Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev



Yüklə 2,38 Mb.
səhifə22/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
N 81

Soya



Əhəmiyyəti: Soya dənli-paxlalı bitkilər içərisində əsas yer- lərdən birini tutur.Soya qiymətli zülallı-yağlı bitkidir.

Soya dünyada ən qidalı bitkiçilik məhsullarından biri sayılır və əbəs yerə deyil ki, o əsrlərlə şərqdə böyük şöhrət qazanmışdır. Soya çin dilində “şu” adlanır, bu da tərcümədə “böyük paxla” deməkdir. Soya bitkisi Çində 6 min ildən artıqdır ki, becərilir. Soya supu “miso” yaponiya milli mətbəxinin vacib atributudur. Yaponiyalıların demək olar ki, hamısının gündəlik yem payının əsası soya zülalıdır.

Yaponiya həkimləri hesab edirlər ki, soyadan hazırlanan yeyinti məhsulları bir çox xəstəliklərin o cümlədən – ateroskleroz, şəkərli diabet, ürək-damar pozqunluqları, xroniki hepotit, mədə-bağırsaq, allergiya və digər çox saylı xəstəliklərin profilaktikası və müali- cəsində istifadə olunan vasitə sayılır. Qərb ölkələrinin və Rusiya alimlərinin tədqiqatı göstərir ki, soya paxlasının istifadə olunması xərçəng xəstəliyinin əmələ gəlməsinə həqiqətən maneçilik göstərir. Aparılan çoxsaylı tədqiqatların nəticəsi göstərir ki, soya dəninin

tərkibində orta hesabla 11% su, 34,5% protein, o cümlədən 33% zülal, 17,4% yağ, 5,7% sellüloza, və 4,6% mineral maddələr vardır.

Aparılan tədqiqatların nəticəsi eyni zamanda göstərir ki, soyanın tərkib və qidalılıq dəyəri onun növündən (sarı, qara və s.) becərilən ərazinin coğrafi və təbii-iqlim şəraitindən, aqrotexniki xidmət və s.asılı olaraq xeyli dəyişə bilir(su 11-15%, zülal 28- 33%, yağ 15-19%, sellüloza 5,1-6%, kül 4, 5% ).

Soya yüksək bioloji dəyərli olması ilə yanaşı onun enerji ka- loriliyi də yüksəkdir, beləki 1 kq soyanın enerji qiymətliliyi 4200 k/kal yüksəkdir.

Hal-hazırda bir çox Avropa dövlətlərində, ABŞ-da, Rusiyada soyadan 20 mindən çox müxtəlif məhsulların hazırlanmasında isti- fadə olunur. Bunlardan müxtəlif yağları, marqarini, sousları, vitaminli preparatları, lesitin, heyvan və quşlar üçün yem, zülal konsentratları, pəhriz içkiləri, süd məhsulları əvəzediciləri və s. göstərmək olar.

Soya unu – soyadan hazırlanan əsas məhsul sayılır. Bu unun 500 qramı tərkibindəki zülala görə 1 kq kəsmiyə, 1,5 kq mal ətinə və ya 40 toyuq yumurtasına bərabərləşdirmək mümkündür. Soya ununun tərkibində nişasta olmadığından ondan çörək bişirmək mümkün olmur. Ona görə də soya unundan çörək bişirmək üçün ona, 15-20% adi un və ya kartof nişastası qatmaq lazım gəlir.

Bütün yuxarıda qeyd olunanlarla yanaşı soya olduqca key- fiyyətli yem bitkisi sayılır və heyvandarlıqda onun yaşıl və quru otundan, küləşindən, samanından və texniki bitki kimi yağsızlaş- dırıldıqdan sonra alınan şrot və cecəsindən, qabığından (şeluxa- sından) və ən nəhayət süd əvəzedicisi kimi soya südündən heyvan- darlıqda geniş istifadə olunur. 100 kq soya cecəsi və şrotunun tərkibində 120-126 kq yem vahidi və 35-37 kq həzm olunan zülal vardır.

Qeyd olunanlardan məlum olur ki, soya istər ərzaq və istərsə də yem bitkisi kimi hərtərəfli istifadə olunan tullantısız bitki sayılır.



Botaniki və bioloji xüsusiyyətləri: Soya subtropik mənşəyə malik istilik sevən birillik bitkidir. Onun normal inkişafı və yetiş-

məsi üçün fəal temperaturun cəmi 1700-19000S-dən 3100-33000S- yə qədər olması zəruri hesab edilir.Respublikamız şəraitində soyanın vegetasiya dövrü 80-137 gün arasında dəyişir.

Soya toxumunun cücərməsi üçün minimum temperatur 6-70S, optimal temperatur 13-170S kifayət edir.Soya toxumunun şişməsi və normal cücərməsi üçün onun havada quru çəkisinin 130-160%-i qədər su tələb olunur.Rütubətə ən çox tələbat çiçəkləmə, paxlanın əmələ gəlməsi və dolması dövründə müşahidə olunur.Nəmlik 60- 70% olduqda bitkinin normal inkişaf etməsi təmin olunur.

Soyanın kök sistemi torpağın dərin qatlarına işləyir.O, əsas və əlavə köklərdən təşkil olunmuşdur. Əsas kök mil şəklində olub 2m və daha çox dərinliyə işləyən çoxlu uzun yan köklərdən və kökcüklərdən ibarətdir.Əsas və yan köklərdə torpağın 0-15 sm də- rinliyində kök yumurucuqları əmələ gəlir ki, bununda yaranmasına səbəb kök yumrucuğu bakteriyalarıdır. Normal şəraitdə bir soya bitkisində 25-50 ədəd və daha çox kök yumrucuğu əmələ gəlir ki, bu da atmosfer havasında olan sərbəst azotu fiksə edərək torpağı azotla zənginləşdirə bilir. Atmosfer azotunun udlması və bitkiyə daxil olması ən çox çiçəklənmə, paxlanın əmələgəlmə və dənin dolma fazalarında baş verir. Kök yumrucuğunun əmələ gəlməsi kipləşmiş və struktursuz torpaqlara nisbətən yaxşı aerasiyaya malik strukturlu torpaqlarda daha fəal gedir.

Soya müxtəlif mexaniki tərkibə malik, qara-şabalıdı və boz-qo- nur torpaqlarda yüksək dən və yaşıl kütlə verir.Meliorasiya olun- muş şoran və şorakət, bataqlaşmış və turş torpaqlar soya bitkisi üçün yararsız hesab olunur.Buna görədə qeyd etmək lazımdır ki, pH-ı 5-dən 8-ə qədər olan torpaqlarda soyanın becərilməsi məsləhət bilinir.

Səpin müddəti və norması: Soya istiliyə tələbkar bitki ol- duğundan torpağın üst təbəqəsində (0-7 sm) qatda daimi tempe- ratur 16-180-dək olduqda səpinə başlamaq olar. Azərbaycanın su- varılan aran bölgələrində belə şərait adətən aprelin 10-dan sonra başlanır.Soya toxumu (3-7 sm) dərinlikdə, nəm torpağa səpildikdə vaxtında və bərabər çıxış alınır. Səpin müddəti gecikdirildikdə isə torpağın üst qatı quruması nəticəsində toxumların cücərmə

qabiliyyəti aşağ düşür.

Soyanın səpin norması təsərrüfat yararlığından, 1000 ədəd dənin kütləsindən, cərgəarası məsafədən və əkinin məqsədindən asılı olaraq dəyişir.

Soya bitkisinin toxumlarını torpağın mexaniki tərkibindən asılı olaraq 3-7 sm dərinliyə səpilməsi məqsədəuyğundur. Soya bitkisi yaşıl yem üçün hektara 60-80 kq toxum normasında səpilir.



Əkinə qulluq: Soya bitkisinə əsas qulluq işləri alaq otlarını məhv etməkdən, zərərverici xəstəliklərə qarşı mübarizə, cərgəarasının yumşaldılması vegetasiya suvarmaları ilə torpaqda optimal nəm- liyin saxlanmasından ibarətdir.Səpindən sonra düşən yağıntılar ya səpindən sonra suvarma suyu torpaqda qaysaq əmələ gəlməsinə səbəb olur ki, bu da cücərtilərin torpaq səthinə çıxmasını çətinləşdirir. Tor- paqda lazımı nəklik temperatur olduqda 7-10 gündən sonra çıxış alınır. Cücərti alınanadan 10-12 gün sonra ilk kultivasiya çəkilir. Kultivasiyanı çəkməkdə məqsəd torpaq səthində yaranan qaysağı dağıtmaq, aerasiya prosesini gücləndirməkdir.

Torpağın becərilməsi: Soya əkini üçün sahənin payızda yük- sək keyfiyyətlə dondurma şumu edilməsi torpaqda mikrobioloji prosesləri nizamlamaq yolu ilə bitkilər tərəfindən mənimsənilə bilən qida maddələrinin ehtiyatını yaratmağa, rütubətin toplanıb saxlanmasına və ondan istifadə olunmasına kömək edir.

Torpağın payızda şumlanması yaz tarla işlərini yüksək aqrotex- niki qaydada, lazımı vaxtda başa çatdırmağa şərait yaradır. Torpağın becərilmə sistemində üzləmə və önkotacıqlı kotanla 25- 30 sm dərinlikdə dondurma şumu edilməsi daha yaxşı nəticə verir. Sahə önkotacıqlı kotanla şumlandıqda əkin qatının tam çevirilib dənəvər şəkilə düşməsi və bir qədər yerini dəyişməsi, alaq otla- rının yaxşı doğranmasını, köklərinin kəsilməsini təmin edir.

Yuyulmuş ağır torpaqlarda dondurma şumu aparıldıqda müva- fiq olaraq torpağın susızdırma qabiliyyətinin yaxşılaşmasına xid- mət edən əkin qatının yumşaldılması yerinə yetirilməlidir.

Səpinqabağı becərmə sisteminə erkən yazda malalama və sə- pinqabağı kultivasiya daxildir. Sahə yaxşı hamarlandıqda, dondur- ma şumu vaxtında aparıldıqda erkən yazda, alaq otları kütləvi çıxış

verdikdə 6-8 sm dərinlikdə səpinqabağı kultivasiya çəkilməsi yaxşı nəticə verir.

Torpaq səpinqabağı yaxşı becərildikdə alaq otları məhv edilir, qaysaq əmələ gəlmir, torpaqda lazımı nəmlik saxlanır, toxumun normal cücərməsi və bitkilərin gələcəkdə yaxşı becərilməsi üçün əlverişli şərait yaranır.

Respublikamızın müxtəlif bölgələrində soya əkini üçün torpa- ğın əsas becərilməsində sələf payızlıq buğda və arpa hesab olunur. Soyanın özü isə payızlıq və texniki bitkilər üçün əlverişli sələfdir. Səpin üçün torpağın hazırlanması digər cərgəarası becərilən bitki- lərdə olduğu kimi aparılır.

Səpinqabağı torpaqda lazımı nəmliyin toplanması üçün quraq ərazilərdə sahənin arat edilməsinin əhəmiyyəti böyükdür.Yaz döv- ründə atmosfer çöküntülərinin az düşdüyü aran rayonlarında müt- ləq qış və ya yaz aratı keçirilməlidir. Belə torpaqlarda arat apa- rılması toxumun tez cücərməsini, həmçinin inkişafının ilk mərhə- ləsində bitkilərin normal böyüməsini təmin edir.Orta rütubətli torpaqlara yaz aratı zamanı 800-1000 m3 norma həddində su verilməsi daha yaxşı nəticə verir.



Suvarma rejimi: Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müxtəlif üsullarla kök sisteminin yerləşdiyi aktiv torpaq qatında müvafiq nəmlik rejimi yaratmaqdır.Soya bitkisin- dən yüksək və sabit məhsul alınmasında tətbiq edilən aqrotexniki tədbirlərdən biri də suvarma rejiminə düzgün riayət olunmasıdır. Uzun müddətli tədqiqatlardan məlum olur ki, torpaqda olan rütubət ehtiyatından və vegetasiya müddətində düşən yağıntıların miqda- rından asılı olaraq suvarma norması 4000-6000 m3/ha arasında dəyişir. Bitkinin sortunda, ərazinin torpaq və iqlim şəraitindən asılı olaraq vegetasiya müddətində 4-6 dəfə suvarma aparılmalıdır.

Soya toxumunun arata səpilməsi böyük əhəmiyyətə malikdir, çünki bu zaman qaysaq əmələ gəlmir və nəticədə bitiş sürətlənir.

Torpaqda nəmlik hüdudu ən az rütubət tutumunun 80%-i qədər olduqda soya bitkisi üçün əlverişli hesab olunur.

Vegetasiya suvarmaları ilə torpağın yuxarı 40-60 sm-lik qatında çiçəkləməyə qədər tarla rütubət tutumunun azı 70% və tələbat

yüksək olan çiçəkləmə, dənin dolması dövründə isə 80% səviy- yəsində saxlamaq optimal suvarma rejimi hesab olunur. Vegeta- siya suvarmalarının sayı müəyyən olunmuş su sərfi normasından və suvarma üsulundan asılıdır.

Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda aparılmış el- mi tədqiqat işlərinin nəticələri göstərir ki, tez-tez yüksək olmayan norma ilə (500-600 m3/ha) suvarma, gec yüksək norma ilə (900- 1000 m3/ha) aparılan suvarmaya nisbətən böyük üstünlüyə malik- dir. Hava şəraitindən asılı olaraq birinci halda suvarmaların sayı 6- dan 9-a qədər, ikinci halda isə 4-6 arasında dəyişir.Əkin qatında, yəni bitkilərin kök sisteminin əsas kütləsinin yerləşdiyi ən münbit qatda optimal nəmliyin saxlanması üçün tez-tez, ancaq az suvarma norması tətbiq edilməsi məqsədəuyğundur. Bundan başqa əkin daxilində temperaturun aşağı düşməsi və torpaqüstü qatdakı ha- vada nisbi rütubətin artması hesabına mikroiqlim yaxşılaşır, nəti- cədə bitkilərin yerə yatması az qeyd olunur.

Soya bitkisi yerüstü üsulla, yəni şırımlarla və yağış yağdırma üsulu ilə suvarılır.Bu əsasən ərazinin torpaq-iqlim şəraitindən, bitkinin becərilmə xüsusiyyətindən, suvarma şəraitindən və digər amillərdən asılıdır.

Çiçəkləmə, dənin dolma fazasında tarla su tutumu 80% olma- lıdır. Bu respublikamızda orta gündəlik temperaturun ən yüksək və rütubətin ən çox buxarlandığı iyul-avqust aylarına təsadüf edir.Bu dövrdə suvarmalar arasındakı vaxt 6-8 günə qədər azalır.Paxla yetişməyə başladığı müddətdə suvarmanın dayandırılması məqsə- dəuyğun hesab edilir.



    1. Texniki bitkilər Pambıq

Ən qədimdən becərilən kənd təsərrüfatı bitkilərindən biri də pambıqdır. Pambıq liflilər sinifinə aid olan çox qiymətli texniki bitkidir. Təbiətinə görə pambıq bitkisi nisbətən quraqlığa davamlı bitkidir. Ancaq su ilə təmin olunduqda daha yaxşı inkişaf edir və bütün inkişaf fazalarında su tələb edir.Pambıq bitkisinin transpra-

siya əmsalı 800-1000 arasında dəyişir. Ədəbiyyat məlumatlarından məlum olur ki, pambığın sortlarından asılı olaraq bəzi hallarada transprasiya əmsalı 600-1600-ə çatır .

Pambığın ən qiymətli məhsulu mahlıcdır, ancaq qeyd etmək la- zımdır ki, çiyiddə (pambığın toxumu) çox qiymətli materialdır. Çiyidin əsas məhsulu - yağ sayılır. Pambığın sort və növündən ası- lı olaraq çiyidin tərkibində 17-25% və daha çox yağ, 25%-ə yaxın zülali maddə, 33% azotsuz (ekstraktiv) maddələr (nişasta, şəkər və s), 21% sellüloza və 10-20% su vardır.Çiyid yağı xalq təsərrüfa- tının bir çox sahələrində geniş istifadə olunur.

Pambıq bitkisinin mahlıcından, çiyidindən və digər hissələrin- dən 120-dən çox müxtəlif növ məhsullar hazırlanır.

Pambıq bitkisi hələ qədimdən Hindistanda, Mekskada, Peruda və s ölkələrdə becərilmişdir. Hazırda düyanın bir çox ölkələrində, o cümlədən respublikamızda da pamıq geniş sahələrdə becərilir.

Pambığın vegetasiya müddəti 5-6 aya başa çatır.S.D.Lısoqorova görə, pambıq bitkisi öz inkişaf dövründə 5 mərhələ keçirir: yarovizasiya, işıq, mayalanmaya hazırlıq, meyvənin əmələ gəlmə- si, meyvənin yetişməsi və yarovizasiyaya hazırlıq.Göstərilən mər- hələlərin biri-biri ilə əvəz edilməsi əsasında pambıq bitkisi çiyid torpağa səpildlkdən vegetasiyanın axırına qədər 5 əsas faza keçirir: çıxış fazası, əsil yarpaqların əmələ gəlməsi, qönçələmə, çiçəkləmə və yetişmə fazası.

A.İ.Şleyxerin və digər tədqiqatçıların məlumatlarına əsasən, ya- rovizasiya mərhələsini keçirmək üçün səpiləcək çiyid, pambığın növündən və sortundan asılı olaraq, öz quru çəkisinin 60-80%-i qədər su və 250 temperatur tələb edir.



Torpağın becərilməsi: Kənd təsərrüfatı bitkiləri üçün torpağın suvarma şəraitində becərilməsi əkinçiliyin intensiv aparılması prinsipinə əsaslanır. Əkin sahələrindən səmərəli istifadə olunması və yüksək məhsul alınması üçün torpağın səpinə düzgün, keyfiy- yətli hazırlanması tələb olunur. Pambıqçılıqla məşğul olunan təsər- rüfatlarda torpağın becərilməsinə payızdan başlamaq lazımdır. Pambıq bitkisindən yüksək məhsul əldə etmək üçün sahənin ha- marlanması, şum edilməsi, arat, səpinqabağı və vegetasiya suvar-

maları, gübrələrin verilməsi torpağın əsas becərilməsi və digər təd- birlər vaxtında, lazımı aqrotexniki qaydada həyata keçirilməlidir.

Torpaq vegetasiya müddətində üzvi maddələrlə zənginləşir. Şumlanan zaman üst münbit qat çevirilərək aşağı qata düşür ki, bu da qida maddələrinin uzun müddət istifadə olunması üçün əlverişli şərait yaradır. Torpağın belə becərilməsi zamanı alaq otları toxum- ları da şumun alt qatına düşür ki, nəticədə onun cücərməsidə gecikir.

Hamarlama: Aparılmış tədqiqatlar göstərir ki, düzgün hamar- lanmış sahələrdə normal səpin aparmaqla suvarmanı istənilən qaydada təşkil etmək olar ki, bunlarda suvarma şəraitində yüksək məhsul almağın əsas şərtlərindən biri hesab olunur.

Sahə nə qədər yaxşı hamarlanıb və yüksək aqrotexnika tətbiq olunarsa, buxarlanmaya bir o qədər az su sərf ediləcək və yüksək məhsul əldə olunacaq. Dərə-təpəli, hamar olmayan sahələrdə trak- torların, kənd təsərrüfatı maşınlarının işləməsi bir o qədərdə keyfiyyətli olmur və suçuların iş məhsuldarlığı xeyli azalır. Mə- sələn: hamarlanmış sahələrdə bir suçu növbə ərzində 1-1,5 hektar sahəni suvarırsa, hamar olmayan sahələrdə eyni müddətdə 0.4-0,5 hektar yeri suvara bilir. Bu da onu göstərir ki, sahənin hamar- lanmasının böyük əhəmiyyəti vardır.



Dərin şum: Hamarlamadan sonra pambıq əkiləcək sahədə dərin şum aparılmalıdır. Bu zaman ön kotacıqlı kotanla şum aparmaq üçün, ön kotancıqlar 10-12 sm dərinliyə qurulur.Belə ki şum ön kotacıqlı kotanla aparıldıqda torpaq yaxşı xırdalanır.Buna görədə səpinqabağı becərilən torpaqda xırda dənəvərlik yaratmaq və onu səpinə yaxşı hazırlamaq olur. Şumun ön kotacıqlı kotanla aparıl- masının əsas üstünlüklərindən biri də odur ki, alaq otları iki yerdən kəsilməklə bərabər torpağın alt qatlarına düşür ki, bu da onun gec cücərməsinə və ya tamam məhv olmasına səbəb olur.

Pambıq əkini üçün torpağın payızda şumlanması məsləhət bi- linir. Çünki ilin bu fəslində hava gecələr şaxtalı, gündüzlər isə mülayim keçir. Bu da torpaq məsamələrində suyun gecələr donmasına, gündüzlər isə əriməsinə səbəb olur.Nəticədə torpaq dənəvərləşir və yumşalır. Belə torpaqlar bitkilərin normal inkişafı

üçün çox əlverişli olur.

Şumun vaxtında aparılmasının da böyük əhəmiyyəti vardır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, oktyabr, noyabr ay- larında şumlanmış sahələrdə əkilən pambıqdan 100% məhsul əldə olunmuşdursa, dekabr ayında şumlanan sahədən 88%, yanvar ayında şumlanan sahədən 82% məhsul əldə olunmuşdur. Bu da onu göstərir ki, pambıq üçün sahəni nə qədər gec şum etsən bir o qədərdə məhsul azalmağı müşahidə olunacaq.

Əsas becərmədə torpaqda yaradılan əlverişli şəraiti yaz və səpinqabağı becərmələrlə saxlamaq lazımdır. Buna görədə aparılan becərmə işlərinin lazımı qaydada qurulması, istifadə olunacaq alətlərin düzgün seçilməsi və şumun vəziyyətini nəzərə alaraq aparılacaq işlərin vaxtında, keyfiyyətli yerinə yetirilməsi əsas şərtlərdəndir.

Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir edən amillərdən biri də torpaqda dərin şumun aparılmasıdır. Şumun dərinliyi torpağın mexaniki tərkibindən, qrunt suyunun səviyyəsindən, humus qatının və şumaltı qatın qalınlığından asılıdır.Dərin şumun əsas üstünlüklərindən biri odur ki, torpağa su çox sızıb toplanır və səmərəli istifadə olunur. Respublikamızın pambıq əkilən rayonlarında dərin şumun əhəmiyyəti olduqca böyükdür və əsas dondurma şumu 28-32 sm dərinlikdə aparılır.

Dərin şum apardıqda torpaqda üzvi maddələrin toplanması və saxlanması, habelə əkin qatının aşağı hissəsində üzvi maddələrin (anaerob şəraitdə) çürüməsi üçün əlverişli imkan yaranır.Bu proses nəticəsində isə torpaqda əlavə çürüntü maddə toplanır.Həmin çü- rüntü maddə torpağın xırda və toz halında olan hissələrini biri-bi- rinə yapışdıraraq iri dənəli torpaq hissələrinin əmələ gəlməsinə səbəb olur.

Arat: Dərin şum apardıqdan sonra pambıq əkiləcək sahədə yanvar-fevral ayında arat suvarmasının aparılması daha məqsədə- uyğundur. Beləki respublika şəraitində pambıq bitkisinin arata qoyulmuş sahələrdə əkilməsinin üstün cəhətə malik olduğu müəy- yənləşdirilmişdir.

Səpindən əvvəl torpaqda iki üsulla nəmlik yaradılır: birinci səp-

suvar, ikinci arat. Arat suvarması səpindən 2-3 ay əvvəl aparılır.

Pambıq bitkisinin arata qoyulmuş sahələrdə əkilməsinin əsas üstün cəhətləri aşağıda göstərilmişdir:

Arat suvarması zamanı sahədə ehtiyat rütubət toplanır.

Sahədə şum zamanı yaranan kəltənlər tamamilə xırdalanır, sahədə qalan zərərvericilərin pupları məhv olub sıradan çıxır.

Təcrübələr göstərir ki, sahənin arat edilməsindən sonra əkin- lərdə daha yaxşı və gümrah cücərtilər əldə olunmuşdur.

Səpinqabağı becərmə: Səpinqabağı becərməni erkən keçirdik- də torpağın becərilməsinə yaxşı şərait yaratmaqla, səpini vaxtında aparmaq mümkün olur. Bu da sahədə normal çıxış alınmasını təmin edir. Qış və ya yaz aratından sonra şuma mala çəkildikdə torpaq müəyyən qədər bərkiyir. Buna görədə səpindən əvvəl diskiləmə aparmaq, sonra isə mala çəkmək lazımdır.

Səpinqabağı becərməyə qədər sahədə alaq otları bitir ki, bu da sahənin zibillənməsinə səbəb olur. Bunu mala vasitəsilə təmizlə- mək mümkün olmadıqda, həmin sahədə 8-10sm dərinlikdə çizel- ləmə aparmaq, sonra isə mala çəkmək lazımdır. Bu zaman çizelə düzkəsici işçi orqanları bağlanmalıdır.



Səpin müddəti: Hər bir bitkininin səpin müddətinin düzgün təyin edilməsi yaxşı və tam çıxış alınmasının əsas şərtlərindən biri sayılır.Uzun müddətli təcrübələr göstərir ki, pambıq bitkisi üçün ən yaxşı səpin müddəti torpağın temperaturu 11-130, havanın temperaturu 13-140 dərəcə olduğu vaxt hesab edilir.Belə şəraitdə torpaq müəyyən nəmlikdə və zərərli duzlar çox dərində olur. Torpaqda normal nəmlik və havalanma olduqda 10-15 gün müd- dətində normal çıxış alınır.

Sahədə normal çıxış alınmasına təsir edən amillərdən biri də çiyidin basdırılma dərinliyidir. Tədqiqatlar göstərirki, pambıq çiyi- di adətən 3-6sm dərinliyə basdırılır. Ancaq qeyd etmək lazımdır ki, çiyidin basdırılma dərinliyi səpin müddətindən, temperaturdan, torpağın tipindən, nəmliyin miqdarından və digər amillərdən çox asılıdır.



Cərgəarası becərmə: Səpindən sonra cərgəaralarında torpaq bərkiyir və ya qaysaq əmələ gəlir. Torpağın bərkiməsi və ya qaysa-

ğın əmələ gəlməsi əsasən yağış yağdıqdan sonra baş verir.

Qaysağın əmələ gəlməsi və ya torpağın üst qatının uzun müddət bərk halda qalması bitkinin inkişafının gecikməsinə, torpaqda qida rejiminin pozulmasına, suyun artıq buxarlanmasına, kultivasiyanın yüksək aqrotexniki qaydada aparılmamasına, suvarmanın çətinləş- məsinə səbəb olur və alaq otlarının inkişafı üçün əlverişli şərait yaradır. Bu da bitkilərin məhsuldarlığının azalmasına səbəb olur. Bunların aradan qaldırılması məqsədilə cərgəarası becərmə işləri- nin aparılması lazım gəlir.

Alaq otlarını məhv etmək və qaysağı dağıtmaq məqsədilə çıxış alınan kimi ilk becərmə işlərinə başlamaq lazımdır.Təcrübələr gös- tərir ki, birinci becərmə vaxtında aparılmadıqda məhsuldarlıq 15- 20% aşağı düşür.Birinci becərmənin 6-8 sm dərinlikdə aparılması daha məqsədəuyğun hesab edilir. Çünki bu zaman bitkinin kök sistemi dərinə işləməmişdir.

Cərgəarası becərmə işlərindən sonra torpağın üst qatı yumşaq və dənəvər halda qalır, nəticədə rütubətlilik uzun müddət saxlanır, cərgəarasında olan alaq otları məhv olur.Torpağın üst qatında havalanma daha yaxşı gedir, mikroorqanizmlərin fəaliyyəti güclə- nir ki, bu da bitkinin inkişafı üçün əlverişli şərait yaradır.

Yuxarıda göstərilənlərlə bərabər cərgəarası becərmə torpağın su keçirmə qabiliyyətinə müsbət təsir edir və dərin şırımlar açılma- sına səbəb olur. Bu şırımlar sudan səmərəli istifadə olunmasını və vegetasiya suvarmalarının düzgün aparılmasını təmin edir. Cərgəa- rası becərmə zamanı torpağın üst qatının yumşaldılması yemləmə gübrələrinin düzgün tətbiqi üçün əlverişli şərait yaradır.

Cərgəarası becərmədə aşağıdakı tədbirlər həyata keçirilir: Cər- gəarası kultivasiya, yəni yumşaltma aparmaq, alaq otlarının məhv edilməsi, suvarma üçün şırımlar açmaq, yemləmə gübrələrinin verilməsi.

Cərgəarasını yumşaltmaq və alaq otlarını məhv etmək məqsə- dilə hər suvarmadan sonra kultivasiya aparmaq lazımdır.Bu da onu göstərir ki, suvarmanın sayı qədər kultivasya aparılmalıdır. Suvarmadan əvvəl isə şırımlar açılmalıdır.



Suvarma rejimi: Müvafiq bölgələrdə tətbiq edilən suvarma

üsulundan və suvarma texnikasından asılı olaraq kənd təsərrüfatı bitkilərinin suvarma rejimi də müxtəlifdir. AzETHMİ-nun əmək- daşları tərəfindən öz axımı ilə suvarma aparılan bölgələr üçün ve- getasiya suvarma norması və suvarmaların sayı müəyyən olun- muşdur.

Suyun pambıq bitkisinin həyatında rolu çox böyük və müxtə- lifdir. Yüksək və keyfiyyətli məhsul əldə etmək üçün pambıq bit- kisi bütün vegetasiya müddətində suvarılmalıdır.Bitki toxumala- rında maddələr mübadiləsi, fizioloji proseslər, onların digər orqanlara hərəkəti və sintezi suyun təsiri ilə nizamlanır.Bitkinin çəkisinin 50%-dən çoxunu su təşkil edir.

Quraqlıq ilə mübarizədə yeganə əlverişli vastitə kənd təsərrüfatı bitkilərini vaxtında suvarmaqdır.Suvarma əkinçiliyində suvarmalar vasitəsilə torpaqda istənilən rütubətliliyi yaratmaq mümkündür. Bitkinin vegetasiya müddətində normal inkişaf edib yüksək məhsul verməsi üçün tələb edilən suvarmaların keçirilməsi üçün torpağın optimal nəmliyi müəyyən edilməlidir.

N.A.Maksimova görə yarpağın 80-90%-i, kök sisteminin isə 70-80%-ni su təşkil edir. Su bitki orqanizmində hüceyrələrə dola- raq onlara elastiklik verir. Bitkinin su ilə təmin olunması müəyyən dərəcədə onun strukturunu və inkişafını təyin edir.Bitkiyə lazımı miqdarda su daxil olduqda hüceyrə şirəsinin həcmi artır ki, bu da bitkinin inkişafına lazımınca təsir edir.

Düzgün suvarma şəraitində pamığın kök sistemi müəyyən qədər aşağı qatlara (100-120 sm) işləyir, yan köklər yaxşı inkişaf etməklə güclü şaxələnir və onların əsas hissəsi torpağın üst qatında yerləşir. Kök sistemi güclü inkişaf etdiyindən bitkinin digər orqanlarıda yaxşı inkişaf edir.

N.S.Pıjov, V.Y.Yeryoenko, T.A.Elzenqr və digə tədqiqatçılar apardıqları təcrübələrdən məlum olur ki, bitkinin boy və inkişafı suvarma şəraitindən asılı olaraq müxtəlif olur.

Su bitki orqanizmində gedən fizioloji proseslərdə iştirak etmək- lə onun istidən qorunmasında da mühüm rol oynayır.Müəyyən olunmuşdur ki, pambıq bitkisində buxarlanma gedərkən, onun

gövdəsi soyumağa başlayır, Bu da bitkini qızmar günəşin istisin- dən qoruyur.

Pambıq bitkisinin suya tələbatı ən çox çiçəkləmənin başlanğıcı və ilk qozaların əmələ gəldiyi dövrə düşür. Pambıq bitkisinin su ilə normal təmin olunması üçün elə su rejimi yaratmaq lazımdır ki, o torpaqda nəmliyin aşağı düşməsinə və torpaq məhlulunun qatılaş- masına mane olsun.

Suvarmada torpağın su-fiziki xassəsi əsas rol oynayır.Məsələn, yüngül, az münbit, çınqıl qatı yuxarıda olan və ya qumlu torpaqlar- da pambıq bitkisi az normalarla, ancaq tez-tez suvarılmalıdır.Bu cür suvarma rejiminə səbəb, torpağın su keçirmə qabiliyyətinin güclü olmasıdır. Onu da qeyd etmək lazımdır ki, torpağın tipinə, mexaniki tərkibinə və nəmlənmə dərəcəsinə görə suvarmaların sayı dəişə bilər. Bir sözlə pambığın suvarma rejimi və onun miqdarı torpağın münbitliyindən asılıdır.

Pambıq bitkisini suvardıqda suvarma suyunun norma və sayı qrunt suyunun səviyyəsi ilə də sıx əlaqədardır.Qrunt suyunun sə- viyyəsi səthə yaxın olduqda, torpaq yaxşı nəmləndiyinə görə bitki ondan yaxşı istifadə edə bilir.

Torpaqda nəmlik az olduqda və az suvarma şəraitində bitkinin kökləri çox dərin qatlara (180-200sm) gedir və yan köklər yaxşı inkişaf etmir.Suvarmalar tez-tez aparıldıqda və inə torpaqda nəm- lik həddindən artıq olduqda isə köklər əsas etibarı ilə üst qatda 35- 50sm dərinlikdə inkişaf edir. Normal suvarma və nəmlik şəraitində köklər torpağın 100-120 sm dərin qatına gedir və yan köklər yaxşı inkişaf etməklə şaxələnir.

Bitkinin inkişafının ilk dövrlərində həddindən artıq və erkən aparılan suvarmalar torpaq temperaturunu soyudur, torpağı kipləş- dirir, torpaqda hava və qida rejimini pisləşdirməklə mikroorqa- nizmlərin fəaliyyətini zəiflədir. Belə olan hallarda bitkinin boyu uzanır, nazikləşir və yerə yatmağa meyl edir. Nəticədə bu cür bitkilər sonrakı dövrlərdə çox su tələb edir.

Azərbaycan ETPİ-nun çoxillik tədqiqatları və qabaqcıl pambıq- çıların təcrübəsi göstərir ki, pambıq bitkisinin kökü yerləşən torpaq

qatının nəmliyi tarla rütubət tutumunun 70%-nə qədər azaldıqda pambığı suvarmaq lazım gəlir.Rütubətin bu dərəcədən az olmasına yalnız qozaların yetişdiyi və açıldığı dövrdə yol vermək olar. Bun- dan başqa, bəzi torpaqlarda, məsələn duzların miqdarı artdıqda, yaxud havanın nisbi rütubəti son dərəcə aşağı olduqda və torpağın nəmliyi həddən çox azaldıqda tarla rütubət tutumunun 75%-nə qədər artırmaq lazım gəlir.

Torpağın mexaniki tərkibindən və torpaqda olan üzvi maddə- lərin miqdarından asılı olaraq tarla rütubət tutumunun həddi müx- təlif olur. Pambıq əkilən rayonlarda çox ağır gilli və gillicəli me- xaniki tərkibə malik torpaqlar, bəzi yerlərdə isə yüngül gillicəli torpaqlar geniş yayılmışdır. Bunula yanaşı ərazinin iqlim şəraitidə müxtəlifdir. Suvarmadan sonra pambıq bitkisinin kökləri yerləş- diyi torpaq qatında mümkün olan su ehtiyatını müəyyən edən tarla rütubət tutumunun həddi ağır gilli, habelə çəmən və boz torpaq- larda 32-33%-ə, açıq şabalıdı torpaqlarda isə 23-24%-ə qədər dəyişir. Tarla rütubət tutumunun həddinin dəyişməsi ilə əlaqədar olaraq torpağın su keçirmə və onu buxarlandırma xassələri, torpaqda olan su ehtiyatlarının miqdarıda və digər göstəricilərdə dəyişir.Ümumiyyətlə suvarmaların sayının müəyyənləşdirilmə- sində ərazidə qrunt suyunun dərinliyinin, onun minerallaşmasının, torpaq-iqlim şəraitinin, əkiləcək bitkinin sort xüsusiyyətlərinin və digər amillərin böyük əhəmiyyəti vardır.

Mexaniki tərkibinə görə ağır torpaqlar sayılan Şirvan düzünün boz torpaqlarında tarla rütubət tutumu həddi 28-30%-ə qədər, strukturlu çəmən torpaqlarda isə hətta 32%-ə qədər olur.

Torpağın mexaniki tərkibindən asılı olaraq qəbul edilmiş suvarma normaları 11 saylı cədvəldə verilmişdir.

İstehsalat şəraitində suvarma vaxtını müəyyən etmək üçün torpaqdakı rütubətin miqdarını göstərən məlumatdan istifadə etmək lazımdır;torpağın rütubəti tarla rütubət tutumunun 70%-nə bərabər olduqda torpaq suvarılmalıdır.

Cədvəl 11

Torpağın mexaniki tərkibinə görə suvarma normaları

Torpaq tipləri

Torpağın mexaniki tərkibi

Suvarma norması m3-lə

Şabalıdı torpaqlar

Ağır

900-1000




Orta

800-900




Yüngül

700-800

Boz torpaqlar

Ağır

1000-1100




Orta

900-1000




Yüngül

800-900

Çəmən torpaqlar

Ağır

1100-1200




Orta

1000-1100




Yüngül

900-1000

Suvarma suyunun çatışmaması və ya onun həddən artıq çox ol- ması istər bitki üçün istərsədə torpaq üçün zərərli olduğu bildirilir. Müəyyən olunmuşdur ki, torpaqda uzun müddət tarla rütubət tutumu həddindən artıq olduqda o yararsız hala düşür. Belə ki, su torpağın məsamələrinə dolaraq oradakı havanı çıxarır, bu da torpaqda yaşayan faydalı mikroorqanizmlərin oksigenlə təmin olunmasını çətinləşdirərək onların məhv olmasına səbəb olur. Bu- nunla yanaşı suyun həddən artıq çox olması bitkilərin normal tə- nəffüsünü pozur ki, bu da pambıq bitkisində kök çürümə xəstə- liyinin əmələ gəlməsinə zəmin yaradır. Suvarma suyunun çatışma- ması isə bitkinin inkişafdan qalmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Suvarma zamanı yüngül torpaqlarda dərin şırım açılarsa tor- paqda su eroziyası baş verər və cərgələrin tam nəmləndirilməsi işi çətinləşər.

Gübrələnməsi: Pambıq bitkisi inkişafının ilk dövründə mineral gübrələrdən azot və fosfor elementlərinə çox tələbkardır. Buna görə də pambıq əkiləcək torpaqda bu elementlər daha çox üstünlük təşkil etməlidir.Müəyyən olunmuşdur ki, bitkidə azot və fosforun miqdarı qönçələmə dövrünə qədər çox olur, sonra isə azalmağa doğru gedir və yetişmə dövründə minuma çatır.

Təcrübələr göstərir ki, pambıq bitkisindən 1 ton xam pambıq

əldə etmək üçün, orta hesabla 34-61 kq azot, 11-22 kq fosfor


    1. kq kalum lazımdır. Bununla yanaşı mikroelementlərdə la- zımdır ki, bunlardan ən əsasları bor, manqan, sink, mis, molibiden və digərlərini göstərmək olar.

Əlavə gübrə verilərkən gübrəni şırımın dibindən 3-4 sm dərinə və bitkidən 4-5 sm kənara basdırmaq lazımdır.Əks halda su güb- rəni bir yerdən başqa yerə yuyub aparır ki. bu da bütün sahə üzrə bitkilərin inkişafına pis təsir göstərər.

Pambıq bitkisinə veriləcək gübrə normaları suvarılan torpaqla- rın mexaniki tərkibindən, onun tərkibində olan qida maddələrinin miqdarından, əkiləcək bitkinin sortundan, alınacaq məhsulun səviyyəsindən, sələf bitkisindən, tətbiq olunacaq aqrotexnikadan və digər amillərdən asılı olaraq müəyyən olunur.



    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin