Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarılan torpaqlarda əsas payızlıq becərmələri və əkin qatının dərinləşdirilməsi



Yüklə 2,38 Mb.
səhifə15/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
N 81

Suvarılan torpaqlarda əsas payızlıq becərmələri və əkin qatının dərinləşdirilməsi

Payızlıq bitkilər yayın axırında, payızın əvvəlində səpilir, məh- sul isə növbəti ilin yayında yığılır. Bu da aqrotexnikanın xüsusiy- yətlərini müəyyən edir. Payızlıq bitkilər altında torpaqbecərmələ- rinə düzgün qiymət ölkəmizin müxtəlif təbii bölgələrində aparılan tədqiqatlar əsasında verilə bilər.

Torpağın becərilməsi zonal xarakterli olub, torpağı eroziyadan qorumalı, nəmliyin toplanmasına və qorunub saxlanmasına yönəldilməlidir.

Əkin qatının qalınlığı suvarma suyuna, tətbiq olunan gübrələr- dən istifadə olunmasına, sahələrin alaqlanmasına və kənd təsərrü- fatı bitkilərinin digər həyat şəraitlərinə böyük təsir göstərir.

Tədqiqatlar göstərir ki, pamığın məhsuldarlığı əsas dərin şum- dan sonra 3,5-4,2 s/ha artmışdır. Ən yüksək məhsul artımı eyni vaxtda 60sm dərinləşdirilməklə 0-15 və 15-30sm qatlar üzrə iki qatlı əkində alınmışdır. Torpağın belə becərilməsinin müsbət təsiri onunla izah olunur ki, lay çevirilməklə əkin dərinliyinin artırıl- ması, habelə kombinə olunmuş becərmə əkin qatının yumşal- masına xeyli təsir göstərir.

Əkin qatının yumşaqlığının artması onu göstərir ki, torpağın məsaməliyi və su keçiriciliyi artır ki, bu da pambığın becərilməsi üçün çox vacibdir. Əkin qatının dərinləşdirilməsi pambığın bö- yüməsinə xeyli təsir edir. Əgər adi əkində pambığın kök sistemi əsasən 50sm-ə qədər dərinlikdə inkişaf etmişsə və əsas kök daha dərin qatlara daxil olursa, onda 30sm dərinlikdə əkin və 60sm dərinlikdə yumşaltma apardıqda pambıq bitkisinin kökü 80sm, əsas kök isə 100sm və daha çox dərinə getmişdir. Daha güclü kök sistemi suyu və qida maddələrini yaxşı istifadə edir və bununla da məhsulun əmələ gəlməsinə müsbət təsir göstərir.

Orta hesabla üç ildə 30 sm dərinlikdə şum aparıldıqda yumşaq qatın qalınlığı 9,3 sm, 40 sm-lik ikiqatlı şumda 15,2 sm, kombinə olunmuş becərmədə isə yumşaq qatın qalınlığı 17,4 sm artmışdır.

Becərmə dərinliyi, becərilən bitkilərin bioloji xüsusiyyətləri, tətbiq olunan gübrələr və digər aqrotexniki qaydalar nəzərə alın- maqla torpaq şəraitlərindən asılı olaraq müəyyən olunur. Ümu- miyyətlə torpağın becərilməsi bölgələrdən asılı olaraq dəyişə bilər. Şirvan bölgəsinin suvarma şəraitində aparılmış təcrübələr nəti- cəsində məlum olmuşdur ki, boz torpaqları 5 sm dərinlikdə üzlə- mək, suvarmaq, sonra isə 27 sm dərinlikdə şum edib arxasınca

yüngül hamarlama və vərdənə çəkmək ən yaxşı becərmə üsuludur.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və torpağı mədəni hala salmaq üçün aparılan aqrotexniki tədbirlərdən biridə şum qatının dərinləşdirilməsidir. Şum qatı 30-32 sm və daha çox dərinləşdirilə bilər. Torpaq şəraitindən asılı olaraq. Şum qatı ya

birdən-birə, yaxudda tədriclə dərinləşdirilir.Şum qatı birdən-birə dərinləşdirildikdə ona veriləcək əhəng, üzvi və mineral gübrələrin miqdarıda o nisbətdə artıq olmalıdır.

Ağır mexaniki tərkibli yüksək suvarma normaları tətbiq olunan torpaqlarda dərin şum 2-3 ildən bir, yüngül və az suvarma nor- maları tətbiq olunan torpaqlarda gec-gec aparılması məsləhət bilinir. Ağır, tez kipləşən və yüksək suvarma normaları tətbiq olu- nan torpaqlarda dərin şum kipləşmənin qarşısını almaq məqsədilə dərnlik tez-tez dəyişdirilməlidir.

A.N.Ratnikov göstərir ki, bir çox hallarda atmosferdən torpağa daxil olan radionuklidlər torpağın səthində (0-2 sm) toplanır. Tor- pağın dərin şumlanması radionuklidlərin konsentrasiyasının azal- masına gətirib çıxarır. Şum qatı artdıqca radionuklidlərin bitkilər tərəfindən mənimsənilməsi 20-30% azalır.Bu da onu göstərir ki, dərin şum aparılmasının aqronomiki əhəmiyyəti ilə yanaşı, ekoloji əhəmiyyətidə böyükdür.

    1. Torpağın səpinqabağı becərilməsi və bitkilərin vegetasiyası dövründə torpağa qulluq işləri

Torpağın səpiqabağı becərilməsi üçün malalardan, üzləyicilər- dən və şaxmaladan istifadə olunur. Şiddətli kipləşmiş torpağı dərin yumşaldırlar, yaxud ikiləmə şum edirlər. Səpinə hazırlanmış torpa- ğın səthi düz, yaxşı hamarlanmış olmalıdır ki, səpin və vegetasiya suvarmaları yüksək səviyyədə keçirilsin, torpaqda rütubət saxlan- sın və səpilmiş toxumdan tam çıxış alına bilsin.

Suvarılan torpaqların yazda malalanması aparıldıqda, şoran torpaqların aşağı qatlarından duzların səthə çıxması ləgiyir.

Tarlaları alaqlardan təmizləmək və torpağı yumşaltmaq məqsə- dilə malalama ilə birlikdə səpinqabağ kultivasiyalar tətbiq olunur.

Uzun müddətli tədqiqatlar sübut edir ki, torpağın səpiqabağı becərilməsində aşağıdakılara əməl olunmalıdır:


  1. Toxumun normal cücərməsi, sonrakı inkişafı və onun tor- paqda lazımı dərinlikdə yerləşməsi üçün torpaqda xırda dənəvər- liyin yaradılması;

  2. Payız-qış fəsillərində toplanmış nəmliyin saxlanması;

  3. Alaq otlarının məhv edilməsi.

Əsas becərmədə torpaqda yaradılan əlverişli şəraiti yaz və sə- pinqabağı becərmələrlə saxlamaq lazımdır. Onun üçün aparılan becərmə işinin lazımı qaydada qurulması, istifadə ediləcək alət- lərin düzgün seçilməsi və şumun vəziyyətini nəzərə alaraq aparı- lacaq işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi vacib şərt- lərdəndir. Payızda əsas şum aparıldıqdan sonra sahələr ilk növbədə malalanmalıdır.Bu həm sahəni hamarlayır, alaq otlarını məhv edir, həm də nəmliyin saxlanmasını təmin edir, şoran torpaqlarda duz- ların üst qatlara çıxmasının qarşısını alır, əmələ gəlmiş kətənləri xırdalayır. Müəyyən olunmuşdur ki, malalama 10 gün gecikərsə torpaqda olan nəmlik 200-300 m3/ha, mala çəkilməmiş sahədə isə 600-700 m3/ha –a qədər itər.Belə nəmlik itkiləri nəticəsində torpaq səthi bərk quruyur, kəltənlər əmələ gəlir, torpağın səpinqabağı becərilməsi çətinləşir.

Fermerlər yonca sahəsini şumladıqda torpağın səpinqabağı be- cərilməsi zamanı müəyyən çətinliklərlə rastlaşır.Belə ki, yonca sahəsi şumlandıqdan sonra yazın əvvəlində güclü cücərti verir, onunla mübarizə aparmaq üçün dərin kultivasiya, çizelləmə apar- maq kifayət etmir. Hətta bəzi vaxtlarda ikinci dəfə şum aparmaq lazım gəlir. Buna görədə yonca sahəsini şumlamazdan 5-7 gün əvvəl üzləmə aparılmalıdır.Bu halda yoncanın kök boğazcıqlarının yazda cücərmə qabiliyyəti azalır.Sonra torpağı şumlayan zaman ikiyaruslu kotanlardan istifadə etmək lazımdır.Bu zaman yoncanın kök boğazcıqları yenidən kəsilir və şumun dərin qatına basdırılır. Beləliklə həm yonca qalıqlarının cücərməsinin qarşısı alınır, həm də üzvi maddələrin çürümə prosesi uzanır ki, bu da kənd təsərrü- fatı bitkilərinin məhsuldarlığının artmasına müsbət təsir edir.

Əgər torpaq başdan-başa səpilən bitkilər üçün hazırlanırsa və zolaqlarla suvarılarsa, səpinqabağı kultivasiya adi kultivasiyaya nisbətən 3-4 sm dərin aparılır, çünki səpicinin qabağında gedən tirədüzəldən torpağın yumşaldılmış üst qatını götürərək tirələr düzəldir.Ona görədə toxumlar normal dərinliyə düşür.Cərgəarası becərilən bitkilərin toxumları səpilərkən səpinqabağı kultivasiya

aparılır.Payızda rütubət toplayıcı suvarma aparılan tarlalarda dərin kultivasiyanı yumşaltma ilə əvəz etmək lazımdır.Digər hallarda səpinqabağı kultivasiya toxumun basdırılma dərinliyində aparılır.

Dənli bitkilərin çarpaz səpilməsində toxumun səpin normasının yarısı tirədüzəldiciləri olmayan səpici aparatlarla səpilir və toxum- lar qəbul edilmiş dərinlikdən 2-3sm dərinə basdırılır. Toxumların yarısı yamacın köndələninə, yarısını isə maillik boyunca həmin bi- tki üçün qəbul olunmuş dərinlikdə səpilir.Şırımlar səpindən sonra, cücərtilər əmələ gəlməzdən əvvəl xüsusi şırımaçanlarla düzəldilir.

Gec yazlıq bitkilər altında torpağın səpinqabağı becərilməsi er- kən yaz malalamasından və bir neçə kultivasiyadan ibarətdir. Əgər kultivasiyadan sonra əkin qatında yüksək yumşaqlıq və normadan az rütubətlilik müşahidə olunarsa torpağın vərdənələnməsi məq- sədəuyğundur.

Suvarılan tarlalarda cərgəarası kultivasiya suvarılmayana nisbə- tən daha dərin çəkilir. Alaqların tələf edilməsi tarlanı səpinə hazır- lamaq işi ilə bigə aparılır

Enli cərgəli, kvadrat yuva ilə aparılmış səpin və cərgəarası be- cərilən bitkilər əkilən tarlalarda rütubət toplayıcı suvarma aparıl- dıqda əvvəlcə çarpaz və ya uzununa kultivasiya çəkilir, lazım gəl- dikdə isə vegetasiya suvarmaları aparılır.Bunun üçün cərgəaraları becərilərkən bitkilərin zədələnməməsi üçün düzxətli və paralel şırımlar çəkilir. Yüngül mexaniki tərkibə malik olan torpaqlarda şırımlar arasında məsafə 50-60 sm, orta torpaqda 60-70 sm və ağır mexaniki tərkibli torpaqlarda 70-90 sm olur.

Suvarılan növbəli əkində torpağın əsas, səpinqabağı və səpin- dən sonra becərilməsi sistemi nəinki yalnız təbii şəraitlərdən, həm də bitkilərin tərkibindən, suvarma rejimindən və digər şəraitlərdən asılıdır.

    1. Liman suvarılması üçün torpağın becərilməsi

Liman suvarması sadə rütubət toplayıcı suvarmalar qrupuna aiddir. Liman suvarması aparılan yerlərdə yaz rütubət toplayıcı su- varma həmin zonada suvarılmayan əkinçilik üçün qəbul olunmuş

torpaq becərilməsi sistemində köklü dəyişikliklərə səbəb olmur. Lakin selləmə rejimi müxtəlif olub, onun bəzi xüsusiyyətlərinin olmasına səbəb olur.

Limanlar bozqırlaşmış bölgələrdə böyük çökəkliklərə deyilir ki, onlar yazda ərinti suları ilə dolur. Liman suvarması sadə rütubət toplayıcı suvarmalar qrupuna aiddir. Belə suvarma Rusiyada, o cümlədən Volqoqradda, Saratovda və digər vilayətlərdə geniş ya- yılmışdır. Ural vilayətində təbii limanlar əsas biçənək sahəsi hesab olunur.

Liman suvarmasında dondurma şumu hətta əgər yazda ikiləmə şum tələb olunduğu hallarda da böyük əhəmiyyətə malikdir. Liman suvarması zamanı torpaqlarda əsas şum yay-payız dövrü 27-30 sm dərinlikdə aparılır. Torpağın kipləşməsindən, tarlaların alaqlanma- sından və bitkilərin növündən asılı olaraq hər 3-4 ildən bir dərin şum təkrar aparılmalıdır.

Payızda əkilmiş torpaqların yaz becərmələrini həlqəvari malala- ma və kultivasiyadan başlamaqla torpaq quruduqca limanın kəna- rından mərkəzə doğru irəliləmək lazımdır. Limanların torpaqları tez-tez tozlaşdığından dondurma şumunun kultivasiyası üçün sacsız gəvahinli üzləyicilərdən istifadə olunmaqla 8-10 sm dərin- likdə becərmə malalama ilə birlikdə aparılır.

Struktursuz şoran, şorakət torpaqlarda bəzən öz vaxtında dayaz şum aparılması faydalı hesab olunur, çünki hətta becərmə bir az gecikdikdə torpağın səthi kəsəkli olur.

Bozqır az sulu limanlarda şorakətləşməmiş torpağı mala çək- məklə kultivatorla, suvarılmayan sahələrdə olduğu kimi becərirlər. Lilləşmiş çökəkliklərdə torpaq şiddətli tozlanır, ona görədə səpin- qabağı kultivasiyanın dərinliyini burada 10-12 sm-ə qədər artırmaq lazım gəlir.

Liman torpaqlarında mühüm becərmə üsullarından biri də vər- dənələmədir ki, onun əhəmiyyəti təcrübə yolu ilə müəyyən olun- muşdur. Lakin vərdənələməni liman əkinlərində relyefi nəzərə al- madan aparmaq olmaz. Dərin çökəkliklərdə xüsusilə şorlaşmış torpaqlarda qaysaq əmələ gəlməklə cücərtilər məhv olur.

Suvarılan torpaqların düzgün becərilməsi digər mübarizə

tədbirləri ilə birlikdə əmək məhsuldarlığını xeyli yüksəldir.

Suvarma şəraitlərində bütün kənd təsərrüfatı bitkilərinin becə- rilməsində aqrotexniki tədbirlər kompleksinin birlikdə tərbiq olun- masının böyük əhəmiyyəti vardır. Məsələn: torpağın becərilmə dərinliyinin səmərəliliyi gübrələrin, müxtəlif suvarma normalarını və suvarma rejimini birlikdə tətbiq etdikdə yüksək olur.Bu Xerson Kənd Təsərrüfatı İnstitutunun əməkdaşlarının apardığı tədqiqatlar nəticəsində öz təsdiqini tapmışdır. Dərin şum nəticəsində payızlıq buğdanın məhsul artımı üzləmə ilə müqayisədə 1,4 s/ha artıq olmuşdur.



    1. Suvarma növbəli əkinində torpaq becərmənin xüsusiyyətləri

Suvarılan torpaqlarda növbəli əkinlərin torpaq becərmələri dəmyə şəraiti ilə müqayisədə bəzi xüsusiyyətlərə malikdir.

Mənimsənilən suvarılan torpaqlarda təmiz heriklər olmadığın- dan burada alaqlarla mübarizə, torpağın dondurma şumu üçün əsas becərilməsi, bitkilərə mexaniki, kimyəvi qulluq işlərinin aparıl- ması sistemli həyata keçirilir.Suvarılan torpaqların münbitliyinin artırılması və təkrar şorlaşması ilə mübarizə məsələləri də habelə növbəli əkinlərə çoxillik otların və müvafiq gübrələmə sisteminin növbəli əkinə daxil olması yolu ilə həll edilir.

Lakin suvarılan torpaqlarda suyun torpağın fiziki xassələrinin dəyişməsinə təsiri dəmyə şəraitlərdə olduğundan tez gedir.Bu da növbəli əkinlərin daha qısa rotasiyalı və ya uzun rotasiyalı tətbiq olunmasına səbəb olur.

Yuxarıda qeyd olunduğu kimi, suvarılan torpaqlarda dərin şumun aparılması 3-4 il ərzində məhsula müsbət təsir edir.Belə şumun aparılması, hər il eyni dərinlikdə aparılan şuma nisbətən daha səmərəlidir.

Uzun rotasiyalı növbəli əkinlərdə tarlaların çoxunda dərin şum aparılması tələb olunur. Suvarılan torpaqlarda səpin sahələrinin strukturasında cərgəarası becərilən bitkilərin xüsusi çəkisinin suvarılmayan torpaqlara nisbətən yüksək olduğunu qəbul etmək

lazımdır.Ona görədə eyni müddətli rotasiyalarda dənli bitkiləri çox olan növbəli əkinlərə nisbətən dərin becərmələrin təkrar aparılmasını artırmaq olar.

Qısa şəraitlərə uyğun olaraq məsələnin həlli üçün bir çox hal- ları, o cümlədən yerli təcrübəni nəzərə almaq lazımdır.Suvarmada torpaq becərilməsinin əsas xüsusiyyəti tarlaların alaqlanmasına qarşı mübarizə aparılması istiqamətində gedir.Bu məqsədlı üzlə- mədən əvvəl alaqların cücərməsini tezləşdirən yığımdan sonra suvarma, şum, habelə əkin qabağı, həm də lazım gəldikdə payızda əkindən sonra tez-tez üzləmələr və kultivasiya aparılır.

Quraq havada yığımdan sonrakı suvarma üzləmə aparılmadan tətbiq oluna bilər.Dərin şum iki dəfə, pis fiziki xassələrə malik olan torpaqlarda isə hətta yazlıq buğda altına üç dəfə təkrar olunur.Tədqiqatlar göstərirki, suvarma şəraitində vərdənələmənin əhəmiyyəti dəmyə şəraitlərinə nisbətən az olur.

Suvarma əkinçiliyinin xüsusiyyətlərini nəzərə alaraq növbəli



əkində torpaq becərmələri aşağıdakı şəkildə qurmaq olar.

  1. Çoxillik otla örtüklü.

  1. Sələf yığıldıqdan sonra dərhal 30-32 sm dərinlikdə şum,

  2. Əkinin üzərində alaqlar əmələ gəldikdə mənfi temperatur- lar düşənədək əkinin köndələni istiqamətndə üzləmə yaxud kultivasiya aparılmalı,

  3. Yaz malalaması

  4. Kultivasiya və malalama

  5. Səpin

  1. Birinci il istifadə olunan otlar (yonca) yazda və biçindən sonra yemləmə və malalama

  2. Yazlıq buğda

  1. əkinə 10-12 gün qalmış yoncanın biçilməsi, yaxud kök bo-

ğazcıqlarını kəsmək məqsədilə biçindən sonra üzləmə aparılması

  1. 20-22 sm dərinlikdə şum

  2. Yaz malalaması

  3. Kultivasiya və malalama

  4. Səpin

  1. Cərgəarası becərilən bitkilər (şəkər çuğunduru)

1).Yığımdan sonra suvarma

  1. kövşənliyin üzlənməsi

  2. 30-32 sm dərinlikdə şum

  3. Çoxillik alaqlar əmələ gəldikdə əkindən sonra üzləmə, yaxud mənfi temperatura düşənədək kultivasiya

  4. Yazda malalama

  5. Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonra toxumun basdırılma dərinliyində kultivasiya

  6. Səpin

  1. Yığma yazlıqlar

  1. 20-22 sm dərinlikdə şum

  2. Yaz malalaması

  3. Kultivasiya və malalama

  4. Səpin

VI, Cərgəarası becərilən bitkilər (qarğıdalı) 1).Yığımdan sonra suvarma

  1. kövşənliyin üzlənməsi

  2. 20-22 sm dərinlikdə şum

  3. Çoxillik alaqlar əmələ gəldikdə gəvahinli üzləyicilərlə üz- ləmə, yaxud kultivatorla mənfi temperatura düşənədək yazlıq bitkilər üçün torpağın yarım herik becərilməsi

  4. Yazda malalama

  5. Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonra toxumun basdırılma dərinliyində kultivasiya

  6. Səpin

Göründüyü kimi suvarmada torpaq becərilməsinin əsas xüsusiy- yəti onun tarlaların alaqlanmasına qarşı mübarizə aparılması isti- qamətindədir. Bu məqsədlə üzləmədən əvvəl alaqların cücərməsini tezləşdirən yığımdan sonra suvarma, sonra əkin, habelə həm əkin qabağı, həmdə lazım gəldikdə payızda əkindən sonra tez-tez üzlə- mələr və kultivasiya aparılır.

Suvarmanın əhəmiyyəti nəinki yalnız torpaq becərmələrindən, di- gər aqrotexniki üsullardan tədbirlərdən, həm suvarma sis- temlərinin vəziyyətindən asılıdır. Suvarma sistemləri yarıtmaz vəziy- yətdə olduqda ən yaxşı torpaq becərmələri müsbət nəticələr vermir.

    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin