Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarmanın növləri və üsulları



Yüklə 2,38 Mb.
səhifə12/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
N 81

Suvarmanın növləri və üsulları

Suvarmada əsas məqsəd torpaqda çatışmayan rütubəti bərpa et- mək, becərilən kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə onların inkişaf fazalarında tələb etdiyi miqdarda suyun çatışma- mazlığını nizamlamaqdır. Bu da əsasən torpağın lazımı qədər nəmliklə təmin olunmadığı ərazilərdə, bölgələrdə aparılır. Ümu- miyyətlə suvarma torpağın münbitliyini artırır, torpağın fiziki-kim- yəvi, su-fiziki, istilik və bioloji xüsusiyyətlərini, suvarılan ərazinin mikroiqlimini əlverişli istiqamətdə dəyişdirir ki, bu da becərilən kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına və nəhayət məhsulun keyfiyyətinə müsbət təsir edir. Ancaq yadda saxlamaq lazımdır ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi zamanı suvarma ilə yanaşı aqrotexniki tədbirlərə də düzgün və vaxtında əməl olunmalıdır.Akademik A.N.Kostyakov qeyd edir ki, ”aqrono- miya tədbirləri, torpaqda struktur yaradılması, növbəli əkin tətbiq edilməsi və suvarılan tarlalarda torpaqqoruyucu meşə zolaqları salınması suvarmaya sərf olunan suyu minumuma çatdırmağa, mövcud su sərvətlərindən qənaətlə istifadə etməyə və qənaət edil- miş su hesabına suvarılan sahələri genişləndirməyə imkan verir”.

Uzun müddətli suvarma əkinçiliyinin tətbiqi nəticəsində azməh- suldar ərazilərin yerində yeni coğrafi landşaftlar, yüksək mədəni- ləşdirilmiş sahələr yaranmışdır. Ancaq bəzi əkinçilik mədəniyyəti tam həllini tapmadığı üçün dəyişiklik dövründə bir çox nöqsanlar ortaya çıxmış və əkinə yararlı torpaq sahələri deqredasiyaya məruz qalmış, şoranlaşma, bataqlaşma əmələ gəlmişdir.Ona görədə su- varma işlərinin düzgün yerinə yetirilməsi məqsədilə yeni suvarma üsullarının və növlərinin öyrənilməsi üzərində tədqiqatlar aparıl- malıdır.

Torpağın nəmləndirilməsi, gübrələnməsi, istiləşdirilməsi, təmiz- lənməsi və s məqsədlərlə aparılan suvarmalara suvarma növü de- yilir. Nəmləndirmə (rütubətləndirmə) məqsədilə aparılan suvarma- lar birdəfəlik və müntəzəm suvarmalara ayrılır.Kənd təsərrüfatı bitkilərinin tələb etdiyi vaxtlarda, müəyyən olunmuş normada sa- hənin su ilə təmin edilməsi müntəzəm suvarma adlanır. Daşqınlar,

sellər, subasmalar yolu ilə sahənin birdəfə suvarılması birdəfəlik və ya liman suvarması adlanır. Kənd təsərrüfatı bitkilərinin su- varılması su çatışmamazlığından çirkab sularla suvarılır. Baxma- yaraq bu sular təmizlənərək suvarılan sahələrə verilir, yenə də tər- kibində xeyli miqdarda makro və mikro qida maddələri qalır ki, bu da torpağın, bitkinin qida ilə təmin olunması üçün şərait yaradır.

Torpağı istiləşdirmək üçün torpaq temperaturundan daha artıq istilikdə olan su ilə sahə suvarılır. Belə suvarmalar istər bitkilərə, istərsədə torpağa müsbət təsir edir. Rütubətlə təmin olunmuş torpaqlar ilin isti vaxtlarında daima soyuq, əksinə soyuq vaxtlarda isti olur.Suyun istilik tutumu və istilik keçirmə qabiliyyətinin çox olması nəticəsində suvarma zamanı quru torpağa nisbətən su- varılmış torpağın istilik tutumu və istilik keçirmə qabiliyyəti artır, yəni torpağın istilik rejimi nizamlanır. Torpağın və bitkilərin istilik rejimini nizamlanmasında suvarmanın böyük rolu vardır.

Təmizləyici suvarmaya əsasən arat suvarması, şoran torpaqların yuyulması zamanı verilən suvarmalar aiddir.Arat suvarması zamanı torpaqda olan zərəvericilər, gəmiricilər məhv olaraq sırada çıxır. Şoran torpaqların yuyulması zamanı tətbiq edilən suvarma normaları zərərli duzların həll olunaraq aşağı qatlara, oradanda kollektor-drenaj şəbəkələrinə yuyulmasına şərait yaradır.

Yuxarıda göstərilən suvarma növləri müxtəlif üsullar tətbiq et- məklə torpağa verilir. Hazırda aşağıdakı suvarma üsulları geniş tətbiq edilir.

1.Yerüstü üsulla suvarma 2.Torpaqaltı suvarma 3.Yağışyağdırma ilə suvarma 4.Damcılarla suvarma

5.Aerozol (kiçik dispersli) suvarma

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında hansı üsuldan isti- fadə olunmasından asılı olmayaraq aşağıda göstərilən təlabatlar ödənilməlidir.


  • Suvarma normalarına və vaxtlarına düzgün riayət olunmalıdır;

  • Suvarılan sahələrin su rejiminin nizamlanması üçün əlverişli şərait yaratmaq;

  • Suvarma suyundan qənaətlə istifadə etməklə, sudan istifadə əmsalını artırmaq lazımdır;

  • Su itkisini minumuma endirməli və ya tamamilə yol veril- məməlidir;

  • Toprpaq sahələrindən istifadə əmsalını yüksəltmək;

  • Suvarma suyunun sahədə bərabər paylanmasını təmin etmək- lə, aktiv torpaq qatının nəmləndirmək;

  • Aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsini təmin etməli;

  • Suvarılan torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmalı, onu şoranlaşmadan, bataqlaşmadan qorumalı;

  • Suvarma proseslərini avtomatlaşdırmaq və mexanikləşdirmək- lə, suçunun əmək məhsuldarlığını yüksəltmək;

  • Aqronomiki, ekoloji və iqtisadi cəhətdən əlverişli olmalıdır.

  • İrriqasiya tədbirlərinin həyata keçirilməsi ətraf mühitin vəziyyətini pisləşdirməməlidir.

Ancaq qeyd etmək lazımdır ki, hər bir suvarma üsulunun özü- nün məfi və müsbət cəhətləri vardır. Bunları nəzərə alaraq aqro- nomiki, ekoloji və iqtisadi cəhətdən əlverişli olan suvarma üsul- larından istifadə etmək lazımdır.

    1. Yerüstü üsulla suvarma

Suvarma əkinçiliyinin çoxillik təcrübəsi göstərir ki, insanların qədimdən başlayaraq apardıqları selləmə suvarma ərazilərdə ilkin təbii şəraitin dəyişilməsində çox mühüm bir rol oynamışdır.

Dünyada suvarma əkinçiliyində ən qədim və geniş yayılmış su- varma üsullarından əsası yerüstü üsulla suvarmadır. Yerüstü üsulla suvarmada əsas məqsəd torpağı lazımı nəmliklə təmin etmək, torpaq strukturunu pozmamalı, kənd təsərrüfatı bitkilərini optimal normada su ilə təmin etmək, suvarma suyundan səmərəli istifadə edilməsinə şərait yaratmaqdır.

Yerüstü üsulla suvarma aparılan sahədə ilk növbədə düzgün hamarlama işləri getməlidir. Çünki ərazinin relyefinin böyük əhə- miyyəti vardır. Yerüstü üsulla suvarma zamanı ərazinin relyefi nə

qədər hamar olsa bir o qədərdə suvarma suyu sahədə bərabər paylanar, nəticədə torpağın aktiv qatı normal həddində nəmlənər. Ərazidə irriqasiya eroziyası baş verməz və ya proses zəif gedər.

Yerüstü üsulla suvarmada suvarma texnikasının düzgün əsas- landırılması becərilən kənd təsərrüfatı bitkilərinin suvarma rejimi- nə uyğun olaraq istənilən vaxtda tələb edilən miqdarda suvarma suyunu suvarılacaq əraziyə vermək mümkün olur.Bu da öz növ- bəsində suvarılan ərazilərdə kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün torpağın aktiv qatında optimal su rejimi və bununla əlaqədar digər həyat amillərinin (istilik, qida və hava) rejimlərinin nizamlanması üçün şərait yaradır.

Yerüstü üsulla suvarma digər suvarma üsullarından sadə və tex- niki cəhətdən daha asanlıqla həyata keçirilir.Respublikamızda becərilən kənd təsərrüfatı bitkilərinin əksəriyyəti yerüstü üsulla su- varılır. Bu üsulla suvarmanın xarakterindən asılı olaraq suvarma zamanı müəyyən nöqsanlarla rastlaşırıq: torpaqlarda irriqasiya ero- ziyası baş verir, əkin sahələrində daha dəqiq hamarlama işlərinin aparılması tələb olunur, suvarma suyu sahədə bərabər paylanmır, suvarmanın keyfiyyəti aşağı olur, torpaqdan və sudan istifadə əm- salı aşağı düşür, həddindən artıq su itkilərinə yol verilir ki, bu da ərazinin şorlaşmasına, ekoloji tarazlığın pozulmasına səbəb olur.

Yerüstü üsulla suvarma dedikdə ərazinin şırımla, zolaqla və suya basdırma üsulu ilə suvarılması nəzərdə tutulur.



Şırımla suvarma – vegetasiya müddətində cərgəarası becərilən bitkilərin, meyvə, bağ və üzümlüklərin suvarılmasında istifadə olu- nur. Bu üsulla suvarmada suvarma suyu sahədə çəkilmiş şırımlara şırnaqlar şəkilində müvəqqəti arxlardan və ya ox arxlardan verilir. Şırımlarla axan su torpağın aktiv qatını nəmləndirərək, bitkilərin su ilə təmin olunmasına şərait yaradır, torpaq strukturunu yaxşılaş- dırır, torpaq kapilyarlala rütubətlənir, bitkilərin normal inkişafına müsbət təsir edir. Şırımla suvarma 4-5 saylı şəkillərdə verilmişdir.

Şırımlarla suvarma tətbiq edilən sahələrdə ərazinin relyefi nə qədər düz olsa bir o qədər də suvarmanın keyfiyyəti yüksək olar. Şırımlarla suvarmada icazə verilən maillik 0,002-0,007 arası gö- türülür. Bəzi hallarda isə maillik 0,02-0,03-dən artıq olduqda da

şırımlarla suvarmaya icazə verilir. Artıq maillikli sahələrdə şı- rımlarla suvarma tətbiq edildikdə şırım uzunluğu istiqamətində kiçik hissələrə bölünür.

En kəsik formasına görə şırımlar bir neçə formada olur: üçbu- caqşəkilli, parabolaşəkilli və trapesşəkilli.Bunlardan təsərrüfatlar- da ən geniş yayılanı üçbucaqşəkilli və trapesşəkilli en kəsik forma- lı şırımlardır.

Becərilən bitkilərin növündən, becərmə maşınlarının və alətlə- rin işlək hissələrinin enindən və torpağın mexaniki tərkibindən ası- lı olaraq şırımlar arası məsafə təyin edilir. Şırımın uzunluğu isə sa- hənin mailliyindən, becərilən bitkilərin növündən və torpağın me- xaniki tərkibindən asılı olaraq götürülür. Vegetasiya müddətində suvarma aparmaq üçün çərgəarası becərmədən sonra şırımlar çəkilir.

Şırımlar axarlıq xassəsinə görə iki formada –axar və kor şırım- lar olur. Suvarma suyu axar şırımlarla axaraq yavaş-yavaş torpağın aktiv - qatını isladır.Axar şırımlarla suvarma apardıqda su şırımın uzunluğu istiqamətində 85-90%-i qədər getdikdən sonra şırıma suyun verilməsi dayandırılır. Şırımla axan su quru qalan hissənin sonuna doğru hərəkət edərək onu isladır.

Kor şırımlardan mailliyi çox olan yerlərdə tətbiq edilir və burada şırımın uzunluğu az götürülür. Çünki şırımın uc tərəfi bağlanır və şırım su ilə doldurulur. Şırıma doldurulmuş su torpağa hoparaq aktiv qatı isladır. Cərgəarası becərmələr zamanı şırımın bağlanmış ucları dağıdılır və şırım yenidən bərpa olunur.

Şırımlarla suvarmanın zolaqla suvarmaya nisbətən müəyyən üstünlükləri vardır. Məsələn: torpağın aktiv qatının müntəzəm is- lanması, torpaq strukturunun pozulmaması, suvarma suyuna nisbətən qənaət edilməsi və s.

Şırımlarla suvarmada əsas məsələlərdən biri də suvarma işlə- rinin düzgün və vaxtında təşkilidir. Suvarma normaları və vaxtları düzgün təşkil edilmədikdə ərazidə irriqasiya eroziyası, su itgisi, bataqlaşma, torpaqların şorlaşması baş verirki, bu da kənd təsərrü- fatına yararlı torpaqların azalması ilə yanaşı məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir.

Zolaqlarla suvarma – başdan-başa səpilən bitkilərin (buğda, arpa, yonca, təbii ot bitkiləri və s) suvarılması zamanı tətbiq olu- nur. Bununla yanaşı arat suvarması, şoran torpaqların yuyulması zamanı da zolaqlarla suvarmadan istifadə olunur. Zolaqlarla suvar- ma zamanı sahənin mailliyi zolağın uzunu istiqamətində 0,0005- 0,02, eni istiqamətində 0,003-0,005 olduqda suvarmanın tətbiqi əlverişli hesab olunur. 6 saylı şəkildə yonca bitkisinin zolaqlarla suvarılması göstərilmişdir.

Zolaqlar enli və ensiz olmaqla iki yerə bölünür. Zolaqların eni əsasən toxum səpən aparatın eninə görə müəyyən edilir.Məsələn əyər səpici aparatın en götürümü 1,8 metrdisə onda zolağın eni uyğun olaraq 1,8; 3,6; 7,2m və s götürülə bilər.

Enli zolaqların eni isə sahənin relyefindən asılı olaraq 20-30 metr götürülə bilər. Maillik çox olduqda zolaq ensiz, maillik az ol- duqda isə zolaq enli götürülməsi məqsədəuyğun hesab edilir. Su- varma zamanı enli zolaqlardan istifadə etdikdə torpaqdan istifadə əmsalı artır .

Zolaqların uzunluğu ərazinin mailliyindən, becərilən bitkinin növündən və torpağın mexaniki tərkibindən asılı olaraq müəyyən edilir. Tarlanın səthi hamar, torpağın susızdırma qabiliyyəti az oduqda zolaqların uzun götürülməsi məsləhətdir.

Digər suvarma üsulları kimi zolaqla suvarmanın da bir sıra üstün cəhətləri vardır. Məsələn: suvarma suyu zolaq boyunca bərabər paylanaraq torpağın aktiv qatını isladır, texniki cəhətdən suvarma asan aparılır, suvarmada əmək məhsuldarlığının yüksək olması və s. Bununla yanaşı zolaqla suvarmanın mənfi cəhətləridə vardır. Beləki, torpağın strukturunun, qida və hava rejiminin pozulmasını və s buna misal göstərə bilərik.

Suya basdırma üsulu – əsasən çəltik bitkisinin suvarılmasında istifadə olunur.Bu üsulla suvarılacaq ərazidə xüsusi ləklərin hazır- lanması lazım gəlir. Ləklərin sahəsi yer səthinin mailliyindən tor- pağın susızdırma, susaxlama qabiliyyətindən, torpağın tipindən və sahəyə veriləcək suvarma normasından asılı olaraq müəyyən olu- nur.

Basdırma üsulu ilə suvarma fasiləsiz aparıldıqda qida maddələri

yuyularaq aşağı qatlara keçir, torpağın strukturu, istilik və hava rejimi pozulur. Bu da kənd təsərrüfatı bitkiləri yığldıqdan sonra torpağın münbitliyinin süni yolla artırılmasını tələb edir.Çəltik bitkisinin suya basdırma üsulu ilə suvarılması 7 saylı şəkildə öz əksini tapmışdır.


    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin