Camal Zeynaloğlu


- əməyə məhəbbət və əmək adamlarına hörmət aşılamaq



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
1   2   3   4   5   6   7   8   9
2017-1000


- əməyə məhəbbət və əmək adamlarına hörmət aşılamaq; 

58 
 
-şagirdləri  müasir  sənaye  və  kənd  təsərrüfatı  istehsalının, 
tikintinin,  nəqliyyatın,  xidmət  sahəsinin  əsasları  ilə  tanış 
etmək; 
-  təhsil  və  ictimai  faydalı  iş  prosesində  onların  əmək 
vərdişlərini və bacarıqlarını formalaşdırmaq; 
-  şüurlu  surətdə  peşə  seçməyə  və  ibtidai  peşə  hazırlığı 
almağa sövq etmək. 
      Şagirdlərin  əmək  tərbiyəsi,  təlimi  və  peşəyönümü  sistemi 
elə  qurulmalıdır  ki,  natamam  orta  məktəbi  qurtararkən  onlar 
düşünülmüş  şəkildə  peşə  və  təhsilin  davam  etdirilməsi  üçün 
müvafiq tədris müəssisəsi seçmiş olsunlar. 
      Şagirdlərin  əmək  hazırlığının  təşkilində  və  onların 
tərbiyəsində  fəal  iştirak  etmək  istehsal  kollektivlərinin  ən 
mühüm  vəzifəsidir.  Hər  bir  məktəbin  baza  müəssisəsi 
olmalıdır.  Bu  müəssisələr  şagirdlərə  təlim  vermək  və  onların 
məhsuldar  əməyini  təşkil  etmək,  şagirdlərlə  tərbiyə  işi 
aparmaq, texniki yaradıcılığı, kənd təsərrüfatı təcrübəçiliyini və 
peşəyönümünü inkişaf etdirmək üçün mütəxəssisləri, fəhlələri, 
kolxozçuları usta kimi işləməyə göndərirlər. 
 
                                                                 Camal  Zeynaloğlu 
                                                                                  1986 - cı il. 
 
 
 
 
 
 

59 
 
Şagirdlərin yaş xüsusiyyətləri və 
qabiliyyətlərin formalaşması 
 
 
     Şəxsiyyətin  fərdi-psixoloji  xüsusiyyətlərindən  hər  birinin 
fəaliyyət  prosesində  öz  yeri,  öz  vəzifəsi  vardır.  Fəaliyyətin 
müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir. 
     Fəaliyyətin  yaradıcılıq  səviyyəsi-icraedici  və  ya  yaradıcı 
olması  onun  tərkibinə  daxil  olan  qabiliyyətlərin  inkişaf 
səviyyəsindən asılıdır. 
    Qabiliyyətlər uşaq və yeniyetmələrin psixi həyatının mühüm 
cəhətlərindən birini təşkil edir. Bu o deməkdir ki, qabiliyyətlər 
də  bütün  psixi  proses  və  xassələr  kimi  kiçik  yaşlardan 
formalaşmağa  başlayır,  inkişaf  edərək  yeni  keyfiyyətlər  kəsb 
edir. 
     Bilik,  bacarıq  və  vərdişlər  qabiliyyətlərin  inkişafı  üçün 
zəruri  şərtlərdən  biridir.  Uşaq  müvafiq  fəaliyyət  sahəsi  üçün 
zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, notda yazmağı, 
çertyoj  çəkməyi  və  s.  öyrənməyibsə,  onun  musiqi,  texniki  və 
rəsm  qabiliyyətləri  yaxşı  inkişaf  edə  bilməz.  Uşaqların 
qabiliyyətlərini  inkişaf  etdirmək  üçün  onların  müvafiq  bilik, 
bacarıq  və  vərdişlərə  yiyələnməsinə  ardıcıl  surətdə  fikir 
verilməlidir. 
     Qabiliyyətlər  eyni  zamanda  bilik,  bacarıq  və  vərdişlərdə 
deyil,  onların  qazanılma  dinamikasında,  yəni  bütün  başqa 
şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik, bacarıq 
və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və 
möhkəm icra olunmasında təzahür edir. 

60 
 
     Deməli,  qabiliyyətlər-şəxsiyyətin  fərdi-psixoloji  xüsusiy-
yətləri  olub  müəyyən  fəaliyyətin  müvəffəqiyyətli  icrasının 
şərtini  təşkil  edir  və  onun  üçün  zəruri  olan  bilik,  bacarıq  və 
vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur. 
     Qabiliyyətlər iki növə ayrılır: ümumi qabiliyyətlər və xüsusi 
qabiliyyətlər. 
     Ümumi qabiliyyətlər - dedikdə bir sıra fəaliyyət sahələrində 
iştirak  edən,  onların  bu  və  ya  digər  dərəcədə  müvəffəqiyyətli 
icrası  üçün  şərt  olan  qabiliyyətlər  nəzərdə  tutulur.  Ümumi 
qabiliyyətlər  ali  psixi  proseslər  əsasında  formalaşır.  Qavrayış, 
hafizə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində funksional 
cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir. 
     Xüsusi qabiliyyətlər - isə yalnız müəyyən fəaliyyət növünün 
müvəffəqiyyətli  icrası  üçün  şərt  olan  qabiliyyətlərə  deyilir. 
Lüğət  ehtiyatı  və  ifadəli  dil,  söz  assosiasiyalarının  zənginliyi, 
ədəbi  yaradıcılıq nisbəti, işıqlılığı,  perspektivi  qiymətləndirmə 
və  rəngləri  fərqləndirmə  həssaslığı-təsviri  fəaliyyət;  məkan 
qavrayışı  və  təsəvvürləri-texniki  yaradıcılıq;  didaktik 
qabiliyyətlər  və  s.  isə  pedaqoji  fəaliyyət  üçün  xüsusi 
qabiliyyətlərdir. 
     Hər  bir  qabiliyyət  yaradıcı  fəaliyyətin  müvafiq  sahəsində 
məhz  hansı  qabiliyyətlərin  təşəkkül  etməsindən  və  onların 
inkişaf  səviyyəsindən  asılı  olaraq  dəyişilir,  yeni  keyfiyyətlər 
kəsb edir. 
     Qabiliyyətlərin  formalaşması  hər  bir  yaş  dövründə  köklü 
kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinə  məruz  qalır.  İstər 
məktəbəqədər  və  kiçik  məktəbli,  istərsə  də  yeniyetməlik  və 
erkən  gənclik  yaşı  dövrlərində  ümumi  və  xüsusi  qabiliyyətlər 
iki  istiqamətdə  -  makro  və  mikro  istiqamətdə  inkişaf  edir. 
Makro  inkişaf  dedikdə,  qabiliyyətlərin  müəyyən  bir  yaş 

61 
 
dövründə  qarşılıqlı  əlaqədəki  inkişafı  nəzərdə  tutulur.  Bu 
prosesdə  müəyyən  bir  ümumi  qabiliyyətdə,  məsələn,  obrazlı 
təfəkkürdə  əmələ  gələn  bir  xüsusiyyət  digər  ümumi 
qabiliyyətin  (yaradıcı  təxəyyülün  və  s.-nin)  inkişafına  təsir 
göstərir,  onlar  isə  qarşılıqlı  əlaqədə  xüsusi  qabiliyyətlərin 
inkişafını şərtləndirir. 
      Mikroinkişaf  dedikdə  isə  ayrı-ayrı  qabiliyyətlərin  öz-
özlüyündə inkişaf prosesi nəzərdə tutulur. 
      Hər  bir  yaş  dövrünün  öz  xüsusiyyəti  vardır.  Kiçik 
məktəblinin  bilik  sahələrinə  marağı,  yeniyetmənin  xüsusi 
fəallığı və meyllərin genişliyi, böyük məktəblinin özünü şüurlu 
surətdə tənzimləmək meyli- bunların hamısı bu və ya digər yaş 
dövrünün  səciyyəvi  xüsusiyyətləri  kimi  qabiliyyətlərin 
formalaşmasına mühüm təsir göstərir. Bu xüsusiyyətləri nəzərə 
almadan  qabiliyyətlərin  inkişaf  xüsusiyyətlərini  düzgün 
qiymətləndirmək  olmaz.  A.N.Leontyevin  aşağıdakı  fikri  əqli 
qabiliyyətlərin  inkişafı  prosesini  bu  baxımdan  təhlil  etmək 
imkanı  verir:  uşağın  əqli  inkişafını  bütövlükdə  onun  psixi 
inkişaf  səviyyəsindən,  mənəvi  simasını  müəyyən  edən 
maraqlarının, 
hisslərinin 
və 
başqa 
əlamətlərinin 
zənginliyindən ayrılıqda nəzərdən keçirmək olmaz.” 
     Ayrı-ayrı yaş dövrlərində psixi inkişafın sürətlənməsi və ya 
ləngiməsi,  gözlənilmədən  yüksəlməsi  və  ya  geriləməsi 
müşahidə olunur, başqa sözlə, eyni yaşlı uşaqların psixi inkişafı 
bir variantda deyil, müxtəlif variantlarda özünü göstərir. 
     Senzitiv  (latınca  “sensus”  –  “hiss,  duyğu”  deməkdir)  dövr 
uşağın  ontogenetik  inkişafının  mühüm  mərhələsini  təşkil  edir. 
Bu zaman inkişaf edən uşaq ətraf mühitin müəyyən təsirlərinə 
xüsusilə  həssas  olur,  psixikanın  bu  və  ya  digər  istiqamətdə 
inkişafı üçün əlverişli şərait yaranır. 

62 
 
     Aydın  məsələdir  ki,  senzitiv  yaş  dövrü  hələ  öz-özlüyündə 
qabiliyyətlərin inkişaf səviyyəsini müəyyən etmir. Bunun üçün 
məktəbəqədər  və  ya  kiçik  məktəbli  yaşı  dövründə  müvafiq 
qabilıiyyətin  inkişafı  üçün  əlverişli  pedaqoji  şərait 
yaradılmalıdır. 
     Unutmaq  olmaz  ki,  uşaq  inkişaf  etdikcə  onun  yaradıcı 
fəaliyyəti  də  mürəkkəbləşir  və  yeni  keyfiyyətlər  kəsb  edir. 
Uşağın yaradıcı fəaliyyətinin inkişafı həm də onun bir sənətkar 
kimi  formalaşması  prosesidir.  Tərbiyə  prosesində  bu  cəhəti 
unutmaq,  uşağı  bir  sənətkar  kimi  fərqləndirən,  yaş  dövrünün 
imkan  və  hüdudlarına  sığmayan  fərdi  xüsusiyyətləri  nəzərə 
almamaq ciddi səhv olardı. 
      Buna  görə  də  uşaqlarda  öz  yaradıcılıqlarına  tənqidi 
münasibətin  yaradılması  onlarda  nəinki  meylin,  həm  də 
fəaliyyət  və  qabiliyyətlərin  inkişafı  üçün  xüsusi  əhəmiyyətə 
malikdir. Çalışmaq lazımdır ki, uşaq öz nailiyyətlərini düzgün 
qiymətləndirə  bilsin,  səhvlərini  görməyi  bacarsın.  Bu,  uşaqda 
tənqidi təfəkkürün inkişaf etdirilməsini tələb edir. 
      Ağılın  tənqidiliyi  insanın:  a)  dərk  olunan  fikirləri,  faktları, 
fərziyyələri,  eləcə də öz fikir və mülahizələrini yoxlamasında, 
qiymətləndirməsində,  b)  idrak  obyektlərindəki  səhv  və 
uyğunsuzluqları  axtarıb  tapmasında,  onların  meydana 
çıxmasının  səbəb  və  şəraitini  araşdırmaqda,  aşkar  etməkdə, 
səhvləri  düzəltməkdə  ifadə  olunur.  Tənqidi  ağıla  malik  olan 
adam  başqa  şəxslərin  təsiri  altına  düşmür,  hər  şeyi  şəxsi 
düşüncəsinin  süzgəcindən  keçirməyə,  onların  doğru  olub-
olmadığını  yoxlamağa  can  atır.  Belə  şəxslər  öz  fikirlərini  də 
dönə-dönə yoxlayır, onlara tənqidi surətdə yanaşırlar. 
      Şagirdlər  inkişaf  etdikcə  onların  tənqidi  təfəkkürü  də 
inkişaf edir və yeni keyfiyyətlər kəsb edir. 

63 
 
      Uşaqda  onun  yaradıcı  fəaliyyətinə  tənqidi  münasibətin 
yaradılması  onun  özünə  tələbkarlıqla  yanaşa  bilməsinin 
mühüm  şərtidir.  Uşağın  özünə  tələbkarlıqla  yanaşa  bilməməsi 
və  ya  tələbkarlığın  səviyyəsinin  aşağı  olması  meylin 
perspektivsiz  olması  ilə nəticələnir.  Uşağın  qabiliyyəti  olduğu 
halda meylinin sabit olmaması psixoloji cəhətdən məhz bunula 
əlaqədardır. 
      Kiçik  məktəbli  birinci  sinifdən  başlayaraq  xarici  aləm 
haqqında  nisbətən  geniş  biliklər  sisteminə  yiyələnir.  Onda 
müşahidəçilik,  ixtiyari  diqqət,  ixtiyari  yaddasaxlama  və 
yadasalma,  əqlin  müstəqilliyi  və  tənqidiliyi  kimi  keyfiyyətlər, 
nitq  inkişaf  edir.  Uşaqda  tənqidi  təfəkkürün  təşəkkül  etməsi 
təxəyyül realizinin inkişafı üçün əlverişli şərait yaradır. 
     Kiçik  məktəblidə  təxəyyülün  realizmindən  danışarkən  bir 
məsələyə  xüsusi  diqqət  yetirmək  lazımdır.  Uşaq  bir  sıra 
hallarda,  xüsusilə  onun  hisslərinə  toxunan  maraqlı  bir  hadisə 
müşahidə  etdikdən  sonra  hekayə  və  ya  şeir  yazarkən  gördüyü 
hadisəni olduğu kimi təsvir edir. Bu, təxəyyülün realizmi deyil, 
məhdudluğudur.  I  və  II  sinif  şagirdləri  şeir  və  ya  hekayə 
yazarkən, adətən, gördüklərini sadalamaqla kifayətlənirlər. 
     Orta məktəb yaşı dövründə şagirdlərin yaratdıqları təxəyyül 
surətlərinin  məzmun  və  formasında  mühüm  keyfiyyət 
dəyişikliyi özünü göstərir. 
     V-VII sinif şagirdləri ədəbiyyat dərslərində müxtəlif janrlar, 
eləcə  də  surət,  xarakter,  təsvir  və  s.  haqqında  nisbətən  ətraflı 
məlumat  alırlar.  Şagirdlər  öyrənirlər  ki,  yazıçı  bir  çox 
hadisələri,  onlara  özünün  münasibətini  və  ideyasını  bədii 
əsərdə təsvir etdiyi surətlər vasitəsi ilə oxucuya çatdırır. Bədii 
təsvirlər  əsərin  məzmunu,  ideyası  və  onda  əks  etdirilən 
hadisələrlə sıx əlaqədar olur. 

64 
 
     VIII-X  siniflərdə  şagirdlərə  müxtəlif  bədii  əsərlərin  təhlili 
əsasında tipik surət, kompozisiya, bədii dil və ifadə vasitələri, 
üslubiyyat  haqqında  anlayış  verilir.  Şagirdlər  təxəyyül 
mədəniyyətinə  yiyələndikcə,  onların  yaratdıqları  surətlərdə 
yeni keyfiyyətlər kəsb edir. 
     Yuxarı  sinif  şagirdlərinin  yaradıcı  fəaliyyəti  sadəcə  olaraq 
süjet  fikirləşməklə  məhdudlaşmır;  onlar  yaratdıqları  surətlərin 
xarakteristikasına  xüsusi  fikir  verir,  əsas  surətləri  ikinci 
dərəcəli surətlərdən fərqləndirir, onların bir-birinə münasibətini 
aydın ifadə edirlər. 
     Prof. S.L.Rubinşteynin qeyd etdiyi kimi, hər bir təfəkkür bu 
və  ya  digər  dərəcədə  ümumi  mücərrəd  məfhumlarla 
tamamlanır, hər bir təfəkkürə bu və ya digər əyani-hissi surətlər 
daxil  olur;  məfhum  və  surət-təsəvvür  onda  ayrılmaz  vəhdətdə 
verilmişdir.  İnsan  təsəvvürsüz,  yalnız  anlayışlarla  düşünə 
bilməz,  o,  eləcə  də  məfhumsuz,  yalnız  hissi-əyani  obrazlarla 
düşünə  bilməz.  Lakin,  bununla  yanaşı  olaraq  təsəvvür  və 
məfhum bir-biri ilə əlaqədar olduğu kimi, həm də bir-birindən 
fərqlənirlər.  Bu  baxımdan  vahid  təfəkkür  daxilində,  bir 
tərəfdən əyani,  digər tərəfdən mücərrəd-nəzəri təfəkkürü  ayırd 
etmək  olar.  Birinci  üçün  xarakterik  cəhət  bundan  ibarətdir  ki, 
onda  təsəvvür  və  məfhumun,  xüsusilə  ümuminin  vəhdəti 
əsasən  əyani  surət-təsəvvür  formasında  həyata  keçirilir.  İkinci 
üçün  isə  bu  cəhət  xarakterikdir  ki,  onda  əyani  surətin-
təsəvvürün  və  məfhumun  vəhdəti  əsasən  ümumi  məfhumlar 
formasında həyata keçirilir. 
     V.Q.Belinski göstərirdi ki, “Poeziya da mühakimə yürüdür 
və düşünür... çünki onun da məzmunu təfəkkürün məzmunu 
kimi  həqiqətdir.  Lakin  poeziya  sillogizm  və  dilemmalarla 
deyil,  obraz  və  səhnələrlə  mühakimə  yürüdür  və  fikirləşir. 

65 
 
Hər  cür  hiss  və  fikir,  poetik  olmaq  üçün  obrazlarla  ifadə 
olunmalıdır.” 
     Bədii  təfəkkürdə  surətin  özü  xüsusini,  konkret  olaraq  əks 
etdirməklə,  həm  də  ümumiləşdirici  vəzifə  icra  edir.  Qiymətli 
bədii surət tipik surətə qədər yüksəlir. 
     Akademik  İ.P.Pavlovun  siqnal  sistemləri  haqqındakı  təlim 
bu  məsələni,  ümumiyyətlə  götürüldükdə  isə  qabiliyyətlər 
sahəsində  özünü  göstərən  fərdi  fərqlər  məsələsini  ətraflı 
aydınlaşdırmaq imkanı  verir.  Böyük  alim,  siqnal  sistemlərinin 
qarşılıqlı əlaqəsinə görə insana məxsus 3 tip - bədii, mütəfəkkir 
və  orta  tip  müəyyən  etmişdir.  İ.P.Pavlovun  fikrincə,  insanın 
düşdüyü  şəraitin,  həyat  tərzinin,  təhsil  və  tərbiyənin  təsiri 
nəticəsində  onun  ali  sinir  fəaliyyətində  ya  1-ci  siqnal  sistemi 
əsas  yer  tutur  (bədii  tip),  ya  da  2-ci  siqnal  sistemi  üstünlük 
kəsb  edir  (mütəfəkkir  tip),  yaxud  bunların  hər  ikisi  eyni 
dərəcədə inkişaf edir (orta tip). 
      Görkəmli  sovet  fizioloqu  A.Q.İvanov-Smolenskinin  qeyd 
etdiyi  kimi,  İ.P.Pavlovun  ali  sinir  fəaliyyəti  tiplərinə  həsr 
olunmuş  tədqiqatının  əsasında  hər  iki  siqnal  sisteminin 
münasibəti  məsələsi  qoyulmuşdur.  O,  bir  siqnal  sisteminin  o 
biri üzərində yalnız nisbi üstünlüyünü qeyd edir. 
      Ümumiyyətlə  götürsək,  2-ci  siqnal  sistemi  (fikri  fəaliyyət) 
1-ci  siqnal  sisteminə  (obrazlı-emosional  fəaliyyətə)  nəzərən 
üstünlük  təşkil  edir.  Bu,  mütləq  xarakter  daşıyır,  çünki  dil  və 
təfəkkür insanın əmək fəaliyyətində həlledici rol oynayır. Əgər 
sözü, 2-ci siqnal sistemini S, obrazı, 1-ci siqnal sistemini S` ilə 
ufadə  etsək,  həmin  asılılığı  riyazi  formada  belə  ifadə  etmək 
olar:  S>S`.  Birinci  siqnal  sisteminin  ikinci  siqnal  sistemi 
üzərindəki  nisbi  üstünlüyü  (bədii  tip)  belə  ifadə  edilə  bilər: 
S>S` + n  (burada  -  bədii tip nümayəndələri üçün xarakterik 

66 
 
olan  emosional  və  obrazlı  görmənin  xüsusiyyətlərini  bildirir). 
2-ci  siqnal  sisteminin  1-ci  siqnal  sistemi  üzərindəki  nisbi 
üstünlüyü  (mütəfəkkir  tip)  isə  belə  ifadə  edilə  bilər: 
S+m>S`(burada  m  –  xarici  aləmə  mütəfəkkir  tip  üçün 
xarakterik olan mücərrəd, sözlü-məntiqi münasibəti göstərir.) 
      Göründüyü  kimi,  bir  siqnal  sisteminin  başqası  üzərindəki 
nisbi  üstünlüyü  məsələsinin  2-ci  siqnal  sisteminin  1-ci  siqnal 
sistemi  üzərindəki  mütləq  üstünlüyü  məsələsi  ilə  qarışdırmaq 
olmaz. Əks halda belə bir təsəvvür yaranır ki, bədii tipdə guya 
intellektual  fəaliyyət  zəif  inkişaf  etmiş  olur.  Bu,  ciddi  səhv 
olardı.  Bir  siqnal  sisteminin  o  biri  siqnal  sistemi  üzərindəki 
nisbi  üstünlüyü  yalnız  bədii,  mütəfəkkir  və  ya  orta  tipin 
təfəkkür  tərzində  özünəməxsus  cəhətlərin  formalaşmasını 
şərtləndirir.  İ.P.Pavlov  bu xüsusiyyətləri belə xarakterizə edir: 
“bəzi  adamlar  yaxşı  düşünürlər,  lakin  konkret,  real  surətdə 
fikirləşmirlər,  onlarda  birinci  və  ikinci  siqnal  sistemləri 
arasındakı əlaqə xeyli zəifdir; başqaları isə, əksinə, belə ağıllı 
və məntiqi düşünsələr də, söz arasındakı real təəssüratı, yəni 
birinci siqnalları görməyə meyl edirlər. Onların xarici aləmlə 
əlaqəsi  birincilərə  görə  daha  yaxşıdır...  Onların  hər  ikisi 
ağıllıdır,  lakin  onlardan  birinin  mühakiməsi  gerçəlikdən 
uzaqdır,  o  birisi  isə  gerçəkliyi  olduğu  kimi  əks 
etdirir.”İ.P.Pavlova  görə,  ikinci  siqnal  sisteminin  birinci  ilə 
əlaqəsi mütəfəkkir tipdə zəif, bədii tipdə qüvvətlidir. Orta tipdə 
isə birinci və ikinci siqnal sistemlərinin hər ikisi eyni dərəcədə 
inkişaf edir. 
      Siqnal  sistemlərinin  inkişaf  xüsusiyyətlərindən  asılı  olaraq 
bu və ya digər tipə mənsub olan şagirdlər qavrayış, təsəvvür və 
hafizə  materiallarından  da  müxtəlif  tərzdə  istifadə  edirlər. 
Məsələn, bədii tip nümayəndələri konkret və emosional surətlər 

67 
 
yaratdıqları halda, mütəfəkkir tipə mənsub olanlar yeni surətlər 
yaradarkən mühakimə yürütməyə daha çox meyl göstərirlər. 
      Biz  məktəbdə  yeniyetməlik  yaşı  dövründə  özünün  əqli 
qabiliyyətlərinin  inkişafı  etibarilə  həmyaşıdlarından  fərqlənən 
xeyli  şagirdlərlə  qarşılaşırıq.  Belə  şagirdlərin  iki  tipi  diqqəti 
daha  çox  cəlb  edir:  onların  bir  qismi  maraqları  və  ətrafdakı 
adamlara  münasibəti  etibarilə  daha  çox  kiçik  məktəbliyə 
bənzəyir. Dərsi asanlıqla başa düşür, məsələni daha asan  yolla 
həll  edir,  lakin  özünü  sadəlövh  aparır,  aşağı  qiymət  alanda 
ağlayır, bütün  fənnlərlə  eyni  dərəcədə maraqlanır; digər qismi 
isə özünü əslində böyük məktəbli kimi aparır: müəllimlərin bir 
çox  məsləhətlərinə  əməl  etmir,  dərsdə  bəzən  kənar  işlərlə 
məşğul  olur,  ancaq  maraqlandığı  fənnə  xüsusi  diqqət  yetirir, 
həmin  fənnə  aid  əlavə  ədəbiyyat  oxuyur,  xüsusi  dəftər  tərtib 
edir. 
      Onu  qeyd  etmək  lazımdır  ki,  görkəmli  adamların  bir 
çoxunu kiçik  yaşlarında  valideynlər və müəllimlər adi  uşaqlar 
hesab etmiş, hətta onların bir çoxunu “tənbəl”, “qabiliyyətsiz” 
adlandırmışlar. 
      Tərbiyə  işi sahəsində bu nöqsanlar ondan irəli  gəlir ki,  biz 
müəllimlər  çox  vaxt  uşaqların  qabiliyyətləri  haqqında  təkcə 
təlim müvəffəqiyyətinə görə mühakimə yürüdürük. Halbuki biz 
qabiliyyətlərin müxtəlif inkişaf variantları olduğunu unuduruq. 
Psixi inkişafın qeyri-bərabər xarakteri bu sahədə xüsusilə aydın 
nəzərə çarpır. 
 
                                                               Camal  Zeynaloğlu
                                                                       Praktik psixoloq 
                                                                               1991 - ci il. 
  

68 
 
Mənfi emosiyalar və onların aradan 
qaldırılmasında özünüələalmanın 
rolu 
 
     İnsan  emosiyaları  ictimai-  tarixi  inkişafın  məhsulu  olub 
davranışı  daxilən  tənzim  edən  proseslərə  aiddir:  onlar 
tələbatların  təzahürünün  subyektiv  forması  kimi  çıxış  edir. 
Emosiyaların  inkişafının  ali  səviyyəsi  insanın  davamlı 
hissləridir. 
     Bu  psixi  proses  bir  tərəfdən,  insanın  instinktləri,  digər 
tərəfdən isə onun biososioloji tələbatı ilə bilavasitə əlaqədardır. 
Emosiyalar  xarici  aləm  hadisələrinin  və  daxili  vəziyyətin 
insanın  həyat  fəaliyyəti  üçün  əhəmiyyətini  əks  etdirmək  yolu 
ilə şəxsiyyətin xarici təsirə qarşı fəallığını nizama salır. İnsanda 
xarici  aləm    hadisələrinin  təsirinə  reaksiya  vermək  etibarı  ilə 
affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı 
rolunu  oynayır.  Bu  cür  siqnallarsız  insan  fəaliyyəti  mümkün 
olmazdı.  İnsanın  emosiyaları  getdikcə  zəifləyir,  bunların 
əvəzinə ictimai, etik, estetik hisslər inkişaf edir. 
     Bəs  mənfi  emosiyalar  nədir?  Mənfi  emosiyalar  necə 
yaranır?  Onların  insana  təsiri  nə  ilə  nəticələnə  bilər?  İnsanda 
mənfi  emosiyaları  aradan  qaldırmaq  mümkündürmü?  Biz  bu 
suallara  cavab  verməyə  çalışacayıq.  Bunun  üçün  biz  müxtəlif 
mənbələrə müraciət etməli olacayıq. 
     Maksim  Qorki  deyirdi:  “Kədər  -  qiymətdən  düşmüş 
fonddur.”  Doğrudan  da,  dərdlə,  fəlakətlə  üz-üzə  gəlmiş 
adamlar fəaliyyətsiz olurlar. Onlar nəinki təkcə fiziki cəhətdən 
lazımi qədər iş görə bilmir, adətən onların düşünmə qabiliyyəti 

69 
 
də zəifləyir, çünki əzələlərində, beyinlərində damarlar daralmış 
olur. Ağır dərdə düçar olan adamın əli heç nəyə yatmır. 
      İnsan  sonsuz  ümidsizliyə  qapılanda,  dərdi  dözülməz 
olanda-dinmir, onun nə danışığını, nə şikayətini, nə də iniltisini 
eşitmək olur. 
     Təsadüfi  deyildir  ki,  antik  dövrün  müdrik  adamları  belə 
demişlər:  “Yalnız  kiçik  dərd  danışa  bilir,  böyük  dərd  dilsiz 
olur.” 
     Dərdi böyük olan adam özünə qapılmamalı, dərd əlində aciz 
qalmamalıdır.  İ.  Talıbov  mənfi  induksiya  yaratmağı  məsləhət 
görürdü,  baş-beyin  qabığında  yeni,  daha  güclü  qıcıq  mərkəzi 
yaratmaq lazımdır ki, insanı əldən salan mənbəyə qalib gəlsin. 
Toplanmış  mənfi  emosiyaları  söndürmək,  onlardan  yaxa 
qurtarmaqla yüngülləşmək lazımdır. 
     Emosiyaların  isə  qanunu  belədir:  madam  ki,  emosiyalar 
toplanıb,  o,  mütləq  boşalmalıdır.  Bəzən  bu  boşalma  və 
yüngülləşmələr çox gözlənilməz formalar alır. 
     Akademik  P.K.Anoxin  deyirdi  ki,  insan  yaranmış 
emosiyanı,  xüsusən  bu  emosiya  baş-beyin  qabığı  ilə  əlaqədar 
olduqda, adətən, saxlamaq iqtidarında deyil. Emosiyanın zahiri 
əlamətlərini (məsələn, göz yaşını) boğmaq, saxlamaq mümkün 
olsa  da,  damarların  spazmanı,  ürəyin  döyünməsini 
dayandırmaq qeyri-mümkündür. 
      Cinayətlərin  istintaq  metodları  da  buna  əsaslanır.  Dolayı 
dəlillər  təqdim  edildikdə  öz  cinayətini  danan  cani  zahiri 
əlamətlərlə  deyil,  nəbzinin,  tənəffüs  ritminin,  qan  təzyiqinin 
dəyişilməsi ilə özünü büruzə verir. 
      Məşhur  təyyarə  sınaqçısı  Marina  Popoviç  danışırdı  ki,  bir 
dəfə  uçuş  zamanı  təyyarəni  idarə  etmək  mümkün  olmur  və  o 
sürətlə  yerə  enməyə  başlayır.  Marina  və  təlimatçı  özlərini 

70 
 
itirmir,  çətinliklə  də  olsa  təyyarəni  xilas  etməyə  nail  olurlar. 
Marina  çox  sevinir,  zarafat  edir,  gecə  yuxuda  isə,  onda 
qısamüddətli də olsa, ağır sinir pozğunluğu baş verir. 
      Emosional boşalma, yüngülləşmə bəzən çox baha başa gəlir 
və  qorxulu  nəticələrə  gətirib  çıxarır.  Qətl  yerinin,  qatili  özünə 
“cəlb  etməsi”  haqqında  hamı  eşidib.  Təcrübəli  xəfiyyələr 
bilirlər  ki,  cani  cinayət  yerinə  getməyincə  sakit  olmayacaq. 
Buna görə də pusquda durub onu ifşa edirlər. 
     Deməli,  toplanmış  mənfi  emosiyanı  cilovlamaq,  saxlamaq 
çətindir. Buna yalnız möhkəm iradəli adamlar nail ola bilirlər. 
     Ən  yaxşı  yüngülləşmə  üsulu-məqsədə  çatmaqdır.  Lakin 
buna  hamı  həmişə  nail  ola  bilmir.  Bu  halda  gərgin  əzələ 
fəaliyyəti, maraqlı iş, kitablar, musiqi köməyə çata bilər. 
     Musiqi-emosiyaları,  həyəcanı  dağıdan,  yüngülləşdirən  ən 
yaxşı  vasitə olub,  insana güclü  təsir  göstərir. Musiqi xeyirxah 
hisslər  oyatmaqdan  əlavə,  həm  də  “ürəkdən  sanki  od  çıxarır”, 
dərdi qovur,  yorğunluğu çıxarır.  Fizioloji tərəfinə  gəldikdə  isə 
musiqi damarların genişlənməsinə fəal kömək göstərir. 
     Yapon  mütəxəssiləri  müəyyən  etmişlər  ki,  fəhlənin  əhvali- 
ruhiyyəsinin  əməyin  məhsuldarlığına  çox  böyük  təsiri  var. 
Əgər sex rəisi gülümsəməyi bacarmırsa onu işdən çıxarırlar. O, 
əlindən gələni edir ki, fəhlə həvəslə, nikbin əhvali- ruhiyyə ilə 
işləsin və çoxlu qazanc gətirsin. Bəs bizdə necə? Məncə bunu 
şəhr etməyə ehtiyac yoxdur. 
     Hər  cür  mənfi    emosiya  zamanı  orqanizmdə  hormonlar,  o 
cümlədən  adrenalin  hasil  edilib  qana  daxil  olur,  həmin 
adrenalin damarları daraldır, qan təzyiqini yüksəldir, energetik 
prosesləri fəallaşdırır. 
     Mənfi  emosiyalar  güclü  sarsıntılar  əmələ  gətirməsin  deyə, 
emosiyaları  zəiflətmək  yolu  ilə  artıq  hormonları  sərf  etmək 

71 
 
lazımdır.  Məsələn,  birinin  ən  yaxın  adamı  həlak  olubsa, 
doyunca  ağlamağı  məsləhətdir,  əks  təqdirdə  “göz  yaşları  ilə 
ifadə  olunmayan  dərd  başqa  orqanları  ağladır”,  başqa  sözlə 
desək,  ürək  damarlarının  sıxılması  həyat  üçün  təhlükə  törədir. 
Viktor  Hüqo  yazırdı:  Göz  yaşları  həmişə  nəyi  isə  yuyub 
aparır və təskinlik gətirir.” 
     Emosiyalar  uyğunlaşdırıcı  kimi  də  mühüm  rol  oynayır. 
Emosiyaların tədqiqi ilə məşğul olan professor P.V.Simonovun 
verdiyi  tərifə  görə:  “Emosiya-xüsusi  sinir  aparatı  olub, 
həyatda  məqsədə  çatmaq yolları  və üsulları haqqında kifayət 
qədər dəqiq məlumat olmadıqda nə cür hərəkət etmək barədə 
beyinə kömək edir”. 
     Uzun müddət belə hesab edirdilər ki, “emosiya mərkəzləri” 
beyinin  dərin  mərkəzlərində  yerləşir,  lakin  son  vaxtlar 
müəyyən  olunmuşdur  ki,  emosional  reaksiyalarda  böyük 
yarımkürələrin  qabığı  da  mühüm  rol  oynayır.  Sol  yarımkürə- 
müsbət, sağ yarımkürə isə mənfi emosiyalarla bağlıdır. Deməli, 
sağ yarımkürə emosional məsələlərə “baxır”, yəni xarici aləmi 
obrazlarla  qavrayır,  sol  yarımkürə  isə  məntiqi  təfəkkürlə 
“məşğul olur.” 
     Professor Ə.S. Bayramovun hiss və emosiyaya verdiyi tərifə 
nəzər  salaq:  “Hiss  və  emosiya  insanın  dərk  etdiyi  cisim  və 
hadisələrə,  başqa  adamlara,  həmçinin  özünün  rəftar  və 
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən 
psixi prosesdir.” 
     Deməli,  hər  kəsin  emosiya  və  hissləri  onun  özünə,  ətraf 
aləmə 
bəslədiyi 
və 
məxsusi 
səciyyə 
daşıyan  şəxsi 
münasibətidir. İnsanın emosiya və hisslər aləmi çox rəngarəng 
və mürəkkəbdirr. Bu həqiqətən də belədir. 

72 
 
     Emosiyalar  özü  özlüyündə  mühüm  məsələ  deyil,  müəyyən 
emosional  vəziyyəti  yaradan  tələblər,  səbəb  və  məqsədlər 
mühümdür.  Buna  görə  də  yalnız  düşünülmüş,  insan  üçün 
faydalı olan tələbləri inkişaf etdirmək lazımdır. 
      Mənfi emosiyalar şər  qüvvələrlə mübarizəyə  yönəldilibsə, 
yaxud  da  əzablı  yaradıcılıq  axtarışlarına  xidmət  edirsə  
yaxşıdır.  F.Dostoyevski  deyirdi:  “Gənc  qəlbi  kədər-
ləndirməkdən  qorxmayın,  bu,  onu  nəcibləşdirir.”  Əlbəttə, 
gecəni  səhərədək  xəstə  anasının  yatağı  qarşısında  keçirən 
uşağın  dərindən  doğan  mənfi  emosiyalar  bizim  üçün  azğın 
sərxoşun  şadlıqdan  yaranan  müsbət  emosiyalarından  həmişə 
qiymətli olacaq. 
     Emosiyalar-enerjinin  səfərbər  olması  üsuludur.  Emosiya 
olmadıqda  insan  sönükləşir,  fəaliyyətdən  düşür  və  passivləşir. 
Necə  deyərlər,  emosional  küt  adamlar  heç  nəyə  reaksiya 
göstərmir.  Heç  bir  şeyə  reaksiya  göstərməmək,  reaksiyalara 
laqeydlik isə ən azı insani  fəlakətdir. 
     İnsan üçün ən dəhşətli şey - gözləri açıq ikən yatmış adama 
çevrilməkdir. Əgər biz hamı üçün xoşbəxt həyat arzulayırıqsa, 
adamlar 
arasında 
mütləq 
xeyirxahlıq, 
qardaşlıq 
münasibətlərinin  bərqərar  olmasına,  kin,  paxıllıq  və  eqoizm 
kimi mənfi halların qarşısının alınmasına  nail olmalıyıq. 
     Bunun  zəruri  olduğunu  yalnız  sosial  baxımdan  izah  etmək 
düzgün olmazdı. Bunun hələ fizioloji tərəfi də var. 
     Kin  insanda  bir  çox  gözəl  keyfiyyətləri  öldürür,  qəlbini 
qaraldır, ağlını kütləşdirir, istedadını isə zəiflədir. 
     A.Mitskeviç  yazırdı:“Qəzəb,  kin  -  gücsüzlüyün  silahıdır”. 
Təbiət  zəhəri  sürünənlərə  vermişdir.  Güclülərin ona ehtiyacı 
yoxdur.” 

73 
 
    İdarəetmədə  yalvarış  və  ya  söyüşlə  iş  getməz,  işi  bacarıqla 
təşkil  etmək  lazımdır.  İ.P.  Pavlovun  dediyi  kimi,  hər  bir  işdə 
ardıcıllıq, təvazökarlıq və ehtiras olmalıdır. Əməyə yaradıcılıq, 
poeziya elementləri daxil etmək lazımdır ki,  adama  yorğunluq 
deyil, sevinc gətirsin. 
    Mənfi  emosiyalar  insanların  daxilində  təlatümə  gəlməkdən 
əlavə, onların zahiri  simasında da əks olunur. Məsələn, qəzəb 
emosiyasında  dişlər  qıcıyır,  gözlər  parlayır,  ağrı  və  dərd 
təsirindən  qaşlar  ortadan  çatılır,  heyrət  hissi  gözləri  və  ağzı 
açmaqla ifadə olunur, etinasızlıq zamanı isə baş bir yana dönür 
və aşağı dodaq sallanır. 
    Qəddarlığı  ilə  dünyada  məşhur  olan  tarixi  şəxsiyyətlərdən 
biri  Napoleon  haqqında  bir  misalı  gətirmək  istərdim.  Deyirlər 
Napoleonun “polad kimi soyuq” gözləri parıldayanda, hətta ən 
qorxmaz adam olan Lann da titrəyərmiş. Nə üçün? 
    Gözün  parıldaması  -  emosiyanın  toplanmasını  göstərir, 
toplanmış  emosiya  isə,  bildiyimiz  kimi,  mütləq  özünə  çıxış 
yolu tapmalıdır. 
    Mehtər oğlu olan və Bonapartın həyatını iki dəfə xilas etmiş 
Lannın  qorxmasına  səbəb  korsikalı  sərkərdənin  acığını  bir 
adama  tökəndə  çox  amansız  olmasını  bilməsi  idi.  Afrikanın 
şimalında Abukir yaxınlığındakı vuruşmaları xatırlayaq, burada 
on beş min türk əsgəri sahilə çıxmışdı. Napoleon onların on beş 
minini  də  qırdırmışdı.  Halbuki  bunların  çoxunu  əsir  almaq  da 
olardı. 
     Materialist  filosofların  affektlər  haqqında  baxışlarında 
mütərəqqi fikirləri özündə inkişaf etdirərək qeyd etmişdilər ki, 
affektlər,  hisslər,  emosiyalar  və  ehtiraslar  idarə  oluna  bilər  və 
hökmən idarə olunmalıdır. Əxlaq tərbiyəsinin qarşısında duran 
vəzifə  heç  də  bütün  hiss  və  ehtirasları  boğmaq,  cilovlamaq, 

74 
 
ölgünləşdirmək  deyil,  onları  tərbiyə  etdirməkdir,  inkişaf 
etdirməkdir,  yalnız  o  affektləri,  emosiya  və  ehtirasları 
həqiqətən boğmaq, cilovlamaq lazımdır ki, bunlar son nəticədə 
insanı  alçaltmasın,  onu  fiziki  və  mənəvi  cəhətcə  şikəst  edib 
eybəcər  hala  salmasın.  İnsanın  əzəməti,  qüdrəti  və  böyüklüyü 
məhz onun öz affektlərini, hiss və ehtiraslarını idarə edə bilmək 
qabiliyyətinə  malik  olmasındadır.  Bu  qabiliyyət  yalnız  insana 
məxsus  qabiliyyətdir.  Məhz  bu  baxımdan  özünüələalma 
qabiliyyəti  insanın  əldə  etdiyi  ən  yüksək  mənəvi  nemətdir. 
Özünüələalma  emosiyaları  ram  etmək  bacarığıdır.  Yalnız 
özünü  hər  şəraitdə  ələ  almağa  qadir  olan  adamlar  dağ  kimi 
sarsılmaz  olurlar.  Affektlərini  idarə  edə  bilməyib,  bunların 
quluna  çevrilmiş  adamlar,  stress  vəziyyətinə  düçar  olmuş 
adamlar dünyada ən bədbəxt adamlardır. 
     Böyük  alman  filosofu  Hegel  yazmışdır:  “Dünyada  heç  bir 
böyük nailiyyət ehtirassız əldə edilməmişdir.” 
    Alman  yazıçısı  Jan  Polun  nəzərincə,  insan  həm 
ehtiraslara,  həm  də  bunları  idarə  etmək  qabiliyyətinə  malik 
olmalıdır.”  Məşhur  amerika  yazıçısı  Cek  London  isə 
yazmışdır:  Əbədi,  lakin  yuxulu  planet  olmaqdansa,  qoy 
parlaq meteor olum!” 
     Məşhur  ingilis  ədəbiyyatşünası  Con  Kollinz  yazırdı: 
Yalnız iki ehtiras bizə həzz  vermir- bunlardan biri paxıllıq, 
digəri  qorxudur.  Jan-Jak  Russoya  görə,  “ehtiraslar  qızğın 
olduqca onları idarə etmək zərurəti də bir qədər artıq olur.” 
     Ən  hirsli  vaxtda  belə  özünü  ələ  ala  bilmək,  öz 
hərəkətlərinin,  dediyin  sözlərin  mənasını  və  labüd  nəticələrini 
dərk edə bilmək, insanın “ruhu sağlamlığının” mühüm şərtidir. 
Əxlaqi  təcrübə  göstərir  ki,  hirsli,  qəzəbli  bir  vaxtda 
düşünülməmiş  edilən  bir  hərəkət  və  deyilən  bir  sözü  güllə  ilə 

75 
 
müqayisə  etmişlər.  Atılan  gülləni  geri  qaytarmaq  mümkün 
olmadığı  kimi,  deyilən  sözü  də  geri  qaytarmaq  mümkün 
deyildir. 
    Özünüələalma  eyni  zamanda  əxlaqi  azadlığın  təzahürüdür, 
mənəvi  sərbəstliyin  mühüm  göstəricisidir.  Insanın  ən  çətin,  ən 
mürəkkəb  şəraitdə  özünü  ələ  ala  bilməsi,  öz  coşğun 
ehtiraslarını  boğa  bilmək  dərəcəsi  eyni  zamanda  onun  əxlaqi 
azadlığının, mənəvi muxtariyyatının dərəcəsidir. 
    Bir sözlə, insan idarə edəndən idarəolunana, özünə ağalıqdan 
öz  ehtiraslarının  köləsinə  çevrilir.  Əbəs  deyilməmişdir  ki,  ən 
böyük qələbə insanın öz üzərində qazandığı qələbədir. Biz heç 
vaxt  unutmamalıyıq  ki,  ən  çətin  vəziyyətdə  özünü  ələ  almaq 
əxlaqi igidlikdir və  bu cür igidlik hamıya müyəssər ola bilər. 
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil 
mənasında  özünə  ağa  olmaq  qabiliyyətini  qazanmaqdan 
ibarətdir. 
    Öz  emosiyalarını  idarəetmənin  yolu  insanın  iradəsindən, 
özünü  dərketməsi  üzərindən  keçir.  Əsəb  proseslərinin  insanın 
özü  tərəfindən  idarə  edilməsi,  tənzim  edilməsi  qabiliyyətini 
ağıl  və  iradə  vasitəsilə  yüksəltmək  lazımdır.  Hər  bir  kəs  bu 
sahədə öz üzərində məşq etməli, çalışmalıdır. Məhz özünü, öz 
əsəblərini tənzim etmək yolu ilə artıq həyəcanları, emosiyaları 
vatında sakitləşdirməyi vərdiş halına keçirmək lazımdır. 
     Bu işlə əsasən psixoprofilaktika məşğul olur.    
     Psixoprofilaktika  -  insanın  özünü  dərindən  dərk  etməsi, 
bunun əsasında öz emosiyalarını idarə edə bilməsini təbliğ edir; 
ailədə,  kollektivdə  özünü  son  dərəcə  mədəni  apara  bilmək 
qabiliyyətini,  düşünərək  yüz  ölçüb  bir  biçdikdən  sonra 
danışmağı  təbliğ  edir;  evdə  və  işdə  tam  mehribanlıq, 
qayğıkeşlik, qarşılıqlı hörmət və ehtiram şəraiti  yaratmağı, bir 

76 
 
sözlə,  stress  vəziyyəti  törədə  biləcək  bütün  halları  aradan 
qaldırmağı  öyrədir.  Unutmaq  olmaz  ki,  başqalarını 
əsəbləşdirən,  başqasının  qəlbinə  toxunan,  öz  sözləri  və 
hərəkətləri  ilə  başqalarında  stress  vəziyyəti  yaradan,  başqasını 
incitməkdən    sadiscəsinə  həzz  alan  adam  irəlicədən  özünü 
əsəbləşməsi,  psixi  xətər  alması,  mənəvi  cəhətdən  narahat 
olması  üçün  şərait  yaradır.  Belə  adamların  hərəkəti  içində 
olduğu  gəmini  batırmağa  cəhd  edən  divanənin  hərəkətinə 
bənzəyir  və  düşünülmür  ki,  gəmi  qəzaya  uğradıqda  başqa 
sərnişinlərlə birlikdə o, özü də məhv olacaqdır. 
      Bütün  bu  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq 
mümkündür  ki,  mənfi  emosiyaları  aradan  qaldırmaq  üçün 
ancaq  insanın  özünü  dərindən  dərketməsi  və  öz  fəaliyyətini 
nizamlamaq üçün iradə qüvvəsi lazımdır.   
 
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin