Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Su rejimi və onun nizamlanması yolları



Yüklə 2,38 Mb.
səhifə5/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   2   3   4   5   6   7   8   9   ...   41
N 81

Su rejimi və onun nizamlanması yolları




    1. Bitki həyatında və torpaqda suyun əhəmiyyəti

Su bitki üçün mütləq lazım olan həyat amillərindən biridir. To- xumun cücərməsindən başlamış vegetasiyanın sonuna qədər bitkilər sudan istifadə edirlər.

İstər toxumlar cücərən zaman və istərsədə ümumiyyətlə orqa- nizmdə gedən bütün fermentativ proseslər bitkilərdə yalnız müəy- yən bir nəmlikdə baş verə bilər. Nəmlik çox və ya az olduqda toxum rüşeyim hüceyrələrinin protoplazmasında geri dönməyən kollodial-kimyəvi dəyişikliklər baş verir ki, bununda nəticəsində toxum cücərmə qabiliyyətini itirir.

Havada quru halda toxumda nəmlik az (9-12%) olduğundan fermentativ proses yox dərəcəsində olur və oyanma-cücərmə getmir.Müxtəlif bitkilərin toxumları öz çəkilərinin müəyyən bir misli qədər su udduqdan sonra fermentlərin təsirindən onların ehtiyacını qida maddələri (zülallar, yağlar, sulu karbonlar) özləri- nin bəsit tərkib hissələrinə parçalanır və yeni əmələ gəlməkdə olan toxuma, orqanların hüceyrələri həmin bəsit maddələrlə aminobir- ləşmələr, yağ turşuları, şəkər və s ilə təmin olunurlar.

Cücərmə üçün əsas bitki toxumları öz çəkilərinə görə faizlə ən azı aşağıdakı miqdarda su udulmasını tələb edirlər.

Buğda 45-50 yonca 55-60

Qarğıdalı 45-50 pambıq 100-110

Arpa 50-55 şəkər çuğunduru 120-130

Vələmir 60-65

Görünür suyun belə müxtəlif miqdarda udulması toxumun kim- yəvi tərkibi birinci növbədə isə onların tərkibində olan hidrofil maddələrin miqdarı ilə əlaqədardır. Suyun udulmasında rüşeym tərkibindəki hidrofil kolloidlərdən zülallar mühüm rol oynayırlar. Şəkərlər də osmotik xüsusiyyətlərə malik olduğundan suyun udul- masında əsas rol oynayırlar.

Bitkilərin su rejiminə təsir edən əsas göstəricilərdən biri suyun köklərə daxil olma sürətidir. Bu isə əsasən torpağın qida maddələri

ilə zənginliyindən, qida məhlulunun osmotik təzyiqindən asılıdır. Qida ilə, xüsusilə nitratlarla zəngin məhlulda suyun köklərə daxil olması və köklərin tənəffüsü intensiv gedir.Bunların normal getməsi üçün torpaqda optimal nəmlik olmalıdır.Artıq nəmlikdə qida maddələri çox olsada köklərin tənəffüs intensivliyi azaldığın- dan su və qidanın köklər tərəfindən qəbulu tormozlaşır və böyümə prosesi ləngiyir.Torpaqda nəmlik az olduqda su daha qənaətlə sərf edilir, transpirasiya əmsalı aşağı düşür, transpirasiya məhsuldarlığı artır, ancaq bitkinin məhsuldarlığı isə azalır.

Qida maddələrindən məhsulun artmasnda və bitkilərin sudan səmərəli istifadəsində əsas rol azotun üzərinə düşür.Azot boy pro- seslərini bütün vegetasiya dövründə tezləşdirir, fosfor yarpaqların qocalmasına və ölçülərinin azalmasına səbəb olur.Kalium bitkinin böyüməsinin son mərhələsində daha yararlı olub onların qocal- masını ləngidir.

Qida maddələrini bitkilər torpaqdan yalnız 1000 hissə suda 1-2 hissə həll olunmuş oksidləşmiş mineral duzlar şəklində olduqda qəbul edirlər. Deməli qida maddələrinin bitkiyə daxil olması və hərəkəti də çoxlu miqdarda su udulması ilə əlaqədardır.Yarpaq səthindən buxarlanma getdikcə onun yerinə yeni hissə su osmos- diffuziya yolu ilə bitkiyə daxil olur və bitki hüceyrələrində turqor vəziyyətini daim saxlayır.Su gübrələrin sahə boyunca torpaqda bərabər paylanmasına da səbəb olur.

N.S.Petinov, Q.V.Lebeded və T.F.Polixronidi tədqiqatlarından məlum olur ki. bitki orqanlarında az miqdarda su çatışmazlığı meydana gəldikdə belə o fizioloji-biokimyəvi proseslərin intensiv- liyi və istiqamətinə təsir göstərir, nəticədə bitkinin inkişafı zəif- ləyir, məhsuldarlığı aşağı düşür.

Bitki özü sərbəst olaraq üzvi madə istehsal etməyə , yəni fotosintez başladıqda isə üzvi maddənin əmələ gəlməsi müəyyən miqdarda enrrji ayrılması ilə əlaqədardır.Bu enerji dəf edilməzsə orqanizm ondan zərər çəkər, fotosintez böyümə və inkişaf da da- yanmış olar.Bitkidən suyun buxarlanması yaranmış optimal tem- peraturanın azalması ilə nəticələnir və bitki orqanizmində hərarət sabit saxlanılır. Suyun buxarlanması sanki daxili yanacaq mühər-

riklərindəki radiatoru-soyuducunu xatırladır və izafi hərarətin ziyanlı tərəflərini aradan qaldırır. Suyun buxarlanması həm də yeni hissə suyun bitkiyə daxil olmasına səbəb olur.

Su orta hesabla bitki yarpaqlarının 20-95%-ni, gövdəsinin 50- 55%, toxumların isə 9-12%-ni təşkil edir.Yarpaq sutka ərzində onda olan nəmlikdən çox su buxarlandırır.

Fotosintez zamanı bitkilərin üzvi maddə əmələ gətirməsində də su bilavasitə iştirak edir.Torpaqda və bitki həyatında suyun əhə- miyyəti olduqca böyükdür.

Akademik K.A.Timiryazev bitkidə olan suyu iki formaya ayırır:



  1. Su bitkinin bütün canlı toxumalarının tərkibinə daxil olaraq, yarpaq və budaqların 59-75%-ni, kökün 60-85%-ni, meyvələrin isə 85-90%-ni təşkil edir.

  2. Digər forma isə transpirasiyaya sərf olunan sudur. Suyun bitki həyatında əsas rolu aşağıdakılardır:

  1. Torpaqlardan daxil olan mineral maddələrin və bitki daxilində əmələ gələn üzvi maddələrin (şəkər, amin turşuları. Aşılayıcı maddələr və s) həll edilib mənimsənilməsinə şərait yaradır.

  2. Toxumaların turqor vəziyyətdə qalmasını təmin edir. Hücey- rələrdə kimyəvi dəyişikliklərin gedişi üçün tələb olunan şəraiti yaradır.

  3. Nüvə və hüceyrələrin qurulmasında iştirak edir.

Su çox istilik tutumuna malik olduğundan torpağın istilik reji- minin kəskin dəyişdirilməsinə səbəb olur.Rütubətli torpaqlar yavaş isinirlər. Deməli rütubətli torpaqlarda istilik nisbətən sabit qalır. Suvarılmayan torpaqlarda temperatura quru torpaqlara nisbətən bir neçə dərəcə aşağı olur.Bu isə torpaq mikroflorasına və köklərin inkişafına öz təsirini göstərməmiş olmur.Bu məsələ kökümey- vəlilərin və köküyumuruların yeraltı hissələrinin inkişafında özünü çox göstərir, bitkilərin ən isti yerlərdə belə becərilməsinə imkan verir. Xurma bitkisinin səhralıq yerlərdə becərilməsinin mümkün olması məhz əsasən bu məsələ ilə əlaqədardır.

Su atmosferin bitkiyə yaxın olan yerlərində də mikroiqlimi də- yişdirərək isti yerlərdə bitkilərin yaxşı inkişafı üçün şərait yaradır.

Su torpağın fiziki xüsusiyyətlərini yaxşılaşdırır, kimyəvi və

mirobioloji prosesləri kəskin surətdə dəyişdirir, bitkilər üçün lazımlı qida maddələrinin çox toplanması istiqamətinə yönəldir.

Qeyd edildiyi kimi, bitkilər 1000 hissə sudan yalnız 1,5-2,0 his- səsini qida maddələri ilə birlikdə bilavasitə istifadə edirlər, qalan hissəsi isə buxarlanmaya sərf olunur.Bu göstərici ayrı-ayrı bitkilərdə müxtəlif olur. 1qram yerüstü kütləyə görə kartof 0,46, noxud 0,76, buğda 1,30, arpa 1,67, vələmir 1,94qram su sərf edir.

A.Strijev tədqiqatlarından məlum olur ki, şəkər çuğunduru 1 sentner məhsula 1, 0, kartof 20 və çovdar 100 sentner su tələb edir. Bir vegetasiya dövründə ağcaqayın 7 min litr, 100 illik fısdıq 9 min litr su tələb edir.Qarğıdalının bir bitkisi böyümə və inkişafı dövründə özündən 200 litr su keçirir. Kələmin bir başı bir sutkada

bir kiloqram buğdanın gövdəsi isə 50 qrama qədər su sərf edir.

Bitkilərin su buxarlandırmasına müxtəlif uyğunlaşmaları vardır. Məsələn meşə altında nisbətən az işıqlıqda inkişaf edən bikilər az su sərf etdiklərinə görə enli yarpaqlı olurlar. Onların kök sistemidə zəif inkişaf etmiş və az sorma qabiliyyətli olur.Odur ki, meşə qırıldıqda belə bitkilər tez tələf olur və digərləri nisbətən yaranan şəraitə uyğunlaşmışlarla əvəz olunurlar.

Quraqlıq bitkilərin yeraltı hissələri çox inkişaf etmiş olur. Mə- sələn: Dəvətikanının kökü 20m dərinə işləyir. Xırda yarpaqlar (çox zaman tikana çevrilir) yaxşı mantar qata, yarpaqları artıq istidən mühafizə edən tükcükdən, ağızcıqların dərində yerləşməsi, bürkü vaxtı yarpaqların bükülməsi və s səhra bitkilərinə su çatışmamaz- lığında dözümlülük qabiliyəti verir. Belə bitkilər su sərfi mədaxilindən 25% artıq olduqda belə dözürlər.

Ümumiyyətlə bitkilərin öz kütlələrini əmələ gətirərkən hər va- hid quru maddənin yaranması üçün sərf etdikləri suyun miqdarına transpirasiya əmsalı deyilir.

Ayrı-ayrı bitkilərin transpirasiya əmsalı müxtəlif olur. Trans- pirasiya əmsalını bilərək alınan ümumi məhsulun yetişməsi üçün (bitki qalığı və yeraltı hissənin miqdarınıda nəzərə almaqla) ümumi su sərfiyatını təxminən hesablamaq mümkündür.

Transpirasiya əmsalı həmişə bir qaydada qalmır və çox böyük hüdudlar arasında tərəddüd edir.Çünki transpirasiyaya bir çox

amillər əsaslı təsir göstərir və onu dəyişdirir.Ona görədə ədəbiy- yatda eyni bir bitkinin müxtəlif transpirasiya əmsalı göstərilir.

Professor A.A.Çerkasovun apardığı bir çox tədqiqatların nəticələrindən məlum olur ki, müxtəlif bitkilərin 1kq quru maddə yaratmaq üçün sərf etdikləri suyun miqdarı (transpirasiya əmsalı) 3 saylı cədvəldə göstərildiyi kimi olmuşdur.


Cədvəl 3.

Müxtəlif bitkilərin 1kq quru maddə yaratmaq üçün sərf etdikləri suyun miqdarı

Bitkilər

Transpirasiya

əmsalı Ktr



Bitkilər

Transpirasiya

əmsalı Ktr



Buğda

271-639

Kartof

285-575

Çovdar

431-634

Kələm

250-600

Arpa

404-664

Qarpız

577-600

Vələmir

423-874

Yemiş

597-621

Qarğıdalı

239-495

Qabaq

686-834

Hind darısı

239-308

Xiyar

713

Çəltik

395-811

Pomidor

500-650

Noxud

365-747

Üçyarpaq yonca

330-731

Darı

177-367

Yonca

568-1068

Şəkər çuğunduru

304-377

İynəyarpaq meşə ağac cinsləri

573-1043

Pambıq

368-650

Şam

110-123

Kətan

400942

Küknar

80-242

Çətənə

435-767







Günəbaxan

490-577






Transpirasiyaya təsir edən hər hansı bir amil olursa olsun, onun bitkinin transpirasiyasındakı yüksək əhəmiyyəti yalnız bitkinin qa- lan amillərlə təmin olunduğu zaman həyata keçirilir.Məsələn əgər torpaqda bitkiyə lazım olan miqdarda qida maddələri yoxdursa bitki vahid quru maddə əmələ gətirmək üçün çox su sərf edir.Digər bir misal;işığın az düşməsi, yaxud zəif olması bitkinin üzvi maddə əmələ gətirməsi üçün su sərfiyyatını artırır və s.

Bitki su ilə az təmin olunduqda da torpağa gübrənin, yaxud çatışmayan qida maddələrinin verilməsi və onun digər amillərlə təmin edilməsi transpirasiya əmsalına müsbət təsir göstərir.

Bitkilərin suya olan tələbatı onların növü və sortu ilə bərabər yaşayış şəraiti ilə sıx bağlıdır.Onlardan istilik, işıq, hava, torpaq nəmliyi, qida maddələri, qida elementləri və bitkilərin bunlara mü- nasibəti, torpaq məhlulunun reaksiyası, kəsafəti, makroelementlər, küləyin gücü, sürətini və s göstərmək olar.Təcrid olunmuş bir ami- lin transpirasiyaya təsirinin öyrənilməsi həmişə mənfi nəticə verir.

Xarici təsirlərdən başqa bitkinin yaşınında onun iş məhsuldarlı- ğına təsiri böyükdür. Cavan yarpaq səthi, yaşlıya nisbətən intensiv, yəni məhsuldar işləyir və vahid quru maddənin əmələ gəlməsi üçün nisbətən az su sərf edir.

Bitkilərin suya olan tələbatına vegetasiya dövrünün uzunluğu və ümumi yarpaq səthi əsaslı təsir göstərir.Əlbətdə vegetasiya dövrü uzun olan bitkilər çox da su sərf edirlər.

Ümumi yarpaq səthi bitkilərin sıxlığı və hər bitkinin yarpaqla örtülmə dərəcəsi ilə əlaqədardır.Bitki sıxlığı dənli bitkilər, birillik yem bitkiləri və lifli bitkilər üçün, yarpaqla örtülmə dərəcəsi isə paxlalılar və yağlı bitkilər üçün xarakterikdir.

Məlumdur ki, yağlar zülallara nisbətən, zülallarda sulu karbon- lara nisbətən yüsək kaloriyə malikdirlər. 1q yağ yanarkən 950, zülal 550, sulu karbonlar isə 400 kalori istilik verir.Bitki nə qədər yüksək kalorili maddələr sintez edərsə, onlrın vahid miqdarını yaratmaq üçün də bir o qədər çox su sərf edir.Odur ki, yağlı və çox zülallı məhsullar əmələ gətirən bitkilərin yuxarıda qeyd etdiyimiz kimi transpirasiya əmsalıda artıq, sulu karbonlu məhsullar əmələ gətirənlərdə isə nisbətən aşağı olur.

Bundan başqa azotsuz sulu karbonların plastidlər tərəfindən azotlu biləşmələrə çevrilməsi zamanı yüksək hərarət alınır ki, bunun nizamlanması üçün də çox su buxarlandırmaq lazım gəlir.

Meteoroloji amillərdən transpirasiyaya ən çox təsir edən işıqdır. İşıq artdıqda ümumi transpirasiyada artır və bitki daha məhsuldar işlədiyindən transpirasiya əmsalı aşağı düşür.

Səhərlər bitkilərdə transpirasiya ən az olur, sonralar artır və axşam tərəfi yenə su sərfiyyatı kəskin azalır.Nisbətən quru illərdə transpirasiya əmsalı artıq olur və məhsuldarlıq əksinə aşağı düşür.

Küləkli havada hüceyrələrdən su buxarlanması kəskinləşir,

transpirasiya əmsalı artır və xüsusilə quru küləkli havalarda daha çox olur.Çox isti və quru havalarda yarpaq ağızcıqları o qədər açılır ki, hətta torpaqdan bitkinin qəbul etdiyi su transpirasiyaya sərf olunan suyun yerini doldura bilmir.

Transpirasiyaya torpaq şəraitinində müəyyən təsiri vardır. Tor- paq məhlulunun osmotik təzyiqi nə qədər artıq olarsa, transpirasiya əmsalıda o qədər az olur.

Strukturalı torpaqlarda da transpirasiya əmsalı aşağı olur. V.V.Klasnikovun təcrübələrində aqreqatların iriliyi 0-3mm olan torpaqda becərilən buğdanın transpirasiya əmsalı 366 olduğu hal- da, torpaq aqreqatları 1-2mm olduqda 330 olmuşdur.Alim bunu onunla izah edir ki, torpaq strukturacan yaxşılaşan zaman aerob mikroorqanizmlərin fəaliyyəti nəticəsində torpaqda mineral mad- dələr çox olduğundan torpağın osmotik təzyiqi artır və bitkilərin transpirasiya əmsalı aşağı düşür.

Gübrələnmiş və gübrələnməmiş fonda nəmliyin artması bitki- lərin transpirasiya əmsalını arırır. Ancaq gübrələrin verilməsi tor- pağın su ehtiyyatından nisbətən səmərəli istifadəni təmin edir.

Ümumiyyətlə bitkilər eyni zamanda və bütün həyat amilləri ilə təmin olunduqda su ehtiyyatından daha səmərəli istifadə edirlər.Bu qanunauyğunluq elmi əkinçiliyin banilərinin qabaqlar qeyd etdi- yimiz kimi irəli sürdükləri elmi mülahizələrin doğru-dürüstlüyünü bir daha sübut edir.Hər bir həyat amilinin maksimal səmərəliliyi bitkinin digər həyat amilləri ilə təmin olunduğu zaman əldə edilir.

Bitkilərin su sərfiyyatı onların əsas inkişaf fazaları ilə cücərtilə- rin alınması, kollanma, çiçəkləmə, yetişmə fazaları ilə sıx əlaqə- dardır. Bu fazaların keçməsi dənli bitkilərdə daha aydın biruzə verir.

Dənli bitkilərdə xüsusilə payızlıqlarda cücəti alınandan kollan- ma fazasına qədər ümumi yaşıl kütlənin sahəsi az olduğundan və kök siteminin hələ zəif inkişaf etməsinə görə sudan istifadə digər dövrlərə nisbətən az olur. Bitkilərin kollanma fazasında suya olan tələbatı artır və torpağın əkin qatında su ehtiyatı həlledici əhəmiy- yətə malik olur.Gələcəkdə süd-mum yetişmə dövründə yarpaqların bir qismi tələf olduğundan bitkilərin su sərfiyyatı xeyli azalır.

Deməli dənli bitkilər kollanma fazasında ən çox su tələb edir. Bu dövrdə yeni əmələ gələn cavan zoğlar, yarpaqlar və s toxumalar suyu daha çox buxarlandırırlar.

Pambığın vegetasiya dövründə su məsarifini 100% götürsək, qönçələməyədək 8-10%, qönçələmədən çiçəkləmənin başlanğıcına qədər 13-15%, çiçəkləmə-barəmələgətirmə dövründə 60-70%, ba- rın yetişməsi dövründə 10-15% su sərf olunur.

Müxtəlif kənd təsərrüfatı bitkilərində suya olan ən çox tələbat aşağıdakı inkişaf dövrlərinə təsadüf edir: payızlıq buğda-kollanma və sünbülləmə, qarğıdalı-çiçəkləmə və süd yetişmə, vələmir- süpürgə əmələgətirmə qabağı, sorqo və darı - çiçəkləmə, günə- baxan-səbət əmələgətirmə və çiçəkləmə, pambıq - çiçəkləmə və qozatutma, bostan bitkiləri - çiçəkləmə və yetişmə, kartof- çiçəklə- mə və yumruları, meyvələri əmələgətirmə dövründə və s.

Ümumiyyətlə kəskin dövrlərin davamiyyəti bitkilərin suya tələ- batını təyin edən əsas şərtlərdən biridir.Əlbəttə bitkilərin suya olan ümumi tələbatına kollanma dövrünün uzunluğuda təsir edir. Bəzən bitkilərin kollanma dövrünün davamiyyətinə görədə qruplaşdı- rırlar:

Məsələn: 1-ci və 2-ci qruplar – efemerlər. Efemerlik birinci kök fazanı keçmə müddətinin (xüsusən 2-ci fazanın) qısa olması ilə fərqlənir. Bi qruplarda vegetasiya müddəti və kollanma fazası müddəti qısa olur.



  1. cü qrupa qısa kollanma müddəti olan az kollanan yazlıqlar və kollana fazası payızda olan payızlıqlar, xüsusən çovdar sortları daxildir.

  2. cü qrup-yazlıq buğdalar, ikicərgəli arpalar və kollanması yazda olan payızlıq taxıllar.

  3. ci qrup-enliyarpaqlı vegetativ orqanlarının uzun müddətli inkişaf fazası olan dənli paxlalılar.

  4. cı qrup-texniki bitkilər və kökümeyvəlilər.Bunlarda birinci faza birinci ildə, ikinci faza dörd aya qədər çəkir.

Sonrakı üç qrup (7;8;9-cu) çoxillik ot bitkilərini birləşdirir. Burada istər dənli və istərsədə paxlalı bitkilərin vegetasiya dövrü nə qədər uzun olursa, bir o qədərdə onlar çox su tələb edirlər.

Çünki çoxillik otlarda kollanma fazası çiçəkləmədən başlayır və yetişmə dövrünü əhatə etməklə qışa qədər uzanır.

Mədəni bitkilər həyat amillərinə görə mötədil tropik və s bitkilərə, qida maddələrinə olan tələbata görə isə kökümeyvəlilər, texniki bitkilər, dənlilər, paxlalılar və s deyə qruplaşdırıldığı kimi suya olan tələbatlarına görə aşağıdakı qruplara bölünür. (cədvəl 4)
Cədvəl 4 Mədəni bitkilərin suya olan tələbatlarına görə qruplaşdırılması.


s/s

Qrupların qısa təsviri

Torpağın tam su tu- tumuna görə %-lə su

ehtiyatına olan tələbatı



1

Taxıllar fəsiləsinə aid olan tez yetişən yem bitkiləri

10-20

2

Cənub, şimal və dağ yazlıq dənli bitkilər

20-30

3

Orta qurşağın payızlıq və yazlıq dənli bitkilər

30-40

4

Əmtəə əhəmiyyətli dənli bitkilər, xüsusilə yazlıqlar

40-50

5

Dənli-paxlalılar

50-60

6

kökümeyvəlilər və texniki bitkilər

60-70

7

Tarla çoxillik otları , taxıllar və paxlalılar

70-80

8

Çəmən səpin otları, taxıllar və paxlalılar

80-90

9

Təbii çəmənliklərin çəmən otları

90-100

Birillik bitkilər səpindən bir neçə gün sonra başlayaraq suya tələbat göstərirlər. Bu tələbat çiçəkləmə dövrünə qədər arta-arta gedir və sonra yaşıl hissələrin nisbətən kobudlaşması ilə əlaqədar olaraq azalmağa başlayır. Çoxillik ot bitkilərində isə vəziyyət ta- mam başqadır. Qar örtüyü sahədən götürülən andan etibarən bit- kilər su buxarlandırmağa başlayır və cücərmənin axırına qədər buxarlanma arta-arta gedir. Çiçəkləmənin əvvəlində birilliklərdə olduğu kimi suyun buxarlanmasının azalması müşahidə edilir. Çünki qocalmış yarpaqlarla bərabər yeni orqanlarda əmələ gəlir. Biçimdən sonra bu proses təkrar olunur və biçimlər arası dövr isti vaxta düşən zaman suyun buxarlandırılma səviyyəsi ən çox olur. Axırıncı biçimdən sonra şaxtaların düşməsi ilə sudan istifadə dayanır.Yazın əvvəlindən etibarən bu hal yenidən təkrarlanır.



    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin