Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Torpaqda su rejimini nizamlamağın əsas məsələləri



Yüklə 2,38 Mb.
səhifə9/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
N 81

Torpaqda su rejimini nizamlamağın əsas məsələləri

Məlum olduğu kimi torpaq münbitliyi eyni zamanda onun bitki- ləri su ilə təmin etmək qabiliyyətidir.Odur ki, torpaq münbitliyinin artırılmasına doğru yönəldilmiş hər bir məsələ demək olar ki, eyni zamanda torpağın su rejimini yaxşılaşdırmağa doğru yönəldilmiş məsələdir.Nəmliyə görə torpaq münbitliyini artırmaq əsas iki istiqamətdə aparıla bilər.



  1. Nəmlik çatışmayan yerlərdə torpaqda nəmliyin toplanması və onun qorunub saxlanması.

  2. Nəmlik artıq olan yerlərdə torpağın həddindən çox nəm- lənməsi ilə mübarizə.

Baxmayaraq ki, ölkəmizdə xalq təsərrüfatının və əhalinin birlik- də istifadə etdikləri suyun 50%-dən çoxu kənd təsərrüfatının pa- yına düşür, yenə də su çatışmamazlığı özünü göstərir.Odur ki, tor- paqda nəmliyi toplamaq, onu qoruyub saxlamaq və səmərəli istifadə etmək əsas məsələdir.

Torpaqda nəmliyi toplamaq, onu qoruyub saxlamaq bir sıra mə- sələlərlə əlaqədardır.Ancaq onların əsasını torpağın özünün su xü- susiyyətlərini yaxşılaşdırmaqla əlaqədar olan məsələlər təşkil edir. Bunlardan torpağın su keçirmə qabiliyyətini artırmaq, su qaldırma qabiliyyətini azaltmaq, su buxarlarının diffuziya yolu ilə torpaqdan itməsinin qabağını almaq, alaqlar tərəfindən suyun istifadəsiin qarşısını almaq və s-dən ibarət məsələləri göstərmək olar.Bunlar ilk növbədə torpağın struktur halını və quruluşunu lazımı qaydada saxlamaqdan, yəni yaxşılaşdırmaqdan ibarətdir.

Torpaq nəmliyini normal saxlamaq suvarılan rayonlarda əsas etibarı ilə süni suvarma hesabına, dəmyə rayonlarda isə yağmur- ların hesabına həyata keçirilir. Buna baxmayaraq hər iki qrup ra- yonlarda yağmurları toplamaq yollarına çox diqqət verilməlidir. Xüsusilə dəmyə rayonlarda qarın sahədə saxlanmasına, qar şırım- larının, zolaqlarının çəkilməsi, meşə zolaqları salmaq, qarın ərimə- sini tezləşdirmək üçün üzərinə kül yaxud torpaq tökmək və s mə- sələlərə diqqət yetirməli və onlardan yerli şəraitə uyğun olanları seçib həyata keçirmək lazımdır.

Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır.Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizm- lərin inkişafına imkan yaradır, bitkilərin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini nizamlayır və məh- suldarlğı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır.

Torpaqdan suyun məsarif səbəblərini bilərək onların qabağını almaq lazımdır.Belə ki, suyun yuxarı torpaq səthinə qalxmasının qabağını almaq üçün torpaq səthi ilə aşağı qatlar arasındakı kapil-

yar əlaqəni malalamaq və s ilə qırmaq lazımdır.Buxarlandırıcı sət- hi azaltmaq üçün istilər düşən andan torpaq səthi çox girintili-çı- xıntılı olmasın deyə hamarlanmalıdır.Sahə hakim küləklərdən mü- hafizə məqsədilə meşə zolaqları əhatəsində olmalıdır.Torpaq nəmliyi mulçalama, suvarma, malalama və s yolla qorunmalıdır.

Əlbəttə su rejiminin nizamlanmasında düzgün növbəli əkinlərin tətbiqi bütün becərmə işlərinin, suvarma sxeminin və gübrələmə sisteminin vaxtlı-vaxtında, norma həddində aparılması, səpin müddəti, bitki sıxlığı, cərgələrin istiqaməti və s böyük rol oynayır.

Torpağın həddindən çox nəmlənməsi ilə mübarizə müvəqqəti və daimi ola bilər. Çox bataqlı və daim artıq nəmlənmə meyilli olan yerlərdə qurutma meliorativ işləri aparılmalıdır.Relyefdən asılı olaraq meliorativ tədbirlərlə yanaşı profilaktiki tədbirlərdə görül- məlidir. Şırımların mailliyə görə açılması, 2 m dərinlikdə artıq su- yu yığmaq üçün xüsusi quyuların və çalaların qazılması, tirəyə səpin aparılması və s belə tədbirlərdəndir.

Suvarma əkinçiliyində suçu əməyini azaltmaq, suvarmada əmək məhsuldarlığını artırmaq sudan qənaətlə istifadə, torpaq struktu- rasını qoruyub saxlamaq və artırmaq, həm də qida maddələrinin torpaqdan yuyulub səmərəsiz itməsinin qarşısını almaq üçün suvarmanın mütərəqqi üsullarından (yağış yağdırma, damcılarla suvarma və s ) istifadə etmək dövrün vacib məsələlərindəndir.

AzETPİ-nun tədqiqatları göstərir ki, süni yağış yağdırmaqla pambığı suvararkən 15-20 % suya qənaət olunur.Suvarma dövrü 2- 2,5 dəfə qısalır və suçuların əmək məhsuldarlığını 1,5-2 dəfə artı- rır. Pambıq məhsuldarlığıda hektardan 1,1-2,8 sentner artıq olur.(X.Əmirxanov və M.Abbasov 1980 )

Dünya üzrə suvarılan torpaqların yalnız 13%-i suvarılmayan bütün əkin sahələri qədər məhsul verir.

Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85%-dən artığı suvarılan torpaqların payına düşür.Çayların illik su axarının 20-30%-i suvarmaya sərf edilir.Suvarma sistemlərinə ildə 7-7,5 milyard m3-ə qədər su verilir.Onun 40%-dən çoxu tarlalara çatmır, buxarlanaraq səmərəsiz itib-batır. (R.Məmmədov) Odur ki, sudan qənaətlə istifadə etmək, onu toplayıb saxlamaq və səmərəli istifadə etmək hər bir aqronomun, kənd təsərrüfatı ilə

məşğul olan fərdi şəxslərin ümdə borcudur.

Şoran, şorakət torpaqlarda, şorlaşmaya meyilli sahələrdə düzgün suvarma normaları və rejimi müəyyənləşdirilməlidir.Bütün bu işlər meliorator mütəxəssislərlə birlikdə işlənib hazırlanmalıdır və daim aqronom nəzarəti altında saxlanılmalıdır.



Statistik məlumatlardan aydın olur ki, hər il Xəzər dənizinə kol- lektor-drenaj şəbəkəsi ilə 300 milyon m3-dən çox şoran, duzlu su tökülür. Bunun təmizlənərək suvarmaya qaytarılması vacib məsələdir. Buna görədə suvarma əkinçiliyinin səmərəliliyini nəzrə alaraq mümkün qədər onun sahələrinin genişlənməsinə diqqət artırılmalıdır. Ayrı-ayrı regionlarda melioratıv tədbirlərə geniş yer verilməlidir.

Su çatışmazlığını nəzərə alaraq şoran torpaqların yuyulması zamanı alınan minerallaşmış suları suvarmada şirin sular qatmaq, yaxud onları duzlardan təmizləməklə yenidən suvarmada istifadə etmək mümkündür.


    1. Suvarma əkinçiliyi bölgələri




    1. Kənd təsərrüfatı bitkilərinin suvarılması

Kənd təsərrüfatı bitkilərini quraqlığın zərərli təsirindən qoru- maq üçün quraqlıq bölgələrdə onların vegetasiya dövründə süni surətdə suvarılması zəruridir. Kənd təsərrüfatı bitkilərinin suvarıl- ması dünyanın bir çox ölkələrində geniş tətbiq edilir. Belə ki, əra- zidə yağıntı çox az və yaxud heç olmadığından, kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı ancaq süni suvarma yolu ilə həyata keçirilə bilər.

Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək, sabit məhsul əldə etmək, torpağın su, hava və istilik rejimlərini təmin edib nizamlamaqdır. Suvarmanın effektliyi təbii şəraitdən asılı olaraq dəyişirilir.Onun ən yaxşı nəticəsi təbii nəmliklə təmin olmayan bölgələrdə daha tez nəzərə çarpır.

Azərbaycanda suvarma tətbiq edilən ərazilər öz iqlim, torpaq, relyef şəraitlərinə görə biri-birindən müəyyən dərəcədə fərqlənir. Bu baxımdan respublikanın ərzisi 10 təbii-iqtisadi zonaya bölünür. Bunlara aşağıdakılar daxildir: I-Gəncə-Qazax, II-Muğan-Salyan, III-Şirvan, IV-Mil-Qarabağ, V-Quba-Xaçmaz, VI-Şəki-Zaqatala, VII-Lənkəran, VIII-Abşeron, IX-Nəxçıvan, X-Dağlıq Qarabağ bölgəsi.

Respublikamızda meliorasiyanın gələcək inkişafı yeni suvarılan torpaq sahələrinin istifadəyə verilməsindən, suvarma sistemlərinin yenidən qurulmasından, əkinə yarasız torpaqların meliorativ vəziy- yətinin və su təminatının yaxşılaşdırılmasından, digər elmi tədqi- qatların nəticələrinin geniş miqyasda tətbiqindən asılıdır.İndi və gələcəkdə respublikanın bölgələrində suvarılan torpaq fondunu dağlıq və dağətəyi ərazilərin hesabına genişləndirmək mümükün- dür.

H.Q.Aslanovun apardığı tədqiqat nəticəsində məlum olmuşdur ki, dağlıq ərazilərin torpaq-iqlim amillərinin kəmiyyət və ərazi etibarilə paylanma xüsusiyyətləri, bitkilərin vegetasiya dövründə uzun müddətdə davam edən günəşli günlər, külli miqdarda istilik,

torpaqda bitki üçün lazım olan qida ehtiyyatı respublikanın dağlıq bölgəsində 1364, 2 min hektar ərazidə suvarma əkinçiliyini tətbiq etməklə kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul əldə etmək mümkündür.Dağlıq ərazilərdə suvarma əkinçiliyinə yararlı torpaq sahələri 8 saylı cədvəldə göstərilmişdir.

Cədvəl 8


Azərbaycan respublikasının dağlıq ərazilərində suvarmaya yararlı torpaq sahələri (min hektarla) (H.Q.Aslanov1998)


İqtisadi rayonlar

Ümumi sahə

Yüksəklik qurşaqları üzrə

200-500

500-1000

1000-

1500


1500-

2000


2000-dən

yuxarı


Mil-Qarabağ

189, 3

98, 8

68, 5

17, 1

4, 9

-

Kəlbəcər

140, 2

45, 9

49, 2

24, 8

20, 3

-

Araz boyu

70, 9

64, 2

6, 7

-

-

-

Qazax

194, 0

133, 9

22, 7

21, 7

15, 7

-

Gəncə

88, 6

39, 4

23, 9

8, 5

16, 7

0, 1

Şirvan

192, 8

58, 5

103, 7

26, 5

3, 9

0, 2

Şəki

273, 5

230, 7

41, 3

1, 5

-

-

Lənkəran

113, 9

63, 4

31, 6

11, 7

7, 2

-

Xaçmaz

203, 0

116, 2

68, 8

12, 6

5, 4

-

Naxçıvan MR

154, 3

-

96, 8

48, 1

9, 1

0, 3

Cəmi

1620, 5

851, 0

513, 2

172, 5

83, 2

0, 6

Qeyd: Qarabağın dağlıq hissəsinin və Abşeron iqtisadi rayonunun dağətəyi sahələrini də nəzərə almaqla
Respublikamızın kənd təsərrüfatı məhsulları istehsalının artırıl- masında xüsusi çəkisi getdikcə artan dağlıq və dağətəyi ərazilərin suvarılması torpaqqoruyucu tədbirləri nəzərə almadan aparılmama- lıdır. Bu tədbirlər sisteminə eroziyaya qarşı mübarizə, aqrotexniki, aqromeşəmeliorasiya, hidromeliorasiya və digər tədbirlər daxildir.

Müəyyən edilmişdir ki, yağmurun illik miqdarı təxminən 500 mm-dən yuxarı olmayan zonalarda suvarmadan yüksək effekt əldə etmək olar.Ona görədə onları illər üzrə bölərkən nəzərə almaq la- zımdır. Təbii yağmurların əksər hissəsi bitkilər tərəfindən istifadə edilmir. Onun bir çox hissəsi səthi axın zamanı itir, bir qismi bitkinin kökləri istifadə edə biməyən dərinliyə gedir, digər bir qismi isə torpaq səthindən buxarlanır.

Su rejimini yaxşılaşdırmaq üçün bölgələrdən asılı olaraq əsas tədbirlər aşağıdakılardır.


  1. Bütün rayonlar üçün ümumi tədbirlər-torpaqların çürüntü ilə mümkün qədər çox zənginləşdirilməsi, torpağın sturuktur halının yaxşılaşdırılması suyadavamlı xırda topacıqlar miqdarının artırıl- ması və müvafiq məsaməlilik saxlanması, canlı və ölü örtük kö- məyi ilə yağıntıların dağıdğcı təsirindən torpağın qorunması, alaq- ların məhv edilməsi, torpağın düzgün becərilmə sistemi, mədəni bitkilərin müvafiq sortlarının seçilməsi, bitkiləri ən yaxşı müddət- lərdə əkib, onlara torpaqdakı rütubət ehtiyatından və yağıntılardan tam istifadə etmək imkanı yaradılması.

  2. Quraq rayonlarda - suvarma və tarlaqoruyucu zolaqlar salıb onlara müvafiq qulluq edilməsi, əksərən çəpər bitkiləri vasitəsilə qarın sahələrdə tutulub saxlanması, torpağı payızda şırımlamaq və yamaclarda köndələn tirələr düzəltmək yolu ilə ərinti sularını saxlamaq, torpağı dondurma şum edib faraş hamarlamaq, güclü su və külək eroziyasına məruz qalan torpaqları mulça tətbiq etməklə becərmək.

  3. Kifayət qədər rütubətli rayonlarda - rütubəti çox olan torpaq- ların qurudulması, relyefdən asılı olraq yamacın uzununa və dioqanalı üzrə payızda tirələnməsi və şırımlanması.

Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub bitkinin su təlabatını ödəməklə yanaşı, həm də torpağın istili- yinə, hava rejiminə, kimyəvi tərkibinə və ondakı bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.

Bitkinin normal inkişaf etməsi üçün torpaqda hava ilə su ara- sında olan nisbətin böyük əhəmiyyəti vardır. Bitkinin su-hava reji- mi o zaman normal ola bilər ki, torpağın rütubəti tarla su tutumuna bərabər olsun.

Bitkilərin sərf etdiyi suyun miqdarı xarici şəraitdən havanın temperaturu və rütubəti, işığın olması, torpağın rütubəti, münbitliyi və xüsusiyyətləri ilə yanaşı bitkilərin növündən və onların becəril- məsindən asılıdır.Bitkilərin istifadə etdiyi suyun 99,8%-i transpira- siyaya sərf olunur.

Torpaqda nəmliyin itirilməsi torpaq şəraitindən, relyefdən, yerli

şəraitdən, havadan və iqlimdən asılıdır.

Bitki əkilən ərazidə şəraiti dəyişməklə bitkinin su təlabatına da təsir etmək olar. Belə ki, torpaqların münbitliyinin yüksəldilməsi, temperaturun aşağı salınması, havanın rütubətinin artırılması bitkinin su təlabatını nisbətən azaldır.

Suvarma kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. Təcrübələr göstərir ki, suvarılan sahələrdə məhsuldarlıq suvarılma- yan sahələrə nisbətən təxminən 4 dəfə çoxdur.

Suvarma torpağa hərtərəfli təsir göstərir.Əkin qatının su-fiziki xassələrini dəyişdirir, kimyəvi və mikrobioloji proseslərin sürətini və istiqamətini dəyişdirir, habelə üzvi maddələrin parçalanma və toplanmasının xarakterini dəyişdirir. Suvarma suyunun torpağa in- tensiv təsiri nəticəsində ümumi və qeyri-kapilyar məsaməlik azalır, torpaqla atmosfer arasında düzgün qaz mübadiləsi pozulur, mikro- bioloji fəaliyyətin şəraitləri pisləşir.

Hava-su rejimini yaxşılaşdırmaqla torpağın becərilməsi mikro- bioloji proseslərin fəallaşmasına, su və gübrələrin yaxşı istifadə olunmasına səbəb olur, habelə suvarılan torpaqların münbitliyi yüksəlir.

Bitkilərin istifadə etdiyi suyun əsas hissəsi transpasiyaya sərf olunur. Transpasiyaya sərf edilən su, bitkinin qidalanmasına və yarpaqlarının assimilyasiyaedici səthlərin inkişafı xüsusilə bitkinin yerüstü hissəsinin temperaturunun nizamlanmasına sərf edilir.

Qeyd etmək yerinə düşərdi ki, suvarma torpağın münbitliyini, ərazinin iqlim şəraitini dəyişdirməklə bərabər, nəinki bitkinin inki- şafına, onun məhsuldarlığına hətta məhsulun keyfiyyət göstəricilə- rinədə müsbət təsir göstərir. Respublikamızda istehsal olunan kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının statistikasında məlum olar ki, suvarılmayan torpaqlara nisbətən suvarılan torpaqlardan alınan məhsul hər cəhətdən keyfiyyətli və yüksək olur.

Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suvarmaya verilən suyun bu şəraitə müvafiq olmayaraq artıq verilməsi nəinki məhsul- darlığı artırar. əksinə ziyan verə bilər. Belə ki, normadan artıq ve- rilən su məhsuldarlığı azaltmaqla bərabər, suvarma suyunun, işçi qüvvəsinin artıq sərf edilməsinə səbəb olmaqla yanaşı, qrunt suyu- nun səviyyəsini qaldırır, torpaqların erroziyaya uğramasına, bataq- laşmasına, şorlaşmasına səbəb olar. Buna görədə kənd təsərrüfatı

bitkilərindən yüksək keyyfiyyətli məhsul əldə edilməsi üçün, bu- nunla yanaşı torpaq münbitliyinin qorunması məqsədilə suvarma normalarına və vaxtlarına düzgün riayət edilməlidir. Bunun üçün respublikamızda hər bölgənin torpaq-iqlim şəraitinə və bitkinin növünə uyğun olaraq suvarma normaları təyin edilmişdir.

Kənd təsərrüfatında istifadə olunan torpaqların məhsuldarlığı bir sıra amillərlə yanaşı torpağın qranulometrik və mexaniki tərki- bindən asılıdır.Kənd təsərrüfatı bitkilərdən yüksək məhsul, ancaq onlar üçün əlverişli mexaniki tərkibli torpaqlardan almaq olar.

Qeyd etmək lazımdır ki, süni suvarmanın geniş tətbiqi ilə əla- qədar olaraq bir sıra məsələlər həll edilməlidir. İlk növbədə su- varma suyundan qənaətlə və səmərəli istifadə edilərək tətbiq olu- nan suvarma üsullarının yüksək effektliyi təmin edilməlidir. Mü- hüm tədbirlərdən biri də bitkilərin bioloji tələbatına müvafiq səmərəli suvarma müddətlərinin, suvarma normalarının müəyyən edilməsidir.Bu tədbirlərin həyata keçirilməsi ilk növbədə suvarma suyunun keyfiyyətli, yararlı olmasından asılıdır.


    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin