DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


Maliyyənin  idarə edilməsinin obyekt və subyektləri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
Maliyye


Maliyyənin  idarə edilməsinin obyekt və subyektləri 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Maliyyənin idarəedilməsi metodları 

 

 

M

A

L

İY

Y

ƏN

İN

 İ

D

A

R

Ə 

E

D

İL

M

ƏS

İ 

 

İD

A

R

ƏE

T

M

Ə 

O

B

Y

E

K

T

L

ƏR

İ 

 

İD

A

R

ƏE

T

M

Ə 

S

U

B

Y

E

K

T

İ 

 

M

Ü

ƏS

S

İS

Ə

-

L

ƏR

İN

 

M

A



Y

Y

Ə 

M

Ü

H

A

S

İ-

B

ƏTLƏR

İ 

 

S



O

R

TA

 

M

Ü

N

A

S

İ-

B

ƏTLƏR

İ 

 

 



D

Ö

V

L

ƏT

 

M

A



Y

-

Y

ƏS

İ 

 

S



O

R

-

TA

 T

Ə

Ş

-

K

İLA

T

-

LA

R



 

M

A



Y

-Y

Ə 

O

R

-

Q

A

N

-

LA

R



 

В

ЕР

Э

И 

О

Р

Г

А

Н

-

ЛА

Р

Ы 

M

Ü

ƏS

S

İS

Ə

L

ƏR

İN

 

M

A



Y

Y

Ə 

Ş

Ö

B

ƏLƏR

İ 

 

MALİYYƏNİN İDARƏ EDİLMƏSİ  



METODLARI 

 

MALİYYƏ PLANLAŞDIRILMASI

 

 


 

89

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.4. Azərbaycanda maliyyənin idarə edilməsinin 

təkmilləşdirilməsi 

 

Müstəqil  dövlət  kimi  Azərbaycan  Respublikasında  güclü  və  çevik 



maliyyə  idarəçiliyi  siyasətinin  olması  çox  vacibdir.  Bu,  həm  də  bazar 

iqtisadiyyatının  mühüm  imperativlərindən  biridir.  Ona  görə  də  indi 



 

90

Azərbaycanda konservativ maliyyə idarəçiliyi kökündən dəyişməli və bazar 



iqtisadiyyatının tələblərinə uyğun şəkildə yenidən qurulmalıdır. 

 Bazar  iqtisadiyyatı,  hər  şeydən  əvvəl,  azad  və  demokratik 

iqtisadiyyatdır.  Burada  hər  bir  hüquqi  və  fiziki  şəxsin  müəyyən 

qanunvericilik  hüdudlarında azadlığı  nəzərdə tutulur. Bu səbəbdən  maliyyə 

münasibətlərinin,  pul  fondlarının  idarə  edilməsi  də  demokratik  prinsiplər 

əsasında  qurulmalı,  bu  prosesdə  hər  bir  subyektin  müstəqilliyi  təmin 

olunmalıdır. 

Bütövlükdə bazar iqtisadiyyatı şəraitində maliyyə idarəçiliyi aşağıdakı 

yollarla təkmilləşdirilməlidir:  

1.  Maliyyənin  qəbul  olunmuş  qanunvericilik  aktlarına  uyğun  olaraq 

idarə edilməsi. Həmin  aktlar ümumiyyətlə cəmiyyətin,  iqtisadiyyatın, eləcə 

də  maliyyənin  idarə  edilməsinin  əsasını  təşkil  etməlidir.  Bütün  subyektlər 

yalnız  bu  qanunlara  tabe  olmalı  və  onlar  qarşısında  məsuliyyət 

daşımalıdırlar.  

Bu  normalara  əməl  olunması  ölkənin  maliyyə  sisteminin  tam  sabit 

fəaliyyət  göstərməsinin  əsas  şərtlərdən  biridir.  İdarəetmədə  spesifik 

xüsusiyyətlərin  nəzərə  alınması  üçün,  hər  şeydən  əvvəl,  bu  qanunlar 

hazırlanarkən 

ölkənin 

daxili 


inkişaf 

qanunauyğunluqlarına 

və 

xüsusiyyətlərinə əsaslanılmalıdır. 



2.  Maliyyə  idarəçiliyi  orqanları  arasında  funksiyaların  yenidən 

bölüşdürülməsi,  yuxarı  təşkilatların  funksiyalarının  məhdudlaşdırılaraq 

aşağı  maliyyə  orqanlarının  funksiyalarının  genişləndirilməsi.  İnzibati-

amirlik  dövründə  bütün  əsas  məsələləri  yuxarı  təşkilatlar  həll  etdiyindən 

yerlərdə və müəssisələrdə maliyyə orqanlarının heç bir müstəqilliyi yox idi. 

Bazar  iqtisadiyyat  bütün  maliyyə  orqanlarına  müstəqil  olmasını  nəzərdə 

tutur.  Maliyyə  orqanları  qəbul  olunmuş  qanunlar  və  digər  qanunvericilik 

aktları  çərçivəsində  əksər  məsələləri  müstəqil  həll  etməlidirlər.  Həmin 

qanunlarla  yuxarı  təşkilatlara  spesifik  funksiyalar  həvalə  edilir  ki,  onlar  da 

yalnız  həmin  funksiyaların  yerinə  yetirilməsi  ilə  məşğul  olmalıdırlar.  Hər 

bir  idarəedici  subyektin  öz  funksiyalarını  dəqiq  və  aydın  bilməsi,  onların 

müstəqil,  heç  kəsin  müdaxiləsi  olmadan  yerinə  yetirilməsi  iqtisadiyyatın 

inkişafına çox müsbət təsir göstərir. 

3.  Maliyyə  idarəçiliyi  orqanlarının  strukturuna  bazar  iqtisadiyyatının 

prinsiplərinə  uyğun  olaraq  yenidən  baxılması,  yeni  struktur  vahidlərinin 

yaradılması.  Burada,  hər  şeydən  əvvəl,  heç  bir  zərurət  olmayan  bərabər 

tabeçilik  məsələsi  aradan  qaldırılmalı  və  təşkilatlar  müstəqilləşdirilməlidir. 

Bu  məqsədlə  ölkədəki  bir  sıra  təşkilatlar  birləşdirilməlidir.  Elə  artıq 

strukturlar var ki,  iqtisadiyyatın  inkişafına  yardımçı olmaq  əvəzinə, əksinə, 

ona  mane olurlar. Məmur  işsiz qalanda özünə  idarəçilik prosesini  ləngidən 

iş  tapmağa  məcbur  olur.  Məsələ  kəskin  durur:  vergilər  nazirliyi,  gömrük 


 

91

komitəsi,  yaxud  əlahiddə  formalaşmış  neft  fondu  kimi  qurumlar 



lazımlıdırmı?    Axı  onlar  maliyyənin  operativ  və  çevik  idarə  olunmasına 

əngəl  törədir.  Maliyyənin  idarə  olunmasının  təkmilləşdirilməsi  sahəsində 

Azərbaycanda  artıq  bir  sıra  mühüm  işlər  görülməkdədir.  Sığorta  nəzarəti 

Maliyyə  Nazirliyinin  tərkibinə  verilib,  həmin  nazirlikdə  xəzinədarlıq, 

Parlamentdə Hesablama  Komissiyası  və  Auditorlar Palatası  yaradılıb. Özəl 

maliyyə  şirkətlərinin  ,  auditor  qurumlarının  formalaşdırılması  üçün 

qanunvericilik  bazası  işlənib  hazırlanmışdır  və  s.  Lakin  bunlar  səmərəli 

maliyyə idarəçiliyi sisteminin yaradılmasına hələ tam imkan vermir.  

Dediyimiz  kimi,  bazar  iqtisadiyyatında  maliyyə  münasibətlərinin 

fəaliyyət meydanı çox genişdir. Bu münasibətlərin səmərəliliyini, sabitliyini 

və  nəzarətliliyini  təmin  etmək  üçün  hökmən  bir  sıra  zəruri  dəyişikliklər 

əməli  olaraq  həyata  keçirilməlidir.  Bu  məqsədlə  Azərbaycan  prezidenti 

maliyyənin  idarəedilməsi  orqanı  olan  Maliyyə  Nazirliyinin  fəaliyyətinin 

təkmilləşdirilməsi  tədbirləri  haqqında  fərman  imzalayıb.  Fərmana  əsasən, 

Nazirliyin yeni strukturu və əsasnaməsi təsdiqlənib. 

 

 

 

 

 

 

 

 

 

VI FƏSİL. MALİYYƏ NƏZARƏTİ 

 

6.1. Maliyyə nəzarətinin mahiyyəti və zəruriliyi 

 

  Maliyyə  nəzarəti  –  bütün  iqtisadi  subyektlər:  dövlət,  müəssisə  və 

təşkilatların    maliyyə  fəaliyyətləri  üzərində  qanunverici  və  icraedici 

hakimiyyət orqanlarının nəzarətidir. 

  Maliyyə  nəzarəti  maliyyənin  nəzarət  funksiyasının  reallaşdırma 

formasıdır. Maliyyə nəzarəti – xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat 

və  idarəetmə  obyektlərinin  maliyyə  fəaliyyətinin  və  onunla  bağlı 

əməliyyatların yoxlanılması məcmusudur. 

  İdarəetmənin  mühüm  amili  kimi  maliyyə  nəzarətinin  təşkili 

prinsiplərini  aşağıdakı kimi qruplaşdırmaq olar: 

- Maliyyə nəzarətinin tam aşkarlıq şəraitində həyata keçirilməsi; 

-  Gələcəkdə  baş  verə  biləcək  qanuna  zidd  hadisələrin  qarşısının 

alınması tədbirlərinin nəzərə alınması; 


 

92

- Təftişin əhatəliliyi; 



- Nəzarətin demokratik əsaslarla həyata keçirilməsi. 

  Şərti  olaraq  maliyyə  nəzarətinin  planlaşdırılmasını    aşağıdakı 

mərhələlərə  bölmək olar: 

- İlkin  planlaşdırma.  Bu  mərhələdə    ilkin  yoxlamanın    aparılması 

şərtləri, yoxlayıcının vəzifəsi, yoxlama  nəticələri və s. şərh edilməlidir.  

- Yoxlama  aparılacaq  təsərrüfat    subyekti  haqqında    məlumatların 

toplanması.  Bu  məlumatları    aşağıdakı  qaydada  əldə  etmək  olar:  keçmiş 

illərdə aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq, müəssisədə çalışan 

işçilərlə  söhbət  aparmaq,  müvafiq  nəşr  olunmuş  materialları  nəzərdən 

keçirmək,    yoxlanan  subyektin  fəaliyyət  sahələrinə  və  xidmət  binalarına 

baxış keçirmək və s. 

- Nöqsanların  ciddiliyinə,  biznes  və  təsərrüfat  daxili  riskə  qiymət 

verilməklə hüquqi  öhdəlikləri müəyyən etmək; 

- Ümumi  nəzarət  planının    və  nəzarət  proqramının  hazırlanması  yolu 

ilə. 

Maliyyə  nəzarəti  aparılarkən  əsasən  aşağıdakı  sənədlər  yoxlanılır: 



müəssisənin  nizamnaməsi,  təsis    müqaviləsi,  mühasibat  və  maliyyə 

hesabatları, hesabatlarda göstərilən məlumatlar. 

Təcrübədə  planlaşdırmanın  həyata  keçirilməsinin      səmərəli  üsulu  

yaddaş  qeydləri  və  ya  müxtəlif  yoxlama    vərəqələri  şəklində  tərtib  edilən 

qeydlərdir.    Həmin  qeydlər  aşağıdakı  bölmələrdən  ibarətdir:  əvvəlki  illər 

üçün  maliyyə  nəzarəti  proqramının  təhlili,  sonuncu  dəfə  aparılan 

yoxlamadan  sonra  müəssisədə  baş  verən  mühüm  təşkilatı  dəyişikliklərlə 

tanışlıq. Nəzarət planının həyata keçirilməsi üsullarının seçilməsi, nəzarətin 

təşkili, riskin qiymətləndirilməsi, uçot məlumatlarının öyrənilməsi və s. 

Maliyyə  nəzarəti  aşağıdakı  vəzifələrin    yerinə  yetirilməsinə    xidmət 

edir: 

-   maliyyə  vəsaitlərinə  olan  tələbatlar    vəsaitlərin  formalaşması 



arasında tarazlığın təmin edilməsinə kömək etmək; 

-  dövlət büdcəsi qarşısında  maliyyə öhdəliklərinin  tam və vaxtında 

təmin edilməsi; 

-   müəssisə  və  təşkilatların    pul  vəsaitlərindən  səmərəli  istifadə 

olunmasına, uçot və hesabat işlərinin düzgün aparılmasına kömək etmək; 

-  qüvvədə olan  qanunvericilik  və normativ  aktlara  riayət olunması,  

o cümlədən  təşkilati – hüquqi formasından  asılı olmayaraq  müəssisələrin  

vergiyə  cəlb  olunması  sahəsində  nəzarəti həyata keçirmək; 

-  müəssisələrin    xarici  -  iqtisadi    fəaliyyətində    yüksək    faydalığa  

nail  olunmasına  köməklik etmək. 



 

93

Yoxlamaların  əksəriyyəti  planlı  xarakter  daşıyır.  Bəzi  hallarda  vergi 



idarələri    müəssisələrin  və  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

vətəndaşların 

təsərrüfat 

maliyyə 


fəaliyyətini 

qəflətən 

yoxlamaq 

səlahiyyətinə də malikdir. 

 

 6.2. Maliyyə nəzarətinin obyektləri və subyektləri 



 

Maliyyə  nəzarətinin  obyekti  təsərrüfat  subyektlərinin  maliyyə 

resurslarının  yaradılması və istifadəsi zamanı  yaranan pul münasibətləri və 

yenidən bölgü prosesləridir. 

 Maliyyə  nəzarətinin  predmetinə  -  maliyyə  göstəriciləri,  mənfəət, 

əlavə dəyər vergisi, bütün növ gəlirlər, maya dəyəri, rentabellik, fondlar və 

s. aiddir. 

   Maliyyə  nəzarətinin  subyektləri  maliyyə  nəzarətini  həyata  keçirən 

hüquqi və fiziki şəxslərdir. 

 

6.3. Maliyyə nəzarətinin təsnifləşdirilməsi 

 

  Maliyyə nəzarəti aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: 

  - Mülkiyyət formasına görə: dövlət maliyyə nəzarəti və qeyri-dövlət 

maliyyə nəzarəti; 

  Dövlət  maliyyə  nəzarəti  konstitusiya  və  müvafiq  qanunvericilik 

aktları  əsasında  aparılmaqla  bilavasitə  dövlətin  maliyyə  siyasətinin  həyata 

keçirilməsi,  ölkədə  maliyyə  sabitliyinin  təmin  edilməsi,  dövlət  büdcəsinin 

və  büdcədənkənar  fondların  vəsaitlərinin  yaradılması  və  istifadə  olunması 

üzərində nəzarətdən ibarətdir. 

Dövlət  maliyyə  nəzarəti  dövlət  hakimiyyəti  orqanları  və  idarələri 

tərəfindən həyata keçirilir. İdarəçilik tabeliyindən asılı olmayaraq o, nəzarət 

obyektlərinə  yönəldilir.  İdarə  maliyyə  nəzarəti  nazirliyin  şöbələri,  şirkətlər, 

yerli hakimiyyət orqanları idarələr və s. tərəfindən aparılır. Onun obyektləri 

istehsal və maliyyə fəaliyyəti hesab edilir. Daxili maliyyə nəzarəti müəssisə, 

idarə  və  təşkilatlarda  iqtisadiyyata  xidmət  edənlər  (mühasibat,  maliyyə 

şöbəsi və s.) tərəfindən həyata keçirilir. Burada nəzarət obyekti müəssisə və 

təşkilatin özünün təsərrüfat və maliyyə fəaliyyəti və eləcə də onun ayrı-ayrı 

sahələri  (şöbələr,  sexlər,  filiallar,  sahələr)  hesab  edilir.  İctimai  maliyyə 

nəzarəti  əvəzsiz  və  könüllülük  əsasında  ayrı-ayrı  fiziki  şəxslər 

(mütəxəssislər)  tərəfindən  aparılır.  Nəzarətin  obyekti  yoxlayıcı  qarşısında 

qoyulan  konkret  məsələdən  asılıdır.  Müstəqil  maliyyə  nəzarətini 

ixtisaslaşdırılmış auditor firma və xidmətləri həyata keçirirlər. 


 

94

Dövlət  maliyyə  nəzarəti  özlüyündə  bir  sıra  sahələrdə  birləşirlər  ki, 



bunlar  da  dövlətin  nəzarət  obyektinin  əsasını  təşkil  edir.  Dövlət  maliyyə 

nəzarətin özlüyündə aşağıdakı kimi sxemdə göstərək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

    



 

 

 



 

 

 



Qeyri-dövlət maliyyə  nəzarəti təsərrüfatdaxili və auditor nəzarətindən 

ibarətdir.  

  Dövlət  və  qeyri-dövlət  maliyyə  nəzarəti  həyata  keçirilmə  forma  və 

metodlarına  görə  müəyyən  ümumi  cəhətlərə  malik  olmasına  baxmayaraq 

son  məqsədlərinə  görə  bir-birindən  fərqlənir.  Belə  ki,  dövlət  maliyyə 

nəzarətinin  son  məqsədi  dövlət  büdcəsinə  gəlirlərin  maksimum  səviyyədə 

tam daxil olmasını təmin etmək, dövlət xərclərini  minimuma endirmək, re-

surslardan səmərəli istifadə olunmasından ibarətdir. 

  Qeyri-dövlət  maliyyə  nəzarətinin  son  məqsədi  mənfəətin  artırılması 

üçün  müəssisələrin  pul  vəsaiti  fondlarının  səmərəli  istifadə  olunması, 

Büdcədən kənarlaşan fond və 

vəsaitlərinə nəzarət 



Dövlət maliyyə nəzarəti 

 

Vergi 


Büdcə  

 


 

95

israfçılığın  qarşısının  alınması  və  mərkəzləşdirilmiş  fondların  təşkilinə 



zəruri miqdarda vəsait ayrılmasından ibarətdir. 

  -  Həyata  keçirilmə  vaxtına  görə:  ilkin  nəzarət,  cari  nəzarət, 



sonradan nəzarət; 

  İlkin  nəzarət  maliyyə  əməliyyatları  yerinə  yetirilənə  qədər  həyata 

keçirilir.  Bu  proses  maliyyə  planlarının,  smetaların,  bütün  səviyyələrdə 

büdcələrin və büdcədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl 

baş  verir.  Bu  isə  vəsaitlərdən  daha  səmərəli  və  qənaətlə  istifadə  etməyə 

zəmin  yaradır.  Cari  maliyyə  nəzarəti  əməliyyat  yerinə  yetirilərkən,  vəsait 

bölüşdürülərkən,  xərclənərkən,  bu  və  ya  digər  tədbirin  həyata  keçirilməsi 

üçün  büdcədən  vəsait  ayrılarkən  və  s.  hallarda  tətbiq  olunur.  Sonradan 

nəzarət  maliyyə  əməliyyatları  başa  çatdıqdan  sonra  aparılmaqla  maliyyə 

hesabat və mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir. 

  -  Maliyyə  fəaliyyəti  sahələrinə  görə:  büdcə,  vergi,  valyuta,  kredit, 

sığorta, investisiya və pulun tədavülü nəzarəti; 

  Büdcə  vəsaitinin  səfərbər  edilməsi  və  istifadə  olunması  üzərində 

nəzarət  əsasən  maliyyə  orqanları  tərəfindən  həyata  keçirilir.  Ona  görə  də 

maliyyə  nəzarətinin  bu  növü  büdcə  nəzarəti  adlanır.  Büdcə  nəzarəti 

iqtisadiyyatın inkişafına və dövlət büdcəsinə daxil olan vəsaitin maksimum 

artırılmasına  və  optimal  maliyyə-büdcə  siyasətinin  işlənib  hazırlanmasına 

şərait yaradır. 

Büdcə  nəzarəti  -  Hüquqi  normalarda  müəyyən  edilmiş  ictimai 

orqanlar tərəfindən həyata keçirilən nəzarət tədbirlər sistemidir. Bu tədbirlər 

Azərbaycan  Respublikasında 

həyata  keçirilən 

büdcə 


fəaliyyətinin 

qanuniliyini  və  məqsədəuyğunluğunu  yoxlamağa  istiqamətlənir.  Büdcə 

nəzarətinin də özlüyündə aşağıdakı formaları var. 

 

Büdcə nəzarətinin subyektləri. 



1. Azərbaycan Respublikasının Nazirlər Kabineti 

2. Azərbaycan Respublikasının Hesablama Palatası 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 

4. Baş sərəncamçı və büdcə vəsaitlərinin sərəncamçıları 

5. İcra hakimiyyəti və orqanlarının nəzarət-təftiş xidmətləri 

6.  Azərbaycan  Respublikasının  nümayəndə  subyektlərinin  (qanunvericilik) 

hakimiyyəti. 

  Vergi  nəzarəti  vergilərin  bütün səviyyəli  büdcələrə tam  və  vaxtında 

yığılması,  vergitutma  obyektlərinin  uçotu,  habelə  vergi  qanunvericiliyinə 

riayət olunması üzərində nəzarətdən ibarətdir. 

  Valyuta  nəzarəti  xarici  iqtisadi  fəaliyyətlə  bağlı 

maliyyə 


əməliyyatlarını  əhatə  edir. 

Valyuta  nəzarətinin  məqsədi  valyuta  əməliyyatları 

aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. 

 

Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır: 



 

96

a)  aparılan  valyuta  əməliyyatlarının  qüvvədə  olan  qanunvericiliyə 



uyğunluğunu  və  bunun  üçün  lisenziya  və  icazələrin  olmasını  müəyyən 

etmək; 


b)  dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının 

valyuta  bazarında  valyutanın  satışı  üzrə  öhdəliklərin  rezidentlər  tərəfindən 

yerinə yetirilməsi vəziyyətini yoxlamaq; 

v)  xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq; 

q)  valyuta  əməliyyatları,  o  cümlədən  qeyri-rezidentlərin  milli  valyuta 

ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və obyektivliyini yoxlamaq. 

 

Azərbaycan  Respublikasında  valyuta  nəzarəti  valyuta  nəzarəti 



orqanları və onların agentləri tərəfindən həyata keçirilir. 

Azərbaycan  Respublikasında  valyuta  nəzarəti  orqanları  Azərbaycan 

Respublikasının  Milli  Bankı  və  Azərbaycan  Respublikasının  Dövlət 

Gömrük Komitəsidir. 

Valyuta  nəzarəti  agentləri  Azərbaycan  Respublikasının  Milli  Bankı 

qarşısında hesabat verən müvəkkil banklardır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Valyuta nəzarəti orqanları və agentləri  

вязифяляри 

Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən 

həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyə, 

lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, 

həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə 

nəzarət edirlər

 

rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlayırlar



 

rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə uçotun, 

hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər 

 


 

97

Kredit  nəzarəti  kommersiya  banklarının  kredit  əməliyyatlarını: 



müştərilərə  kreditin  verilməsi,  kreditin  vaxtında  qaytarılması,  kreditə  görə 

faizlərin ödənilməsi və s. əhatə edir. 

  Sığorta  nəzarəti  –  sığortaçının  maliyyə  vəziyyətinin  tədqiq 

olunmasında  və  onun  sığorta  etdirən  şəxs  qarşısındakı  müqavilə  öhdəliyini 

qəbul etməsi üçün ödəniş qabiliyyətinə malik olmasında öz əksini tapır. 

  - Aparılma metoduna görə: yoxlama, müayinə aparma, nəzarət etmə, 



təhlil, müşahidə, təftiş; 

  Yoxlama – hesabat sənədləri əsasında maliyyə fəaliyyətinin ayrı-ayrı 

mərhələləri  üzrə  aparılır  və  aşkar  edilmiş  nöqsanların  aradan  qaldırılması 

üçün tədbirlər həyata keçirilir. 

  Tədqiqat  aparma  –  yoxlamadan  fərqli  olaraq  tədqiqat  aparılan 

müəssisə  və  təşkilatın  maliyyə  vəziyyətini  və    mümkün  perspektiv 

imkanlarını müəyyən etmək üçün onun maliyyə-iqtisadi göstəricilərini daha 

geniş sferada əhatə edir. 

  Təftiş  –  müəssisə  və  təşkilatların  maliyyə-təsərrüfat  fəaliyyətinin 

hesabat ili  ərzində təhlilini nəzərdə tutur. Obyektdən asılı olaraq təftiş tam, 

qismən, kompleks və tematik kimi fərqləndirilir. 

  Təhlil  –  dövrü  və  illik  hesabatlara  əsasən  aparılmaqla  planın  yerinə 

yetirilməsi  səviyyəsinin,    maliyyə  vəsaitlərinin  səmərəli  istifadəsinin 

təhlilini əks etdirir. 

  -  Tətbiqi  formasına  görə:  məcburi  nəzarət  və  təşəbbüs  əsasında 

aparılan nəzarət. 

 

 



 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin