Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru


T ə s ir li tə sr iflə n m ə y ə n  form alar



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   2   3   4   5   6   7   8   9   ...   39

T ə s ir li tə sr iflə n m ə y ə n  form alar: 
bum körü  (КТ c 12)  «bunu görərək»
Kem keçə  (BK ş 26)  «Kem çayını keçərək»
kanğsökipon (B K ş2 7 ) «qan dağıdıb»
keyikyiyü (T  8) «keyik yeyərək»
sabığesidip  (T  12)  «nitqi eşidib»
ilig tutıp (KT ş 3) «el tutub»
türk atın ıtı  (KT ş 7)  «türk adını itirərək»
tabğaç atın tutıpan (K T ş 7)  «tabğaç adını tutub»
tefjri təg terpi yaratmış  (BK ş 1)  «tanrı tək tanrı yaratmış» və s.
T ə sir siz  tə sr iflə n m ə y ə n   form alar:
yağru kontukda  (KT c 5)  «yaxın yerləşdikdə»
kağamma ötiinip  (T  18)  «xaqanıma müraciət edib»
anta kalmışı  (KT c 9)  «orada qalmışı»
kantan kəlip (KT ş 23)  «haradan gəlib»
eki şad birlə ölü, yitü  (KT ş 27)  «iki şadla əldən düşərək»
ka 
Qım 
kağan uçdukda  (KT ş 30)  «atam xaqan uçduqda»
anta yana kirip (KT ş 38)  «onda yenə girib»
anta ödkə öginip  (KT ş 40)  «o vaxt təəssüflənib»
33

az ərin irtörü (K T ş 40)  «az döyüşçü ilə ayırıb» 
bödkə özim olunp  (BK ş 2)  «taxta özüm oturub»
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  təsirli  təsriflənməyən  fellər  qeyri- 
müstəqim obyekti də idarə edir: 
bödkə körigmə  (K Tc 11)  «taxta baxan» 
atjar körü  (K T c 11)  «ona baxaraq» 
ağısı Qa arturıp  (КТ c 6)  «hədiyyəsinə aldanıb» 
at üzə bintürə  (T  25)  «atlara mindirərək»
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  təsriflənməyən  təsirli  fellər  müstəqim 
obyekti  idarə  etdikdən  sonra  qeyri-müstəqim  obyekti  də  idarə 
edir;  bu zaman müstəqim obyekt bilavasitə  felin yanında durur, 
qeyri-müstəqim obyekti bildirən  söz  isə bir qədər aralı yerləşir; 
məsələn:  01 yılka türgis tapa Altun yışığ aşa (BK ş 27) «həmin 
ili  türkişlərə  qarşı Altun  meşəli  dağlarını  aşaraq»,  Önük yoğaru 
süyorıp (BK eş) «Önük yuxarı qoşun yürüdüb».
ADLARLA  İDARƏ  ƏLAQƏSİ
Adlarla  idarə  dedikdə  fel  olmayan bütün  nitq  hissələri  ilə 
idarə  nəzərdə  tutulur.  Müasir  türk  dillərində  isim,  sifət,  say, 
əvəzlik,  qismən  də  zərf  idarə  əlaqəsində  tabccdici  üzv  kimi 
çıxış  edir.  Müasir  türk  dillərində,  fellərlə  idarə  əlaqəsində 
olduğu  kimi,  1)  predikativ  söz  birləşmələrində,  2)  qeyri- 
predikativ  söz  birləşmələrində  adlarla  idarə  əlaqəsindən 
danışılır,  lakin  göstərilir  ki,  türk  dillərində  predikativ  söz 
birləşmələrində adlarla idarə çox zəif inkişaf etmişdir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  predikativ  söz 
birləşmələrində  adlarla idarə əlaqəsinə, demək olar ki,  təsadüf 
edilmir.
Qeyri-predikativ  söz  birləşmələrində  idarə  əlaqəsindən 
bəhs  edən  tədqiqatçılar  göstərirlər  ki,  türk  dillərində  adlar  və 
qismən, zərflər ismin yiyəlik, yönlük, yerlik və çıxışlıq hallarını 
idarə  edir;  yiyəlik  halı  idarə  etməkdə  bu  nitq  hissələri  daha 
fəaldır.
34
Qədim  türk  yazısı  abidələrinin  dilində  də  oxşar  mənzə­
rəyə  rast  gəlinir.  İsmi  söz  birləşmələrində,  xüsusən  ikinci  və 
üçüncü  növ  təyini  söz  birləşmələrində  ikinci  komponent 
müəyyən  və  qeyri-müəyyən  yiyəlik  halda  işlənən  ismi  idarə 
edir:  tabğaç  bodun  sabı  (КТ  c  5)  «tabğaç  xalqının  sözü»,  türk 
töriisü (KT ş  13) «türk qanunu», kisi oğlı (KT ş  1) «insan oğlu», 
kağan  kutı  (BK  ş  35)  «xaqan  bəxti»,  Kögmən  yolı  (T  23) 
«Kögmən yolu», el ebi (MÇ  34) «el evi»,  adığıQ kamı (IB  10) 
«ayının qamı», çorıQ oğlı (KÇ  26) «çorun oğlu»,  toQuzun azığı 
(Ш  10)  «donuzun  köpək  dişi»,  bilgə  kağanıQ bodunı  (O  11) 
«müdrik xaqanın xalqı», Kül tiginiQaltum (KT cq) «Kül tiginin 
qızılı» və s.
Qədim  türk yazısı  abidələrinin dilində bəzən  idarə edilən 
yiyəlik hal -ıQ,  -iQ şəkilçisi ilə deyil, -ığ. -ig şəkilçisi ilə düzəlir; 
məsələn:  bodunığ  atı  (KT  ş  35)  «xalqın  adı»,  karlukığ tabarı 
(MÇ 29) «karlukun malı», karluhğ ebi (MÇ 29) «karhıkun evi», 
adğırığ udlıkı (KT ş 36) «ayğınn budu».
Qədim  türk  yazısı  abidələrinin  dilində  adların  yönlük, 
istiqamət  və  yerlik-çıxışlıq  hallarda duran  sözləri  idarə  etməsi 
hallarına da təsadüf edilir. Düzdür, müasir türk dillərində olduğu 
kimi, qədim türk yazısı abidələrinin dilində də bu hallarda duran 
sözlərin adlarla idarəsi zəif inkişaf etmişdir.
Yönlük  hal:  Üzə  teQri  кап  lui yılka  yetinç  ay  küçlik  alp 
kanağımda  adıralu  bardıQız  (0  12)  «Üstdə  tanrı  xan  əjdaha  ili 
yeddinci  ayda  güclü  alp  xaqanımdan  ayrılaraq  getdiniz».  Üzə 
kök  teQri,  asra yağız yir  kılıntukda  ekin  ara  kisi  oğlı  kılınmıs 
(KT  ş  1)  «Üstdə mavi  göy,  altda  qonur yer  yarandıqda ikisinin 
arasında  insan  oğlu  yaranmış».  ...  yabız  yablak  bodunka  üzə 
olurtım  (KT  ş  26)  «...qorxaq  və  zavallı  xalqın  üzərində 
oturdum».
İstiqamət  halı:  İçrə  aşsız,  taşri  tonsız,  yabız,  yablak 
bodunka üzə olurtım (KT ş 26) «Qamı ac, üstü donuz, qorxaq və 
zavallı  xalqın  üzərində  oturdum».  ...  asra yağız yir  kılıntukda 
...(KT ş  1)  «...  aşağıda qonur yer yarandıqda...»  Üzə teQri asra 
yir yarlıkadukm  üçün  ...  (BK şm  10)  «Üstdə  tanrı,  aşağıda yer 
buyurduğu üçün...».
35

Yerlik-çıxışlıq  hal:  Bu  tabğaçda yıraya bəg oğuz ara yiti 
ərən  yağı  bolmıs  (O  5)  «Bu  tabğaçdan  şimala  bəy  oğuzlar 
arasında yeddi ərən yağı olmuş».
UZLAŞMA  ƏLAQƏSİ
Tabe  tərəf tabe edən tərəfin qrammatik əlamətlərini qəbul 
edərsə,  bu,  uzlaşma  əlaqəsi  adlanır.  Uzlaşma  əlaqəsi  türk 
dillərində  şəxsə  və  kəmiyyətə  görə  olur:  tabe  edən  tərəf hansı 
şəxs  və kəmiyyətdirsə,  tabe tərəf də həmin şəxs və kəmiyyətin 
qrammatik  əlamətlərini  (şəkilçilərini)  qəbul  edir.  Turk 
dillərində,  o  cümlədən  qədim  türk  qəbilələrinin  dilləmdə 
uzlaşma  əlaqəsi  həm  predikativ  əlaqəli  birləşmələrin,  həm  də 
atributiv əlaqəli birləşmələrin komponentləri arasında olur.
Predikativ  əlaqəli  birləşmələrdə  uzlaşma  əlaqəsi  özünü 
mübtəda  ilə  xəbər  arasında  göstərir  və  feli  xəbərlərdə  şəxs 
şəkilçiləri  (sonluqları),  ismi  xəbərlərdə  isə  xəbərlik  şəkilçiləri 
ilə təzahür edir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtəda  ilə 
xəbərin  şəxsə  və  kəmiyyətə  görə  uzlaşması  müasir  türk  dil­
lərində (məsələn, Azərbaycan dilində) olduğundan  fərqlənmir.
1. 
Cümlənin  mübtədası  birinci  şəxs  əvəzliyinin  təkində 
işləndikdə  xəbər  də  birinci  şəxsin  təkində  olur.  Qədim  türk 
yazısı  abidələrinin  mətnlərinin  əksəriyyəti  birinci  şəxsin 
dilindən  yazıldığı  üçün  birinci  şəxsin  təkində  mübtəda  və 
xəbərin  uzlaşmasına  kifayət  qədər  nümunə  göstərmək  olar; 
məsələn:  Mən  ...  tabğaç  kağanta  bədizçi  kəlürtim  (КТ  c  11) 
«Mən  ...  tabğaç  xaqanından  naxışçı  gətirdim».  Mən  tokuz 
yigirmi yıl şad olurtım  (BK  c  9)  «Mən  on  doqquz  il  şad  otur­
dum».  Mən  ər  ərdəmin  üçün  yokladım  (Y  32)  «Mən  igid 
cəsurluğum  üçün  həlak  oldum».  Esin  mən Altun kaparka kirtim 
(Y  29)  «Mən  -   Esin  Altun  Kapara  girdim».  Mən  oğlıma,  ... 
bodunımka  hökmədim  (Y  29)  «Mən  oğlumdan,  ..  xalqımdan 
doymadım».  İlimdə  ərdəm  üçün  mən  yerlədim  (Y  28)  «İgid 
olduğum üçün mən elimdə yerləşdim».  Ben öltüm (Y  37) «Mən 
öldüm».  Ben  ança  tirmən  (T  37)  «Mən  belə  deyirəm».  Ben 
yıradantayan  t&gəyin  (T  11)  «Mən  şimaldan  hücum edim».  Ben
36
Sələ Qə  keçə  udı  yorıdım  (MÇ  16)  «Mən  Sələnəni  keçərək 
arxalannda yürüdüm». İçrə ben bulğayın (MÇ 28) «Daxildə mən 
iğtişaş qaldırım» və s.
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  ikinci  şəxs 
əvəzliyinin  (sən  şəklində)  ismin  adhq  halında  işləndiyinə 
təsadüf edilmir. Təbii ki, ikinci şəxsin təkində abidələrin dilində 
mübtəda ilə xəbərin uzlaşmasından danışmaq olmaz. Lakin qeyd 
etmək  lazımdır  ki,  qədim  türk  yazısı  abidələrinin  dilində  feli 
xəbərin ikinci şəxsin təkində işlənməsinə sıx-sıx təsadüf edilir.
3.  Mübtəda  üçüncü  şəxsin  təki  şəxs  əvəzliyi,  işarə 
əvəzliyi  (ol  «o»,  bu  «bu»),  sual  əvəzlikləri,  isim,  söz 
birləşmələri  ilə  ifadə  edildikdə  xəbər  üçüncü  şəxsin  təkində 
işlənir;  məsələn:  Türk  bodun,  iliQin,  törüQün  kim  artatı  udaçı 
erti? (KT ş 22) «Türk xalqı, (sənin) elini,  qanununu kim dağıda 
bilərdi?».  Öd teQıi yasar (KT  şm  10)  «Taleyi  tanrı  yazar».  Kül 
tigin yadağın  oplayu  təgdi (KT ş  32)  «Kül  tigin  piyada  hücum 
etdi».  Türk bodun  atı,  küsi yok bolmazun  tiyin  özümin  ol teQri 
kağan  olum  (KT  ş  25-26)  «Türk  xalqının  adı,  şöhrəti  yox 
olmasın  deyə,  özümü  o  tanrı  xaqan  oturdu».  Türgis kağan süsi 
Bolçuda  otça,  borça  kəlti (KT ş  37)  «Türgiş  xaqanmın  qoşunu 
Bolçuda  od  kimi,  şərab  kimi  gəldi».  Kara  türgiş  bodun  кор 
içikdi (KT ş  38) «Qara türgiş xalqı tamamilə tabe oldu». KaQım 
kağan  uçdukda inim Kül tigin yiti yaşda kaltı (KT ş  30) «Atam 
xaqan  vəfat  etdikdə  kiçik  qardaşım  Kül  tigin  yeddi  yaşında 
qaldı» və s.
4.  Cümlənin  mübtədası  şəxs  əvəzliyinin  birinci  şəxs 
cəmində  olduqda  xəbər  də  birinci  şəxsin  cəmində  olur; 
məsələn: Kağan at bunta biz birtimiz (KT ş 20) «Xaqan adım bu 
vaxt  biz  verdik».  Biz  yəmə  sülədimiz  (T  44)  «Biz  yenə  qoşun 
çəkdik».  ...bu üçəgü kabısar,  koltaçı biz öz için,  tasın tütmıs təg 
biz (T  12-13) «...  bu  üçlük birləşsə, biz öz içini, bayırını tutmuş 
təki qalasıyıq».
5.  Cümlənin  mübtədası  şəxs  əvəzliyinin  ikinci  şəxsinin 
cəmində olduqda xəbər də ikinci şəxsin cəmində olur; məsələn: 
Siz  taşıkın,  çikig  taşığırın  (MÇ  22)  «Siz qiyam qaldırın,  çikləri
37

qiyama  qaldırın».  ...yıta,  siz  adınldıfjız  (Y  26)  «...  əfsus,  siz 
ayrıldınız».
6. Qədim türk yazısı abaidələrinin dilində mübtəda üçüncü 
şəxsin  cəmində  olduqda  xəbərin  üçüncü  şəxsin  cəmində 
işlənməsinə  təsadüf  edilmir;  məsələn:  Ol  sabığ  esidip  on  ok 
bəgləri, bodunı kop kəlti (T 42-43) «O sözü eşidib on ox bəyləri 
xalqı bütünlüklə gəldi».
7.  Öz  qayıdış  şəxs  əvəzliyi  hər  üç  şəxsdə  (özüm,  özün, 
özü/özi) cümlənin mübtədası vəzifəsini icra etdikdə xəbər uyğun 
olaraq  hər  üç  şəxsdə  mübtəda  ilə  üzlaşır;  məsələn:  Katjım 
kağan  uçdukda özüm səkiz yaşda kaltım (KT ş  16) «Atam xaqan 
vəfat  etdikdə  özüm  səkkiz  yaşında  qaldım».  ...  bu  bəglərigdə, 
yeriQdə,  subıfjda adırılmasar,  türk bodun,  özin edgü körtəçi sən, 
ebifjə  kirtəçi  sən,  butjsız  boltaçı  sən  (BK  şm  13-14)  «...  bu 
bəylərindən,  yerindən,  suyundan  ayrılmasan,  türk  xalqı,  özün 
yaxşılıq  görəsisən,  evinə  girəsisən,  dərdsiz  olasısan».  Yağıka 
yalrjus  oplayu  təgip opulu  fcirip  özi  kısğa kərgək boltı  (KÇ  23) 
«Yağıya yalqız sürətlə hücum edib,  arasına girib özü qısa (qəfil) 
həlak oldu».
Qədim  türk  yazısı  abidələrinin  dilində  bir  sıra  hallarda 
şəxs  və  qayıdış  şəxs  əvəzlikləri  yan-yana  işlənir,  bir-biri  ilə 
uzlaşır.  Bu  zaman  cümlənin  feli  xəbəri  şəxs  və  qayıdış  şəxs 
əvəzliklərinin  qoşalaşmış  forması  ilə  ifadə  edilən  mübtəda  ilə 
uzlaşır; məsələn: Ben özüm uzun yəlməg ıtım (T 52) «Mən özüm 
uzun  süvari dəstələri göndərdim».  Mən özüm  kağan olurtukıma 
(KT ş 2 7 )«... Mən özüm xaqan oturduğum üçün...»
Qoşalaşmış  əvəzliklərlə  yanaşı  isim  də  işlənərkən,  ismin 
də  mübtəda  olmasına  baxmayaraq,  xəbər  onunla  yox,  şəxs  və 
qayıdış-şəxs əvəzliyindən ibarət qoşalaşmış mübtəda ilə uzlaşır; 
məsələn:  Bilgə  Toyukuk ben  özüm  Tabğaç  ilitp   kılıntım  (T  1) 
«Müdrik  Tonyukuk  mən  özüm  Tabğaç  elində  tərbiyə  aldım». 
Kəlürtim ök türk bodunığ Ötükən yerkə ben özüm Bilgə  Toyukuk 
(T 17) «Müdrik Tonyukuk mən özüm türk xalqım Ötükən yerinə 
gətirdim».
8. Qədim türk yazısı abidələrinin dilində ir/er naqis feli də 
istər felin şəkil və zamanları,  istərsə  adlara qoşulub xəbər kimi
38
işləndikdə  şəxs  və  kəmiyyətə  görə  mübtəda  ilə  uzlaşır; 
məsələn:  Anta  ayğuçı  yəmə  ben  ök  ertim  (T  49-50)  «Onda 
məsləhətçi  də,  əlbəttə,  mən  idim».  Biz  şəg  ertimiz  (T  8)  «Biz 
sayıq  idik».  Ben  beş  kırk ər yaş  ertim  (Y  25)  «Mən otuz beş  il 
igid ömrü yaşadım». Bars bəg erti (KT ş 20) «Bars bəy idi». Biz 
az  ertimiz,  yabız  ertimiz  (BK  ş  32)  «Biz  az  idik,  pis  təchiz 
edilmişdik». Biz eki bat] ertimiz (T  16) «Biz iki min idik».
9. Tabe edən tərəf -- mübtəda bir neçə sözdən ibarət olarsa 
və  mübtədalar  ikinci,  üçüncü  şəxs  əvəzlikləri  və  ya  isimlərlə 
ifadə  edilərsə,  onlarla  yanaşı  birinci  şəxs  tək,  yaxud  cəm 
əvəzliyi  də  mübtəda  olarsa,  onda  xəbər  birinci  şəxsin cəmində 
işlənir;  məsələn:  Siz  taşıkın,  çikig taşığırm, 
timis.  Mən 
taşıykayın,  - timis,  - kör bod kalıda kabışalım,  - timis (MÇ 22-
23)  «Siz  üsyan  edin,  çikləri  üsyana  qaldırın, 
-  demiş.  Mən 
qiyam  edim,  -  demiş,  -  gör  sərbəst  qal,  meşədə  toplaşaq,  - 
demiş».
10.  Qədim  türk  yazısı  abidələrinin  dilində  ismi  xəbərli 
cümlələr  az  işlənir.  Laikn  birə  qədər  gəlib  çatan  nümunələrə 
əsasən  iddia etmək olar  ki,  müasir türk dillərində  olduğu kimi, 
qədim türk qəbilələrinin dilində də mübtəda və ismi xəbər şəxs 
və kəmiyyətə görə uzlaşmışdır; məsələn:  Ər atım -   Yaş Ak Baş 
ben (Y 24) «Ər adım -  Yaş Ağ Başam». Atıfjız -  Un bəg siz (Y
26)  «Adınız -  Un bəysiniz». Bu,  atm ız -  Umay bəg biz (Y 28) 
«Bu adımız -  biz Umay bəyik». Sizin  ər at Un (Y 26) «Sizin ər 
adınız Undır».
Qədim  türk  yazısı  abidələrinin  dilində  iki  məqamda 
mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi pozulur:
1. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  felin  xəbər 
şəklinin nəqli keçmiş zamanı zaman şəkilçisindən başqa heç bir 
şəkilçi,  o  cümlədən  şəxs  şəkilçiləri  də  qəbul  etmir.  Buna görə 
də  mübtədanın  istər  şəxs  əvəzlikləri,  istərsə  isim  və  ya 
substantivləşmiş başqa nitq hissələri, istərsə də söz birləşmələri 
ilə  ifadə  edilməsindən  asılı  olmayaraq  cümlənin  nəqli  keçmiş 
zamanla ifadə edilən xəbəri zaman şəkilçisindən sonra dəyişmir 
və mübtəda ilə uzlaşmır; məsələn: Eçümiz-apamız Bumın kağan 
tort bulurjığ kısmıs, yığmış, yaymış,  basmıs.  Ol kan yok boltukda
39

kisrə  el  yetmiş,  ıçdınmıs,  kaçışmıs  (0   1)  «Əcdadımız  Bumın 
xaqan  dörd  tərəfi  sıxışdırmış,  yığmış,  yaymış,  basmış.  O  xan 
yox  olduqdan  sonra  el  sona  yetmiş,  dağılmış,  qaçışmış». 
Boltukda  tokuz  oğuz  bəg  yağı  ermiş,  bödük  ermiş  (O  6) 
«Olduqda doqquz oğuz bəyi yağı imiş, böyük imiş».  ...  sançdım. 
Anta  ötrü  türgis,  karlukığ tabarın  ahp,  ebin yohp barmıs,  ebinə 
tüsmis  (MÇ  29)  «...sancdım.  Ona  görə  türgiş  və  karlukların 
malını alıb, evini dağıdıb getmiş,  evimə qayıtmışam».
2. 
Qədim türk abidələrinin dilində  felin şərt şəkli  ilə ifadə 
edilən  xəbər  mübtəda  ilə  uzlaşmır,  çünki  qədim  türk 
qəbilələrinin dilində fel şərt şəklinin şəkilçisindən sonra heç bir 
şəkilçi,  o  cümlədən  şəxs  şəkilçisi  qəbul  etmir;  məsələn:  İltəris 
kağan kazğanmasar,  udu ben özüm kazğanmasar,  il yemə,  bodun 
yəmə  yok  ertəçi  erti  (T  54-55)  «İltəris  xaqan  qazanmasa  idi, 
ardınca  mən  özüm  qazanmasa  idim,  cl  də,  xalq  da  yox  olası 
\d,\» Jltəris  kağan  kazğanmasar,  yok erti ersər,  ben  özüm  Bilgə 
Topukuk kazğanmasar,ben yok ertim  ersər,  Kapağan kağan  türk 
sir  bodun  yerintə  bod yəmə,  bodun  yəmə,  kisi  yəmə  idi  yok 
ertəçi  erti  (T  59-60)  «İltəris  xaqan  qazanmasa  idi,  o  olmasaydı, 
mən  özüm  Müdrik  Tonyukuk  qazanmasa  idim,  mən  olmasa 
idim,  Kapağan  xaqanın  türk  sir  xalqı  yerində'bir  nəfər də,  xalq 
da,  adam  da  sahib  qalmayacaqdı».  Mən  inilügi  bunça  başlayu 
kazğanmasar,  türk bodun  öltəçi  erti,  yok boltaçı  erti  (BK  ş  33) 
«Mən  kiçikliyi  bu  cür  səylə  başlayaraq  qazanmasaydım,  türk 
xalqı öləsi idi, yox olası idi».
Qədim türk yazısı abidələrinin dilində xəbər şəklinin nəqli 
keçmiş  zamanı  və  şərt  şəkli  cümlənin  xəbəri  olduğu  məqamda 
mübtəda  və  xəbər  arasında  uzlaşma  əlaqəsinin  pozulması 
normalaşdırılmış  hadisədir.  Norma  səciyyəsi  daşıyan  bu  iki 
hadisədən  başqa qədim  türk yazısı  abidələrinin  dilində daha  iki 
təsadüfdə  mübtəda  və  xəbər  arasında  uzlaşma  əlaqəsinin 
pozulduğu müşahidə  edilir:  Biz iki sü  botı  (T  18)  «Biz  iki  qoşun 
olduq».  Ben Bilgə  Toyukuk Altun yısığ asa koltimiz,  Ertis ügüzig 
keçə  kəltimiz  (T  37-38)  «Mən  Müdrik  Tonyukuk  Altun  meşəli 
dağlarını aşaraq gəldik,  İrtış çayını keçərək gəldik».
40
Birinci  cümlədə  mübtəda  birinci  şəxsin  cəmində,  xəbər 
üçüncü  şəxsin  təkində,  ikinci  cümlədə  mübtəda  birinci  şəxsin 
təkində, xəbər isə birinci şəxsin cəmində işlənir.
X X X
Qədim  türk  yazısı  abidələrinin  dilində  atributiv  birləş­
mələrdə  uzlaşma  əlaqəsi  mənsubiyyət  şəkilçiləri  ilə  yaranır. 
Üçüncü  növ  təyini  söz  birləşmələrində  uzlaşma  əlaqəsi  müt­
ləqdir:  söz  birləşməsinin  komponentləri  arasında  həm  şəxsə, 
həm də kəmiyyətə görə uzlaşma olur; məsələn: məniıjbodumm 
(BK  ş  29)  «mənim  xalqım»,  benit)  bodunım  (T  21)  «mənim 
xalqım», yağıfjbaşı (MÇ 28) «yağının başı», çon/joğlı (KÇ 26) 
«çorun oğlu», özüni /J ininiz (Y 26) «özünüzün kiçiyiniz».
Qəribə  vəziyyətdir  ki,  qədim  türk  yazısı  abidələrinin 
dilində 
birinci  və  ikinci  şəxsin  cəmində  və  birinci  şəxsin 
təkində mənsub əşyam  ifadə edən söz -  üçüncü növ təyini  söz 
birləşməsinin  ikinci  komponenti  mənsubiyyət  şəkilçisi  qəbul 
etmədən  də  işlənir;  məsələn:  bizi/sü  atı  (KT  ş  39)  «bizim 
qoşunumuzun atlan», sizi!)  ər at (Y   13,  26)  «sizin ər adınız», 
məni/]  ər  (MÇ  24)  «mənim  döyüşçüm».  Bu  xüsusiyyətə  biz 
müasir  Azərbaycan  dilində  təkcə  birinci  və  ikinci  şəxsin 
cəmində rast gəlirik: bizim ev, sizin kənd.
Я  FƏSİL
s ö z  
birləşm ələr
!
Türk  xalqlarının  qədim yazısı abidələrinin  dili göstərir ki, 
hələ  Orxon-Yenisey  abidələrinin  yazıldığı  VII-VIII  yüzil­
liklərdə  türk  dilləri  yetkin qrammatik quruluşa  malik olmuşdur. 
Bu  yetkinlik  özünü  türk  qəbilə  dillərinin  morfologiyasında 
olduğu  kimi,  sintaksisində  də  göstərir.  Qədim  türk  yazısı 
abidələrinin  dili  qeyri-predikativ  söz  birləşmələrinin  sintaktik
41

çatarlarına görə müasir türk dillərindən nəinki geri qalmır, hətta 
onların bir çoxundan daha zəngindir.
Qədim türk yazısı abidələrinin dilində qeyri-predikativ söz 
birləşmələrinin  yaranmasında  sintaktik  əlaqələrin  hər  üç 
növündən  -   yanaşma,  idarə  və  uzlaşma  əlaqələrindən  istifadə 
edilir.  Sintaktik  xüsusiyyətlərinə  görə  söz  birləşmələri  sözlə 
cümlə  arasında  aralıq  bir  mövqe  tutur:  bir  tərəfdən,  söz 
birləşmələri nominasiya,  adlandırma bildirdiyi üçün adlara (yəni 
sözlərə)  yaxınlaşır,  söz  birləşmələri  də  əşyalar,  əşyalarla 
əlamətlər,  əşyalarla  hərəkət  arasında  müxtəlif  münasibətləri 
ifadə etdiyi üçnü cümləyə bənzəyir.  Lakin bunlara baxmayaraq, 
söz  birləşmələri  söz  də  deyildir,  cümlə  də  deyildir.  Söz 
birləşmələri ona görə  söz deyildir ki,  o,  ən azı iki leksik mənalı 
sözdən  ibarətdir  və  bu  sözlər  arasında  yanaşma,  idarə  və 
uzlaşma sintaktik əlaqələrdən biri  mövcuddur.  Söz birləşmələri 
ona  görə  cümlə  deyildir  ki,  cümlədə  mövcud  olan  və  cümlə 
üçün  zəruri  olan  predikativlik,  fikir  bitkinliyi,  intonasiya  və 
modallıq  söz  birləşməsində  yoxdur.  Cümlədə  sözlər  dinamik, 
hərəki  olur,  söz  birləşməsində  sözlərin  yeri  sabitdir,  söz 
birləşmələri  sözlər  arasındakı  münasibətləri,-  bir  növ,  donmuş 
vəziyyətdə təsbit edir.
Sözlər  kimi,qeyri-predikativ  söz  birləşmələri  də  cümləni 
təşkil  etmək  üçiin  materialdır:  birinci  növ  ismi  (təyini)  söz 
birləşmələrini  istisna etsək,  qeyri-predikativ söz birləşmələrinin 
bütün  növləri  cümlənin  vahid,  tərkib  hissələrinə  bölünməyən 
bir üzvü kimi çıxış edir, cümlənin bir üzvü olur.
Dilçilikdə  qeyri-predikativ  söz  birləşmələrini  iki  qrupa 
bölürlər:  sərbəst  söz  birləşmələri  və  sabit  söz  birləşmələri. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  söz  birləşmələrinin  bu 
hər  iki  növü  işlənir.  Sərbəst  söz  birləşmələri  sintaktik 
(qrammatik)  vahidlərdir.  Onu  əmələ  gətirən  sözlər  öz  lcksik- 
semantik  mənalarında  işlənir  və  məcazlaşmır.  Sərbəst  söz 
birləşmələrini  hissələrinə  ayırmaq,  təhlil  etmək  olur  və  bu 
proses  istər  bütövlükdə  sərbəst  söz  birləşməsinin,  istərsə  onu 
təşkil  edən  sözlərin  məna  və  qrammatik xüsusiyyətlərinə  təsir 
göstərmir.  Sərbəst söz birləşmələri leksik-semantik yox,  leksik- 
qrammatik  birləşmələrdir:  əlig  yıl  (KT  ş  8)  «əlli  il»,  öltəçi
42
bodun  (KT  ş  29)  «öləsi  xadq»,  ak adğır (KT  ş  36)  «ağ  ayğır», 
türk tetjrisi (KT ş  10) «türk tanrısı», türk atı (K.T ş 7) «türk adı», 
məni/bodunım  (BK ş 29) «mənim xalqım», bodumğ atı  (KT  ş
25)  «xalqın adı» və s.
Belə 
söz 
birləşmələrində 
komponentlərdən 
birini 
dəyişdikdə ümumi  sintaktik mənaya xələl gəlmir; məsələn: türk 
atı,  tabğaç atı,  kırkız atı, yaxud mənir) bodunım,  sənil) bodunın, 
bizi/bodummız v  s.  Sərbəst söz birləşmələri sintaktik vahidlər 
olduğu  üçün  dilçilikdə  sintaksis  bəhsisndə  öyrənilir.  Sabit  söz 
birləşmələrində  sözlərin  sərbəstliyinə  yol  verilmir.  Belə 
birləşmələr  tarixən  yaranır  və  onlardakı  sözlər  daşlaşmış 
vəziyyətdə olur:  bu  birləşmələri  hissələrə  ayırmaq  və sintaktik 
baxımdan  qrammatik  təhlilə  cəlb  etmək  olmaz.  Sabit 
söz 
birləşmələrini əmələ gətirən  sözlərin ya hamısı, ya da bir qismi 
öz  leksik  mənasından  uzaqlaşır,  məcazlaşır  və  leksik  mənasını 
itirir,  birləşmənin  leksik-semantik  ünsürünə  çevrilir.  Sabit  söz 
birləşməsi bütövlükdə bir leksik-semantik məna ifadə edir: süçig 
sab  (KT  c  5)  «şirin  söz»,  yımşak  ağı  (KT  c  5)  «yumşaq 
hədiyyə», kün toğsık (KT c 2) «gündoğan», gün batsık (KT c 2) 
«günbatan», arık ok (KT c  8) «arıq ox»,  kızıl кап  (T 52)  «qızıl 
qan»,  ot-sub  kil  (KT  ş  27)  «cəzalandırmaq»  və  s.  Sabit  söz 
birləşmələrinə  daxil  olan  komponentlərdən  birini  dəyişdikdə 
birləşmənin  ümumi  ruhu  pozulur,  o,  bir  sabit  söz  birləşməsi 
kimi  dağılır.  Sabit söz birləşmələri  leksik birləşmələrdir.  Buna 
görə  də  onlar  dilçiliyin  sintaksis  bəhsində  yox,  leksika 
(leksikologiya)  bəhsində  öyrənilir.  Son  zamanlar,  bu  söz 
birləşmələrini  öyrənmək  üçün  dilçiliyin  yeni  bir  bəhsi  -  
frazeologiya bəhsi fopmalaşmaqdadır.
Söz  birləşmələri  sözlərinin  birinin  digərinə  tabeliliyi 
əlaqəsi  ilə  yaranır.  Birləşmədəki  tabe  edən  sözün  hansı  nitq 
hissəsinə mənsub olmasından asılı olaraq, dilçilik ədəbiyyatında 
sərbəst  söz  birləşmələrinin  üç  növü  göstərilir:  ismi  söz 
birləşmələri, feli söz birləşmələri və zərf birləşmələri.  Aparıcı, 
tabeedici üzvü adlarla ifadə edilən söz birləşmələri ismi, aparıcı, 
tabecbici  üzvü  fellərlə  ifadə  edilən  söz  birləşmələri  feli, 
tabcebici  üzvü  zərflə  ifadə  edilən  söz  birləşmələri  zərf
43

birləşmələri  adlanır.  Zərf  birləşmələri  müasir  türk  dillərində 
zəif inkişaf etmişdir;  qədim  türk yazısı  abidələrinin  dilində  isə 
belə birləşmələrə o qədər az rast gəlinir ki, onlardan ayrıca bəhs 
etməyə  dəyməz.  Çox  vaxt türkoloji  ədəbiyyatda  zərf birləşmə­
lərindən ismi birləşmələrin sonunda qısa şəkildə danışılır. Qalan 
iki  (ismi  və  feli)  söz  birləşməsinə  gəlincə,  bunlar  müasir  türk 
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də 
geniş  şəkildə  inkişaf  etmiş,  rəngarəng  məna  və  qrammatik 
xüsusiyyətlərə malikdir.
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin