Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında alimlərin rolu



Yüklə 2,38 Mb.
səhifə2/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   2   3   4   5   6   7   8   9   ...   41
N 81

Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında alimlərin rolu

Hələ XX əsrin əvvəllərində P.İ.Braunov tərəfindən bitkinin su rejimini düzgün nizamlamaq üçün çox mühüm nəticələr əldə edil- mişdir. O, bitki həyatının xüsusi dövrlərində, yağmur və torpaq nəmliyinin çatışmaması səbəbindən məhsuldarlığın kəskin surətdə aşağı düşdüyünü müəyyən etmişdir. Həmin bu dövrləri kəskin dövr adlandırmışdır. Həmin dövrlərin müəyyən edilməsi suvarılan növbəli əkin sistemində hər bitkini elmi cəhətdən əsaslandırmağa imkan verir.

Görkəmli rus alimi-fizioloq K.A.Timiryazev öz əsərlərində bitki ilə torpaq arasındakı qarşılıqlı əlaqəni qeyd edərək, su və işıqla təmin olunma şərtlərini və bitkinin əmələ gəlməsində işığın mühüm rola malik olduğunu kəşf etdi.Onun tərəfindən bitkinin quraqlığa eləcə də onu su uğrunda mübarizəyə yönəltməklə əlaqə- dar çox geniş elmi tədqiqat işləri aparılmışdır.

K.A.Timiryazevin əsərlərində bitkilərin su ilə təmin olunması- nın effektiv yolla nizamlanmasının keyfiyyətli seleksiya toxum sortlarının yetişdirilməsində böyük rola malik olduğu qeyd edilir.

K.A.Timiryazev Rusiyada çöl şəraitində təcrübə qoyuluşunun banisi, vegetasiya və lizimetrik üsullarla təcrübə qoyuluşunun ilk təşkilatçısı olmuşdur.

Akademik V.R.Vilyamsın suvarma əkinçiliyi nəzəriyyəsinin in- kişafını və bitki həyatı amillərinin öyrənilməsinə dair çox qiymətli tədqiqatları və əhəmiyyətli nəticələri vardır.

V.R.Vilyams öz əsərlərində kənd təsərrüfatı bitkilərinin həyat şəraitinin fizioloji cəhətdən eyni əhəmiyyətli və dəyişməz oldu- ğunu göstərmişdir. O, qeyd etmişdir ki, bitkinin çatışmamazlıq hiss

etmədən bütün amillərdən yaxşı istifadə etməsi üçün ən mühüm amil suyun olmasıdır. Çalışmaq lazımdır ki, bitki həyat amillərinin heç birindən korluq çəkməsin.Bitki eyni vaxda mənimsənilən qida maddəsi ilə çox təmin olunarsa o, sərancamında olan çoxlu miq- darda suyu məhsuldar yolla istifadə etmək qabiliyyətinə malik olduğunu da göstərmişdir.

Van Helmont (1579-1644) və Robert Boyl (1627-1691) bitkinin su ilə qidalanması nəzəriyyəsinin tərəfdarları idilər.1629-cu ildə Van Helmont özünün məşhur təcrübəsini qoyur.O sobada qurudul- muş və çəkisi 200 funt ağırlığında olan torpağı saxsı qaba töküb, onda çəkisi 5 funt ağırlığında olan söyyüd budağını əkir. Qabdakı torpağı yağış və distillə suyu ilə suvarır.Beş il sonra söyüdü qab- dan çıxaranda onun çəkisi 169 funt olur. Van Helmont torpağı ye- nə sobada qurudur və onun çəkisi yenə 200 funt gəlir.Bu təcrü- bədən müəllif belə nəticə çıxarır ki, bitki suyun hesabına öz çə- kisini 33 dəfədən çox artırmışdır. Oxşar təcrübələri Robert Boylda balqabaq bitkisi üzərində aparmışdır. Bununlada bitkinin su ilə qidalanması nəzəriyyəsi elmdə hakim mövqe tutmuşdur.


  1. İ.Priyanişnikov öz tədqiqatları vasitəsilə verilən gübrənin miqdarı ilə kənd təsərrüfatı bitkiləri tərəfindən buxarlanma əmsa- lının göstəriciləri arasında əlaqə olduğunu müəyyən edib, onun da hesabına torpağın qidalanma şəraitini nizamlamaqla buxarlanma- nın idarə olunmasını təyin etdi.

Suvarma əkinçiliyi şəraitində gübrə ilə suvarmanın nisbətinin tətbiqi, suvarılan torpaqlardan yüksək məhsul götürülməsində ən əlverişli şəraitlərdən biri kimi özünə geniş yol tapmışdır.

Təbiətdə bitki həyatında baş verən kəskin dövrlər P.İ.Braunov tərəfindən müəyyən edilmişdirsə, alim-fizioloq N.A.Maksimov öz tədqiqatları nəticəsində bitkinin ayrı-ayrı orqanları arasında qa- nunauyğunluqları müəyyən edərək suyun səthi axımının miqda- rının məhdudlaşdırılması və artırılmasının, suvarılan torpaqlarda ayrı-ayrı becərilən bitkilərdə həmin kəskin dövrlərin hansı müddət- lərdə, nə vaxt baş verə biləcəyini, hətta suvarma rejimini düzgün müəyyənləşdirməyi aydınlaşdırmağa imkan verir.

Torpağın su xassəsi, torpaqda nəmliyin dinamikası və forması

rus fizioloqu A.F.Lebedev tərəfindən tədqiqatlar vasitəsilə çox geniş öyrənilmişdir.

Suvarma əkinçiliyi ilə bilavasitə əlaqədar olan torpağın su xas- səsinin öyrənilməsiV.V.Dokuçayevin, A.A.İmaylovskinin, P.A.Kostıçevin, Q.N.Vısotskinin, P.S. Kostıçevin, V.Q.Rotmistro- vun və digər alimlərin əsərlərində geniş işıqlandırılmışdır.

Suvarma əkinçiliyi necə bir dərslik fənni kimi ilk dəfə proqram- laşdırılmış şəkildə Hidromeliorasiya fakültəsinin tələbələri qarşı- sında S.K.Kondraşev tərəfindən mühazirə oxunmuşdur. Beləliklə ayrı-ayrı alimlərin çox saylı tədqiqatlarının nəticələrinə əsasən suvarma əkinçiliyinin necə bir elm kimi bioloji və aqrotexniki əsası qoyuldu.

Hazırda kənd təsərrüfatı ilə əlqədar alim və mütəxəssislər su- varmaya dair öz elmi tədqiqat işlərini daha müasir, daha təkmilləş- dirilmiş yeni üsullar axtarışına yönəldərək, suvarılan torpaqların yüksək effektivliyini, əlverişli suvarma rejimini, suvarılan bitkinin aqrotexnikasını, suvarılan torpaqların şoranlaşa bilməsini və çirk- lənməsini qabaqcadan xəbərdarlıq edilməsi kimi mühüm məsələlər üzərində davam etdirirlər. Həmin problemlər üzərində kənd təsərrüfatı elmi tədqiqat institutlarının, elmi-dayaq məntəqələrinin əməkdaşları və digər alimlər tədqiqat işlərini davam etdirirlər.

Arxeloji qazıntılardan və tarixi mənbələrdən göründüyü kimi Azərbaycan qədim əkinçilik mədəniyyəti ölkəsi olub münbit tor- pağı, əlverişli iqlimi əhalinin kənd təssərrüfat bitkilərindən yüksək məhsul götürmələrinə şərait yaratmışdır. Ölkənin ərazisi haqqında ilk yazılı məlumat yunan tarixçisi Starabonun “Coğrafiya” kita- bında romalıların sərkərdə Qney Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya hərbi səfərinə əsaslanaraq verdiyi məlumatdır. Məlumatda göstərilir ki, Albaniyanın ərazisi olan Mil və Muğan düzləri haqqında həmişə yaşıl olan bu düzən Vavilion və Misirdə olduğundan daha çox suvarılır və burada ildə 2-3 məhsul əldə etmək olar. Arazın vadisi olan bu düzün torpaqları olduqca münbitdir.


    1. Suvarma əkinçiliyinin inkişaf yolları

Suvarma əkinçiliyi Neolit döründən məlumdur. Qədim Şərq ölkələrində çayların daşması ilə ilk əkinçilik mədəniyyətləri əmələ gəldi.Belə ki, sel suları yatdıqdan sonra toxumu çökmüş lilə bas- dırır, torpağı əkib-şumlamadan bitkiləri becərirdilər.Tarixi mənbə- lərdən məlum olur ki, suvarma əkinçiliyinin ibtidai forması olan toxa əkinçiliyi belə yaranmışdı.İsti, quru iqlimi olan Şərq ölkə- lərində əkinçilik süni suvarmaya əsaslandığı göstərilir.

Əkinçilik mərkəzlərinin bəzilərinin dağətəyi ərazilərdən daha məhsuldar allüvial-çəmən torpaqları olan çay vadilərinə enməsi nəticəsində eramızdan 6-7 min il əvvəl Nil, Dəclə-Fərat, Hind çay- larının sahillərində böyük suvarma əkinçiliyi mədəniyyəti mərkəzi yarandı.Əkinçiliyin qeyd edilən istiqamətdə inkişafı bu ərazilərdə sinifli cəmiyyətlərin, o cümlədən iri dövlət birləşmələrinin yaran- masının əsas səbəblərindən biri idi.Bu dövlətlərdə suvarma sistem- lərinə xidmət edən və böyük elmi təcrübi əhəmiyyətə malik olan elmi biliklərin toplanmasına əsas diqqət yetirilirdi.Belə ki, Nil daşqınlarının əkin sahələrini suvarmaqla və lil hissəcikləri ilə güb- rələməklə yanaşı, ilin isti fəslində torpağın səthində toplanmış duzları yuyub aparılmasının torpağın münbitliyi üçün əhəmiyyəti qədim misirlilərə məlum idi.

Misirdən sonra suvarma əkinçiliyi mədəniyyətinin ikinci böyük mərkəzi olan Mesopotomiyada da torpaq sahələrinin uçota alın- ması və qiymətləndirilməsi sistemindən ibarət torpaq kadastrı mövcud idi.Ölkənin ən qədim sakinləri olan şumerlər və akkadlar torpaqları keyfiyyətinə görə fərqləndirməyi bacarırdılar.

Orta Asiya, Zaqafqaziya və Cənubi Sibirin qədim suvarma rayonlarında aparılan arxeoloji və tarixi tədqiqatlardan məlum olur ki, ibtidai toxa əkinçiliyi intensiv tarlaçılığa bilavasitə suvarma əkinçiliyindən keçmişdır.Suvarılan sahələrdə əsasən çəltik, buğda, arpa, qarğıdalı, tərəvəz, pambıq, sorqo meyvə və digər bitkilər becərilirdi.

Dünyada kifayət qədər su çatışmayan bölgələrdə kənd təsərrü- fatı bitkilərindən yüksək və sabit məhsul götürmək üçün suvarma

ən vacib, təxirəsalınmaz amillərdən biri hesab olunur.

Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əla- qədə olması, bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul götürülməsində mühüm rola malikdir.

Suvarma bitkilərin torpaqdakı mineral maddələrin və torpağa verilən gübrələrin, qida elementlərinin tam mənimsənilməsi üçün çox əlverişli imkan yaratmaqla bərabər kimyalaşdırmanın kənd təsərrüfatında tətbiqinə geniş şərait yaradır.

Beləliklə, suvarma əkinçiliyi şəraitində yalnız kənd təsərrüfa- tının intensivləşdirilməsi, suvarılması, kimyalaşdırılması və komp- leks mexanikləşdirilmənin birgə yüksək səviyyədə tətbiqi sayə- sində məhsuldarlığı maksimum inkişaf etdirmək olar. Bütün bunlar suvarılan torpaqlardan daha məhsuldar istifadə edərək, kənd təsərrüfatı məhsullarının istehsal prosesini artırıb, əkinçiliyin ən adi forması kimi qiymətləndirilməsinə imkan verir.

Suvarma bu və ya digər təbii iqlim zonaları şəraitindən asılı olaraq, aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir.

Suvarma, torpaqda münbitlik yaratmaqla yanaşı onun struktu- rasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub, mikro- iqlim kimi bir sıra təbii amillərə də çox müsbət təsir edir. Təd- qiqatlar sübut edir ki, suvarılmayan torpaqlara nisbətən, suvarilan quraq torpaqlarda suvarmanın çox sahəli müsbət təsiri nəticəsində 2-4 dəfə və ayrı-ayrı müstəsna hallarda isə 5-10 dəfə artıq məhsul götürmək mümkünür. Məhz ona görədə becərilən bütün kənd təsərrüfatı məhsullarından əldə edilən pul gəlirinin çox yarısı, yalnız həmin suvarılan torpaqlar hesabınadır.

Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da suvarılan əkin sahələrini artırmaq məqsədilə suvarma sistemləri tikintilərinin genişləndirilməsi davam etməkdədir.Bununla yanaşı dənli və digər kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul almaq üçün torpaqların meliorativ yolla yuyulub əkin üçün tam yararlı hala salınmasının hərtərəfli, geniş inkişaf etdirilməsi əsas məsələlərdən biri hesab olunur.Beləliklə meliorasiya dövlət

əhəmiyyətli ən vacib xalq təsərrüfatı məsələləri səviyyəsinə qaldı- rılaraq, dövlətin aqrar siyasəti sahəsindəki baş xətdə ən əhə- miyyətli yerlərdən birini tutur.

Ölkəmizdə suvarılan torpaqlardan, əsasən pambıq, şəkər çuğun- duru, bir sıra texniki bitkilər istehsalı, taxıl, düyü, qarğıdalı, dənli- paxlalı, yonca, digər yem bitkiləri, çoxillik bitkilər, yüksək tərəvəz məhsulu və həmçinin çoxillik meyvə bağları əkini altında yüksək və sabit miqdarda məhsul alınmasında istifadə edilir.

Respublikamızda suvarma əkinçiliyində tətbiq edilən tədbirlər suvarılan torpaqların münbitliyini, kənd təsərrüfatı bitkilərinin və əməyin məhsuldarlığının artırılmasını təmin edir.Suvarma ilə torpaqda süni olaraq su, hava, istilik və qida rejimi nizama salınır, torpaqda olan qida elementləri həll olunaraq bitkilərin mənimsəyə biləcəyi hala çevrilir.

Suvarma əkinçiliyi ərazidə paylaşdırıcı və suvarma kanallarının olması ilə fərqlənir. Hazırda istifadə olunan və gləcəkdə tikilməsi nəzərdə tutulan suvarma sistemlərinin həcmi, yeni ehtiyyat su mənbələri yaradılması kimi çox vacib və mühüm bir məsələni qarşıya qoyur.Respublikamızda suvarma üçün əlavə ehtiyat su mənbəyi kimi əsasən Kür və Araz çaylarından istifadə edilir.

Ölkəmizdə torpaqların meliorativ yolla yuyulub əkin üçün yararlı hala salınıb istifadə edilməsinin artırılması daim diqqət mərkəzində olmuşdur. Torpaqların meliorasiyası və onlardan kənd təsərrüfatı üçün istifadə məsələləri kompleks qaydada həll edilməsi qarşıya məqsəd qoyulmuşdur.Bunun üçün suvarılan və qurudulan torpaqların istifadə səmərəliliyi yüksəldilməli, su təsərrüfatı tikinti- sinin texniki səviyyəsi və keyfiyyəti yaxşılaşdırılmalıdır.Suyu qə- naətlə işlədən suvarma texnologiyalarına keçməli, su ehtiyat- larından və yararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.Hazırda ölkə- mizdə suvarma əkinçiliyində çox zəhmət tələb edən işləri mexa- nikləşdirmək, avtomatlaşdırmaq, əməyin məhsuldarlığını artırmaq üçün yeni kənd təsərrüfatı maşınları sistemi yaradılmaqdadır.



    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin