Qaydaları Ümumi müddəalar



Yüklə 462,63 Kb.
səhifə1/8
tarix22.04.2017
ölçüsü462,63 Kb.
#15297
növüQaydalar
  1   2   3   4   5   6   7   8

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır


Qeydiyyat № 110
«23» iyun 1998-ci il


Nazir

S.HƏSƏNOVA

Təsdiq edilmişdir
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi


Əmr № 027
«17» iyun 1998-ci il


Komitənin sədri

K.HEYDƏROV

Yük gömrük bəyannamələrinin doldurulması
Qaydaları


1. Ümumi müddəalar

1.1. Bu qaydalar malların ixrac və sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrə yük gömrük bəyannaməsinin (sonrakı yazılışlarda - YGB) doldurulma qaydalarını müəyyən edir.

1.2. YGB dəsti dörd əsas vərəq, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə vərəqlərdən (1 saylı Əlavə) ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır.

Qrafaların adları üçün Azərbaycan dilində (bəzi hallarda rus dilində) olan blanklardan, habelə məlumat qrafasından kənarda əlavə qeydləri olan blanklardan da istifadə etmək olar.

1.3. YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyni adlı mallar (XİF MN üzrə mal mövqeyi 9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.

1.4. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan etməyə imkan verir.

1.5. Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəq, 33-dən artıq əlavə vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin əsas vərəqlərinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.

1.6. YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların üzərindən xətt çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir.

Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir.

1.7. YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə və ya yazı makinasında Azərbaycan dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük dəyəri), 9 işarədən çox ədədlə ifadə olunarsa, onları əl ilə doldurmaq olar.

Keyfiyyətsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi baxılmır.

1.8. YGB-nin hər hansı bir qrafasındakı mətn məlumatı, əvvəl doldurulmuş qrafanın mətn məlumatının təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya — «bax, qrafa №___» şəkildə istinad edilir.

Kodlara münasibətdə belə istinadlar edilə bilməz.

1.9. YGB-nin hər hansı qrafasında lazımi məlumatların bəyan olunması üçün (müəssisənin adı, vaqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların bəyannamənin arxa tərəfində və ya qoşma vərəqdə yazılmasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq olunaraq «arxaya bax və ya qoşma vərəqə bax» ifadəsi yazılır.

Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.

YGB-nin əsas vərəqinin arxa tərəfində və ya qoşma vərəqdə digər nəzarət orqanlarının ştamplar vurması və qeydlər aparması üçün icazə verilir.

1.10. Bəyannaməçilərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə verilmir.

1.11. Gömrük orqanı bu qaydaların 2.4 bəndində göstərilən sxem üzrə YGB-nin əsas vərəqinin 7-ci qrafasında və hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir.

1.12. YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür:

§  birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;

§  ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır;

§  üçüncü vərəq - bəyannaməçiyə qaytarılır;

§  dördüncü vərəq:

a) malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayiət sənədlərinə əlavə olunur və mallarla birlikdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir;

b) malların idxalı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə - malı alanda qalır.

1.13. Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir:

§  «nəqliyyat sənədi» - gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhəddindən təyinat yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq daşımalarını həyata keçirmək üçün uyğun sənəddir;

§  «malı göndərən» - gömrük bəyannaməsinə təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən, alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən, habelə daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir;

§  «malı alan» - nəqliyyat sənədinə müvafiq daşıyıcı tərəfindən və ya göndərənin göstərişi əsasında gömrük sərhəddindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən huquqi və ya fiziki şəxsdir;

§  «maliyyə tənzimlənməsi üzrə məsul şəxs» - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır;

§  «faktura dəyəri»- ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;

§  «gömrük dəyəri»:

§  idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən olunan dəyəridir;

§  ixrac olunan mallar üçün:

§  ödənişli əsasda sövdələşmələr üçün - gömrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşalma, sığorta) üçün xərclər, habelə digər lazımi korrektirovkalar da nəzərə alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında təyin olunan dəyərdir;

§  ödənişsiz əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə çatdırılması xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedici sənədlə təyin olunan qiymətlər əsasında müəyyən olunan dəyərdir;

§  «ticarət edən ölkə» - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyyətindən asılı olmayaraq müqavilə bağlayan şəxsin qeydiyyatda olduğu (yaşadığı) ərazinin olduğu ölkədir.

Təqdim olunmuş YGB-nin arxa tərəfində və ya qoşma vərəqdə məlumatlar YGB-nin müvafiq qrafası göstərilməklə həmin qrafanın strukturuna və doldurulması qaydalarına uyğun göstərilir.

Malların gömrük rəsmiləşdirilməsi zamanı bəyannaməçilər tərəfindən qoşma vərəqlər iki nüsxədən ibarət olaraq tərtib olunur və YGB-nin 1-ci və 4-cü vərəqlərinə əlavə edilir

2. İxrac gömrük rejimi altında olan mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları

2.1. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:



    • rəqəmlə göstərilən:
1, 2, 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 44, 45, 46, 47, 48, 50, 54;

    • hərflə göstərilən: - A B

2.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və S qrafaları doldurulur.

2.3. Qrafaların bəyannaməçi tərəfindən doldurulma qaydaları:



Qrafa «A»

Qrafanın yuxarı sağ hissəsində YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının milli valyuta ilə ifadə olunmuş məzənnəsi göstərilir.

Qrafanın aşağı sağ hissəsində qoşma vərəqlər istifadə olunduğu hallarda qoşma vərəqlərin sayı aşağıdakı formatda göstərilir:

«Qoşma-SS»

burada: SS — qoşma vərəqlərin sayı rəqəmlə göstərilir

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın birinci yarımbölməsində malların keçirilmə istiqaməti - «İX» göstərilir.

Qrafanın ikinci yarımbölməsində malların gömrük sərhəddindən keçirilmə proseduraları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu göstərilir (2 saylı əlavə).

Üçüncü yarımbölmədə:



    • əgər ixracatçı özü istehsal etdiyi məhsulu ixrac edirsə - «1» rəqəmi;

    • əgər ixracatçı özü istehsal etmədiyi məhsulu ixrac edirsə - «0» rəqəmi yazılır.

Qrafa 2. «Göndərən»

Qrafada malları göndərən haqqında aşağıdakı məlumatlar:



    • sağ yuxarı küncdə təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilir.

    • hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan göstərilir.

    • sol aşağı küncdə təşkilatların dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi və ya fiziki şəxsə Vergilər Nazirliyi tərəfındən verilmiş vergi ödəyicisinin uçot nömrəsi.

Qrafa 3. «Əlavə vərəqlər»

Qrafa əlavə vərəqlər istifadə olunduqda doldurulur. Qrafanın birinci yarımbölməsində vərəqin sıra nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilir.



Qrafa 4. «Yükləmə spesifikasiyası»

Qrafada yükləmə spesifikasiyası vərəqlərinin ümumi sayı göstərilir

Qrafa 5. «Malların ümumi sayı»

Qrafada YGB-nin əsas vərəqlərinin və əlavə vərəqlərinin 31-ci qrafalarında göstərilən, bəyan olunan hissədəki malların ümumi sayı rəqəmlə göstərilir.



Qrafa 6. «Yerlərin sayı»

Qrafada bəyan olunan mallar partiyasında yerlərin ümumi sayı göstərilir.

Tökülüb doldurula bilən, səpələnib tökülmə və axıcılıq qabiliyyətli yüklər, habelə boru kəməri nəqliyyatı, elektrik xətləri vasitəsilə və qalaq halında gömrük sərhəddindən mallar keçirildikdə, bu qrafada «0» rəqəmi yazılır.

Qrafa 8. «Malı alan»

Qrafada malları alan haqqında aşağıdakı məlumat göstərilir:



    • xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı.

Qrafa 9. «Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs»

Qrafada ödəniş əsasında xarici ticarət sövdələşməsi bağlamış məsul şəxs haqqında məlumatlar bildirilir:



    • qrafanın aşağı hissəsində «__» işarəsindən sonra təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;

    • hüquqi şəxsin adı və ünvanı və ya fiziki şəxsin S.A.A, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;

    • sağ yuxarı küncdə Vergilər Nazirliyi tərəfindən fiziki şəxslərə verilmiş eyniləşdirmə nömrəsi;

Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 11. «Ticarət edən ölkə»

Qrafada dünya ölkələrinin Təsnifatına (3 saylı Əlavə) uyğun olaraq ticarət edən ölkənin rəqəmlə istifadə olunan kodu göstərilir.



Qrafa 12. «Ümumi gömrük dəyəri»

Qrafada əsas və əlavə vərəqlərin 45-ci qrafalarında göstərilən mallar dəyəri üzrə alınmış ümumi məbləğ bəyan olunmuş malların ümumi gömrük dəyəri kimi göstərilir.



Qrafa 14. «Bəyannaməçi»

Qrafada malları bəyan edən - deklarant haqqında məlumat göstərilir:



    • sağ yuxarı küncdə təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş 7 rəqəmli identifikasiya kodları;

    • bəyannaməçinin adı və ünvanı (poçt indeksi göstərilməklə).
Qrafanın aşağı hissəsində vergi ödəyicisinin uçot nömrəsi, həmin müəssisə müqavilə əsasında bəyannaməçilik (broker, vasitəçi) fəaliyyəti göstərdiyi hallarda isə dövlət gömrük nəzarəti orqanları tərəfindən, həmin təşkilatın bəyannaməçi kimi tanınmasına səlahiyyət verən lisenziyanın nömrəsi və verildiyi tarix göstərilir.

Qrafa 15. «Göndərən ölkə»

Qrafada dünya ölkələrinin Təsnifatına (3 saylı Əlavə) uyğun göndərən ölkənin qısa adı göstərilir.



Qrafa 15a. «Göndərən ölkənin kodu»

Qrafada 3 saylı Əlavədə göstərilmiş dünya ölkələrinin Təsnifatına uyğun göndərən ölkənin rəqəmlə ifadə olunan kodu göstərilir.



Qrafa 16. «Mənşə ölkəsi»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı göstərilir. Eyni adlı mallar (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi tətbiq edilən) müxtəlif ölkələrdə istehsal olunduqda qrafada «müxtəlif» sözü yazılır.



Qrafa 17. «Təyinat ölkəsi»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq, təyinat ölkəsinin qısa adı göstərilir (3 saylı Əlavə).



Qrafa 17a. «Təyinat ölkəsinin kodu»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun təyinat ölkəsinin kodu göstərilir (3 saylı Əlavə).



Qrafa 18. «Göndərmə zamanı nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitəsinin sayı, bundan sonra isə bir hərf tərtibində məsafə buraxılmaqla gömrük sərhədi buraxılış məntəqəsinə aparılmaq üçün malın yükləndiyi nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryol vaqonunun nömrəsi, yol nəqliyyatı vasitələrinin qeydiyyat nömrəsi və digər məlumatlar) göstərilir.

YGB-də bütün məlumatları göstərmək mümkün olmadıqda, «arxaya bax və ya qoşma vərəqə bax» ifadəsi yazılmaqla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa hissəsində və ya qoşma vərəqdə, nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunmaqla göstərilir.

Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin Təsnifatına (3 saylı əlavə) uyğun nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.



Qrafa 19. «Konteyner»

Qrafada:


    • mallar konteynerdə keçirildikdə - «1» rəqəmi

    • mallar konteynerdə keçirilmədikdə - «0» rəqəmi yazılır.

Qrafa 20. «Göndərmə şərtləri»

Qrafanın birinci yarımbölməsində göndərmə şərtlərinin Təsnifatına uyğun olaraq (4 saylı Əlavə) göndərmə şərtlərinin iki rəqəmli kodu göstərilir.

Qrafanın ikinci yarımbölməsinin sol hissəsində coğrafi məntəqə göstərilməklə göndərmə şərtinin hərflə ifadə olunmuş qısa hərfi adı göstərilir.

Üçüncü yarımbölmədə qarşılıqlı hesablaşmanın tətbiq üsulundan asılı olaraq aşağıdakılar göstərilir:



    • «001» - qarşılıqlı hesablaşma vəsaitin köçürülməsi yolu ilə həyata keçirildikdə;

    • «002» - akkreditiv açılması yolu ilə;

    • «003» - malın dəyəri ödənilmədikdə.

Qrafa ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 21. «Sərhəddə nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı, bir hərf tərtibində boş məsafə buraxılmaqla, malları gömrük ərazisindən kənara aparacaq nəqliyyat vasitəsi haqqında (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və s.) məlumatlar göstərilir.

Bütün məlumatları YGB-də göstərmək mümkün olmadıqda, «arxaya bax və ya qoşma vərəqə bax» ifadəsi yazılmaqla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa hissəsində və ya qoşma vərəqdə nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunmaqla göstərilir.

Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin Təsnifatına uyğun (3 saylı əlavə) nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin iki rəqəmli kodu göstərilir.

Bəyannaməçidə malları gömrük ərazisi hüdudlarından kənara aparacaq nəqliyyat vasitəsi haqqında məlumat olmadığı halda (gömrük nəzarəti altında malların yenidən yüklənməsi zamanı) qrafa doldurulmur.

Qrafa 22. «Valyuta və malların ümumi faktura dəyəri»

Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş malların faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların Təsnifatına (5 saylı Əlavə) uyğun olaraq göstərilir.

Faktura dəyəri bəyan olunan valyuta, milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Qrafanın sağ yarımbölməsində göstərilən ümumi faktura dəyəri YGB-nin əsas və əlavə vərəqlərinin 42-ci qrafalarında göstərilən dəyərlərin toplanmasından alınır.



Qrafa 23. «Valyuta məzənnəsi».

Qrafada YGB gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixə Mərkəzi Bank tərəfindən müəyyən olunan valyuta məzənnəsi üzrə bəyan olunan faktura dəyəri göstərilir.

Qrafada faktura dəyəri milli valyuta ilə bəyan olunan hallarda - «1» rəqəmi yazılır.

Qrafa 24. «Sövdələşmənin xarakteri»

Qrafanın sol yarımbölməsində sövdələşmənin xarakteri Təsnifatına uyğun olaraq (6 saylı Əlavə) sövdələşmə xarakterinin iki rəqəmli kodu göstərilir.

Bu qrafada sövdələşmə xarakterinin iki rəqəmli kodundan sonra göndərişlərin xüsusi şərtini xarakterizə edən əlavə üçüncü işarə göstərilir:


    • «1» - xarici kreditlər hesabına göndərişlər;

    • «2» - dövlət kreditləri hesabına göndərişlər;

    • «3» - kommersiya kreditləri hesabına göndərişlər;

    • «4» - birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

    • «7» - yeni texnika və texnologiya nümunələrinin göndərişləri.

Qrafa 25. «Sərhəddə nəqliyyat növü»

Qrafa 26. «Ölkə daxilində nəqliyyat növü»

Qrafada nəqliyyat vasitələrinin Təsnifatına uyğun (7 saylı Əlavə) nəqliyyat vasitəsi növünün kodu göstərilir.



Qrafa 27 «Yükləmə/boşaltma yerləri».

Qrafada malların yükləmə yerləri konkret (şəhər, rayon) göstərilir.



Qrafa 28. «Maliyyə və bank məlumatı»

Qrafada 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxs haqqında bank və maliyyə məlumatları, rekvizitlərdən hər biri yeni sətirdən başlanılmaqla və onlardan hər birinin qarşısına növbəti sıra nömrəsi qoyulmaqla göstərilir:



    • 1 - valyuta nəzarəti sənədinin nömrəsi, ya da bankın identifikasiya nömrəsi;

    • 2 - bankın qısaldılmış adı;

    • 3 - 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;

    • 4 - 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin xarici valyuta hesabının nömrəsi;

    • 5 - vergi ödəyicisinin Vergilər Nazirliyi tərəfindən verilmiş uçot nömrəsi.

Qrafa pul hesablaşmaları nəzərdə tutulmayan müqavilələr üzrə mal keçiriləcək hallarda doldurulmur. Bu qrafada mövcud qanunvericiliyə müvafiq olaraq valyuta nəzarəti məqsədi üçün lazım olan məlumatlar da göstərilə bilər.

Qrafa 29. «Sərhəddəki gömrükxana»

Qrafada fəaliyyət bölgəsi gömrük sərhəddi buraxılış məntəqəsində yerləşən gömrük orqanı (gömrükxana) göstərilir. Sağ yuxarı küncdə gömrük rəsmiləşdirilməsini həyata keçirən bölmənin gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun (11 saylı əlavə) kodu göstərilir.



Qrafa 30. «Mallara baxış yeri»

Malların gömrük rəsmiləşdirilməsi dövründə onların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi zamanı doldurulur.

Qrafada müvəqqəti saxlanc anbarını təsis elmiş gömrük orqanının kodu göstərilir.

Əgər malların gömrük rəsmiləşdirilməsi digər yerdə aparılarsa, bu halda qrafada belə malların hesabatını aparan müvəqqəti saxlanc anbarının nömrəsi göstərilir.



Qrafa 31. «Yük yerləri və malların təsviri» «Markalama və miqdar - konteynerlərin nömrəsi, malların təsviri»

«Markalama və miqdar—konteynerlərin nömrəsi, malların təsviri»

Qrafada malların ticarətdə istifadə olunan adları və onların modelləri, tipləri, ölçüləri, DÖST-ləri, parametrləri və s. daxil olmaqla onların texniki xarakteristikaları göstərilir ki, onlar da bəyan olunan malları XİF MN üzrə təsnifat qaydalarına uyğun olaraq xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİF MN) 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilərək, müəyyən mal mövqeyində təsnifinə imkan verir.

Bəyan olunan malların XİF MN-dəki mal mövqelərinin ümumi adı altında göstərilməsinə yol verilmir.

Sonra yük yerlərinin sayı və növü, onların markalanması haqqında məlumatlar göstərilir.

Konteynerlərdə aparılan mallar üçün, qrafanın sağ yuxarı hissəsində konteynerlərin sayı və bir hərf tərtibində boş yer buraxıldıqdan sonra onun nömrəsi göstərilir.

Əgər bu qrafada bəyan olunan mallar yük yerini və ya konteyneri tam doldurmursa, bu haqda qrafada «qutunun bir hissəsi», «konteynerin bir hissəsi» və s. göstərilir.

Tarif tənzimlənməsi üçün qrafanın aşağı sağ küncündə xüsusi ayrılmış sahədə malın miqdarı, XİF MN üzrə ölçü vahidinin qısaldılmış adı yazılmaqla göstərilir.

Əlavə vərəqlərdə doldurulmamış «Malın təsviri» qrafalarına xətt çəkilərək cızılır.

Qrafa 32. «Mal №-si» (malın nömrəsi)

Qrafada 31-ci qrafada bəyan olunan malın sıra nömrəsi göstərilir.



Qrafa 33. «Malın kodu»

Birinci yarımbölmədə malların XİF ƏN üzrə müvafiq kodları göstərilir.

Kod strukturuna görə hərf tərtibində boş yer buraxılmadan və digər ayırıcı işarələr olmadan yazılır. Bu mərhələdə müvəqqəti olaraq qrafanın kənarındakı sağ yarımbölmə ehtiyat qrafa kimi saxlanılır.



Qrafa 34. «Mənşə ölkəsinin kodu»

Dünya ölkələrinin Təsnifatına uyğun qrafada (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunan) bəyan olunan eyni adlı malların mənşə ölkəsinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşdursa), lakin mənşəcə müxtəlif ölkənindirsə, belə halda qrafada «000» göstərilir.

Bir neçə adda mallar bəyan olunarkən, dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin mənşə ölkəsinin kodu göstərilir.



Qrafa 35. «Brutto çəki (kq)»

Qrafada malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla göstərilir.

Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam ədədə qədər yuvarlaqlaşdırılır.

Qrafa 36. «Preferensiya» «İmtiyaz»

Qrafa gömrük tədiyyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştlərə əsas verən milli Təsnifata (12 saylı əlavə) uyğun olaraq doldurulur.



Qrafa 37. «Prosedura» «Üsul»

Qrafada bəyan olunmuş gömrük rejiminə uyğun malların keçirilmə proseduralarının 6 rəqəmli kodu göstərilir. Birinci iki rəqəm malların gömrük sərhəddindən keçirilmə proseduraları Təsnifatına uyğun birinci bölmənin iki saylı Əlavəsindəki gömrük rejiminin kodunu göstərir.

Əgər əvvəlki gömrük rejimi məlumdursa, ikinci iki rəqəm həmin rejimin kodunu göstərir. Əvvəlki gömrük rejimi naməlum olduqda, ya da olmadığı hallarda «00» göstərilir.

Altı rəqəmli kodun sonuncu iki rəqəmi bəyan olunan gömrük rejiminə müvafiq Təsnifatın ikinci bölməsinə (2 saylı Əlavə) əsasən malların keçirilmə xüsusiyyətini göstərir.

Əgər Təsnifatın ikinci bölməsində nəzərdə tutulmuş xüsusiyyətlər yoxdursa, bu halda «00» göstərilir.

Qrafa 38. «Netto (kq)» «Xalis çəki»

Qrafada malların qablaşdırılma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi kiloqramla göstərilir. Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam kəmiyyətə qədər yuvarlaqlaşdırılır.



Qrafa 39. «Kvota»

Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur.

Qrafada, alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə göstərilir. Kvota qalığının təyini zamanı bəyan olunan mal hissəsi nəzərə alınmır.

Qrafa 40. «Ümumi bəyannamə/əvvəlki sənəd»

Bəyan olunan gömrük rejimindən əvvəl digər gömrük rejiminin olduğu (mal mübadiləsi əməliyyatlarında - qarşılıqlı mal göndərişləri) hallarda və ya müvəqqəti, natamam (orderli göndəriş) dövrü, ümumi bəyannamələrin təqdim olunması zamanı doldurulur.

Qrafada əvvəlki bəyannamənin nömrəsi göstərilir.

Müvəqqəti yük gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklər tam YGB ilə rəsmiləşdirilərkən bu qrafada «arxaya bax» və ya «qoşma vərəqə bax» sözləri yazılaraq, YGB-nin arxa tərəfində və ya qoşma vərəqdə müvəqqəti YGB haqqında məlumatlar aşağıdakı formatda göstərilir»:


Sıra sayı

MYGB qeydiyyat nömrəsi

MYGB tarixi

Nəqliyyat vahidinin sayı

Malın çəkisi

Qrafa 41. «Əlavə ölçü vahidləri»

Qrafada XİF MN üzrə 31-ci qrafada olan malın miqdarının əlavə ölçü vahidinin kodu göstərilir.



Qrafa 42. «Malın faktura dəyəri»

Qrafada mövcud qanunvericiliyə uyğun olaraq, 22-ci qrafada göstərilmiş, valyuta ilə 31-ci qrafada bəyan olunmuş malların faktura dəyəri göstərilir.



Qrafa 44. «Əlavə məlumat/təqdim olunan sənədlər»

Qrafada mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazım olan sənədlər haqqında məlumatlar hər rekvizit yeni sətirdən başlanmaqla göstərilir:

1. Bu Qaydaların 14 saylı əlavəsinə uyğun olaraq, lisenziyanın və ya icazə sənədinin kodu, nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddətinin son tarixi göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1/T2

XXXX — sənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin verildiyi tarix (gün, ay və il);

T2sənədin fəaliyyət müddətinin son tarixi (gün, ay və il);

2. 14 saylı əlavəyə uyğun olaraq, nəqliyyat sənədinin kodu, nömrəsi və tarixi göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin tarixi (gün, ay və il);

3. 14 saylı əlavəyə uyğun olaraq malların çatdırmasına nəzarətə dair sənədin nömrəsi və tarixi göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin verildiyi tarix (gün, ay və il);

4. 14 saylı əlavəyə uyğun olaraq müqavilənin (kontraktın, sazişin və s.), müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin tarixi (gün, ay və il);

5. 14 saylı əlavəyə uyğun olaraq malın XİF ƏN-ə uyğun təsnif edilməsi barədə ilkin qərarın nömrəsi və tarixi göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin verildiyi tarix (gün, ay və il);

6. Malların gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliklə digər sənədlərin (icazə, rəy, şəhadətnamə, sertifikat və s.) təqdim olunması nəzərdə tutulduğu hallarda Qaydaların 14 saylı Əlavəsinə uyğun olaraq sənədlər haqqında məlumatlar göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur :

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin verildiyi tarix (gün, ay və il);

7. 14 saylı əlavəyə uyğun olaraq malların mənşəyini təsdiq edən sənədin (sertifikat və s.) nömrəsi və tarixi göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXX sənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1sənədin verildiyi tarix (gün, ay və il);

8. 14 saylı əlavəyə uyğun olaraq malların hesab-fakturasının (invoysun və s.) nömrəsi və tarixi göstərilir.

Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1- sənədin verildiyi tarix (gün, ay və il);

9. Qrafanın bu hissəsində tarif imtiyazları və ya güzəştləri verildiyi hallarda tarif imtiyazının verilməsi haqqında və ya qanunvericiliklə müəyyən olunmuş hallarda digər sənədlər haqqında məlumatlar 14 saylı əlavəyə uyğun göstərilir.

Qrafa aşağıdakı sxem üzrə doldurulur:

XXXX/S/T1

XXXXsənədin dördrəqəmli kodu;

Ssənədin nömrəsi;

T1 — sənədin verildiyi tarix (gün, ay və il);

Qrafada bütün məlumatları göstərmək mümkün olmadıqda «arxaya bax və ya qoşma vərəqə bax» sözləri yazılmaqla, ona istinad edilir və məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında və ya qoşma vərəqlərdə göstərilərək bəyannaməçinin möhürü və imzası ilə təsdiq olunur.

Qrafa 45. «Gömrük dəyəri»

Qrafada 31-ci qrafada bəyan olunan malların gömrük dəyəri göstərilir. Gömrük dəyəri göstərilən valyuta milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.



Qrafa 46. «Statistik dəyər»

Qrafada bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir.



Qrafa 47. «Gömrük rüsumları və yığımlarının hesablanması»

Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, heç bir gömrük ödəniş növünə cəlb olunmayan, bəyan olunan mallar istisna olunmaqla, qalan bütün hallarda YGB-nin rəsmiləşdirilməsi zamanı 47-ci qrafa doldurulur.

YGB-nin 47-ci qrafasının bütün sütunları doldurulur. Bu zaman sütunlarda yazılmış rəqəmlər və hərflər arasında hərf tərtibində boş yer buraxılmalıdır. Əgər sütunlarda eyni zamanda rəqəmli və simvollu işarələr olarsa, onlar arasında da hərf tərtibində boş yer buraxılmasına yol verilmir. Hesablanmış gömrük ödənişlərinin məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankında tətbiq olunan qaydalara uyğun olaraq yuvarlaqlaşdırılır.

47-ci qrafanın ayrı-ayrı sütunlarının doldurulması:



    • «Növ» sütununda gömrük ödənişlərinin Təsnifatına (8 saylı Əlavə) uyğun olaraq gömrük ödənişi növünün kodu göstərilir.

    • «Hesablama üçün əsas» sütununda aşağıdakılar göstərilir:

      • 38-ci qrafada və ya 31-ci qrafanın aşağı sağ küncündə və ya 41-ci qrafada miqdarı göstərilən mala münasibətdə gömrük ödənişləri dərəcəsinə uyğun olaraq bir əmtəə vahidi ilə müəyyən edilmiş ölçüdə tətbiq olunan gömrük ödənişləri dərəcəsi;

      • ixrac gömrük rüsumunun hesablanması üçün YGB-nin 45-ci qrafasında gömrük dəyəri göstərilən mala və ya gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması üçün 12-ci qrafada ümumi gömrük dəyəri göstərilən mala münasibətdə tətbiq olunan gömrük dəyərindən faizlə gömrük ödənişləri dərəcəsi.

Bu sütunda yalnız rəqəmli işarələr göstərilir.

«Məbləğ» sütununda malların gömrük dəyəri ifadə olunan valyuta ilə hesablanmış, ödəniləcək gömrük ödənişlərinin məbləği göstərilir.

«ÖÜ» ödəniş üsulu sütununda ödəniş üsulunun iki rəqəmli və ya hərfi kodları mövcud gömrük tədiyyələrinin ödəniş şərtləri və üsulundan asılılıq qaydalarına (10 saylı Əlavə) uyğun olaraq göstərilir:


    • 01 və ya «NH» - bank vasitəsilə nağdsız hesablaşma;

    • 02 və ya «GK» - gömrük kassasına nağd ödənilmişdir;

    • 03 və ya «ÖM» - ödənişə möhlət verilmişdir;

    • 04 və ya «ÖMU» - gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddəti uzadılmışdır;

    • 05 və ya «ŞH» - gömrük ödənişlərində şərti hesablanma olunmuşdur;

    • 06 və ya «QÖ» - ödəniş qarşılıqlı hesablaşma əsasında aparılmışdır.

«Hesablamanın təfsilatı»

Qrafada hər bir gömrük ödəniş növünün kodu ayrıca qeyd edilir, YGB-nin əsas vərəqi və hər bir əlavə vərəqi üzrə ödənişlərdən ibarət - ödəniş məbləği, habelə valyutaların və valyuta məzənnələrinin kodları yazılır.

Gömrük ödənişlərinin ödənilməsi, gömrük dəyəri göstərilən valyutadan fərqli olan hallarda ödənmiş gömrük ödənişlərinin məbləği 47-ci qrafanın «Məbləğ» sütununda göstərilən məbləğin ödəniş valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu gündən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən etdiyi valyutanın məzənnəsinə görə yenidən hesablanır.

Ödəniş valyutası əsasında yenidən hesablanaraq alınmış gömrük ödənişi məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankında tətbiq olunan yuvarlaqlaşdırma qaydalarına uyğun olaraq aparılır.

Əgər 47-ci qrafanın «ÖÜ» (ödəniş üsulu) sütununda - «05» işarəsi göstərilərsə, belə hallarda bu gömrük ödənişi növü üzrə «V» qrafası doldurulmur.

«V» - qrafasının doldurulması zamanı bütün elementlər bir-birindən defis «–» işarəsi ilə ayrılır və elementlər daxilində simvol tərtibində boş yer qoyulmasına yol verilmir.

Gömrük ödənişlərinin ödənilməsi zamanı, gömrük ödənişlərinin ödənməsi üzrə məlumatlar «V» qrafasında aşağıdakı sxem üzrə formalaşır:

99-9999999999-99 - burada:



    • 1 - saylı element 8 saylı Əlavədə göstərilən gömrük ödənişlərinin Təsnifatına uyğun olaraq göstərilən ödəniş növünün iki rəqəmli kodunu;

    • 2 - saylı element gömrük ödənişi ödəniləcək ödəncin miqdarını;

    • 3 - saylı element isə milli valyutanın üç işarəli rəqəmli kodlarını göstərirlər.

Gömrük ödənişlərinin ödəniş üzrə müddətinin uzadılması və ya ödənişə möhlət verildiyi hallarda «V» qrafası aşağıdakı sxem üzrə formalaşır:

99-9999999999-999-99 - burada:



    • 1 - saylı element, ödəniş müddətinin uzadılması və ya ödənişə möhlət verilməsində istifadə olunan təsdiq olunmuş gömrük ödənişlərinin Təsnifatına uyğun olaraq ödəniş növünün iki işarəli rəqəmli kodunu;

    • 2 - saylı element, təminat valyutası ilə göstərilən müddətin uzadılması, ya da ödənişə möhlət üçün alınacaq gömrük ödənişi ödəncinin miqdarını;

    • 3 - saylı element, valyutaların Təsnifatına uyğun olaraq gömrük ödənişinin ödənməsini təmin edən valyutanın üç rəqəmli kodunu;

    • 4 - saylı element gömrük ödənişlərinin ödənilməsinə təminat növlərinin Təsnifatına (9 saylı Əlavə) uyğun olaraq, gömrük ödənişlərini təmin edən növlərin iki işarəli rəqəmli və ya hərfi kodlarını göstərir.

«Təminat valyutası» aşağıdakıları:

    • gömrük ödənişlərinin ödənilməsi müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı müvəkkil bankın və ya digər müəssisənin zəmanətində göstərilən valyuta məbləğini;

    • girov mallara və nəqliyyat vasitələrinə gömrük ödənişlərinin ödənc müddətinin uzadılması, ya da ödənilməyə möhlət verilməsi zamanı həmin malların gömrük dəyərini göstərən valyutanı;

    • gömrük ödənişlərinin ödənc müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı gömrük orqanının depozitinə keçirilməsi üçün hesablanmış məbləğ - yəni depozitə keçirilmiş pul vəsaiti valyutasını bildirirlər.

Qrafa 48. «Ödənişlərə möhlət»

Qrafada gömrük ödənişlərinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhlətin son müddəti altı rəqəmlə (99.99.99) göstərilir. Nöqtələr vasitəsilə bir-birindən ayrılan, hər bir rəqəm cütü müvafiq olaraq - günü, ayı və ili bildirir.



Qrafa 50. «Vəkalət verən»

Qrafada «YGB və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq edirəm» ifadəsi yazılaraq bəyannaməçinin (yük göndərənin) imzası və möhürü ilə təsdiq olunur.



Qrafa 54. «Yer və tarix»

Qrafada YGB-nin doldurulduğu yer və tarix, 14-cü qrafada göstərilən təşkilat tərəfindən malların bəyan olunmasına vəkaləti - səlahiyyəti olan şəxsin adı və soyadı, tutduğu vəzifə, onun şəxsi imzası, müəssisənin - bəyannaməçinin telefon və teletayp nömrəsi göstərilir.

YGB-də göstərilən məlumatlar müəssisənin rəsmi möhürü ilə təsdiq olunur.

2.4. Gömrük orqanı tərəfindən qrafaların doldurulması qaydaları



Qrafa 7. «Sorğu nömrəsi»

Qrafada aşağıdakı sxem üzrə gömrük rəsmiləşdirilməsinə qəbul edilən YGB-nin qeydiyyat nömrəsi göstərilir:

Nömrə — XXXXXYYZZZZZZZ

burada:

    • XXXXX — gömrük orqanının 5 rəqəmli kodu

    • YY — ilin sonuncu 2 rəqəmi

    • ZZZZZZZ — hər il üçün 0000001-9999999 arasında sıra nömrəsi

YGB-nin əlavə vərəqlərindən və ya qoşma vərəqlərdən istifadə olunan hallarda əlavə vərəqin «A» qrafasının aşağı hissəsində 33-cü qrafanın üzərində və ya qoşma vərəqin yuxarı sağ küncündə YGB-nin əsas vərəqinin qeydiyyat nömrəsi göstərilir.

Qrafa D

Qrafaya gömrük orqanının ştamp və möhürü vurulur. Lazım olan hallarda isə gömrük nəzarəti nəticələrini əks etdirən başqa qeydlər olunur.

YGB-nin arxa tərəfində və ya qoşma vərəqdə əlavə məlumatlar yazılarkən məsuliyyətli şəxs tərəfindən ştamp və ya möhür vurulması zəruridir.

Qrafa S

YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər.



3. Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları

3. Bəyannaməçi YGB-nin aşağıdakı qrafalarını doldurur:



    • rəqəmlə göstərilən:
1, 2, 3, 4, 5.6, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20.21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 44, 45, 46, 47, 48, 50, 53, 54;

    • hərflə göstərilən: - V
3, 4, 5.6, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 19, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 45, 46, 48, 54.

A,B,4,33,40,44,47 nömrəli qrafalar «İxrac gömrük rejimi altında olan mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları» ilə müəyyən olunmuş qaydada doldurulur.

3.2. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən 7, 43, D və S qrafaları doldurulur.

7, D və S qrafaları ixrac rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydalarına uyğun olaraq yerinə yetirilir (bölmə 2.2).

Qrafa 43. «Gömrük dəyəri səhvlərinin düzəldilməsi əlaməti»

Qrafada - birinci halda:



    • əgər göstərilən gömrük dəyərində düzəliş olmamışsa - «0» rəqəmi;

    • əgər göstərilən gömrük dəyərində düzəliş olmuşdursa - «1» rəqəmi göstərilir.

İkinci halda:

    • gömrük dəyərinin təyini Təsnifatına (13 saylı Əlavə) uyğun olaraq təyinat metodunun nömrəsi göstərilir.

3.3. Bəyannaməçi tərəfindən qrafaların doldurulma qaydaları.

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın birinci yarımbölməsində malların keçirilmə istiqaməti - «İD» göstərilir.

Qrafanın ikinci yarımbölməsində malların gömrük sərhəddindən keçirilmə üsulları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu göstərilir.

Qrafanın üçüncü yarımbölməsində aşağıdakılar:



    • «1» - idxalatçı tərəfindən idxal olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulduqda;

    • «0» - idxalatçı tərəfindən idxal olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulmadıqda yazılır.

Qrafa 2. «Malı göndərən»

Qrafada malları göndərən haqqında məlumat - xarici müəssisənin adı və ünvanı, ya da fiziki şəxsin S.A.A. və ünvanı göstərilir.



Qrafa 8. «Malı alan»

Qrafada malları alan haqqında aşağıdakı məlumatlar göstərilir:



    • sağ yuxarı küncdə təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi, ya da fiziki şəxslər üçün gömrük orqanları tərəfindən 7 işarəli eyniləşdirmə kodları;

    • hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;

    • sol aşağı küncdə təşkilatların dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi və ya fiziki şəxsə Vergilər Nazirliyi tərəfındən verilmiş vergi ödəyicisinin uçot nömrəsi.

Qrafa 18. «Göndərmə zamanı nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı göstərilir. Bundan sonra simvol tərtibində boş yer buraxılaraq, gömrük rəsmiləşdirilməsini aparacaq fəaliyyət bölgəsi gömrükxanasına malları gətirən nəqliyyat vasitəsi haqqında (dəniz, ya da çay gəmisinin, hava gəmisinin reys və bort nömrələri, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyatı vasitəsinin qeydiyyat nömrəsi və buna oxşar məlumat) məlumat göstərilir.

Blankda bütün məlumatları göstərmək mümkün olmadıqda, «arxaya bax və ya qoşma vərəqə bax» ifadəsi yazılmaqla ona istinad edilərək, YGB-nin birinci və dördüncü vərəqlərinin arxa tərəfində və ya qoşma vərəqdə nəqliyyat vasitələrinin nömrəsi göstərilərək səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.



Qrafa 20. «Göndərmə şərtləri»

Birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur:



    • «100» - malın dəyəri əvvəlcədən ödənilmişdir;

    • «110» - malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir;

    • «120» - malın dəyəri ödənilməmişdir;

    • «130» - mal kredit hesabına idxal olunur;

    • «200» - malın dəyəri kredit hesabına əvvəlcədən ödənilmişdir;

    • «210» - malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən ödənilmişdir;

    • «220» - malın dəyərinin ödənilməsi üçün akkreditiv açılmışdır.
Əgər mallar kredit hesabına gətirilərsə, belə hallarda yuxarıda göstərilən rəqəmlərin (sözlərin) - kodların əvəzinə ayrılmış kredit əsasında hər bir ay üzrə bank tarif dərəcəsinin faizi yazılır.

Qrafa 21. «Sərhəddə nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində bəyan olunan malların beynəlxalq daşınmasını həyata keçirmiş nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrələri) yazılır.

Bütün məlumatları YGB blanklarında göstərmək mümkün olmadıqda, «arxaya bax və ya qoşma vərəqə bax» ifadəsi yazılmaqla, ona istinad edilərək YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa tərəfində və ya qoşma vərəqdə nəqliyyat vasitələrinin nömrəsi göstərilməklə, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.



Qrafa 27. «Yüklənmə/boşaltma yerləri»

Qrafada malın konkret boşaldıldığı yer (şəhər, rayon) göstərilir.



Qrafa 34. «Mənşə ölkəsinin kodu»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq eyni adlı bəyan olunan malların (XİF MN üzrə 9-cu işarə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşsa) mənşə ölkələrinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu işarə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə, onlara eyni bir gömrük rejimi müəyyən olunmuşsa), lakin mənşəcə müxtəlif ölkələrə mənsubdursa, belə hallarda qrafada «000» göstərilir.

Bir neçə adda mallar bəyan olunan zaman dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin mənşə ölkələrinin rəqəmli kodu göstərilir.



Qrafa 47. «Gömrük rüsumları və yığımlarının hesablanması»

Qrafanın doldurulma qaydası 2.3.bəndində göstərilən qaydalar kimidir.

«Hesablanma üçün əsas» sütununda aşağıdakılar göstərilir:


    • dəyərdən faizlə gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 45-də göstərilən gömrük dəyəri;

    • çəki vahidindən gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 38-də göstərilən netto - xalis çəki;

    • təqdim olunmuş miqdardan gömrük ödəniş dərəcəsi tətbiq olunan mallar üzrə - 31-ci qrafanın sağ aşağı yarımbölməsində və ya 41-ci qrafasında göstərilən miqdar;

    • gömrük ödənişləri gömrük dəyəri məbləğindən faizlə və digər gömrük ödənişləri ilə müəyyən olunan mallar üzrə gömrük dəyəri məbləği və göstərilən ödəniş göstərilir.

Qrafa 50. «Vəkalət verən»

Qrafada «YGB-də və əlavə vərəqlərdə göstərilən məlumatları təsdiq edirəm» yazılır, ifadə bəyannaməçinin (yükü alanın) imza və möhürü ilə təsdiq olunur.



Qrafa 53. «Gömrükxana və təyinat ölkəsi»

Qrafada gömrük rəsmiləşdirilməsinin aparılması üçün malları daxili gömrükxanaya gətirməyə əsas verən gömrük tranziti sənədləri haqqında məlumat (hər rekviziti yeni sətirdən başlamalı və onların hər birinin qarşısına sıra nömrəsi qoyulmalı) göstərilir:



    • gömrük sərhədində gömrük orqanı tərəfindən tərtib olunmuş daşınma cədvəlinin nömrəsi;

    • Beynəlxalq Yol Daşımaları (BYD) kitabçasının nömrəsi və verildiyi tarix.
«Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (1998-ci il, № 12, səh. 61) («VneshExpertService» LLC).
Dövlət Gömrük Komitəsinin 25 may 2000-ci il tarixli, 39 nömrəli; 3 mart 2008-ci il tarixli, 025 nömrəli; 14 may 2010-cu il tarixli, 041 nömrəli; 30 dekabr 2010-cu il
tarixli, 139 nömrəli Əmrlərə əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Yüklə 462,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin