Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru


 .  B irin ci  tə r ə fi  ə v ə z lik ,  ik in ci  tə r ə li  isin»,  b əzən   d ə



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   2   3   4   5   6   7   8   9   ...   39

5 . 
B irin ci  tə r ə fi  ə v ə z lik ,  ik in ci  tə r ə li  isin»,  b əzən   d ə  
sa y la   ifa d ə   e d ilən   b ir in c i  n ö v   təy in i  sö z   b ir lə şm ə lə r i. 
Qədim 
türk  yazısı  abidələrinin  dilində  işarə,  sual,  toplu,  təyin 
əvəzlikləri  isimlərə  yanaşıb  onlarla  birinci  növ  təyini  söz 
birləşməsi əmələ gətirir.
a) Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi işarə 
əvəzlikləri  ilə ifadə edilir:  ol кап (O  1)  «o xan»,  bu sab (KT c
10)  «bu nitq».
b)  Birinci nov təyini söz birləşmələrinin birinci  tərəfi sual 
əvəzliyi  ilə  ifadə  edilir:  nə kağan  (KT  ş  9)  «hansı  xaqan»,   
buQ U  57) «nə qədər dərd».
c) Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi toplu 
əvəzliklə  ifadə edilir,  lakin bu əvəzlik müasir türk  dillərindəki 
təyin  əvəzliyinin  mənasını  ifadə  edir;  məsələn:  kamuğ  bodun 
(KT  ş  8)  «bütün  xalq»,  kamuğ balık (O  9)  «bütün  şəhər(lər)» 
və S.
ç)  Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci  tərəfi 
əvəzlik,  ikinci  tərəfi  saylarla ifadə edilən birinci növ  təyini söz 
birləşmələri də işlənir; məsələn: bu iiçəgü (T 12) «bu üçlük».
57

6. 
Birinci tərəfi isim, ikinci tərəfi digər nitq hissələri ilə 
ifadə  olunan  birinci növ  təyini  söz  birləşmələri.  Müasir türk 
dillərində  isimlər  yalnız  isimləri  təyin  edib  onlarla  birinci  növ 
təyini söz birləşməsi yaratmaq qabiliyyətinə malikdir. Bu qanun 
qədim  türk  yazısı  abidələrinin  dilində  də  gözlənilir.  Lakin 
qədim  türk yazısı  abidələrinin  dilində  elə  birinci növ  təyini  söz 
birləşmələri  də  işlənir  ki,  bu,  qanundan  istisna təşkil  edir.  Belə 
birinci  növ  təyini  söz  birləşmələrində  birinci  tərəf kimi  isim, 
ikinci  tərəf kimi  isə  digər nitq  hissələri  çıxış  edir.  Onu  da qeyd 
etmək  lazımdır  ki,  belə  birinci  növ  təyini  söz  birləşmələri 
müasir türk dillərində leksikallaşmış,  leksik vahidə çevrilmişdir.
1.  Birinci növ  təyini  söz birləşməsinin  birinici tərəfi  isim, 
ikinci  tərəfi  hərəkət  adı  ilə  ifadə  edilir: 
kün  toğsık 
(КТ  c  2)  « 
gün doğuş», 
kün batsık 
(КТ c 2) «gün batış».
2.  Birinci növ  təyini  söz birləşməsinin birinici tərəfi  isim, 
ikinci  tərəfi  zərflə  ifadə  edilir: 
kün  or tusi Quru 
(K.T  c  2)  «gün 
ortası», 
tün ortusujaru 
(KT c 2) «gecə ortası».
İKİNCİ  NÖV TƏYİNİ  SÖZ  BİRLƏŞMƏLƏRİ
Qədim türk yazısı abidələrinin dilində  söz birləşmələrinin 
yayılmış  növlərindən  biri  də  ikinci  növ  təyini  söz birləşmələri­
dir.  Türk  dillərində  ikinci  növ  təyini  söz  birləşmələri  mənşəcə 
birinci  növ  söz birləşmələrindən  sonra  əmələ  gəlmişdir və  gü­
man ki, birinci növ təyini söz birləşmələrindən törəmişdir.  İkin­
ci növ  təyini söz birləşmələri  birinci  növ təyini söz birləşmələ­
rindən törəsə də, bir sıra xüsusiyyətlərinə görə onlardan  fərqlə­
nir:  1.  Birinci  növ  təyini  söz birləşmələrinin  birinci tərəfi  isim, 
sifət,  feli  sifət,  say  və  əvəzliklərlə  ifadə  olunursa,  ikinci  növ 
təyini söz birləşmələrinin  birinci tərəfi  isim və substantivləşmiş 
digər  nitq  hissələri  ilə  ifadə  olunur.  2.  Hər  iki  təyini  söz  bir­
ləşməsinin  birinci  tərəfi  şəkilçi  qəbul  etmir,  lakin  birinci  növ 
təyini  söz birləşmələrinin  birinci tərəfi  ümumiyyətlə  şəkilçisiz 
işlənir,  adlıq  halda  olur;  ikinci  növ  təyini  söz  birləşməsinin 
birinci tərəfi şəkilçi qəbul etməsə də qeyri-müəyyən (şəkilçisiz) 
yiyəlik  halda  durur  və  qeyri-müəyyənlik,  ümumilik  bildirdiyi 
üçün də müəyyənlik bildirən yiyəlik hal şəkilçisi qəbul etmir.  3.
58
Birinci  növ  təyini  söz  birləşməsinin  ikinci  tərəfi  (ilkin 
vəziyyətdə)  heç  bir  şəkilçi  (mənsubiyyət  şəkilçisi)  qəbul  etmir 
və  adlıq  halda  olur;  ikinci  növ  təyini  söz  birləşməsinin  ikinci 
tərəfi  isə üçüncü  şəxs  mənsubiyyət şəkilçisi qəbul  edir və o da 
adlıq  halda olur (bunu  ona görə  qeyd etmək  lazımdır ki, bəzən 
ikinci növ  təyini  söz  birləşməsinin  ikinci  tərəfinin  qəbul  etdiyi 
üçüncü  şəxs  mənsubiyyət  şəkilçisini  ismin  təsirlik  hal  şəkilçisi 
ilə  qarışdırırlar).  4.  Birinci növ təyini  söz  birləşmələrinin tərəf­
ləri  sıx  birləşmir,  onların  arasına  bəzi  qoşmaları,  habelə 
bir 
sözünü daxil  etmək  olur  və  sintaktik  təhlil  zamanı  birinci  tərəf 
cümlədə  təyin,  ikinci  tərəf  uyğun  cümlə  üzvü  vəzifəsində 
işlənirsə,  ikinci  növ  təyini  söz  birləşməsinin  tərəfləri  sıx 
birləşir,  sintaktik  təhlil  zamanı  parçalanmır  və  hər  iki  tərəf 
birlikdə cümlənin müəyyən bir üzvü vəzifəsində çıxış edir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  ikinci  növ  təyini 
söz  birləşmələri  sözlər  arasında  idarə  əlaqəsi  əsasında  əmələ 
gəlir. Söz birləşməsinin birinci tərəfi heç bir şəkilçi qəbul etmir, 
lakin qeyri-müəyyən yiyəlik  halda durur, ikinci tərəfi  isə yalnız 
üçüncü  şəxs  mənsubiyyət  şəkilçisi  qəbul  edir.  Müasir  türk 
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də 
şəxs  əvəzlikləri  ikinci  növ  təyini  söz  birləşmələrinin  birinci 
tərəfi  kimi  çıxış  edə  bilmədiyi  üçün  söz  birləşmələrinin  ikinci 
tərəfi  birinci  və  ikinci  şəxsin  (təkdə  və  cəmdə)  mənsubiyyət 
şəkilçisini  qəbul edə bilməz.
Qədim  türk  yazısı  abidələrinin  dilində  ikinci  növ  təyini 
söz birləşmələrinin  məna  variantlan çox və  müxtəlifdir. Onun 
bütün  məna  variantlarında  iki  məna  anlayışı  əsas  yer  tutur  və 
müxtəlif məna çalarlan  ilə yanaşı  olaraq özünü göstərir.  Başqa 
sözlə  desək,  ikinci  növ  təyini  söz birləşməsi  nə  kimi  bir məna 
bildirirsə-bildirsin,  həmin  iki  məna anlayışını  da  ifadə edir.  Bu 
birləşmələrin həmin  iki  ümumi məna anlayışı  söz birləşməsinin 
birinci tərəfindən  hasil  olur.  Bu  ümumi  mənaların  biri  ümumi­
lik, digəri qeyri-müəyyənlikdir.  İkinci növ təymi söz birləşməsi­
nin  birinci  tərəfi,  əsasən,  ümumilik  və qeyri-müəyyənlik  anla­
yışı  ifadə  edir.  Birləşmənin  təyini  həmişə  bütün  məna 
çalarlarında qeyri-müəyyən bir növ, qeyri-müəyyən ümumi cins
qeyri-müəyyən  kollektiv  anlayışlarını  bildirir.  Lakin  söz birləş-
59

məsində yalnız bu ümumi anlayışlar olmur; bunlarla bərabər  b ir 
çox müxtəlif anlayışlar da olur ki,  onlar məna variantları  adlan­
dırılır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  ikinci  növ  təyini 
söz birləşmələrini mənalanna görə belə qruplaşdırmaq olar:
1.  Birinci tərəf xüsusi isim -  şəxs adı, ikinci tərəf ona aid  
əşya adı bildirir:  Yabğu oğlı (O 4) «Yabğu oğlu», Çor Yoğa in isi 
(O 4) «Çor Yoğanın kiçik qardaşı», Işbara  tarlam balbalı (O a) 
«Işbara  Tarxanm  balbalı»,  To Qa  tigin  yoğı  (BK  ş  31)  «Tona 
tiginin dəfiıi», İl Çor ili (Y 32) «İl Çorun eli», Tinəsi 
oğlu 
(T 44) 
«Tinəsi oğlu» və s.
2.  Birinci  tərəf yer  adı  -   toponim,  ikinci  tərəf toponimin 
növünü  bildirir:  Yer Bayırku yeri  (KT  c  4)  «Yer Bayırku yeri», 
Çuş  başı  (KT  şin  6)  «  Çuş  başı»,  Ötükən  təgirəsi  (MÇ  2) 
«ötükən  ətrafı»,  Keyrə  başı  (MÇ  7)  «Keyrə  başı»,  Sokak yolı 
(MÇ 45) «Sokak yolu» və s.
3.  Birinci  tərəf  xalq  adı,  ikinci  tərəf  ona  mənsub  olan 
əşyanm,  obyektin  adım  bildirir:  tokuz  oğuz  bəgləri  (KT  c  2) 
«doqquz oğuz bəyləri», türk yeri (KT ş  10) «türk yeri», türk subı 
(KT  ş  10-11)  «türk  suyu»,  tabğaç  ili  (T  1)  «tabğaç eli»,  türgis 
kağanı  (T  30)  «türgis  xaqanı»,  kırkız  oğlı  (Süci)  «qırğız  oğlu», 
tabğaç  süsi  (T  30)  «tabğaç  qoşunu»,  tabğaç  kam  (MÇ  42) 
«tabğaç xanı».
4.  Birinci  tərəf tamı,  bütövü,  ikinci  tərəf onun  hissəsini 
bildirir:  bodun  boğazı  (T  8)  «xalqın  boğazı»,  bəglər bənizi (Y
26)  «bəylər bənizi», ər üzü (Y  26) «ər üzü», bəglik kaşı (Y 26) 
«bəylik qaşı» və s.
5.  Birinci  tərəf ikinci tərəfin  vəzifəsini bildirir: sü başı (T
31)  «qoşun  başı»,  birja  başı  (MÇ  6)  «min  başı»,  urufjbaşı  (Y
32)  «bayraq  başı»  (bayraqdar),  ər  başı  (Y  48)  «igidlərin 
başçısı».
6.  Birinci tərəf ikinci tərəfin məntiqi obyektini bildirir:  
təgisi (KT şm 5) «qoşun döyüşçü».
7.  İkinci  tərəf birinci  tərəfin  daimi,  səciyyəvi  əlamətini 
bildirir: bodun atı (O 3) «xalq adı», türk atı (KT ş 7) «türk adı», 
bodun  küsi  (KT  ş  26)  «xalq  şöhrəti»,  bilik  esi  (T  7)  «bilik
60
dostu»,  kul  sabı  (IB  83)  «qul  sözü»,  el  törüsü  (Y  10)  «el 
qanunu» və s.
8.  Birinci  tərəf  ikinci  tərəfin  qohumluq  münasibətlərini 
bildirir:  kuş  oğlı  (IB  20)  «quş  oğlu»,  kişi  oğlı  (KT  ş  1)  «adam 
oğlu»,  çor  apası  (Y  18)  «çor  anası»,  kağan  inisi  (KÇ  24) 
«kağanın kiçik qardaşı», keyik oğlı (IB 20) «kcyik oğlu», ər oğlı 
(IB 24) «igid oğlu» və s.
9.  İkinci  tərəf birinci  tərəfin  məkanını  bildirir:  öz  içi  (T
13)  «öz  içi/daxili»,  öz  tası  (T  13)  «öz  bayırı»,  sü yiri  (IB  84) 
«qoşun yeri», il tutsıkyiri (KT c  10) «el tutmalı yer».
10.  Birinci  tərəf  ikinci  tərəfin  ölçüsünü  bildirir:  sürjüg 
batımı (BK ş 26) «süngü batışı».
11.  Birinci  tərəf  titul,  rütbə,  vəzifə  adı,  ikinci  tərəf ona 
məxsus  obyekt  adı  bildirir:  kağan  süsi  (KT  ş  12)  «xaqan 
qoşunu»,  hun  süsi  (MÇ  27)  «xan  ordusu»,  kağan  ili  (T  58) 
«xaqan  eli»,  kanhğ süsi  (IB  97)  «xaqanlıq  qoşunu»,  alp  uru/Ju 
(Y 10) «alp bayrağı», tetjri hull (Gürbelçin) «tanrı qulu».
12.  Birinci tərəf «vətən»,  «dövlət» anlayışı bildirən  sözlə 
ifadə  edilir,  ikinci  tərəf ona aid  əşya  məfhumu  ifadə  edən  söz 
olur;  məsələn: el örgini (MÇ 27) «el sarayı», e! ebi (MÇ 34) «el 
evi»,  el çorigi (Y  41)  «el  qoşunu»,  el əri (Y  47)  «el  igidi»,  el 
ögəsi (Y 26) «cl müdriki».
13.  Birinci tərəf ikinci tərəfin rəmzini bildirir:  kağan kutı 
(BK  ş  35)  «xaqan  bəxti»,  arığ abutı  (T  27) «təmizlik  həyası», 
berjgü balbalı (Y 36) «əbədiyyət abidəsi».
14.  Birinci tərəf ümumini,  ikinci tərəf xüsusini  ifadə edir: 
eb barla (MÇ 24) «ev sarayı».
15.  Birinci  tərəf  vasitə,  ikinci  tərəf  həmin  vasitə  ilə 
icranın obyektini bildirir: ingən yüki (Y 28) «dəvə yükü», yadaq 
süsi (BK cş  1) «piyada qoşunu».
16.  Birinci  tərəf yer,  məkan,  ikinci tərəf vəzifə,  rütbə adı 
bildirən  sözlə  ifadə  edilir:  iç  buyunda  (BK  c  14)  «daxili 
buyuruğu».
17. Birinci tərəf cins bildirən sözlə,  ikinci tərəf münasibət 
bildirən sözlə ifadə edilir: kişi arası (Y 24) «kişi arası».
61

18. Birinci tərəf ikinci tərəfin hazırlandığı materialın adını 
bildirir:  bağır gözünüsü  (Y  26)  «mis  güzgüsü»,  kara  közünüsü 
(Y 26) «qara güzgüsü».
19.  Birinci  tərəf müəyyən  miqdar  say lari  ilə,  ikinci  tə r ə f  
mənsubiyyət şəkilçisi qəbul etmiş yol «yol, dəfə, kərə» sözü  ilə 
ifadə edilir. Bu tip söz birləşmələri müasir türk dillərində birinci 
növ təyini söz birləşmələri kimi formalaşmışdır: bişyolı (KT şm 
4)  «beş  yol»,  kırk artukı yeti yolı  (KT  ş  15)  «qırx  yeddi  dəfə», 
altı yolı (BK ş 28) «altı yol», törtyolı (BK ş 30) «dörd dəfə».
ÜÇÜNCÜ NÖV TƏYİNİ SÖZ  BİRLƏŞMƏLƏRİ
Üçüncü  növ  təyini  söz  birləşmələri  birinci  və  ikinci  növ 
təyini  söz  birləşmələrinə  nisbətən  bir  qədər  gec  əm ələ 
gəlmişdir.  Güman  ki,  ikinci  növ  təyini  söz  birləşmələrindəki 
qrammatik  qeyri-müəyyənlik  zaman  keçdikcə  dilin  qrammatik 
quruluşu  inkişaf etdikcə  qrammatik  müəyyənliyə  doğru  inkişaf 
etmiş,  yiyəlik  halm  yaranması,  formalaşması,  ikinci  növ  təyini 
söz  birləşməsinin  birinci  tərəfinin  yiyəlik  hal  şəkilçisi  qəbul 
etməsi  ilə  bitmişdir.  Müəyyənlik  kateqoriyasının  yaranması, 
ikinci  növ  təyini  söz  birləşməsinin  birinci  tərəfinin  yiyəlik  hal 
şəkilçisi  qəbul  etməsi  üçüncü  növ  təyini  söz  birləşməsinin 
əmələ  gəlməsinə  səbəb  olmuşdur.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  ikinci  növ  təyini  söz  birləşmələrinə 
nisbətən  üçüncü  növ  təyini  söz birləşmələrinin  az  işlənməsi  də 
bunu  sübut  edir.  Müasir  türk  dillərinə,  məsələn,  müasir 
Azərbaycan  dilinə  nisbətən  qədim  türk  yazısı  abidələrinin 
dilində  üçüncü  növ  təyini  söz birləşmələrinin  nitq  hissələri  ilə 
ifadəsinin  çox  bəsit  olması  da  bunu  sübut  edir.  Məsələn, 
M.Hüseynzadə yazır ki,  müasir Azərbaycan dilində üçüncü növ 
təyini  söz  birləşmələrinin  tərəfləri  bütün  nitq  hissələri  və 
köməkçi  sözlərlə  ifadə  edilir.  O  yazır:  «Azərbaycan  dilində 
isimlərlə  yanaşı  olaraq  substantivləşmiş  hər  hansı  bir  nitq 
hissəsi yiyəlik hal şəkilçisi qəbul edə bilərsə, üçüncü növ təyini 
söz birləşməsinin birinci tərəfi,  mənsubiyyət şəkilçisi  ilə işlənə
6 2
bilərsə,  ikinci  tərəfi  ola  bilər».1  Görkəmli  dilçi  Azərbaycan 
dilində üçüncü növ təyini söz birləşmələri tərəflərinin hansı nitq 
hissəsi  ilə  ifadəsinə  görə  onun  otuz  səkkiz  struktur  tipini 
müəyyənləşdirir.  Müqayisə  üçün  qeyd  etmək  lazımdır  ki,  ən 
qədim  türkdilli  yazılı  abidələr  olan  göytürk  Orxon-Yenisey 
kitabələrində  üçüncü  növ  təyini  söz  birləşmələrinin,  məsələn, 
birinci tərəfi təkcə isim və əvəzliklə ifadə edilir. Əlbəttə, bu da 
bir  daha  sübut  edir  ki,  türk  dillərində  üçüncü  növ  təyini  söz 
birləşmələrinin  yaranması  və  təşəkkülü  birinci  və  ikinci  növ 
təyini  söz birləşmələrinə nisbətən tarixin sonrakı hadisəsidir və 
türk  dilləri  qrammatik  quruluşunun  analitiklikdən  sintetikliyə 
doğru inkişafının nəticəsidir.
Üçüncü  növ  təyini  söz  birləşmələri  birinci  və  ikinci  növ 
təyini  söz  birləşmələrindən  bir  sıra  xüsusiyyətlərinə  görə 
fərqlənir.
1.  Birinci  və  ikinci  növ  təyini  söz birləşmələri  daha  çox 
ümumilik,  qeyri-müəyyənlik  bildirirsə,  üçüncü  növ  təyini  söz 
birləşmələri bir o qədər konkretlik, müəyyənlik bildirir.
2.  Birinci  növ  təyini  söz  birləşmələri  yanaşma  əlaqəsi, 
ikinci  növ təyini söz birləşmələri  idarə əlaqəsi  ilə  formalaşırsa, 
üçüncü  növ  təyini  söz  birləşmələri  uzlaşma  əlaqəsi  ilə  əmələ 
gəlir.
3.  İkinci  növ  təyini  söz  birləşmələrinin  birinci  tərəfi 
əsasən  isimlərlə,  qismən  məsdərlərlə,  bəzən  substantivləşmiş 
sifətlərlə  ifadə  edilirsə,  üçüncü  növ  təyini  söz  birləşmələrinin 
birinci  tərəfi,  praktik  olaraq,  bütün  nitq  hissələri  ilə  ifadə 
olunur.
4.  Birinci  növ  təyini  söz  birləşmələrinin  tərəfləri  heç  bir 
şəkilçi  qəbul  etmirsə,  ikinci  növ  təyini  söz  birləşmələrinin 
yalnız  ikinci  tərəfi,  həm  də  təkcə  üçüncü  şəxs  mənsubiyyət 
şəkilçisi  qəbul  edirsə,  üçüncü  növ  təyini  söz  birləşmələrinin 
birinci tərəfi  yerlik hal,  ikinci  tərəfi isə hər üç şəxsin təkdə  və 
cəmdə mənsubiyyət şəkilçisini qəbul edir.
5.  İkinci  növ  təyini  söz  birləşmələrinin  tərəfləri  arasına 
heç  bir  söz  daxil  ola  bilmirsə,  birinci  növ  təyini  söz
1  M ü a sir A zərbaycan dili.  Sintaksis.  I,  B akı,  1959, s.128.
6 3

birləşmələrinin  tərəfləri  arasına  bir  ədatı  daxil  ola  bilirsə, 
üçüncü  növ təyini  söz birləşmələrinin  tərəfləri  daha  sərbəstdir, 
onların  arasına  istənilən  qədər  söz  daxil  ola  bilər.  Bu,  hər 
şeydən  əvvəl,  üçüncü  növ  təyini  söz  birləşmələrinin  birinci 
tərəfinin  yiyəlik  hal  şəkilçisi  qəbul  etməsindən,  müəyyənlik 
bildirməsindən irəli gəlir.
Artıq  qeyd  edildiyi  kimi,  qədim  türk  yazısı  abidələrinin 
dilində  üçüncü  növ  təyini  söz  birləşmələrinin  birinci  tərəfi 
yiyəlik  hal,  ikinci  tərəfi  hər  üç  şəxsin  təkində  və  cəmində 
mənsubiyyət  şəkilçisini  qəbul  edir  və  tərəflər  bir-biri  ilə 
uzlaşma  əlaqəsi  ilə  bağlanır.  Formal  (qrammatik)  əlamətlərinə 
görə,  yəni  tərəflərinin  qrammatik  şəkilçi  qəbul  etməsinə  görə 
qədim  türk  yazısı  abidələrinin  dilində  üçüncü  növ  təyini  söz 
birləşmələrinin üç tipini göstərmək olar:
1.  Üçüncü  növ  təyini  söz  birləşmələrinin  hər  iki  tərəfi 
qrammatik  baxımdan  formalaşır,  yəni  birinci  tərəf qədim  türk 
yazısı  abidələrinin  dili  üçün  ənənəvi  olan  -ıQ,  -iQ yiyəlik  hal 
şəkilçisini,  ikinci  tərəf  hər  üç  şəxsin  təkdə  və  cəmdə 
mənsubiyyət şəkilçisini qəbul  edir; məsələn: kağamn bodum  (O
11)  «xaqanın xalqı»,  kağanı/Jın sabı (КТ c 9)  «xaqanının nitqi», 
məniQ sabım  (КТ c  11)  «mənim  sözüm»,  bodum/} ili (KT  ş  1) 
«xalqın  eli»,  bodum/} törüsü  (KT  ş  I)  «xalqın  qanunu»,  mənir) 
bodumm  (BK  ş  29)  «mənim  xalqım»,  kağamf} km   (BK  şm  9- 
10)  «xaqanın  qızı»,  beniQ  bodumm  (T  21)  «mənim  xalqım», 
yağın  başı  (MÇ  18)  «yağının  başı», 
məni/}  süm  (MÇ  33) 
«mənim  qoşunum»,  taşm  subı  (Turfan)  «çölün  suyu»,  adığın 
karm  (Ю  10)  «ayının  qamı»,  to Quzun  azığı  (IB  10)  «donuzun 
qılınc  dişi»,  elimiQ beQgüsü  (Y  24)  «elimin  əbədi  daşı»,  be nil) 
bitigim  (Y  57)  «mənim yazım»,  özüni/j inisi  (Y  26)  «özünüzün 
kiçik qardaşınız» və s.
2.  Üçüncü  növ  təyini  söz  birləşməsinin  hər  iki  tərəfi 
qrammatik  cəhətdən  formalaşır,  ancaq  bu  dəfə  ikinci  tərəf hər 
üç  şəxsin  təkdə  və  cəmdə  mənsubiyyət  şəkilçisini  qəbul  etsə 
də,  birinci  tərəf yiyəlik  halın  qeyri-ənənəvi  -ığ,  ~ig  şəkilçisini 
qəbul  edir;  məsələn:  bodunığ  atı  (KT  ş  25)  «xalqın  adı», 
bodunığ  küsi  (KT  ş  25)  «xalqın  şöhrəti»,  adğırığ  udlıkı  (KT  ş
64
36)  «ayğırın  budu»,  karlukığ  ebi  (MÇ  29)  «karlukun  evi», 
karluhğ tabarı (MÇ 29) «karlukun dövləti».
3. 
Üçüncü  növ  təyini  söz  birləşməsinin  birinci  tərəfi 
yiyəlik  hal  şəkilçisi  qəbul  edir,  ikinci  tərəfi  mənsubiyyət 
şəkilçisi  qəbul  etmir;  məsələn:  bizi/}  sü  (KT  ş  39)  «bizim 
qoşun»,  məni/} ər  (MÇ  24)  «mənim  döyüşçüm»,  sizi!} ər at (Y 
26)  «sizin  igid admız»,  tabğaç kağanıl) içrəki bəzidçi (KT c  12) 
«tabğaç  xaqanının  daxili  naxışçısı»,  Tadıkın  çarı/} boz at (KT  ş 
32)  «Todıkm  çorun  boz  atı»,  BayırkumQ  ak  adğır  (KT  ş  35) 
«Bayırkunun  ağ ayğırı»,  Yəgin Silig bəgif} ...  torığ at (KT ş  33) 
«Yəgin Silik bəyin ... kəhər atı».
Qədim  türk  yazısı  abidələrinin  dilində  daha  bir təyini  söz 
birləşməsinə də rast gəlirik ki, bu söz birləşməsi formaca ikinci 
növ  təyini  söz  birləşməsini  xatırlatsa  da,  ikinci  tərəfinin  həm 
forma,  həm  də  məzsununa  görə  üçüncü  növ  təyini  söz 
birləşmələrinə  daha yaxındır;  məsələn:  kəntü  bodunığ (KT  şm 
4)  «öz xalqım», özüm  kutım (KT c 9) «özümün bəxtim», kağan 
eçim (BK şm 9) «xaqan əmim».
Göründüyü  kimi,  hər  üç  söz  birləşməsində  birinci  tərəf 
yiyəlik hal şəkilçisi qəbul etməmişdir. Bu,  ikinci növ  təyini söz 
birləşməsinin xüsusiyyətidir.  Lakin  ikinci növ  təyini  söz birləş­
mələrinin  ikinci  tərəfi  təkcə üçüncü  şəxs mənsubiyyət şəkilçi­
sini  qəbul  edə  bilər.  Halbuki,  gətirilən  hər  üç nümunədə  söz 
birləşmələrinin ikinci tərəfi birinci şəxs təkinin mənsubiyyət şə­
kilçisini  qəbul  etmişdir.  Bu  da  üçüncü  növ  təyini  söz  birləş­
məsinin səciyyəvi xüsusiyyətidir.
Qədim türk yazısı abidələrinin dilinin bir xüsusiyyətini də 
mütləq qeyd elmək lazımdır: bu abidələrin dilində hətta eyni bir 
cümlə  daxilində  eyni  bir  təyini  söz  birləşməsi  həm  ikinci  növ 
təyini  söz birləşməsi,  həm də  üçüncü  növ  təyini  söz  birləşməsi 
şəklində  işlənir.  Aşağıda  Kül  tigin  abidəsindən  gətirilən  bir 
cümlə  bunu  əyani  şəkildə göstərir:  Türk  bodunığ  atı,  küsiyok 
bolmazun  tiyin  kafjım  kağanığ,  ögim  katunığ  kötürmiş  te/Jri,  il 
birigmə te/Qri,  türk bodun atı,  küsi yok bolmazun tiyin  özümin  ol 
te/Jri  kağan  olurtdı  erinç  (KT  ş  25-26)  «Türk  xalqının  adı, 
şöhrəti yox olmasın deyə,  atam xaqanı, anam xatunu yüksəltmiş
65

tanrı, el verən taruı, türk xalqının adı, şöhrəti yox olmasın deyə, 
özümü o tanrı xaqan oturtdu».
Birinci tərəfinin hans nitq hissəsi ilə ifadəsinə görə qədim 
türk  yazısı  abidələrinin  dilində  işlənən  üçüncü  növ  təyini  söz 
birləşmələrini iki qrupa ayırmaq olar:
1.  Birinci tərəfi  isimlərlə  ifadə olunan  üçüncü  növ  təyini 
söz birləşmələri:  taşıQ subı  (Turfan) «çölün suyu», adığın  karm 
(IB  10)  «ayının  qamı»,  toQuzm  azığı  (IB  10)  «donuzun  qılınc 
dişi»,  karlukuğ ebi (MÇ  29)  «karlukun evi»,  bodımığ atı  (K T  ş
25)  «xalqın adı», adğırığ udlıkı (KT ş 36) «ayğırın budu», yağın 
başı  (MÇ  18)  «yağının  başı», Kül  tiginiQ altunı  (KT  c  q)  «Kül 
tiginin qızılı» və s.
2.  Birinci  tərəfi  əvəzliklə  ifadə  olunan üçüncü növ  təyini 
söz birləşmələri:  məniQ sabım (KT c  11) «mənim sözüm», bizir) 
  (KT  ş  39)  «bizim  qoşun»,  mənir)  ər  (MÇ  24)  «mənim 
döyüşçüm», beniQ bitigim  (Y 57) «mənim yazım», özüniQ inirjiz 
(Y  26)  «özünüzün  kiçik qardaşınız»,  mənir) bodunım  (BK  ş  29) 
«mənim xalqım», mənir)süm (MÇ 32) «mənim qoşunum» və s.
Müasir  türk  dillərində  üçüncü  növ  təyini  söz  birləşmə­
lərinin  hər  iki  tərəfi  müxtəlif nitq  hissələri  ilə ifadə  edilir.  Qə­
dim türk yazısı abidələrinin dilində  isə bu təyini söz birləşmələ­
rinin  birinci  tərəfi  iki  nitq  hissəsi  -   isim  və  əvəzliklə,  ikinci 
tərəfi  isə  təkcə  isimlərlə ifadə edilir.  Buna görə də  müasir türk 
dillərində üçüncü növ təyini söz birləşmələrinin məna variantla­
rı müxtəlif və rəngarəng olduğu  halda,  qədim türk yazısı  abidə­
lərinin dilində onun  məna variantları nisbətən azdır.  Bəzi tədqi­
qatçılar  (məsələn,  A.N.Kononov)  hətta  qədim  türk  yazısı  abi­
dələrinin dilində üçüncü növ təyini söz birləşmələrinin iki məna 
növünün  mövcud  olduğunu  göstərirlər:  1)  bilavasitə  mənsubiy­
yət və  keyfiyyət  təyininin  ifadəsi;  2) hissənin  tama  münasibəti­
nin ifadəsi.
Qedim  türk  yazısı  abidələrinin  dilində  üçüncü  növ  təyini 
söz  birləşmələri  hansı  konkret  mənanı  ifadə  edirsə-etsin,  onun 
bütün  mənaları  müəyyənlik  mənasında  birləşir:  üçüncü  növ 
təyini  söz birləşməsinin  birinci  tərəfi  müəyyən subyekti,  ikinci 
tərəfi  müəyyən  obyekti  ifadə  edir.  Bu  ümumi  mənadan  əlavə
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin