və  istifadəsi  ilə  əlaqədar  fəaliyyətdən  irəli  gələn 

münasibətlərdirsə, deməli, onlar maliyyə hüquq münasibətləridir.  

Maliyyə  hüququ  mülki  hüquqla  çox  sıx  bağlıdır.  Maliyyə  hüquq 

münasibətləri  əslində  elə  əmlak  münasibətləridir,  yəni  pul  vəsaitləri  əmlak 

qismində  maliyyə  hüquq  münasibətinin  obyektidir.  Məlumdur  ki,  mülki 

hüququn  predmetini  əmlak  və  şəxsi-qeyri  əmlak  münasibətləri  təşkil  edir. 

Beləliklə,  maliyyə  fəaliyyəti  həyata  keçirilərkən  tənzimetmə  predmetinin 

kəsişməsi  baş  verir. Buna görə də  mülki  hüquqla  maliyyə  hüququnu tənzi-

metmə  predmetinə  görə  deyil,  tənzimetmə  metoduna  görə  fərqləndirmək 

daha 


məqsədəuyğundur. 

Maliyyə 


hüququnun 

metodu 


hakimiyyət 

göstərişləri  metodudursa,  mülki  hüququn  tənzimetmə  metodu  mülki  hüquq 

münasibətlərində tərəflərin bərabərliyi metodudur.  

 

7.7. Maliyyə hüquq normaları anlayışı və növləri 



 

Dövlətin  maliyyə  fəaliyyəti  prosesində  yaranan  münasibətlər 

maliyyə  hüquq  normaları  ilə  nizama  salınır.  Maliyyə  hüquq  normaları 

dövlətin  pul  vəsaiti  fondlarının  yaradılması,  bölüşdürülməsi  və  istifadə 

edilməsi  prosesində  yaranan  münasibətlərdə  dövlət  tərəfindən  müəyyən 

edilən  və  onun  məcburetmə  qüvvəsi  ilə  mühafizə  edilən  davranış 

qaydalarıdır.  


 

125 


Maliyyə hüquq normalarının spesifik əlamətləri vardır:  

•    Əvvəla,  maliyyə  hüquq  normalarının  maliyyə  hüquqi 

tənzimetmənin  predmetindən  asılı  olaraq,  məqsədli  təyinatı  vardır.  Bu 

normalar dövlətin və bələdiyyələrin maliyyə sahəsində fəaliyyəti prosesində 

yaranan münasibətləri tənzim edir .  

•  İkincisi,  maliyyə  hüquq  normaları  vasitəsilə  şəxsi  maraqlar deyil, 

ictimai maraq və monafelor realizə olunur .  

• Üçüncüsü, maliyyə hüquq normaları özündə ifadə olunan tələblərin 

dəyişdirilməsini qadağan edən imperativ xarakterə malikdir .  

•  Dördüncüsü,  başqa  növ  hüquq  normalarından  maliyyə  hüquq 

normaları  özünün  qeyri-stabilliyi  ilə  fərqlənir.  Artıq  bizə  məlumdur  ki, 

maliyyə  hüququnun  tənzimetmə  predmetinə  daxil  olan  münasibətlər 

mahiyyət  etibarilə  iqtisadi  münasibətlərdir.  İqtisadi  islahatlar,  iqtisadi 

proqram  və  proqnozlar,  dünya  iqtisadiyyatında  dəyişikliklər  ona  gətirib 

çıxarır ki, dövlət  maliyyə  münasibətlərini tənzim  etmək üçün köhnə  hüquq 

normalarını yeniləri ilə əvəz edir. Bazar münasibətləri şəraitində isə dövlətin 

maliyyə siyasəti əslində çevik olmalıdır. Digər tərəfdən, maliyyə hüququnun 

başlıca  institutu  sayılan  büdcə  hüquq  münasibətləri  elə  özlüyündə 

müvəqqəti,  yəni  büdcə  haqqında  qanunun  qüvvədə  olduğu  bir  maliyyə  ili 

ərzində qüvvədə olan münasibətlərdir.  

Maliyyə  hüquq  normaları  münasibət  iştirakçılarına  göstərdiyi  təsirə 

görə məcburedici, qadağanedici və səlahiyyətverici normalara bölünür.  

Məcburedici maliyyə hüquq normaları subyektlərin aktiv davranışını 

tənzim  edir  və  müəyyən  hərəkətləri  etməyə  məcbur  edir.  Məsələn,  vergi 

qanunvericiliyi vergi ödəmək vəzifəsini müəyyən edir.  

Qadağanedici  normalar  subyektlərin  müəyyən  hərəkətlər  etməsini 

qadağan edir, yəni onların passiv davranışını tənzim edir. Məsələn, vergidən 

yayınmaq 

vergi 

haqqında 



qanunvericiliklə 

qadağan 


olunur, 

və 


qanunvericilik vergidən yayınanlara qarşı maliyyə sanksiyaları tətbiq edir.  

Səlahiyyətverici  maliyyə  hüquq  normaları  münasibətin  ayrı-ayrı 

iştirakçılarını  (başlıca  olaraq  dövlət  orqanlarını)  geniş  hüquq  və 

səlahiyyətərlə təmin edir.  

Prof.  M.Y.Karaseva  məcburedici,  qadağanedici  və  səlahiyyətverici 

hüquq  normalarını  məcmu  halda  requlyativ  (tənzim1əyici)  maliyyə  hüquq 

normaları  adlandırır.  Yəni  bu  normalar  maliyyə  hüquq  münasibətlərini 

subyektiv hüquq və vəzifələr müəyyən etməklə tənzim edir.  

Tənzimləyici  maliyyə  hüquq  normaları  mühafizəedici  xarakterli 

maliyyə  hüquq  normaları  ilə  sıx  əlaqədədirlər.  Mühafizəedici  maliyyə 

hüquq  normaları  maliyyə  hüquq  pozğunluğuna  görə  dövlətin  tədbirlərini 

nəzərdə tutan normalar hesab edilir.  

Təsir  dairəsinə  görə  maliyyə  hüquq  normalarının  aşağıdakı  növləri 


 

126 


fərqləndirilir:  

a) Azərbaycan Respublikası ərazisində qüvvədə olan normalar;  

b) bələdiyyələrin ərazisində qüvvədə olan normalar. Qüvvədə olduğu 

müddətə  görə  maliyyə  hüquq  normalarının  daimi  (yəni  uzunmüddətli)  və 

müvəqqəti  növləri  fərqləndirilir.  Məsələn,  qeyri-müəyyən  vaxta  qədər 

qüvvədə  olan  normalara  daimi  normalar  demək  olar.  Lakin  hər  maliyyə  ili 

üçün  qəbul  olunan  Dövlət  Büdcəsi  haqqında  Azərbaycan  Respublikası 

Qanununun normaları müvəqqəti xarakter daşıyır və bir il qüvvədə olur.  

Maliyyə-hüquqi  tənzimetmə  predmetinin  xüsusiyyətlərindən  (bəzi 

müəlliflər  isə  «normaların  məzmunundan»l  -  hesab  edir)  asılı  olaraq 

maliyyə  hüquq  normaları  maddi  və  prosessual  olmaqla  iki  qrupa  ayrılır. 

 

«Maddi  maliyyə  hüquq  normaları  dövlət  və  bələdiyyələrin  pul 



fondlarının  həcmini,  dövlət  qarşısında  hüquqi  və  fiziki  şəxslərin  pul 

öhdəliklərinin həcmi (məsələn, vergi dərəcələri) dövlət xərclərinin həcmi və 

istiqamətlərini,  büdcə  sisteminin  strukturunu  müəyyən  edən  normalardır. 

Hər  il  növbəti  maliyyə  ili  üçün  qəbul  edilən  Azərbaycan  Respublikasının 

Dövlət  büdcəsi  haqqında  qanun,  yaxud  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsinin əksər maddələri bu məzmundadır, yəni maddi normalardır.  

Prosessual  maliyyə  hüquq  normaları  maddi  hüquq  normalarının 

həyata  keçirilməsi  qaydalarını  müəyyən  edir.  Ümumiyyətlə,  prosessual 

hüquq  normaları  maliyyə  hüquq  münasibətləri  iştirakçılarının  (dövlət 

orqanları,  hüquqi  və  fiziki  şəxslər)  bu  və  ya  digər  maliyyə  hüquq 

münasibətində 

davranış 

qaydalarını 

müəyyən 


edir. 

Azərbaycan 

Respublikasının  vergi,  büdcə  və  bank  qanunvericiliyinin  əksəriyyəti 

prosessual normalardan ibarətdir.  

Digər  növ  hüquq  normaları  kimi,  maliyyə  hüquq  normasının  da 

strukturunu hipoteza, dispozisiya və sanksiya təşkil edir.  

Hipoteza  maliyyə  hüquq  münasibətlərinin  yarana  bildiyi  şəraiti 

müəyyən edir  və  burada hüquq  münasibəti subyektlərinin dairəsi göstərilir. 

Dispozisiya  münasibət  iştirakçısının  müvafiq  halda  hansı  vəzifəni  icra 

etməli,  yaxud  hansı  hərəkəti  etmək  gərəkli  olduğunu  özündə  əks  etdirir. 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinin  155-ci  maddəsinin  l-ci 

bəndində qeyd olunur ki, sahibkarlıq fəaliyyətlə ilə məşğul olan şəxs əvvəlki 

3  aylıq  dövr  ərzində  22500  manat  və  ondan  çox  həcmdə  gəlir  əldə  edərsə, 

həmin şəxs dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına Əlavə 

Dəyər  Vergisinin  (ƏDV)  məqsədləri  üçün  qeydiyyata  dair  ərizə  verməyə 

borcludur.  

Maliyyə  hüquq  normalarının  tələbləri  pozulduqda  maliyyə-hüquqi 

sanksiya  nəzərdə  tutan  normalar  da  az  deyildir.  Məsələn,  vergi 

qanunvericiliyinin  pozulması  zamanı  tətbiq  ediləcək  maliyyə  məsuliyyəti 

nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53-61 maddələri 



 

127 


müəyyən olunmuşdur.  

Maliyyə-hüquqi  sanksiyalar  digər  növ  hüquqi  sanksiyalardan  bir 

neçə  əlamətinə  görə  fərqlənir.  Əvvəla,  maliyyə-hüquqi  sanksiyalar  pul 

formasında olub, normanı pozan şəxsə qarşı onun pul ehtiyatlarının həcminə 

təsir göstərən məcburiyyət tədbirlərini nəzərdə tutur.  

Maliyyə-hüquqi  sanksiyaların  digər  bir  əlaməti  odur  ki,  onlar 

müvafiq qanun normalarını pozan şəxslərə (hüquqi və fiziki şəxslərə, yaxud 

vəzifəli şəxslərə) tətbiq olunmaqla dövlətin maraq və mənafelərini qorumuş 

olurlar, maliyyə sahəsində ümumdövlət maraqlarını təmin etmiş olurlar.  

Maliyyə-hüquqi  sanksiyalar  özündə  hüquq  bərpaedici  və  cərimə 

(cəza)  elementlərini  birləşdirir.  Bu  da  onları  səciyyələndirən  daha  bir 

əlamətdir.  

Maliyyə  sahəsində  qanunvericiliyin  pozulması  zamanı  əməlin 

xarakterindən, ictimai təhlükəliliyi dərəcəsindən asılı olaraq inzibati-hüquqi, 

cinayət-hüquqi sanksiyalar da tətbiq oluna bilər.  

 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin