Camal Zeynaloğlu



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
  1   2   3   4   5   6   7   8   9
2017-1000



 
Camal Zeynaloğlu 
 
 
 
 
 
 
Təlim fəaliyyətinin 
psixoloji prosesi 
 
(Metodik tövsiyələr) 
 
 
 
 
 
 
 
 
 
“Print-S” nəşriyyatı 
                          
Bakı - 2017 
 


 
Az 2 
------- 
 2017 
 
 
     
Rəyçi: 
  
Osman Əfəndi,
 
                      fəlsəfə elmləri doktoru, professor 
 
     
Elmi redaktor:
   
Həqiqət Kərimova,
 
                                       fəlsəfə elmləri üzrə fəlsəfə  doktoru 
 
 
     Camal Zeynaloğlu: 
Təlim fəaliyyətinin psixoloji   
                                            prosesi 
                                            (Azərbaycan dilində) 
      Bakı, “Ünsiyyət” nəşriyyatı – 2017,  - 144 səh. 
 
     Kitabda  yazıçı  –  publisist,  tərcüməçi,  psixoloq  C.Zeynaloğlu-
nun  1980-1993-cü  illərdə  orta  məktəbdə  ingilis  dili  müəllimi  və 
praktik  psixoloq  vəzifəsində  işlədiyi  dövrdə  pedaqoji  fəaliyyəti, 
apardığı  müşahidə  və  təcrübələrin  nəticələrini  əks  etdirən 
məqalə və metodik tövsiyələri toplanmışdır. 
 
 
            47260000 
    Z  ------------------- Qrifli nəşr 
               00-2017 
 
 
 ISBN: 978 - 99 - 52 - 440 - 02- 2 
 
 
 
                                                            © “Print-S” nəşriyyatı - 2017 


 
        Tədris üçün dəyərli tövsiyələr 
 
      Böyük  yunan  mütəfəkkiri  Aristotel  təfəkkürü  passiv  ağlın 
fəaliyyəti adlandıraraq  yazırdı ki, anlayışlar mühakimə şəklinə 
düşəndə səhvə yol verilə bilər. Mütləq mühakimə yürüdülməsi 
mümkün olmadıqda söylənilən fikir yalnız rəydir. 
      Psixologiya  anlayışlarının  ilk  sistemini  Aristotel  öz 
əsərlərində  vermişdir.  Bu  elm  çox  mürəkkəb  və  çoxşaxəlidir. 
Psixi  fəaliyyətin  mahiyyəti  və  fəaliyyətlərin  qanunlarını 
öyrənən  ümumi  psixologiyadan  əlavə,  uşaq  psixologiyası, 
pedaqoji  psixologiya,  əmək  psixologiyası  dərin  tədqiqat  tələb 
edən sahələrdir. 
    Pedaqoji fəaliyyətim dövründən bu günə kimi ən çox diqqət 
yetirdiyim 
məsələ 
tədrisə 
müvafiq  dərsliklərin,  dərs 
vəsaitlərinin, 
metodik 
tövsiyələrin 
lazımi 
səviyyədə 
hazırlanması, tədrisin keyfiyyətinin yüksəldilməsində onlardan 
istifadə  edilməsidir.  Bu  baxımdan  yazıçı-psixoloq,  tərcümə 
əsərləri  müəllifi  Camal  Zeynaloğlunun  “Mənfi  emosiyalar  və 
onun  aradan  qaldırılmasında  özünüələalmanın  rolu”, 
“Kollektivdə  konflikt  şəraitinin  aradan  qaldırılması”, 
“Şagirdlərə  fərdi  yanaşma  prinsipi”,  “Şagirdlərin  şüurlu 
intizam  tərbiyəsi”,  “Sinifdənxaric  oxu  və  onun  aparılması”, 
“Stressin  insan  həyatına  təsiri  və  onun  aradan  qaldırılması 
yolları”,  Təlim  fəaliyyətinin  psixoloji  prosesi”,  “Şagirdlərin 
əmək  tərbiyəsi”,  “Şagirdlərin  yaş  xüsusiyyətləri  və 
qabiliyyətlərinin  formalaşması”  və  adlarını  çəkmədiyim  bir 
çox  metodik  tövsiyələri  diqqətəlayiqdir.  Bu  vəsaitlər  müxtəlif 
illərdə  yazılsa  da,  ən  əsası  odur  ki,  bunlar  yazıldığı  zaman 
çərçivəsində  mühüm  aktuallıq  kəsb  etmiş,  təlim-tərbiyənin 


 
inkişafına  təkan  vermişdir.  Əslində  zaman  inkişafın 
xarakteristikasını təşkil edir. İnkişaf hansı sahədə olursa - olsun 
real zamanda baş verir. 
     Camal  Zeynaloğlunun  metodik  tövsiyələrində  şagirdlərə 
tanış  olan  hadisə  və  proseslərdən  misal  göstərməsi,  görkəmli 
alman-ingilis filosofu və ədəbiyyatşünasların fikirlərinə istinad 
etməsi  onun  bir  psixoloq,  tərcüməçi-dilçi  kimi  pedaqoji 
fəaliyyətindən, məntiqi düşüncə tərzindən xəbər verir. 
      Müəllif  haqlı  olaraq  yazır:  bilik  sosial  təcrübə 
formasında mövcuddur. Əgər müəllim təlim prosesində fərdi 
təcrübə  ilə  sosial  təcrübə  arasındakı  fərqi  aradan  götürməyi 
bacarırsa,  bu  halda  təlim  müvəffəqiyyətlə  nəticələnir.” 
Tamamilə doğrudur. 
     Tərcümə  ədəbiyyatına  yeni  töhfələr  bəxş  edən  Camal 
Zeynaloğlu  xarici  dil  tədrisinə  də  xüsusi  əhəmiyyət  verir, 
şagirdlərin  bu  sahədə  vərdiş  və  bacarıqlara  yiyələnməsi 
yollarının əhəmiyyətini dönə-dönə qeyd edir. “Məktəbin idarə 
olunmasında  rəhbər  şəxsin  qarşısında  duran  əsas  vəzifələr”, 
“Müəllim  şəxsiyyətinin  pedaqoji  fəaliyyətində  rolu”,  “Sinif 
kollektivinin  daha  yaxşı  öyrənilməsi”  adlı  psixoloji 
araşdırmalar və tövsiyələr də bu baxımdan aktuallıq kəsb edir. 
Müəllifə uğurlar arzu edirəm. 
 
                                                                   Osman Əfəndi
                                         
fəlsəfə elmləri doktoru, professor. 
 
 
 
 


 
İnsan psixologiyasının tərcümanı 
 
       Bütün psixoloji problemlərin əsasında insan durur. Vaxtilə 
qədim  Yunanıstanda  “insan  və  insan  keyfiyyəti”    haqqında 
elmin  təşəkkül  tapması  hər  şeydən  əvvəl  maarif,  təhsil  və 
tərbiyə  sahəsində  kök  salmışdı.  Insanların  mənşəyi  sərvəti 
deyil,  biliyi  və  əqli  üstünlüyü  yüksək  qiymətləndirilir,  bu 
keyfiyyətlərin yalnız təbii amillərlə deyil, təlim-tərbiyə ilə əldə 
edilməsi qeyd olunurdu. 
       Camal  Zeynaloğlu  özünün  pedaqoji  fəaliyyəti  dövründə 
tədqiqat  apararaq  mənimsəmə  psixologiyası,  öyrətmə  və 
yaddaş,  şəxsiyyət  və  ünsiyyət,  yaradıcılıq  psixologiyaları 
haqqında  tövsiyələr,  dərs  vəsaitləri  hazırlamışdır.  Camal 
Zeynaloğlu  uşaq  tərbiyəsi,  uşaq  psixologiyasını  öz  praktiki 
fəaliyyətindən  irəli  gələn  bir  diqqətlə  tədqiq  edərək, 
psixologiyanı bioloji elm səviyyəsinə qədər təhlil edir, beyində 
gedən  psixoloji  prosesləri  açmağa  çalışır.  Əlbəttə  unutmaq 
olmaz  ki,  insan  həm  də  sosial  varlıqdır.  C.Zeynaloğlunun 
tövsiyələrində  bu  xüsusi  qeyd  olunur,  insanın  sosial-psixoloji 
keyfiyyətləri, onun davranış və psixikasında bioloji mahiyyətin 
saxlanılması məsələlərinə toxunulur. 
      Emosiyalar – mənfi - müsbət emosiyalar, insan fəaliyyətinə 
və  davranışına  güclü  təsir  göstərən  emosional  hallar  və 
stresslər,  idarəetmə  psixologiyasının  əsas  məsələləri  Camal 
Zeynaloğlunun tövsiyələrində tam mənada öz əksini tapmışdır.   
Məlumdur  ki,  emosiya  insan  şüurunun  xarici  aləmin  predmet 
və hadisələrinə öz münasibətini əks etdirən təsirlənmə forması, 
insanın  öz-özü  ilə  hissi  sual  cavabıdır.  Gərgin  və 
gözlənilmədən  yaranan  emosional  hal  stressdir.  Stress  halında 


 
psixi  fəaliyyətin  tam  ləngiməsi,  yaxud  da  qismən  pozulması 
baş  verə  bilər.  “20  yanvar”  hadisələrini  misal  çəkən  müəllif 
onun  doğurduğu  acı  nəticələrin  psixoloji  təhlilini  verir, 
akademik P.Anoxinə istinadən “zərərli emosiyaların yaranması 
üçün stimulla emosiya arasında intellekt və məntiq durmalıdır” 
məsləhətinə  üstünlük  versə  də,  onun  həyata  keçirilməsi 
çətinliyini qeyd edir. 
      İdrak  ziddiyyətinin  yaranması  və  subyekt  tərəfindən  onun 
həll  edilməsi  daxili  emosional  gərginliyi  artırır  və  təfəkkür 
prosesinə güclü təsir edir. 
      Müəllif  stressi  sağalmaz  bir  epidemiya  adlandıraraq  onun 
planetin  müxtəlif  guşələrində  tüğyan  etdiyini,  sanki  “qaynar 
vulkanlar” kimi fəaliyyət göstərdiyini qeyd edərək yazır: “Əgər 
biz  bu  gün  hamı  üçün  uzun  və  xoşbəxt  həyat  arzulamaq 
istəyiriksə,  adamlar  arasında  mütləq  xeyirxah  qardaşlıq 
münasibətlərinin  bərqərar  olmasına,  xalqın  ruhuna  uyğun 
hərəkət  etməyə,  kin,  paxıllıq  və  eqoizm  kimi  hisslərin 
kəsilməsinə birgə nail olmalıyıq.” 
     Dilçi-psixoloqun  “Xarici  dili  öyrənərkən  hansı  üsul  və 
vasitələrdən  istifadə  etmək  lazımdır?”  adlı  tədris  vəsaiti  də 
maraqlıdır.  Çoxşaxəli  yaradıcılığında  önəmli  yer  tutan 
tövsiyələrində  öz  oxucusuna  böyük  təsir  bağışlayan  əhatəli 
statistik  göstəricilər,  dilçilik  sahəsində  tədqiqatlardan  əldə 
etdiyi  nəticələr,  şifahi  nitqi  inkişaf  etdirmək  üçün  metodlar 
diqqətəlayiqdir.  Xüsusi  dil  qrupları,  sözlərin  kök  etibarı  ilə 
eyniliyi  və  dil  öyrənmək  üçün  əvvəlcədən  psixoloji  cəhətdən 
hazırlığı  əsas  götürən  Camal  Zeynaloğlu  öyrətmə  sahəsində 
müəllim  məsuliyyətinin  nə  demək  olduğunu  öz  tövsiyələrində 
izah  edir.  Tövsiyələrin  effektli  olması  çox  güman  ki,  onun 
tərcümə  etdiyi  sahələrdən  -  xarici  ədəbiyyatdan  etdiyi 


 
tərcümələrdən  mənbə  götürməsi  ilə  əlaqədardır.  Ginnesin 
Rekordlar Kitabında əsərləri 103 dildə, 2 milyard nüsxədə çap 
edilən Aqata Kristinin “Baş nazirin oğurlanması”, “Bir milyon 
dollarlıq  istiqrazın  oğurlanması”,  “Mavi  kuzənin  sirri”  kimi 
ingilis  dilindən  etdiyi  tərcümələr  buna  əyani  sübutdur. 
A.K.Doyl  haqqında  çox  məlumatımız  olmasa  da,  biz  onun 
Şerlok Holmsunu yaxşı tanıyırıq.  
     Bu əsərin yazılması qəribə bir təsadüf nəticəsində olmuşdur. 
Həkim  Konan  Doyl  bir  dəfə  Edinburq  Universitetinin 
professoru,  həkim  Jozef Bellinin  yanında  olarkən,  professorun 
yanına  bir  xəstə  gəlir.  Professor  onu  müayinə  etdikdən  sonra 
ondan soruşur: 
-   Siz ordudan tərxis olunmusunuz? 
-   Bəli, ser - xəstə hərbçi kimi cavab verir.  
-   Dağ-atıcılıq polkunda xidmət etmisiniz?  
-   Bəli, ser. 
-   Yəqin ki, ordudan təzəcə tərxis olunmusunuz? 
-   Bəli, ser. 
-   Serjantsınız? 
-   Bəli, ser. 
-   Barbadosdamı xidmət etmisiniz? 
-   Bəli, ser. 
    Bu  işə  tələbələr  və  Konan  Doyl  heyran  qalır.  Professor 
tələbələrin  heyrətləndiyini  görüb  izahat  verir:  “Bu  adam  içəri 
girdikdə  özünü  hərbçi  kimi  apardı.  Papağını  çıxarmadı,  bu  da 
ancaq hərbçilərə xasdır. Şotlandlar yalnız serjant olurlar. Onun 
xəstəliyinə  gəlincə,  bu  xəstəlik  ancaq  Barbados  adasında  olur. 
Konan Doyl sonralar bundan istifadə edərək professora Şerlok 
Holms adı vermişdir. Deməli, bizim sevə-sevə oxuduğumuz və 


 
tamaşa  etdiyimiz  Şerlok  Holmsın  prototipi  həmin  professor 
olmuşdur. 
     Bundan  başqa,  Camal  Zeynaloğlu  azərbaycan  oxucularına 
A.K.Doylun  “Brilyant  tac”,  “Göy  yaqut”,  Oskar  Uayldın 
“Nümunəvi  milyonçu”,  A.C.Kroninin  “İki  veronalı”, 
C.Londonun  “Meksikalı”,  E.Heminqueyin  “Qatillər”, 
S.Moemin  “Muzdlu  tərəfdaşlar”,  C.Stuartın  “Məhəbbət”, 
U.Saroyanın  “Filippinli  və  sərxoş”,  V.Bredelin  “Qırmızı 
general” kimi tərcümə əsərlərini töhfə etmişdir. 
     Xarici  dili  öyrənərkən  hansı  vasitələrdən  istifadə  etmək 
zərurətini  o,  sadə  anlaşıqlı  şəkildə  izah  edir.  Bir  qədər  də 
psixoloqun “Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin 
formalaşması”  adlı  tövsiyəsi  barədə  fikrimi  bildirmək 
istəyərdim.  Ümumi  və  xüsusi  qabiliyyətlər  haqqında  çox 
danışmaq olar. Lakin qabiliyyətlərin formalaşması məsələsində 
qaranlıq qalan, təzadlar yaradan fikirlər var. Böyük filosof Əl-
Fərabi  70  dil  bilirdi.  Musiqi  sahəsində  heyrətamiz  bir  şəxs 
olmuşdur.  Hisslərə  təsir  göstərən  qəribə  bir  musiqi  aləti 
düzəltmiş,  simləri  çıxarıb  quraşdıraraq  elə  çalır  ki,  hamı 
qəhqəhə  çəkib  gülür.  Sonra  simləri  dəyişib  elə  quraşdırır  ki, 
çalanda göz yaşlarına sahib ola bilməyən məclis əhli hönkürtü 
ilə  ağlayır.  Nəhayət,  o,  simləri  açaraq  elə  quraşdırıb  çalır  ki, 
məclisdə əyləşənlər və gözətçilər dərin yuxuya gedirlər. 
      Yaxud  ədəbiyyat  mənbələrində  göstərilir  ki,  Albert 
Eynşteyn  11  yaşına  qədər  ağılca  inkişaf  etməmiş,  Anri 
Puankare  5  yaşında  difteriya  xəstəliyindən  ayaqları  və  boğazı 
iflic, lal olmuş, 9 yaşında danışmağa başlamışdır. Baxmayaraq 
ki, psixoloqların əksəriyyəti xüsusi qabiliyyətlərlə bağlı ümumi 


 
rəyə  malikdirlər.  Əslində  bu  barədə  konkret  fikir  söyləmək 
çətindir. 
      Camal  Zeynaloğluna  bundan  sonrakı  bütün  yaradıcılığında 
uğurlar arzulayırıq. 
 
                                                                  Həqiqət Kərimova, 
                                                  fəlsəfə elmləri üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

10 
 
Təhsilə psixoloji xidmətin əsas 
istiqamətlərini əks etdirən tövsiyələr 
 
 
      Azərbaycanın  təhsil  sistemində  yeni  təhsil  islahatlarının 
həyata  keçirdiyi  bir  şəraitdə  psixoloji  xidmət  özfəaliyyətini 
uşaqların  (şagird  və  tələbələrin)  qabiliyyətlərinin,  fərdi 
xüsusiyyətlərinin  inkişaf  etdirilməsi,  təhsilin  səmərəliliyinin 
artırılması,  həyat  yolunun  düzgün  müəyyənləşdirilməsi,  bütün 
bunların  etnopsixoloji  zəmində  həyata  keçirilməsi  üzərində 
qurur. 
     Psixoloji 
xidmətin 
məzmunu 
təhsil 
iştirakçılarının, 
valideynlərin  psixi  və  intellektual  inkişafının  qanuna-
uyğunluqlarını,  fəaliyyət  və  ünsiyyət  motivlərini,  davranışını, 
yaşlılar  və  yaşıdlar  arasındakı  qarşılıqlı  xarakterini,  təlim  və 
tərbiyə  prosesinin  təşkilinin  pedaqoji-psixoloji  məsələlərini 
əhatə edir. 
     Təhsilə  psixoloji  xidmət  tibbi,  hüquqi,  defektoloji,  sosial 
(hamilik,  qəyyumluq)  və  digər  xidmət  sahələri  ilə  əlaqəli 
təşkilatlarla  sıx  əlaqədə  həyata  keçirilir.  Bütün  müəssisələrdə 
xidməti  münasibət  bərabərlik,  mövqelərin  bir-birini  qarşılıqlı 
surətdə tamamlanması əsasında qurulur. 
     Təhsilə  psixoloji  xidmət  vahid  sistem  kimi  fəaliyyət 
göstərən  və  hər  biri  özündə  konkret  fəaliyyət  sahələrini 
birləşdirən  3  istiqaməti  əhatə  edir:  elmi  istiqamət;  tətbiqi 
istiqamət; praktik istiqamət. 
     Təhsilə  psixoloji  xidmət  işinin  metodoloji  və  metodik 
əsaslarını  hazırlayır,  kadr  hazırlığı,  tətbiqi  və  praktik 
istiqamətlərin  elmi  mahiyyətini  müəyyənləşdirir.  İcraçıların 

11 
 
fəaliyyət  prinsiplərini,  əsas  iş  funksiyalarını,  iş  metodlarını, 
psixoproflaktika, 
psixodiaqnostika, 
psixokorreksiya, 
psixokonsultasiyaların  nəzəri  məsələlərini,  milli-regional 
şəraitdə  psixi  inkişafın  özünəməxsus  cəhətlərinin  elmi 
əsaslarını tədqiq edir. 
     Dünya  təcrübəsində  sınaqdan  çıxmış  və  qəbul  olunmuş 
testləri Azərbaycan dilinə tərcümə edir, milli xüsusiyyətləri və 
yerli  şəraiti  nəzərə  almaqla  modifikasiya  edərək  “Test  bank” 
yaradır. 
     Elmi  istiqamətin  təhsilə  psixoloji  xidmət  işi  ilə  bağlı 
nəticələrini  reallaşdırır.  Dərs  vəsaiti,  dərsliklərin,  praktik 
psixoloq kadrların hazırlanması və ixtisasartırma işində iştirak 
edir. 
     Elmi  müəssisələr  və  praktiki  işlərlə  əlaqəli  şəraitdə  elmi-
nəzəri  məsələlərin  təcrübəyə  tətbiqi  yollarını  müəyyənləşdirir. 
Nəzəri  psixoloji  biliklərin  tərbiyə  və  təlim  proqramlarında, 
pedaqoji  və  metodik  tədbirlərdə,  tədris  prosesində  özünə  yer 
tapmasına,  bu  əsasda  didaktik  və  metodik  materialların 
işlənməsinə xidmət  edir. Elmi biliklərin, tədqiqat nəticələrinin 
tərbiyə  və  təhsil  prosesinə  inteqrasiyasını  demokratik 
prinsiplərlə  tənzimləyir,  təhsil  iştirakçılarının  hüquq  və 
vəzifələrinə hörmətlə yanaşır. 
     Praktik  istiqamət  təhsil  sisteminin  müxtəlif  pillələrində 
çalışan psixoloqlar tərəfindən həyata keçirilir. 
     Bu  baxımdan  yazıçı-publisist,  psixoloq-tərcüməçi,  yüksək 
pedaqoji  fəaliyyəti  ilə  seçilən  Camal  Zeynaloğlunun  psixoloji 
tövsiyələri  diqqəti  cəlb  edir.  “Şagirdlərə  fərdi  yanaşma 
prinsipi”,“Təlim  fəaliyyətinin  psixoloji  prosesi”,  “Stressin 
insan  həyatına  təsiri  və  onun  aradan  qaldırılması  yolları”, 
“Şagirdlərin  əmək  tərbiyəsi”  kimi  tövsiyələri  praktiki 

12 
 
təcrübədə  əldə  etdiyi  qaneedici  nəticələrin  məhsuludur. 
C.Zeynaloğlunun tövsiyələrində çox düzgün olaraq qeyd edilir 
ki,  müəllim  yeni  materialın  izahı  prosesində  tədris  etdiyi 
mövzunu  elm  və  texnika  ilə,  müasir  həyatla  əlaqələndirməli, 
bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol 
verməməlidir. 
     “Şagirdlərin  şüurlu  intizam  tərbiyəsi”  adlı  tövsiyəsində 
tərbiyə  işinin  mühüm  problemlərinə  toxunur,  bu  sahədə  ciddi 
nöqsanların olduğunu aradan qaldırmaq zərurətini xüsusi qeyd 
edir. 
     Camal  Zeynaloğlu  hər  bir  tövsiyəsində  öz  konkret  fikrini 
açıqlamaq  üçün  müxtəlif  elmi  fikirlərə  istinad  edir.  “Stress  – 
müxtəlif  ifrat  gərginliklərə  orqanizmin  qeyri  spesifik 
reaksiyasıdır”  -  deyən  müəllif,  akademik  Uxtomskinin  tibbi 
izahları  ilə  öz  fikrini  sübut  etməyə  çalışır,  stressi  çoxamilli, 
müxtəlif  aspektli,  bioloji,  psixoloji,  əxlaqi  cəhətləri  olan  bir 
fenomen kimi qeyd edir. 
     Praktik  psixoloq  öz  işində  normativ  sənədlərə,  ixtisas 
biliyinə,  psixodiaqnostikanın  nəticələrinə  əsaslanır.  O,  təhsil 
iştirakçılarına fərdi qaydada yanaşır, bunun üçün şərait yaradır, 
onun qabiliyyətlərini, intelektual inkişaf səviyyəsini təyin edir, 
yarana  biləcək  pozuntuların  səbəblərini  aşkara  çıxarır, 
pedaqoji-psixoloji  korreksiya  yollarını  müəyyənləşdirir. Təhsil 
müəssisəsinin  tərbiyə  və  tədris  planında  nəzərdə  tutulmuş 
işinin  səmərəliliyinin  yüksəldilməsini,  intensivliyini,  nəticədə 
sosial  cəhətdən  fəal  şəxsiyyət  formalaşdırılmasını  istiqa-
mətləndirir. 
     Camal  Zeynaloğlu  “Şagirdlərə  fərdi  yanaşma  prisipi”  adlı 
tövsiyəsində  bu  məsələlərə  daha  ciddi  yanaşma  yollarını 
göstərir. Müəllif haqlı olaraq qeyd edir ki, uşaq yaşa dolduqca, 

13 
 
onun  fərdi  xüsusiyyətləri  də  inkişaf  edir,  formalaşır.  Müəllim 
təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır. 
   “Şagirdlərin  yaş  xüsusiyyətləri  və  qabiliyyətlərin  for-
malaşması  adlı  məqaləsində  qoyulan  məsələlər  də  ciddi 
araşdırılmışdır.  Ümumi  qabiliyyətlər-xüsusi  qabiliyyətlər  ayrı-
ayrılıqda  öz  düzgün  izahını  tapmışdır.  Bu  mövzuda  V.Q. 
Belinskinin  fikirlərinə  və  İ.P.Pavlovun  siqnal  sistemləri 
haqqındakı  təliminə  istinad  edilmiş,  qabiliyyətlərin  müxtəlif 
inkişaf variantları olduğu vurğulanmışdır. 
     Təhsil  müəssisəsində  psixoproflaktika  işin  vəzifələri  təhsil 
iştirakçılarının şəxsiyyəti və intellektinin  təşəkkülü  prosesində 
baş  verə  biləcək  pozuntuların  qarşısını  almaq,  müəllim  və 
şagirdlərdə 
psixoloji 
biliklərə 
yiyələnmə 
tələbatı 
formalaşdırmaq,  hər  yaş  mərhələsində  psixi  inkişafa  imkan 
verən  şərait  yaratmaq,  pozuntu  və  konfliktlər  barədə  vaxtında 
məsələ qaldırmaqdan ibarətdir. 
     Psixoproflatik işin əsas mahiyyətindən irəli gələn vəzifələri: 
kollektivdə şəxsiyyətlərarası münasibətlərin, “müəllim-şagird”, 
“şagird-şagird”, “müəllim-valideyn”, eləcə də təhsil işçilərinin 
digər  kateqoriyalarına  daxil  olanların  qarşılıqlı  münasi-
bətlərinin  tənzimlənməsi,  müəssisədə  sağlam  psixoloji  iqlimin 
yaradılması  istiqamətində  iş  aparır.  Təhsil  iştirakçılarının 
psixoloji  biliklərin  artırılması,  ünsiyyət  mədəniyyəti  yara-
dılması,  ünsiyyət  çətinliklərinin  aradan  qaldırılması,  hər  bir 
fərdin  öz  şəxsiyyətində  əmələ  gələn  qeyri-normal  hallar 
haqqında  psixoloji  xidmətdən  istifadə  qaydalarına  yiyələn-
məsini təmin edir. 
     Təhsil  müəssisələrinin  profilinə  uyğun  olaraq  ixtisas 
tələbləri  ilə  bağlı  zəruri  psixoloji  keyfiyyətləri  müəyyən-

14 
 
ləşdirmək  və  məktəblərdə  (institutlarda)  bu  keyfiyyətlərin 
inkişaf etdirilməsi üzrə iş aparmaq
     Seçdiyi ixtisas üzrə tələblərə cavab verməyən tələbələr üçün 
xüsusi  metodlar  müəyyənləşdirmək  və  müəssisənin  rəhbərliyi 
ilə  birgə  iş  aparmaq,  treninqlər,  məşqlər,  işgüzar  oyunlar, 
diskussiyalar keçirmək; 
     Pedaqoji  heyətlə  tələbələrin  yiyələndiyi  ixtisasla  bağlı 
təlim-tədris  metodlarının,  yol  və  vasitələrinin  seçilməsi, 
mənimsəmə  səviyyəsinin  yüksəldilməsi,  təlim  motivlərinin,  
maraq  və  meyllərinin  inkişaf  etdirilməsi  istiqamətində  iş 
aparmaq; 
     Tələbələrin  təlimdən  yayınma,  intizamsızlıq,  antisosial 
davranışına  qarşı  proflaktik  tədbirlər  görmək,  şəxsi  prob-
lemlərlə  bağlı  müəllim  və  tələbə  heyətinin  hər  bir  üzvünə 
psixoloji  məsləhətlər  vermək,  tələbələrə  öz  şəxsiyyətini  və 
intellektini  inkişaf  etdirmək  üçün  psixoloji  metod  və  vasitələr 
öyrətmək psixoloji xidmətin vəzifələrindəndir. 
      Təhsil  sistemində  psixodiaqnostik  iş  uşaq,  yeniyetmə  və 
gənclərin müvafiq  yaş  dövrlərində  pedaqoji-psixoloji  cəhətdən 
daha  ətraflı  öyrənilməsinə,  fərdi  xüsusiyyətlərinin,  psixi 
anomaliyaların, şəxsiyyət pozuntularının, psixoloji gərginlik və 
frustrasiya  hallarının  aşkara  çıxarılmasına,  korreksiyasına 
yönəlir. 
      Təhsil  sistemi  psixoloqları  psixodiaqnostik  istiqamətdə 
aşağıdakı vəzifələrin həllini təmin edirlər: 
  1.Zəruri  hallarda  uşaq,  yeniyetmə  və  gənclərin  psixi 
inkişafının  yaş  normativlərinə  müvafiqliyi  müəyyənləşdirir  və 
psixoloji müayinədən keçirilir. 

15 
 
  2.Təhsil  verənlərin  və  təhsil  alanların  yaşlılar  və  yaşıdları  ilə 
ünsiyyətinin  psixodiaqnostikası  aparılır.  Ünsiyyət  çatışma-
mazlıqlarının psixoloji səbəbləri aşkar edilir. 
  3. Müvafiq profilli müəssisələrlə birlikdə: 
-  tibbi  və  defektoloji  mənşəli,  meylli  pozuntular  mü-
əyyənləşdirilir; 
-  antisosial  davranış  hallarının  sosial-psixoloji  səbəblərini 
öyrənmək  və  nəticələrini  aradan  qaldırmaq  üçün  tibbi-hüquqi 
koordinasiyanın  yaradılması,  differensial  diaqnostikası  həyata 
keçirilir. 
  4.  Təhsil  alanların  intellektual  və  ünsiyyət  qabiliyyətlərinin, 
eləcə də psixi inkişafın digər göstəricilərinin psixodiaqnostikası 
keçirilir və intensiv inkişaf yolları müəyyənləşdirilir. 
  5.  Eyni  yaşlı  təhsil  alanların  psixi  inkişaf  göstəricilərinin 
psixodiaqnostik  nəticələrinə  uyğun  olaraq  onların  differen-
siyası aparılır. 
  6. Təhsil verənlərin peşə bacarığı, ixtisas və vəzifə tələblərinə 
müvafiqliyi,  təhsil  alanlarla  qarşılıqlı  münasibət  yaratmaq, 
tədris  materialını  mənimsətmək  bacarığının  diaqnostikası 
aparılır. 
     Təhsil  iştirakçılarının  ümumi  peşəsi  və  şəxsiyyətinin  yaş 
qanunauyğunluqları ilə inkişafının, qabiliyyətlərinin, maraq və 
meyllərinin, təlim  və davranış  motivlərinin müəyyən edilməsi, 
onların inkişaf yollarının göstərilməsi korreksiya işinə daxildir. 
Psixoloq  korreksiya  yolu  ilə  uşaq  və  tələbələrin  şəxsiyyət  və 
fərdiyyətinin  formalaşması  prosesinə  fəal  təsir  göstərir,  təhsil 
sistemində  differensiyasiya  işinin  aparılmasında  pedaqoji 
heyətə yardım edir. Uşaqların inkişafdakı geriləmələri, təlimdə 
və  davranışdakı  pozuntularının  aradan  qaldırılması  ilə  bağlı 
inkişafetdirici tədbirlər müəyyənləşdirilir. 

16 
 
    Sözügedən məsələlərin bütövlükdə təhlilini özünün ayrı-ayrı 
tövsiyə  xarakterli  tədris  vəsaitlərində  əks  etdirən  hörmətli 
psixoloq Camal Zeynaloğluna müvəffəqiyyətlər arzu edir, onu 
bu gün təhsilimizin inkişafında önəmli yer tutan yeni vəsaitləri 
oxucuların ixtiyarına verməsini tövsiyə edirəm. 
 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin