Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

105

1)  feli  bağlama  tərkibində  müəyyən  bir  fikir  öz  ifadəsini 
tapır,  bu  cəhətdən  feli  bağlama  tərkibləri  budaq  cümlələrlə 
sinonim təşkil edir;
2)  feli  bağlama  tərkiblərində  müəyyən  hal  və  hərəkət 
haqqında məlumat vardır;
3)  tərkibdə  hal  və  hərəkətin  subyekti  haqqında  da 
məlumat ola bilər;
4)  feli  bağlama  tərkibində,  tərkibdəki  hal  və  hərəkətin 
yeri,  zamanı,  səbəbi,  məqsədi,  tərzi,  obyekti  və  s.  haqqında 
məlumat olur;
5)  feli  bağlama  tərkibinin  özü  bütövlükdə  başqa  fellərlə 
münasibətdə zaman, səbəb,  məqsəd,  tərzi-hərəkət, güzəşt  və s. 
kimi mənalar ifadə edə bilir».1
Müasir  Azərbaycan  dilinin  feli  bağlama  tərkibləri  üçün 
göstərilən  bütün  bu  xüsusiyyətlər  eyni  dərəcədə  qədim  türk 
yazısı  abidələrinin  dilində  işlənən  feli  bağlama  tərkiblərinə  də 
aid edilə bilər.
Qədim türk yazısı abidələrinin dilində aşağıdakı  feli bağla­
ma düzəldən  şəkilçilər işlənir: 1) -p,  -ıp,  -ip;  2) -pan, -pən,-ıpan, 
-ipən;  3)  -dukda, -dükdə,  -tukda, -tükdə; 4) -ı, -i, -u,  -ü; 5) -a, -ə;
6)  -kunça,  -kinçe;  7) -matan, -mətən  (-matın, -mətin);  8) -ğalı,  - 
gəli; 9) -m, -in;  10) -ça, -çə.
I. 
-p,  -ıp,  -ip  şəkilçili  feli  bağlamanın  əmələ  gətirdiyi 
tərkiblər.  Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  feli 
bağlama şəkilçinin dodaqlanan saitli variantı yoxdur.  Abidələrin 
dilində bu şəkilçi  ilə düzələn  feli bağlamalar ən çox işlənən  feli 
bağlamalardır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  -ıp  şəkilçisinin 
əmələ gətirdiyi hal və hərəkət mənası ya təsriflənən feldə ifadə 
edilmiş  hal  və  hərəkətdən  əvvəl,  ya  da  təsriflənən  feldə  ifadə 
edilən hal və hərəkətlə eyni zamanda baş verən  hal və hərəkəti 
ifadə edir.
1. 
-ip  şəkilçili  feli  bağlama  tərkibi  aid  olduğu  əsas  fellə 
eyni zamanda baş verən hal və hərəkəti  ifadə edir; məsələn:  Bu 
yirdə  olurıp  tabğaç  bodun  birlə  tüzəltim  (КТ  c  4-5)  «Bu  yerdə
1 Müasir Azərbaycan dili.  Sintasis. II, Bakı,  1962, s.18-19.
106
oturub tabğaç xalqı  ilə düzəlişdim».  Kəligmə bəglərin,  bodunın 
itip,  yığıp  azça  bodun  təzmis  erti  (T  43)  «Gələn  bəylərini, 
xalqını  təşkil  edib,  yığıb  azca  xalq  qaçmışdı».  Türk  bodun yok 
bolmazun  tiyin,  bodun  bolçun  tiyin  ka Qım  İltəris  kağanığ,  ögim 
İlbilgə katunığ terjri töpəsintə tutip yögərü köıürmis erinç (KT ş 
11)  «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam  İltəris 
xaqanı,  anam  İlbilgə  xatunu  tanrı  təpəsində  tutub  yuxarı 
götürmüş».
2. 
-ıp şəkilçili  feli bağlama tərkibi  aid olduğu  əsas  feldə 
ifadə  olunmuş  hal  və  hərəkətdən  əvvəl  baş  vermiş  hal  və 
hərəkəti bildirir;  məsələn: Bilig bilməz kisi,  c! sabığ alıp, yağru 
barıp  üküs  kişi  öltig  (KT  c  7)  «Bilik  bilməz  adam,  o  sözə 
aldanıb, yaxın gedib,  çoxlu  adam öldün».  Taşra yorıyur tiyin kü 
esidip  balıkdakı  tağıkmıs,  tağdakı  inmis,  tirilip yetmiş ər bolmuş 
(KT  ş  11-12)  «Sərhəddən  kənarda  yürüyür  deyə  xəbər  eşidib 
şəhərdəkilər  dağa  qalxmış,  dağdakılar  enmiş,  toplaşıb  yetmiş 
igid  olmuş».  Mağı  kurğan kışlap yazı Qa oğuzğaru sü taşıMtmız 
(KT  şm  8)  «Mağı  kurqanda  qışlayıb  yazında  oğuzlara  qarşı 
qoşunla sərhədi keçdik».
Qədim  türk  yazısı  abidələrinin  dilində  feli  bağlama 
tərkibləri  bütövlükdə  cümlənin  bir üzvü olur və bu vəzifələrdə 
işlənir:
1. 
13u  feli  bağlama  tərkibləri  hərəkətin  tərzini  bildirir  və 
cümlənin  tərzi-hərəkət zərfi iyi  olur.  Belə  feli  bağlama tərkiblə­
rini  iki qrupa ayırmaq olar:
a)  Feli  bağlama  tərkibində  ifadə  edilən  hal  və  hərəkət 
onun  aid  olduğu  əsas  fellə  ifadə  olunan  hal  və  hərəkətlə  eyni 
zamanda  baş  verir;  məsələn:  Süçig sabın, ym şak ağın arıp ırak 
hodunığ  ança  yağıtur  ermis  (KT  c  5)  «Şirin  dili  ilə,  yumşaq 
hədiyyəsi  ilə  aldadıb  uzaq  xalqı  eləcə  yaxınlaşdırırmış».  Ida
tuşda kalmışı kobranıp yeti yüz bold (T 4) «Kolda, taşda qalmışı 
toplanıb yeddi yüz oldu». Korğu eki-üç kisiligin  təzip  bareli  (BK 
ş 41) «Qorxaraq iki-üç adamla qaçıb getdi».
b)  Feli  bağlama  tərkibində  ifadə  edilən  hal  və  hərəkət 
tərkibin  aid  olduğu  əsas  feldə  ifadə  olunan  hal  və  hərəkətdən 
əvvəl  baş  verir;  məsələn:  Bödkə  özüm  olurıp  bunça  ağır  törüg
107

tört buluQdakı bodunğa itdim (BK ş 2) «Taxta özüm oturub dörd 
tərəfdəki  xalqa bunça  ağır  (möhkəm)  qanun  yaratdım».  Bunça 
kazğamp ka Qım kağan ıty ıl onırıç ay altı otuzka uça bardı (BK c 
10)  «Bu  qədər  qazanıb  atam  xaqan  it  ili  onuncu  aym  iyirmi 
altısında vəfat etdi».  Uluğ Küli çor səkiz on yasapyok boltı (KÇ 
10) «Ulu Küli çor səksən il yaşayıb yox oldu».
2. -ıp şəkilçili feli bağlama tərkibi səbəb mənası ifadə edir 
və  cümlənin  səbəb  zərfliyi  olur;  məsələn:  Ol sabığ esidip  tün 
udusıkım  kəlmədi,  küntüz  olursıkım  kəlmədi  (T  12)  «O  xəbəri 
eşidib  gecə  yuxum  gəlmədi,  gündüz  rahatlığım  gəlmədi».  Üç 
karluk yablak sakınıp təzə bardı (MÇ  11) «Üç karluklar xəyanət 
edib  qaçıb getdilər».  Ol sabığ esidip on  ok bəgləri,  bodunı  кор 
kəlti,  yükunti  (T  42-43)  «O  xəbəri  eşidib  on  ox  bəyləri,  xalqı 
hamılıqla gəldi, səcdə etdi».
3.  -ıp  şəkilçili  feli  bağlama  tərkibi  qarşılaşdırma  bildirir; 
məsələn:  Yağı  bolıp itinü, yaratunu  umaduk yana içikmis (KT ş 
10)  «Yağı  olub  (el)  təşkil  etməyi,  yaratmağı  bacarmadığı  üçün 
yenə  tabe  olmuş».  Kəligmə  bəglərin,  bodumn  itip,  yağıp  azca 
bodun  təzmis  erti  (T  43)  «Gələn  bəylərini,  xalqını  təşkil  edib, 
yığıb  azca  xalq  qaçmışdı».  Esidməkinçə  barıp  iç  ara  meQgü 
kaya  ...  (Y  39)  «Eşitmədiyi  qədər  gedib  (düşmənin  lap)  içində 
əbədi qaya.. . ».
4.  -ıp  şəkilçili  feli bağlama tərkibləri  aid  olduğu  əsas  felin 
ifadə  etdiyi  hərəkətə  münasibətdə  hal  və  hərəkətin  icrasının 
nisbi  zamanını  bildirir  və  cümlənin  zaman  zərfliyi  olur; 
məsələn:  Ol sabığ esidip kağanım:  - Ben ebgərii  müsəyin,  -  tidi 
(T  30)  «O xəbəri eşidb xaqanım:  - Mən evə qayıdım,  - dedi».  Ol 
sabığ  esidip  kağanğaru  ol  sabığ  ıtım  (T  33)  «O  xəbəri  eşidib 
xaqana o xəbəri göndərdim».
Qədim  türk  yazısı  abidələrinin  dilində  bəzən  bir  cümlə 
daxilində  iki  və  daha  artıq  -ıp  şəkilçili  feli  bağlama  tərkibi 
işlənir.  Bu  zaman  -ıp  şəkilçili  feli  bağlama  və  onun  əmələ 
gətirdiyi  tərkib  hərəkətin  təkrarını,  sürəkliliyini  bildirir  və  feli 
bağlama  əsas  fellə  sinonim  kimi  işlənir;  məsələn:  Bağım  kəlip, 
əsən  enip,  aQlanıp (Y  38)  «Qəbiləm gəlib, rahat (salamat)  enib, 
başa düşülüb».  Yağıka yal Qus oplayu təgip,  opulu kirip özü kısğa
108
kırgək boltı (KÇ 23) «Yağıya yalnız sürətlə hücum edib, arasına 
girib özü qısa həlak oldu». Bilgə Küli çor anta kisrə  karlukka  ... 
binip,  oplayu sança  ıdıp,  at opulu önti (KÇ  19)  «Bilgə  Küli  çor 
ondan sonra karluklara ... minib, sürətlə hücuma keçib, sancaraq 
qalib gəldi, at qəflətən öldü».
Qədim  türk  yazısı  abidələrinin  dilində  -ıp  şəkilçili  feli 
bağlama bəzən əmələ gətirdiyi tərkibin sonunda şühudi və nəqli 
keçmiş zamanda işlənən təsriflənmiş felin sinonimi kimi işlənir. 
Belə  məqamda  -ıp  şəkilçili  feli  bağlamanı  şühudi  və  ya  nəqli 
keçmiş  zamanla  (cümlənin  xəbərinin  zamanından  asılı  olaraq) 
əvəz  etmək  olar;  məsələn:  Beş  yaşımta  kaQsız  kalıp  tokuz 
yegiımi  yaşımğa  ögsüz  boltım,  katığlanıp  otuz  yaşımğa,  ögə 
boltım  (Y  45)  «Beş  yaşımda  atasız  qalıb  on  doqquz  yaşımda 
anasız oldum, möhkəmlənib otuz yaşımda müdrik oldum». Mağı 
kurğan  kışlap yazıQa  oğuzğaru sü  taşıkdımvz (KT  şm  8)  «Mağı 
kurqanda  qışlayıb  yazında  oğuzlara  qarşı  sərhədi  keçdik».  Anı 
körip ança biIiQ (KJ c  13) «Onu görüb elə bilin».
II.  -pan,  -pən  -ıpan,  -ipən  şəkilçili  feli  bağlamaların 
əmələ  gətirdiyi  tərkiblər.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  -p,  -ıp,  -ip  və  -pan,  -pən,  -ıpan,  -ipən  feli  bağlama 
düzəldən  şəkilçilər  formaca  oxşar,  qrammatik  mənalarına  görə 
sinonimdir.  Güman  etmək  olar  ki,  ya  -pan,  -pən,  -ıpan,  -ipən 
şəkilçisindən -an,  -ən ünsürünün düşməsi ilə -p,  -ıp,  -ip şəkilçisi 
yaranmışdır,  ya  da  -p,  -ıp,  -ip  şəkilçisinə  -an,  -ən  ünsürünü 
artırmaqla -pan,  -pən,  -ıpan,  -ipən  şəkilçisi əmələ gəlmişdir. Bu 
məsələ türkologiyada hələ indi də mübahisəlidir.
Qədim türk yazısı  abidələrinin dilində  -pan,  -pən şəkilçisi 
saitlə  bitən,  -ıpan,  -ipən  şəkilçisi  isə  samitlə  bitən  fellərə 
artırılır.  Bu  şəkilçili  feli  bağlamalar  ya  əsas  feldən  əvvəl  icra 
edilmiş  hal  və  hərəkəti,  ya  da  əsas  feldə  ifadə  edilmiş  hal  və 
hərəkətlə  eyni  zamanda  baş  verən  hal  və  hərəkəti  ifadə  edir. 
Abidələrin  dilində  -pan  şəkilçili  feli  bağlama  ondan  əvvəl 
işlənən  sözləri  idarə  edib  tərkib  əmələ  gətirir.  Feli  bağlama 
tərkibi  də,  feli  bağlama  kimi,  ya  izah  etdiyi  əsas  feldə  ifadə 
edilən hərəkətdən  əvvəl  icra edilən hərəkəti,  ya da onunla eyni 
zamanda icra edilən hərəkəti ifadə edir.
109

1.  Qədim  türk  yazısı  abidələrinin  dilində  -ıpan  şəkilçili 
feli bağlama tərkibi əsas feldən  əvvəl icra edilən hal və hərəkə­
ti ifadə edir; məsələn: Ərdəmin üçün il arada Kara kannka ban- 
pan,  yalabaç  barıpan  kəlmədirjiz,  bəgimiz  (Y  30)  «İgidliyiniz 
üçün  el  arasında  Qara  xanın  yanma  gedib,  elçi  (səfir)  gedim 
qayıtmadınız, bəyimiz». Eçim  kağan olurıpan  türk bodumğ yiçə 
itdi (KT  ş  16)  «Əmim  xaqan  oturub  türk xalqını  tənzim  etdi». 
Sü  süləpən  tort  buluQdakı  bodumğ  kop  almış,  kop  baz  kılmıs 
(KT  ş  2)  «Qoşun çəkib  dörd  tərəfdəki  xalqı  bütünlüklə  almış, 
bütünlüklə tabe etmiş».
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  -ıpan  şəkilçili 
feli  bağlama  tərkibi  aid  olduğu  əsas  fellə  eyni  zamanda  icra 
edilən hal və hərəkəti ifadə edir; məsələn:  Tabğaçğı bəglər tab- 
ğaç atın tutıpan  Tabğaç kağanka körmis (KT ş 7-8) «Tabğaçdakı 
bəylər  tabğaç  adı  götürüb  Tabğaç  xaqanma  tabe  olmuş»,  /lim 
ökünçünə  kalın  yağıka  kıymatın  təgipən  adırıltım,  yıta  (Y  28) 
«Elimin  kədərinə  qalın  (sıx)  yağıya  qıymadan  hücum  edib  ay­
rıldım, əfsus».
3.  -ıpan  şəkilçili  feli  bağlama  tərkibi  ardıcıl  baş verən  və 
ekspressiv  olan  hərəkəti  ifadə  edir;  məsələn:  SüQüglik  kantan 
kəlipən  sürə  eltdi?  (KT  ş  23)  «Süngülülər haradan  gəlib  (səni) 
sürüb  apardı?»  ...  bunça  bodun  kəlipən sığıtamıs, yuğlamıs (KT 
ş 4) «... bu qədər xalq gəlib sıtqımış, dəfn etmiş».
Qədim  türk  yazısı  abidələrinin  dilində  -ıpan  şəkilçili  feli 
bağlama  tərkibi,  əsasən,  cümlənin  zərfliyi  vəzifəsini  yerinə 
yetirir.
1.  -ıpan  şəkilçili feli bağlama tərkibi aid olduğu əsas  feldə 
ifadə  edilən  hal  və  hərəkətin  zamanım  bildirir  və  cümlənin 
zaman zərfliyi olur;  məsələn: Eçim kağan olurıpan türk bodumğ 
yiçə  itdi  (KT  ş  16)  «Əmim  kaqan  oturub  türk  xalqını  tənzim 
etdi». (Kisi oğlınta üzə eçüm-apam Bumın kağan,  İstəmi kağan) 
olurıpan  türk bodunıQ ilin,  törüsin  tuta birmis  (KT ş  1)  «İnsan 
oğlunun  üzərində  əcdadım  Bumın  xaqan,  İstəmi  xaqan  oturub 
türk xalqının elini, qanununu tutdu».
2.  -ıpan  şəkilçili  feli  bağlama tərkibləri aid olduqları  əsas 
fellə  ifadə  olunan  hal  və  hərəkətin  icra  tərzini  bildirir  və
110
cümlənin  tərzi-hərəkət  zərfliyi  vəzifəsində  işlənir.  Əsas  feldə 
və feli bağlamada ifadə edilən hərəkətin münasibətinə görə belə 
tərzi-hərəkət zərfliklərini iki qrupa ayırmaq olar:
a) -ıpan şəkilçili  feli bağlama tərkibi ilə ifadə edilən tərzi- 
hərəkət  zərfliyi  əsas  feldən  əvvəl  icra  edilən  hal  və  hərəkəti 
ifadə edir;  məsələn:  SüQüglig kantan  kəlipən sürə  eltdi? (KT  ş 
23)  «Süngülülər  haradan  gəlib  (səni)  sürüb  apardı?».  Ərdəmin 
üçün  il arada  Kara  капка  barıpan yalabaç  barıpan  kəlmədiQiz 
bəgimiz (Y  30)  «İgidliyiniz  üçün  al  arasında Qara  xanm yanma 
gedib, elçi (səfir) gedib gəlmədiniz, bəyimiz».
b) -ıpan şəkilçili feli bağlama tərkibi ilə ifadə edilən tərzi- 
hərəkət  zərfliyi  əsas  feldə  ifadə  edilən  hal  və  hərəkətlə  eyni 
zamanda  baş  verən  hal  və  hərəkəti  ifadə  edir;  məsələn: 
Tabğaçğı  bəglər  tabğaç  atın  tutıpan  Tabğaç  kağanka  körmis 
(KT  ş  7-8)  «Tabğaçdakı  bəylər  tabğaç  adı  götürüb  Tabğaç 
xaqanma  tabe olmuş».  Sü süləpən  tört  buluQdakı  bodumğ  kop 
almış  (KT  ş  2)  «Qoşun  çəkib  dörd  tərəfdəki  xalqı  bütünlüklə 
almış».
3. 
-ıpan şəkilçili  feli bağlama tərkibli qarşılaşdırma məqa­
mında  da  işlənir;  məsələn:  Ərdəmin  üçün  il arada  Kara  капка 
barıpan,  yalabaç  barıpan  kəlmədirjiz,  bəgimiz  (Y  30)  «İgidli­
yiniz üçün el arasında Qara xanın yanma gedib, elçi (səfir) gedib 
gəlmədiniz, bəyimiz».
III. 
-dukda,  -dükdə,  -tukda,  -tükdə  şəkilçili  feli  bağla­
maların  əmələ gətirdiyi  tərkiblər.  Bu,  qədim  türk  yazısı  abi­
dələrinin  dilində  ən  məhsuldar  feli  bağlama  düzəldən  şəkil­
çilərdən  biridir.  Abidələrin  dilində  bu  şəkilçinin  birinci  ünsürü 
yalnız  dodaq  saitləri  (u,  ü)  ilə  işlənir,  -dukda  şəkilçili  feli 
bağlamalar  onlardan  əvvəl  işlənən  sözləri  idarə  edib 
feli 
bağlama  tərkibi  tərtib  edir.  İstər  bu  feli  bağlamalar  təklikdə, 
istərsə  onların  təşkil  etdiyi  feli  bağlama  tərkibləri,  cümlənin 
əsas  felində  ifadə  edilən  hal  və  hərəkətlə  eyni  zamanda  icra 
edilən  hal  və  hərəkət  mənası  ifadə  edir.  Qədim  türk  yazısı 
abidələrinin dilində bu şəkilçi iki tərkibdə işlənir:
1. 
-dukda  şəkilçisi  bütöv  işlənir;  onun  arasına  heç  bir 
morfem  daxil  olmur;  məsələn:  Eçim  kağan  olurtukda  özim
111

tarduş bodun  üzə şad ertim  (KT  ş  17)  «Əmim xaqan  oturduqda 
özüm  tarduş  xalqı  üzərində  şad  idim».  Mağı  kurğan  kışladukda 
yut  boltı  (BK  ş  31)  «Mağı  kurqanda  kışladıqda yut  oldu».  Üzə 
kök  teQri,  asra  yağız  yir  kılıntukda  ekin  ara  kisi  oğlı  kılınmıs 
(KT  ş  1)  «Üstdə  mavi  göy,  altda qonur  yer  yarandıqda  ikisinin 
arasında insan oğlu yaranmış».
2. 
-dukda  şəkilçisinin  arasına  -ın,  -in  morfemi  daxil 
olur.-dukınta,  -dükintə,  -  tukınta,  -tükintə.  Bu  zaman  ilkin 
şəkilçinin (-dukda)  qrammatik mənasında heç bir dəyişiklik baş 
vermir;  yenə  də  feli  bağlama  və  onun  yaratdığı  tərkibin  ifadə 
etdiyi  hal  və  hərəkət  əsas  felin  ifadə  etdiyi  hal  və  hərəkətlə 
eyni  zamanda  baş  verir;  məsələn:  Eçim  kağan  ili  kamaşığ 
boltukınta,  bodun  iligi  kəgi  boltufanta  izgil  bodun  birlə 
sürjüşdimiz (KT şm  3)  «Əmim xaqanın eli  qarışıq olduqda,  xalq 
elə  asi  olduqda  izgil  xalqı  ilə  döyüşdük».  ...  kağan  eçim  kağan 
olurtukmta  tört  bulu/jdakı  bodumğ  bunça  itmiş  (BK  şm  9)  «... 
xaqan  əmim  xaqan  oturduqda  dörd  tərəfdəki  xalqı  bunca  təşkil 
etmiş».  KaQım  türk bilgə  kağan  olurtukmta  türk amtı  bəglər  ... 
(BK  c  13)  «Atam  türk  müdrik  xaqanı  (taxtda)  oturduqda  türkün 
indiki bəyləri...»
Qədim  türk yazısı  abidələrinin  dilində -dukda şəkilçili  feli 
bağlama  kisrə  «sonra»  qoşması  ilə  də  işlənir  və  yenə  də  feli 
bağlama  tərkibi  əmələ  gətirir;  məsələn:  Yağru  kontukda  kisrə 
ayığ bilig anta  öyür ermis  (KT c  5)  «Yaxın  yerləşdikdən  sonra 
pis  əməlləri  orada  öyrədirmiş».  Ol  kan  yok  boltukda  kisrə  el 
yetmiş,  ıçğunmıs,  kaçışmıs  (O  1)  «O  xan  yox  olduqdan  (vəfat 
etdikdən) sonra el sona yetmiş, dağılmış, qaçışmış».
Qədim  türk yazııs abidələrinin  dilindo -dukta şəkilçili  feli 
bağlama  tərkibi,  feli  bağlamanın  qoşma  ilə  və  ya  qoşmasız 
işlənməsindən,  feli  bağlama  şəkilçisinin  mənsubiyyət  şəkilçisi 
qəbul  edib-etməməsindən  asılı  olmayaraq,  cümlənin  zaman 
zərfliyi vəzifəsini yerinə yetirir.
IV. 
-a,  -ə  şəkilçili  feli  bağlamaların  əmələ  gətirdiyi 
tərkiblər.  Bu  şəkilçi  qədim  türk yazısı  abidələrinin dilində  ən 
məhsuldar  feli  bağlama  düzəldən  morfemlərdəndir.  -a.  -ə 
ümumtürk  formadüzəldən  şəkilçidir,  indi  də  türk  dillərində
112
(bəzilərində  fəal,  bəzilərində  qeyri-fəal)  feli  bağlama  düzəldən 
şəkilçi  kimi  işlənir.  Bu  şəkilçi  daş  üzərində  yazılmış  göytürk 
Orxon-Yenisey  yazısı  abidələrində  sıx-sıx,  kağız  üzərində 
yazılmış  göytürk  abidələrində  nisbətən  az,  qədim  uyğur  yazısı 
abidələrində  isə  daha  az  işlənir.  Hətta  daş  üzərində  yazılmış 
göytürk  Orxon-Yenisey  yazısı  abidələrində  də  onun  işlənməsi 
eyni  səviyyədə deyildir; Kül  tigin  abidəsində  bu  şəkilçi tez-tez 
işləndiyi  halda,  digər  abidələrdə,  hətta  eyni  müəllifin  yazdığı 
Bilgə xaqan abidəsində nisbətən az işlənir.
Qədim  türk  yazısı  abidələrinin  dilində -a,  -ə  şəkilçili  feli 
bağlamaların  ifadə  etdiyi  hal  və  hərəkət  feli  bağlamanın  izah 
etdiyi  əsas  feldə  ifadə olunmuş hal  və  hərəkətdən ya əvvəl,  ya 
da onunla eyni zamanda baş verir,  -a,  -ə şəkilçili  feli bağlamalar 
onlardan  əvvəl  gələn  sözləri  idarə  edib  feli  bağlama  tərkibləri 
düzəldir.  Cümlənin  əsas  felində  ifadə  edilmiş  hal  və  hərəkətə 
münasibətdə  feli  bağlama  tərkibində  ifadə  edilmiş  hal  və 
hərəkət iki cür olur:
1.  -a,  -ə  şəkilçili  feli  bağlama  tərkibi  cümlənin  əsas 
felində  ifadə olunmuş  hal  və  hərəkətdən əvvəl  baş  vermiş  hal 
və  hərəkəti  ifadə edir; məsələn: At üzə birtürə kanğ sökdim (T 
25)  «Atlara  mindirərək  qan  dağıtdım».  Kurığaru  Yinçü  ügüz 
keçə  Təmir kapığka təgi sülodim (KT c 3-4) «Qərbə  İnci çayını 
keçərək  Dəmir  qapıya  təki  qoşun  çəkdim».  İlgorü  Kadırkan 
yışığ aşa bodumğ ança konturtımız (KT ş 21) «Şərqə Kadırkan 
meşəli dağlannı aşaraq xalqı eləcə yerləşdirdik».
2.  -a,  -ə  şəkilçili  feli  bağlama  tərkibi  cümlənin  əsas 
felində ifadə olunmuş hal və hərəkətlə eyni  zamanda baş verən 
hal  və  hərəkəti  ifadə  edir;  məsələn:  Kül tigin Az yağızın  binip 
oplayu təgip bir ərig sancdı,  tokuz ərig əgirə tokıdı (KT şm 5-6) 
«Kül tigin Az kəhərini minib hücum edib bir döyüşçünü sancdı, 
doqquz döyüşçünü mühasirə edərək nizədən keçirtdi». SələQəkə 
sıka  sancdım  (MÇ  16)  «Sələnəyə  sıxışdıraraq  sancdım».  Üç 
oğuz  süsi  basa  kəlti  (BK  ş  32)  «Üç  oğuz  qoşunu  bizi  məğlub 
etməyə gəldi».
Qədim türk  yazısı  abidələrinin  dilində  -a,  -ə  şəkilçili  feli 
bağlama  tərkibləri  hərəkətin  səbəbini,  məqsədini  və  tərzini
113

ifadə  edir  və  cümlədə  tərzi-hərəkət,  səbəb  və məqsəd  zərfliyi 
vəzifəsini yerinə yetirir.
1.  -a,  -ə  şəkilçili  feli  bağlama  tərkibləri  cümlənin  tərzi- 
hərəkət  zərfliyi  olur;  məsələn:  Altun  yısıq  asa  kəltimiz,  Ertis 
ügüzig  keçə  kəltimiz  (T  37-38)  «Altun  meşəli  dağlarım  aşaraq 
gəldik,  İrtış  çayını  keçərək  gəldik».  Çik  boduntğ  bıtjım  sürə 
kəlti (MÇ 26) «Çık xalqım alayım sürərək gətirdi».  Kögmən aşa 
kırkız yirifjə  təgi sülədim  (KT  ş  17)  «Kögmən  meşəli dağlarını 
aşaraq qırğız yerinə təki qoşun çəkdim».
2.  -a,  -ə  şəkilçili  feli  bağlama  tərkibi  səbəb-məqsəd 
zərfliyi  olur;  məsələn:  Üç  oğuz süsi  basa  kəlti  (BK  ş  34)  «Üç 
oğuz qoşunu bizi məğlub etməyə gəldi»....  tefjri tuta berti (MÇ
14)  «...  tanrı  tutmaq  üçün  verdi».  TeQri,  Umay,  ıduk yir,  sub 
basa  berti erinç (T  38) «Tanrı, Umay,  müqəddəs yer,  su qələbə 
üçün verdi».
V. 
-ı, -I, -u, -ü şəkilçili feli bağlamaların əmələ gətirdiyi 
tərkiblər.  -ı,  -i,  -u,  -ü  feli  bağlama  düzəldən  şəkilçilər  türk 
dillərində  ən  qədim  feli  bağlama  düzəldən  morfemlərdən 
biridir.  Bu,  qədirn  türk  yazısı  abidələrinin  dilində  işlənən  ən 
məhsuldar  feli  bağlama  düzəldən  şəkilçilərdəndir.  Bu  şəkilçi 
göytürk  Orxon-Yeniscy  yazısı  abidələrinin  dilində  iki  ən  məh­
suldar feli  bağlama şəkilçisindən biri olsa da,  türk dillərinin son­
rakı  inkişafında  işləkdən  tamamilə  çıxmışdır,  ona nəinki müasir 
türk  dillərində  hətta  göytürk  Orxon-Ycnisey  yazısı  abidələri 
dilinin  bilavasitə  davamı  olan  qədim  uyğur  yazısı  abidələrinin 
dilində  də  təsadüf edilmir.  Bu  baxımdan  «Kitabi  Dədəm  Qor­
qud» dastanları istisna təşkil edir:  bu dastanların dilində, göytürk 
dilindəki  kimi  sıx-sıx  olmasa da,  hər  halda  -ı.  -i,
hi
,  -
ü
  şəkilçili 
feli  bağlamaların  işlənməsinə  rast  gəlmək  olur,  -t,  -i,  -u,  ni 
şəkilçili  feli  bağlamaların  həm  göytürk  Orxon-Yenisey  yazısı 
abidələrində,  həm  də  «Kitabi  Dədəm  Qorqud»  dastanlarında 
işlənməsi  göytürk  dili  ilə  «Dədə  Qorqud»  dastanlarının  dili 
arasında,  bir  növ,  vərəsəlik  yaradır:  bir  tərəfdən,  «Kitabi 
Dədəm  Qorqud»  dastanlarını  göytürk  dilinə  bağlayır,  ikinci 
tərəfdən,  «Kitabi  Dədəm  Qorqud»  dastanlarının  qədimliyinə 
şahidlik  edir,  üçüncü  tərəfdən  «Kitabi  Dədəm  Qorqud»
114
dastanlarının  dili  vasitəsilə  müasir  Azərbaycan  dilini  qədim 
oğuz qəbilələrinin dilinə -  Orxon-Yenisey abidələrini yazmış və 
bizə misar qoymuş göytürk qəbilələrinin dilinə qırılmaz tellərlə 
bağlayır.
Qədim türk yazısı abidələrinin dilində -ı, -i,  -u,  -ü şəkilçili 
feli  bağlama  tərkibləri  cümlənin  əsas  felinin  ifadə  etdiyi 
hərəkətə  münasibətdə  iki  cür  çıxış  edir;  bu  feli  bağlama 
tərkibləri  əsas  feldə  ifadə olunan  hal  və  hərəkətdən əvvəl  icra 
edilən  hal  və  hərəkəti  ifadə  etdiyi  kimi,  onunla  eyni  zamanda 
icra edilən hal və hərəkəti də ifadə edir.
1.  -ı,  -i,  -u,  -ü şəkilçili  feli bağlama tərkibinin ifadə etdiyi 
hal  və  hərəkət  əsas  felin  ifadə  etdiyi  hal  və  hərəkətdən  əvvəl 
icra  olunur:  Kül tigin  BayırkunıQ ak ayğırığ binip  oplayu  təgdi 
(KT  ş  35-36)  «Kül  tigin  Bayırkunun  ağ  ayğırını  minib  hücum 
etdi». İnim Kül tigin birlə,  eki şad birlə ölü, yitii kazğanttm  (KT 
ş  27)  «Kiçik  qardaşım  Kül  tigin  ilə,  iki  şad  ilə  əldən  düşərək 
qazandım».  Yokaru at yetə yadağın  ığaç tutunu ağturtım (T 25) 
«Yuxarı atları yedəkləyib piyada ağaclardan tutaraq qaldırdım».
2.  -/.  -i,  -u,  -ü  şəkilçili  feli  bağlama  tərkibləri  əsas  feldə 
ifadə olunan  hal  və hərəkətlə eyni zamanda  icra olunan  hal  və 
hərəkət  bildirir;  məsələn:  Kögmən yısığ  ebirü  kəltimiz  (T  28) 
«Kögmən  meşəli  dağlarını  dolanaraq  gəldik».  Səkizinç  ay  iki 
yanıka  Açığ  Altır  költə  Kasuy  kəzü  süQüsdim  (MÇ  18) 
«Səkkizinci  ayın  ikisində  Açıq  Altır  gölünün  sahilində  Kasuy 
ətrafında döyüşdüm». On tünkoyantıh tuğ ebirü bardtmız (T 26) 
«On gecə yandakı qar uçurumlarını dolanaraq getdik».
Qədim türk yazısı abidələrinin dilində -t,  -i,  -u,  -ü şəkilçili 
feli  bağlama tərkibləri  əsas feldə ifadə olunan  hal  və hərəkətin 
tərzini, zamanını, səbəb və məqsədini  bildirir və  uyğun olaraq 
cümlənin  tərzi-hərəkət,  zaman,  səbəb  və  məqsəd  zərfliyi 
vəzifəsini yerinə yetirir.
1. 
-ı,  -i.  -u,  -ü  şəkilçili  feli  bağlama  tərkibləri  cümlənin 
tərzi-hərəkət  zərfliyi  olur:  Keyik  yiyü,  tabısğan  yiyü  olurır 
ertimiz (T 8) «Keyik yeyərək,  dovşan yeyərək otururduq».  Kün 
yəmə,  tün yəm ə yelü bardımız  (T  27)  «Gecə də,  gündüz də yel
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin