Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarma şəraitində torpağın becərilmə xüsusiyyəti



Yüklə 2,38 Mb.
səhifə19/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
N 81

Suvarma şəraitində torpağın becərilmə xüsusiyyəti

Torpağın suvarma şəraitində səmərəli becərmə sistemi yalnız çəltiyin, payızlıq və yazlıq buğdanın, pambığın, qarğıdalının və kartofun başlıca sələflərinin, müxtəlif səpin üsullarının nəzərə alınması ilə mənimsənilə bilər.

Pambıq bitkisi üçün torpağın hazırlanması payızda önkotancıqlı kotanla 30-32 sm dərinlikdə aparılan əsas şum ilə başlanır.Yazda torpaq üzərində qaysaq əmələ gəldikdə onu səpindən sonra ilk günlərdə malalarla məhv edirlər, cücərtilər əmələ gəldikdən sonra rotasiya malası ilə malalanır. Vegetasiya müddətində torpağı yum- şaq, alaqlardan təmiz vəziyyətdə saxlamaq məqsədilə sistematik olaraq cərgəaralarının becərilməsi davam etdirilir, ki onların sayı altı və daha çox ola bilər. Pambıq bitgisi kvadrat-yuva üsulu ilə yerləşdikdə uzununa becərmələrdən başqa 2-3 dəfə enin becərilə bilər. Alaqları tamamilə məhv etmək məqsədilə onların kütləvi surətdə cücərməsindən dərhal sonra tarla becərilir.Hər bir suvarma apardıqdan sonra müəyyən dərinlikdə yumşaltma aparılır və bu iş torpağın fiziki yetişkənliyi dövrdə, qaysaq əmələ gəlməmiş apa- rılır.

Birinci cərgəarası becərmədə pəncələr-ülgüclər cərgələrin yaxınlığında, 6-8 sm dərinlikdə aparılır, ekstirpatorlu pəncələr isə cərgəaralarının ortasında 10-12 sm dərinlikdə aparılır. Cərgəara- larının ortasında daha dərin becərmə aparılması ensiz suvarma şırımları açılmasına səbəb olur və pambıq bitgisinin köklərinin kəsilməsinin qarşısı alınır.

Qarğıdalını adətən başdan-başa səpilən dənlilərdən, çoxillik otlardan və bəzən cərgəarası becərilən və paxlalı bitgilərdən sonra yerləşdirirlər. Qarğıdalı üçün tarlanı 30-32 sm, çürüntülü qat ki- fayət qədər dərin olmadıqda torpaqdərinləşdiricilərindən istifadə olunur. Yazda əkin qabağı yaxud rütubət toplayıcı suvarma aparı- lan tarlalarda alaqlar şaxta düşənədək yarımherik becərmələr yolu ilə məhv edilir. O əkindən sonrakı üzləmələrdn və kultivasiya- lardan, yazda isə torpağın səpinqabağı becərilməsindən ibarətdir. Dondurma şumunun yaz malalamasından sonra iki dəfə kultivasiya aparılır. Birinci kultivasiya 10-12 sm, ikinci toxumların basdırılma

dərinliyində.

Payızlıq buğdanı təmiz heriklərdə və qeyri-herik sələflərdən sonra becərirlər. Suvarma şəraitində yazlıq buğdanı çoxillik otlar əkinindən habelə cərgəarası becərilən və payızlıq bitgilərdən sonra becərirlər. Axırıncı biçimdən dərhal sonra çim 20-22 sm dərin- liyində şumlanır.Daha dərin əkin məqsədəuyğun sayılmır, çünki bu yoncanın kök qalıqlarının parçalanmasını yavaşıdır.

Yoncanın cücərməsinin qarşısını almaq üçün əkinə 10-12 gün qaldıqda cücərən bitgilər biçilir, yaxud üzləmə aparılır və onun kök boğazı qurudulur.Tədqiqatlar sübut edir ki, yoncanın cücər- məsinə qarşı mübarizə tədbiri kimi tarlada iki yaruslu kotanla şum aparmaq daha məqsədəuyğun hesab edilir.Bu vaxt üst qat (0-15 sm) yoncanın kök boğazcıqları ilə birlikdə şırımın dibinə atılır və həmin qalınlıqda əkin qatının aşağı hissəsi ilə üstü örtülür.

Suvarma şəraitində kartofu dənli bitgilərdən habelə çoxillik otlardan sonra becərirlər. Kartof altındakı torpaq yumşaq və onun hava keçiriciliyi yaxşı olmalıdır. Lakin humus qatı zəif olan şorlaşmamış torpaqlarda əkin dərinliyi 30-32 sm-ə çatır.

Kartof basdırıcılarla kartof yumruları basdırılarkən səpinqabağı becərməni gəvahinli üzləyicilərlə yaxud kultivatorlarla 15-20 sm dərinlikdə aparırlar. Cərgəarası becərmələrin dərinliyi 12-15 sm olur.Onların aparılma vaxtı torpağın suvarmaya hazırlanması və suvarmadan sonrakı qulluq işləri ilə əlaqədardır.Dibdoldurulması kartof yumrularının çox əmələ gəlməsinə səbəb olur.Əgər dibdol- durulması çarpaz aparılırsa, onda əvvəlcə onu və kultivasiyanın cərgələrin eninə istiqamətdə aparırlar.Sonra suvarma istiqamətin- də, suvarma şırımları açılması ilə eyni vaxtda aparılır.

Çəltik üçün ən yaxşı qaratorpaq, çaybasarların torpaqları və tünd şabalıdı torpaqlardır.Əgər drenaj sistemi vardırsa və sistema- tik olaraq yuyulma aparılırsa onu şorlaşmış torpaqlarda da becərmək olar.

Çəltik üçün torpağın hazırlanmasına sələf yığımından dərhal sonra başlanılırsa, sahə axırıncı yığımdan dərhal sonra şumlanır.

Yeni mənimsənilən torpaqlarda çəltik becərilərkən torpağın hazırlanmasına səpindən bir il əvvəl başlamaq lazımdır.Bunun üçün yazda sahə hamarlanır, əkilir və alaq otları ilə mübarizə

aparılır, payızda isə təkrar şum aparılır.

Yazda səpinə qədər malalama və alaqların məhv edilməsi üçün 2-3 dəfə səpinqabağı kultivasiya aparılır.Əgər dondurma şumu şiddətli dərəcədə kipləşmişdirsə çizellənir, yaxud da təkrar şum aparılmaqla, üzdən kultivasiya çəkilir, lazım gəldikdə isə malala- ma və ya vərdənələmə aparılır.

    1. Gübrələmə sistemi

Suvarma şəraitində gübrələrin kənd təsərrüfatı bitgilərinə müs- bət təsiri bir sıra təcrübə müəssisələrinin, elmi-tədqiqat işlərinin yekunları ilə sübut olunmuşdur.

Gübrələrin tətbiqinin və dərin əkinin növbəli əkində nizama sa- lınması torpağın münbitliyinin və kənd təsərrüfatı bitkilərin məh- suldarlığını artırır.

Suvarmada üzvi maddələrin parçalanması yüksək sürətlə get- məsinə baxmayaraq onun ehtiyatı üzvi gübrələrin verilməsinə görə kök sisteminin artması ilə bərpa olunur.

Suvarma əkinçiliyi sisteminin başlıca elementlərinin eyni vaxt- da mənimsənilməsi növbəli əkin, torpağın becərilməsi və güb- rələrin tətbiqi kənd təsərrüfatı bitkilərinin həm suvamanın, həm də aqrotexnikanın digər qaydalarının səmərəliliyini xeyli artırır. Belə vəziyyət Xerson kənd təsərrüfatı institunun təcrübə təsərrüfatının qaratorpaqlarında aparılmış təcrübələrdə təsdiq olunmuşdur.

    1. Suvarma şəraitində vahid sahədən bir ildə iki məhsul alınması

Uzunmüddətli şaxtasız dövrə malik olan bölgələrin suvarılan torpaqlarında eyni sahədən iki dəfə məhsul almaq olar.Suvarma olmadan torpaqda yığılmış bitkidən sonra rütubət kifayət qədər olmadığından ikinci məhsul almaq çətindir.Suvarmada bu qorxu olmur.Orta Asiyada, Cənubi Qazaxıstanda, respublikamızın aran bölgələrində kövşənlik bitkilərinin becərilməsi nəticəsində məhsul- darlığı artırmaq mümkünür. Çünki orada effektiv temperaturların

müddəti daha uzundur.

Respublikamızın aran bölgələrində qarğıdalı, sorqo, paxlalı bit- kilər vahid sahədən bir ildə iki dəfə məhsul əldə etmək üçün qiy- mətli bitgi hesab olunur. Təkrar səpinlər müddətində torpağın və havanın temperaturunun yüksək olması cücərtilərin əmələ gəlmə- sinə, yayın ikinci yarısında günün qısa olması bitgilərin sürətlə inkişaf etməsinə səbəb olur. Belə şəraitlərdə qarğıdalının vegeta- siya müddəti məhsulunu azaltmadan bir qədər qısalır.

Vahid sahədən bir ildə iki dəfə məhsul əldə etmək üçün ən mü- hüm şərtlərdən biri torpağın yaxşı becərilməsidir. Tədqiqatlar gös- tərir ki, noxud altından çıxmış torpaqda becərmə üsullarının qarğı- dalının kövşənliyə səpin və noxudun təkrar səpinlərinin məhsuluna təsiri böyükdür. Suvarılan çəmən torpaqları yazda səpilən bitgilə- rin yığım dövrü şiddətli kipləşdiyindən, təkrar səpin üçün kövşən- likdə torpağın dərin şumlanması və digər becərmə aqrotexnikasına riayət olunmalıdır.

Müəyyən olunmuşdur ki, tarla dərin şumlandıqda (22-25 sm) təkrar bitgilərin altındakı torpağın bir metrlik qatında diskili üzləyicilərlə becərilməyə nisbətən 4%, nitrat azotunun və fosfat turşusunun ehtiyatları isə 11-12% atıq olur.

Suvarma şəraitində kövşənlik qarğıdalısı becərilməsində tor- pağın əsas becərilmə üsullarının öyrənilməsi göstərdi ki, 24-26 sm dərinlikdə əkin, diskləmə və sacsız becərmə ilə müqayisədə xeyli üstünlüyə malikdir. Cərgəarası becərilən bitgilər altında dərin əkin aparılmış yüngül torpaqlarda kövşənliyə səpilən qarğıdalını yerləş- dirərkən müstəsna hal kimi səthi becərmələr aparmaq olar.

Bəzi bölgələrdə kövşənlik müddəti qısa olduğu üçün ikinci məhsul almaq məqsədilə çox vaxt birillik ot qarışığından istifadə olunur.

Vahid sahədən bir ildə iki dəfə məhsul əldə etmək qaydaları mənimsənildikcə yazlıq yem bitgilərinin səpinləri azaldılır və su- varma şəraitində dənli bitgilər altında səpin sahələrinin artırıl- masına imkan verir.

    1. Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin becərilməsinin xüsusiyyətləri

Kənd təsərrüfatı bitkilərinin aqrotexnikası bitkiçilik fənnində geniş işıqlandırılır. Bəzi məsələlər isə ümumi əkinçilik, aqrokimya fənlərində öyrənilir. Ona görədə kənd təsərrüfatı bitkilərinin becə- rilmə aqrotexnikasının bütün cəhətlərini burada şərh etmək artıq- dır.

Digər fənnlərdən fərqli olaraq Suvarma əkinçiliyi fənnində yalnız o məsələlər araşdırılır ki, onlar bilavasitə yaxud dolayı yolla suvarma ilə əlaqədardır və onlar bu şəraitlərdə kənd təsərrüfatı bitkilərinin becərilməsinin xüsusiyyətlərini əks etdirirlər.Buraya bitkilərin bioloji xüsusiyyətləri, torpaq becərilməsinin xüsusiy- yətlərini, suvarma sxemlərini və üsullarını eləcədə digər məsələləri daxil etmək olar.

    1. Dənli dənli-paxlalı bitkilər




    1. Payızlıq buğda

Buğda ən qiymətli qida bitkisidir. Təbii zonalardan asılı olaraq suvarılan torpaqlarda buğda becərilərkən onun payızlıq yaxud yazlıq formalarına üstünlük verilir. Qışlama şəraitləri əlverişli, lakin isti və quraq yaya malik rayonlarda payızlıq buğda daha yüksək və sabit məhsul verir.

Suvarma bitkilərin böyümə və inkişafı üçün optimal şərait yara- dır, onların qışa davamlılığını artırır ki, bu da payızlıq buğdanın yaxşı qışlamasını təmin edir. Buna görədə payızlıq buğdanın səpinləri getdikcə genişlənir.

Payızlıq buğda yazın birinci yarısında yetişdiyinə görə yaşıl yem, silos və hətta dən üçün əkilən aralıq bitkilərə yaxşı sələfdir.

Suvarılan növbəli əkinlərdə payızlıq buğda həmdə yaşıl yem və silos üçün becərilir, tarla azad olduqdan sonra həmin tarladan dənli, tərəvəz və yem bitkilərinin əkilməsi üçün istifadə olunur.

Bioloji xüsusiyyətləri. Payızlıq buğda qış düşənədək cücərti

verir, kollanır, kökləri dərinə işləyir və payız bərkiməsini keçirir.

Qışlamadan sonra bitkilərin inkişafı davam edir, böyümə ko- nusu əmələ gəlir. Onun güclü inkişafı və fəal uzanması yarpaqların və köklərin gücündən, toxumların su ilə doymasından asılıdır. Rüşeyim hüceyrələrinin su ilə tam doyması turqor vəziyyətinin saxlanmasına, gərilməsi, gələcək sünbülcüklərin rüşeyimlərinin miqdarının artırılması üçün zəruridir.Bu bitkilərin su ilə təmin olunmasında ən məsul dövr hesab olunur. Payızlıq buğdanın kritik dövrü boruya çıxmadan dənin süd yetişmə dövrünədək uzanır.

Bioloqlar müəyyən etmişlər ki, rüşeym sünbülcüklərinin əmələ gəlməsindən əvvəl faraş suvarma sünbüldə dəni artırırsa, çiçək əmələ gəlməsinin başlanğıcında suvarma hər bir sünbülcükdə inki- şaf etmiş çiçəklərin miqdarını artırır. Boruyaçıxma fazasında sünbüllər və gövdələr tez böyüyür, əlavə yarpaqlar əmələ gəlir və quru kütlə intensiv toplanır.

Çiçəkləmə və mayalanma dövründə tənəfüs gücləndiyi və üzvü maddələrin məsarifi artdıqda, bitkilər həddən artıq qızmaya və quru küləklərə qarşı həsasdırlar. Müəyyən olunmuşdur ki, 350S temperaturada payızlıq buğda bitkilərində fotosintez prosesi çox zəifləyir, məhsuldarlıq 20% azalır, 400S-də isə 50%-dək azalır: havanın aşağı nisbi rütubətidə eyni ilə təsir göstərir.Havanın rütubəti 24%-dən aşağı olduqda və quru külək olduqda seyrək- dənlilik və boş sünbüllülük olur.Havanın yüksək temperaturasının və aşağı rütubətliliyinin mənfi təsirini adi üsulla yaxud xırda dispersiyalı yağdırma yolu ilə sərinləşdirməklə zəiflətmək olar.

Payızlıq buğdanın transpirasiya əmsalı 450-500, sudan istifadə əmsalı 60-90m3 su (1 sentner dənə görə) olur.Bu göstəricilərin dəyişkənliyi sortdan, rütubətdən, torpağın mineral qida elementləri ilə təmin olunma dərəcəsindən asılıdır.Onların qiymətinə habelə iqlim şəraitləri təsir edir.



Payızlıq buğda uzun vegetasiya müddətinə malikdir ki, bu da torpaqdan bitkinin qida elementlərini daha tam mənimsəməsinə imkan verir. Lakin qida elementlərinə təlabat bitkilərin inkişaf dövrlərindən asılı olaraq müxtəlif olur.Azot vegetasiya müddətində həmişə zəruridir, lakin onu boruya çıxma sünbülləmə fazalarında daha çox tələb edir. Erkən yazda aşağı temperaturaların torpağın

həddən artıq rütubətlənməsinin nəticəsində nitrifikasiya prosesi zəifləyir, aşağıya doğru su axınları nitrat azotunu dərin qatlara yuyub aparır. Ona görədə nitrat azotu ilə yaxşı təmin olunmuş torpaqlarda da hətta bitkilər azotdan korluq çəkə bilərlər.Erkən yazda payızlıq bitkilərin azotla yemləndirilməsinin səmərəliliyini bununla izah etmək olar.

Cücərmə dövründə inkişafının başlanğıcında buğda bikisinin fosfora ehtiyacı böyük olur. Rütubətlə yaxşı təmin olunan torpaqlarda fosfor bitki köklərinin yaxşı inkişaf etməsinə səbəb olur. Bu zaman bitkinin kökləri 1m-dək dərinliyə gedir quraqlığa, soyuğa davamlılığı yüksəlir.

Fosfor sünbül əmələ gəlməsini dənlərin dolmasını təmin edir. Böyümənin ilk mərhələsində baş verən fosfor çatışmamazlığı sonra- dan verilən yemləmə gübrələri vasitəsilə bərpa olunur.

Torpaqda buğdanın cücərməsindən çiçəkləməyə qədər asan mə- nimsənilən kalium çatışmadıqda bitkilərin böyümə inkişafı zəifləyir, onlar temperaturanın rütubətin dəyişkənliyinə qarşı həs- sas olurlar.

Payız dövründə bitkilərin fosfor və kaliumla yaxşı təmin olun- ması payızlıq buğdanın qışa davamlılığını yüksəldir, onların azotla kifayət qədər təmin olunması dənin tərkibində zülalın miqdarını artırır.Ancaq qeyd etmək lazımdır ki, azotun və rütubətin həddən artıq olması bitkilərin yerə yatmasına səbəb olur.

Xüsusilə soyuq rütubətli illərdə suvarma aparıldıqda payızlıq buğdanın kök çürüməsi və pas xəstəliyilə sirayətlənmə təhlükəsi artır.Xəstə bikilərdə fotosintez prosesi kəskin pisləşir, tənəfüs intensivliyi və üzvi maddələrin itkisi artır, transpirasiya xeyli güc- lənir ki, bu da məhsuldarlığı kəskin azaldır.Gübrələrdən düzgün istifadə etdikdə pas xəstəliyinə qarşı davamlılıq artır.

Suvarma şəraitində becərilən payızlıq buğda sortları əlavə rütu- bətlənməyə yüksək həssas, habelə yatmağa və göbələk xəstəliklə- rinə qarşı davamlılığı yüksək olur.



Aqrotexniki xüsusiyyətləri: Payızlıq buğda sələflərə qarşı yük- sək tələbkardır, onların yığım vaxtları onun üçün mühüm rol oynayır.

Sələf bitkisinə olan başlıca tələb onun tez yığılmasıdır.Bu isə

gübrələrin vaxtında verilməsinə, torpağın əsas becərilməsinin apa- rılmasına, səpinqabağı becərmələrin aparılmasına, payızlıq buğ- danın optimal müddətlərdə səpilməsinə şərait yaradır.

Suvarma zonalarında cərgəarası becərilən bitkilər payızlıq buğ- da üçün ən yaxşı sələf hesab olunur. Respublikamızın müxtəlif bölgələrində payızlıq buğda üçün ən yaxşı sələf pambıq, qarğıdalı, çuğundur, kartof və s istifadə olunur. Növbəli əkinlərdə bu bitki- lərdən sonra buğda əkini nəzərdə tutulubsa, cərgəarası becərilən bitki əkini üçün torpaq dərindən şumlanmalıdır.Bu bitkilərin vege- tasiyası dövründə aparılan cərgəarası becərmələr torpağı alaq otla- rından tamamilə təmizləyir. Belə sahələr taxıl səpilməmişdən əv- vəl qarğıdalının, pambığın gövdələrindən, digər bitkilərin qalıqla- rından təmizlənir.

Payızlıq buğdanın səpinindən əvvəl bir ildə iki məhsul (payızlıq buğda və kövşənlik qarğıdalı) alınması böcəklərə qarşı mübarizədə profilaktik rol oynayır və lazımı miqdarda gübrələr verildikdə məhsuldarlığa mənfi təsir göstərmir. Bu respublikanın suvarılan aran bölgələrində daha yaxşı nəticə verir.

Torpağın becərilməsi: Payızlıq buğdanın səpini üçün torpağın əsas becərilməsi 6-8sm dərinliyində üzləmədən, sələfdən, tarlanın alaqlanmasından, gübrə normalarından və sonrakı suvarma reji- mindn asılı olaraq 14-32sm dərinliyində şumlamadan ibarətdir.

Sələf bitkisi yonca olduqda ikinci biçimdən sonra layın qaldırılma dərinliyi 28-30sm, üçüncü biçimdən sonra isə 20-22sm olur.Digər sələflərdən sonra faraş şum aparıldıqda onun dərinliyi 25-32sm, gec aparıldıqda isə 20-22sm olması məsləhət bilinir. Rü- tubəttoplayıcı suvarmadan sonra və yüksək gübrə normalarında şumun dərinliyi azalır. Bitkinin səpinindən qabaq dərin şum aparıl- dıqda torpağın həddən artıq yumşaq olması bitkilərin ilk inkişafını pisləşdirir, vegetasiya suvarmaları apardıqda dayaz şumlamada səpilən bitkilərə nisbətən daha çox yatırlar.

Alaqlardan təmiz olan, habelə yüngül və yaxşı mədəniləş- dirilmiş torpaqlarda sələflərin yığılması gecikdirildikdə şumlamanı PPA-10-25 markalı gəvahinli üzləyicilərlə 8-14sm dərinlikdə apa- rılmalıdır.

Cərgəarası becərilən bitkilərdən sonra şumun səthi becərmələrlə

əvəz olunmasına yol verilə bilər. Torpaq həddən artıq qurumuş olduqda becərilən şumun kəltənliliyinin qarşısını almaq üçün şumlamadan qabaq suvarma aparılmalıdır.

Suvarmanı şumdan sonrada aparmaq olar. Şumdan əvvəl və ya sonra aparılan suvarma alaq toxumlarının, yerə tökülmüş taxılın cücərməsinə və torpaqda nəmlik ehtiyatı yaranmasına, eyni vaxtda yeni səpilmiş toxumdan sağlam cücərtilərin alınmasına səbəb olur. Torpağın əsas becərilməsindən sonra rütubəttoplayıcı yaxud səpinqabağı suvarma aparılır.Bu halda süni yağış yağdırmadan və şırımla yerüstü suvarma üsulundan istifadə olunur.Becərilən qat

yetişdikcə tarla ağır malalarla malalanır.

Payızlıq buğdanın səpini üçün torpağın becərilməsi səpinqabağı dövrdə, toxumların basdırılma dərinliyində kultivasiya çəkilir.

Tədqiqatlar göstərir ki, gübrələr payızlıq buğdanın məhsuldarlı- ğını suvarma şəraitində kəskin artırır.Ukrayna Elmi Tədqiqat Suvarma Əkinçiliyi və Elmi Tədqiqat Qarğıdalı İnstitutunun məlu- matlarına əsasən qara və şabalıdı torpaqlarda optimal azot gübrə normalarının tətbiqi hesabına payızlıq buğdanın məhsul artımı hektardan 10s, fosforlu gübrələrin hesabına 1,5s, onların birgə tətbiqində isə 12,1-16, 8 s/ha artmışdır.

Yüngül mexaniki tərkibli torpaqlarda azot gübrələrini yalnız səpinqabağı və yemləmə şəklində verilməsi məsləhət bilinir.

Son vaxtlar payızlıq buğdanın səpinlərində yazda azot yemləmə gübrəsi diskili səpicilərlə torpağın müəyyən dərinliyinə verilir. Bu üsulun üstünlüyü ondadır ki, gübrələr bərabər paylanmaqla, həm də yumşaldılır.

Səpin. Payızlıq buğdanı darcərgəli və çarpaz üsulla səpirlər. Cərgəaralarının eni 7,5 və 15sm olur. Toxumun səpin dərinliyi 6- 8sm-dir. Səpin norması sortdan, səpin vaxtlarından və bitkinin becərildiyi bölgədən asılı olaraq müəyyən olunur.

Payızlıq buğdanın optimal səpin müddəti respublikamız əra- zisində 15-25 oktyabr hesab olunur.Tədqiqatlar göstərir ki, daha tez səpildikdə bitki güclü inkişaf edir, nəticədə pis qışlayır, su- varma suyundan və qida maddələrindən israfçılıqla istifadə edir, xəstəlik və zərərvericilərlə daha çox sirayətlənir ki, bu da məhsul- darlığın azalmasına səbəb olur. Gec səpinlərdə isə bitki yaxşı in-

kişaf edə bilmədiyindən qışlamaya qədər kollana bilmir, nəticədə məhsuldarlıq xeyli aşağı düşür. Buna görədə gec səpin zamanı səpin norması xeyli artırılır ki, bu da iqtisadi cəhətdən rentabelli olmur.

Səpinlərə qulluq işləri vərdənələmə, malalama, yemləmə, yat- maya, alaqlara, xəstəlik və zərərvericilərlə qarşı mübarizə tədbirlə- rindən ibarətdir. Səpinlərə qulluq işləri yazda gübrələrin verilməsi ilə başlanır. Vegetasiya suvarmaları üçün hazırlanmış tarlalarda malalama aparılarkən, suvarma şəbəkələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.Suvarma zolaqları olduqda malalama zolaqlar boyunca aparılır. Vegetasiya suvarmaları üçün müvəqqəti suvarıcılar və çı- xış şırımları səpinlərin faraş yaz malalanmasından sonra çəkilir.



Gübrələnməsi: Suvarma şəraitində payızlıq buğdanın məhsul- darlığının artırılmasında aparılan ən mühüm tədbirlərdən biri də gübrələmədir. Suvarma şəraitində intensiv sort tam dozada mineral gübrə almalıdır.

Fosfor və kaliumun illik norması bir qayda olaraq əsas şum altına verilməlidir. Payızlıq buğdanın qışa davamlılığını artırmaq məqsədilə səpin zamanı cərgələrə lokal üsul ilə təsiredici maddə hesabı ilə 20 kq superfosfat verilməlidir.

Azot çatmadıqda böyümə ləngiyir, yarpaqlar saralır, quruyur. Gövdə qırmızı rəngə çalır. Ümumiyyətlə payızlıq buğdaya azot gübrəsi hissə-hissə verilməlidir.Azotun illik normasının 20%-i pa- yızda, 50%-i yazda kollanma fazasında, 30%-i boruyaçıma faza- sında verilir.

Suvarma rejimləri. Payızlıq buğda səpilən kimi sahə suvarıl- malıdır. Səpsuvar aratda olduğu kimi zolaq və ya şırım üsulu ilə aparılmalıdır. Bu zaman zolağın eni 15-20 m, uzinluğu 150-200 m, bəzən isə 300-400m ola bilər. Səpsuvar üçün bölgələrdən asılı olaraq hektara 800-900 m3 (şırım üsulunda) və 900-1100 m3 (zolaq üsulunda) su sərfi yaxşı norma hesab olunur. Səpindən sonra aparılan suvarmaya səpsuvar deyilir.

Payızlıq buğda becərilərkən birinci növbədə normal cücərtilərin alınması və bitkilərin yazda normal inkişaf etməsi üçün optimal torpaq rütubətliyi şəraiti yaradılmalıdır.Buna rütubəttoplayıcı, ya- xud səpinqabağı suvarmalarla nail olunur.Müxtəlif əkinçilik bölgə-

lərində onların əhəmiyyəti eyni deyildir.Payızda tez-tez düşən və yaz fəslinə yaxın dərin islanmış torpaq örtüyünə malik olan rayonlarda rütubəttoplayıcı suvarmanın əhəmiyyəti azalır.

Quraqlıq payız və payız-qış yağmurları az olan rayonlarda rütu- bəttoplayıcı suvarma payızlıq buğdanın məhsuldarlığının artırılma- sında həlledici əhəmiyyətə malikdir.

Təcrübələr göstərir ki, torpağın səpinqabağı rütubətləndirilməsi hektardan 40-45s payızlıq buğda məhsulunun alınmasına imkan verir ki, bu da dəmyə şəraitdəkinə nisbətən 15-25s çox olur. Rütu- bəttoplayıcı suvarma (arat) çox hallarda qara heriyə nisbətən daha yüksək məhsul alınmasına imkan verir. Bu suvarma 1000- 1200m3/ha norma ilə aparılır.Suvarma normasını müəyyən edərkən qrunt sularının dərinliyi nəzərə alınmalıdır.Suvarma suyu duzlu qata çatmamalıdır, çünki onun həll etdiyi duzlar kapilyar axınla qalxaraq köklər yayılan torpaq qatını şorlaşdıra bilər.

Qrunt sularının səviyyəsi yaxın olan torpaqlarda rütubəttop- layıcı suvarmalar ərazinin bataqlaşmasına səbəb ola bilər.

Rütubəttoplayıcı və səpinqabağı suvarmaların aparılma vaxtları payızlıq buğdanın səpin vaxtı ilə, təsərrüfatın su ilə təmin olun- ması, suvarma texnikası və sələf bitkisinin yığılması ilə əlaqədar- dır. Payızlıq buğdanın vegetasiya suvarmaları zamanı iqlim və hidrogeoloji şəraitlərin, düşən yağmurların miqdarı və onların pay- lanması xarakteri, bitkilərin suya təlabatı məsələləri nəzərə alınma- lıdır. Maksimum su məsarifi boruya çıxmadan dənin süd yetişmə dövrünə qədər olur.

Tədqiqatlar göstərir ki, vegetasiya suvarmaları elə aparılmalıdır ki, torpağın 0-70 sm qatında rütubətlik bitkilərin boruya çıxma, sünbülləmə və dənin dolması fazalarında tarla su tutumunun 60 %- də (yüngül torpaqda), 70 %-də(orta yüngül torpaqda) və 80 %-də (ağır torpaqlarda) olmalıdır.

Vegetasiya suvarmalarınin normaları müəyyən olunarkən tor- paqda rütubət ehtiyyatı, torpağın mexaniki tərkibi, rütubətləndiri- lən qatın qalınlığı və qrunt sularının dərinliyi nəzərə alınmalıdır.

Respublikamızın ərazisində qış isti keçdiyindən payızlıq buğda bitkisinin vegetasiyası davam edir və ona görədə arat suvar- masından başqa 2-3 dəfə vegetasiya suvarması aparılır.



    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin