DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
Maliyye


6.4. Vergi nəzarəti 

 

Vergi  nəzarəti  -  hüquqi  normalarla  müəyyən  edilən,  ictimai  orqanlar 



tərəfindən  həyata  keçirilən  nəzarət  tədbirləri  sistemidir.  Bu  tədbirlər  borcu 

olan  şəxslər  tərəfindən  vergi  qanunvericiliyi  tam  və  vaxtlı-vaxtında  yerinə 

yetirilməsinin təmin olunmasına və yoxlanılmasına istiqamətlənir. 

Vergi nəzarətinin məqsədlərini aşağıdakı qrupda birləşdirək. 

1. Vergi pozuntularının və vergi cinayətlərinin aşkarlanması 

2. Gələcəkdə onların baş verməsinin qarşısının alınması 

3.  Vergi  məsuliyyətinin  baş  verməsinin  qaçılmazlığının  təmin 

olunması 

Dövlət  maliyyə  nəzarətinin  mühüm  həlqəsi  olan  vergi  nəzarəti 

tədbirləri özündə aşağıdakı məsələləri birləşdirir: 

1.  Vergi  hesabına  vəsaitin  qoyuluşu  haqqında  qanunvericiliyin 

tələblərinin  və  digər  öhdəliklərinin  uçotu  ilə  bağlı  məsələlərinin  vergi 

ödəyici  tərəfindən  tutulan  vergi  və  rüsumların  hesablanması  və  büdcəyə 


 

98

müvafiq şəkildə  (dövlət qeyri-büdcə fondu ) köçürülməsi üzrə öhdəliklərin 



agentlər tərəfindən yerinə yetirilməsinin yoxlanılması 

2. 


Vergi 

ödəyiciləri 

və 

digər 


şəxslər 

tərəfindən 

vergi 

qanunvericiliyində nəzərdə tutulmuş prosessual qaydaya riayət olunmasının 



yoxlanılması 

3.  Banklar  tərəfindən  vergi  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

öhdəliklərə riayət olunmasının yoxlanılması 

4.  Əhali tərəfindən pul ödənişlərinin  aparılması zamanı  nəzarət-kassa 

maşınlarının düzgün tətbiq olunmasının yoxlanılması 

5.  Vergi  və  rüsum  haqqında  qanunvericiliyinin  pozulması  hallarının 

qarşısının alınması 

6.  Vergi  qanunvericiliyini  pozan  şəxslərin  aşkarlanması  və  onların 

məsuliyyətə cəlbi 

    Vergi  nəzarəti  tədbirləri  də  həyata  keçirmək  üçün  müəyyən  forma 

və üsullardan istifadə olunur. Bu formaları aşağıdakı kimi qruplaşdıraq: 

1) Vergi yoxlamaları 

2) Maliyyə borcu olan şəxslərin izahatlarının əldə edilməsi 

3) Uçotun və hesabat məlumatlarının yoxlanılması 

4)  Gəlirlərin  əldə  edilməsi  üçün  istifadə  olunan  otaqlara  və  əraziyə 

baxılmas.  Bu  sadaladığımıız  proseduralar  ümumilikdə  dövlət  maliyyə 

nəzarətinin formalarıdır ki, hər bir dövlət bu növdən olan bütün prossedurlar 

dəqiq və ciddi nəzarət edir. 

V

V

e



e

r

r



g

g

i



i

 

 



n

n

ə



ə

z

z



a

a

r



r

ə

ə



t

t

i



i

n

n



i

i

n



n

 

 



n

n

ö



ö

v

v



l

l

ə



ə

r

r



i

i

 



 

o

o



n

n

l



l

a

a



r

r

ı



ı

n

n



 

 

k



k

e

e



ç

ç

i



i

r

r



i

i

l



l

m

m



ə

ə

 



 

m

m



ü

ü

d



d

d

d



ə

ə

t



t

i

i



n

n

d



d

ə

ə



n

n

 



 

v

v



ə

ə

 



 

a

a



p

p

a



a

r

r



ı

ı

l



l

m

m



a

a

 



 

m

m



ə

ə

n



n

b

b



ə

ə

y



y

i

i



n

n

d



d

ə

ə



n

n

 



 

a

a



s

s

ı



ı

l

l



ı

ı

 



 

o

o



l

l

a



a

r

r



a

a

q



q

 

 



m

m

ü



ü

ə

ə



y

y

y



y

ə

ə



n

n

 



 

e

e



d

d

i



i

l

l



i

i

r



r

.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Vergi nəzarətinin növləri 



 

Keçirilmə müddətinə görə 

 

Aparılma mənbəyinə görə 

 

Оператив 

Дюври 

Сянядли 

Фактики 

 

99

 



 

 

 



Vergi nəzarətinin formaları vergi orqanları tərəfindən həyata keçirilən 

tədbirlər kompleksidir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Vergi  nəzarətinin  həyata keçirilməsini təmin etmək  məqsədi  ilə  vergi 

ödəyicisi  olan  hüquqi  şəxslər,  filial  və  nümayəndəliklər  olduqları  yer  üzrə, 

fərdi  sahibkarlar  və  bəyannamə  verməli  olan  rezident  fiziki  şəxslər  isə 

yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar. 

Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının  ərazisindən kənarda 

fəaliyyət  göstərən  filialı,  nümayəndəliyi  və  digər  təsərrüfat  subyekti 

olduqda,  vergi  ödəyicisi  həm  özünün  olduğu  yer  üzrə,  həm  də  onun 

filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin olduğu yer üzrə 

uçota alınır.  

Vergi  orqanlarında  uçota  alınmaq  üçün  vergi  ödəyiciləri  tərəfindən 

onların  olduğu  və  ya  yaşadığı  yer  üzrə  vergi  orqanına  ərizə  verilir.  Vergi 

orqanına  ərizə  hüquqi  şəxsin  dövlət  qeydiyyatına  alındığı  gündən,  AR-da 

filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə 



 

Vergi nəzarətinin formaları 

 

Fiziki şəxslərin

 

xərclərinin 

onların gəlirlərinə 

uyğunluğuna nəzarət 

 

Vergi daxilolmalarının 

operativ-mühasibat 

uçotu 

 

Vergi ödəyijilərinin 

uçotu 

 

Vergi yoxlamaları 

 

100 


isə  —  filialın  və  ya  nümayəndəliyin  yaradılmasından  sonra  30  gün 

müddətində verilməlidir 

Dövlət  qeydiyyatını  həyata  keçirən  orqan  göstərilən  şəxslərin  dövlət 

qeydiyyatına  alınması  barəsində  onlara  qeydiyyat  sənədləri  ilə  birlikdə 

həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir 

Vergi  orqanında  uçota  alınmaq  üçün  vergi  ödəyicisi  tərəfindən    ərizə 

verilir.  Vergi  ödəyicisi  olan  hüquqi  şəxslər,  onların  filial  və 

nümayəndəlikləri  uçota  alınmaq  üçün  ərizə  ilə    birgə  vergi  orqanına 

müraciət  etdikdə,  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş  onların  dövlət 

qeydiyyatına  alınması  haqqında  şəhadətnamənin  nizamnaməsinin,  rəhbərin 

təyin  olunmasını  və  hüquqi  şəxsin  ünvanını  təsdiq  edən  sənədlərin,  habelə 

rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərinin və olduğu 



yer haqqında  məlumat vergi orqanına təqdim etməlidirlər 

Vergi  orqanı  vergi  ödəyicisinin  uçota  alınmasını  vergi  uçotuna 

alınması  haqqında  ərizə  və  digər  vergi    orqanına  sənədlər  daxil  olduğu 

gündən  sonrakı 2 gün  müddətində  həyata keçirməli  və  həmin  müddətdə də 

vergi  ödəyicisinə  müvafiq  şəhadətnamə  verməlidir.  Şəhadətnamə  vergi 

ödəyicisinin  uçotda  olmasını  təsdiq  edən  əsas  sənəd  olmaqla,  vergi 

ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya 

yararsız 

hala 

düşdükdə 



vergi 

ödəyicisinin 

müraciəti 

əsasında 

şəhadətnamənin  yeni  nüsxəsi  verilir.  Bu  zaman  verilən  nüsxənin  üzərində 

şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.  

Uçota  alınma,  yenidən  uçota  alınma,  uçotdan  çıxarılma  ödənişsiz 

həyata keçirilir.  

Vergi  yoxlamaları  vergilərin  hesablanmasının  düzgünlüyünə  və 

tamlığına nəzarəti bilavasitə təmin edir.  

Vergi  yoxlamasının  mahiyyətini  xarakterizə  edən  əsas  elementlər 

aşağıdakılardır: 

Vergi yoxlamasının məqsədi; 

Vergi yoxlamasının subyekti; 

Vergi yoxlamasının obyekti; 

Vergi yoxlaması aparılmasının baza üsulu 

Vergi  yoxlamaları  aparılma  yerinə,  yoxlanılan  məsələlərin  həcminə, 

təşkili üsuluna və aparılma üsuluna görə aşağıdakı kimi təsnifləşdirilir:  



 

 

 

 

 

 

 

Keçirilmə  

yerinə görə 

 

Yoxlanılan  

məsələlərin  

həcminə görə 

Yoxlamanın 

təşkili  

üsuluna görə 

Yoxlamanın 

aparılma 

üsuluna görə 

 

Kameral 

 

Kompleks 

 

Növbəti 

 

Başdan-başa 

 

VERGİ YOXLAMALARI 

 

 

101 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Kameral  vergi  yoxlaması  vergi  orqanı  tərəfindən  yerlərə  getmədən 

vergi  orqanındı  olan,  vergi  ödəyicisi  tərəfindən  təqdim  edilən  vergi 

hesabatları,  habelə  vergilərin  hesablanmasını  və  ödənilməsini  özündə  əks 

etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər 

sənədlər əsasında keçirilir.  

Kameral  vergi  yoxlaması  vergi  ödəyicisi  tərəfindən  verginin 

hesablanması  və  ödənilməsi  üçün  əsas  olan  sənədlərin  vergi  orqanına 

təqdim edildiyi gündən 30 gün müddətində keçirilir 

Kameral vergi yoxlamasının məqsədi aşağıdakılardan ibarətdir: 

 -  vergi  ödəyiciləri  tərəfindən  vergi  qanunvericiliyinə  əməl  edilməsinə 

nəzarət; 

 -  vergi  hüquq  pozuntularının  müəyyənləşdirilməsi  və  qarşısının 

alınması; 

 -  aşkar  edilmiş  pozuntular  üzrə  qismən  və  ya  tam  ödənilməmiş 

məbləğlərin tutulması; 

 -  yol  verilmiş  qanun  pozuntularına  görə  müqəssir  şəxslərin  vergi  və 

inzibati məsuliyyətə cəlb edilməsi; 

 -  səyyar  vergi  yoxlamalarının  keçirilməsi  üçün  vergi  ödəyicilərinin 

seçilməsinin əsaslandırılması üçün informasiyanın hazırlanması 

Kameral vergi yoxlaması əsasən aşağıdakı mərhələlərdən ibarət olur: 

 -  hesabatlara  vizual  nəzarət.  Bu  zaman  hesabatların  tərtib  edilməsinin 

düzgünlüyü yoxlanılır. 

 -  hesabatların  təqdim  edilməsi  müddətinə  nəzarət.  Bu  zaman  hesabatların 

vergi  orqanına  vergi  qanunvericiliyində  nəzərdə  tutulmuş  müddətdə  daxil 

olması yoxlanılır. 

 -  riyazi  əməliyyatların  düzgünlüyünə  nəzarət.  Bu  zaman  vergi  məbləğinin 

riyazi hesablanmasının düzgünlüyü yoxlanılır. 


 

102 


 -  vergi  dərəcələri  və  güzəştlərinin  tətbiqinin  qanunauyğunluğuna  nəzarət. 

Bu  zaman  vergi  ödəyicisinin  tətbiq  etdiyi  vergi  dərəcəsinin  düzgünlüyü  və 

vergi güzəştindən istifadə hüququnun olub -olmaması yoxlanılır. 

 -  vergitutma  bazasının  müəyyənləşdirilməsinin  düzgünlüyünə  nəzarət.  Bu 

zaman vergitutma bazasının düzgün təyin edilməsi yoxlanılır 

Səyyar vergi yoxlaması vergi nəzarətinin ən səmərəli formasıdır. 

Səyyar vergi yoxlamasının əsas vəzifələri aşağıdakılardır:  

-  vergilərin  tam  və  vaxtında  ödənilməsi,  onların  düzgün  hesablanması 

məqsədilə  yoxlanılan  şəxsin  maliyyə-təsərrüfat  fəaliyyətinin  hərtərəfli 

tədqiqi; 

- tədqiq edilən sənədlərin məzmunundakı uyğunsuzluqların, hesabatların 

və  vergi  bəyannamələrinin  tərtib  edilməsində,  mühasibat  uçotunun 

aparılması qaydalarında pozuntu faktlarının aşkar edilməsi; 

- müxtəlif növ vergilər üzrə vergitutma bazasının formalaşmasına aşkar 

edilmiş pozuntuların təsirinin təhlili; 

-  aşkar  edilmiş  vergi  qanunvericiliyinin  pozulması  faktları  üzrə 

dəlillərin  toplanması  və  bu  pozuntuların  sənədlər  əsasında  öz  əksini 

tapmasının təmin edilməsi; 

- vergi ödəyicisinin vergitutma bazasını azaltması və ya vergini düzgün 

hesablanmaması  nəticəsində  qismən  və  ya  tam  ödənilməmiş  vergilərin 

hesablanması; 

-  aşkar  edilmiş  pozuntuların  aradan  qaldırılması  üçün  təkliflərin 

hazırlanması; 

- vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi 

 

Səyyar vergi yoxlamasının hazırlanması və aparılması prosesi aşağıdakı 

ardıcıllıqla həyata keçirilir 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Səyyar vergi yoxlamasının keçirilməsinə həzırlıq 

 

Vergi ödəyicisinin ərazisində yoxlamanın aparılması 

 

Səyyar vergi yoxlaması aktının tərtib edilməsi 

 

Yoxlama materiallarına baxılması və qərarın qəbul edilməsi 

 

Aktın imzalanması və onun vergi ödəyicisinə təqdim edilməsi 

 

Qəbul edilmiş qərarın həyata keçirilməsi 

 

 

103 


 

 

 

 

 

 

 

 

 

 

Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifləşdirilməsi 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DÖVLƏT 

MALİYYƏ 

NƏZARƏTİ 

QEYRİ-DÖVLƏT 

MALİYYƏ 

NƏZARƏTİ 

 

İCTİMAİ NƏZARƏT 

 

AUDİTOR 

NƏZARƏTİ 

TƏSƏRRÜFAT-

DAXİLİ  NƏZARƏT 

 

 



MALİYYƏ NƏZARƏTİ

 

 



 

104 


 

 

 

 

 

 

6.5. Maliyyə nəzarətini həyata keçirən orqanlar 

 

  Maliyyə  nəzarəti  Azərbaycan  Respublikasının  Konstitusiyasına 

əsasən  aparılır.  Maliyyə  nəzarətinin  mühüm  tərkib  hissəsi  olmaqla  dövlət 

maliyyə  nəzarəti:  icra  hakimiyyəti  orqanlarının  nəzarəti  (AR  Maliyyə 

Nazirliyi,  AR  Vergilər  Nəzirliyi,  AR  Milli  Bankı,  AR  Hesablama  Palatası 

və  s.),  qanunverici orqanların  nəzarəti (Prezidentin  İcra  Aparatının Dövlət 

Nəzarəti  şöbəsi,  Milli  Məclis),    məhkəmə  hakimiyyəti  nəzarətindən 

ibarətdir. 

Səlahiyyətli  orqanlar  tərəfindən  maliyyə  nəzarəti  sistemində 

Hesablama  Palatası  xüsusi  yer  tutur.  Onun  fəaliyyəti  «Hesablama  Palatası 

haqqında» Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanunu ilə 

müəyyən edilir. 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  92-ci  maddəsinə 

əsasən  Milli  Məclis  Hesablama  Palatası  yaradır.  Hesablama  Palatası  AR 

hökumətindən  asılı  olmayan,  Milli  Məclisə  hesabat  verən,  daimi  fəaliyyət 

göstərən,  geniş  səlahiyyətlərə  malik  dövlət  büdcə  nəzarəti  orqanıdır. 

Hesablama  Palatasının  səlahiyyət  sferası  -  dövlət  mülkiyyətinə  və  dövlət 

pul  vəsaitlərinə  nəzarət  etməkdir.  Bütün  hüquqi  şəxslərə  -  büdcədənkənar 

dövlət fondları və AR-nın Mərkəzi Bankı da daxil olmaqla dövlət orqanları 

və  idarələrinə;  yerli  özünüidarəetmə  orqanları,  kommersiya  bankları  və 

sığorta  firmalarına,  digər  kommersiya  fondları  və  qeyri-dövlət,  qeyri-

kommersiya təşkilatlarına,  xüsusilə, dövlət büdcəsindən  və  büdcədənkənar 

fondlardan  vəsait  almaqla,  köçürməklə  və  onlardan  istifadə  etməklə 

əlaqədar  olanlara,  dövlət  mülkiyyətindən  istifadə  edənlər  və  habelə  dövlət 

orqanları  tərəfindən  onlara  verilmiş  mövcud  vergi,  gömrük  və  digər 

güzəştləri olanlara nəzarət edilir. 

Hesablama  Palatasının  vəzifəli  şəxsləri  qarşısında  aşağıdakı 

vəzifələr qoyulmuşdur: 

 dövlət  büdcəsi  və  büdcədənkənar  fondlardan  istifadəyə  nəzarəti  təşkil 

etmək; 


   aşkar  edilmiş  pozuntuların  aradan  qaldırılması  və  büdcə  prosesinin 

yaxşılaşdırılması üzrə təkliflər hazırlamaq; 

  dövlət  vəsaitlərindən,  o  cümlədən  qaytarılmaqla  verilən  dövlət 

vəsaitlərinin  səmərəliliyi  və  xərclənməsinin  məqsədyönlülüyünü    



 

105 


qiymətləndirmək ; 

   dövlət büdcəsi  və  büdcədənkənar  fondların  layihələrinin  maddələrinin 

əsaslığı dərəcəsini müəyyən etmək; 

   maliyyə  ekspertizası,  yəni  büdcə  üçün  qəbul  edilmiş  dövlət 

qanunlarının maliyyə nəticələrini qiymətləndirmək; 

  bank  hesablarına  büdcə  vəsaitlərinin  daxil  olmasına  və  hərəkətinə 

nəzarət etmək; 

   dövlət  büdcəsinin  icrasının  gedişi  haqqında  Milli  Məclisə  müntəzəm 

olaraq informasiya vermək; 

  dövlət 

mülkiyyətinin 

özəlləşdirilməsindən 

dövlət 

büdcəsinə 



daxilolmalara, onun satışına və idarə edilməsinə nəzarət etmək; 

Hesablama  Palatası  eyni  zamanda  AR-nın  dövlət  daxili  və  xarici 

borclarının  vəziyyətinə  və  habelə  AR  Milli  Bankının  dövlət  borclarına 

xidmət  edilməsi  üzrə  fəaliyyətinə,  AR  Hökuməti  tərəfindən  alınmış  xarici 

kreditlərin səmərəli istifadə edilməsinə və Azərbaycanın borc formasında və 

qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə 

nəzarət etməyə borcludur. 

Hesablama  Palatasının  həyata  keçirdiyi  nəzarətin  əsas  formaları 

tematik  yoxlamalar  və  təftişdir.  Aşkar  edilmiş  pozuntuların  aradan 

qaldırılması  üzrə  tədbirlər  görmək,  dövlətə  dəymiş  zərərin  ödənilməsi  və 

qanunvericiliyi  pozan  və  təsərrüfatsızlıqda  günahlandırılan  vəzifəli  şəxsləri 

məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb etmək üçün Hesablama 

Palatası  yoxlanılmış  müəssisənin,  idarənin  və  ya  təşkilatın  rəhbərliyinə 

təqdimat göndərir. 

Dövlətə  birbaşa  zərər  vuran  qanunçuluğun  və  maliyyə  intizamının 

kobud  surətdə  pozulması  faktları  aşkar  edildikdə  və  ya  Hesablama 

Palatasının  təqdimatının  baxılması  qaydasına  və  müddətinə  əməl 

edilmədikdə  o,  icra  üçün  müvafiq  göstəriş  vermək  hüququna  malikdir. 

Göstəriş  yerinə  yetirilmədiyi  hallarda  Hesablama  Palatası  Milli  Məclisin 

razılığı  ilə  yoxlanılmış  hüquqi  şəxsin  hesabları  üzrə  maliyyə,  ödəniş  və 

hesablaşma əməliyyatlarını dayandırmaq haqqında qərar qəbul edə bilər. 

Hesablama  Palatasının  fəaliyyətinin  nəticələri  qanun  üzrə  kütləvi 

informasiya vasitələrində işıqlandırılmalıdır. 

Maliyyəyə  prezident  nəzarəti  AR-nın  Konstitusiyasına  uyğun  olaraq 

maliyyə  məsələləri  üzrə  fərman  vermək,  qanunları  imzalamaq,  Maliyyə 

Nazirini  vəzifəyə  təyin  və  azad  etmək,  AR  Milli  Bankının  İdarə  Heyətinin 

sədri  vəzifəsinə  təyin  etmək    üçün  Milli  Məclisə  namizədlərin  təqdim 

edilməsi yolu ilə həyata keçirilir. 

Maliyyə  nəzarətinin  müəyyən  funksiyasını  AR  Prezidentinin  Nəzarət 

İdarəsi  həyata  keçirir.  Prezident  Aparatının  struktur  bölməsi  kimi  o, 

bilavasitə  Prezidentə  tabedir,  lakin  bütün  icra  hakimiyyəti  orqanları  ilə 


 

106 


qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərir.  Onun  funksiyalarına  respublika  icra 

hakimiyyəti  orqanları  yanında  Prezident  Aparatı  bölməsinin  və  AR 

subyektlərinin  icra  hakimiyyəti  orqanları  yanında  nəzarət  orqanlarının 

fəaliyyətinə  nəzarət  etmək,  vətəndaşların  və  hüquqi  şəxslərin  şikayətlərinə 

və müraciətlərinə baxmaq və s. daxildir. 

Nəzarət 


idarələrinə 

dövlət 


orqanlarından, 

təşkilatlardan 

və 

müəssisələrin  (mülkiyyət  formasından  asılı  olmayaraq)  rəhbərlərindən 



yoxlamanı  aparmaq  üçün  sənədləri,  materialları,  hər  hansı  informasiyasını 

tələb  etmək,  yoxlamalara  mütəxəssisləri  və  hüquq  mühafizə  orqanlarının 

nümayəndələrini  cəlb  etmək  və  yoxlamaların  nəticələri  üzrə  prezidentə 

baxılmaq  üçün  təkliflər  vermək  hüququ  verilmişdir.  O,  maliyyə 

pozuntularının  aradan  qaldırılması  haqqında  göstəriş  vermək  hüququna 

malikdir  ki,  bu  da  müvafiq  vəzifəli  şəxslər  tərəfindən  10  gün  ərzində 

baxılmalıdır.  Lakin  o,  müstəqil  olaraq  hər  hansı  sanksiya  qəbul  etmək 

hüququna malik deyil. Bütün səviyyəli icra hakimiyyəti orqanları bilavasitə 

öz səlahiyyətləri çərçivəsində maliyyə nəzarətini həyata keçirirlər və onlara 

tabe  olan  maliyyə-idarəetmə  strukturlarının  fəaliyyətlərini  istiqamətləndirir 

və nəzarət edirlər. 

AR-nın  Konstitusiyasına  və  AR-nın  Nazirlər  Kabineti  haqqında 

Qanuna  əsasən  AR-nın  hökuməti  dövlət  büdcəsinin  hazırlanması  və  icrası 

prosesinə,  maliyyə,  pul  və  kredit  sahəsində  vahid  siyasətin  həyata 

keçirilməsinə  nəzarət  edir,  nazirlik  və  idarələrin  maliyyə  fəaliyyətini 

tənzimləyir,  onlara  tabe  olan  maliyyə  nəzarətinin  xüsusi  orqanlarının 

fəaliyyətini istiqamətləndirir. 

İcra  hakimiyyəti  orqanları  tərəfindən  maliyyə  orqanları  sistemində 

mühüm  yeri  AR-nın  Maliyyə  Nazirliyi  tutur.  Maliyyə  Nazirliyi  nəinki 

ölkənin  maliyyə  siyasətini  hazırlayır  və  habelə  onun  həyata  keçirilməsinə 

nəzarət edir. Maliyyə Nazirliyinin bütün strukturları bu və ya digər formada 

maliyyə  münasibətlərinə  nəzarət  edir.  Hər  şeydən  əvvəl  Maliyyə  Nazirliyi 

maliyyə nəzarətini dövlət büdcəsinin hazırlanması prosesində həyata keçirir, 

büdcə  və  büdcədənkənar  dövlət  fondlarının  vəsaitlərinin  daxil  olması  və 

xərclənməsinə nəzarət edir, valyuta nəzarətinin həyata keçirilməsində iştirak 

edir.  AR  Hökumətinin  qərarı  əsasında  ayrılmış  dövlət  investisiyasının 

istiqamətləndirilməsinə və istifadəsinə nəzarət edir. 

Maliyyə  Nazirliyi  nəzarətin  nəticəsi  üzrə  aşağıdakıları  tələb  etmək 

hüququna malikdir: 

  aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb etmək; 

   müəssisə  və  təşkilatlarda  vəsaitlərin  qeyri-qanuni  xərclənməsi  faktı 

olduqda və habelə onlar tərəfindən müvafiq hesabatlar vaxtında təqdim 

edilmədikdə  dövlət  büdcəsindən  maliyyələşdirməni  məhdudlaşdırmaq 

və dayandırmaq; 



 

107 


   nəzərdə  tutulmuş  cərimə  qoymaqla  öz  təyinatına  istifadə  edilməmiş 

dövlət vəsaitini geri almaq; 

Maliyyə  nəzarətinin  həyata  keçirilməsində  Maliyyə  Nazirliyinin 

mühasibat  uçotunun  təşkilinə  metodiki  rəhbərliyi  və  habelə  audit  üzrə 

attestasiyanın  və  auditor  fəaliyyətinin  lisenziyalaşdırılmasının  böyük  rolu 

vardır. 


Qeyd  etmək  lazımdır  ki,  AR-nın  Maliyyə  Nazirliyinin  nəzarət 

səlahiyyəti  yalnız dövlət səviyyəsində  maliyyə  vəsaitlərinə  aid edilir,  AR-

nın 

büdcə 


qanunvericiliyi 

AR-nın 


subyektlərinin 

və 


yerli 

özünüidarəetmənin  maliyyə  müstəqilliyini  nəzərdə  tutur.  Onlar  öz 

büdcələrinin  və  büdcədənkənar  fondların  formalaşması  və  istifadəsinə 

özləri məsuliyyət daşıyırlar. 

AR-nın  Maliyyə  Nazirliyi  çərçivəsində  operativ  maliyyə  nəzarətini 

Dövlət  Maliyyə  Nəzarəti  Xidməti,  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  və 

Dövlət Xəzinədarlığı Agentliyi həyata keçirir. 

Dövlət  Maliyyə  Nəzarəti  Xidməti  dövlət  büdcəsinin,  o  cümlədən 

məqsədli  büdcə  fondlarının  və  büdcə  təşkilatlarının  büdcədənkənar 

vəsaitlərinin,  eləcə  də  dövlət  zəmanəti  ilə  alınan  kreditlərin  məqsədli  və 

səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirəcək.  

Dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının 

vəsaitlərinin  xərclənməsi,  habelə  büdcə  təşkilatlarının  büdcədənkənar 

əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət 

maliyyə nəzarətinin, dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti 

hesabına  verilmiş  kreditlərin  xərclənməsi  üzərində  dövlət  maliyyə 

nəzarətinin həyata keçirilməsi,  Azərbaycan Respublikasında dövlət maliyyə 

nəzarətinin  həyata  keçirilməsi  işinə  metodiki  rəhbərlik  edilməsi,  bu  sahədə 

mövcud  olan  nöqsanları  və  neqativ  halları  doğuran  səbəblərin  aradan 

qaldırılması  məqsədilə  mütəmadi  tədbirlər  görülməsi,  qanunvericiliklə 

müəyyən edilmiş digər ləri xidmətin fəaliyyət istiqamətləridir.  

Xidmət aşağıdakı vəzifələri həyata keçirir:  

o

 dövlət  büdcəsindən  maliyyələşən  və  dövlət  büdcəsindən  dotasiya 



alan  təşkilatlarda  Azərbaycan  Respublikasının  xarici  dövlətlərdə  və 

beynəlxalq  təşkilatlarda  fəaliyyət  göstərən  diplomatik  xidmət  orqanlarında 

dövlət  maliyyə  nəzarətini  təmin  etmək  məqsədilə  nəzarət  tədbirləri  yerinə 

yetirmək; 

o

  dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının 



vəsaitlərinin  əldə  edilməsi  və  xərclənməsi  üzərində  dövlət  maliyyə 

nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;  

o

 büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlar  üzrə  vəsaitlərinin 



əldə  edilməsi  və  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  təmin 

etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək; 



 

108 


o

 dövlət  büdcəsinin  rayon  və  şəhərlər  üzrə  yerli  gəlir  və  xərclərinin 

tərtibi  və  icrası  üzrə  rayon  və  şəhər  maliyyə  idarələrinin  (şöbələrinin) 

işlərini  və  həmin  rayon  və  şəhərlərin  ərazilərində  fəaliyyət  göstərən  büdcə 

təşkilatlarının  büdcə  və  büdcədənkənar  vəsaitlər  üzrə  gəlir  və  xərc 

smetalarının icralarını təftiş etmək;  

o

 qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və 



hüquq-mühafizə  orqanlarının  müraciətlərinə  əsasən  təftiş  və  yoxlamalar 

aparmaq;  

o

 həyata  keçirilən  nəzarət  tədbirləri  nəticəsində  tərkibində  cinayət 



əlamətləri  olan  maliyyə  pozuntuları  aşkar  olunduğu  hallarda  yoxlama 

materiallarını  hüquq-mühafizə  orqanlarına  göndərilməsi  üçün  Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;  

o

 nəzarət  tədbirinin  keçirilməsi  nəzərdə  tutulan  obyektlərdə  uçot-



hesabat  işləri  mövcud  qanunvericiliyin  tələblərinə  cavab  vermədikdə  uçot-

hesabat  işlərinin  bərpa  edilməsini  və  sonradan  nəzarət  tədbirinin  həyata 

keçirilməsi  üçün  bu  barədə  məlumatların  verilməsini  yoxlanılan obyektdən 

tələb etmək;  

o

 nəzarət  tədbirləri  nəticəsində  aşkar  olunmuş  nöqsanların  aradan 



qaldırılması  və  gələcəkdə  belə  nöqsanlara  yol  verilməməsi  məqsədilə, 

habelə  nöqsanlara  yol  verilməsində  təqsiri  olan  vəzifəli  şəxslərin  intizam 

məsuliyyətinə  cəlb  edilməsi  üçün  yoxlanılan  təşkilatların  tabe  olduqları 

yuxarı təşkilatlara təqdimatlar vermək;  

o

 maliyyə  nəzarəti  tədbirlərinin  nəticələrinin  rəsmiləşdirilməsini 



Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən 

olunmuş qaydada həyata keçirmək;  

o

 maliyyə  nəzarəti  tədbirləri  nəticəsində  aşkar  edilmiş  hüquq 



pozuntularını  təhlil  etmək  və  onların  aradan  qaldırılması  barədə  təkliflər 

vermək;  

o

 fəaliyyət istiqamətinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, 



analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə araşdırmalar aparmaq və 

təkliflər vermək;  

o

 qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında 



işlərə baxmaq;  

o

 nəzarət  tədbirlərinin  aparılması  zamanı  inzibati  xətalar  haqqında 



qəbul  edilmiş  qərarların  icrası  barədə  müvafiq  qaydada  Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyinə hesabat vermək;  

o

 dövlət  maliyyə  nəzarətini  təmin  etmək  məqsədilə  Azərbaycan 



Respublikası  Maliyyə Nazirliyinin rəhbərliyi  ilə razılaşdırmaqla  müvafiq  il 

üçün iş planı hazırlamaq və təsdiq etmək;  



 

109 


o

 vətəndaşların  qəbulunu  təşkil  etmək,  onların  şifahi  və  yazılı 

müraciətlərində  göstərilənləri  müvafiq  qaydada  araşdıraraq  qərar  qəbul 

etmək və qəbul edilmiş qərar barədə vətəndaşa cavab vermək;  

o

 Xidmətin 



fəaliyyətinin 

təkmilləşdirilməsi 

istiqamətində 

öz 


səlahiyyətləri 

daxilində 

tədbirlər 

görmək 


və 

müvafiq 


normativ 

tənzimləmənin  həyata  keçirilməsi  üçün  Azərbaycan  Respublikasının 

Maliyyə Nazirliyinə təkliflər təqdim etmək;  

o

 öz  fəaliyyətini  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  digər 



struktur bölmələri ilə əlaqələndirmək;  

o

 nəzarət  tədbirlərinin  həyata  keçirilməsi  zamanı  qanunvericiliyə 



uyğun olaraq dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;  

o

 mövcud qanunvericiliyə uyğun olaraq Xidmətin fəaliyyəti prosesində 



yaranan  arxiv  sənədlərinin  komplektləşdirilməsi,  saxlanılması  və  uçotunun 

aparılmasını təmin etmək; 

o

 fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə 



tutulmuş digər vəzifələri yerinə yetirmək.  

Öz  növbəsində  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  sığorta  fəaliyyəti 

sahəsində dövlət tənzimləməsini və nəzarətini təmin edəcək.  

Dövlət  Xəzinədarlığı  Agentliyi  isə  dövlət  büdcəsinin  kassa  icrasını 

həyata  keçirən  və  həmin  maliyyə  əməliyyatlarının  uçotunu  aparan  qurum 

kimi fəaliyyət göstərəcək.  

Eyni  zamanda,  Xəzinədarlıq  Agentliyi  büdcə  xərcləri  üzrə  hökumət 

adından  büdcə  təşkilatları  qarşısında  öhdəlikləri  qəbul  edən  və  dövlətə 

məxsus  maliyyə  vəsaitlərinin  vahid  mərkəzdən  idarə  edilməsini  həyata 

keçirəcək. 

Xəzinədarlıq  orqanlarına  dövlət  büdcə  siyasətini  həyata  keçirmək, 

dövlət  vəsaitlərinin  daxil  olmasına,  məqsədyönlü  və  qənaətlə  istifadə 

edilməsinə  ciddi  nəzarəti  həyata  keçirməklə  dövlət  büdcəsinin  icrası 

prosesini idarə etmək həvalə edilmişdir. 

Xəzinədarlıq aşağıdakılara nəzarət edir: 

  dövlət  büdcəsinin  icrası  prosesində  onun  gəlir  və  xərclər 

hissəsinə; 

   bütövlükdə dövlət maliyyəsinin vəziyyətinə və AR Hökumətinin 

maliyyə əməliyyatları və büdcə sisteminin fəaliyyəti haqqında hesabatların 

ali qanunvericilik və icra hakimiyyəti orqanlarına təqdim edilməsinə; 

   AR-nın  Milli  Bankı  ilə  birlikdə  AR-nın  daxili  və  xarici  dövlət 

borclarının vəziyyətinə; 

   büdcədənkənar dövlət fondlarına, onlar arasında və onlarla dövlət 

büdcəsi arasındakı maliyyə münasibətlərinə. 

  Qeyri-dövlət  maliyyə    nəzarəti    auditor  nəzarətini  və    ictimai 

nəzarəti, müəssisədaxili  nəzarəti əhatə edir.  



 

110 


  Auditor  nəzarətinin  başlıca  məqsədi  mühasibat  və  maliyyə 

hesabatlarının doğruluğunu, maliyyə və təsərrüfat əməliyyatlarının normativ 

aktlara  uyğunluğunu  müəyyən  etmək,  hesablaşma  sənədlərinin,  vergi 

bəyannamələrinin və iqtisadi subyektlər tərəfindən yoxlanılan digər maliyyə 

öhdəliklərinin təftişindən ibarətdir. 

  Təsərrüfatdaxili  maliyyə  nəzarəti  müəssisə  və  təşkilatların  özlərinin 

mühasibat və maliyyə şöbələri, menecment xidməti və s. tərəfindən aparılır. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin