Camal Zeynaloğlu



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
1   2   3   4   5   6   7   8   9
2017-1000


                                                                 Camal Zeynaloğlu
                                                                İngilis dili müəllimi 
                                                                                
1985 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

33 
 
Şagirdlərin şüurlu intizam tərbiyəsi 
 
     Müəllim-şagird  münasibətləri  müasir  şəraitdə  xüsusi 
məzmun  və  əhəmiyyət  kəsb  edir.  Bu  münasibətlər  təkcə 
müəllimin bilik verməsi, öyrətməsi, şagirdlərin isə bu bilikləri 
mənimsəməsi,  öyrənməsi  prosesindən  ibarət  olmayıb,  böyük 
tərbiyəvi  əhəmiyyət  kəsb  etməli,  şagird  şəxsiyyətinin 
inkişafına,  onlarda  yüksək  əxlaqi  keyfiyyətlərin  yaranması  və 
formalaşmasına xidmət etməlidir. 
     Müasir  şəraitdə  siyasi  şüuru,  əmək  fəallığını  yüksəltmək, 
təcrübə və biliyi zənginləşdirmək üçün ideoloji amil kimi təsir 
göstərən  mənəvi  tərbiyə  hər  bir  müasir  insanın  həyat 
mövqeyini formalaşdırır. 
    İntizamlılıq,  cəmiyyətdə  qoyulmuş  qaydalar,  davranış 
tələblərinə şüurlu münasibət hazırkı şəraitdə mənəvi tərbiyənin 
əsas göstəricilərindən biridir. 
     İntizamlılıq  -  şəxsiyyətin  əsas  xüsusiyyəti,  ləyaqəti  və 
əlaməti  əxlaqi  keyfiyyətidir.  Bu  keyfiyyət  şəxsiyyətin  şüurlu 
fəaliyyətində,  davranış  qaydalarına  və  ictimai  normalara  necə 
əməl  etməsində  öz  əksini  tapır.  İntizamlılıq  daimi  fikri 
gərginlik  tələb  etmir,  ona  görə  ki,  davranış  qaydalarının, 
vəzifənin, tapşırıqların yerinə yetirilməsinə şüurlu, düşünülmüş 
münasibət,  borc  hissi  təşəkkül  tapmış  olur.  F.E.Djerzinskinin 
fikri  ilə  desək,  “borc  vəzifə  deyil,  zərurətdir,  tələbatdır,  dərin 
əqidədir, həyatın mənasıdır.” 
     Şüurlu  intizam  tərbiyəsi  davranış  mədəniyyəti,  ictimai 
yerlərdə  özünü  apara  bilmək,  adamlara  qarşı  nəzakətlilik, 
xeyirxahlıq,  qayğıkeşlik,  diqqətlilik,  səliqəlilik,  zəifə,  ehtiyac 

34 
 
hiss  edənə  kömək  etmək  bacarığı  və  səyi  kimi  insani 
keyfiyyətləri nəzərdə tutur. 
    Şüurlu  intizam  –  şagirdlər  tərəfindən  Vətən  və  xalq 
qarşısında  öz  vətənpərvərlik  borclarının  başa  düşülməsi, 
qoyulmuş  qanunların,  davranış  qaydaları  və  normalarının, 
vəzifə  və  tapşırıqların  yerinə  yetirilməsinə  şüurlu  münasibət 
deməkdir;  kollektivin  mənafeyi  ilə  hesablaşmaq,  mübarizədə 
müstəqillik və qətiyyətlilik, könüllü tabelik üzərində qurulmuş 
intizam deməkdir. 
     Uşaqlar intizam haqqında anlayışlarla və davranış qaydaları 
ilə  ilk  dəfə  ailə  kollektivində  tanış  olurlar.  Bu  tanışlıq 
valideynlərin 
və 
ailənin 
başqa  üzvlərinin  uşaqların 
hərəkətlərinə  verdikləri  tələblərlə,  onlarda  yaratdıqları  faydalı 
adətlərlə,  öz  şəxsi  nümunələri  ilə  əlaqədar  olur.  İntizam  və 
davranışla  əlaqədar  olan  bu  ilk  tələblər  valideynlər  tərəfindən 
düzgün  qoyulduqda,  düzgün  istiqamətləndirildikdə,  hər  bir 
davranış  tələbi  faydalı  adətlərə  çevrildikdə  məktəbin  və 
müəllimlərin tərbiyə işi  asanlaşır, bəzi  uşaqlarda  yaranmış pis 
adətlərin yenidən tərbiyə olunmasına ehtiyac qalmır. 
     Tərbiyə  işinin  bu  mühüm  sahəsində  hələ  də  bir  sıra  ciddi 
nöqsanların  olduğunu  inkar  etmək  olmaz.  Bunlar  əsasən  bəzi 
ailələrdə  uşaqların  intizamına  və  davranışına  laqeydlik,  onun 
düzgün  istiqamətləndirilməməsi,  valideynlərin  müxtəlif 
səviyyəli olması, onların bir qisminin tərbiyə işinin pedaqoji və 
psixoloji  əsaslarına,  metodikasına  lazımi  qədər  bələd 
olmaması,  məktəblə  ailənin  əlaqəsinin  zəif  olması,  şüurlu 
intizam  və  davranış  mədəniyyəti  tərbiyəsi  üzrə  məktəbin 
həyata  keçirdiyi  tədbirlərdə  ardıcıllığın,  tamlığın  gözlə-
nilməməsi və s. ilə əlaqədar olur. 

35 
 
     Məhz  buna  görə  də,  uşaqların  əxlaq  tərbiyəsində  ailə  ilə 
məktəbin  birgə  fəaliyyəti,  bu  əlaqənin  daha  faydalı,  əlverişli, 
səmərəli,  formaları,  yol  və  vasitələrinin  müəyyənləşdirilməsi, 
bunların  daha  da  təkmilləşdirilməsi  mühüm  və  aktual 
problemlərdən  biri  kimi  pedaqoji  ictimaiyyətin  diqqətini  cəlb 
edir.  
     Məktəbdə  intizamın  pozulması,  davranış  qaydalarına  əməl 
edilməməsi  uşaq  cinayətkarlığına  gətirib  çıxarır.Pedaqoji 
nəzarətdən  kənarda  qalan  “çətin”  tərbiyə  olunanlar  bəzən 
mikromühitin  mənfi  təsiri  altına  düşür.  Böyüklərdə  olduğu 
kimi, uşaqlar arasında da intizamsızlıq və cinayətkarlığın əksər 
hallarda  spirtli  içkilərdən  istifadə  edilməsi  ilə  əlaqədardır.  Bu 
da  adətən,  ya  uşağın  ailə  şəraiti  ilə,  ya  da  onun  düşdüyü 
mikromühitlə  əlaqədardır.  Hüquq  qaydalarını  pozmuş  həddi-
buluğa çatmayanların 30-40 faizi valideynlərin və ailənin digər 
yaşlı  üzvlərinin  sərxoşluğu,  dava-dalaşı  və  qeyri-əxlaqi 
davranışının  şahidi  olunmuşdur.  Həddi-büluğa  çatmamış  olan 
cinayətkarların  hər  beş  nəfərdən  birinin  ailəsində,  əvvəllər 
mühakimə  edilmiş  və  yaxud  spirtli  içkidən  sui-istifadə  edən 
şəxs olmuşdur. 
      Tanınmış  pedaqoq  V.A.Suxomlinskinin  dediyi  kimi, 
“yeniyetmə  bir  çiçəkdir,  onun  gözəlliyi  bitkiyə  necə  qulluq 
edilməsindən asılıdır.” 
     “Çətin”  tərbiyə  olunanların  şagirdə  yaraşmayan  hərəkətləri 
məktəbdə  təlim-tərbiyə  işinə  mane  olur,  ümumməktəb 
intizamına və başqa şagirdlərin davranışına mənfi təsir göstərir. 
Odur  ki,  tərbiyə  işinin  bütün  sahələri  kimi,  şüurlu  intizam 
tərbiyəsində  də  “çətin”  tərbiyə  olunanlarla  iş  həmişə  hər  bir 
pedaqoji  kollektivin  və  valideynin  diqqət  mərkəzində 
olmalıdır. 

36 
 
     Böyük 
rus 
pedaqoqu 
A.S.Makarenkonun 
zəngin 
təcrübəsindən  və  pedaqoji  irsindən  lazımınca  istifadə  etmək, 
“çətin”  tərbiyə  olunan  uşaq  yoxdur”,  “pis  uşaq  yoxdur,  pis 
tərbiyəçi var” fikirlərini əsas götürmək lazımdır. 
    “Mənim  əlimdə  ixtiyar  olsaydı,  “insan  düzəlməz”  -  deyən 
adamın  dilini  kəsərdim”  -  deyən  böyük  qazax  şairi  Abay 
Kunanbay nə qədər haqlıdır. 
     V.Q.Belinski  hələ  1845-ci  ildə  yazırdı:  Ümumiyyətlə, 
insanlar  öz  təbiətləri  etibarilə  pis  olmaqdan  daha  artıq 
yaxşıdırlar: onları xarab edən təbiətləri deyil, tərbiyə, ehtiyac, 
saxta  ictimai  həyatdır.  Onların  demək  olar  ki,  hər  birinin, 
hətta pozğununun belə, özünün gözəl insani cəhətləri vardır. 
Yalnız onları seçib görmək və axtarıb tapmaq lazımdır.” 
     Məlum  olduğu  kimi,  gənclərin  şəxsiyyəti  nisbətən  gec 
formalaşır.  Ona  görə  də  onların  əməlləri  və  hərəkətləri  bəzən 
daxili  məntiqə  və  ardıcıllığa  malik  olmur,  davranışın  həyat 
xəttinin dəqiq müəyyənləşməsi isə ləng gedir. Elə buna görə də 
həddi-büluğa  çatmamışların  hüquq  pozğunluqları  çox  vaxt 
təsadüfi və gözlənilməyən halların nəticəsində baş verir. 
     Cinayət  və  cəza  haqqında  zəruri  biliyə  malik  olmayan, 
yaxud  da  yanlış  təsəvvürə  malik  olan  yeniyetmələr  etmiş 
olduqları  cinayət  əməlləri  və  hüquq  pozğunluqları  üstündə 
onların  bilavasitə  məsuliyyət  daşımadıqlarını,  onlara  yüngül 
“güzəştli”  cəza  tədbirləri  tətbiq  olunduğunu  güman  edirlər. 
Halbuki  onlar  bilməlidirlər  ki,  14  yaşına  çatmamış 
yeniyetmələr  hüquq  pozğunluqları  etdikdə  cəzasız  qalmırlar. 
14 yaşına çatmış yeniyetmələr ən təhlükəli cinayətlər üçün heç 
bir  güzəşt  olmadan  tam  cinayət  məsuliyyəti,  16  yaşından 
etibarən  isə  istinasız  olaraq,  ümumi  qaydada,  qanuna  müvafiq 
surətdə məsuliyyət daşıyırlar. 

37 
 
     Yeniyetmələrə  anlatmaq  lazımdır  ki,  cinayət  və  cəmiyyətə 
zidd  əməllər  etdikdə  valideynlər,  himayəçilər  və  sair 
tərbiyəçilərlə  yanaşı,  həddi-büluğa  çatmamışların  özləri  də 
şəxsən məsuliyyət daşıyırlar. 
     Müxtəlif  şərait  və  şərtlər  yeniyetmələrə  daha  tez  və  ciddi 
təsir  göstərir,  çünki  onlar  ətraf  mühitə,  təzahürlərə  daha 
asanlıqla  və  həssaslıqla  meyl  göstərirlər.  Hüquq  tərbiyəsi, 
hüquq  bilikləri  ilə tanışlıq  belələrinə  mühüm  təsir  göstərir,  öz 
əməllərini  düzgün  qiymətləndirmədikdə,  lazım  gəldikdə 
özlərini ələ almaqda, şəxsi arzu və niyyətlərini idarə etməkdə, 
zərərli təsirlərə qarşı dayana bilməkdə onlara kömək edir.                                                                                                                  
 
                                                            Camal Zeynaloğlu, 
                                                            İngilis dili müəllimi 
                                                                           
1986 - cı il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

38 
 
Yeni sözlərin izahı zamanı İngilis     
atalar sözü və  məsəllərindən istifadə 
olunması 
 
 
     Söz  dilin  bazasıdır,  firkin  ifadə  vasitəsidir.  Söz  vasitəsilə 
qrammatikanın  qanunları  yerinə  yetirilir,  tələffüz  və  oxu 
vərdişləri aşılanır. 
     Qədim  Sparta  tərbiyəsində  xarici  sözlərin  öyrədilməsi 
uşağın ümumi inkişafı üçün faydalı hesab edilmişdir. 
      Leksik materialların şagirdlərə intensiv öyrədilməsi hələ də 
axtarışa  ehtiyacı  olan  problemlərdəndir.  Bəzi  dilçi  metodistlər 
sübut  etməyə  çalışır  ki,  şagirdlərə  yalnız  şifahi  danışıq  nitqi 
öyrədilməlidir.  Bəziləri  isə  deyirlər  ki,  şifahi  nitq  üçün  söz 
ehtiyatı daha vacibdir. 
     Dosent  N.İ.Qez  yazır  ki,  Şagirdin  nitqini  düzgün  inkişaf 
etdirmək  üçün  ona  leksik  materialı  öyrətmək  lazımdır. 
Leksika dilin əsasıdır, onsuz nitqi təsəvvür etmək olmaz.” 
    Dilin  leksikası  qrammatika  və  fonetika  ilə  sıx  əlaqəli  olur. 
Bunların  biri  digərini  tamamlayır.  Leksik  material  dil 
fəaliyyətini,  oxunu  və  yazını  intensivləşdirir,  şagird  onun 
əsasında öz fikrini başqasına çatdırır. 
     Söz  mənasının  düzgün  açılması  -  sözün  düzgün  izahından, 
müəllimin onu şagirdlərə necə çatdırmasından çox şey asılıdır. 
     Bildiyimiz  kimi,  sözün  mənasını  fonetik,  qrammatik  və 
leksik  cəhətdən  açmaq  olar.  Fonetik  cəhətdən  sözün  mənasını 
açarkən təbiidir ki, tələffüzə daha çox yer vermək lazım gəlir, 
çünki  şagird  sözü  düzgün  tələffüz  etməsə,  sözün  mənası 
tamamilə dəyişə bilər. 

39 
 
     Biz  şagirdlərə  leksik  materialın  mənimsənilməsi  üçün 
sözün: 1) əyani izahından, 2) tərcümə vasitəsilə izahından və 3) 
cümlə daxilində izahından istifadə edirik. 
     Müəllim  yeni  sözlərin  izahı  zamanı  sözləri  ayrı-ayrı 
cümlələrdə  işlətməklə  kifayətlənməməlidir.  Çünki  şagirdlər 
tərkibində    yeni  söz  işlənmiş  cümlələrə  hazır  şəkildə  mətn 
kitabında  da  rast  gəlirlər  və  cümlələri  özləri  lövhəyə  sərbəst 
yaza  bilirlər.  Bu  zaman  müəllim  şagirdlərin  əsas  diqqətini 
əyani olaraq tərkibində yeni söz olan atalar sözləri və məsəlləri 
yazılmış  kartoçkaya  yönəltməlidir.  Belə  ki,  atalar  sözləri  və 
məsəllərində  işlədilmiş  yeni  sözün  altından  qırmızı  xətt 
çəkilməlidir.  Əlbəttə,  bəzən  atalar  sözləri  və  məsəllərdə  elə 
sözlər işlənir ki, həmin sözlər şagirdlərə aydın olmur. Bu halda 
sözlərin  altından  yaşıl  və  ya  göy  rəngli  xətt  çəkilməlidir. 
Həmin  sözləri  də  müəllim  şagirdlərə  yeni  söz  kimi  izah 
etməlidir  ki,  bu  da  onların  lüğət  ehtiyatının  daha  da 
zənginləşdirilməsinə xidmət edir. 
      Atalar  sözləri  və  məsəllərin  verilməsinə  tədrisin  ilkin 
mərhələsindən  başlamaq  lazımdır.  Bu  mərhələdə  müəllim 
şagirdlərə  daha  tez  yadda  qalan  atalar  sözləri  və  məsəllərdən 
istifadə etməlidir. 
     İlkin mərhələdə müəllim tərəfindən şagirdlərə atalar sözləri 
və  məsəllər  haqqında  bəzi  məlumatlar  verilməlidir.  Şagirdlərə 
anladılmalıdır  ki,  atalar  sözləri  xalq  tərəfindən  yaradılan, 
xalqın  həyatı  və  məişəti,  əmək  fəaliyyəti  ilə  daha  çox  bağlı 
olan,  formaca  kiçik,  bitkin,  mənaca  geniş  janrlardan  biridir. 
Həcmcə çox kiçik, cəmi bir neçə sözdən ibarət olan bu ifadələr 
dərin  məna  bildirir.  Xalqın  zəngin  həyat  təcrübəsi,  həyat 
həqiqəti, insan zəkasının hər şeyə qadir olduğu atalar sözləri və 
məsəllərdə yığcam şəkildə ifadə olunur. 

40 
 
      Rus  yazıçısı  M.Qorki  yazırdı:  “ən  böyük  hikmət  sözün 
sadəliyindədir. Atalar sözü və məsəllər həmişə qısa olur, lakin 
onlarda tam kitablar dolusu ağıl və hiss vardır.” 
    Ona görə də atalar sözü və məsəllərə ruslar “ibratamiz söz”, 
“qızıl söz”, Şərq xalqları “dilin gülzarı”, “ipə-sapa düzülməmiş 
incilər”, yunanlar və romalılar “hakim fikirlər”, italyanlar “xalq 
məktəbi”,  ispanlar  “ruhun  təbiəti”,  ingilislər  və  fransızlar 
“təcrübənin barı” və s. adlar vermişdir. 
      IV  sinifdə  “On  Sunday”  mətninin  yeni  sözlərini  izah 
edərkən  “to  help”  -  sözünü  aşağıdakı  atalar  sözü  tərkibində 
izah  etmək  olar.  Məsələn,  “God  helps  those  who  help 
themselves”  ≈  “Səndən  hərəkət,  məndən  bərəkət.”  Burada 
“to  help”  -sözünün  “kömək  etmək”  mənasını  bildirdiyini 
şagirdlərin  nəzərinə  çatdırılmalıdır.  Sonra  isə  onların  nəzərini 
kartoçkada  yazılmış  atalar  sözünə  cəlb  etmək  lazımdır. 
Göründüyü kimi, bu atalar sözündə şagirdlərə məlum olmayan 
daha  bir  yeni  söz  vardır.  Burada  işlənmiş  “God”  -  sözünün 
mənasını  onlara  “Allah”  -  kimi  izah  edilməlidir.  Bu  atalar 
sözünün ana dilimizdəki tərcüməsi şagirdlərə əvvəlcə qaranlıq 
qala  bilər.  Bu  zaman  müəllim  atalar  sözləri  və  məsəllərin 
dilimizə  necə  tərcümə  olunmasını  onlara  izah  etməlidir. 
Şagirdlərin  nəzərinə  çatdırılmalıdır  ki,  hər  iki  dildə  mövcud 
olan  atalar  sözləri  və  məsəlləri  üç  halda  tərcümə  etmək 
mümkündür.  
      Birinci  halda,  hər  iki  dildə  tam  eyniyyət  təşkil  edən  atalar 
sözləri  və  məsəlləri  tərcümə  edərkən  onların  arasında    (=) 
bərabərlik işarəsi qoyulur. Məsələn: “There is no rose without 
a thorn” “Tikansız gül yoxdur.” 
      İkinci  halda,  ingilis  atalar  sözləri  və  məsəllər  Azərbaycan 
dilinə əsasən öz analoqları (oxşar) vasitəsilə tərcümə olunur və 

41 
 
onların  qarşısında  təxmini  bərabərlik  ()  işarəsi  qoyulur. 
Məsələn:  “Don`t  cross  the  bridges  before  you  come  to 
them”≈ “Çay gəlməmiş çırmalanma.” 
     Üçüncü  halda,  əgər  ingilis  atalar  sözləri  və  məsəllərin 
azərbaycanca bir neçə analoqu varsa, həmin analoqlardan bizə 
məlum olanların, demək olar ki, hamısının tərcüməsini vermək 
mümkündür.  Məsələn:  “Cut  your  coat  according  to  your 
cloth.”  ≈  “Ayağını  yorğanına  görə  uzat”,  “Südünə  görə 
mələ”, “Gücünə bax, şələni bağla.” 
     Şagirdlərə  izah  edilməlidir  ki,  onlara  təqdim  edilmiş  ilk 
atalar  sözü  ikinci  qrupa  daxildir,  çünki  bu  atalar  sözü 
azərbaycan  dilinə  əsasən  öz  analoqu  vasitəsilə  tərcümə 
olunmuşdur. 
      V sinifdə “At the English Lesson”mətnindəki  “to count” 
-  sözünün  izahı  zamanı  “When  angry,  count  a  hundred”  - 
zərbi  -  məsəllini  işlətmək  olar.  Müəllim  əvvəlcə  şagirdlərə 
məlum olmayan “angry” - sözünün tərcüməsini verməlidir. Bu 
məsəllin  tərkibində  işlənmiş  sözlərin  mənası  ayrı-ayrılıqda 
aydın olandan sonra, onu şagirdlərə hərfi tərcümə etmək olar. 
      Uşaqlar  bu  zərbi-məsəllin  Azərbaycan  dilinə  hərfi 
tərcüməsini  “Əsəbləşəndə  (acıqlananda)  yüzə  kimi  say”  - 
kimi  verirlər.  Amma  şagirdlərin  nəzərinə  çatdırmaq  lazımdır 
ki,  ana  dilimiz-də  buna  oxşar  zərbi-məsəlli  vardır.    Bu  zərbi-
məsəlli dilimiz-dəki “Acığın gəlir, su iç” - məsəllinə tamamilə 
uyğundur. 
      Hər bir atalar sözü və  zərbi-məsəllinin Azərbaycan dilində 
düzgün qarşılığını tapmaq lazımdır. 
     “The  28  th  of  April”  mətnindəki  “beginning”  və  “great” 
sözlərinin  izahı  zamanı  aşağıdakı  atalar  sözlərindən  istifadə 
etmək olar.  

42 
 
    1)  “A  good  beginning  makes  a  good  ending”  ≈  “Yaxşı 
başlanğıcın yaxşı da nəticəsi olar.” 
    2) “To be great is to be simple”  - atalar sözünün müəyyən 
izahata  ehtiyacı  vardır.  Müəllim  əvvəlcə  bu  atalar  sözünü 
aşağıdakı  variantlarda  sətri  tərcümə  edir:  “Dahilik 
sadəlikdir”,  “Böyük  olmaq,  sadə  olmaqdır”,  “Böyük 
adamlar sadə olurlar”  və s. 
      Bundan  sonra  “great”  -  sözünün  tərcüməsi  şagirdlərə 
böyük”  -  mənasını  bildirdiyi  aydın  olur.  Müəllim  eyni 
zamanda  şagirdlərə  “simple”  -  sözünün  tərcüməsinin 
verilməsini də unutmamalıdır. 
      Sonra  müəllim  tərəfindən  bu  atalar  sözünün  Azərbaycan 
dilində  qarışığı  -  “Ağac  bar  gətirdikcə,  başını  aşağı  əyər 
(dikər)”  kimi  izah  edilməlidir.  Şagirdlərin  nəzərinə  bu  da 
çatdırılmalıdır ki, bu atalar sözünün altı sözdən ibarət olmasına 
baxmayaraq,  burada  dərin  məna  kəsb  edir.  Burada  deyilir  ki, 
adam  böyüdükdə,  biliyi  çoxaldıqca  başını  dik  tutub 
lovğalanmaz. 
     “Tomorrow”  mətnində    “tomorrow”  -  sözünün  izahında, 
Don`t put today`s work till tomorrow” = “Bu günün işini 
sabaha  qoyma”  -  atalar  sözündən,  “My  First  Visit  to 
Moscow”  mətnində  “to  promise”  -  sözünün    izahında,  (“söz 
vermək”,  “vəd  vermək”)  “Promise  is  promise”  ≈  “Şərti 
şumda  kəsək,  xırmanda  yabalaşmayaq”  –  kimi  atalar 
sözündən istifadə etmək olar.   
    “The  Months  of  the  Year”  mətnində  “spring”  -  sözünün 
izahı  zamanı  -  “One  swallow  does  not  makes  a  spring”  ≈ 
“Bir  gül  ilə  bahar  olmaz”  -  atalar  sözünü  işlətmək  düzgün 
olardı. Bu atalar sözündə  “swallow” - şagirdlərə naməlum söz 

43 
 
olduğu  üçün  müəllim  onun  tərcüməsini  -“qaranquş”  kimi 
verməlidir. 
     VI  sinifdə  “The  Season  of  the  Year”  mətnində 
“nightingale” - sözünün tərcüməsi zamanı, “Nightingales will 
not  sing  in  a  cages”  =  “Bülbül  qəfəsdə  oxumaz”  ≈    “Qızıl 
qəfəsdə  olsa  da  bülbül,  yenə  də  məhbəsdədir”    -  atalar 
sözünü işlətmək olar. 
     VII sinifdə  “MyWinter Holidays”  mətnində   “to catch” - 
sözünün  izahı  zamanı  “A  cat  in  gloves  catches  no  mice”  – 
atalar  sözünün  müəllim  tərəfindən  əvvəlcə  sətiri  tərcüməsi 
verilməlidir. (“Əlcəkli pişik siçan tuta bilməz”).Sonra bunun 
ekvivalenti  şagirdlərə  bildirilməlidir.Yəni  İngilis  dilindəki  bu 
atalar  sözü  Azərbaycan  dilindəki  “Zəhmətsiz  bal  yeməzlər”, 
atalar  sözünə  uyğun  gəldiyini  şagirdlərin  nəzərinə  çat-
dırılmalıdır. 
      Onu da qeyd etmək lazımdır ki, şagirdlərimiz ana dilimizdə 
şifahi  xalq  ədəbiyyatının  bu  janrına  çox  laqeyd  yanaşırlar. 
Onlar ana dilində çox az atalar sözü və zərbi-məsəlləri bilirlər. 
Halbuki,  gündəlik  həyatımızda  elə  mübahisəli  məsələlər  olur 
ki,  həmin  mübahisəyə  son  qoymaq  üçün  bir  atalar  sözü  və 
məsəllini  işlətmək  kifayət  edir.  Belə  atalar  sözlərindən  bir 
neçəsini şagirdlərə misal olaraq göstərmək vacibdir: 
1)  “Nevər  hit  a  manwhen  he  is  down”  ≈    “Yıxılana  balta 
vurmazlar.” 
2)  “Short  account  make  long  friends”  ≈    “Örtülü  bazar, 
dostluğu pozar.” 
3)  “Don`t  quarrel  with  your  bread  and  butter”  ≈  
“Çörəyinə xor baxma; Tanrına təpik atma.”    
      Tədrisin  yuxarı  mərhələlərində  atalar  sözü  ilə  məsəllər 
arasındakı  fərqli  cəhətlər  şagirdlərə  izah  edilməlidir.  Çünki 
şagirdlər  bunları  bir-birindən  ayırmaqda  həmişə  çətinlik 
çəkirlər.  Bu  fərqli  cəhətləri  izah  edərkən  rus  dilçisi  V.İ.Dalın 

44 
 
fikrini  şagirdlərin  nəzərinə  çatdırmaq  yerinə  düşərdi.  Onun 
fikrincə, “Məsəl xalq arasında gəzən, ancaq hələ tamam atalar 
sözü  təşkil  etməyən,  səlis,  qısa  danışıqdır.  Xalq  dilində, 
ifadələrdə  qəbul  olunmuş  nəsihətlər,  şərti  danışıq  tərzi,  adi 
ifadə üsuludur.” Bu fikrə əsaslanaraq deməliyik ki, atalar sözü 
və  məsəllər  forma  və  zahiri  xüsusiyyətlərinə  görə  deyil,  məhz 
məzmunlarına  görə  bir-birindən  ayrılır.  Bu  məzmun  fərqi  isə 
ondan  ibarətdir  ki,  atalar  sözü  fikri  tam  ifadə  edir,  onlarda 
ümumiləşdirmə,  fikir  dərinliyi  mühüm  yer  tutur.  Əksinə, 
məsəllər  çox  zaman  bu  və  ya  digər  konkret  hadisəyə  işarə 
edilir, natamam fikir ifadə edir. 
     Deməli, məsəllər sözgəlişi,  tez-yez deyilən bəzən naməlum 
kimi görünən hadisəyə izahat vermək üçün işlənən populyar bir 
janrdır.  Məsələn:  “Dişsiz  ağız-dişsiz  dəyirman”;  “Ayrı  qar-
daş, yad qonşu”;  “Adamın  yerə baxanı, suyun lal axanı” 
və s. 
     Atalar  sözü  xalqın  mübarizəsi,  əməyi,  düşüncələri,  təcrübə 
və sınaqları,  dünyabaxışı, həyata münasibətləri haqqında dərin 
və geniş mənalar ifadə edən konkret janrdır. 
     Atalar sözlərinin  çoxusu  həyati təcrübəyə  əsaslanan  əxlaqi-
tərbiyəvi nümunələrdir. 
     VII  sinifdə  “Our  Football  Team”  mətnində  “still”  - 
sözünün  izahı  zamanı  “Still  waters  run  deep”  -  zərbi-
məsəllini  işlətmək  olar.  Bu  zərbi-məsəllini  müəllim  əvvəlcə 
şagirdlərə  “Sakit  axan  su  dərin  olar”  -  kimi  tərcümə 
etməlidir.  Sonra  isə  bunun  Azərbaycan  dilindəki  ekvivalentini 
verməlidir: “Adamın yerə baxanı, suyun  lal axanı.” 
      Ümumiyyətlə,  bu  misalların  sayını  daha  da  artırmaq  olar. 
Xatırladım  ki,  şagirdlərə  öyrədilən  bu  atalar  sözləri  və  zərbi-
məsəlləri  hər  dərs  prosesində  təkrarlanmalıdır  ki,  onların 
yaddaşında  möhkəmlənsin.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

45 
 
şagirdlərin  İngilis  dilində  atalar  sözləri  və  zərbi-məsəlləri 
öyrənilməsinə  olan  maraqları  get-gedə  artır.  Belə  ki,  bundan 
sonra  şagirdlər  müəllimdən  gündəlik  həyatda  tez-tez  işlənən 
atalar  sözlərin  İngilis  dilində  necə  səslənməsini  soruşurlar. 
Şagirdlərin  ən  çox  maraqlandıqları  atalar    sözləri 
aşağıdakılardır: 
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin