Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev



Yüklə 2,38 Mb.
səhifə8/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
N 81

Torpağın su xassələri

Torpağın su xassələri aşağıdakı kimi səciyyələnir:1) torpağın sututumu (susaxlama qabiliyyəti); 2) torpağın susızdırma qabiliy- yəti; 3) torpağın suqaldırma qabiliyyəti; 4) torpağın su buxarlan- dırma qabiliyyəti.

Torpağın hüdudu tarla sututumu qabiliyyəti həddən artıq isladıl- mış torpağın sərbəst suyu axdıqdan sonra uzun müddət özünü sax- laya biləcəyi suyun miqdarına deyilir. Bu göstərici torpağın əsas aqronomiki göstəricilərindəndir. Tarla sututumundan artıq olan su, torpaqda qısa müddətdə qalır, tezliklə aşağıya doğru sızır. Tarla sututumuna bərabər miqdar su, torpağın norma həddində nəmlən- məsinin yuxarı hüdududur. Kənd təsərrüfatı bitkilərinin istifadə edə biləcəyi nəmliyin aşağı hüdudu isə davamiyyətli soluxma nəmliyidir.

Torpağın tarla sututumu Q.S.Tarasyuk, V.Y.Kobayev tərəfin- dən müxtəlif üsullarla təyin edilmişdir.

Torpaqda aşağıdakı sututumları vardır.


  1. Torpaqda nisbi sututumu-buna torpağın kapilyar sututumu da deyilir. Torpaqda olan su bu zaman ancaq kapilyar boşluqlara dol- durulmuş olur.

  2. Torpağın tam sututumu-onun kapilyar və kapilyar olmayan boşluqların hamısını doldurmuş suyun miqdarıdır.

  3. Torpağın maksimal molekulyar sututumu-torpaqda molekul- yar qüvvələr tərəfindən saxlanıla biləcək suyun miqdarıdır.

Torpağın özündə bu və ya başqa miqdarda su saxlaması onun tərkibində olan müxtəlif maddələrdən asılıdır.Torpaq mexaniki tər- kibcə ağır (gilli) olduqca onun özündə saxlaya biləcəyi suda artıq olacaqdır.Torpağın daxilində sudan şişmə qabiliyyəti artıq olan birləşmələr (kolloid maddələr, çürüntü) çox olduqda onun özündə su saxlamaq qabiliyyəti də artıq olacaqdır.

Torpaqda olan duzlarda torpağın sututmuna təsir göstərir. Müəyyən olunmuşdur ki, nitrat və xloridlər torpağın sututmunu artırır. Əksinə olaraq qələvilərin karbonat birləşmələri (K2SO3, Na2SO3) torpağın sututmunu aşağı salır.

Müxtəlif mexaniki tərkibli torpaqların susaxlama həddi 5 saylı cədvəldə göstərilmişdir.
Cədvəl 5.

Müxtəlif mexaniki tərkibli torpaqların susaxlama həddi

(B.M.Leqostayev və B.Konkova görə)




Torpaq tipləri

Ümumi məsaməliliyə görə

torpağın susaxlama qabiliyyəti, %-lə



Torpağın susaxlama qabiliyyəti,

Adi torpaqlar üçün

Şorlaşmış torpaqlar üçün

Gilli

75-80

85-95

Ağır gilli

65-70

75-90

Orta gilli

55-65

70-80

Yüngül gilli

50-60

60-70

Qumlu

40-50

50-60

Qumlu-gilli

35-40

40-50

Qum

25-35

30-40


Torpağın susızdırma qabiliyyəti. Suyu sızdırıb müəyyən sü- rətlə daha dərin təbəqələrə keçməsi, torpağın mexaniki tərkibindən və strukturundan asılıdır. Məsələn: iri dənəli qum və qumlu tor- paqlar şəraitində su damcıları öz ağırlıq təsirindən sürətlə torpağın dərin təbəqələrinə keçir. Diametri 0, 01 mm-dən kiçik torpaqlarda su damcıları yuxarıdan aşağıya doğru çox yavaş hərəkət edir. Su- sızdırma qabiliyyətinin torpaqların suvarılması, yuyulması üçün böyük əhəmiyyəti vardır. Məsələn: daş, çınqıl, qum və s ilə qarışıq torpaq şəraitində sahələrə verilən su, torpağın şum təbəqəsindən tezliklə axıb daha dərin təbəqələrə yığışdığı üçün bitkilər sudan is- tifadə edə bilmir. Yaxşı susızdırma qabiliyyətinə malik olan şoran torpaqlar yuyulduqda, su tez hopduğu üçün torpağın şum təbəqə- sindəki duzlar həll olunur və su ilə birlikdə aşağı təbəqələrə süzü- lür. Əksinə mexaniki tərkibinə görə zəif susızdıran ağır torpaqlarda su torpağa tədricən hopduğu üçün bitki kökləri yerləşən təbəqədəki duzları su yuyub aşağı qatlara ötürə bilmir. Buna görə qeyd edilən hər iki halda, müvafiq becərmə tədbirləri tətbiq etməklə, torpağın susızdırma qabiliyyətini süni surətdə tənzimləmək mümkündür.

Kənd təsərrüfatı bitkiləri becərmək üçün yaxşı susızdırma qabiliyyətinə malik olan torpaqlardan, orta dərəcəli gilli torpaqlar daha məqsədəmüvafiq sayılır.

Torpaqda suyun təsirindən şişmə qabiliyyəti artıq olan kolloid maddələrin və çürüntünün çox olması onun susızdırmasını azaldır. Bu maddələr suyu özündə saxlayıb, şişərək suyun hərəkət edəcəyi yolları bağlayır.

Torpağın suqaldırma qabiliyyəti:Suyun kapilyarlar vasitəsilə müəyyən hündürlüyə qalxmasına torpağın suqaldırma qabiliyyəti deyilir. Torpaqdakı məsamələrin diametrindən asılı olaraq torpaq- da suyun qalxma sürəti və qalxa biləcəyi hündürlük müxtəlif olur. Torpaq boşluğunun diametri böyük olduqca suyun yuxarı qalxma sürətidə böyük olacaq və syun qalxa biləcəyi hündürlük az olacaq. Əksinə torpaq boşluğunun diametri kiçik olduqda, suyun yuxarı qalxma sürətidə az olacaq və syun qalxa biləcəyi ümumi hün- dürlük artıq olacaqdır.

Torpağın suqaldırma qabiliyyəti bitkilərdən ötrü suvarmaların sayını, suvarma rejimini, ərazi üçün nə kimi meliorasiya tədbirləri müəyyən edilməsində böyük əhəmiyyəti vardır.Bu baxımdan təcrübələrdən aşağıdakılar məlum olmuşdur.



  1. Mexaniki tərkibinə görə yüngül, iri dənəvər torpaqlarda su kapiliyarlar vasitəsilə tez ancaq az hündürlüyə, xırda dənəvər ağır torpaqlarda isə su çox hündürlüyə çıxır. Lakin torpaq məsamələri- nin diametri 2-2,5 mm olanda su kapiliyarlar vasitəsilə yuxarı qalxmır.Torpaq mikrostrukturlu, yəni onun diametri 0, 05-0, 1 mm olanda, suyun kapilyar üzrə daha sürətlə çox hündürə qalxması müşahidə olunmuşdur.

  2. Torpaq hissəcikləri çox parçalandıqda və ya torpaq bərkiyən- də, yəni onlarda ən nazik kapilyarlar əmələ gələndə (ağır gilli torpaqlarda) kapilyarlar üzrə suyun yuxarı qalxması zəifləşərək tamam dayanır.

  3. Strukturlu torpaqlarda suyun yuxarı qalxma sürəti və hündür- lüyü, struktursuz torpaqlara nisbətən zəif olur.Şorlaşmaya meyilli olan torpaqlarda struktur yaratmaq üçün növbəli əkin tətbiq edil- məsi məsləhət bilinir.

  4. Su kapilyarlarla yuxarıya doğru qalxdıqca qalxma sürəti zəifləşir.

Təbii şəraitdə kapilyarların ölçüləri və suyun kapilyarlarla qalx- ma sürəti və hündürlüyü torpağın mexaniki tərkibindən asılıdır. Buna görə geniş kapilyarlar ilə xarakterizə edilən qumlarda su bə- zən birinci saat ərzində çox tez qalxmasına baxmayaraq, 0,5 metr- dən yüksəyə qalxa bilmir. Gilli və xüsusən cillicəli torpaqlarda kailliyarlar çox nazik olduğu üçün su 4-5 m-ə və bəzən daha hün- dürə qalxır. Ağır və bərk torpaqlarda isə bu proses üçün azı 2-3 ay sərf edilir.

Gilli torpaqlar şəraitində suyun kapilyarlarla yuxarı qalxma hündürlüyünü orta hesabla 2-3 m qəbul etmək məsləhət görülür.

Suyun kapilliyarlarla yuxarı qalxma sürəti və səviyyəsi, suda həll olunan duzların tərkibindən və miqdarından asılıdır. Kravko- vaya görə məhlulda natrium xlorid, natrium sulfat, kalsium karbo- nat kimi duzların konsentrasiyası artanda suyun kapilyarlarla yuxa- rı qalxması zəifləşir, məhlulda kalsium sulfat duzu olanda isə ək- sinə artır.

Müxtəlif torpaqlar üçün suyun kapilyarlarla yuxarı qalxma hündürlüyü 6 saylı cədvəldə göstərilir.

Cədvəl 6.

Torpaqda suyun kapilyarlarla yuxarı qalxma hündürlüyü

(N.A.Kaçinskiyə görə)




Torpaqların növü

Suyun kapilliyarlarla maksimal hündürlüyə qalxması, sm-lə

Gilli

400-500

Ağır gilli

300-400

Orta gilli

200-300

yüngül gilli

150-200

Qum qarışıq

100-150

Qum

50-100

Tədqiqatlar sübut edir ki, yüngül mexaniki tərkibli torpaqlarda suyun kapillyarlarda hərəkət surəti və kapillyarlarla qaldırılan su- yun miqdarı çoxdur, lakin kapillyarların su qaldırma qabiliyyəti

çox aşağıdır. Orta mexaniki tərkibli torpaqları əmələ gətirən hissə- ciklərin ölçüləri və quruluşu elədir ki, burada həm torpağın kapil- lyarlarının su qaldırma qabiliyyəti, həm də kapillyarlarla qalxan suyun miqdarı çoxdur.

Ağır mexaniki tərkibli torpaqlarda kapillyarların su qaldırma qabiliyyəti çox yüksəkdir, lakin kapillyarlarda suyun hərəkət surəti və onlarla qaldırılan suyun miqdarı çox azdır.



Torpağın su buxarlandırma qabiliyyəti:Torpaq özündə saxla- dığı suyu müxtəlif sürətlə buxarlandırır.Torpağın səthindən suyun buxarlanmasına bir sıra amillər təsir göstərir. Bunlardan torpağın mexaniki tərkibi və strukturasının təsirini xüsusi qeyd etmək lazımdır. Torpaq narın olduqda hissəciklər arasında qalan məsamə- lərin diametri kiçik olduğundan bu yolla rütubət torpaq səthinə asanlıqla qalxır və oradan intesiv buxarlanma gedir.

    1. Torpağın nəmlik xüsusiyyətləri

Torpağın kapilyar və qeyri-kapilyar məsamələrinin su ilə tam dolması onun tam su tutumunu təşkil edir. Torpağın su tutumunda onun şişmə dərəcəsini də nəzərə almaq lazımdır.Məsələn kipləşmiş torpaq isladılarkən havada quru haldakı məsamələrində yerləşə biləcək sudan çox su tutur. Bu yalnız şişmənin hesabınadır. Tam su tutumuna malik olan torpaq su ehtiyatının hamısını saxlaya bilmir. Makro məamələrdə olan hissə öz ağırlğı ilə aşağıya doğru yönəlmiş olur və qravitasiya suyunu təşkil edir.

Torpağın kapilyarlarında olan suya kapilyar su deyilir. Kapilyar su ilə tam doymuş hala torpağın kapilyar su tutumu deyilir.

Su kapilyar borularda (qrunt suları dərində deyilsə) daima ka- pilyar su tutumuna bərabər miqdarda qala bilər. Kapilyar suyun hərəkət sürəti və qalxma hündürlüyü kapilyar məsamələrin ölçü- sündən asılıdır.

Tarla şəraitində, xüsusilə cənub rayonlarda torpaq az müddətdə kapilyar su tutumuna qədər islana bilər, çünki aşağıdan yuxarıya doğru qrunt sularının daimi axımı olmur.Bərk yağışlardan sonra torpaqda kapilyar su tutumuna qədər islanma gedir.Suyun bir hissəsi qravitasiya suyu ilə aşağı qatlara axdıqdan sonra torpaqda

tarla su tutumu halı başlayır.

Qrunt suları dərin olan yerlərdə torpaq tərəfindən saxlanılan suyun qrunt suları ilə əlaqəsi olmadığından belə suya asılı halda qalmış su deyilir.

Torpaqda su ehtiyatı aşağıdakı formula ilə tapılır. W=10000xHxPq/100=100HPq

Burada: H-torpaq layının qalınlığı m-lə.

P-torpağın həcm çəkisi q/m3

q- tarla su tutumu şəraitində torpaq nəmliyi %-lə

Tarla su tutumu torpağın mexaniki tərkibindən asılıdır və V.M.Romanova görə aşağıdakı hüdudlar arasında dəyişir.

Torpaqda çürüntü maddəsi nə qədər çox olarsa onun su tutu- muda bir o qədər çox olar.

Torpaq səthindən aşağı 30-40 sm-lik qatda üstdən torpaq təzyiqi olduğundan torpağın su tutumu nisbətən az olur. Təcrübələr gös- tərir ki, tarla su tutumunun 50-60 %-dən aşağı nəmlikdə olduğu halda, bitki özünü yaxşı hiss etmir və suvarmaq lazım gəlir.


Cədvəl 7.

Mexaniki tərkibindən asılı olaraq torpaqların tarla su tutumu ( V.M.Romanova görə)

Torpaqlar

Su tutumu (torpaq

həcminə görə %-lə )



Bir metrlik qatda su

ehtiyatı hektarda m3-la



Qumlu

15-18

1500-1800

Qumsal

22-24

2200-2400

Gillicə

26-28

2600-2800

Gilli

34-38

3400-3800

Gilli qara torpaq

38-41

3800-4100




    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin