Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarmanın torpaq proseslərinə və mikroiqlimə təsiri



Yüklə 2,38 Mb.
səhifə11/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
N 81

Suvarmanın torpaq proseslərinə və mikroiqlimə təsiri

Torpaqda çatışmayan rütubəti nizamlamaq üçün, torpaq münbit- liyinin qorunması məqsədilə kənd təsərrüfatı bitkiləri əkiləcək sahələri suvarmaq lazım gəlir. Suvarma nəin ki, torpağı rütubətlən- dirir, hətta yerüstü hava qatının rütubətlənməsinə torpağın duz və hava, qida rejiminə müsbət təsir göstərir.

Suvarma torpağın münbitliyi ilə bərabər, əkiləcək bitkilərin in- kişafına, məhsuldarlığına eləcədə torpaqda bioloji, fiziki, kimyəvi proseslərin gedişinə, torpaqların mikroiqlim xüsusiyyətlirinə müs- bət təsir edir.

Vegetasiyanın ayrı-ayrı dövrlərində dövrü suvarmalar yolu ilə torpağın aktiv qatında yaranan rütubət, torpağın tam rütubət tutumunun 80-90%-ni təşkil edir. Torpağın rütubəti onun bir dövrü rütubətləşməsinin qurtarması ilə digər dövrü rütubətləşməsinin başlanması müddətində dəyişilməklə irəlidəki rütubətləndirilmənin başlandığı vaxtda minimuma enir.

İstər vegetasiya suvarmalarını, istərsədə dövrü suvarmaları vax- tında və norma həddində verilməlidir. Əgər suvarmalar zamanı normadan artıq su verilərsə bu torpağın fiziki-kimyəvi bioloji xü- susiyyətlərinə, torpaq aşınmalarına, torpaqda humusun azalmasına, digər torpaq xüsusiyyətlərinə pis təsir edir.

Vegetesiya suvarma normaları nəinki torpaq münbitliyinə elə- cədə əkiləcək kənd təsərrüfatı bitkilərinin inkişafına da müsbət təsir edir.

Bitkilər suyu kökləri vasitəsilə torpaqdan alır. Buna görə də on- ların inkişafı üçün tələb olunan miqdarda suyun bitkinin köklərin- dən yarpaqlarına fasiləsiz verilməsi təmin edilməlidir. Bitkinin normal inkişaf etməsi üçün torpaqda hava ilə su arasında olan nis- bətin böyük əhəmiyyəti vardır. Bitkinin su-hava rejimi o zaman

normal ola bilər ki, torpağın rütubəti tarla su tutmuna bərabər olsun.

Bitkilərin istifadə etdiyi suyun əsas hissəsi transpasiyaya sərf olunur. Transpirasiyaya sərf edilən su, bitkinin qidalanmasına və yarpaqların assimilyasiya edici səthlərin inkişafına, xüsusi ilə bitkinin yerüstü hissəsinin temperaturunun nizamlanmasına sərf edilir.

Qeyd etmək yerinə düşərdi ki, suvarma torpağın münbitliyini, ərazinin iqlim şəraitini dəyişdirməklə bərabər, nəin ki, bitkinin inkişafına, onun məhsuldarlığına hətta məhsulun keyfiyyət göstəri- cilərinədə müsbət təsir göstərir. Respublikamızda istehsal olunan kənd təsərrüfatı bitklərinin məhsuldarlığının statistkasında məlum olur ki, suvarılmayan torpaqlara nisbətən suvarılan torpaqlardan alınan məhsul hər cəhətdən keyfiyyətli və yüksək olur.

Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suvarmaya verilən suyun bu şəraitə müvafiq olmayaraq artıq verilməsi nəin ki, məhsuldarlığı artırır, əksinə ziyan verə bilər.Belə ki, normadan ar- tıq verilən su məhsuldarlığı azaltmaqla bərabər, suvarma suyunun, işçi qüvvəsinin artıq sərf edilməsinə səbəb olmaqla yanaşı, qrunt suyunun səviyyəsini qaldırır, torpaqların eroziyaya uğramasına, bataqlaşmasına, şorlaşmasına səbəb olur. Buna görə də kənd təsər- rüfat bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün, bununla yanaşı torpaq münbitliyinin qorunması məqsədilə suvarma normalarına və vaxtlarına düzgün riaət edilməlidir. Bu- nun üçün respüblikamızda hər bölgənin torpaq-iqlim şəraitinə və bitkinin növünə uyğun olaraq suvarma normaları təyin edilmişdir.

Kənd təsərrüfatında istifadə olunan torpaqların məhsuldarlığı bir sıra amillərlə yanaşı torpağın granulametrik və mexaniki tərki- bindən aslıdır. Kənd təsərrüfatı və texniki bitkilərdən yüksək məh- sul ancaq onlar üçün əlverişli mexaniki tərkibli torpaqlardan almaq olar. Məsələn yüksək keyfiyyətli tütün yarpağı tərkibində qumlu skletli, xeyli kolloid hissəcikləri olan yüngül torpaqlarda salınmış tütün plantasiyalarından yığılır. Kartof, bostan, tərəvəz bitkiləri isə qumluca və yüngül gillicə torpaqlarda yaxşı məhsul verir.

Suvarılan sturuktursuz, pis su keçirən torpaqlarda əkilmiş bitki-

lərin suvarma rejimində suvarma müddətini artırmaq lazım gəlir ki, bu da şəbəkədə artıq yükə, işçi qüvvəsinə, sızmaya və buxar- lanmaya sərf olunan su itkisinə səbəb olur.Suvarmaya sərf olunan su itkisi isə qurunt suyunun səviyyəsini qaldıraraq ərazinin şor- laşmasına bataqlaşmasına səbəb olur.

Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub əkiləcək bitkinin su təlabatını ödəməklə yanaşı həm də tor- pağın istiliyinə, kimyəvi tərkibinə, hava rejiminə və ondakı bakte- riyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.Bitkilərin sərf et- diyi suyun miqdarı xarici şəraitdən, havanın temperaturu və onun becərilməsindən asılıdır.

Suvarılacaq ərazinin təbii və təsərrüfat şəraitindən, bitkinin bio- loji xüsusiyyətindən s. səbəblərdən asılı olaraq müxtəlif bölgə- lərdə kənd təsərrüfatı bitkilərinin suvarmaya ehtiyacı dəyişir. Res- publikamızda suvarma tədbiq edilən ərazilər torpaq-iqlim, relyef şəraitlərinə görə bir-birindən azda olsa fərqlənir. Respublikamızın ərazisi bu baxımdan 10 təbii iqtisadi bölgələrə bölünür: Gəncə- Qazax, Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Quba-Xaçmaz, Şəki- Zaqatala, Lənkaran, Abşeron, Naxçıvan, Dağlıq Qarabağ bölgələri. Ayrı-ayrı bölgələrdə tətbiq edilən suvarma üsulundan su- varma texnikasından asılı olaraq kənd təsərrüfatı bitkilərinin suvarma rejimidə müxtəlifdir. AETHMİ tərəfindən öz axımı ilə su- varma aparılan bölgələr üçün vegetasiya suvarma norması və suvarmaların sayı müəyyən edilmişdir. Bununla yanaşı suvarma aparılan bölgələrin torpağında səpinqabağı müvafiq su ehtiyatı yaratmaq üçün arat suvarması aparılır. Arat suvarma normaları

1000-1200m3/ha-dan 1500-1800m3/ ha-a qədər olur.

Suvarma vaxtları suyun təxminən 50%-nin kanallardan və suvarılan sahələrdən filtirasiya sərf olunması nəticəsində bu sular torpağa keçərək yağıntı sularının həcmini daha da artırır ki, bu da qrunt sularının səviyyəsinin artmasıa səbəb olur.

Bitkilərin suvarma rejimini təyin edərkən tam su tələbatı ilə yanaşı, vegetasiya suvarma normasında bilmək lazımdır. Vegeta- siya suvarma norması bitkilərin normal inkişafını təmin etmək üçün vegetasiya dövründə ərazinin hər hektarına verilən suyun

(m3/ ha-la) miqdarına deyilir.

Təcrübədə vegetasiya suvarma normasını elmi tədqiqat idarələ- rinin hazırladıqları tövsiyyələrlə, qabaqcıl təsərrüfatların apardıq- ları çoxillik təcrübə materiallarına əsaslanan, ekspermental və ya nəzəri yolla hesablamaq olar. Bu norma bitkinin normal inkişafı üçün onun tam su təlabatını təmin edərək transpasiyaya və yer səthindən buxarlanmaya sərf edilən suyun miqdarı kimi başa düşülür.

Vegetasiya suvarma norması aşağıdakı düsturlarla hesablanır.


M=E-10a*P-Wo+W1-Q


Burada M – vegetasiya suvarma norması m3/ha

E – vegetasiya dövründə bitkinin tam su tələbatı m3/ha a – düşən yağıntıdan istifadə əmsalıdır

P – vegetasiya dövründə yağıntı mm

W0 – vegetasiyanın başlanğıcında torpağın hesabat qatında olan su ehtiyatı m3/ha

W1 – vegetasiyanın başlanğıcında torpağın hesabat qatında qalan su ehtiyatı m3/ha

Q – qurunt suları hesabına aktiv qata daxil olan suyun miqdarı- dır. m3/ha

Bitki kökü yayılan aktiv torpaq təbəqəsinin sərhəd su tutumuna qədər nəmlənməsi üçün bir hektar sahəyə bir dəfədə veriləcək suyun miqdarına dövrü suvarma norması deyilir.

Dövrü suvarma norması torpaq şəraitindən, torpağın su fiziki xüsusiyyətindən, bitkinin növündən, suvarma üsulu və texnika- sından, aktiv təbəqənin dərinliyindən asılı olaraq müxtəlif üsullarla təyin edilə bilər.Dövrü suvarma normaları təcrübi, analtik və qrafoanaltik hesablama üsulu ilə təyin edilə bilər.Hazırda ən çox analtik və qrafoanaltik üsullardan istifadə edilir.Analtik hesabla- mada həcm və çəki hesablama üsulları tətbiq edilir.



Azərbaycan şəraitində dövrü suvarma normaları suvarma üsu- lundan texnikasından asılı olaraq 300-400-dən 700-800 m3/ha-ya daha çox dəyişə bilər.Az suvarma normaları (300-400 m3/ha) yağış yağdırma üsulu ilə suvarmada, böyük suvarma normaları (700-800 m3/ha) daha artıq səth üsulu ilə suvarmada tətbiq edilə bilər.
    1. Suvarma yolu ilə torpaqda və bitkilərdə su rejiminin nizamlanması

Əhalinin kənd təsərrüfatı məhsullarına olan təlabatını ödəməyin əsas yollarından biri də sahələrin məhsuldarlığının artırılmasıdır. Bu da bir sıra aqrotexniki tədbirlərlə yanaşı suvarma işlərinin düzgün təşkil edilməsindən çox asılıdır.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müx- təlif üsullarla kök sisteminin yerləşdiyi aktiv torpaq qatında mü- vafiq nəmlik rejimi yaratmaqdır. Suvarma üsullarından hər birinin tətbiq dairəsi suvarılan ərazinin torpaq, iqlim və təsərrüfat şəraiti ilə əlaqələndirilməli, iqtisadi cəhətdən əsaslandırılmalıdır.

Suvarma rejimi, suvarmanın ən vacib məsələlərindən biri hesab olunur. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı suvarma reji- minin dərəcədə düzgün müəyyən edilməsindən asılıdır. Suvarma əkinçiliyinin nəzəriyyə təcrübəsində dövrü suvarma norması vegetasiya suvarma norması haqqında anlayış akademik A.N.Kost- yakovun elmi əməyi sayəsində geniş surətdə yayılmışdır. Suvarma rejimi konkret iqlim və aqrotexniki şəraitdə mövcud bitki üçün la- zım olan su rejimini təmin etməlidir. Suvarma rejimi əkiləcək bit- kilərin növündən, təsərrüfatın, suvarılan bölgənin şəraitindən ası- lıdır. Buna görə də bu şərait dəyişildikdə suvarma rejimi də dəyişir.

Suvarma rejimi kənd təsərrüfatı bitkilərinin suvarma normasını, suvarmaların sayını və müddətini təyin edir.Müəyyən aqrotexniki şəraitdə torpağın su-hava rejimini tənzimləyir.Torpaqda yaranan suvarma rejimi bitkilərin tələb etdiyi rejimə yaxın olmalıdır. Suvarma rejimi bitkilərin inkişaf dövrü və fazalarında onların suya olan tələbatını və torpağın su, qida, duz və istilik rejiminin nizam- lanmasına uyğun olaraq götürülməlidir.Belə uyğunluq suvarılan torpaqların münbtliyini artırır, kənd təsərrüfatı bitkilərindən yük- sək və sabit məhsul götürülməsinə səbəb olur.

Suvarma suyunun torpağa verilməsi, torpağın rütubətləndiril- məsi və bitkinin su ilə təmin edilməsi aşağıdakı üsullarla yerinə yetirilə bilər:

-öz axını ilə suvarma üsulunda su açıq kanallar və ya boru kə- mərləri ilə suvarılacaq sahəyə axıdılır.Buradan isə müvəqqəti açıq

suvarma şəbəkəsi, sərt və elastiki borularla şırımlara, zolaqlara və ya xüsusi ləklərə verilərək torpağa hopdurulur.

-yağışyağdırma üsulu ilə suvarmada sahəyə axıdılmış su xüsusi maşın, qurğu və aparatlar vasitəsilə yağış şəklində sahəyə verilir. Nəticədə həm torpağın çatışmayan nəmliyi bərpa edilir, həm də yer səthində əlverişli mikroiqlim yaranır.

-damcılarla suvarma üsulunda su kiçik diametrli boru kəmərləri üzərində quraşdırılmış az sərfli xüsusi damcıladıcılar vasitəsilə fasiləsiz olaraq bilavasitə bitkinin kök sisteminə verilir.

Hər hansı suvarma üsulunun qəbul edilməsi suvarılacaq ərazinin təbii-təsərrüfat şəraitindən, əkiləcək bitkinin növündən, onların suvarma rejimindən və s. asılı olaraq əsaslandırılmalıdır. Su, kainatda canlı orqanizmlərin mövcudluğunu müəyyən edən əsas amildir və susuz həyat mövcud olmur. Bitkilərin toxumlarının cücərməsi və onların vegetasiya müddətində qida maddələrini mənimsəmələri üçün su tələb olunur.

Müxtəlif bitkilərin toxumları öz çəkilərinin müəyyən misli qədər su udduqdan sonra, tərkibində olan qida maddələri bəsit tərkib hissələrinə parçalanır, fermentativ proseslər- «oyanma» başlayır və cücərti əmələ gətirirlər.

Bitki yarpaqlarının 90-95, gövdəsinin 50 və toxumunun 9-15%- i sudur. Xiyar və pomidorun 94-95%-ni, kartof yumrularının 74- 80%-ni, taxıl dəninin isə 12-14%-ni su təşkil edir. Bitkilərdə gedən bütün biokimyəvi-fizioloji proseslər, o cümlədən polisaxaridlərin və peptidlərin əmələ gəlməsi və parçalanması, su molekulunun birləşməsi və ya ayrılması ilə başa çatır.

Bitkilərə lazım olan qida maddələri və karbon qazı torpaqdan və havadan ancaq su ilə daxil olur və bitkidə kökdən yarpağa və yarpaqdan kökə doğru yerini dəyişir.Bitkilər, qida maddələrini tor- paqdan yalnız 1000 hissə suda 1-2 hissə həll olmuş mineral duzlar şəkilində qəbul edir.

Müxtəlif bitkilərin toxumlarının cücərməsi üçün onların şiş- məsinə sərf etdiyi və vegetasiya müddətində üzvi kütləsini əmələ gətirmək üçün tələb etdiyi suyun miqdarı eyni olmur (cədvəl 9).

Bir qram quru maddənin əmələ gəlməsi üçün sərf olunan suyun miqdarı transpirasiya əmsalı adlanır.

Bitkilərə daxil olan suyun 99,2%-i buxarlanmaya sərf olunur və ancaq 0,8%-i üzvi maddələrin əmələ gəlməsi üçün istifadə edilir.

Hər hansı bitkinin suya olan tələbatı, inkişaf fazalarından asılı olaraq dəyişir. Bitkilərin suya ən çox tələbat göstərdikləri müd- dətlər böhran dövrü adlanır. Böhran dövrü buğda, arpa və çov- darda-boruya çıxma, sünbülləmə; qarğıdalıda- çiçəkləmə, sütül yetişmə, kartofda-çiçəkləmə, yumruların əmələ gəlməsi; pambıq- da- çiçəkləmə, qoza əmələ gətirmə; pomidorda- meyvə əmələ gəlmə, yetişmə və bostan bitkilərində- yetişmə fazalarında olur.
Cədvəl 9

Bitkilərin toxumunun cücərməsinə və üzvi kütlə əmələ

gətirməsinə tələb etdiyi suyun miqdarı


Bitkilər

Toxumun cücərməsinə sərf olunan suyun

miqdarı- öz çəkisinə nisbətən faizlə



Transpirasiya

əmsalı


Buğda

46-57

450-600

Arpa

48-60

410-620

Çovdar

58-76

500-600

Çəltik

60-65

500-800

Vələmir

50-58

400-750

Qarğıdalı

37-45

250-400

Noxud

100-106

400-600

Kartof

-

300-630

Çuğundur

100-120

340-450

Pambıq

100-110

300-600

Yonca

52-58

800-850

Başqa dövrlərdə bitkilər su ilə tam təmin olunsada, böhran dövrü su çatışmadıqda məhsuldarlıq kəsgin azalır.

Su bitkiyə əsasən torpaqdan kökləri vasitəsilə, dumanlı havada, yağıntılar düşdükdə və şeh əmələ gəldikdə isə qismən yarpaq ağızcıqlarından daxil olur.

Torpaqdan bitkilərə suyun daxil olması, suyun formasından və torpağın su xassələrindən asılıdır.

Torpaqda su buxar halında, kimyəvi birləşmiş, hiqroskopik, pərdə, kapillyar və qravitasiya formalarında olur. Lakin bitkilər suyun ancaq kapillyar və qravitasiya formalarından istifadə edə bilir.

Torpağın su xassələrinə: - su tutumu, su sızdırması, su qaldır- ması daxildir. Torpağın kapillyar və qeyri-kapillyar məsamələrinin su ilə tam dolması onun tam su tutumunu təşkil edir. Torpağın özündə saxlaya bildiyi qravitasiya və kapillyar suyun miqdarına tarla su tutumu deyilir.Torpağın özünə su hopdurması və aşağıya doğru süzməsi su sızdırma qabiliyyəti adlanır.

Atmosfer çöküntülərinin torpağa daxil olması hopma və süzmə prosesləri ilə başa çatır. Əvvəlcə su torpağa hopur və torpaq doyma dərəcəsinə çatanda süzmə prosesi başlayır. Su keçiriciliyinə torpağın məsaməliliyi birbaşa təsir göstərir.

Su sızdırması pis olan torpaqlarda su torpağın üst hissəsində toplanır və ya kənarlara axaraq itir. Çox quru torpaqlar əvvəlcə az norma ilə nəmləndirilib, sonra yüksək norma ilə suvarıldıqda öz su sızdırma qabiliyyətini daha yaxşı saxlayır. Tədricən islandığına görə, uzun müddətli payız yağışları torpağa daha yaxşı hopur.



Torpağın kapillyarları ilə suyu aşağı qatlardan yuxarıya doğru qaldırmasına su qaldırma qabiliyyəti deyilir. Torpaqda nəmlik tam tarla su tutumunun 60-80%-i qədər olduqda, əksər bitkilər üçün opti- mal hesab edilir. Qumlu qumsal torpaqlar, gilli gillicəli torpaq- lara nisbətən az su saxlayır və suyu tez buxarlandıraraq quruyurlar.

Strukturasız torpaqlarda su torpağa hopmur, qış aylarında buz əmələ gətirir və atmosfer çöküntülərinin torpağa hopmasının qar- şısını alır.Strukturasız torpaqlarda su kapillyar məsamələrdə mün- təzəm olaraq yuxarıya doğru qalxdığına görə, torpağın üst səthi həmişə nəmli olsa da, alt qatlarda nəmlik olmaya da bilər. Deməli, struktursuz torpaqlarda su ehtiyatı az və davamsız olur.

Strukturlu topaqlarda isə su qeyri-kapillyar məsamələrlə asan- lıqla torpağa daxil olur, ehtiyatını artırır və davamlı olur.

Su sızdırma, kapillyar fəaliyyəti və suyu buxarlandırma torpa- ğın nəmlənmə dərəcəsini müəyyən edir.Torpağın kapillyar fəaliy- yəti, suyun kapillyarlarla çox nəm olan yerdən, az nəm olan yerə ötürməsidir. Kip torpaqlarda kapillyarlar bir- birinə yaxın olduğuna görə suyu ötürməsi sürətlənir.

Torpağın öz səthindən suyu buxarlandırması, onun buxarlan- dırma qabiliyyətidir. Buxarlandırmaya su qaldırma qabiliyyətindən əlavə torpağın və yerüstü hava qatının temperaturu, küləyin sürəti,

torpağın rəngi, səthinin xarakteri və s. təsir göstərir. Səthi hamar olmayan tünd rəngli torpaqlar, hamar səthli açıq rəngli torpaqlara nisbətən suyu çox buxarlandırır. Bitki ilə örtülü olan sahələrdə bu- xarlanma, açıq sahələrə nisbətən xeyli az olur.

Torpaqda suyun toplanması əsasən atmosfer çöküntüləri hesabı- na olur. Suvarma əkinçiliyində suvarma suları və yeraltı sular səthə yaxın olan yerlərdə isə qrunt suları torpaqda suyun toplanma mənbəyinə daxildir.

Torpaqda ümumi su ehtiyatı hiqroskopik nəmliyin iki misli qədər olduqda bitkilər ondan daha yaxşı istifadə edir.M.Lvoviçə görə hidrosferin 1, 45 mlrd km3 su ehtiyatı :-60 mln km3 yeraltı çaylarda, 24 mln km3 buzlaqlarda, 83 min km3 torpaq nəmliyində, 14 min km3 atmosferdə və s. toplanır və ümumi su dövranında az və ya çox dərəcədə iştirak edirlər.

Bitkilərin istifadə etdiyi torpaq və atmosfer nəmliyi, ümumi dünya su ehtiyatlarının0, 00007%-ni təşkil etməsinə baxmayaraq, suyun ümumi dövranı bitkiləri su ilə təmin etməyə imkan verir.


Torpaqda su ehtiyatı W=10.000H

Р

100

 100  Н

Pq düsturu ilə



hesablanır. Buradan H- torpaq layının qalınlığı, P-həcm kütləsi, q- tarla su tutumuna görə nəmlikdir.

Bitkilərin suya olan tələbatı torpağın su balansı ilə ödənilir. Su balansı mədaxil və məxaric olunan suyun miqdarından asılıdır. Suyun mədaxili yağıntılardan (YS) və üst qata qalxan qrunt sularından (QS); məxarici isə transpirasiyadan (TS), torpaqdan suyun buxarlanmasından (TB), səth üzrə axan sudan (SA), torpaq daxilində yanlara axan sudan (YAS) və dərin qatlara sızan sudan (SS) ibarət olur.Yəni:

YS+QS=TS+TB+SA+YAS+SS

Mədaxilin əsas hissəsi atmosfer çöküntülərindən, yeraltı sulardan və suvarmalardan, məxaricin əsas hissəsi isə transpirasiya və buxarlanmadan ibarətdir.Suyun mədaxili onun məxaricindən çox olduqda, su balansı müsbət hesab edilir və ərazi humid bölgə adlanır. Humid bölgədə bəzi halda torpağın həddindən artıq nəmlənməsi baş verə bilər.Suyun mədaxili məxaricindən az olduqda isə, su balansı mənfi, ərazi isə arid bölgə adlanır.



A.N. Kostyakov atmosfer çöküntüləri ilə torpağa daxil olan suyun, torpaqdan və bitkilər tərəfindən buxarlanan suya nisbətin- dən asılı olaraq rütubətlənmə dərəcəsinin: 1. Çox nəmlənmiş, 2. Qeyri sabit nəmli və 3. Nəmliyi çatışmayan olmaqla üç tipini müəyyən etmişdir.

İl ərzində atmosfer çöküntüləri şəkilində torpağa düşən suyun miqdarı, buxarlanmaya nisbətən artıq olduqda ərazi çox rütubətli bölgəyə aid edilir. Yağmurlarla torpağa daxil olan suyun miqdarı, buxarlanan suyun miqdarına yaxın olduqda qeyri- sabit nəmlənmə adlanır. Yağıntıların miqdarı, buxarlanmaya nisbətən az olduqda isə, ərazi nəmliyi çatışmayan bölgəyə aid edilir.

Torpağa 1 mm yağıntı düşərkən hektara 10 ton və ya 10 m3 su daxil olur. Yəni bir dəfəlik yağıntılar 10-15 mm olduqda belə,


hektara ancaq 100-150 m3, yəni suvarma normasının

1 -i qədər su

8



düşür. Həmin suyun əsas hissəsi buxarlanmaya və digər itgilərə sərf olunur və onun ancaq müəyyən hissəsi bitkilər tərəfindən istifadə olunur. Ona görə, atmosfer çöküntülərindən torpağa daxil olan suyun miqdarını müəyyən etmək üçün onun cəmini udma əmsalına (0, 5-0, 7) vurmaq lazımdır.

Vegetasiya müddətində yağıntının illik miqdarı 100 mm-dən az olduqda səhra iqlimi, 100-300 mm olduqda isə quru- çöl iqlimi adlanır.

Bitkilərin suya olan tələbatının ödənilməsi minimaldan opti- mala qədər məhsuldarlığı artırır, sonra isə tədricən azaldır. Ona görə də, ərazinin nəmlik təminatı müəyyən edilərkən, yağıntının buxarlanmaya və ya yağıntının havanın sutkalıq nəmlik çatışmaz- lığına nisbəti göstəricilərindən istifadə olunur.

İllik yağıntıların miqdarı mülayim iqlim şəraitində 400 mm- dən, yüksək buxarlanma olan isti şəraitdə isə 500 mm-dən az ol- duqda suvarmalar aparmaq lazım gəlir. İ.S.Petinova görə torpaqda nəmlilik az olduqda su qənaətlə istifadə olunur, transpirasiya əmsalı aşağı düşür, transpirasiya məhsuldarlığı artır, lakin bitkilərin məhsuldarlığı azalır.

Almaniyanın Valte İnstitutuna əsasən nəmlik dərəcəsi aylıq yağıntının cəminin, aktual buxarlanmanın (0, 7) aylıq miqdarına


nisbəti kimi göstərir:

İ Y ,

PB 0,7

burada:-Y-yağıntı, PB- potensial buxarlanma (torpaq+bitki 0,7). Həmin nisbət:- 2, 5-dən artıq-çox nəm; 1,25-2,5 -nəm; 0,5-1,25 -az nəm; 0, 25-0, 50-yarı quru; 0,12-0,25 -quru və 0, 12-dən kiçik- çox quru nəmlik kimi qeyd olunur.

Suyun bir hektar sahədən m3-lə ümumi məsarifi cəmi su sər- fiyyatı (CS), bir ton məhsula olan məsarifi isə su sərfiyyatı əmsalı (SƏ) adlanır.

Bitkilərin növündən, aqrotexniki tədbirlərdən, məhsulun miq- darından, torpaq-iqlim şəraitindən və s. asılı olaraq su sərfiyyatı dəyişir. Eyni şəraitdə məhsuldarlıq artdıqda hektara ümumi su sərfiyyatı əmsalı (SƏ) azalır, yəni su qənaətlə istifadə olunur. Su- varılan torpaqlarda, dəmyə şəraitinə nisbətən su sərfiyyatı əmsalı daha az və davamlı olur.

Cəmi su sərfiyyatı (CS):- vegetasiya müddətində faydalı çökün- tülərdən, köklərin yayıldığı qatda səpin və məhsul yığımı dövrlə- rində olan su ehtiyatının fərqindən, daxil olan qrunt sularından və suvarma suyundan təşkil olunur.

Cəmi su sərfiyyatından istifadə etməklə suvarma norması aşağıdakı düsturla müəyyən olunur:

Sn=CS-A-(R0+R1)-Q

burada: Sn - suvarma norması, m3/ha;

CS- vegetasiya müddətində cəmi su sərfiyyatı, m3/ha; A- həmin müddətdə faydalı çöküntülər, m3/ha;

R0- kök yayılan qatda, səpin müddətində su ehtiyatı, m3/ha,

R1- kök yayılan qatda, məhsul yığımı dövründə su ehtiyatı, m3/ha.

Q- qrunt suları, m3/ha.

A.N. Kostyakova görə cəmi su sərfiyyatı:- (CS)=M: SƏ. Düs- turu ilə hesablanır (M- məhsul, h/S-lə; SƏ- su sərfiyyatı əmsalıdır). Kənd təsərrüfatı bitkilərinin suya tələbi istilik rejimində olduğu kimi qeyri-fəal və fəal yolla ödənilir.Qeyri- fəal yolla su rejiminin nizamlanmasına: -bitkilərin suya olan tələbinə görə ərazidə düzgün rayonlaşdırılması; sahənin uyğun relyefinin seçilməsi; səpinin vax-

tında, müəyyən edilmiş normada və üsulla aparılması; düzgün növ- bələşdirmə; aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi və s. daxildir.

Fəal yolla su rejiminin nizamlanması, həm torpaqda nəmliyin toplanmasına və onun itirilməsinin qarşısının alınmasına, həm də artıq rütubətlənmiş torpaqlarda nəmliyin azaldılmasına yönəldilən tədbirlərlə həyata keçirilir. Buraya: - süni suvarmalar, tarlaqoru- yucu meşə zolaqlarının salınması və süni su hövzələrinin yaradıl- ması ilə mikroiqlimin bərpası, sahədə qarın toplanması, xüsusi aq- rotexniki tədbirlər aparılması, kollektor-drenaj şəbəkələrinin qurul- ması və s. aiddir.

Rayonlaşdırma zamanı ərazinin nəmlik təminatı, bitkilərin suya olan tələbini ödəməsi imkanı ilə əlaqələndirilir. Ərazinin az mailli çökək yerlərində suya daha çox tələbat göstərən bitkilər əkilmə- lidir.

Səpin vaxtında, müəyyən edilmiş normada və üsulla aparıldıqda ərazinin rütubət ehtiyatından, xüsusən atmosfer çöküntülərinin he- sabına yaranan nəmlikdən daha yaxşı istifadə olunur və su itkisinin qarşısı xeyli alınır. Çoxillik paxlalı bitkilər torpağın strukturasını yaxşılaşdırır və su xassələrinin dəyişilməsinə müsbət təsir edir. Ona görə də bitkilərin növbələşdirilməsi, növbəli əkin tarlalarında torpağın su-fiziki xassələrinin yaxşılaşdırılmasını təmin edir.

Aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirildik- də, suyun torpaqda toplanmasına və onun səmərəli istifadə olun- masına əlverişli şərait yaranır. Məsələn, erkən şum aparılan sahə- lərdə payız-qış və erkən yaz yağmurları torpaqda yaxşı toplanır. Fəal yolla bitkilərin suya olan tələbatı, əsasən süni suvarmalar aparmaqla ödənilir.

Torpaqda nəmlik ehtiyatının azalması nəticəsində kapillyar əla- qələrin pozulması müşahidə edildikdə, bitkilərin suya olan tələbatı suvarma ilə ödənilir. Suvarılan torpaqlarda dənli bitkilərin məhsul- darlığı, suvarılmayan sahələrə nisbətən 2-3, yem bitkilərinin məh- suldarlığı isə 4-6 dəfə yüksək olur.

Tarlaqoruyucu meşə zolaqları, atmosferin yerə yaxın qatında rütubəti artırır, küləyin gücünü zəiflədir və nəticədə buxarlanma azalır və tarlada qarın uzun müddət qalması təmin olunur.

Süni su hövzələrinin yaradılması, havanın nisbi rütubətinin art- masına və qrunt sularının səviyyəsinin yüksəlməsinə səbəb olur. Bundan başqa ərinti və sel sularını su hövzələrində toplamaq və həmin sudan bitkilərin böhranlı dövrlərində suvarma məqsədilə istifadə etmək olar. Su rejiminin fəal yolla nizamlanmasında tor- paqda nəmliyin toplanmasını, qorunub saxlanmasını və səmərəli istifadə olunmasını təmin edən xüsusi aqrotexniki tədbirlərdən geniş istifadə edilir.

Suvarılmayan torpaqlarda, kifayət qədər nəmliyi olmayan və qeyri-sabit nəmlik şəraitində bitkilərin məhsuldarlığı, əsasən at- mosfer çöküntüləri hesabına təmin olunduğuna görə, burada su rejiminin nizamlanmasında əsas məqsəd, torpağın su-fiziki xassə- lərini yaxşılaşdırmaqla daha çox nəmlik ehtiyatı yaradan becərmə üsullarının tətbiq edilməsindən ibarətdir.

Qarın sovrulmasının, ərinti və yağış sularının axmasının qar- şısını almaq üçün torpaqda qarın və ərinti sularının saxlanılmasını təmin edən müxtəlif üsullar vardır. Qarı, tarlada quraşdırılan müx- təlif süni maneələrlə: - çırpı, sipər, kövşən dərzləri və s. ilə sax- lamaq olar. Bu maneələr qarı yaxşı saxlayır, lakin onların düzəldil- məsi üçün çoxlu material, nəqliyyat vasitəsi və əmək məsarifi tələb olunduğuna görə az istifadə edilir. Qarın saxlanılması üçün az zəhmət tələb edən və daha məhsuldar hesab olunan qar tirələrinin yaradılması üsulundan istifadə olunur. Bu məqsədlə hakim külək- lərin istiqamətinə köndələn qaydada olmaqla, bir-birindən 5-9 metr aralı, 40-70 sm hündürlüyündə qar tirələri düzəldilir. Qarın sov- rulmasının qarşısını almaq üçün qar kipləşdirici alətlərdən istifadə edilə bilər. Cərgə və ya lentlərdə saxlanılan hündür boylu bitkilər, qış dövründə sahədə qarın daha yaxşı saxlanılmasını təmin edir.

Sahədə kövşən qalıqlarının saxlanılması və torpağın yastıkəsən alətlərlə becərilməsi ilə qarın toplanması yaxşı nəticə verir. Mailli- yi olan sahələrdə yağmurların və ərinti sularının saxlanılması, həm torpağın rütubət ehtiyatını artırır və həm də eroziya prosesinin qar- şısını alır. Yamaclarda ərinti sularını saxlamaq üçün mailliyə köndələn istiqamətdə qar tirəsi düzəldilir, yaxud zolaqlarla qarın üzəri hər hansı materialla qaraldılır. Bu üsulda qarın qaralmış his- səsi tez əriyir, zolaqlar arasında isə su saxlayan tirələr əmələ gəlir.

Torpaqdan rütubətin buxarlanmasının qarşısını almaq üçün kapillyar suyun yuxarı qalxmasını və su buxarının diffuziyasının zəifləməsini təmin edən əlverişli əkin qatı quruluşu yaradılmalıdır. Bu məqsədlə torpağın üst 0-4 sm qatı yumşaq vəziyyətdə saxlanılır, 4-6 sm dərinlikdə isə kipləşmiş qat yaradılır ki, bu zaman qaz mübadiləsi torpaqdan su buxarının diffuziyası dayanır. Torpağı kipləşdirmək eyni zamanda yumşaltmaqla istənilən əkin qatı quruluşunu yaratmaq üçün vərdənə maladan istifadə olunur.

Torpaqda rütubəti saxlamaq üçün sahə alaq otlarından mün- təzəm təmizlənməlidir.

Rütubətliyi yüksək olan bölgələrdə yuyulan tipli su rejimi üs- tünlük təşkil edir. Torpaq suyunun qrunt sularına və ya su bu- raxmayan qata süzməsi, bu bölgədə torpağın həddindən çox nəmlənməsinə səbəb olur. Çox nəmlənmənin təsirindən torpaq kipləşir, quruma zamanı isə qalın qaysaq əmələ gətirir. Su torpağın bütün məsamələrini doldurduqda, hava sıxışdırılıb çıxarıldığına görə, aerob mikroorqanizmlərin həyat fəaliyyəti zəifləyir və bitki köklərinin hava ilə təmin olunması çətinləşir.

Çox nəmlənmiş sahələrdə su rejiminin nizamlanmasında məq- səd, artıq nəmliyi torpaqdan kənarlaşdırmaqdan ibarətdir. Bu mə- sələ meliorativ tədbirlərlə və xüsusən bataqlıqların qurudulması ilə həll olunur. Torpağın qurudulmasının ən yaxşı üsulu drenlərdən istifadə etməkdir. Örtülü drenlərin qurulması əkin sahələrinin həc- mini azaltmır və tarla işlərinin yerinə yetirilməsinə mane olmur. Drenlərdə toplanan su, lazımi halda suvarma suyu kimi istifadə edilə bilər.

Çox nəmlənmiş torpaqlarda su rejimi əkin qatının dərinləşdi- rilməsi, yuvaaçma, yamacın eninə doğru ensiz güzlərlə şumlama, tirəyə səpin və s. kimi xüsusi tədbirlər aparılmaqla nizamlanır.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müx- təlif üsullarda kök sisteminin yerləşdiyi aktiv torpaq qatında mü- vafiq nəmlik rejimi yaratmaqdır.Suvarma üsullarından hər birinin tətbiq dairəsi ərazinin torpaq, iqlim və təsərrüfat şəraiti ilə əlaqə- ləndirilməsi və iqtisadi cəhətdən əsaslandırılmalıdır.



    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin