Camal Zeynaloğlu



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
1   2   3   4   5   6   7   8   9
2017-1000


 
                                                                  Camal  Zeynaloğlu
                                                                       Praktik psixoloq 
                                                                                  
1993- cü il. 
 
 
 
 
 
 
 
 
 
 

113 
 
Ailədaxili münaqişələr və onların 
aradan qaldırılması 
Ailədaxili  münaqişələrin  baş  verməsindən  öncə  ailə 
daxilində  psixoloji iqlimin  nə  yerdə olduğunu müəyyən etmək 
vacibdir.  Çünki  ailədaxili  münaqişənin  yaranmasının  ilkin 
səbəbləri  ailədə  psixoloji  iqlimin  pozulması  zamanı  baş  verir. 
Yəni  ailədə  hər  hansı  bir  münaqişə  yaranarkən  ilk  növbədə 
ailədəki  psixoloji  mühiti  analiz  etmək  lazımdır.  Ailənin 
psixoloji  iqlimi  dedikdə  ərlə  arvadın,  valideynlərlə  uşaqların, 
uşaqlarla  uşaqların  qarşılıqlı  münasibətlərin  xarakteri  nəzərdə 
tutulur.  Ailədaxili  münasibətlər  də  öz  növbəsində  ailənin 
psixoloji  iqlimini  əks  etdirir.  Məsələn,  ailədə  baş  vermiş  hər 
hansı  xoşagəlməz  hadisə  ailədaxili  münasibətlərdə  istər-
istəməz  soyuqluq  yaradır,  ailədaxili  münasibətlərdə  narazılıq 
baş  verir.  Ailənin  psixoloji  iqliminə  həm  də  başqa  amillər  də 
təsir  göstərir  ki,  bunun  nəticəsində  də  ailədə  qanqaraçılıq, 
əhval-ruhiyyənin  pozulması,  bədbinlik  yaranır.  Ailə  daxilində 
sanki  bir  durğunluq  yaranır,  hər  kəsdə  özünəqapanma  prosesi 
baş verir. Bu hal günlərlə, hətta həftələrlə davam edə bilər. Bu 
kritik  vəziyyətdən  çıxmaq  üçün  ailə  başçısının  üzərinə  böyük 
məsuliyyət  düşür.  Çünki  ailənin  əsas  aparıcı  və  qərarverici 
şəxsi ər hesab olunur. Əlbəttə, bu demokratik prinsiplərlə idarə 
olunan  ailələrə  şamil  olunmur.  Bu  avtoritar  qaydalarla  idarə 
olunan ailələrə aiddir. Ailə münasibətləri möhkəm təməl - yəni 
qarşılıqlı  sevgi,  qarşılıqlı  hörmət  və  rəğbət,  qarşılıqlı  inam, 
etibar,  vəfa,  qarşılıqlı  güzəşt  və  s.  üzərində  qurulmayıbsa,  o 
zaman ailədaxili psixoloji iqlimin pozulması nəticəsində həmin 
ailədə ərlə arvad arasında soyuma, bir-birindən uzaqlaşma, bir-

114 
 
birini  günahlandırma,  təqsiri  kimsə  boynuna  almağa 
çalışmaması və evdə yersiz söhbətlərin günlərlə davam etməsi 
halları  baş  verir.  Və  belə  hadisələr  hətta  sonda  ərlə  arvadın 
boşanmasına
a
səbəb
a
ola
a
bilər. 
      Ailədaxili psixoloji iqlim hər bir ailə üçün həyati əhəmiyyət 
kəsb edir. Ailədə əlverişli psixoloji iqlimin yaranması üçün ilk 
növbədə  ərin  üzərinə  böyük  məsuliyyət  düşür.  Çünki  ər 
ailədaxili  nizam-intizamı,  davranış  qaydalarını,  səmimi 
münasibətlərin 
formalaşdırılmasını, 
bir-birinə 
hörmətlə 
yanaşmanın,  qarşılıqlı  anlaşmanın,  emosional  halların  tənzim 
olunmasının  təmin  edilməsinə  nəzarət  etməlidir.  Ailədə  ərin 
özünə  qarşı  tələbkarlığı  ailənin  digər  üzvlərinə  qarşı  eyni 
münasibətdə  olduğunu  sübut  etməlidir.  O,  bunu  ailədaxilində 
özünün  rəftar  və  davranışında  göstərməlidir.  Yəni  hər  şeydən 
öncə,  valideyn  ailədə  övladları  üçün  bir  nümunə  olmalıdır. 
Çünki  uşaqların  tərbiyəsi  ailədə  valideynlərdən  çox  asılıdır. 
Demək, ailədə əlverişli psixoloji iqlimi ilk növbədə ər və arvad 
yaratmalıdır.  Psixoloqların  fikrincə,  ailədə  psixoloji  iqlimin 
yaradılmasında  ana  daha  fəal  rol  oynamalıdır.  Çünki  ailə 
daxilində  yaranan  emosional  münasibətlərin  mərkəzində  məhz 
ana  dayanır.  Ana  ataya  nisbətən  övladlarını  daha  yaxşı  başa 
düşür, 
onlarla 
daha 
asan 
dil 
tapmağı 
bacarır. 
       Ailədə qarşılıqlı hörmət və tələbkarlıq, qarşılıqlı etimad və 
kömək  normal  olmalıdır.  Bu  hallar  ailədə  movcud  deyilsə,  o 
zaman  həmin  ailədəki  əlverişli  psixolji  iqlimdən  söhbət  belə 
gedə  bilməz.  Ailədə  xırda  məsələlər  üzündən  yersiz  söz-
söhbətin  yaranması,  tərəflərin  bir-birini  günahlandırması, 
kiminsə güzəştə getməməsi, hətta bu zaman tərəflərin bir-birini 
təhqir  etməsi  səviyyəsinə  qalxması  ailədə  psixoloji  iqlimin 
korlanmasına  zəmin  yaradır.  Belə  hallar  adətən  uğursuz 

115 
 
ailələrdə,  yəni  təməli  möhkəm  olmayan  ailələrdə  tez-tez  baş 
verir. Ancaq möhkəm təməl üzərində qurulmuş ailələrdə, yəni 
uğurlu  ailələrdə  belə  hallarda  qarşılıqlı  güzəşt,  nöqsanlara 
dözmək, bir-birini səbrlə dinləməyi bacarmaq, hər iki tərəfin öz 
səhvini  başa  düşməsi,  bir-birinin  şəxsiyyətinə  hörmət  etməsi, 
bir-birinə  qayğı  ilə  yanaşması  halları  ilə  qarşılaşırıq. 
       Hər bir ailədə xırda da olsa söz-söhbət,  kiçik  münaqişələr 
olur.  Bəzən  elə  başa  düşünülür  ki,  bu  münaqişələri  asanlıqla 
həll edə bilən insanların  hamısı  möhkəm  səbrə,  güclü  iradəyə, 
geniş  dünyagörüşünə  malik,  özünə  güvənən,  cəsarətli 
şəxslərdir. 
Ancaq 
bu 
hər 
zaman 
belə 
olmur. 
        Bildiyimiz kimi ailədaxili problemləri asanlıqla həll etmək 
hər  zaman  mümkün  olmur.  Problemləri  həll  etməyin  əsasında 
ilk 
olaraq 
tərəflər 
arasındakı  danışıqlar,  məsələləri 
aydınlaşdırma,  bir-birini  səbrlə  dinləmə  durur.  Əsəbləşmədən, 
təmkinlə,  qarşılıqlı  anlaşma  yolu  ilə,  tərəflər  arasında  mövcud 
olan  möhkəm  etibar  hissini  əldə  əsas  tutaraq  münaqişəni, 
yaranmış  problemi  həll  etmək  mümkündür.  Bu  zaman 
tərəflərin  bir-birinə  güzəştə  getmək  bacarığını  və  istəyini 
hökmən  nəzərə  almaq  lazımdır.  Ancaq  bəzi  hallarda  tərəflər 
ailədə  baş  verən  münaqişə  və  problemlərin  həllinə  laqeyd 
yanaşaraq  onun  daha  da  dərinləşməsinə  rəvac  verirlər.  Bu 
zaman  tərəflərin  heç  birisi  öz  səhvini  görmək  istəmir  və  bir-
birlərinə güzəştə getmirlər. Belə olan halda ailədaxili ziddiyyət 
daha  geniş  vüsət  alır,  onun  həll  edilməsi  müşkül  məsələyə 
çevrilir. Bu vaxt yeganə çıxış yolu tərəflərdən birisinin hökmən 
güzəştə  getməsi  vacibdir.  Güzəştə  getməyin  ən  əsas 
xüsusiyyətlərindən  biri  qarşı  tərəfə  səhv  etmək  imkanını 
tanımaqdır. Onun üzərinə çox getməmək gərəkdir. Qarşı tərəfin 
hərəkətini  qınamaq,  ona  şübhə  ilə  yanaşmaq,  onda  səhv 

116 
 
axtarmağa  cəhd  göstərmək  yersiz  hesab  edilməlidir.  Əks 
təqdirdə  gələcəkdə  bu  qarşı  tərəfin  daha  böyük  səhvlər 
etməsinə  şərait  yaradar.  Onu  da  unutmamalıyıq  ki,  həyatda 
səhvsiz
a
adam,
a
ideal
a
insan
a
yoxdur. 
       Mütəxəssislərin 
fikrincə, 
ailədaxili 
münaqişələrin 
yaranmasında  kişilərin  işsizliyi,  qadınların  cəmiyyətdəki 
rolunun
a
artması
a
böyük
a
rol
a
oynayır. 
       Bu  günə  kimi  azərbaycanlı  ailələrdə  adətən  əməyin 
ənənəvi bölgüsü aparılıb. Yəni ər işləyib evə pul gətirir, arvad 
isə  evdə  uşaqların  tərbiyəsi  və  ev  işləri  ilə  məşğul  olur.  Ev 
işlərində və uşaqların tərbiyəsi ilə kişilərin az məşğul olması və 
ya heç məşğul olmaması da ailədaxili münaqişələrə, gərginliyə, 
yersiz  söz-söhbətlərə,  incikliklərə  gətirib  çıxarır.  Ailə 
münaqişələri  öz  səbəblərinə  görə  fərqlənir.  Onlardan  ən 
önəmliləri
a
aşağıdakılardır: 
      - 
ailə 
üzvlərinin  özünüifadə  etməsi  azadlığının 
məhdudlaşdırılması; 
      -  ailənin  qəbul  etdiyi  davranış  normalarından  kənara 
çıxması; 
      -  ailədə  əks  meyllərin,  əks  maraqların  meydana  çıxması; 
      -  ailədə  tərəflərdən  kiminsə  tələbatının  ödənilməməsi; 
      -
n
ailənin 
avtoritar 
formada 
idarə 
edilməsi; 
      -
aa
ailədə
a
maddi
a
problemlərin
a
mövcudluğu; 
      -
aa
ailəyə
a
kənar
a
müdaxilənin
a
olması; 
      -
n
ailədə 
qısqanclığın 
və 
xəyanətin 
sezilməsi; 
      -
aa
ailədə
a
qarşılıqlı
a
güzəştin
a
olmaması; 
      -  ailədə  tərəflər  arasında  təkəbbürlülüyün  olması; 
      -  ailədə  tərəflərin  ailə  məsuliyyətini  lazımınca  dərk 
etməmələri; 

117 
 
- ailədə tərəflər arasında  qısqanclıq hissinin  güclü olması; 
       -  ailədə  maddi  və  mənəvi  təlabatlara  kəskin  ehtiyac 
duyulması; 
       -  ailədə  tərəflərin  seksual  disharmoniyası  və  s. 
        Ailədaxili 
münaqişələrin  baş  verməsində  özünü-
qiymətləndirmənin  də  rolu  az  deyildir.  Çünki  tərəflərdən  hər 
hansı  biri  ailədə  özünü  yüksək  qiymətləndirirsə,  bu  zaman 
ailədə  istər-istəməz  narazılıq  yaranır.  Ər  özünü  yüksək 
qiymətləndirirsə, bu halda evdə ancaq onun dediyi fikir, söz və 
qərarın  əsas  götürülməsi deməkdir. Yəni  ailədə  arvadın  dediyi 
ən ağıllı fikir belə ər tərəfindən qəbuledilməz hesab olunur. Və 
bu  zaman  ailədaxili  narazılıq,  münaqişə  baş  verir.  Amma 
ailədaxili  söz-söhbətin  olmaması,  narazılığın  yaranmaması  və 
münaqişənin  baş  verməməsi  üçün  gərəkdir  ki,  tərəflərin  hər 
ikisi  özünü  adekvat  qiymətləndirsinlər.  Yəni  tərəflər  ailədə 
həm öz fikirlərində, davranışlarında, münasibətlərində korrektə 
etməlidirlər.  Bu  zaman  ailədə  qarşılıqlı  anlaşma,  qarşılıqlı 
hörmət  və  rəftar,  səmimi  münasibət  yaranır  ki,  bunun  da 
nəticəsində  ailədaxili  münaqişədən  qaçılmış  oluruq.  Kişi  heç 
bir  halda  özünü  qadından  üstün  tutmamalı,  öz  fikir  və 
qərarlarını  zorla  ona  qəbul  etdirməməlidir.  Qadının  ona  kor-
koranə  qulaq  asmasına,  ona  itaət  etməsinə  təkid  etməməlidir. 
Yəni  ailədə  kişi  patriarxal  qaydalar  tətbiq  etməməlidir.  Çünki 
bu  kimi  adət-ənənələr  artıq  keçmişdə  qalıb.  Belə  olan  halda 
müasir  dövrdə  yaşadığımızı,  cəmiyyətdə  qadınla  kişinin 
bərabər  hüquqa  malik  olduğunu,  qadınların  düşüncə  tərzində 
böyük  dəyişikliklərin  baş  verdiyini  unutmamalıyıq.  Deməli, 
ailədə  tərəflər  özlərinin  həm  cəmiyyət  qarşısında,  həm  də  ailə 
daxilində 
hüquqlarını,  məsuliyyətlərini,  ailə  qurarkən 
götürdükləri  öhdəliklərini  dərk  etməli,  münasibətlərində  bir-

118 
 
birlərini  aşağıladıcı,  təhqiramiz  ifadələrə  yol  verməməlidirlər. 
Ailədə  sağlam  düşüncə  tərzi  formalaşmalıdır  ki,  ailədaxili 
münaqişələrdən  qaçılmış  olsun.  Əgər  ailədə  qadınla  kişi 
arasındakı  münasibət  ədalət  və  bərabərliyə  əsaslanırsa, 
tərəflərdən  biri  o  birisinə  həqarətlə  baxmırsa,  biri  özünü  o 
birisindən  üstün  tutmursa,  bir-birinə  qarşılıqlı  hörmətlə 
yanaşırsa,  rəftar  və  davranışlarında  bir-birinə  xoş  məram 
nümayiş  etdirirlərsə,  belə  ailələr  uğurlu  və  uzunömürlü 
ailələrdən olacaq. Ailədə həmçinin qarşılıqlı ehtiram, yoldaşlıq 
münasibətləri  hökm  sürməlidir.  Amma  biz  qadın  xarakteri  ilə 
kişi  xarakteri  arasındakı  bir  çox  fərqlərin  olmasını  heç  də 
unutmamalıyıq.  Amerikan  psixoloqun  dediyi  kimi,  “Qadın 
dünyası  kişi  dünyasından  tamamilə  fərqlidir”.  Ailədə  istər-
istəməz  qadın  və  kişi  fərqli  düşüncələrə  sahibdirlər.  Hər  iki 
tərəfin  özünəməxsus  üstün  cəhətləri  vardır  ki,  bu  zaman 
tərəflər  bunu  nəzərə  alaraq  bir-birlərilə  sağlam  səmimi 
münasibət  qurmalıdırlar.  Bu  halda  ailədə  münaqişələrdən  və 
yersiz
a
söz-söhbətlərdən
a
qaçmaq
a
mükündür. 
      Ailədaxili münaqişələrdən danışarkən uşaqlarla valideynlər 
arasındakı münaqişələri də xüsusilə qeyd etmək lazımdır. Ailə 
üzvləri  arasında  münasibətlərin  pozulması  ailədə  tələbatların 
ödənilməməsi  zərurətindən  irəli  gəlir.  Belə  ki,  ailə  üzvlərinin 
maddi (mənzil, ərzaq, geyim və s.) tələbatları ilə yanaşı mənəvi 
sosial  tələbatları  -  hörmət,  qayğı,  nəvaziş,  şəxsi  ləyaqətin 
təsdiqi, özünün gərəkli olduğunu dərk etməyi, ünsiyyət tələbatı, 
qarşılıqlı  anlaşmaya  və  ehtirama  və  s.  olan  tələbataları  da 
ödənilməlidir. Ailədə maddi və mənəvi tələbatların ödənilməsi 
hər  bir  ailə  üzvünün  mənəvi  rahatlığını  təmin  edir,  ailə 
münasibətlərinin  tənzimlənməsində  mühüm  əhəmiyyət  kəsb 
edir. 

119 
 
Ailədaxili  münaqişələr  özlüyündə  kiçik  deyil,  qlobal 
problem  hesab  olunur.  Çünki  ailədaxili  münaqişələrə  bir  çox 
amillər  təsir  edir.  Onu  da  unutmamalıyıq  ki,  ailə  cəmiyyətin 
əsas  nüvəsini  təşkil  edir.  Cəmiyyətin  inkişafı  ilk  növbədə 
ailənin  sabitliyindən,  rifahından,  ailə  münasibətlərinin  əxlaqi 
və  mənəvi  dəyərlər  əsasında  təşkilindən  asılıdır.  Cəmiyyət 
həmişə  çalışır  ki,  ailənin  bünövrəsi  sağlam  təməl  əsasında 
qurulsun.  Həm  də  ailə  münasibətlərin  tənzimi  üçün  müxtəlif 
qanunvericilik  aktlarından  istifadə  olunur.  Bu  aktlarda  hər  bir 
ailə  üzvünün  hüquq  və  vəzifələri  də  əks  etdirilmişdir. 
     Ailədaxili  münaqişələrin  təzahür  sahələrinə  uşaqlar,  ailə 
üzvləri, yaxın qohumlar və dostlar, cəmiyyət aid edilir. Hər bir 
normal ailə şəraitində boya-başa çatan uşaqlarda yüksək əxlaqi 
keyfiyyətlər,  insanlara  hörmətlə  yanaşma,  özündən  kiçiklərə 
qayğı göstərmək və kömək etmək,  yoldaşlarına qarşı rəftar və 
davranışlarında  səmimiyyət  hissinin  yüksək  olması  təşəkkül 
edə 
bilir.  Münaqişəli  ailələrdə  isə  uşaqlarda  insan 
münasibətlərinin  pis  nümunələrini  nümayiş  etdirirlər. 
      Ailədaxili  münaqişələr  bütün  ailə  üzvlərinə  təsir  etməklə 
yanaşı,  yaxın  qohum  və  dostlara,  son  nəticədə  isə  ümumən 
cəmiyyətə  mənfi  təsir  göstərir.  Ona  görə  də  həmin  təsirləri  və 
mənfi nəticələri təfsilatı ilə şərh etmədən əsas məsələnin həmin 
münaqişələrin vaxtında düzgün təhlil  edilməsi,  onları  doğuran 
səbəb  və  nəticələrin  dəqiq  müəyyənləşdirilməsi  və  aradan 
qaldırılması  üçün  adekvat  yol  və  vasitələrin  tapılmasındadır. 
Belə  ki,  ilkin  nikaha  qoşulan  gənclər  hökmən  psixoloji 
testlərdən  keçməlidir.  Bu  testlər  “Anket  sorğuları”  (buraya 
şifahi  sorğu,  yazılı  sorğu  və  sərbəst  sorğu  daxildir.  –  C.Z)  və 
“Proyektiv  metodlardan”  istifadə  edilməklə  yeni  evlənən 
cütlüklər  arasında  aparılmalıdır.  Proyektiv  testlər  dedikdə, 

120 
 
onlar  daxili  proyeksiya  dinamikası  doğuran  qeyri-müəyyən 
stimulların  təqdimi  əsasında  yoxlananların  şəxsiyyətini 
tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə 
Rorşarx testini,  Tematik  apperseptiv testi  (TAT), Şarl Kox və 
Rene  Storun  “Ağac”  testini,  “Mövcud  olmayan  heyvanlar”,  5 
fiqur  və  s.  testlərini  aid  etmək  olar.  Məsələn,  TAT-ın  tətbiqi 
zamanı  yoxlanan  adam  ona  təqdim  olunan  şəkildə  baş  verən 
hadisələri  təsvir  edir  və  bu  zaman  həmin  hadisələrə  öz  daxili 
hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları 
müxtəlif  şəkildə  şərh  etmək  mümkün  olsun).  Testlərin 
nəticələri  psixoloq  tərəfindən  hərtərəfli  təhlil  edilməli  və 
doğru-dürüst nəticə əldə edilməlidir. Testlərin nəticələri imkan 
verəcəkdir  ki,  yeni  evlənənlərin  xarakterik  xüsusiyyətləri 
məlum  olsun.  Bu  psixoloji  testlər  tərəflərin  bir-birindən 
saxladığı  xarakterik  xüsusiyyətlərin  hətta,  ən  kiçik  və  gizli 
detalları belə psixoloq tərəfindən müəyyən edilir. Bundan sonra 
psixoloq  tərəflərlə  əvvəlcə  ayrı-ayrılıqda,  daha  sonra  isə 
birlikdə söhbət aparmalıdır. Hər iki tərəfin çatışmayan cəhətləri 
ortalığa qoyulmalı və bunların aradan qaldırılmasında müxtəlif 
üsul  və  vasitələrdən  istifadə  edilməli,  birlikdə  çıxış  yolları 
arayıb  tapılmalıdır.  Bu  zaman  tərəflər  öz  səhvlərini  etiraf 
etməyi  bacarmalıdırlar  və  bunların  aradan  qaldırılmasında 
qarşılıqlı  cəhd  göstərməlidirlər.  Bu  zaman  psixoloq  psixoloji 
məsləhətlərdən
a
istifadə
a
etməlidir. 
      Ailə  başçısı  bağışlamağı  bacarmalıdır.  Bu,  şəxsin 
alicənablığından  və  əxlaqından  irəli  gəlir.  İffət,  namus, 
qarşılıqlı  hörmət  və  məhəbbət  ailənin  açarı  və  sifətidir. 
      İnsanın səxavəti, mədəniyyəti və əxlaqı varsa heç vaxt zora 
arxalanmaz,  kobudluğa  yol  verməz.  Ailədə  kişi  idarəçilikdə 
zordan 
istifadə 
etməz. 
Çünki  zor  Allah  tərəfindən 

121 
 
bağışlanmayan 
bir 
günah 
kimi 
qəbul 
edilir. 
     İslama  görə  kişinin  qadın,  qadının  da  kişinin  boynunda 
haqqı  var.  Məhəmməd  Peyğəmbər  (s.ə.s.)  buyurur:  “Hər  kim 
zövcəsini  vursa,  qiyamətdə  mən  onun  düşməniyəm. 
Qadınlarınızı  incitməyin.  Zövcəyə  xidmət  etmək  böyük 
günahların  kəffarəsi  sayılır.  Allahın  qəzəbini  soyudur...” 
      R.  Taqor  belə  bir  fikir  söyləmişdir:  "Kişi  ağzı  kəsməz  kor 
balta  o,  işləndikcı  itilənər.  Qadın  isə  incə  almazdır,  onu  zora 
salmaq
a
olmaz". 
     Ailə başçısı kimi kişi, bu vəzifəni ləyaqətlə yerinə yetirməyi 
bacarmalı,  idarəçilikdə  ədalətə,  insafa,  əxlaqa,  ədəbə,  hörmət 
və 
məhəbbətə 
söykənməli,  onlardan  faydalanmalıdır. 
     Kişinin vəzifəsidir ki, ailə həyatının mühitində öz ömür-gün 
yoldaşı  ilə  ədəb  və  kəramətlə  rəftar  etsin,  onun  xətalarının 
üstündən  sükutla  keçsin,  səbrli  olsun.  Bu  minvalla  ailə  həyatı 
da davamlı olar. 
                                                        Camal Zeynaloğlu,
 
                                                                         
Praktik psixoloq, 
                                   “İnform.az” saytı, 13 oktyabr 2015-ci il.
 
 
 
 
 
 
 

122 
 
Məktəbin idarə olunmasında rəhbər 
şəxsin  qarşısında duran əsas vəzifələr 
 
(Məktəb psixoloqunun tövsiyələri) 
 
    Hazırkı  şəraitdə  məktəbin  demokratik  prinsiplər  əsasında 
idarə  olunması  yeni  təhsil  konsepsiyasının  tələbindən  irəli 
gələn  ən  başlıca  vəzifədir.  Buna  görə  də  məktəbdə  təlim-
tərbiyənin  yüksək  səviyyədə  təşkili,  pedaqoji  kollektivdə 
sağlam  psixoloji  mühitin  yaranması  bilavasitə  məktəb 
rəhbərliyindən asılıdır. 
    Məktəbin  idarə  olunmasında  rəhbər  şəxs  aşağıda  qeyd 
edilmiş  prinsiplərə  və  şəxsi  nümunələrə  hökmən  riayət 
etməlidir: 
 
1.Rəhbər şəxs təşkilatçılıq işinə müstəqil qoşulmalı, kollektivin 
fəaliyyətinin planlaşdırılmasına ciddi maraq göstərməlidir. 
 
2.Rəhbər 
şəxs 
kollektivdə 
qarşılıqlı 
münasibətlərin 
tənzimlənməsinə daim maraq göstərməlidir. 
 
3.Təlim  və  tərbiyənin  keyfiyyəti  və  nəticəsini  ən  başlıca  amil 
hesab etməlidir. 
 
4.Rəhbər  şəxs  kollektivin  fəaliyyətinin  nəticələri  üçün 
məsuliyyət daşıyır. 
 
5.Rəhbər  şəxs  kollektiv  üzvlərinin  təşəbbüskar  və  müstəqil 
işinə imkan yaratmağa borcludur. 
 
6.O,  kollektivdə  ictimai  həvəs  yaratmağı  bacarmalıdır.  Elə 
işləməlidir ki, kollektiv tərəfindən ona irad tutulmasın. Bunun 

123 
 
üçün  o,  öz  təşkilatçılıq  imkanlarını  daha  da  genişləndirməyə 
çalışmalıdır. 
 
7.Rəhbər  şəxs  öz  vəzifə  borclarını  təşəbbüskarcasına  və 
məsuliyyətlə yerinə yetirməlidir. O, adamlara dəqiq və düzgün 
xarakteristika verməyə qabil olmalıdır. 
 
8.Rəhbərlik  etdiyi  kollektiv  üzvlərinin  xüsusiyyətlərini  və 
əhvalını tez qiymətləndirməyi bacarmalıdır. 
 
9.Özünü  başqa  adamların,  yəni  öz  kollektiv  üzvlərinin  düşə 
biləcəyi vəziyyətdə hiss etmək bacarığı olmalıdır. 
 
10.Kollektiv  üzvlərinin  davranış  xüsusiyyətlərini  təhlil  etməyi 
bacarmalıdır. 
 
11.Kollektiv  üzvlərilə  qarşılıqlı  münasibətlərdə  düzgün  yol 
seçmək  qabiliyyətinə  və  onlarla  fərdi  yanaşma  yollarını 
tapmağı bacarmalıdır. 
 
12.Rəy  və  qiymətlərində  ölçüb-biçmək  (götür-qoy  etmək) 
bacarığı olmalıdır. 
 
13.Qərəzsiz,  sünilik,  kobudluq  və  lovğalıq  etmədən  kollektiv 
üzvləri ilə ünsiyyətdə olmağı bacarmalıdır. 
 
14.Rəhbər  şəxs  kollektiv  üzvlərinə  iradi,  emosional  və  şəxsi 
nümunəsi ilə təsir göstərmək bacarığına malik olmalıdır. 
 
15.Kollektiv  üzvünə  təsir  göstərmək  üçün  düzgün,  əlverişli 
məqam seçməyi bacarmalıdır. 
 
16.Kollektivdə  işin  müvəffəqiyyətinə  inam  oyatmaq  və  sözlə 
həvəsləndirmək bacarığı olmalıdır. 

124 
 
 
17.Tələbkarlıqda  ustalıq  göstərmək  qabiliyyəti  və  həmin 
tələbkarlığın həddini bilmək bacarığı olmalıdır. 
 
18.Xoş  məramla,  əsaslı  və  məntiqi  şəkildə  tənqid  etməyi 
bacarmalıdır. 
 
19.Rəhbər  şəxs  tənqidi  qeydlərin  mahiyyəti  və  əhəmiyyətini 
çatdırmaq qabiliyyətinə malik olmalıdır. 
 
20.Öz  müvəffəqiyyət  və  uğursuzluqlarını  obyektiv  qiymət-
ləndirmək bacarığı olmalıdır. 
 
21.Rəhbər  şəxs  tam  qüvvəsini  sərf  etməklə  işləməyə  qabil 
olmalıdır. 
 
22.İşin 
mənafeyini  şəxsi  mənafelərdən  üstün  tutmaq 
qabiliyyətinə malik olmalıdır. 
 
23.Rəhbər  şəxs  başladığı  işi  axıra  çatdırmaq  qabiliyyəti  və  bu 
işin icrasında prinsipial olmalıdır. 
 
24.Kollektivin buraxdığı səhvlərdə hər şeydən əvvəl bir rəhbər  
kimi öz səhvlərini görməyi bacarmalıdır. 
 
25.Rəhbər şəxs qərarlarındakı səhvləri boynuna almaq və etiraf  
etmək qabiliyyətinə malik olmalıdır. 
 
26.Rəhbər şəxs Təşkilatçılıq işinə müstəqil /sərbəst/    
     qoşulmalıdır. 
 
27.Məktəbdə nizam-intizamın saxlanılmasını vacib saymalıdır. 
 
28. İşdə təşkilati və tərbiyə sahələrinin eyni dərəcədə  

125 
 
      mühüm rol olmasını hesab etməlidir. 
 
29.Şagirdlərdə ictimai həvəs yaratmağa çalışmalıdır. 
 
30.Öz təşkilatçılıq imkanlarını daha da genişləndirməyə   
      çalışmalıdır. 
 
31.Öz təşkilatçılıq işindən razı qalmağa çalışmalıdır. 
 
32.İnandırıcı dəlillərlə təsir göstərmək bacarığı olmalıdır. 
 
33. Tələblərdə inadkarlıq göstərməyə qabil olmalıdır. 
 
34. Həmişə tələbkarlıq göstərmək bacarığı  olmalıdır. 
 
35. Müxtəlif  formada  /zarafatdan  tutmuş  əmrə  qədər/ 
tələbkarlıq göstərmək bacarığı olmalıdır. 
 
36. Tələbkarlığın həddini bilmək bacarığına malik olmalıdır. 
 
 
37. Xoş məramla tənqid etməyi bacarmalıdır. 
 
38. Öz 
davranışının  qiymətləndirilməsində  özünütənqid  
qabiliyyətinə malik olmalıdır. 
 
39. Öz  müvəffəqiyyət  və  uğursuzluqlarını  obyektiv  qiymət-
ləndirmək bacarığı olmalıdır. 
 
40. Tam qüvvəsini sərf etməklə işləməyi bacarmalıdır. 
 
41. İşin  mənafeyini  şəxsi  mənafeyindən  üstün  tutmaq 
qabiliyyəti olmalıdır. 
 

126 
 
42. Kollektivin buraxdığı səhvlərdə hər şeydən əvvəl bir rəhbər 
kimi öz səhvlərini görmək qabiliyyətinə malik olmalıdır. 
 
 
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin