Camal Zeynaloğlu


) “İşləməyən, dişləməz” ≈  “No pains, no gains”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
1   2   3   4   5   6   7   8   9
2017-1000


1) “İşləməyən, dişləməz” ≈  “No pains, no gains”; 
2) “Əl əli yuyar, əl də üzü” = “Clow me and I`ll clow thee”; 
3)  Gözəllik  ondur,  doqquzu  dondur”    ≈  “Fine  feathers 
make fine birds”;  
4) “Tək əldən səs çıxmaz” = “One man, no man”; 
 5)  “Balıq  başından  iylənər”=“Fish  begins  to  stink  at  the 
head”; 
 6) “Nə əkərsən, onu da biçərsən” = “As you sow, you shall 
mow”;  
7) “Hər oxuyan Molla Pənah olmaz” ≈  “All are not hunters 
that blow the horn”; 
 8) “Halva-halva deməklə ağız şirin olmaz” ≈ “ Many words 
will not fill a bushel”; 
9) “Ağıl  yaşda deyil, başdadır” = “Wisdom is not attained 
with years, but by ability” və s. 
    Beləliklə, orta məktəbi bitirən şagirdlər zəngin lüğət ehtiyatı 
ilə  yanaşı,  İngilis  dilində  ən  azı  70-80  atalar  sözü  və  zərbi-
məsəlləri mənimsəyirlər. Son olaraq, şagirdlərin İngilis dilində 
atalar sözləri və zərbi-məsəllərinin öyrənilməsinin nə dərəcədə 
əhəmiyyətli  olmasını  İngilis  aliminin,  A.Tennisonun  fikrini 
xatırlamaq məncə kifayət edər. Onun fikrincə, “Atalar sözləri - 
şəhadət barmağında daim parlayan qiymətli üzükdür.” 
 
                                                                Camal  Zeynaloğlu, 
                                                                 İngilis dili müəllimi 
                                                                                        1986 - cı il. 

46 
 
Yenidənqurma siyasətilə əlaqədar   dil 
dərslərində şagirdlərin ideya-siyasi 
tərbiyəsinə verilən müasir 
tələblər 
 
      Sov.İKP  MK-nın  yenidənqurma  siyasəti  təkcə  əvvəlki 
dövrün  durğunluğundan  xilas  olmaq,  buraxılmış  səhvləri 
düzəltmək  demək  deyildir,  həm  də  ictimai  təşkilin  və  iş 
metodlarının  tarixən  məhdud,  vaxtı  keçmiş  cəhətlərini  aradan 
qaldırmaq  deməkdir.  Bu  siyasət  həm  də  sovet  cəmiyyətinin 
intellektual  tərəqqisinə  uyğun  olaraq,  sosializmə  ən  müasir 
formalar vermək deməkdir. 
      Bu  gün  cəmiyyətimiz  inqilabi  yolla  keyfiyyətcə  yeni 
mərhələyə keçdiyi bir zamanda məktəb qarşısında çox mühüm 
vəzifələr  durur,  çünki  sosializmin  gələcəyi  məktəbdən,  yeni 
insanın təlim və tərbiyəsindən çox asılıdır. 
      Cəmiyyətimiz  üçün  yüksək  ideya-mənəvi  keyfiyyətlərə 
malik  nəsil  yetişdirmək  sahəsində  biz  müəllimlər  qarşısında 
yeni  vəzifələr  qoyulmuşdur.  Ümumtəhsil  və  peşə  məktəbi 
islahatının əsas istiqamətlərində deyilir: Möhkəm kommunist 
əqidəsinə  malik  şüurlu  vətəndaş  yetişdirilməsi  ideya-siyasi 
tərbiyədə  əsas  yer  tutmalıdır.  Təlim-tərbiyə  prosesinin  bütün 
ünsürləri,  məktəbin  bütün  ictimai  həyatı  buna  xidmət 
etməlidir.  Şagirdlərin  sovet  vətənpərvərliyi  ruhunda,  SSRİ 
xalqları  arasında  mehriban  dostluq  ruhunda  tərbiyə 
olunması gücləndirilsin.” 
      Xarici  dilin  tədrisi  prosesində  tərbiyə  məqsədi,  əsasən, 
tədris materiallarının məzmunu vasitəsilə həyata keçirilir. 

47 
 
      Tədrisin  mərhələlərindən  asılı  olaraq  mətnlər  müxtəlif 
xarakterdə  olur.  Lakin  müəllim  elə  ilk  mərhələdən  başlayaraq 
məzmunla  yanaşı  mətnin  tərbiyəvi  cəhətinə  də  xüsusi  diqqət 
verməlidir. 
     Tədris zamanı mətnlərin əksəriyyətində ideya-siyasi tərbiyə 
məsələsinin 
vacib 
problemləri 
olan 
vətənpərvərlik, 
beynəlmiləlçilik,  vəzifə  borcu,  əməyə,  əmək  adamlarına 
hörmət,  əmək  kollektivlərində  qarşılıqlı  münasibət  və  s. 
məsələlər qoyulur. 
      Tədrisin  yuxarı  mərhələsində  ictimai-siyasi  xarakterli 
materiallara  daha  geniş  yer  verilmişdir.  Bu  materiallarda 
sosializm  cəmiyyətinin  üstünlükləri,  ölkəmizin  inqilabi 
keçmişi, sovet xalqının Böyük Vətən müharibəsindəki rəşadəti, 
hazırda əmək cəbhəsindəki nailiyyətləri öz əksini tapır. Həmin 
materiallardan istifadə edərkən sosializm sisteminin kapitalizm 
sistemindən üstünlüklərini, sovet həyat tərzinin kapitalist həyat 
tərzindən  köklü  surətdəki  fərqlərini  şagirdlərə  müqayisəli 
şəkildə  izah  edilməlidir.  Bu  da  şagirdlərdə  ideya-siyasi 
tərbiyənin formalaşmasına, onlarda elmi-dünyagörüşünün daha 
da inkişafına zəmin yaradır. 
      Dördüncü  sinifdən  başlayaraq  onuncu  sinfə  kimi  ingilis 
dilinin  tədrisində  siyasi  xarakterli  mətnlər  əsas  yer  tutur. 
Məsələn:  IV  sinifdə  “May  günü”,  V  sinifdə  “Noyabr 
bayramı”,  “Leninin  uşaqlığı”,  “Qoy  həmişə  günəş  olsun!”, 
VI  sinifdə  “Lenin  haqqında”,  “Leninin  portreti”,  VII 
sinifdə “Bilik günü”, “Sovet Konstitusiyası günü”, “Ananın 
bayramı”  və  s.  kimi  mətnlər  şagirdlərin  ideya-siyasi 
tərbiyəsində həlledici əhəmiyyətə malikdir. 
      Müasir  tələblər  baxımından  ayrı-ayrı  mövzular  üzərində 
şagirdlərdə 
ideya-siyasi 
tərbiyənin 
aşılanması 
biz 

48 
 
müəllimlərdən  böyük  pedaqoji  ustalıq  tələb  edir.  Belə  ki, 
müəllim  tədrisin  aşağı  mərhələsində  ictimai-siyasi  xarakterli 
mövzu  və  materialları  tədris  edərkən  istər-istəməz  şagirdlərin 
yaş xüsusiyyətlərini və bilik dairəsini nəzərə almalıdır. 
     IV  sinifdə  “May  günü”  mövzusunu  keçərkən  müəllim  ilk 
növbədə şagirdlərə 1 Mayın nə vaxt, harada və necə yaranması 
tarixi  haqqında  qısaca  məlumat  verməlidir.  Onların  nəzərinə 
çatdırılmalıdır  ki,  1886-cı  il  mayın  1-də  Amerika  Əmək 
Federasiyası səkkiz saatlıq iş günü tələbi ilə nümayiş keçirməyi 
qərara  almışdır.  Həmin  gün  ölkənin  350  minə  yaxın  fəhləsi 
nümayişə çıxmışdı. Bundan sonra Çikaqoda hadisələr xüsusilə 
kəskin xarakter almışdı. Çikaqo fəhlələri ilə həmrəylik əlaməti 
olaraq  bütün  ölkələrin  proletarları  Mayın  1-də  çıxışlar  təşkil 
etməyə 
başladılar.  Sonra  müəllim  fikrini  bu  cür 
tamamlamalıdır. Zəhmətkeşlərin həmrəylik günü olan 1 Mayın 
böyük  siyasi  əhəmiyyəti  var.  Həmin  gün  bütün  dünyada 
milyonlarla zəhmətkeş insanlar hər cür istismara, ədalətsizliyə, 
zorakılığa, şovinizmə, müstəmləkəçiliyə, imperializmə, hər cür 
silahlanmaya  və  ədalətsiz  müharibələrə  qarşı  özlərinin  etiraz 
səslərini ucaldırlar. 
      VI  sinifdə  “V.İ.Lenin  haqqında”  mövzusunun  tədrisi 
zamanı  dahi  rəhbərin  həyat  fəaliyyəti  ilə  şagirdləri  tanış 
edərkən  qeyd  edilməlidir  ki,  o  hər  hansı  bir  ölkədə  olmuşsa, 
hökmən  ilk  növbədə  həmin  xalqın  dili  ilə  maraqlanmışdır. 
Sonra  müəllim  fikrini  bu  şəkildə  tamamlamalıdır:  “Sovet 
adamları  həmişə  və  hər  yerdə  öz  həyat  və  fəaliyyətlərinin  hər 
bir  sahəsində  V.İ.Lenindən  nümunə  götürürlər.  Lenin  kimi 
yaşamaq, Lenin kimi işləmək, Lenin kimi mübariz olmaq bizim 
həyat 
meyarımız 
olmuşdur. 
İndi 
biz 
ictimai-siyasi 
fəaliyyətimizin bütün sahələrindəV.İ.Leninə istinad edirik. 

49 
 
      Dərs  prosesində  müəllim  şagirdlərə  bu  və  ya  digər 
məsələlər  barədə  sadəcə  məlumat  verməklə  kifayətlənməməli, 
onlarda  şüurlu  surətdə  möhkəm  kommunist  əqidəsi  və  inamı 
yaratmaq 
üçün 
keçdiyi 
mövzuları 
müasir 
həyatla 
əlaqələndirməyi bacarmalıdır. 
      Məsələn,  VII  sinifdə  “Sovet  Konstitusiyası  günü” 
mövzusunun  izahı  zamanı  şagirdlərin  siyasi  bilik  dairəsini 
genişləndirmək  məqsədilə  ölkəmizdə  yenidənqurmanın, 
aşkarlığın  və  demokratiyanın  genişləndiyi  bir  vaxtda  SSRİ 
Konstitusiyasında  edilmiş  əsaslı  dəyişikliklər  haqqında 
məlumat verilməlidir. 
      Şagirdlərin  nəzərinə  çatdırılmalıdır    ki,  yenidənqurma  ilə 
əlaqədar  olaraq  konstitusiyada  edilmiş  dəyişikliklər  başlıca 
olaraq 
siyasi 
sahədə 

dövlət  aparatında  edilmiş 
dəyişikliklərdir.  Dövlət  müəssisəsi  və  kooperasiya,  təsərrüfat 
hesabı  və  özünü  maliyyələşdirmə  haqqında  qəbul  edilmiş 
qanunlar  yeni  konstitusiyada  da  geniş  əksini  tapmışdır.  Sonra 
Konstitusiyada  xalqın  dövlətin  idarə  edilməsində  daha  da 
yaxından  iştirakı,  onların  seçki  hüquqlarının  əsaslı  şəkildə 
genişləndirilməsi  də  göstərilmişdir.  Məsələn,  SSRİ  Ali 
Sovetinə əgər əvvəllər 1500 deputat seçilirdisə, indi isə onların 
sayı 2250 nəfərə çatdırılacaqdır. Bunların 750-si ilk dəfə olaraq 
əmək kollektivlərindən və ictimai təşkilatlardan seçilir. Hər bir 
deputat yerinə 3 namizəd göstərilir. 
      Gənc  nəslin  tərbiyəsinin  həyata  keçirilməsi  üçün  əsas 
cəhətlərdən biri elmi dünyagörüşün formalaşmasına kömək edə 
biləcək səmərəli forma və metodlardan istifadə edilməsidir. 
      Biz adətən dərsin praktik məqsədilə əlaqədar olaraq mətnin 
məzmununa  aid  şagirdlərə  suallarla  müraciət  edirik.  Bununla 
biz  şagirdlərin  mətnin  məzmununu  nə  dərəcədə  mənimsəmiş 

50 
 
olduğunu  yoxlamış  oluruq,  çünki  şagirdlər  verilmiş  sualların 
cavablarını  mətndən  asanlıqla  tapa  bilirlər.  Lakin  mətnin 
ideyasına  aid,  onun  tərbiyəvi  məqsədini  əks  etdirən  suallara 
mətndə  hazır  cavablar  tapmaq  mümkün  deyildir.  Ona  görə  də 
bu  sahədə  müəllimlərdən  böyük  ustalıq  və  yaradıcılıq 
qabiliyyəti  tələb  olunur.  Bu  zaman  müəllim  şagirdlərə  sualla 
müraciət edərkən onların öyrəndikləri dil materialı dairəsini də 
nəzərə almalıdır. 
      VII  sinifdə  “Ev”  mətninin  tədrisi  zamanı  müəllim  həmin 
mətni  oxumamışdan  əvvəl  şagirdlərə  kapitalist  ölkələrindəki 
zəncilərin  həyatı,  onların  cəmiyyətdə  tutduqları  mövqeləri 
haqqında qısaca da olsa, məlumat verməlidir. 
     Mövzunun izahından sonra müəllim şagirdlərdə həm ideya-
siyasi 
tərbiyənin 
aşılanması,  həm  də  onların  siyasi 
dünyagörüşün  formalaşması  məqsədilə  aşağıdakı  suallarla 
onlara müraciət etməlidir: 
 
1. Amerikada zəncilərin hüququ varmı? 
2. Zəncilərə nə üçün iş vermirlər? 
3. Ağ adamlar Cimə nə üçün nifrət edirdilər? 
4. Ağ adamlar Cimi nə üçün döyürdülər? 
5. Cimin ağ adamlar tərəfindən öldürülməsi sizə necə təsir 
bağışlayır? 
6. Bu, Amerikada insan hüquqlarının tapdanması faktını 
sübut edirmi? 
     
       Bəzən  müəllim    tədrisin  yuxarı  mərhələsində  mövzunu 
şagidrlərə izah edərkən ana dilinə daha çox yer verir ki, bu da 
xarici dilin öyrənilməsinə ayrılmış vaxtın səmərəsiz keçməsinə 
səbəb olur və şagirdlərin şifahi nitqinin inkişafına böyük mənfi 

51 
 
təsir  göstərir,  fikrin  həmin  dildə  ifadə  olunmasında  çətinlik 
yaradır. 
      Şagirdlər  mətnin  məzmununu  xarici  dildə  başa  düşməli  və 
öz fikirlərini həmin dildə ifadə etməyi bacarmalıdırlar. 
      Tədrisin  yuxarı  mərhələsində  keçilən  “Şəhər  üzərində 
qırmızı bayraqlar”, “Mehdi  Hüseynzadə”, “Qələbə günü”, 
“Beynəlxalq  qadınlar  günü”,  “Tomun  arzusu”,  “Sovet 
Azərbaycanı”  və  s.  mövzular  şagirdlərdə  ideya-siyasi 
tərbiyənin aşılanması üçün geniş imkanlar yaradır. 
      X  sinifdə  bəzi  mövzuların  (“Londonun  görməli  yerləri”, 
“Sovet  Azərbaycanı”)  izahı  zamanı  müəllim  təkcə  mətndəki 
yeni  sözlərin  mənimsədilməsi  ilə  kifayətlənməməli,  eyni 
zamanda,  şagirdlərin  gündəlik  qəzet  və  jurnallardan 
oxuduqları,  televiziya  və  radiodan  eşitdikləri  yeni  və 
öyrənilməsi  zəruri  olan  bir  sıra  söz  və  ifadələri  də 
mənimsətməyə 
çalışmalıdır.  Məsələn,  “democracy”  – 
“demokratiya”,  “glasnost”  –  “aşkarlıq”,  “prestroika”  –
“yenidənqurma”,  “acceleration”–“sürətləndirmə”,  “inter-
national situation” – “beynəlxalq vəziyyət”, “agreement” – 
“saziş,  razılaşma”,  “nuclear  and  chemical  weapons”  – 
“nüvə  və  kimyəvi  silahlar”,  “offensive  arms”  –“hücum 
silahları”,  “diffensive  arms”  –  “müdafiə  silahları”,  “to 
deploy”  –  “yerləşdirmək”,  “to  stint”  –“azaltmaq”, 
“tension”  –  “gərginlik”,  “detente”  –  “gərginliyin 
zəiflədilməsi”  (bu  söz,  əlbəttə  fransız  dilindən  keçmə 
sözdür,  ingilis  dilində  isə  bu  ifadə  “relaxation  of  tension” 
kimi  səslənir.),  “arm  race”  –“sürətlə  silahlanma”,  “cruise 
missiles”  –  “qanadlı  raketrlər”,  “to  propose”-“təklif 
etmək”,  “to  exchange  opinion”  –  “fikir  mübadiləsi”, 
“official  visit”  –“rəsmi  səfər”,  “mutual  understanding”  – 
“qarşılıqlı  anlaşılma”,  “communicay”  –  “bəyanət”  (syn. 

52 
 
“statement”,  “announcement”),  “a  join  communicay”  – 
“birgə bəyanət”, “intermediary and shorter-range missiles” 
–“orta  və  yaxın  mənzilli  raketlər”  və  s.  söz  və  ifadələr 
şagirdlərin siyasi lüğət ehtiyatını zənginləşdirməyə xidmət edir. 
      Bundan 
sonra 
müəllim  dərs  prosesində  kartoçka 
sistemindən  istifadə  edərkən  şagirdlərə  müasir  həyatla  bağlı 
cümlələr verməyə çalışmalıdır. Məsələn: 
1.Yenidənqurma və aşkarlıq partiyamızın yeni siyasətidir. 
2. Aşkarlıq sovet demokratiyasının əsas meyarı və  
    güzgüsüdür. 
3. Yenidənqurma işimizin başlıca amilidir. 
4. Sürətləndirmə sosial sahənin inkişafında ən mühüm  
    vəzifədir. 
5.Demokratiya-insanın qanuni və zəruri mənəvi haqqıdır. 
6. İnqilabi yenidənqurma sosializmin yeni xarakteridir və s. 
kimi  cümlələr  şagirdlərin  ideya-siyasi  tərbiyəsinə  kömək 
etməklə  yanaşı,  həm  də  onlarda  intellektual  qabiliyyətin 
inkişafına böyük təkan verir.  
      Ümumiyyətlə,  biz,  xarici  dil  müəllimləri  müasir  tələblərə 
uyğun  olaraq  ölkəmizdə  və  xaricdə  baş  verən  ictimai-siyasi 
hadisələrə  aid  materiallardan  bacarıqla  istifadə  etməyə 
çalışmalıyıq. 
 
                                                              Camal Zeynaloğlu
                                                              İngilis dili müəllimi 
                                                                               1986-cı il. 
 
 
 
 

53 
 
Şagirdlərin əmək tərbiyəsi 
 
      İnkişaf  etmiş 
sosializmi  planauyğun  və  hərtərəfli 
təkmilləşdirmək,  onun  humanist  təbiətini  daha  da  dolğun 
şəkildə  açıb  göstərmək,  insanın  yaradıcı  fəallığını  daha  da 
yüksəltmək sahəsində partiyanın xətti sovet məktəbi qarşısında 
böyük və məsul vəzifələr qoyur. 
      Partiya 
gənc  nəslin 
əməyə  hazırlığının  kökündən 
yaxşılaşdırılmasına 
məktəbin 
fəaliyyətinin 
təkmiləşdirilməsində xüsusi əhəmiyyət verir. 
     Bəs əmək tərbiyəsi nədir və onu necə başa düşmək olar? 
     İnsanın  bütün  qabiliyyətləri  müvafiq  fəaliyyət  prosesində 
formalaşır və fəaliyyət prosesində də təzahür edir. “Fəaliyyət” 
anlayışı  sosial  kateqoriyalar  sırasına  daxildir  və  yalnız  insana 
aiddir.  Şəxsiyyət  öz  qarşısına  konkret  məqsəd  qoyur, 
fəaliyyətin stimullarını dərk edir və məqsədinə nail olmaq üçün 
zəruri hərəkətləri yerinə yetirir. 
      Əmək  fəaliyyətin  elə  bir  növüdür  ki,  nəticədə  hökmən 
məhsul  əldə  edilməlidir.  Oyun  prosesində  isə  məhsul  əldə 
edilmir.  Əmək  düşünülmüş  plan  əsasında  həyata  keçirilir, 
insanın  gümrah  olmasına,  sağlamlığına,  onda  yaxşı 
keyfiyyətlərin  formalaşmasına  və  inkişafına  müsbət  təsir 
göstərir.  Təsadüfi  deyildir  ki,  sovet  məktəbi  yaranan  gündən 
əmək  məktəbi  hesab  edilmişdir.  N.K.Krupskaya  əməyin 
tərbiyədəki  rolunu  yüksək  qiymətləndirərək  yazırdı:  “Əmək 
əsas  məsələdir,  o  bizə  imkan  verir  ki,  tərbiyə  işini  ən  yüksək 
zirvəyə  qaldıra  bilək.”  A.S.Makarenko  uşaq  kollektivinin 
həyatını  istehsal  münasibətləri  zəminində  təşkil  etmişdir.  O, 
sübut  etmişdir  ki,  əməyin  tərbiyə  vasitəsi  olması  müəyyən 

54 
 
şərtlərlə 
bağlıdır: 
şagirdin 
əməyi 
hökmən 
təhsillə 
əlaqələndirilməlidir;  əmək  prosesində  şagirdlərin  siyasi  və 
ictimai  fəallığı  təmin  edilməlidir;  şagird  əməyin  zəruriliyini 
dərk  etməli  və  əməyə  həvəslə  qoşulmalıdır.  Bu  əlamətlərdən 
məhrum  olan  əmək  tərbiyə  vasitəsi  rolunu  yerinə  yetirmir, 
neytral  əmək  hesab  olunur.  Deməli,  şagirdin  əməyi  pedaqoji 
tələblərə  cavab  verməli,  pedaqoji  cəhətdən  düzgün  təşkil 
olunmalıdır. 
     Məktəbdə  əmək  tərbiyəsini  daxili  əlaqədə  olan  iki  məqsəd 
izləyir: əxlaqi məqsəd və praktik məqsəd. 
     Əxlaqi  məqsəd  odur  ki,  əmək  tərbiyəsi  şagirdləri  psixoloji 
cəhətdən  əməyə  hazırlayır,  məktəblilər  xalq  naminə,  Vətən 
naminə  işləməyə  həmişə  hazır  olur,  əməyə  kommunist 
münasibəti  bəsləyir,  əməksevər  ruhda  böyüyürlər.  Əxlaqi 
baxımdan əmək tərbiyəsinin konkret vəzifələri aşağıdakılardan 
ibarətdir: 
- şagirdlərdə belə bir əqidə formalaşmalıdır ki, hər bir şəxs 
cəmiyyət üçün vicdanla işləməlidir; 
- işləmədən ictimai sərvəti artırmaq mümkün deyildir; 
-işləmək  hər  bir  insanın  cəmiyyət  qarşısında  öz  borcunu 
dərindən dərk etməsi ilə bağlıdır; 
-işləmək 
insanın 
qabiliyyətlərinin 
formalaşması, 
təkmilləşməsi baxımından da çox zəruridir. 
     Əmək  tərbiyəsinin  əxlaqi  aspekti  üzrə  aparılan  işlər 
şagirdlərdə belə bir inam yaratmalıdır ki, işləmək imkanı olan, 
işləyə bilən, lakin işləməyən və ya işləmək istəməyən şəxsdən 
əsl insan ola bilməz. 
      Əmək tərbiyəsinin ikinci mühüm məqsədi şagirdləri praktik 
cəhətdən  əməyə  hazırlamaqdan  ibarətdir.  Məktəblilər  əmək 
alətləri  ilə  tanış  olmalı,  bu  alətlərdən  istifadə  etməyə  aid  olan 

55 
 
ilkin  bacarıqlara  yiyələnməli,  özlərinin  fiziki  qüvvələrini 
inkişaf  etdirməlidirlər.  Elə  bu  məqsəd  üçün  şagirdlər  ibtidai 
siniflərdə  uşaq  bağçaları  üçün  oyuncaqlar  düzəldir,  tikiş 
dərslərində  silgi  hazırlayır  və  digər  işlər  görürlər.  Orta 
siniflərin  şagirdləri  dülgərlik  və  çilingərlik  emalatxanasında 
müxtəlif  əşyalar  hazırlayır,  məktəb  avadanlığını  təmir  edir, 
kənd yerlərində məktəbyanı sahədə məhsul becərirlər və s.  
      Yuxarı  sinif  şagirdləri  şagird  istehsalat  briqadalarında, 
tədris 
istehsalat 
kombinatlarında 
fəaliyyət 
göstərir, 
praktikumlar keçir və beləliklə də, praktik  əmək  bacarıqlarına 
yiyələnirlər. 
       Məktəblərdə şagirdlərin əməyinə aşağıdakı tələblər verilir: 
-  əmək  şagirdlərin  zehni  və  fiziki  qüvvələrin  vəhdətdə 
tətbiqinə şərait yaratmalıdır; 
-  əmək  məktəblinin  təlim-tərbiyə  məqsədlərini  həyata 
keçirmək vasitəsi yerində çıxış etməlidir
-  əmək  prosesində  şagird  gördüyü  işin  ictimai  və  şəxsi 
faydasını şüurlu surətdə dərk etməlidir; 
-  əmək  şagirdlər  üçün  yorucu  və  cansıxıcı  olmamalı, 
məktəblilər əməyə həvəslə qoşulmalıdır; 
-  əmək  tərbiyəsi  kommunist  tərbiyəsinin  digər  sahələri  ilə 
əlaqəli  şəkildə  həyata  keçirilməli,  tərbiyə  işinə  kompleks 
qaydada yanaşmaq tələbi əsas götürülməlidir; 
-  şagird  əməyin  məqsədini  və  nəticələrini  əvvəlcədən  dərk 
etməlidir və s. 
     Əməyin birinci vəzifəsi şagirdin hərtərəfli inkişafına xidmət 
göstərməkdən ibarətdir. 
     Şagird  əməyini  üç  mühüm  növə  bölürlər:  özünəxidmət 
əməyi, ictimai-faydalı əmək və məhsuldar əmək. 

56 
 
     Özünəxidmət  əməyinin  əsası  ailədə  qoyulur  və  bu  iş 
məktəbdə davam etdirilir. Əməyin bu növünə özünün gigiyenik 
qayğısına  qalmaq,  paltarlarını,  dərs  ləvazimatlarını  səliqə  ilə 
saxlamaq, iş yerini sahmana salmaq, yataq yerini yığışdırmaq, 
yemək  hazırlamaq,  paltarını  yamamaq,  ailədə  kiçiklərə  və 
böyüklərə kömək etmək kimi iş növləri daxildir. Özünəxidmət 
əməyi ictimai-faydalı əməyin ilk mərhələsi yerində çıxış edir. 
Başlıca  fərq  burasındadır  ki,  özünəxidmət  ailə  və  məktəb 
çərçivəsi  ilə  məhdudlaşır,  ictimai-faydalı  əmək  isə  həmin 
çərçivə  ilə  məhdudlaşmır,  məktəbin  əhatə  etdiyi  ərazini  də 
əhatə edir. (kolxoza kömək, yaşıllaşdırma işləri və s.) 
      Məhsuldar  əmək  bilavasitə  maddi  nemətlər  istehsalı  ilə 
bağlıdır.  Məsələn,  şagirdlərin  məktəbyanı  sahədə  məhsul 
yetişdirmələri,  istehsalat  briqadalarında,  tədris-istehsalat 
kombinatlarında  işləmələri  bilavasitə  məhsuldar  əməklə 
bağlıdır. 
     Əmək  tərbiyəsinin  təşkil  formalarından  biri  məktəblərarası 
tədris-istehsalat  kombinatlarıdır.  1974-cü  il  avqustun  23-də 
SSRİ  Nazirlər  Soveti  “Şagirdlərin  əmək  təlimi  və 
peşəyönümü 
üçün 
məktəblərarası 
tədris-istehsalat 
kombinatlarının  təşkili  haqqında”  qərar  qəbul  etmiş  və 
göstərmişdir ki, IX–X sinif şagirdlərinin əmək tərbiyəsini təşkil 
etməyin  yeni  formalarından  biri  məhz  həmin  kombinatlardan 
ibarət  olmalıdır.  Bu  cür  kombinatlar  müxtəlif  müəssisələrin 
birgə  səyi  ilə  təşkil  olunur  və  yuxarı  sinif  şagirdlərinin  əmək 
tərbiyəsi 
həmin 
kombinatlarda 
həyata 
keçirilir.  Belə 
kombinatları  maarif  orqanları  yaradır,  kombinatlar  məhz  bu 
orqanlara  tabe  olur.  Azərbaycanda  belə  bir  kombinat  ilk  dəfə 
olaraq Bakının Nərimanov rayonunda təşkil olunmuşdur. 

57 
 
      1982-ci 
ilin 
məlumatına 
görə  respublikada  belə 
kombinatların sayı 77-dir və onlar 51 peşə üzrə külli miqdarda 
şagirdi əhatə edir. 
      Kənd  yerlərində  isə  şagird  istehsalat  briqadaları  1955-ci 
ildən fəaliyyət göstərir. Əmək tərbiyəsinin ikinci təşkil forması 
məhz  bu  briqadalardan  ibarətdir.  İndi  ölkə  üzrə  40  min  belə 
briqada  fəaliyyət  göstərir  ki,  onlar  da  71  min  məktəbi  əhatə 
edir.  Bizim  respublikada  belə  briqadaların  sayı  1982-ci  ilin 
məlumatına görə 2500 - dir. 
      Əmək  tərbiyəsinin  üçüncü  təşkil  forması  kənd  yerlərində 
məktəb  meşəçiliyindən,  şəhərdə  isə  əmək  və  istirahət 
düşərgələrindən  ibarətdir.  Bu  göstərilənlər  əmək  tərbiyəsinin 
yeni  formaları hesab olunur. Ənənəvi  forma isə  əmək dərsləri 
və digər əmək məşğələləridir. 
      Düzgün  aparılan  əmək  tərbiyəsi,  təlim  və  peşəyönümü, 
məktəblilərin  ictimai  faydalı,  məhsuldar  əməkdə  bilavasitə 
iştirakı  təhsilə  şüurlu  münasibətin,  şagirdlərin  vətəndaş  kimi 
yetişməsinin,  şəxsiyyətin  mənəvi  və  intellektual  cəhətdən 
formalaşmasının, fiziki inkişafının əvəzsiz amilləridir. Məktəb 
məzunlarının  gələcək  taleyi  necə  olursa-olsun,  əmək  mətinliyi 
fəaliyyətin  hər  bir  sahəsində  onlara  lazım  olacaqdır.  Şagirdlər 
bunu  yaxşı  dərk  etməli,  müəllimlər,  valideynlər,  bütün 
ictimaiyyət bunu dərindən başa düşməlidir. 
      Təlimin  məhsuldar  əməklə  birləşdirilməsi  şagirdləri  aşağı 
siniflərdən  başlayaraq  özlərinin  cansağlığı  və  yaşı  üçün 
münasib  olan  müntəzəm,  mütəşəkkil  ictimai-faydalı  əməyə-
cəmiyyətə lazım olan əsl əməyə cəlb etməyi nəzərdə tutur. 
      Məktəbdə  əmək  tərbiyəsinin  və  təlimin  məqsədi  bunlar 
olmalıdır:  
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin