Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Tarla və xüsusi növbəli əkinlərinin xüsusiyyətləri



Yüklə 2,38 Mb.
səhifə18/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
N 81

Tarla və xüsusi növbəli əkinlərinin xüsusiyyətləri

Suvarılan torpaqlarda növbəli əkinlərin xarakterik cəhəti onların başlıca bitki növü ilə yüksək dərəcədə tutulmasıdır.Bu xüsusilə pambıq səpinləri bütün əkin sahələrinin 70-75%-ni əhatə edən pambıq növbəli əkinləri üçün tipikdir.

Suvarılan növbəli əkinlərində pambıq üçün ən yaxşı sələf yon- cadır ki, bu da, məhsuldarlığın yüksəldilməsinə və torpaq münbit- liyinin artırılmasına müsbət təsir etməklə iqtisadi cəhətdən fayda- lıdır. Tədqiqatlar sübut edir ki, yoncadan sonra pambığı dalba-dal 5 il və daha çox eyni tarlada becərmək olar.

Tarlalar düzgün aqrotexniki qaydada becərildikdə, onlara lazımı qədər üzvi və mineral gübrələr verildikdə, suvarma normalarına və vaxtlarına düzgün riayət olunduqda pambıq bitkisinin uzun müddət təkrar becərilməsi onun məhsuldarlığının azalmasına səbəb olmur.

Yoncanın torpağa təsirini gücləndirmək üçün onun pambıq cərgəaralarına səpilməsi tövsiyə olunur.Bu üsulla becərdikdə onun məhsuldarlığı artıq birinci il istifadəsində yüksəlir.

Son vaxtlar növbəli əkinlərə qarğıdalını daxil edirlər.Eyni tar- lada bir il müddətində bu bitkinin iki dəfə, yaxud bir buğda, yaxud noxud və bir qarğıdalı məhsulunu almaq olur.

Dənli-taxıl bitkilər yığıldıqdan sonra həmin ildə paxlalılar (no- xud, soya, maş, lobya və s) yaşıl gübrə məqsədilə səpilmiş tarlalar pambıq bitkisi üçün yaxşı sələf ola bilər.

Ümumiyyətlə tərkibində dən istehsalının artırılması ilə eyni vaxtda pambığın xüsusi çəkisi çox olan növbəli əkinlər tətbiq olunur.

Özbəkistanda mədəniləşdirilmiş şorlaşmamış torpaqlarda bitki-

lərin müxtəlif növbələşdirilməsi aparılan, 10 tarlalı növbəli əkinlə- rin tətbiqi daha yaxşı nəticə verdiyi müəyyənləşdirilmişdir. Məsə- lən 10 tarlalı rotasiyaya birinci tarlada əvvəlcə buğda olur, sonra noxud və həmin ildəcə qarğıdalı (ikinci dəfə məhsul almaq üçün) olur, ikinci tarlada arpa səpilir və örtük bitkisi kimi yonca səpilir; üçüncü tarlada yonca bitkisinin ikinci ili, qalan tarlalarda isə pam- bıq yetişdirilir.

İkinci 10 tarlalı növbəli əkində birinci və ikinci tarlada həmin bitkilər səpilir, ikinci tarlada təkrar qarğıdalıdan sonra yaşıl gübrə məqsədilə noxud becərilir, qalan tarlalarda isə pambıq yetişdirilir.

Orta və şiddətli şorlaşmış torpaqlarda doqquz-on tarlalı növbəli

əkinlərdə yonca altında iki tarla ayrılması məsləhət bilinir.

Çəltik növbəli əkinləri quruluşlarına görə pambıq növbəli əkinlərinə oxşardır.Əsas bitki olan çəltik növbəli əkində yonca və digər bitkilərlə növbələşir.Lakin pambıqdan fərqli olaraq çəltiyin təkrar səpinində onun məhsulu tez azalır.Ona görədə çəltik növbəli əkinlərinə yoncadan başqa dənli paxlalı, cərgəarası becərilən və çəltik səpinlərinin arasını kəsən digər bitkilər daxil edilir.

Nümunəvi sxemli çəltik növbəli əkininə misal olaraq aşağı- dakıları göstərmək olar.

I.1-3-cü tarlalar çəltik, 4-cü tarlada dənlilər yonca örtüklü səpində, 5-6-cı tarlada yonca;

II.1-2-ci tarlada çəltik, 3-4-cü tarlada yonca, 5-6-cı tarlada çəltik, 7-ci tarlada faraş tərəvəzlər, cərgəarası becərilənlər və s.

Alaqlanması yüksək olan çəltik növbəli əkinlərinə məşğullu herik daxil edilir və növbəli əkin sxemi aşağıdakı kimi növbələşə bilər.

I.soya və noxud dən üçün II.paxlalılarla birlikdə qarğıdalı III və IV çəltik


  1. soya dən üçün VI-VII çəltik

Üçyarpaq yonca səpilən rayonlarda 6 və 7 tarlalı növbəli əkinlər tətbiq olunur.

  1. Üçyarpaq yonca örtüklü arpa

  2. Üçyarpaq yonca

3-4. çəltik

5. soya dən üçün 6-7. çəltik Yaxud



  1. soya dən üçün

  2. -3. Çəltik

4.Soya yaşıl gübrə üçün 5-6. çəltik

Ukraynanın yeni çəltikçilik bölgələrində növbəli əkinlərində, çəltiklə yanaşı payızlıq buğda, arpa, dənli-paxlalı və digər bitkilər becərilir.

Suvarılan növbəli əkinlərdə şəkər çuğunduru adətən yoncadan sonra ikinci il, bəzən isə birinci ildə yerləşdirilir.Çuğundur üçün yaxşı sələflər dənli-paxlalılar, qarğıdalı, tərəvəz bitkiləri və gübrələnmiş payızlıq buğdadır.

Tədqiqatlar zamanı suvarılan torpaqlarda şəkər çuğunduru 5 tarlalı növbəli əkində aşağıdakı sxemdə yerləşdirilməsi məqsədə- uyğun hesab edildiyi göstərilmişdir.



  1. Yonca

  2. Tərəvəzlər

  3. Qarğıdalı

  4. Şəkər çuğunduru

  5. Yonca örtüklü buğda

Sələf bitkisindən sonra torpağın yüksək münbitliyi və tarlaların alaqlardan təmizliyi qarğıdalının becərilməsi üçün əsas şərtdir. Əgər suvarılan növbəli əkin daxilində yonca səpini varsa onda qar- ğıdalı ilə növbəli əkin aşağıdakı sxemdə yerləşdirilməsi məslə- hətdir.

  1. Yonca

  2. Buğda

  3. Qarğıdalı

  4. Darı

  5. Qarğıdalı, günəbaxan, kartof

  6. Yonca örtüklü yazlıq dənlilər.

Dənli bitkilərlə yüksək dərəcədə doldurulmuş növbəli əkinlərdə

növbələşdirmə aşağıdakı ardıcıllıqla aparıla bilər.



  1. Yonca örtüklü yazlıq dənlilər.

  2. Yonca

  3. Payızlıq buğda

  4. Yazlıq buğda

  5. Qarğıdalı

  6. Yazlıq buğda

Suvarmada əsas məqsəd yerli torpaq-iqlim şəraitinə uyğun olaraq bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq onların suya olan təlabatını ödəməkdən ibarətdir.

Münbit torpaqlardan səmərəli istifadə olunması əkinçilik mədə- niyyətinin yüksək olmağı göstərir ki, tarla işlərinin vaxtında və keyfiyyətli aparılması, alaqlara qarşı mübarizə, zərərvericilərdən və xəstəliklərdən qorunmasına növbəli əkinə düzgün riayət et- məklə əldə oluna bilər.

Əkin sahələrindən səmərəli istifadə etməklə, torpaq münbitliyi- nin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldar- lığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki və təşki- lat-təsərrüfat tədbirləri içərisində növbəli əkin sistemi xüsusi əhəmiyyət kəsb edir.

İstiehsal ediləcək məhsulun miqdarına və əkin sahələrinin quru- luşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin və herik tarlalarının növbələşməsi və torpağın buna mü- vafiq olaraq becərilməsi və gübrələnməsi sisteminə növbəli əkin deyilir. Növbəli əkinlər, tarlalarda bitkilərin düzgün növbələşliril- məsinə uyğun torpaqbecərmə və gübrələmə sistemləri ilə əla- qələndirildiyi halda daha yüksək səmərə verir.

Kənd təsərrüfatı bitkilərin elmi əsaslandırılmış qaydada növbə- ləşdirilməsi, torpaqda qida maddələrinin miqdarının artırılmasını və onlardan səmərəli istifadə olunmasını, əlverişli su-fiziki xü- susiyyətləri yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparıl- masını təmin edir.

Müxtəlif kənd təsərrüfatı bitkiləri qida maddələrinə eyni tələbat göstərmir. Məsələn, taxıllar torpaqdan azot və fosforu çox, kaliu- mu isə az götürdükləri halda, cərgəarası becərilən bitkilər kalium-

dan daha çox istifadə edirlər. Paxlalı bitkilər əksinə, kaliumdan daha çox istifadə edirlər. Paxlalı bitkilər, köklərində olan simbioz (müştərək) bakteriyaların hesabına yerüstü orqanlarında və köklə- rində daha çox azot toplayırlar. Ona görə də, cərgəarası becərilən bitkilərin dənli və dənli-paxlalı bitkilərlə növbələşdirilməsi, tor- paqda qida maddələrinin birtərəfli istifadə edilməsinin qarşısını alır.

Bitkilərin məhsulu vasitəsilə, onların istifadə etdikləri qida maddələrinin bir hissəsi torpaqdan kənarlaşdırılır, bir hissəsi isə kök və kövşən qalıqları vasitəsilə torpağa qaytarılır. Bitki qalıqları vasitəsilə fosfor və kaliumun 50%-i, azotun isə 60%-i torpağa qaytarılır.

Növbəli əkinlər layihələşdirilərkən bitkilərin bioloji xüsusiy- yətləri nəzərə alınmaqla, onların tarlalarda müəyyən edilmiş ardı- cıllıqla növbələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə növbəli əkin üçün ayrılan ərazi, becərilən bitkilərin əkin sahələrinə görə bərabər tarlalara bölünür. Bu zaman tarlaların həcmi arasında olan fərq 5%-dən artıq olmamalıdır. Hər bir tarlada bir və yaxud eyni qrupa daxil olan bir neçə bitki əkilir. Hər bir növbəli əkin müəyyən sayda tarlalardan təşkil olunur.

Nəzərdə tutulmuş bitkilərin və ya heriyin növbəli əkin tarla- larında yerləşdirilməsi, növbəli əkin sxemi adlanır.

Növbəli əkin sxemində nəzərdə tutulan hər hansı bitkinin və ya heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müd- dətə rotasiya dövrü deyilir. Sadə növbəli əkinlərdə rotasiya müd- dəti tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli əkinə dörd tarla ayrılarsa rotasiya müddəti 4 il, beş tarla ayrılarsa 5 il və s ola- caqdır.

Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya cədvəli adlanır. Növbəli əkin dövriyyəsində istifadə edilən hər bir bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini rotasiya cədvəlinin köməyi ilə müəyyən etmək olur.

Növbəli əkinlərin əsasını əkin sahələrinin quruluşu, yəni əsas və sələf bitkilərinin nisbətləri təşkil edir. Həmin nisbət təsərrüfatın istiqamətindən, ixtisaslaşma dərəcəsindən, istehsal ediləcək ümumi məhsulun miqdarından, torpaqların münbitlik dərəcəsindən və s.

asılıdır. Əsas bitkinin xüsusi çəkisinin yüksək olduğu növbəli əkinlər, təsərrüfatın istiqamətinə və ixtisaslaşma dərəcəsinə uyğun olmaqla bərabər, həm də ümumi məhsul istehsalını artırdığına görə daha üstün hesab edilirlər. Az münbit olan torpaqlarda tətbiq edilə- cək növbəli əkinlərdə isə, sələf bitkilərinin sahəsi artırıla bilər. Hər hansı tarlada əvvəlki ildə istifadə edilən bitki və ya herik, sonra əkilən bitki üçün sələf adlanır. Sələf bitkilərinin qarşısında duran əsas vəzifə, torpağın münbitliyinin artırılmasını təmin etməkdən ibarətdir. Deməli, münbit torpaqlarda tətbiq edilən növbəli əkin- lərdə əsas bitkinin xüsusi çəkisini artırmaq mümkün olduğu halda, az münbit torpaqlarda əksinə, əsas bitkini sələflərlə daha tez əvəz etmək lazım gəlir. Ona görə də, növbəli əkinlərin səmərəli sxem- ləri seçilərkən, istehsal ediləcək məhsulun miqdarı və ərazinin torpaq-iqlim şəraiti nəzərə alınır.

Növbəli əkində tarlaların sayı və həcmi bitkilərin nisbətindən, sahənin relyefindən, təbii sərhədlərindən, torpaq örtüyündən və s. asılı olaraq müəyyən edilir. Çoxtarlalı və uzun rotasiyalı növbəli əkinlərə nisbətən, qısa rotasiyalı növbəli əkinlərdə tarlanın həcmi artıq götürülür ki, bu da texnikadan səmərəli istifadə etməklə, aq- rotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsinə imkan verir. Ərazinin torpaq və iqlim şəraitindən, istehsal ediləcək məhsulun miqdarından və ixtisaslaşma dərəcəsindən asılı olaraq, bəzi halda təsərrüfatın bütün sahələrində ancaq bir bitki becərilir ki, bu cür bitki monokultura adlanır.

Növbəli əkin tarlalarında bitkilərin növbələşdirilməsi hər il və yaxud vaxtaşırı ola bilər. Əgər hər hansı bitki eyni tarlada bir neçə il əkilib, sonra başqa bitki ilə əvəz edilirsə, bu təkrar əkin adlanır. Bu zaman hər hansı bitkinin eyni tarlada əkilmə vaxtı rotasiya müddətindən artıq olmamalıdır. Əsas bitkinin xüsusi çəkisi artıq olan növbəli əkinlərdə həmin bitki daha çox təkrar əkilir.

İxtisaslaşmanın dərinləşdirildiyi ərazilərdə yaradılan təsərrüfat- larda, daha əhəmiyyətli bitkilərin əkin sahəsinin genişləndirildiyi şəraitdə, təkrar əkinlərdən daha çox istifadə olunur.

Müəyyən edilmişdir ki, təkrar əkilən pambıq, kartof və taxıl sa- hələrindən, yüksək aqrotexniki qulluq şəraitində bir neçə il normal məhsul əldə etmək olur.

Eyni qrupa aid olan bitkilər qonşu tarlalarda yerləşdirildikdə və ya təkrar eyni sahədə əkildikdə həmin bitkilərin zərərvericiləri daha çox artır.

Təkrar əkinlərdən istifadə etdikdə, buğda sahəsində payızlıq sovka, pambıqda pambıq sovkası, kartofda kolarada böcəyi və s. geniş yayılır. Bitkilər öz həyat fəaliyyəti dövründə, torpaqda sonrakı bitki üçün zəhərli olan (kolinlər)və mikroorqanizmlərin inkişafını ləngidən (fitonsid) maddələri toplayır. Eyni qayda ilə bəzi mikroorqanizmlər bitkiləri və ya başqa mikroorqanizmləri məhv edən maddələr (antibiotiklər) ifraz edirlər. Fasiləsiz və təkrar əkinlərlə həmin birləşmələr artaraq torpağın «zəhərlənməsinə» səbəb olur. D.N.Pryanişnikov bitkilərin növbələşdirilməsinin bio- loji səbəblərindən bəhs edərək qeyd edirdi ki, “torpaqda qida mad- dələrinin çatışmazlığı mineral gübrə səpməklə, onun sturukturunun yaxşılaşdırılması peyin vermək və becərmələr aparmaqla bərpa edildiyi halda, xəstəlik və zərərvericilərə qarşı növbəli əkinsiz mübarizə aparmaq çətindir”. Yəni düzgün növbəli əkinlər yüksək fitosanitar əhəmiyyətə malik olmaqla məhsulun alaqlar, xəstəlik və zərərvericilər tərəfindən itirilməsinin qarşısını alır.

Bitkilərin növbələşdirilmiş qaydada becərilməsinin zəruriliyini müəyyən edən iqtisadi səbəblərə:-əkin sahələrin quruluşunu düzgün müəyyən etməklə torpaqlardan səmərəli istifadə edilməsi, ən az vəsait sərf etməklə yüksək və keyfiyyətli məhsul əldə olun- ması və s. amillər daxildir.

Əgər bir bitki rotasiya müddətində və daha çox eyni tarlada əkilərsə, bu fasiləsiz əkin adlanır. Bəzi halda fasiləsiz əkin və monokultura anlayışı sinonim kimi işlədilir. Lakin, növbəli əkində fasiləsiz əkin mümkün olmadığı halda, monokultura istifadə edilə bilər. Monokulturanın daxil olduğu növbəli əkində sələf, herik tarlasından ibarət olur. Məsələn;- herik, taxıl, taxıl növbəli əkini.

Müxtəlif bitkilər, bioloji xüsusiyyətlərindən və becərilmə tex- nologiyasından asılı olaraq, növbəli əkinə müxtəlif tələbat göstə- rirlər. Pambıq və kartof növbəli əkinə az, taxıl bitkiləri orta, şəkər çuğunduru və günəbaxan isə çox tələbkardır.Növbəli əkinlərin hazırlanmasına, təsərrüfatın əsas istiqaməti və onun ixtisaslaşma dərəcəsi müəyyən edildikdən sonra başlanılır.

Növbəli əkində bütün bitkilərin birlikdə suvarma planı öz-öz- lüyündə növbəli əkində suvarma sistemini təyin edir. Təsərrüfatda mövcud olan suvarma norması hidromodul və təşkilatı şəraitdən asılı olaraq təyin edilir.Suvarma planı növbəli əkində növbələşən bitkilərin vegetasiya dövrlərindən asılı olaraq tərtib edilir.(məsələn yazlıqlarda-may, sentyabr;payızlıqlarda-oktyabr, iyun;kövşənlik əkinlərdə-iyul, oktyabr və s.).

Suvarılacaq ərazi. əkiləcək bitkilərin tərkibindən asılı olaraq, növbəli əkin sahələrinə, növbəli əkin sahələri isə öz növbəsində suvarma tarlalarına bölünür.Bu zaman təsərrüfatın ərazisinin bir hissəsi yaşayış məntəqəsi, meyvə bağı. Üzümlük, otlaq sahəsi və digər məsələlər üçün ayrılır.



Növbəli əkin sahələrinin planda yerləşdirilməsi: Ümumiy- yətlə növbəli əkin, suvarılan əkin və digər sahələri planda yerləş- dirərkən aşağıdakı şərtlər əsas götürülməlidir. Meyvə bağı və üzümçülük üçün yaşayış məntəqəsinə yaxın, qrunt suyu səviyyəsi yer səthindən aşağıda olan sahələr; Meşəliklər üçün mürəkkəb relyefli, qalın torpaq qatı olan sahələr; tərəvəz və yem bitkiləri üçün yaşayış məntəqəsinə yaxın, yaxşı torpaq qatına malik sahələr; çəltik üçün relyefin alçaq yerlərində, qrunt suyu səviyyəsi yüksək olan , su keçirmə qabiliyyəti pis olan torpaq sahələri seçilməlidir.

Növbəli əkin sahələri bərabər ölçüdə tarlalara bölünür.Bu zaman çalışmaq lazımdır ki, sahələrin həcmi bərabər olsun və ya 5-10% fərq edə bilər.Suvarma sahələrinə bərabər olan tarlaların sahələri 20 ha-dan 120-ha-ya qədər ola bilər.Becərilməsinə çox əmək sərf edilən bitkilərin (tərəvəz, bostan, tütün və s) sahələri nisbətən kiçik (20 ha-dan 60 ha-ya qədər), az əmək sərf edilən bitkilərin (taxıl, pambıq, yonca və s) tarlalarının sahəsi isə 80-100 hektar və daha artıq götürülə bilər.

Növbəli əkin sahələrinə daxil olan tarlalar, eyni böyüklükdə ol- maqla bərabər. Becərmədə istifadə ediləcək kənd təsərrüfatı maşın- larının maneəsiz işləməsi üçün əlverişli relyef, torpaq, hidrogeoloji və aqromeliorativ xüsusiyyətlərinə görə oxşar olmalıdırlar.

Növbəli əkin sahələrini tarlalara bölərkən nəzərə almaq lazımdır ki, sahə dördkünc olsun.Sahədə maşın və traktorun işləməsini

nəzərə alaraq sahənin uzunu 600-1000m olması məsləhətdir.

Əvvəlcə təqvimi müddətlər üzrə suvarma təyin dilir.Suvarma normasının miqdarı torpağın su-fiziki xassələrini və bitkinin in- kişaf fazalarını nəzərə alaraq müəyyənləşdirilir.Bunun üçün Elmi Tədqiqat İdarələrinin tövsiyələrindən və qabaqcıl təsərrüfatların iş təcrübələrindən istifadə olunur. Müxtəlif bitkilərin suvarma reji- mini sələflərin suvarma hesabatını nəzərə almaqla müəyyənləş- dirmək lazımdır.

Suvarma planı suvarılan bitkilərin sahəsini göstərməklə deka- dalar üzrə qrafik formasında tərtib etmək və suvarma normasını, suyun miqdarını (hər suvarma üçün zəruri olan) və s göstərmək lazımdır.Məsələn.

85, 1x600/51060 burada

Suvarılan sahə suvarma normasına vurularaq surətdə yazılmış, suvarma üçün sərf olunan suyun miqdarı məxrəcdə yazılmışdır.

Bir dekadada növbəli əkin tarlasına daxil olunan ümumi suyun miqdarı aşağıdakı formula üzrə hesablanır.

Q=3, 6xqxSxnxt

Burada:Q-bir dekadada suyun miqdarı m3-lə.

S-növbəli əkinin sahəsi , hektarla q-hidromodul, l/san (0, 42 l/san)

n-bir dekadada işçi gücünün miqdarı

t-suvarmanın müddəti (uzanma vaxtı)bir sutkada saatla (20 saat) Çəltiyin növbəli əkində yeri. Çəltik becərilən zaman ixtisas- laşmış növbəli əkin tətbiq edilir. Çəltik bitkisini növbəli əkində düzgün yerləşdirdikdə məhsuldarlığı xeyli yüksəlir. Çəltik növbəli əkinləri 5-9 tarlalı ola bilər. Çəltik təkrar əkilən illərdə bitkinin in- kişafı üçün əlverişli aqrometeoroloji şəraitin yaradılması vacibdir. Bu məqsədlə quraq yerlərdə bitən bitkilər, yonca, üçyarpaq, xəşən- bül tarladan eləcə də təmiz və məşğullu herik altından çıxarılmaqla fasilə edilir. Beləliklə növbəli əkin ottarlaları və herik briqadala- rında yerləşdirilir. Çoxillik paxlalı otların becərilməsindən sonra çəltik fasiləsiz olaraq 3 il, herik tarlasından sonra iki ildən artıq olmayaraq əkilir. Ottarlalı briqadanın əsas təyinatı torpağı təzə üzvi maddələrlə zənginləşdirmək, alaqlarla mübarizə və yüksək

zülallı yem istehsal etməkdir. Herik briqadası isə birinci növbədə meliorativ-təmir işlərinin, aralıq bitkilərin becərilməsinə, eləcə də alaqlarla mübarizə aparılmasına xidmət edir. Ən yaxşı məşğullu herik bitkiləri - noxud, payızlıq raps, lərgə, gülül, soya, eləcə də paxlalılarla taxılların qarışıq əkinləridir.

Çəltik növbəli əkinlərində təmiz herik natamam komponentdir, belə ki, herik tarlasında azot ammonium formasından nitrat for- masına keçir, amma ondan sonra suya basdırma sərbəst, yəni molekulyar (N2) azotun bərpa olunması və atmosferə uçması ilə nəticələnir. Təmiz heriyin məşğullu heriklə əvəz edilməsi çəltiyin daha qiymətli və zəruri mineral qidalanma elementlərinin itirilmə- sinə səbəb olur.

Aparılmış təcrübələrlə müəyyən edilmişdir ki, növbəli əkində çəltiyin sələfi torpağın münbitliyini artıran bitkilər olmalıdır. Çəl- tik eyni tarlada bir neçə il becərilir. Ona görə də növbəli əkinlərdə bu bitki növbəli əkin tarlasının 60-70%-ni tutur. Çəltik üçün ayrılmış torpaqların hamarlanmasına, suvarma sisteminə çəkilən xərclər özünü doğruldur. Respublikamızın Şəki-Zaqatala bölgə- sində çəltik növbəli əkini təşkil etməklə vahid tarladan bir ildə iki məhsul almaq mümkündür. Məsələn, payızda səpilən noxud və çəltik, payızlıq arpa və çəltik.

Payızlıq bitkilər səpilən sahələr çəltik üçün istifadə edildikdə onun alaqlanma dərəcəsi xeyli azalır.

Növbəli əkində 3 il çəltik becərildikdən sonra aralıq bitki kimi, yaşıl gübrə məqsədilə paxlalı bitkilər becərilir. Çəltik növbəli əkinlərinin aşağıdakı sxemləri vardır. 1-3 çəltik 4-dənli taxıl bitki- ləri, bitkili herik 5-6-çəltik, 7-payızlıq taxılların yonca ilə qarışıq səpini, 8-çoxillik paxlalı bitkilər.

Azərbaycanda ildə eyni sahədən 2 məhsul almaq məqsədilə tar- laya payızda paxlalı bitkilər əkilir. Onların məhsulu yazda yığılır, ya da yaşıl gübrə kimi torpağa verilir. Sonra tarla çəltik üçün becərilir. Payızda arpanı yaşıl yem üçün əkib yazda istifadə etmək, sonra isə həmin sahəni çəltik üçün becərmək mümkündür.


    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin