Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru


Sual  ədatı  ilə  əmələ  gələn  sual  cümlələri



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

Sual  ədatı  ilə  əmələ  gələn  sual  cümlələri.  Qədim  türk 
yazısı abidələrinin dilində sual cümlələri sual ədatları vasitəsilə 
də əmələ gəlir.  Abidəlrin dilində sual ədatlarınm iki tipi işlənir: 
1)  müstəqil  işlənənlər;  2)  sözə  bitişənlər;  məsələn:  Azu  bu 
sabımda  igid barğu?  (KT  c  10)  «Məgər  bu  sözümdə  şişirtmə 
var(mı)?»  Kağan  mu  kısayın  (T  5)  «Xaqanmı  seçək?»  Bar  mu 
nə? (T  14) «Buna sözün varmı?»
125

ƏMR CÜMLƏSİ
Əmr,  xahiş,  nəsihət,  arzu  və  s.  bildirən  cümlələrə  əmr 
cümlələri  deyilir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr 
cümlələrinin  müxtəlif məna  çaları  ifadə  etməsi  üçün  heç  bir 
formal əlamətdən istifadə edilmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr  cümlələrinin 
xəbəri,  əsasən,  felin  əmr  şəkli  ilə  ifadə  edilir.  Əmr  cümləsi 
bütün  şəxslərə  aid  ola  bilər,  lakin  məntiq  baxımından  ən  çox 
ikinci  şəxsə  əmr  edilə  bilər.  Buna  görə  də  abidələrin  dilində 
əmr  cümlələrinin  xəbəri  ən  çox  felin  əmr  şəklinin  ikinci 
şəxsində  olur;  məsələn:  ...  on  ok oğlıQa,  tatı Qa  təgi  bum  körü 
biliQ  (КТ  c  12)  «...  on  ox  oğluna,  yadlara  təki  bunu  görərik 
bilin».  Türk  oğuz  bəgləri,  bodun,  bunu  esidir/ (KT  ş  22)  «Türk 
oğuz  bəyləri,  xalqı,  bunu  eşidin».  KöQlünçə  udız  (T  15) 
«(Qoşunu) ürəyin istəyən kimi apar».  Oğlanım,  ərdə marımınça 
bol,  капка  tap,  katığlan  (Süci)  «Oğullarım,  igidlikdə  ustadım 
kimi  olun,  (özünüzə)  xan  tapın,  möhkəmlənin».  Sabımın  tükəti 
esidgil  (КТ  c  1)  «Sözümü  tükənincəyədək  eşit».  Bu  sabımın 
edgüti  esid,  katığdı  tiljlə  (KT  c  2)  «Bu  sözümü  yaxşıca  eşit, 
möhkəmcə dinlə».
Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr  cümlələrinin 
xəbəri  felin  əmr  şəklinin  üçüncü  şəxsində  də  işlənir,  lakin 
burada  əmr  birbaşa  deyil,  vasitəsi  vasitəsilə  olur;  məsələn: 
Kögmən yir,  sub idisiz kalmazun (KT ş 20) «Kögmən yeri, suyu 
sahibsiz qalmasın». Sü bası İnəl kağan  Tardus sad birzun (T 31) 
«Qoşunbaşı  İnəl  xaqan  -  Tarduş  şadı  getsin».  Türk bodun yok 
bolmazun,  ...  bodun  bolçun  ...  (KT  ş  11)  «Türk  xalqı  məhv 
olmasın,... xalq olsun...» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr  cümlələrinin 
bir qismi arzu çalan ifadə edir. Belə cümlələrin xəbəri  felin əmr 
şəkli ilə deyil, arzu şəkli ilə ifadə edilir, həm də belə cümlələrin 
xəbəri  təkcə  birinci  şəxsdə  (tək  və  cəm)  olur;  məsələn:  Türk 
bodun,  ölürəyin,  uruğsıratayın (KT  ş  10)  «Türk xalqı özümüzü 
öldürək,  nəslimizi  məhv  edək».  Usar,  yokkısalım  (T  11) 
«Bacarsaq,  məhv  edək».  Bodunığ  igidəyin  (KT  ş  28)  «Xalqı
126
yüksəldim».  Ötjrə türk kağanğaru süləlim  (T 20)  «Əvvəlcə türk 
xaqanma  qarşı qoşun  çəkək».  Ben  ebgərü  tüsəyin  (T  30)  «Mən 
evə  qayıdım».  Katun  yok  bolmıs  erti,  anı  yoğlatayın  (T  31) 
«Xatun vəfat etmişdi, onu dəfn edim».  Yarıs yazıda  tiriləlim (T 
33) «Yarış düzündə toplanaq» və s.
NİDA CIMLƏSİ
Emosiya  bildirən,  emosiya  ilə  tələffüz  edilən  cümlələrə 
nida cümlələri  deyilir.  Türk  dillərində,  o  cümlədən  qədim  türk 
yazısı  abidələrinin  dilində  nida  cümlələrinin  xüsusi  əlaməti 
yoxdur.  Bu  cümlələr  nəqli,  sual  və  əmr  cümlələri  əsasında 
yaranır.  Nida  cümlələri  şifahi  nitqdə  yüksək  intonasiya  ilə 
tələffüz  edilməsi,  yazılı  nitqdə  isə  nida  işarəsi  qoyulması  ilə 
fərqləndirilir.  Buna  görə  də  qədim  türk  yazısı  abidələrinin 
dilində  nida cümlələrini  fərləndirmək  çox  çətindir,  demək  olar 
ki,  qeyri-mümkündür.  Məsələ  burasındadır  ki,  qədim  türk 
qəbilələrinin  bu  və  ya  digər  cümləni  necə  tələffüz  etmələri, 
hansı  intonasiya  ilə  söyləmələri  bizə  məlum  deyildir;  göytürk 
yazısı  abidələrində,  habelə  qədim  uyğur  yazısı  abidələrində 
durğu  işarələri yoxdur. Buna görə də hər iki tip yazılı abidələrin 
dilində  nida  cümlələrini  cümlənin  digər  tiplərindən  ayırmaq 
mümkün deyildir. Qədim türk yazısı abidələrinin dilində işlənən 
əmr cümlələrinin  bir qismini  nida cümləsi kimi də qəbul etmək 
olar; məsələn:...  on ok oğlıQa,  tatı Qa təgi tuni körü biliQ (KT c
12)  «...  on  ox  oğluna,  yadlara  təki  bunu  görərək  bilin».  Türk 
oğuz bəyləri,  bodun  bum esidiQ (KT ş 22) «Türk  oğuz bəyləri, 
xalqı,  bunu  eşidin».  Bəzən  yan  intuitiv,  yarı  cümlənin 
quruluşundan  qədim  türk  yazısı  abidələrinin  dilində  nida 
cümlələrini  müəyyənləşdirmək olur; məsələn:  A IJar körü biliQ: 
türk amtı bodun,  bəglər,  bödkə körigmə bəglər,  gü yaQıltaçı siz 
(KT c  11) «Ona baxaraq bilin: türkün indiki xalqı, bəyləri, taxta 
tabe olan bəylər,  axı yanılasınız».  Güman  etmək olar ki,  qədim 
türk  yazısı  abidələrinin  dilində  cümlənin  söz  sırasının  nadir 
hallarda pozulması da intonasiya ilə  əlaqədardır;  güman  ki,  söz 
sırasının pozulduğu cümlələr yüksək tonla, nida intonasiyası  ilə
127

tələffüz  edilmişdir;  məsələn:  Ol  yirgərü  barsar,  türk  bodun, 
öltəçi  sən.  ötükən  yir  olurıp  arkış-türkiş  isar,  nərj bunığ yok! 
Ötükən yış  olursar,  befjgü  il  tuta  olurtaçı  sən,  türk bodun,  tok 
(КТ  c  8)  «O  yerə  doğru  getsən,  türk  xalqı,  öləsisən,  ötükən 
yerində  oturub  karvanlar  göndərsən,  heç  bir  dərd yox!  Ötükən 
meşəli dağlarında otursan, əbədi el tutaraq oturasısan, türk xalqı, 
tox!»
CÜMLƏNİN QURULUŞCA NÖVLƏRİ
Bütün  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  cümlənin  quruluşca  iki  növü  vardır:  1) 
sadə cümlə, 2) mürəkkəb cümlə.
SADƏ  CÜMLƏ
istər normativ (xüsusilə,  məktəb),  istərsə akademik qram­
matikalarda  sadə cümləyə  verilən  təriflər  bu  dil  vahidinin  hətta 
əsas  xüsusiyyətlərini  əhatə  etmir.  Buna  görə  də  son  zamanlar, 
mekətb  qrammatikalarını  çıxsaq,  qrammatika  kitablarında  və 
cümlənin sintaksisinə həsr edilmiş əsərlərdə  sadə cümləyə tərif 
verilmir.
CÜMLƏ  ÜZVLƏRİ
Hər  hansı  bir  cümlə  sözlərdən  tərtib  edilir.  Cümlədə 
sözlər  məna  və  sintaktik  vəzifələrinə  görə  müxtəlif olur:  bəzi 
sözlər  cümlədə  müəyyən  məna  ifadə  edir  və  sintaktik  vəzifə 
icra  edir;  bəzi  sözlər  isə  heç  bir  vəzifə  daşımır.  Leksik  mənası 
olan  və  cümlədə  müəyyən  sintaktik  vəzifə  daşıyan  sözlərə  və 
söz birləşmələrinə cümlə üzvü deyilir. Cümlə üzvlərinin  hamısı 
cümləni  təşkil  etməkdə  eyni  rol  oynamır:  bunlardan  bəziləri 
cümlənin  tamamlanmasında,  fikrin  bitməsində  həlledici  rol 
oynayır,  onlarsız  cümlə  formalaşa  bilmir;  digərləri  həmin 
üzvləri  izah  edir,  aydınlaşdırır,  tamamlayır.  Cümlənin 
tərtibində,  formalaşmasında  əsas,  həlledici  rol  oynayan  cümlə 
üzvləri baş üzv, onlara xidmət edən, onları aydınlaşdıran  cümlə
128
üzvləri  isə  ikinci  dərəcəli  üzvlər  adlanır.  Cümlənin  baş 
üzvlərinə mübtəda və xəbər,  ikinci dərəcəli üzvlərinə isə təyin, 
tamamlıq və zərflik daxildir.
MÜBTƏDA
Mübtəda  cümlənin  iki  baş  üzvündən  biridir.  O,  cümlənin 
tam müstəqil üzvüdür və qrammatik cəhətdən digər üzvlərindən 
asılı  deyildir,  cümlənin  bütün  digər  üzvləri,  o  cümlədən  ikinci 
baş  üzv  -   xəbər  də  qrammatik  cəhətdən  mübtədadan  asılıdır. 
Mübtəda  ismin  adlıq  halında olur,  əlaməti  cümlənin  xəbərində 
müəyyən  olunan  əşyam  bildirir,  kim,  nə  və  hara  suallarından 
birinə  cavab  verir.  Mübtəda  ondan  asılı  olan  ikinci  dərəcəli 
cümlə  üzvlərini  öz  ətrafında  birləşdirib  mübtəda  qütbü  təşkil 
edir.  Mübtəda,  sözün  geniş  mənasında  əşya  anlayışı  bildirir. 
Türk  dillərində,  o  cümlədən,  qədim  türk  yazısı  abidələrinin 
dilində mübtəda aşağıdakı əlamətlərə malik olar:
1.  Qrammatik cəhətdən mübtəda cümlənin  heç bir üzvün­
dən asılı olmur, cümlənin bütün üzvləri mübtədadan asılı olur.
2. Mübtədanın əlaməti xəbərdə əks olunur.
3. Mübtəda ismin adlıq halında olur.
4. Mübtəda hallana bilən sözlərlə (habelə, söz birləşmələ­
ri ilə) ifadə olunur.
Qeyd  etmək  lazımdır  ki,  adlıq  halda  olan  söz  cümlənin 
mübtədası  olmaya  da  bilər.  Adlıq  halda  işlənən  söz  cümlədə, 
mübtədadan  başqa,  təyin,  xəbər vəzifəsi  də  daşıya  bilər.  Bun­
lardan başqa,  adlıq  halda olan söz cümlə  üzvü  olmaya da bilər, 
məsələn,  xitablar  və  ara  sözlər  adlıq  halda  işlənsə  də  cümlə 
üzvü olmur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtəda  ifadə 
vasitələrinə görə müasir türk dillərindən fərqlənmir.  Abidələrin 
dilində  nadir hallarda cümlədə  söz sırasının pozulması hallarını 
istisna  etsək,  mübtəda  cümlənin  əvvəlində  işlənir,  həm  feli, 
həm də ismi xəbərlə uzlaşma əlaqəsi ilə bağlanır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtədalar  quru­
luşuna görə iki cür olur:
129

1. Leksik vahidlərlə ifadə olunan mübtədalar -  sadə müb- 
tədalar.
2.  Sintaktik  vahidlərlə  ifadə  olunan mübtədalar  -   mürək­
kəb mübtədalar.
Sadə mübtəda.  Sadə mübtəda dedikdə sadə, düzəltmə və 
mürəkkəb  sözlərlə,  habelə  frazeoloji  birləşmələrlə  ifadə  olun­
muş mübtədalar nəzərdə  tutulur.  Mübtəda əşya və şəxs bildirən 
sözlərlə,  yəni  isimlərlə,  əvəzliklərlə,  habelə  substantivləşmiş 
hər hansı bir nitq hissəsi ilə ifadə olunur.
Mübtədanm isimlərlə ifadəsi. Qədim türk yazısı abidələ­
rinin  dilində  mübtəda,  əsasən,  isimlərlə  ifadə  edilir.  Mübtəda 
tək  və  cəm  isimlərlə,  ümumi  və  xüsusi  isimlərlə,  konkret  və 
mücərrəd  isimlərlə,  təklik  və  topluluq  bildirən  isimlərlə  ifadə 
edilir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  canlı  və  cansız 
əşya adı bildirən sözlərin mübtəda vəzifəsində işlənməsi müasir 
türk  dillərində  olduğu  kimidir.  Mübtədanm,  o  cümlədən  canlı 
və  cansız,  insan və digər canlıları bildirən mübtədalarm xəbərlə 
uzlaşması da müasir türk dillərində olduğundan fərqlənmir: Bars 
bəg  erti  (KT  ş  20)  «Bars  bəy  idi».  Ol  törüdə  üzə  eçim  kağaıt 
olurtı  (KT  ş  16)  «O  qanunun  üstündə  əmim  xaqan  oturdu». 
TefJri ança  timis erinç (T 2)  «Tanrı  elə demiş».  Ol at ança tüsdi 
(KT şm 4) «O at onda öldü». Alp ər bizitjə təgmiş erti (KT ş 40) 
«Alp ərlər bizə  hücum etmişdi».
Mübtədanm  əvəzliklə  ifadəsi.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  şəxs  əvəzliklərinin  cümlənin  mübtədası 
kimi  işlənməsi  az  yayılmışdır.  Daha  dəqiq  deyilsə,  mübtədası 
şəxs  əvəzlikləri  ilə  ifadə  edilən  cümlələrdə,  əksər  hallarda, 
mübtəda  söz  kimi  -   şəxs  əvəzliyi  kimi  cümlədə  formalaşmır, 
iştirak  etmir,  yalnız  xəbərin  şəxs  şəkilçisində  özünü  təzahür 
etdirir; məsələn:  Olyergərü  barsar,  türk bodun,  öltəçi sən  (KT 
c  8)  «O  yerlərə  getsən,  türk  xalqı,  öləsisən».  К im kə  ilig 
kazğanur mən  (KT  ş  9)  «Kimə  el  qazanıram».  Kunğaru  Kətjü 
Tarmanka təgi türk bodunığ ança konturtımız (KT ş 21) «Qərbə 
Kənü Tarmana təki türk xalqını elə yerləşdirdik».  Qorğu eki-iiç 
fdsiligin  təzib  bardı  (BK  ş  41)  «Qorxaraq  iki-üç  adamla  qaçıb 
getdi».  A tp r  körü  biliQ (KT  c  11)  «Onu  görərək  bilin».  Türk
130
amtı bodun,  bəglər,  bödkə körigmə boglərgü yatjıltaçı siz (KT 
c  11)  «İndiki  tüık  xalqı,  bəyləri,  taxta  tabe  bəylər,  axı 
yanılasısınız». Sü/Jüsdimiz (T 28) «Döyüşdük».
Qədim türk yazısı  abidələrinin dilində şəxs əvəzliklərinin 
cümlədə  mbtəda  kimi  iştirak  etdiyi  hallar  da  az  deyildir; 
məsələn:  Mən  betjgü  taş  ...  tabğaç  kağanta  bədizçi  kəlürtim 
(KT c  11)  «Mən  əbədi  daş  ...  Tabğaç xaqanında naxışçı  gətirt- 
dim».  Biz  az  enim iz (BK  ş  32)  «Biz az  idik».  Kagan  at bunla 
biz birtimiz (KT ş 20) «Xaqan adı bu vaxt biz verdik». Siz taşıkın 
(MÇ  22)  «Siz qiyam  edin».  Ol amtı  ayığyok (KT  c  3) «O  indi 
iğtişaş salmır».
Abidələrin dilində sual  əvəzlikləri də cümlənin mübtədası 
vəzifəsində  işlənir;  məsələn:  Üzə  tetjri  basmasar,  asm   yir 
təlinməsər,  türk bodun.  ililjin,  törüQin kim artan udaçı erti? (KT 
ş  22)  «Üstdən  göy  basmasa,  altda  yer  dəlinməsə,  türk  xalqı, 
elini, qanununu kim dağıda bilərdi».
Qədim  türk  yazısı  abidələrinin dilində qayıdış  şəxs əvəz­
likləri  də  cümlənin  mübtədası  funksiyasını  yerinə  yetirir; 
məsələn:  Özüm  karı  boltım  (T  56)  «Özüm  qocaldım».  Eçim 
kağan  olurtukda  özim  farduş  bodun  üzə  şad  ertim  (KT  ş  17) 
«Əmim  xaqan  oturduqda özüm  tarduş  xalqı  üzərində  şad  idim». 
...  özin  edgii  körtoçi sən,  cbirjə  kirtoçi sən,  biitjsız  boltaçı  sən 
(BK  şm  14)  «...  özün  yaxşılıq  görəsisən,  evinə  girəsisən, 
dərdsiz olasısan».  Özi yaijıltı (KT ş 20) «Özü yanıldı». Özi ança  ■
 
kərgok bolmıs (KT ş 3-4) «Özü elə vəfat etmiş».
Mübtədanm  sifətlə  ifadəsi.  Qədim  türk  yazısı  abidələri­
nin  dilində  mübtəda,  az  da  olsa,  substantivləşmiş  sifətlərlə  də 
ifadə edilir; məsələn:  Yııyka eriklig toplağalu uçuz ermis, yinçgə 
eriklig  üzgəli  uçuz.  Yuylca  kalın  bolsar,  toplağaluk  alp  ermis. 
yinçgə yoğun  bolsar,  üzgəliik aim  ermis  (T  13-14)  «Nazik ikən 
toplamaq  asan  imiş,  incə  ikən  üzmək  asan.  Nazik  qalın  olsa, 
toplamaq  igidlikdir,  incə  yoğun  olsa,  üzmək  igidlikdir».  Taşra 
yorıyur  tiyin  kü  esidip  bılıkdakı  tağıkmıs,  tağdakı  inmis  (KT  ş 
11-12)  «Sərhəddən  kənarda  yürüytir  deyə  xəbər  eşidib 
şəhərdəki dağa qalxmış, dağdakı enmiş».
131

Mürəkkəb  mübtəda.  Mürəkkəb  adlarla  (mürəkkəb 
isimlərlə  yox!),  ismi  və  feli  söz  birləşmələri  ilə  ifadə  edilən 
mübtədalara  mürəkkəb  mübtədalar  deyilir:  mürəkkəb  sözlər 
leksik  vahid  olduğu  üçün  mürəkkəb  mübtəda  adlana  bilməz; 
mürəkkəb  adlar,  ismi  və  feli  söz  birləşmələri  isə  leksik 
birləşmə,  leksik  vahid  olmadığı,  sintaktik  birləşmə,  sintaktik 
vahid olduğu üçün mürəkkəb mübtəda olur.
Mürəkkəb adlarla  ifadə edilən  mürəkkəb mübtədalar. 
Qədim türk yazısı abidələrinin  dilində mürəkkəb adların  üç  tipi 
işlənir:  1)  Mürəkkəb  şəxs  adlan  (mürəkkəb  antroponimlər),  2) 
mürəkkəb  xalq  adlan  (mürəkkəb  etnonimlər)  və  3)  mürəkkəb 
yer adlan (mürəkkəb toponimlər).
1.  Mürəkkəb  insan  adlan  ilə  ifadə  edilən  mürəkkəb 
mübtədalar.  Belə mübtədalar şəxs adından və rütbə, vəzifə, titul 
bildirən  sözlərdən  ibarət  olur;  məsələn:  Kisi  oğlınta  üzə  eçim- 
apam  Bunun  kağan,  İstəmi  kağan  olurmıs  (KT  ş  1)  «İnsan 
oğlunun  üzərində 
əcdadlarım  Bumın  xaqan,  İstəmi  xaqan 
oturmuş».  Umay təg öginı  katun kutı/ja inim Kül tigin ər at bultı 
(KT ş  31) «Umay təki anam xatunun bəxtinə kiçik qardaşım Kül 
tigin  igid adı  qazandı (tapdı)». Bilge Küli çor tardus bodunığ iti, 
ayu  olurtı  (KÇ  1)  «Müdrik  Küli  çor tarduş xalqını təşkil  edərək 
oturdu».
2.  Mürəkkəb  xalq  adları  ilə  ifadə  edilən  mürəkkəb  müb­
tədalar.  Belə  mürəkkəb  mübtədalar  xalqın  adı  və bodun  «xalq» 
sözü ilə ifadə edilir; məsələn:  Tokuz oğuz bodun kəntü bodunım 
erti  (KT  şm  4)  «Doqquz  oğuz xalqı öz xalqım idi».  Türk bodun 
adak  kamaştı  (BK  ş  30)  «Türk  xalqı  ayağını  zəiflətdi».  Ediz 
bodun anta ölti (KT şm 6) «Ediz xalqı orada öldü».
3. Qədim türk yazısı abidələrinin dilində yer adından sonra 
gələn yış,  yazı,  çöl,  ügüz,  balık,  tağ və s.  sözlərin  birləşməsin­
dən  əmələ  gələn  mürəkkəb  toponimlərin,  iki  və  daha  artıq 
müstəqil  sözlə  ifadə olunan yer adlarının,  on  iki  il  siklli  heyvan 
adları  ilə  adlanan  il  adlarının  adlıq  halda  işlənib  cümlənin 
mübtədası vəzifəsində işlənməsinə də rast gəlinmir.
Təyİnİ söz birləşmələri ilə ifadə edilən mürəkkəb müb­
tədalar:  Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtədalar
132
sözlərlə  və  mürəkkəb adlarla  ifadə  edildiyi  kimi,  söz birləşmə­
ləri ilə də ifadə edilir. Müasir türk dillərində olduğu kimi, qədim 
türk  yazısı  abidələrinin  dilində  də  birinci  növ  təyini  söz 
birləşmələri  bütövlükdə  cümlənin  bir  üzvü  kimi,  o  cümlədən 
mübtədası  kimi  çıxış  edə  bilmir;  belə  ki,  bu  təyini  söz 
birləşmələrinin birinci tərəfi həmişə cümlədə ondan sonra gələn 
sözün  təyini  vəzifəsini  yerinə  yetirir.  İkinci  və  üçüncü  növ 
təyini  söz  birləşmələri  isə  bütövlükdə  adlıq  halda  cümlənin 
mürəkkəb mübtədası funksiyasında işlənir.
1.  İkinci növ təyini  söz birləşmələri ilə  ifadə edilən müb­
tədalar,  əsasən,  qeyri-müəyyən  əşya  məfhumu  bildirir;  belə 
mübtədalarda  qeyri-müəyyənlikdən  əlavə  ümumilik  çalan  da 
olur;  məsələn:  Bodun  boğazı  tok erti  (T  8)  «Xalqm boğazı  tox 
idi».  Türgis  kağanı  tasıkmıs  (T  30)  «Türgiş  xaqanı  sərhədi 
keçmiş».  Tabğaç  süsi  bar  ermis  (T  30)  «(Aralarında)  tabğaç 
qoşunu  var  imiş».  On  ok  süsi  kalısız  taşıkdı  (T  33)  «On  ox 
qoşunu qalıqsız sərhədi keçdi».
2.  Oçüncü  növ  təyini  söz  birləşmələri  də  adlıq  halda 
işləndikdə cümlənin mürəkkəb mübtədası olur. Belə mübtədalar 
müəyyənlik bildirir;  məsələn: Bilgə kağanıfj bodunı... bardı (O 
11)  «Müdrik  xaqanın  qoşunu  ...  getdi».  Yağın  bası yonyu  kəlti 
(MÇ  18)  «Yağının  avanqardı  yürüyərək  gəldi».  Adığın  karnı 
yarılmış,  tonuzıQ azığı sınmıs (IB  10-11) «Ayının qamı yanlmış, 
donuzun qılınc dişi sınmış».
3.  Qədim türk yazısı abidələrinin dilində mürəkkəb təyini 
söz  birləşmələri  də  adlıq  halda  cümlənin  mübtədası  olur; 
məsələn:  BizıQ sü  atı  turuk,  azukı yok  erti  (KT  ş  39)  «Bizim 
qoşunun  atları  arıq,  ərzağı  yox  idi».  Türgis  kağan  siisi  otça, 
borça  kəlti (BK  ş  27)  «Türgiş  xaqanının qoşunu  od  kimi,  şərab 
kimi  gəldi».  Türk  bodun  atı yok bolu  Ьагтц  erti  (O  3)  «Türk 
xalqının  adı  məhv  olub  getmişdi».  Türk  bodunığ  atı.  küsi yox 
bolmazun (KT ş 25) «Türk xalqının adı, şöhrəti məhv olmasın».
Feli sifət tərkibləri ilə ifadə edilən mürəkkəb mübtəda­
lar.  Qədim  türk yazısı  abidələrinin  dilində  adlıq  halda  işlənən 
feli  sifət  tərkibləri  də  cümlənin  mürəkkəb  mübtədası  funk­
siyasını yerinə yetirir; məsələn: Ida,  tasda kalmısı kobranıp yeti
133

yüz  bolu  (T 4)  «Kolda,  daşda qalmışı toplanıb yeddi yüz oldu». 
Anta kalmışı yir sayu кор turu, ölü yorıyur ertig (КТ c 9) «Orada 
(sağ)  qalmışın  yer boyu  əldən  düşmüş  halda  (dirilərək,  ölərək) 
yürüyür idi».
XƏBƏR
Xəbər  cüttərkibli  cümlənin  iki  baş  üzvündən  biridir  və 
qrammatik  cəhətdən  təkcə  mübtədadan  asılıdır.  Xəbər,  sözün 
geniş  mənasında,  mübtədaya  aid  olan  iş,  hal,  hərəkət,  əlamət, 
keyfiyyət,  kəmiyyət və  s.  bildirir.  Türk dillərində,  o  cümlədən 
qədim türk yazısı abidələrinin dilində xəbər, adətən, təsriflənən 
fellərlə,  isimlərlə,  substantivləşmiş  digər  nitq  hissələri  ilə, 
habelə  ismi  söz  birləşmələri  ilə,  hətta  müəyyən  bir  sözə 
qoşulmuş  qoşmalarla  da  ifadə  edilir.  Xəbərin  qrammatik 
cəhətdən  mübtədadan  asılı  olması  özünü  onun  şəxs  və 
kəmiyyətə  görə  mübtəda  ilə  uzlaşmasında  göstərir.  Lakin  bu 
uzlaşma  türk  dillərində,  o  cümlədən  qədim  türk  yazısı  abidə­
lərinin  dilində  mütləq  deyildir  və  bəzən  pozulur.  İstər  müasir, 
istərsə  qədim  türk  dillərində  ilk  baxışda  elə  görünür  ki,  xəbər 
mübtədadan  yox,  mübtəda  xəbərdən  asılıdır  və  çox  vaxt 
cümlədə mübtədanm zahirdə olmasına ehtiyac hiss edilmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  xəbər  işlənmə 
xüsusiyyətlərinə  görə  müasir  türk  dillərindəkindən  fərqlənmir. 
Müasir türk  dillərində  olduğu  kimi,  abidələrin  dilində  də  xəbər 
şəxsə  və  kəmiyyətə  görə  mübtəda  ilə  uzlaşır;  məsələn:  Bilgə 
Tonyukuk  ben  özüm  Tabğaç  ili Qə  kılıntım  (T  1)  «Müdrik 
Tonyukuk  mən  özüm  Tabğaç  elində  tərbiyə  aldım».  Bars  bəg 
erti,  kağan at bunta  biz birtimiz  (KT  ş  20)  «Bars  bəy  idi,  xaqan 
adını burada biz verdik». Siz taşıkın,  çikig taşığırm (MÇ 22) «Siz 
üsyan edin, çikləri də üsyana qaldırın». Kül tigin ol süQüsäə otuz 
yaşayur erti (KT şm  2)  «Kül  tigin o döyüşdə otuz yaşında  idi». 
Biz az ertimiz (BK ş 32) «Biz az idik». Biz eki biQertimiz (T  16) 
«Biz iki min idik».
Qədim  türk  yazısı  abidələrinin  dilində  xəbərlik  kateqori­
yası ya morfoloji əlamətlərlə, yeni  sözlərə  şəkilçilər artırmaqla, 
ya  da  morfoloji  əlamətlərsiz  əmələ  gəlir.  Buna  görə  də
134
abidələrin dilində  ifadə tərzinə  görə xəbərləri iki növə ayırmaq 
olar:  1) morfoloji üsulla ifadə edilən xəbərlər; 2) sintaktik üsulla 
ifadə edilən xəbərlər.
Xəbərin  morfoloji  üsulla ifadəsi.  Qədim türk yazısı abi­
dələrinin  dilində  xəbər,  əsasən,  morfoloji  üsulla  ifadə  edilir. 
Xəbərin bu üsulla ifadəsində bütün nitq hissələrinə (o cümlədən 
fellərə) və söz birləşmələrinə xüsusi xəbərlik şəkilçiləri artırılır. 
Abidələrin dilindəki xəbərlik şəkilçiləri mahiyyətcə müasir türk 
dillərindəki  şəkilçilərdən  fərqlənməsə  də,  şəkilcə  (fonetik 
tərkibcə)  bəzi  fərqlər  nəzərə  çarpır.  Aşağıdakı  cümlələrdə  bu 
fərqi müşahidə etmək olar: Kapağan Eltəris kağan elifjə ktlm tm  
(O 4) «Fateh Eltəris xaqan elinə verildim». Biz az biz (O 7) «Biz 
azığ».  Kamuğı  biş otuz sülədimiz,  üç yegirmi süQüşdimiz (KT  ş 
18) «Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfi» döyüşdük». 
Ərən ər siz (Y 26) «Ərən ərsiniz».  Nə kağanka isig,  küçig birür 
mən? (KT ş 9) «Hansı kaqana zəhmətimi verirəm». İnöz İnənçü, 
Tar duş Küli çor Besbaltka barır biz (HT  1) «İnöz İnənçü Tarduş 
Küli çor Bcşbaltka gedirik».
Xəbərin  sintaktik  üsulla  ifadəsi.  Qədim  türk  yazısı  abi­
dələrinin dilində bəzən söz heç bir morfoloji əlamət  xəbərlik 
şəkilçisi  qəbul  etmədən  də  cümlənin  xəbəri  vəzifəsini  yerinə 
yetirir.  Sözün  heç  bir  morfoloji  əlamət  qəbul  etməkdə  xəbər 
vəzifəsini  yerinə  yetirməsinə  xəbərin  sintaktik  üsulla  ifadəsi 
deyilir.  Abidələrin  dilində  xəbərin  sintaktik  üsulla  ifadəsi  söz 
sırası və xüsusi intonasiya ilə baş verir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  həm  feli,  həm  də 
ismi  xəbərlərdə  xəbərin  sintaktik  üsulla  ifadəsinə  rast  gəlirik. 
Bundan  başqa,  predikativ  sözlərin  xəbər  kimi  işlənməsi  də 
xəbərin  sintaktik  üsulla  ifadəsinə  nümunə  ola  bilər.  Feli 
xəbərlərdən  felin  əmr şəklinin  ikinci  şəxsinin təki,  şərt şəklinin 
və  xəbər  şəklinin  nəqli  keçmiş  zamanın  hər  üç  şəxsində  xəbər 
sintaktik üsulla ifadə  edilir,  yəni  fellər  heç  bir morfoloji  əlamət 
qəbul etmədən cümlənin xəbəri  olur.  Abidələrin  dilində isimlər 
də  cümlənin  xəbəri  kimi  işlənəndə  üçüncü  şəxsdə  xəbərlik 
şəkilçisi  qəbul etmir;  məsələn:  Bu bitig bitigmə atısı  Yolıq  tigin 
(KT с  13) «Bu yazını yazan kiçik qohumu Yolığ tigin». Sizin ər
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin