Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

115

kimi  getdik».  Yağın  başı  yorıyu  kəlti  (MÇ  18)  «Yağının  başı 
yürüyərək gəldi».
2.  -ı,  -i,  -u,  -ü  şəkilçili  feli  bağlama  tərkibləri  əsas  feldə 
ifadə  olunan  hal  və  hərəkətin  səbəb  və  məqsədini  bildirir  və 
cümlənin  səbəb-məqsəd  zərfliyi  olur;  məsələn:  Anta  ödkə 
ögirip  Kül  tiginig  az  ərin  iriürü  itimiz  (KT  ş  40)  «Belə  bir 
vaxtda  peşman  olub  Kul  tigini  azacıq  döyüşçü  ilə  ayırıb 
göndərdik».  Yağ  ...  il  tip  ayu  kəlti  (MÇ  27)  «Yağı  ...  deyib 
çağırmağa  gəldi».  Bars  keyik ərfiəyü,  mətjləyi  barmış  (IB  74) 
«Bars keyik ov ovlamağa getmiş».
3.  -ı,  -i,  -u,  -ü  şəkilçili  feli  bağlama  tərkibi  cümlənin 
zaman  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  məsələn:  Bükəgükdə 
səkiz oğuz,  tokuz tatar kalmaduk eki yanıka kün toğuru sütjüsdim 
(MÇ  13)  «Bükəgükdə  səkkiz  oğuz,  doqquz  tatar  qalmadıqda 
aym  ikisində  gün  doğanda  döyüşdüm».  Bolçuka  tan  üntürü 
təgtimiz (T 35) «Bolçuya dan söküləndə çatdıq».
VI.  -matın,  -mətin  şəkilçili  feü  bağlamaların  əmələ 
gətirdiyi  tərkiblər.  Qədim türk yazısı abidələrinin dilində  bu 
şəkilçinin  iki  variantı  işlənir:  -matan,  -mətən  və  -matın,  -mətin; 
birinci  variant göytürk Orxon-Yenisey yazısı abidələrinin,  ikinci 
variant qədim uyğur yazısı abidələrinin dilində işləkdir.
Qədim türk yazısı abidələrinin dilində bu şəkilçi ilə əmələ 
gələn  feli  bağlamalar  onlardan  əvvəl  işlənən  sözləri  idarə 
edərək  feli  bağlama  tərkibi  tərtib  edir.  Belə  feli  bağlama 
tərkibləri  cümlənin  əsas  felində  ifadə  olunan  hərəkətin  tərzi 
mənasım ifadə edir və cümlənin tərzi-hərəkət zərfliyi vəzifəsini 
yerinə yetirir;  məsələn:  Anlağının  üçün igidmiş  kağamtjın sabın 
almatın  yir  sayu  bardığ  (КТ  c  8-9)  «Elə  olduğun  üçün  (səni) 
yüksəltmiş  xaqanının  sözünə  qulaq  asmadan  yer  boyu  getdin». 
İlim  ökünçinə  kalın yağıka  kıymatın  təgipən  adırıltım,  yıta  (Y 
28)  «Elimin  kədərinə  qalın  (sıx)  yağıya  qımadan  hücum  edib 
ayrıldım (öldüm) əfsus».
VII.  -ğalı,  -gəli  şəkilçili  feli  bağlamaların  əmələ 
gətirdiyi  tərkiblər.  Qədim  türk yazısı  abidələrinin  dilində  feli 
bağlama  düzəldən  -ğalı, 
-gəli  şəkilçisi  az  məhsuldar 
şəkilçilərdən  biridir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu
116
şəkilçinin  əmələ  gətirdiyi bağlamalar  təkcə  Orxon  abidələrinin 
mətnlərində işlənir, digər göytürk yazısı abidələrində və qədim 
uyğur  yazısı  abidələrində  -ğalı,  -gəli  şəkilçisi  ilə  düzələn  feli 
bağlamaların işlənməsinə təsadüf edilmir.
Qədim türk yazısı abidələrinin dilində -ğalı,  -gəli şəkilçili 
feli  bağlamalar  onlardan  əvvəl  gələn  sözləri  idarə  edib  feli 
bağlama  tərkibi  əmələ  gətirir.  Belə  feli  bağlama  tərkibləri 
cümlənin əsas felində ifadə olunmuş hal və hərəkətin icrasından 
sonra baş verəcək hal və hərəkət məzmunu ifadə edir. Türkoloji 
ədəbiyyatda  -ğalı,  -gəli  şəkilçili  feli  bağlama  və  onun  tərtib 
etdiyi  tərkibin cümlədəki vəzifəsi haqqında yekdil fikir yoxdur. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  isə  -ğalı.  -gəli  şəkilçili 
feli  bağlama  tərkibləri  cümlədə  səbəb-məqsəd  zərfliyi 
vəzifsəini  yerinə  yetirir;  məsələn:  Yadağ yabız  boltı  tip  alğalı 
kəlti  (BK  ş  32)  «Piyadalar  zəif  oldu,  -  deyib  (bizi)  almağa 
gəldi».  Sı Qar  süsi  ebig,  barhğ  yolğalı  bardı  (BK  ş  32) 
«Qoşunun yarısı evi, sarayı dağımağa getdi». Öd tetjri yasar, kisi 
oğlı  kop  ölgəli  törəmiş  (KT  şm  10)  «Taleyi  tanrı  yazar,  insan 
oğlu  hamılıqla öləli  törəmiş».  Türk bodun  olurğalı,  türk kağan 
olurğalı  SantutJ balıka,  Taluy  ügüzko  təgmis yok ermis  (T  18) 
«Türk  xalqı  oturalı,  türk xaqanı oturalı  Şandun  şəhərinə,  Dəniz 
çayına çatdığı olmamışdı».
VIII, 
-m,  -in  şəkilçili  feli  bağlamaların  əmələ gətirdiyi 
tərkiblər.  Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  feli 
bağlama  yaradan  şəkilçi  qeyri-məhsuldar  işlənir.  Abidələrin 
mətnlərində  bu  şəkilçi  vasitəsilə  ti  «demək»  felindən  təsdiqdə, 
bol  «olmaq»  felindən  inkarda  feli  bağlama  əmələ  gəldiyinə 
təsadüf edilir.  Hər  iki  feli  bağlama  onlardan  əvəl  gələn  sözləri 
idarə  edib  feli bağlama  tərkibi  əmələ  gətirir.  Qədim  türk  yazısı 
abidələrinin  dilində -in,  -in  şəkilçili  feli bağlama tərkibləri  felin 
həm  təsdiq  aspektində,  həm  də  inkar aspektində  səbəb  mənası 
ifadə  edir  və  cümlənin  səbəb  zərfliyi  vəzifəsini  yerinə  yetirir; 
məsələn:  Türk  bodunığ  atı,  küsi  yok  bolmazun  tiyin  ka Qım 
kağanığ,  ögim  katunığ  kötürmiş  tetjri,  il  birigmə  tetjri,  türk 
bodunığ  atı,  küsi  yok  bolmazun  tiyin  özümin  ol  teQri  kağan 
olurtdı  erinç  (KT  ş  25-26)  «Türk  xalqının  adı,  şöhrəti  yox
117

olmasın  deyə,  atam  xaqanı,  anam  xatunu  yüksəltmiş  tanrı,  e! 
verən tanrı, türk xalqının adı, şöhrəti yox olmasın deyə özümü o 
tanrı xaqan oturtdu». Bodunığ igitəyitı tiyin ymğaru oğuz bodun 
tapa,  ilgərü kxtay,  tatabı bodun  tapa,  birigərü  Tabğaç  tapa  uluğ 
sü eki yegirmi sülədim (KT ş 28)  «Xalqı yüksəldim deyə şimala 
oğuz xalqına qarşı, şərqə kıtay və tatabı xalqlarına qarşı,  cənuba 
Tabğaça qarşı  böyük  qoşunla on  iki  dəfə  qoşun  çəkdim».  Türk 
bodun  kanın  bolmayın  Tabğaçda  adınltı,  kanlanh  (T  2)  «Türk 
xalqı xanı olmadığından Tabğaçdan ayrıldı, xanlı oldu».
Qədim türk yazısı abidələrinin dilində rast gəlinən -kunça, 
-künçə  və  -ça,  -çə şəkilçili feli  bağlamaların  tərkib yaratmasına 
təsadüf edilməmişdir.
XII FƏSİL 
CÜMLƏ
Cümlə  dilin  qrammatik  qanunları  əsasında  formalaşan  və 
bitmiş  bir  fikir  ifadə  edən  dil  (nitq)  vahidinə  deyilir.  Orta 
məktəb  qrammatika  kitablarında  cümləyə  belə  bir  tərif verilir: 
«Bitmiş  bir  fikir  ifadə  edən  bir  neçə  sözün  birləşməsinə  və  ya 
bir  sözə  cümlə  deyilir».  Bu,  bəsit  tərif olsa  da,  cümlənin  üç 
xüsusiyyətini  ifadə  edir:  1.  Cümlə  bitmiş  fikir  ifadə  edir.
2.Cümlə,  bir  neçə  sözün  birləşməsindən  ibarət  olur.  3.  Cümlə 
bir  sözdən  də  ibarət  ola  bilər.  Əslinə  qalanda  «bitmiş  bir  fikir 
ifadə  edir»  ifadəsi  cümlənin  tam  əlaməti  deyildir.  Nitqimizdə 
əksər  hallarda  bir  cümlədə  fikir  bitkinliyi  olmur.  Bir  sıra 
hallarda  nitqimizdə  fikir  bitkinliyinə  nail  olmaq  üçün  bir  neçə 
cümlədən,  cümlələr  silsiləsindən  istifadə  edirik,  fikri  bütöv  bir 
söyləmdə  ifadə  edirik,  bitiririk.  Söyləmin  daxilindəki  cümlələr 
isə nisbi  fikir bitkinliyinə  malik olur.  Deməli,  fikir bitkinliyi  bir 
sözdə  də,  bir  neçə  sözün  birləşməsindən  ibarət  olan  cümlədə 
də,  bir neçə  cümlənin  birləşməsindən  ibarət  olan  söyləmdə  də 
olur.
Cümlənin  bir  və  ya  bir  neçə  sözdən  ibarət  olması  onun 
formalaşması üçün  əsas  deyildir,  çünki  cümlə sözlərin,  sadəcə, 
toplusundan,  əlaqəsiz  yığımından  ibarət  deyildir.  Cümlədəki
118
sözlər,  hər  şeydən  əvvəl,  həmin  dilin  daxili  inkişaf qanunlan 
əsasında  birləşir,  onların  arasında  məna  (leksik-semantik)  və 
qrammatik  əlaqə  olur,  onlar  semantik  əlaqələrdən  biri  ilə  bir- 
birinə bağlanır,  şəkilcə dəyişir,  bir-birini izah edir, aydınlaşdırır 
və  s.  Məhz  bu  tələbləri  ödədikdən  sonra  sözlərin  həmin  dilin 
qanunlarına  uyğun  surətdə  birləşməsi  cümləni  əmələ  gətirir. 
Qeyd etmək lazımdır ki, cümləni əmələ gətirən sözlər cümlənin 
təşkilində  eyni  dərəcədə,  eyni  hüquqla  iştirak etmir:  bunlardan 
bir  qismi  cümlədəki  əsas  fikrin  daşıyıcısı  vəzifəsini  yerinə 
yetirir,  onların  arasında  məna  qrammatik  əlaqələr  olur.  Belə 
sözlərin leksik-semantik mənası olur və onlar əsas nitq hissələri 
ilə ifadə edilir. Bu sözlər sintaksisdə cümlə üzvü adlanır.  Lakin 
əsas  nitq  hissələrinə  daxil  olan  və  cümlədə  iştirak  edən  hər 
hansı  bir  söz  cümlə  üzvü  ola  bilmir;  cümlədə  iştirak  edən 
sözlərdən  sintaktik  əlaqələrlə  bir-biri  ilə  bağlanan  və cümlədə 
müəyyən bir vəzifəsi olan sözlər cümlə üzvü ola bilir. Xitab və 
ara sözlər  (ara  cümlələr)  leksik  mənaya  malik  olsa  da,  cümlə­
dəki digər sözlərlə əlaqəyə girmədiyi və vəzifə daşımadığı üçün 
cümlə  üzvü  ola  bilmir.  Cümlənin  tərkibində  leksik  mənası 
olmayan sözlərin də müəyyən qədər rolu  vardır,  lakin bu sözlər 
cümlədə məna daşıyıcısı deyil, cümləni əmələ gətirən məna da­
şıyıcı  sözlər arasında müəyyən qrammatik əlaqələr yaradılması­
na  xidmət  edir.  Köməkçi  nitq  hissələrinə  daxil  olan  sözlər  və 
nidalar belə yardımçı qrammatik vasitələrdir.  Cümlə dilin digər 
vahidlərindən  onunla  fərqlənir  ki,  1)  dilin  digər  vahidləri  - 
foncm,  morfem  və  leksemlər  adlandırır,  cümlə  isə  informasiya 
ifadə edir; 2) həmin vahidlər cümlənin qurulmasına xidmət etdi­
yi  halda,  cümlə onların qurulmasına xidmət etmir;  3) dilin digər 
vahidləri  ünsiyyətə  bilavasitə  xidmət  etmədiyi  halda,  cümlə 
bilavasitə ünsiyyətə  xidmət edir.  Buna görə də cümlə dilin (nit­
qin) ən mühüm vahididir.
Sözlərin hər cür toplusu,  hər cür birləşməsi  cümlə adlana 
bilməz.  Sözlərin  birləşmələrinin  cümlə  adlanması  üçün  həmin 
söz  birləşmələri  və  ya  ayrılıqda  götürülmüş  bir  söz  müəyyən 
əlamətlərə  malik  olmalıdır.  Cümlənin  formalaşması  aşağıdakı 
əlamətlərlə müəyyənləşdirilir:
1.  Cümlənin  əsas  əlamətlərindən  biri  fikir  bitkinliyidir. 
Fikir  bitkinliyi olmazsa,  söz  söz  olaraq,  söz  birləşməsi  söz bir­
ləşməsi  olaraq  qalır.  Cümlənin  tərifində  «bitmiş  bir  fikir»  ifa­
dəsi düz olmasa da,  fikir bitkinliyi cümlənin ən mühüm əlaməti
119

olaraq qalır. Ümumiyyətlə, fikir cümlədə bitməyə də bilər, lakin 
qrammatika  baxımında  fikir  cümlədə  bitir:  fakt  və  hadisənin 
mövcudluğu təsdiq və ya inkar edilir, fakt və ya hadisə haqqında 
soruşulur.
2.  Cümlənin  ikinci  əlaməti  predikativlikdir.  Predikativlik 
bir  sözün  və  ya  bir  neçə  sözün  birləşməsinin  varlıq  haqqında 
məlumat  verməsində  təzahür  edir.  Predikativlikdə  fakt  və  ya 
hadisə  təsdiq  və  ya  inkar  edilir,  münasibət  bildirilir,  məlumat 
almaq  nəzərdə  tutulur.  Predikativliyin  yaranmasında  zaman  və 
modaİlıq mühüm rol oynasa da qrammatika baxımından predika­
tivliyin  təzahürü  özünü  adlarda  xəbərlik  (xəbərlik  şəkilçiləri), 
fellərdə şəxs kateqoriyasında təzahür etdirir.
3.  Cümlənin  üçüncü  əlaməti  -   fikir  bitkinliyi  və  predika- 
tivliyi  tamamlayan,  fikrin  bitməsini,  qrammatik  göstəricisi 
olmayan  predikativliyi  rellaşdıran  əlamət  intonasiyadır,  daha 
doğrusu,  intonasiya  bitkinliyidir.  Cümlənin  əmələ  gəlməsində 
intonasiyanın  rolu  böyükdür.  Hətta  qrammatika  baxımından 
predikativliyi  formalaşmayan  konstruksiyalar  da  intonasiya  bit­
kinliyi  sayəsində  cümləyə  çevrilir.  İntonasiya  bitkinliyi  sayə­
sində  nəinki  qrammatik konstruksiyalar  (feli  söz  birləşmələri  - 
tərkiblər)  və  söz birləşmələri,  hətta heç bir şəxs şəkilçisi qəbul 
etməmiş  sözlər  də  cümlə  əmələ  gətirir.  Bəzən  əksinə  də  olur: 
predikativliyin  bütün  əlamətlərini  qəbul  etmiş  söz  intonasiya 
bitkini iyinin  olmaması  üzündən  cümlə  kimi  formalaşmır. 
Məsələn,  müasir Azərbaycan dilində «öldü  var,  döndü yoxdur» 
cümləsində  «öldü»  və  «döndü»  sözləri  predikativliyin  bütün 
əlamətlərini  qəbul  etmişdir:  hər  iki  söz  felin  şühudi  keçmiş 
zamanı  üçüncü  şəxsin  təkindədir  və  qrammtikanın  qanunlarına 
əsasən  predikativlik bildirməli,  cümlə  hesab  edilməlidir.  Lakin 
hər iki feldə cümləyə xas, cümlə üçün zəruri olan intonasiya bit­
kinliyi olmadığından hər iki fel cümlə təşkil edə bilmir.
4.  Cümlənin  mühüm  əlamətlərindən  biri  də  modallıqdır. 
Cümlə  müəyyən  bitmiş  fikri  ifadə  etməklə,  onda  predikativlik 
və  intonasiya  bitkiknliyi  olmaqla  yanaşı,  onun  cümlə  şəklində 
formalaşması  üçün  onda  modallıq  da  olmalıdır.  Modaİlıq  fikrin 
gerçəkliyə  münasibətini  ifadə  edir.  Modaİlıq cümlədə  müxtəlif 
vasitələrlə  ifadə  edilir.  Adi  intonasiya  ilə  tələffüz  edilən  nəqli
120
cümlələrin böyük əksəriyyətində  fikrə  heç bir əlavə  münasibət 
ifadə  edilmədikdə  modallıq  zəifləyir  və  nəzərə  çarpmır.  Lakin 
cümlədə  söz  sırasını  dəyişdikdə  bu,  intonasiyaya  təsir  etdiyi 
kimi,  modallığm  da  qüvvətlənməsinə,  aşkar şəkildə  təzahür et­
məsinə səbəb olur. Cümlədəki modallığı qüvvətləndirmək, daha 
qabarıq  şəkildə nəzərə çarpdırmaq  üçün  türk dillərində,  o  cüm­
lədən qədim türk yazısı abidələrinin dilində xüsusi vasitələrdən 
-   modal  sözlərdən  və  ədatlardan  istifadə  edilir.  Cümlədə 
modallığm  ifadəsində  xitabların  və  söz  sırasının  da  mühüm 
əhəmiyyəti  vardır.  Şifahi  nitqdə  modallığm  yaranmasında 
intonasiyanın xüsusi əhəmiyyətinin olduğunu ayrıca qeyd etmək 
lazımdır.
Beləliklə, hər hansı bir ayrıca götürülmüş sözün və ya söz­
lərin birləşməsinin  cümlə kimi  formalaşması üçün  onda mütləq 
müəyyən bir bitmiş fikir ifadə edilməli, predikativlik, intonasiya 
bitkinliyi və modallıq olmalıdır.
CÜMLƏNİN M ƏQSƏD VƏ İNTONASİYAYA 
GÖRƏ NÖVLƏRİ
Ünsiyyətdə  məqsədlər  bir-birindən  fərqləndiyi  kimi,  ün­
siyyət  üçün  istifadə  edilən  cümlələr  də  bir-birindən  fərqlən­
məlidir.  İşlətdiyimiz  cümlələrin  bir  qismində  bu  və  ya  digər 
fakt,  yaxud  hadisə  haqqında  məlumat  verilir,  müəyyən  bir 
informasiya  təsdiq  və  ya  inkar  edilir.  Cümlələrin  bir  qismində 
danışan  müəyyən  bir  informasiyanı  öyrənmək,  aydınlaşdırmaq 
istəyir.  Cümlələrin  üçüncü  qismində  danışan  öz  istək,  arzu, 
xahiş  və  s.,  dördüncü  qismində emosiyasını  ifadə edir.  Məqsəd 
müxtəlifləşdikcə  onları  ifadə  edən  cümlələr  də  müxtəlifləşir. 
Müxtəlif  məqsədlər  üçün  işlədilən  cümlələrdə  müxtəlif 
intonasiyalardan  istifadə  edilir.  Buna  görə  də  bəzən  eyni  bir 
cümlə  məqsəddən  asılı  olaraq  müxtəlif intonasiyalar  ilə  ifadə 
edilə bilər, hər dəfə intonasiyadan asılı olaraq cümlənin məqsəd 
çaları dəyişə bilər. Məsələn, Kağan kəlti «Xaqan  gəldi» cümlə­
sini  adi  intonasiya  ilə  ifadə  etdikdə  {Kağan  kəlti)  müəyyən  bir 
fakt -  xaqanın  gəlməsi xəbər verilir.  Həmin  cümləni  sual  into­
nasiyası  ilə  ifadə  etdikdə  {Kağan  kəlti?)  xaqanın  gəlib-gəlmə-
121

diyini  öyrənmək  istəyirik.  Bu  cümlə  emosional  intonasiya  ilə 
ifadə  edildikdə  (.Kağan  kelti!)  xaqanın  gəlməsindən  doğan 
sevinc,  fərəh  ifadə  olunur.  Göründüyü  kimi,  cümlələr  arasında 
heç bir material  fərq yoxdur:  hər üç  cümlə  iki  sözdən  ibarətdir; 
hər  üç  cümlədə  birinci  söz  isim,  ikinci  söz  feldir;  hər  üç 
cümlədə  birinci  söz  mübtəda,  ikinci  söz  xəbərdir;  hər  üç 
cümlədə  birinci  söz  ismin  adlıq  halında,  ikinci  söz  felin  şühudi 
keçmiş  zamanının  üçüncü  şəxsinin  təkindədir;  hər  üç  cümlədə 
sözlərin  sırası  eynidir;  hər  üç  cümlədə  sözlər  eyni  qrammatik 
mövqeyə malikdir; hər üç cümlədə  eyni tipli  sintaktik əlaqə va­
sitələrindən  istifadə  edilmişdir;  bir  sözlə,  cümlələr  arasında 
formal  qrammatik  fərq  yoxdur.  Cümlələr  arasındakı  fərq  təkcə 
onların  fərqli  məqsədlərlə  işlədilməsi  və  bununla  əlaqədar 
olaraq  onların  tələffüzündəki  intonasiyadır.  Məqsədə  görə, 
cümlələrin  formalaşmasında  intonasiyanın  böyük  əhəmiyyəti 
vardır.  Mübaliğəsiz  demək  olar  ki,  intonasiya  cümlələrdə  elə 
incə  emosional  münasibətlər  ifadə  edir ki,  həmin  münasibətləri 
heç bir formal qrammatik  vasitə  ilə  ifadə etmək mümkün  deyil­
dir.  Cümlənin  formalaşmasında intonasiyanın  böyük  əhəmiyyə­
tinin  olmasına  baxmayaraq,  intonasiya  özü  cümlənin  məqsə­
dindən doğur.  Buna görə  də  məqsəd və  intonasiyaya  görə  cüm­
lənin aşağıdakı növləri müəyyənləşdirilir:
1.  Nəqli cümlə.
2.  Sual cümləsi.
3.  Əmr cümləsi.
4.  Nida cümləsi.
NƏQLİ  CÜMLƏ
Qədim türk yazısı abidələrinin dilində iş,  hal, hadisə,  fakt, 
əşya,  əlamət  və  s.  haqqında adi  təsvir yolu  iiə  məlumat verilir, 
faktın  doğruluğu ya təsdiq,  ya da  inkar edilir.  Belə  informasiya 
səciyyəsi  daşıyan  cümlələrə  nəqli  cümlə  deyilir.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  nəqli  cümlələr  ən  çox  işlənən,  ən 
geniş yayılmış cümlə tipidir. Abidələrin dilində nəqli cümlələrin 
qurulması  qaydası,  nəqli  cümlələrdə  söz  sırası  müasir  türk 
dillərində  olduğu  kimidir:  mübtəda  cümlənin  əvvəlində,  xəbər 
sonunda işlənir,  təyin təyin  etdiyi  sözdən əvvəl  gəlir,  tamamlıq
122
mübtəda  və  xəbərin  arasında  yerləşir,  zaman  və  yer 
zerfliklərinin  yeri  sərbəstdir,  onlar mübtədadan  əvvəl  də  işlənə 
bilər,  lakin  xəbərdən  sonra  işlənmir,  qalan  zərfliklər  xəbərə 
yaxın,  onun  nüfuz  dairəsində  yerləşir;  məsələn:  İlgərü  ŞantulJ 
yazıka  təgi  sülədim,  taluyka  kiçig  təgmədim.  Birgərü  Tokuz 
Ərsənkə  təgi sülədim,  Tüpütkə  kiçig təgmədim.  Kunğaru  Yinçü 
ügüz  keçə  Təmir  kapıgka  təgi  sülədim.  Ymğaru  Yer  Bayırku 
у  ir i Qə  təgi  sülədim  (КТ  c  3-4)  «Şərqə  Şandun  düzünə  təki 
qoşun  çəkdim,  dənizə  azağcıq  çatmadım.  Cənuba  Doqquz 
Ərsənə  təki  qoşun çəkdim,  Tibetə azacıq çatmadım.  Qərbə İnci 
çayını  keçərək  Dəmir  qapıya  təki  qoşun  çəkdim.  Şimala  Ber 
Bayırku yerinə təki qoşun çəkdim».  Üzə kök te/Jri, asrayağızyü- 
kı hntukda elan ara kisi oğlı kılınmıs.  Kisi oğlınta üzə eçüm-apam 
Bumın  kağan,  İstəmi kağan olurmış.  Olurıpan türk bodumf) ilin, 
törüsin  tuta  birmis,  iti  birmis.  Tört  bulur)  kop yağı  ermis.  Sü 
süləpən  tört  bulurjdakı  bodunığ  kop  almıs.  kop  baz  kılmıs, 
başlığığ yüküntürmis,  tizligig sökürmis (КТ c  1-2)  «Üstdə mavi 
göylər,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında  insan  oğlu 
yaranmış.  İnsan  oğlunun  üzərində  əcdadlarım  Bumın  xaqan, 
İstəmi  xaqan  oturmuş.  Oturub  türk  xalqının  elini,  qanununu 
yaratmış,  tərtib etmiş. Dörd tərəf tamam yağı  imiş. Qoşun çəkib 
dörd  tərəfdəki  xalqı  bütünlüklə  almış,  bütünlüklə  tabe  etmiş, 
başlım  səcdə etdirmiş,  dizlini çökdürmüş».  Lakin  bəzi  hallarda 
qədim  türk  yazısı  abidələrinin  dilində nəqli  cümlədə  söz sırası 
pozulur;  məsələn:  Kəlürtim  ök türk bodunığ  Ötükən yerkə  ben 
özüm  Bilgə  Tonyukuk  (T  17)  «Gətirdim  türk  xalqını  ötükən 
yerinə mən  özüm Müdrik Tonyukuk».  Yağmısı  ben ertim Bilgə 
Tonyukuk (T 5) «Qoşulanı mən idim Müdrik Tonyukuk».
Qədim  türk  yazısı  abidələrinin  dilində  nəqli  cümlənin 
xəbəri  fellərlə  ifadə  edildiyi  kimi,  adlarla  (isim,  sifət,  say, 
əvəzlik) da ifadə edilir. Cümlənin mübtədası isə, əsasən, adlarla 
ifadə  edilir,  lakin  əvəzliklərin,  substantivləşmiş  digər  nitq 
hissələrinin,  habelə  söz  birləşmələrinin  də  mübtəda  kimi 
işləndiyi hallar az deyildir.
123

SUAL CÜMLƏLƏRİ
Sual  məqsədi  ilə  işlədilən  cümlələrə  sual  cümlələri 
deyilir.  Sual  cümlələri  müəyyən  bir  məsələni  öyrəmnək, 
başqasının münasibətini bilmək və s. üçün işlədilir.
Türk  dillərində  sual  cümlələri  üç  üsulla  ifadə  edilir: 
1) xüsusi  sual  intonasiyası  ilə;  2)  sual  əvəzlikləri  ilə  və  3)  sual 
ədatları ilə.
Sual  intonasiyası  ilə  əmələ  gələn  sual  cümlələri.  Türk 
dillərində  sual  cümlələrinin  əmələ  gəlməsində  xüsusi  qramma­
tik  əlamətlər  iştirak  etmədikdə  şifahi  nitqdə  xüsusi  sual  in­
tonasiyasından, yazılı nitqdə isə cümlənin sonunda qoyulan sual 
işarələrindən  istifadə  edilir.  Xüsusi  qrammatik  əlamətləri 
olmayan  sual  cümlələri  nəqli  cümlələrdən  heç  bir  əlaməti  ilə 
fərqlənmədiyi  üçün  yazıda  cümlənin  sonunda  sual  işarəsi 
qoyulmazsa,  cümlənin  nəqli,  yaxud  sual  cümləsi  olduğunu 
müəyyənləşdirmək  qeyri-mümkündür.  Məlum  olduğu  kimi, 
qədim  türk  yazısı  abidələrinin  dili  indi  şifahi  ünsiyyət  vasitəsi 
kimi  işlənmir.  Ümumiyyətlə,  göytürk  Orxon-Ycniscy  yazısı 
abidələrinin dilində durğu  işarəsi adma qoşa nöqtədən başqa heç 
nə  yoxdur,  qədim  uyğur  yazısı  abidələrinin  mətnlərində  heç 
qoşa  nöqtə  də  yoxdur.  Buna  görə  də  qədim  türk  yazısı 
abidələmin  dilində  sual  məqsədi  ilə  işlədilən  və  heç  bir 
morfoloji  əlaməti  olmayan  cümlələrin  yazıda  necə  göstərildiyi 
məlum  deyildir.  Əmin  olmaq  olar  ki,  qədim  türk  qəbilələri  də 
yalnız  intonasiya  vasitəsilə  əmələ  gələn  sual  cümlələrindən  də 
istifadə  etmişdir,  lakin  bu,  yazıda  öz  əksini  tapmadığı  üçün  bu 
barədə heç bir hökm irəli sürmək olmaz.
Sual  əvəzlikləri  ilə  əmələ  gələn  sual  cümlələri.  Qədim 
türk  yazısı  abidələrinin  dilində  sual  cümlələri,  əsasən,  sual 
əvəzlikləri  vasitəsilə  əmələ  gəlir.  Dilçilik  ədəbiyyatında  belə 
sual cümlələri xüsusi sual cümlələri adlandırılır.
Sual əvəzlikləri  ilə  əmələ gələn sual cümlələrində xüsusi 
sual  intonasiyasından istifadə edilmir, təkcə sual əvəzliyi cümlə 
üzvlərinə  nisbətən  yüksək  tonla  tələffüz  edilir,  məntiqi  vurğu 
tələb edir.
124
Qədim  türk yazısı  abidələrinin  dilində  sual  əvəzlikləri  ilə 
əm ələ  gələn  sual  cümlələrinin  işlənməsi  geniş  yayılmamışdır: 
Üzə  tetjri basmasar,  asra yir təlinməsər,  türk bodun,  ilirjin kim 
artadı  udaçı  erti? (KT  ş  22)  «Üstdən  göy  basmasa,  altda  yer 
dəlinməsə,  türk  xalqı,  sənin  elini,  qanununu  kim  dağıda 
bilərdi?»  Yarıklığ /çantan kəlip yapa eltdi? (KT ş 23) «Yaraqlılar 
haradan  gəlib  səni yaydı?»  SüQüglig  kantan  kəlipən sürə  eltdi? 
(K T  ş  23)  «Süngülülər  haradan  gəlib  səni  sürüb  apardı?»  İllig 
bodun  ertim,  ilim  altı  kam? (KT ş  9)  «Elli  xalq  idim,  elim  indi 
hanı?»  Kimkə  ilig  kazşanır  mon?  (KT  ş  9)  «Kimə  el 
qazanıram?»  Kağanlığ  bodun  ertim,  kağanım  kam?  (KT  ş  9) 
«Xaqanlı  xalq  idim,  xaqanım  hanı?»  Nə  kağanka  isig,  küçig 
birür  mən?  (KT  ş9)  «Hansı  xaqan  üçün  zəhmət  çəkirəm?» 
Kantayın? (T 33) «Nə edim?» İdişimtə.  ayakımta öni kança banr 
mən? (IB 63) «Kasamdan, qədəhimdən ayrı nə üçün gedirəm?».
Qədim  türk  yazısı  abidələrinin  dilində  bir  sıra  hallarda 
sual  əvəzlikləri  ilə  əmələ  gələn  sual  cümlələri  cavab  almaq 
məqsədi  ilə  yox,  nitqi  qüvvətləndirməq  məqsədilə  işlədilir. 
Belə  sual  cümlələrinə  ritorik  sual  deyilir;  məsələn;  Üzə  tetjri 
basmasar,  asra yir  təlinməsər,  türk  bodun,  ilifjin,  törürfin  kim 
artadı  udaıçi  erti? (KT  ş  22)  «Üstdən  göy  basmasa,  altda  yer 
dəlinməsə,  türk  xalqı,  sənin  elini,  qanununu  kim  dağıda 
bilərdi?»  Nəkə  təzor  biz  üküs  tiyin  (T  38-39)  «Niyə  qaçarıq 
çoxdur deyə?» Nəkə korkur biz az tiyin? (T 39) «Niyə qorxuruq, 
azığ deyə?» Nə basınalım? (T 39) «Niyə basılaq?»
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin