Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   2   3   4   5   6   7   8   9   ...   39

66
qədim  türk  yazısı  abidələrinin  dilində  üçüncü  növ  təyini  söz 
birləşmələri aşağıdakı məna variantlarını da ifadə edir:
1.  Birinci  tərəf  sahib  şəxsi,  ikinci  tərəf mənsub  əşyanı 
bildirir.  Burada  sahiblik,  mənsubluq  qrammatik  mənada  deyil, 
həqiqi  mənada  işlənir;  məsələn:  Kül  tiginiQ  altunı  (KT  c  q) 
«Kül  tiginin  qızılı»,  Kül  tiginiQ kümüşi  (KT  c  q)  «Kül  tiginin 
gümüşü»,  Kül  tiginin  barımı  (KT  c  q)  «Kül  tiginin  dövləti», 
elimin beQgüsi (Y 24) «elimin əbədi daşı», karlukığ taban (MÇ 
29) «karlukun malı», karlukığ ebi (MÇ 29) «karlukun evi».
2.  Birinci  tərəf  sahib  şəxsi,  ikinci  tərəf  əşyanın  sahib 
şəxsə  qohumluq  münasibətini  ifadə  edir;  məsələn:  türgis 
kağanıQ  kızı  (BK  şm  9-10)  «türgiş  xaqanının  qızı»,  Tadıkın 
çonn  oğlı  (KÇ 26) «Tadıkın çorun oğlu», özüniQ inirjiz (Y  26) 
«özünüzün kiçik qardaşınız».
3.  Birinci  tərəf  mənsub  əşyanı,  ikinci  tərəf sahib  şəxsi 
bildirir.  Üçüncü  növ  təyini  söz  birləşməsinin  bu  tipindəki 
tərəflər  arasındakı 
münasibət  birinci  tipindəkinin  tamamilə 
əksinədir; məsələn:  (türk)  bodumQili (KT ş  1) «(türk) xalqının 
eli».
4.  Tərəflər  hissənin  bütövə  münasibətini  bildirir:  birinci 
tərəf  bütövü,  ikinci  tərəf  hissəni  ifadə  edir;  məsələn:  (ak) 
adğırığ  udlıkı  (KT  ş  36)  «(ağ)  ayğırın  budu»,  adığıQ kamı  (IB 
10)  «ayının qamı», toQuzıQ azığı  (IB  10)  «donuzun qılınc dişi», 
taşıQ subı  (Turfan)  «çölün  suyu», yağın başı  (MÇ  18)  «yağının 
başı».
5.  Birinci  tərəf  hasili,  ikinci  tərəf  məhsulu  ifadə  edir; 
məsələn:  kağanıQ sabı  (KT  c  9)  «xaqanın  nitqi»,  məniQ sabım 
(KT  c  11)  «mənim  sözüm»,  kağanıQ bitigi  (III  Orxon  abidəsi) 
«xaqanın yazısı», beniQ bitigim (Y 57) «mənim yazım».
6. Birinci tərəf əvəzliklə ifadə edilir və isimlə ifadə edilən 
ikinci  tərəfin  rəhbərliyini  bildirir;  məsələn:  məniQ  bodunım 
(BK  ş  29)  «mənim  xalqım»,  beniQ  bodunım  (T  21)  «mənim 
xalqım»,  k&ntü  bodunım  (KT  ş  24)  «özümin  xalqım»,  məniQ 
süm  (MÇ  33)  «mənim  qoşnum»,  biziQ  sü  (KT  ş  33)  «bizim 
qoşun», məniQ ər QAÇ 24) «mənim döyüşçülərim».
67

7. 
Tərəflər  keyfiyyət  və  əlamətin  əşyaya 
olan 
münasibətini  bildirir;  məsələn:  bodunıl) törüsi (KT ş  1)  «xalqın 
qanunu»,  türk  bodunığ  atı  (KT  ş  25)  «türk  xalqının  adı»,  türk 
bodunığ küsi  (KT  ş  25)  «türk  xalqının  şöhrəti»,  sizirj ə r  a t  (Y
26)  «sizin igid adınız».
Göründüyü  kimi,  qədim  türk  yazısı  abidələrinin  dilində 
üçüncü  növ  təyini  söz  birləşmələrinin  yeddi  məna  tipi 
işlənmişdir.  Bu,  müasir  türk  dillərinin  bəzilərində  olduğundan 
xeyli  çoxdur.  Əlbəttə,  belə  zəngin  məna  çalarları  bir  neçə 
yüzilliyə  yarana  bilməzdi.  Düzdür,  üçüncü  növ  təyini  söz 
birləşmələri  türk  dillərində  birinci  və  ikinci  növ  təyini  söz 
birləşmələrindən  xeyli  sonra  yaranmışdır,  lakin  onun  zəngin 
məna çalarlarma malik olması göstərir ki,  türk dillərində üçüncü 
növ  təyini  söz  birləşmələri  belə  miladdan  sonra  V-VIII 
yüzilliklərədək  min  illik,  bəlkə  də  daha  çox  vaxt  -   uzun 
təşəkkül və inkişaf prosesi keçirmişdir.
MÜRƏKKƏB  TƏYİNİ  SÖZ  BİRLƏŞMƏLƏRİ
Həm məna,  həm də  formaca  bir-birinə bağlanan,  tərkibin­
də  iştirak  edən  sözlərin  hamısını  birlikdə  bir  cümlə  üzvü  kimi 
işlənə bilən  ikidən  artıq  sözün  əmələ gətirdiyi  təyini  söz birləş­
mələri  mürəkkəb  təyini  söz  birləşmələri  adlanır.  Təyini  söz 
birləşmələrinin  görkəmli  tədqiqatçısı  M.H.Hüseynzadə  mürək­
kəb  təyini  söz  birləşmələrinin  xüsusiyyətlərini  belə  müəyyən­
ləşdirir:
«a)  Sözlərin biri  digərini  təyin  etməsi  və ya tamamlaması 
mürəkkəb  birləşmənin  xaricində  deyil,  təyini  söz birləşməsinin 
öz daxilində icra olunur;
b)  Buna  görə  də  bu  təyinlik  və  tamamlamaq  cümlənin 
ayrı-ayrı  müstəqil  üzvlərinə  deyil,  yalnız  mürəkkəb  təyini  söz 
birləşməsinin tərkibinə daxil olan sözlərə (üzvlərə) aid olur;
c)  Bunların  hər  ikisinə  görə  də  mürəkkəb  təyini  söz 
birləşməsinin  tərkibinə  daxil  olan  sözlər  ayrı-ayrı  cümlə  üzvii 
deyil, birləşib bütünlüklə cümlənin mürəkkəb bir üzvü olur».1
1 M üasir A zərbaycan dili.  Sintaksis.  I,  Bakı,  1959, s.152-153.
6 8
Dilçilik ədəbiyyatmd mürəkkəb təyini söz birləşmələrinin 
iki  tipinin  mövcud  olduğu  göstərilir:  1)  üç  və  ya  dörd  sözdən 
ibarət  olan,  lakin  silsilə  təşkil  etməyən  mürəkkəb  təyini  söz 
birləşmələri;  2)  üç  və  daha  artıq  sözdən  ibarət  olan  və  silsilə 
təşkil edən mürəkkəb təyini söz söz birləşmələri.  Burada üç və 
dörd  sözdən  ibarət  olan  və  silsilə  təşkil  etməyən  təyini  söz 
birləşmələri nəzərdən keçiriləcəkdir.
Üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri.  Üçsözlü 
mürəkkəb  təyini  söz birləşmələrinə elə birləşmələn  daxil edilir 
ki,  onların  tərkibində  yalnız  üç  söz  iştirak  edir,  bunlar  vazid 
sintaktik  birləşmələr  əmələ  gətirir  və  cümlənin  bir  üzvü  kimi 
çıxış edir. Adətən, belə birləşmələr iki strukturda olur: ya birinci 
tərəf iki sözdən,  ikinci  tərəf bir sözdən,  ya da birinci  tərəf bir 
sözdən,  ikinci tərəf iki  sözdən  ibarət olur.  Adlıq  halda olan  üç 
sözün yan-yana işlənib  mürəkkəb təyini söz yaratması mümkün 
olmadığı  üçün,  üç  sözdən  ibarət  olan  mürəkkəb  təyini  söz  bir­
ləşmələrinin yaranmasında da, ikisözlü sadə təyini söz birləşmə­
lərində  olduğu kimi,  ismin yiyəlik hal  şəkilçisi  və  mənsubiyyət 
şəkilçisinin  işlənməsi  vacibdir.  Buna görə  də,  sadə  təyini  söz 
birləşmələrində  olduğu  kimi,  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin  də  üç  növü  vardır:  1)  birinci  növ  üçsözlü  mü­
rəkkəb  təyini  söz  birləşmələri  (türk  bodun  atı  «türk  xalqının 
adı»  tipli);  2)  ikinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləş­
mələri  (ər  başı  sal)un  «qoşun  başçısı  general»  tipli);  3)  üçüncü 
növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri  (uyğur  kağanır) 
bitigi  «uyğur xaqanının  yazısı»  tipli).  Göründüyü  kimi,  sadə  və 
mürəkkəb  təyini  söz  birləşmələrinin  quruluş  strukturu  eynidir. 
Fərq  yalnız  bundadır  ki,  birinci  növ  sadə  təyini  söz  birləş­
mələrinin  ikinci  tərəfi  heç  bir  şəkilçi  qəbul  etmədiyi  halda, 
üçsözlü  birinci  növ  təyini  söz  birləşmələrinin  ikinci  tərəfi 
mənsubiyyət şəkilçisi qəbul edir. Məsələ burasındadır ki, birinci 
növ  sadə  təyini  söz  birləşmələrində  heç  bir  şəkilçi  qəbul 
etməyən  iki  söz müəyyən  semantik (məna) və yanaşma əlaqəsi 
ilə  bağlanıb  sintaktik  birləşmə  -   birinci  növ  təyini  söz 
birləşməsi  yarada bilir.  Halbuki,  heç bir şəkilçi  qəbul etməyən 
üç  sözü  istər semantik  (məna)  əlaqə,  istərsə sintaktik əlaqə  ilə
69

birləşdirmək  mümkün  deyildir.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
müasir  türk  dilləri  baxımından  heç  bir  istisnaya  dözməyən  bu 
qanun  qədim  türk  yazısı  abidələrinin  dilində  anomaliyalara  yol 
verir.  Məsələn,  Türk  oğuz  bəgləri,  bodun,  esiditj  (KT  ş  22) 
«Türk oğuz bəyləri, xalqı, eşidin» cümləsində türk oğuz bəgləri 
üçsözlü  mürəkkəb  təyini  söz  birləşməsi  dil  qanunları  baxımın­
dan  tam  qanuni  birləşmədir,  çünki  üçüncü  söz  (bəgləri)  mən­
subiyyət şəkilçisi qəbul etmişdir; ikinci üçsözlü mürəkkəb təyini 
söz birləşməsi  isə (türk oğuz bodun) müasir dil baxımından istis­
na təşkil edir, çünki birləşmənin üçüncü sözü (bodun) mənsubiy­
yət  şəkilçisi  qəbul  etməmişdir.  Lakin  bu,  qədim  türk  yazısı 
abidələrinin  dili  üçün normal  haldır,  belə  ki,  abidələrin  dilində 
xalqın adını bildirən sözlə bodun «xalq» sözü birləşdikdə bodun 
sözü mənsubiyyət şəkilçisi qəbul etmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  üçsözlü  mürəkkəb 
təyini söz birləşmələrinin üç növünü göstərmək olar:
1.  Birinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
2.  İkinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
3.  Üçüncü növ üçsözlü  mürəkkəb təyini söz birləşmələri.
L  Birinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri.
Yuxanda  göstərildiyi  kimi,  miiasir  türk  dillərində  üçsözlü 
mürəkkəb  təyini söz birləşmələrinin  üçüncü sözü mütləq şəkilçi 
qəbul  etməlidir,  qədim  türk  yazısı  abidələrinin  dilində  isə 
üçsözlü  mürəkkəb  təyini  söz  birləşməsinin  üçüncü  sözü 
mənsubiyyət şəkilçisi qəbul  edə də,  etməyə də  bilər. Buna görə 
də  abaidələrin  dilində  işlənən  birinci  növ  üçsözlü  mürəkkəb 
təyini  söz  birləşmələrini  iki  qrupa  ayırmaq  olar:  a)  üçüncü 
komponenti  mənsubiyyət  şəkilçisi  qəbul  etməyən  birinci  növ 
üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri;  b)  üçüncü 
komponenti  mənsubiyyət  şəkilçisi  qəbul  edən  birinci  növ 
üçsözlü mürəkkəb təyini söz birləşmələri.
a)  Üçüncü  komponenti  mənsubiyyət  şəkilçisi  qəbul 
etməyən  birinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri. 
Üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələrinin  bu  tipində 
tərəflərin  quruluşu  belədir:  söz  +  birinci  növ  sadə  təyini  söz 
birləşməsi.  Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci  növ
70
üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələrinin  ikinci  tərəfini 
təşkil  edən  birinci  növ  sadə  təyini  söz  birləşməsi  müasir  türk 
dillərində  ikinci  növ  sadə  təyini  söz  birləşməsi  kimi  işlənir: 
(tokuz)  oğuz  bodun  (KT  ş  14)  «(doqquz)  oğuz  xalqı»,  (kara) 
türgiş  bodun  (KT  ş  38)  «(qara)  türgiş  xalqı»  və  s.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  birinci  növ  üçsözlü  mürəkkəb  təyini 
söz  birləşmələrinin  bu  tipi  geniş  işlənir;  məsələn:  Ötükən  yış 
bodun (KT ş 23) «ötükən meşəli dağlarının xalqı», kırhz küçlig 
kağan  (T  20)  «qırğız  güclü  xaqanı»,  Bökli  çölig  el  (KT  ş  4) 
«Böklü çöllük eli», Başqu boz at (KT ş 37) «Başqunun boz atı», 
türk oğuz bodun (KT  ş  22) «türk oğuz xalqı»,  iç sü başı  (Y  39) 
«daxili qoşunların başçısı» və s.
b)  Üçüncü  komponenti  mənsubiyyət  şəkilçisi  qəbul  edən 
birinci növ  üçsözlü  mürəkkəb  təyini  söz birləşmələri.  Struktur 
və  məna  quruluşuna  görə  üçüncü  komponenti  mənsubiyyət 
şəkilçisi  qəbul  etmiş  birinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrini  belə  qruplaşdırmaq  olar:  1)  birinci  sözü  təkcə 
ikinci  sözlə  birləşmə  yaradan  üçsözlü  birinci  növ  mürəkkəb 
təyini  söz  birləşmələri;  2)  birinci  sözü  həm  ikinci,  həm  də 
üçüncü  sözlə  birləşmə  yaradan  üçsözlü  birinci  növ  mürəkkəb 
təyini  söz  birləşmələri;  c)  birinci  sözü  ikinci  və  üçüncü  sözün 
birləşməsi  ilə  əlaqə  yaradan  üçsözlü  birinci  növ  mürəkkəb 
təyini söz birləşmələri.
1) Birinci sözü təkcə ikinci sözlə birləşmə yaradan üçsözlü 
birinci  növ  mürəkkəb  təyini 
söz  birləşmələrinin  birinci  və 
ikinci  tərəfləri birinci  növ sadə  təyini söz birləşməsi  təşkil edir, 
üçüncü  söz isə bu  birinci  növ  təyini  söz birləşməsəi  ilə əlaqəyə 
girir,  yəni  birinci  iki  sözdən  ibarət  olan  birinci  növ  sadə  təyini 
söz  birləşməsi  bütövlükdə  üçüncü  sözü  təyin  edir.  Bu  tip 
üçsözlü mürəkkəb təyini söz birləşmələrinin sxemi belədir:
1  +  2 —►
 3
Tabğaç  bodun  təbliği  (KT  ş  6)  «tabğaç  xalqının  təhriki», 
Torp  tigin yoğı  (KT  şm  7)  «Tona  şahzadənin  dəfni»,  Kül tigin 
atısı  (KT  c  ş)  «Kül  şahzadənin  kiçik  qohumu»,  Yarğan  tarkan 
atı  (KT q)  «Yarğan  tarkanın atı»,  Türgiş  kağan süsi  (BK  ş  27) 
«Türgiş  xaqanının  qoşunu»,  üç  oğuz  süsi  (BK  ş  32)  «üç
71

oğuzların qoşunu», İltəris kağan ili (KÇ 3) «İltəris xaqanın eli», 
türk  karı  balbalı  (Y  32)  «türk  xanının  balbalı»,  tokuz  oğuz 
bəgləri (КТ c 2) «doqquz oğuz bəyləri» və s.
2)  Birinci  sözü  həm  ikinci,  həm  də  üçüncü  sözlə  sadə 
təyini  söz  birləşməsi  yaradan  birinci  növ  üçsözlü  mürəkkəb 
təyini  söz  birləşmələrində  birinci  söz  həm  ikinci,  həm   də 
üçüncü  sözlə  sadə  təyini  söz  birləşməsi  yarada  bilir.  Bunu 
sxemlə belə göstərmək olar:
1  —» 2 —> 3
Türk  oğuz  bəgləri  (KT  ş  22)  «türk  oğuz  bəyləri»,  eçim 
kağan  eli  (KT  şm  3)  «əmim  xaqanın  eli»,  çığay ər oğlı  (IB  45) 
«fağır adamın oğlu» və s.
c) 
Birinci  sözü  ikinci  və  üçüncü  sözlərin  birləşməsi  ilə 
əlaqə  yaradan  birinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrində  ikinci  və  üçüncü söz sadə təyini  söz birləşməsi 
əmələ  gətirir,  birinci  söz  isə  bütövlükdə  sadə  təyini  söz 
birləşməsini  təyin  edir.  Bu  təyini  söz  birləşməsinin  sxemi 
belədir:
1  -> 2   +  3
Silik kız oğlı  (KT  ş  7)  «bakirə qızları», türk ıdukyeri (KT 
ş  10)  «türk  müqəddəs  yeri»,  türk ıduk subı  (KT  ş  10-11)  «türk 
müqəddəs  suyu»,  katjım  kağan  süsi  (KT  ş  12)  «atam  xaqanın 
qoşunu»,  katjım  kağan yağısı  (KT  ş  12)  «atam  xaqanın  yağısı», 
tabğaç atlığsüsi (BK c  1) «tabğaç süvari qoşunu», türgis kağan 
buyurukı  (KT  ş  38)  «türgiş  xaqanın  buyurukı»,  türgis  el içi  (Y 
37) «türgiş elinin içi» və s.
2. 
ikinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  ikinci  növ  üçsözlü 
mürəkkəb  təyini  söz  birləşmələri  ikinci  növ  sadə  təyini  söz 
birləşmələrinə ya əvvəldən, ya da sonda yeni söz əlavə edilməsi 
ilə əmələ gəlir. Onun quruluş düsturunu belə göstərmək olar:
a) söz + ikinci növ sadə təyini söz birləşməsi;
b) ikinci növ sadə təyini söz birləşməsi +  söz.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  mürəkkəb  təyini  söz 
birləşməsinin  birinci  tipində  iştirak  edən  söz  heç  bir  şəkilçi
72
qəbul  etmədiyi  halda,  ikinci  tipində  iştirak  edən  söz  (sonda 
gəldiyi üçün) mütləq mənsubiyyət şəkilçisi qəbul etməlidir.
1.  «Sadə  birləşmə  birinci  üzvdən  sonra  işlənir  və  həmin 
birinci  üzv  özündən  sonra  gələn  sadə  birləşmənin  ayn-ayn 
tərəflərini deyil, onu (sadə birləşməni) bütövlükdə təyin edir».1
Qədim  türk  yazısı  abidələrinin  dilində  türgis  kağan 
buyurukı  (KT  ş  38)  «türgiş  xaqanın  buyruğu»,  tabğaç  kağan 
çıkanı  (KT şm  13)  «tabğaç  xaqanının qaynı»,  tabğaç OtJ tutuk 
(BK  ş  25)  «tabğaç  xaqanının  On  tutuku»  mürəkkəb  təyini  söz 
birləşmələrini güzəştlə birinci tərəfi söz,  ikinci tərəfi  ikinci növ 
sadə  təyini  söz  birləşməsi  ilə  ifadə  edilmiş  ikinci  növ  üçsözlü 
mürəkkəb təyini söz birləşməsi hesab etmək olar.
2.  «İkinci  növ  mürəkkəb  təyini  söz  birləşməsinin 
tərkibindəki birinci üzvlə ikinci üzv bir sadə birləşmədən ibarət 
olun və özündən sonra gələn üçüncü üzvü təyin edir».1
 2
Qədim  türk yazısı  abidələrinin  dilində  ikinci  növ üçsözlü 
mürəkkəb  təyini  söz  birləşməsinin  bu  tipinin  işlənməsinə 
təsadüf edilmir.  Güzəştlə ər başı satjun  (Y  48)  «qoşun  başçısı 
general» təyini söz birləşməsini bu tip üçsözlü mürəkkəb təyini 
söz  birləşmələrinə  aid  etmək  olar.  Bundan  başqa,  müasir  dil 
baxımından yanaşsaq,  ikinci sözü bodan «xalq» sözündən ibarət 
olan  ikinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz birləşmələrini  də 
ikinci növ təyini söz birləşmələrinin ikinci tipinə aid etmək olar: 
tabğaç  bodun  təbliği  (KT  ş  6)  «tabğaç  xalqının  təhriki»,  türk 
bodun eli (KT ş 6) «türk xalqının eli», türk sir bodun yeri (T 60) 
«türk sir xalqının yeri».
3.  Üçüncü  növ üçsözlü  mürəkkəb  ləyini  söz  birləşmələri. 
Ya  birinci,  ya  da  ikinci  sözü  yiyəlik  hal  şəkilçisi  qəbul  etmiş 
üçsözlü  təyini  söz  birləşmələri  üçüncü  növ  üçsözlü  mürəkkəb 
təyini  söz  birləşmələrinə  daxil  edilir.  Birinci  və  ikinci  növ 
üçsözlü mürəkkəb təyini söz birləşməsində iştirak edən sözlərin 
heç  biri  yiyəlik  hal  şəkilçisi  qəbul  etmir,  təkcə  sonuncu  sözə 
artırılan  mənsubiyyət  şəkilçisi  sözləri  bir-birinə  bağlayıb  təyini
1 Müasir Azərbaycan dili. Sintaksiç. I, Bakı,  1959, s.  159.
2 Yenə orada.
73

söz  birləşməsi  əmələ  gətirir.  Üçsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin üçüncü növündə  isə  sonuncu  sözün  qəbul  etdiyi 
mənsubiyyət  şəkilçisindən  əlavə əvvəldə işlənən sözlərdən  biri 
də yiyəlik hal şəkilçisi qəbul edir. Üçsözlü mürəkkəb təyini söz 
birləşmələrinin  üçüncü  növü  ya  birinci,  ya  da  ikinci  növ  sadə 
təyini  söz  birləşmələrinin  iştirakı  ilə  əmələ  gəlir.  Tərkibində 
birinci,  yaxud  ikinci  növ  sadə  təyini  söz  birləşməsinin 
iştirakından  asılı  olaraq  üçüncü  növ  üçsözlü  mürəkkəb  təyini 
möz  birləşmələrini  hərəsində  iki  yanmtip  olmaqla  iki  tipə 
ayırmaq olar:
1.  Tərkibində birinci növ sadə təyini söz birləşməsi iştirak 
edən üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi:
a)  birinci  komponenti  birinci  növ  təyini  söz  birləşməsi 
olan üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi;
b)  ikinci komponenti birinci növ təyini söz birləşməsi  olan 
üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi.
2.  Tərkibində  ikinci  növ  sadə  təyini  söz birləşməsi  iştirak 
edən üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi:
a) birinci komponenti ikinci növ  sadə təyini  söz birləşməsi 
olan üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi;
b)  ikinci  komponenti  ikinci növ sadə təyini  söz birləşməsi 
olan üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi.
Üçüncü  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşməsinin 
birinci  tipində,  yəni  tərkibində  birinci  növ  sadə  təyini  söz 
birləşməsi  işlənən üçsözlü  mürəkkəb təyini söz birləşmələrində 
sadə  təyini  söz  birləşməsinin  birinci,  yaxud  ikinci  komponent 
kimi  çıxış  etməsindən  asılı  olaraq  mürəkkəb  birləşmənin  həm 
semantik,  həm  də  struktur quruluşunda müəyyən  fərqlər özünü 
göstərir:  a)  üçüncü  növ  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşməsinin  birinci  komponenti  birinci  növ  sadə  təyini  söz 
birləşməsi  ilə ifadə edilərsə,  onda birinci söz yalnız ikinci  sözü 
təyin  edir  və  struktur  baxımından  mürəkkəb  təyini  söz 
birləşməsinin  təkcə  ikinci  sözü yiyəlik hal  şəkilçisi  qəbul  edir, 
birinci  söz heç  bir  şəkilçi  qəbul  etmir (hər  iki  tipdə  mürəkkəb 
təyini  söz  birləşməsinin  üçüncü  sözü  mənsubiyyət  şəkilçisi 
qəbul  edir;  məsələn:  uyğun  kağanırj bitigi  (III  Orxon  abidəsi)
74
«uyğur  xaqanının  yazısı»,  türk  bodunıl)  ili  (KT  ş  1)  «türk 
xalqının  eli»,  türk  bodunığ  törüsii  (KT  ş  1)  «türk  xalqının 
qanunu»,  toğan kuşuQ tırnakı  (16  66)  «şahinin (doğan quşunun) 
caynağı (dırnağı)»; b) üçüncü növ üçsözlü  mürəkkəb təyini söz 
birləşməsinin  ikinci  komponenti  birinci  növ  sadə  təyini  söz 
birləşməsi  ilə  ifadə  edilərsə,  onda  birinci  söz  İkinci  sözü  yox, 
üçüncü  sözü  təyin  edir  və  struktur  baxımdan  mürəkkəb  söz 
birləşməsinin təkcə birinci sözü yiyəlik hal şəkilçisi qəbul edir; 
məsələn:  BayırkunufJ  ak  adğırı  (KT  ş  36)  «Bayırkunun  ağ 
ayğırı»,  bizirj sü atı  (KT ş 25)  «bizim qoşunun  atları», bizirj sü 
azukt (KT ş 25) «bizim qoşunun ərzağı».
Qədim türk yazısı abidələrinin dilində üçüncü növ üçsözlü 
mürəkkəb  təyini  söz  birləşmələrinin  yaranmasında  bu  ümumi 
qayda ilə yanaşı, bəzi fərqli xüsusiyyətlərə də təsadüf edilir.
1.  Adətən,  üçüncü  növ  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşməsinin  üçüncü  sözü  mənsubiyyət  şəkilçisi  qəbul  edir. 
Yuxarıda  verilmiş  nümunələrdən  göründüyü  kimi,bu  qayda 
qədim  türk  yazısı  abidələrinin  dilində  də,  əsasən,  gözlənilir. 
Lakin  bir  sıra  hallarda  mürəkkəb  təyini  söz  birləşməsinin 
üçüncü  sözü  abidələrin  dilində  mənsubiyyət  şəkilçisiz  işlənir; 
məsələn:  tabğaç  kağanırj (içrəki)  bədizçi  (KT  c  12)  «tabğaç 
xaqanının  (saray)  naxışçısı»,  Tabıkıt) çarın  boz  at  (KT  ş  32) 
«Tadıkın çorun boz atı», çit yabanı rjyer (Y 34) «sərhəd yabanın 
yeri», sizin ər at (Y 26) «sizin ər adınız».
2.  Müasir  türk  əbədi  dillərində,  o  cümlədən  müasir 
Azərbaycan  dilində  ismin  yiyəlik  halı  -m  şəkilçisi  ilə  əmələ 
gəlir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  də  ismin  yiyəlik 
halı,  əsasən -ıQ şəkilçisi  ilə əmələ gəlir.  Lakin bir sıra hallarda 
abidələrin  dilində  ismin  yiyəlik  halı  -ığ,  -ig  şəkilçisi  ilə  də 
yaradılır.  Buna görə  də  abidələrin  dilində  üçüncü  növ  üçsözlü 
mürəkkəb  təyini  söz  birləşmələrinin  ikinci  sözünün  -ıtj,  -iQ 
şəkilçisi  əvəzinə  -ığ,  -ig  şəkilçisi  ilə  formalaşan  tipinin 
işləndiyinə  də  təsadüf edilir;  məsələn:  türk bodunığ  atı  (KT  ş 
25)  «türk  xalqının  adı»,  türk  bodunığ  küsi  (KT  ş  25)  «türk 
xalqının şöhrəti».
75

Müasir  türk  dillərində,  məsələn,  müasir  Azərbaycan 
dilində,  üçüncü  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri 
ən  çox  ikinci  növ  sadə  təyini  söz  birləşmələrinin  iştirakı  ilə 
əmələ  gəlir.  Üçüncü  növ  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin 
qədim 
türk  yazısı 
abidələrinin 
dilində 
işlənməsinə təsadüf edilmir.
Dördsözlü  mürəkkəb  təyini  söz  birləşmələri.  Qədim 
türk  yazısı  abidələrinin  dilində  dördsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin  işlənməsinə  az  təsadüf  edilir.  Dördsözlü 
mürəkkəb təyini söz birləşməsi dedikdə elə birləşmələr nəzərdə 
tutulur  ki,  onların  tərkibində  iki  müstəqil  sadə  təyini  söz 
birləşməsi  iştirak etsin, bu birləşmələr mənsubiyyət şəkilçisi  ilə 
bir-birinə  bağlansın.  Təbii  ki,  iki  sadə  mürəkkəb  təyini  söz 
birləşməsi  yan-yana  işlənməklə  formalaşmış  mürəkkəb  təyini 
söz birləşməsi əmələ gətirdiyi bilmədiyi üçün birinci sadə təyini 
söz  birləşməsi  (daha  doğrusu,  onun  ikinci  sözü)  yiyəlik  hal 
şəkilçisi  qəbul  etməlidir.  Dördsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin ümumi struktur sxemi belədir.  Lakin qədim türk 
yazısı  abidələrinin  dilində  bu  struktur  sxem  hələ  qəti  şəkildə 
formalaşmamışdır.  Abidələrin  dilində  birinci  komponenti 
(komponent  dedikdə  sadə  təyini  söz  birləşmələri  nəzərdə 
tutulur) yiyəlik hal şəkilçisi  qəbul edən,  lakin  ikinci komponenti 
mənsubiyyət  şəkilçisi  qəbul  etməyən;  hər  iki  komponenti 
şəkilçi  qəbul  etməyən,  yalnız  mənaca  bir-birinə  bağlanan; 
birinci  komponenti  yiyəlik  hal  şəkilçisi  qəbul  etməyən,  ancaq 
ikinci  komponenti  mənsubiyyət  şəkilçisi  qəbul  edən  dördsözlü 
mürəkkəb  təyini  söz  birləşmələrinin  işləndiyinə  rast  gəlinmir. 
Bir  sözlə,  qədim  türk  yazısı  abidələrinin  dilində  dördsözlü 
mürəkkəb təyini  söz birləşmələrinin  formalaşdığından danışmaq 
hələ  tezdir. 
Lakin  abidələrin  dilində,  müasir  dilçilik 
baxımından,  az  da  olsa;  dördsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin  tələblərinə  cavab  verən  söz  birləşmələrinin 
işlənməsinə təsadüf edildiyi üçün bu haqda danışmaq lazımdır.
Tərkibində  iştirak  edən  sadə  təyini  söz  birləşmələrinin 
növlərinə  görə  dördsözlü  mürəkkəb  təyini  söz  birləşmələrini 
dörd tipə  bölürlər:  1)  hər  iki  tərəfi  birinci  növ  sadə  təyini  söz 
birləşməsi ilə ifadə olunanlar; 2) birinci tərəfi birinci növ,  ikinci
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin