Camal Zeynaloğlu



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
1   2   3   4   5   6   7   8   9
2017-1000


 
                                                             Camal  Zeynaloğlu
                                                                  Praktik psixoloq 
                                                                             
1992 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 

100 
 
Stressin insan həyatına təsiri və onun 
aradan  qaldırılması yolları 
 
    Son  30  il  ərzində  gərginlik  törədən  şəraitin  (və  ya  stress 
törədən  şəraitin)  təsiri  nəticəsində  əmələ  gələn  emosional 
halların  öyrənilməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. 
Bu, insanın təhlükə zamanı,  müxtəlif ağır fiziki və zehni  işlər 
zamanı,  təcili  və  məsuliyyətli  qərar  qəbul  etmək  və  s. 
zəruriyyəti qarşısında etdiyi hərəkətlərdir. 
    Qeyd  etmək    lazımdır  ki,  ayrı-ayrı  dövrlərdə  insana  təsir 
edən  elə  mənfi  hallar  və  elə  vəziyyətlər  olur  ki,  bunlar  yerli, 
lakolizə  olunmuş  hallar  və  vəziyyətlər  olmayıb  qlobal,  planet 
miqyaslı hallar və vəziyyətlər olur. Ona görə də mənfi hallarda 
və  vəziyyətlərə  qarşı  mübarizə  bütün  bəşəriyyət  qarşısında 
dayanan vəzifələr səviyyəsinə qalxır. İndi belə vəzifələrdən biri 
stess  vəziyyətinə  qarşı  mübarizədir.  Təsdiq  edən  amillərin 
ümumi rəyinə görə stress  emosional gərginlik vəziyyətidir. 
      Stress 
fizioloji 
cəhətdən 
U.Kennonun 
homeostazis 
(homoestazis  -  orqanizmin  fəaliyyətinin  daxili  şəraitinin 
sabitliyidir)  və  H.  Selyenin  ümumi  adaptasiya  sindromu,  daha 
doğrusu,  orqanizmin  qüvvətli  və  ya  həddindən  artıq  qüvvətli 
(zədələyici)  xarici  təsirlərə  (  istər  fiziki,  istərsə  də  sinir-psixi 
emosional  yük  olsun)  cavab  olaraq  öz  ehtiyat  qüvvələrini 
(birinci  növbədə  endokrin  ehitiyatını)  səfərbər  edən 
özünəməxsus  müdafiə  reaksiyası  haqqında  təlimlərində 
əsaslandırılmışdır. 
     Stress  -  müxtəlif  ifrat  gərginliklərə  orqanizmin  qeyri- 
spesifik reaksiyasıdır. 

101 
 
    Stress  vəziyyətində adətən orqanizm  özünü müdafiə etməyə 
başlayır.  Böyük  yarımkürələrin  qabığı  (akademik  A.Uxtom-
skinin  dediyi  kimi,  hakim  qıcıqlanma  elementlər  vasitəsi  ilə 
hipotalamusa  (vegetativ  və  endokrin  sistemlərin  təmizləyici 
cihazlarının  yerləşdiyi  beyin  şöbəsinə)  siqnal  verir. 
Hipotalamus  (mərkəzi  tənzimləyici)  həyəcan  siqnalı  alıb, 
müqavimət  göstərmək  üçün  bütün  qüvvələrini  səfərbər  edir. 
Əsas  reaksiya  sistemlərindən  (daxili  sekresiya  vəzilərindən) 
təcili  olaraq  qana  hormonlar  verilir,  maddələr  mübadiləsi 
fəallaşır,  ehtiyat  yağ  və  şəkər  səfərbər  olunur.  Sürətlənmiş 
qan  axınına  verilən  eritrositlər  hemoqlobinin  sayəsində 
toxumaları  oksigenlə  təmin  edir.  Qida  həzmi  dayanır  və 
mədə- bağırsaq traktında azad olunmuş əlavə qan da (enerji) 
təhlükəni dəf etmək üçün intensiv işləyən əzələlərə və beyinə 
yönəlir. 
     Stress halları tez-tez və güclü olduqda orqanizmdə energetik 
ehtiyatlar 
çatışmaya 
bilər, 
adaptasiya 
(uyğunlaşma) 
mexanizmləri  sıradan  çıxır.  Hormon  balansının  tükənməsi, 
çatışmaması  və  pozulması  səbəbindən  orqanızmin  sönməkdə 
olan  funksiyalarını  stimullaşdırmaq  getdikcə  çətinləşdiyindən 
adam, nəhayət, ölə bilər. 
    Stress,  nevroz,  əsəb  gərginliyi,  xroniki  vəziyyət  daşıdıqda 
həqiqətən insanı məhv edir, onu insanilikdən çıxarır, “ təbiətin 
tacı”  səviyyəsindən  aşağı  salır.  Stress  vəziyyətində  insan  öz 
əzəmətini,  öz  insanlıq  şərəfini  və  ləyaqətini  itirir,  müflisləşir. 
Bu  vəziyyət  uzun  müddət  davam  etdikdə  o  nəinki  fiziki 
xəstəliklərə, habelə mənəvi, əxlaqi xəstəliklərə də mübtəla olur. 
Bir  sözlə,  xroniki  stress  həqiqətən  insanı  məhv  edir,  onun 
qəniminə çevrilir. 

102 
 
      Stress  vəziyyətində  adamlar  çox  vaxt  ətraf  cisimləri  belə 
düzgün  qavramırlar,  hafizələri  dolaşır,  diqqətlərini  başqa 
obyektlərə  keçirə  bilmirlər,  gözlənilməz  qıcıqlayıcılara  qeyri- 
adekvat  reaksiyalar  verirlər.  Bəzən  tam  çaşır,  məqsədyönlü 
hərəkət  edə  bilmirlər.  Bu  termini  1936-cı  ildə  məşhur  Kanada 
fizioloqu  Q.  Seyle  təklif  etmişdir.  O,  əvvəlcə  yuxarıda  qeyd 
etdiyimiz  kimi  fizioloji  termin  kimi  işlənilmiş,  sonra  isə 
insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq 
olunmağa başlanılmışdır. 
      Hal-hazırda 
bəşəriyyət  qarşısında  qoyulan  mühüm 
tələblərdən  biri  məhz,  stress  vəziyyətini,  onun  mexanizmini 
dərindən  öyrənməkdən  və  onun  əsasında  stresdən  qorunmağı 
təmin  etməkdən  ibarətdir.  İndi  dünyanın  bütün  mütərəqqi 
alimləri  stress  vəziyyətinin  törətdiyi  təhlükəni  haqlı  olaraq 
nüvə silahının törətdiyi təhlükə ilə müqayisə edirlər. 
     Həqiqətən  bəşəriyyət  üçün  dəhşətli  bir  fenomenə  çevrilən 
stress    vəziyyətini  törədən  səbəblər  indi  dünyanın  bir  çox 
ölkələrində, o cümlədən bizim ölkəmizdə xüsusi olaraq tədqiq 
olunur. 
     Bəzi  alimlər uzun sürən stress vəziyyətini insanın öz bioloji 
xüsusiyyətləri  ilə  izah  etməyə  cəhd  edirlər.  İtaliya  alimi  və 
yazıçısı  B.J.  Rossi  “Homo  Sapiens  tənəzzülə  uğrayır”  adlı 
məqaləsində  pessimizm  mövqeyindən  çıxış  edərək,  sübut 
etməyə  çalışır  ki,  guya  insan  bir  növ  kimi  artıq  öz  təkamülü 
prosesində 
fiziki 
və 
mənəvi 
cəhətdən 
cırlaşmağa 
başlamışdılar,  indi  o  bədəncə  zəifləmiş,  əsəbləri  həddindən 
artıq  kövrəlmişdir,  ona  görə  də  azacıq  emosional  gərginliyə 
belə  dözə  bilmir  və  müxtəlif  xəstəliklərə  düçar  olur.  Rossi 
buradan  belə  bir  qorxunc  nəticə  çıxarır  ki,  guya  stress 
labüddür, qarşısıalınmazdır, təkamülü dayandırmaq mümkün 

103 
 
olmadığı  kimi,  stressi  də  dayandırmaq  mümkün  deyildir. 
Başqa  sözlə  desək,  Rossinin  fikrincə  bəşəriyyət,  insan  nəsli 
labüd sürətdə məhvə məhkumdur. 
     Belə  bir  vəziyyət  bütün  cəmiyyətdə  ümumi  inamsızlıq, 
müvəqqətilik  əhvali-  ruhiyyəsi  yaradır.  Bəziləri  isə  stressin 
yaranmasının əsas səbəbini elmi- texniki tərəqqidə görürdülər. 
Stress  vəziyyəti  isə  çoxamilli,  müxtəlif  aspektli,  bioloji, 
psixoloji və əxlaqi cəhətləri olan bir fenomendir. 
     Stress  kimi  mürəkkəb  bir  fenomenə  qarşı  mübarizədə 
sosioloqların, 
bioloqların, 
psixoloqların, 
filosofların, 
həkimlərin,  yaradıcıların,  elm  və  mədəniyyət  xadimlərinin 
səylərini birləşdirmək lazımdır. 
     İndi  artıq  sübut  olunmuşdur  ki,  bədbinlik,  həyatdan 
narazılıq  xroniki  xarakter  daşıyan  stressə  bais  olan  əsas 
səbəblərdən  biridir.  Həyat  sevgisi,  yaşamaq  eşqi  böyük  olan 
insanlarda  isə  bir  qayda  olaraq  stress  vəziyyətinə  az  təsadüf 
olunur.  Həyat  sevgisi,  yaşamaq  eşqi  xoşbəxtliyin  ən  mühüm 
şərtləridir. 
      Məşhur  ingilis  yazıçısı  Ayris  Merdok  özünün  “Qara 
prins”  romanında  eyni  fikirləri  təkrar  edib  yazır:  “Dünya-
iztirablar  məskənidir.  Son  nəticədə  bu  dünyanın  ən  dəqiq 
tərifidir.  İnsan-  daim  həyəcandan, ağrıdan, qorxudan iztirab 
çəkən  heyvandır,  buddizmlərin  “Dukha”  adlandırdıqları... 
dəhşətli  və  arasıkəsilməz  işgəncələrin  qurbanıdır.  Hamımız 
iztirab  çəkirik,  ancaq  bu    iztirablar  son  dərəcə  müxtəlifdir. 
Bizim dünyamız-dəhşətlər məskənidir. Bunu düşünmək, dərk 
etmək 
hər 
bir 
həqiqi 
sənətkarı 
və 
mütəfəkkiri 
həyəcanlandırmaya  bilməz,  ağlını  çaşdırmaya  bilməz,  hətta 
bəzən  onun  sağlamlığını  pozub  dəli  vəziyyətinə  salmaya 
bilməz. Heç bir ciddi adam bu fakta göz yuma bilməz. Bəzən 

104 
 
böyük  adamlar,  özlərini  elə  göstərirlər  ki,  guya  bu  fakta 
məhəl  qoymurlar,  guya  bunu  unudurlar,  əslində  kələkbazlıq 
edirlər.Yer  elə  planetdir  ki,  orada  xərçəng  xəstəliyi  hökm 
sürür, orada hər gün hər yerdə guya belə də olmalıymış kimi 
insanlar  xəstəliklərdən,  aclıqdan,  təbii  fəlakətlərdən  milçək 
kimi  qırılırlar,  orada  insanlar  hətta  yuxuya  belə  gəlməyən 
qorxunc  silahlarla  bir-birini  məhv  edirlər,  orada  insanlar 
bütün  ömrü  boyu  qorxudan  bir-birlərinə  əzab  verirlər,  bir-
birlərini  təhdid  edir  və  aldadırlar.  Bax,  biz  belə  bir  planetdə 
yaşayırıq!” 
     Buradan  burjua  pessimistləri  belə  bir  zərərli  və  insan 
ləyaqətinə  yaraşmayan  nəticələr  çıxarırlar  ki,  bu  keçici,  qısa, 
ötəri  həyat  üçün  yaşamağa,  “planetdəki  işlərə  qarışmağa” 
dəyməz. Göründüyü kimi bu fikirlər əxlaqi yox etməyə, bütün 
mənəvi  həyatı  dağıtmağa  çağırışdır.  Həm  də  belə    fikirlər  tam 
əsassızdır. 
    Özünü  və  bu  dünyanı  dərk  edən  adam  yaxşı  bilir  ki,  kainat 
miqyasında və ümumdünya masştabında insan ömrü həqiqətən 
çox qısadır. Zaman etibarı ilə, əlbəttə, bizim həyatımız heç də 
belə  qısa  deyildir,  o  qeyri-  məhduddur.  Çünki,  heç  kəs  bilmir 
ki,  onun  fəaliyyəti  nə  vaxt  dayanacaq,  ölüm  nə  vaxt  onun 
qapısını  döyəcək.  Bizə  təbiət  tərəfindən  ayrılan  qısa  vaxt  ən 
böyük  işlər görmək, ən mənalı həyat keçirmək üçün tamamilə 
kifayətdir. Məgər  İ.Nyuton, M. Faradey, F.Hegel, A.S. Puşkin, 
Eynşteyn,  İ.  Kurçatov  və  başqa  dahilər  öz  ölməz  əsərlərini 
“çox qısa ömür” ərzində yaratmamışlarmı? Məgər bəşəriyyətin 
həyatında  böyük  inqilabi  çevrilişlər  yaradan  kəşfləri,  ixtiraları 
“qısa” ömürlü insanlar etməmişlərmi və etmirlərmi? 
     Həyat  sevgisi,  həyat  eşqi  stressə  qarşı  böyük  qüvvədir. 
Həyata  nifrət  insanı  tərksilah  edir,  onu  acizləşdirir  və  onda 

105 
 
stress  vəziyyəti,  nevroz,  əsəbilik  yaradır,  beləliklə  də  onu 
məzlum bir varlığa çevirir. 
    Həyat sevgisi, həyat eşqi böyük yaradıcılıq, tükənməz daxili 
enerji  mənbəyidir.  Bu  enerjinin  bizə  verdiyi  qüvvə  hər  cür 
maneələri,  o  cümlədən  stress  vəziyyətini  aradan  qaldırmağa 
qadirdir.  Əlbəttə,  insan  ömrünü,  hamar,  enişsiz-  yoxuşsuz, 
çətinliklərsiz  təsəvvür  etmək  olmaz.  Biz  hamımız  insanıq, 
ömrümüzdə müəyyən dərdə, qəmə mübtəla olmuşuq, hətta, “20 
yanvar” hadisələri zamanı ən yaxın adamlarımızı itirdik, belə 
hallarda  biz  dərin  kədər,  iztirab  çəkməyə  bilmərik.  Bu  vaxtlar 
bizim  sabahkı  həyata  inamımız  kədəri,  qəmi,  iztirabı  qovan, 
bizə  təsəlli  verən  bir  qüvvəyə  çevrilir.  Bizim  ömrümüz  bir 
yerdə  dayanıb  durmur.  Bu  zaman  bizdə  müəyyən  obyektiv 
dəyişikliklər  baş  verir.  Həmişə  kədərə,  qəmə,  iztirablara 
dözmək,  onun  quluna  çevrilmək  insanı  öz  ömrünün  sonuna 
yaxınlaşdırılmasına  səbəb  olur.  İnsan  həmişə  məyusluq, 
ümidsizlik,  qəzəb,  narazılıq,  paxıllıq,  qısqanclıq,  qorxu  və  s. 
kimi mənfi halları  özündən uzaqlaşdırmağa çalışmalıdır. 
   - Hara üz tutmusan! - deyə Tauna rast gələn bir səyyah ondan 
soruşur. 
   -  Bağdada gedirəm, orada beş min adam qırmalıyam. 
      Bir  neçə  gündən  sonra  həmin  səyyah  yenə  də  Tauna  rast 
gəlir. 
  - Bəs sən deyirdin Bağdada beş min adamı qırmağa gedirsən, 
necə oldu ki, 50 min adam məhv etdin? 
  - Yox, - deyə Taun etiraz edir,- mən elə dediyim kimi beş min 
adam qırmışam, qalanları qorxudan ölüblər.” 
     Hiddət, qısqanclıq və əzablı şübhələrdən də damarlar kəskin 
daralır  -  bunun  əsas  səbəbi  qanda  adrenalinin  çoxalmasıdır. 

106 
 
Belə “emosional zəhərdən “ağıl sanki  çaşır, insan şiddətli ruhi 
sarsıntı keçirir. 
     Damarlar  yalnız  qorxu,  qısqanclıqdan,  məyusluqdan  da 
daralır.  Məşhur  fizioloq  Pavlovun  təliminə  görə  illər  keçdikcə 
beyində  sabitləşmiş  rabitələr  əmələ  gəlir,  sonra,  hansı  bir 
mərhələdə  isə  bu  sabitləşmiş  rabitələr  qırılır-  münasibətlər, 
estetik kriterilər dəyişilir. 
     Çox  vaxt  söhbət  həyata  və  insanlara  olan  münasibətlərin 
prinsipial  dəyişilməsindən  deyil,  onlarda  vaxtilə  gözə 
çarpmayan  dəyişikliklərə  olan  münasibətlərdən  gedir.  Əvvəlki 
ideallara olan ümidi itirmək - sarsıntıya, əzaba ən güclü stress 
vəziyyətinə səbəb ola bilər. 
     İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda- 
dinmir,  onun  nə  danışdıını,  nə  şikayətini,  nə  də  iniltisini 
eşitmək olur.  
    Dərdi  böyük  olan  adam  özünə  qapılmamlı,  dərd  əlində  aciz 
qalmamalıdır. 
    Akademik P.Anoxin yazır: “zərərli emosiyaların yaranması 
üçün  stimulla  emosiya  arasında  intellekt  və  məntiq 
durmalıdır.” 
     Bu,  müdrik  məsləhət  də  olsa,  həyata  keçirilməsi  çətindir, 
çünki  vəziyyəti  düzgün  qiymətləndirməyi  və  ağıllı  müdafiə 
olunmağı  hamı  bacarmır.  Bunun  üçün  hər  bir  insanın 
özünəinam  duyğusu  olmalıdır.  Özünəinam  həyata  nikbin 
baxışın  əsasını  təşkil  edir.  İnsan  dünyada  ən  yenilməz 
qüvvələrə, ən tükənməz ruhi imkanlara qadir varlıqdır.   
      Özünəinam  duyğusunun  insan  həyatında  ən  böyük 
əhəmiyyəti  məhz    ondan  ibarətdir  ki,  bu  duyğu  insanda  olan 
ecazkar  fiziki,  əqli  və  mənəvi  qüvvələri  həmişə  səfərbər 
vəziyyətində  saxlayır.  Nəzərə  almalıyıq  ki,  özünə  inamsızlıq 

107 
 
insan həyatında ən təhlükəli duyğudur. Bu duyğu insanı həddən 
artıq üzür, insanı sıxır, onu daim qərarsızlıq, tərəddüd, əsəbilik, 
daxili  nifrət,  paxıllıq,  taleyindən  küskünlük,  həyata  soyuqluq 
və s. bir qayda olaraq insanda stress vəziyyəti doğurur. 
     Özünəinam  insana  məğrurluq  və  əzəmət  gətirir,  onun  fikir 
və əməllərində müstəqillik yaradır. 
     Əlbəttə,  biz  insanlar  həmişə  bir-birimizə  möhtacıq,  hər 
birimizin qarşılıqlı köməyə ehtiyacı vardır. Biz bir - birimizdən 
öyrənirik  və  öyrənməliyik.  Lakin  həmişə  özünü  zəif,  məzlum 
bir  varlıq  hesab  edib,  başqalarının  şəxsində  özünə  “arxa” 
axtarmaq insana yaraşmaz . İnsan həmişə özünü də başqalarına 
arxa hiss etməlidir. Bizim el məsəlində deyildiyi kimi “fərasətli 
oğul oyuna çıxanda kim mənimlə olur, fərasətsiz oğul isə mən 
kimlə  olum”  deyir.  Həmişə  çinar  kimi  ucalmağa  çalışmaq 
lazımdır  ki,  sənin  kölgəndə  dincəlsinlər.  Həmişə  kölgə  olmaq 
olmaz ki, başqalarının dalınca sürünəsən. 
     Özünəinam  duyğusunun  mühüm  amillərindən  biri  gələcəyə 
bəslənən  ümiddir.  Məlumdur  ki,  insan  həmişə  indiki 
vəziyyətindən  daha  yaxşı  vəziyyət  arzulayır,  gözləyir,  daim 
təmkilləşməyə,  yaxşılığa  meyl  göstərir,  müasir  vəziyyəti  onu 
təmin  etmir.  Mövcud  vəziyyətindən  bu  cür  narazılıq,  təmin 
olunmazlıq,  narahatlıq  çox  təbiidir  və  öz-özlüyündə  maddi  və 
mənəvi  inkişafın  mühüm  bir  şərtidir.  Bu  cür  meyl,  bu  cür 
“əbədi  narazılıq,  narahatlıq”  olmazdı.  İnsan  həmişə  ümid 
etməlidir ki, gələcək mövcüd vəziyyətdən daha yaxşı olacaqdır. 
Buna  görə  də  gələcək  üçün,  sabahımız  üçün  daha  əzmlə 
fəaliyyət göstərmək lazımdır. Məhz bu cür ümid, inam insanda 
ruh yüksəkliyi, özünəinam duyğusu yaradır. 

108 
 
     Kim  sabaha  ümid  ilə  baxmırsa,  o  bugünkü  qüvvələrini  də 
qeyb  edir,  özünü  tərksilah  edir,  özündəki  potensial  imkanları 
azaltmış olur. 
    Stressə qarşı mühüm mübarizə vasitələrindən biri özünü tam 
dolğun  realizə  etməkdir.  Öz  fiziki,  mənəvi  intellektual 
qüvvələrini realizə edə bilməyən, öz istedad və bacarığını ifadə 
edə  bilməyən  adam  bir  qayda  olaraq  gec-tez  xroniki  stress 
vəziyyətinə düşür. İnsan öz arzu və ideallarını həyata keçirmək 
üçün  real  mübarizə  aparmalıdır,  fəaliyyət  göstərməlidir.  İnsan 
fəaliyyətdə  olarkən,  mübarizə  apararkən  heç  şübhəsiz, 
müəyyən  müvəffəqiyyətlər  əldə  edir.  Bu  ugurlar  özünə 
inamsızlığı aradan qaldırmaq üçün ən qüdrətli qüvvəyə çevrilir. 
Fəaliyyət  gec-tez  müvəffəqiyyətlərlə  nəticələnir.  Həm  də  hər 
bir  müvəffəqiyyət  özünəinamın  rəhnidir.  İnsan  hər  şəraitdə 
özünün böyük gücünə, qüdrətinə, imkanına inanmalıdır. 
     Fəaliyyət  sanki  insanı  mənasız  qəm  yükündən  azad  edir, 
dolaşıq 
fikirlərini 
dağıdıb 
aydınlaşdırır, 
vəziyyətini 
yüngülləşdirir.  Bunu  nəzərə  alaraq  Emil  Zolya  demişdir:  “Ən 
böyük  həqiqət  fəaliyyətdir,  əməkdir.  Həyatın  bütün  nəşəsi 
yaradıcılığıdır. Yaratmaq - ölümü öldürmək deməkdir.” 
    Görkəmli  alman  şairi  İ.Bexer  də  bu  fikri  təkrar  edib 
yazmışdır:  “Nə  vaxt  ki,  qəmlisən  işlə!  Bu,  kədəri  qovmaq 
üçün yeganə vasitədir. Qüssəyə batmamaq üçün işlə! Işlərin 
yaxşı  gedən  də  işlə,  müvəffəqiyyət  qazananda  da  işlə! 
Müvəffəqiyyətdən baş gicəllənmə xəstəliyinə qarşı işləməkdən 
başqa  gözəl  dərman  yoxdur.”Əksinə,  fəaliyyətsizlik, 
bekarçılıq  özü  ilə  bərabər  ürəksıxıcı,  darıxdırıcı  vəziyyət 
gətirir. 
     Bütün  bu  mənfi  emosiyaların  toplanması  həm  təbiətdən, 
həm  də  insanın  özündən  asılıdır.  Çətin  başa  düşmək  olur  ki, 

109 
 
təbiətə  bu  qədər  mənfi  emosiyaları  yaratmaq  nə  üçün  gərək 
olubmuş.  Belə  emosiyaları  “psixi  ağrı”  (pis  əhvali-  ruhiyyə, 
ruhi  əzginlik,  depressiya,  intizar...)  adlandırmaq  olar.  Belə  bir 
fikrə  gəlmək  olur  ki,  təbiət  burada  həddən  artıq  canfəşanlıq 
etmişdir.  Ancaq  bununla  belə  təbiət  özünə  həmişə  asanlıqla 
haqq  qazandıra  bilər.  İstisna  deyildir  ki,  “psixi  ağrı”  vicdan 
adlandırılan insanlararası münasibət üçün bir əsasdır. İnsandakı 
“psixi  ağrını”  aradan  qaldırmaq  həqiqətən  çətin  problemdir. 
Başqa  ümumbəşəri  problemlər  kimi  “psixi  ağrının”da  həm 
bioloji və həm də sosioloji cəhətləri vardır. 
     Ümumbəşəri  ölçüdə  “psixi  ağrını”  cəlb  etmək  nəinki  son 
dərəcə  çətindir,  hətta  lazım  da  deyil.  İnsanı  narazılıq  duymaq 
hissindən  məhrum  eləmək,  ağrı  hissindən  məhrum  eləmək 
qədər qorxuludur. 
    Ancaq  bütün  bunlarla  belə  insanlar  “psixi  ağrı”  ilə  var 
qüvvələri ilə mübarizə aparırlar.   
     Onların  təbii,  qarşısı  alınmaz  miqdarını  minimuma 
endirmək və bu “psixi ağrını”idarə etmək lazımdır. 
    Hər  şeyin  mənası  məhz  ölçüdə  və  təsir  istiqamətindədir. 
Bizim  emosiyamızda  kəmiyyət  çox  vaxt  asanlıqla  keyfiyyətə 
keçir.  Ancaq  emosiyalar  onunla  fərqlənirlər  ki,  onlar  nə 
kəmiyyət  uçotuna,  nə  də  keyfiyyət  istiqamətinə  uyurlar.  Hələ 
heç  kəs  hesablamayıb  ki,  öz  qüvvələrinə  lazımı  qədər  inam 
duymadıqları  üçün  cəmiyyət  nə  qədər  bacarıqlı  adam  itirib. 
Belə  adamlar  dumanlı,  yaxud  aydın  şəkildə  öz  nöqsanlarını 
duyurlar. Bəzən “ilhamlı dəqiqələrdə” inam meteor kimi şəfəq 
saçır.  Ancaq  dərhal  sönüb  zülmətə  bürünür,  bacarığın  gözəl 
inciləri  öləzəyir.  Həddən  artıq  inamlı  olanları  həyat  düzgün 
yola çıxaracaqdır. 

110 
 
    Bir sözlə emosional - iradi “ təməlin” mühümlüyünü sübuta 
ehtiyac  yoxdur.  Əgər  insanda  bu  keyfiyyət  yüksəkdirsə 
arxayınlaşmaq  olar  ki,  xarici  şərait  əlverişli  olmadıqda  belə, 
insan öz imkanlarını açacaq və bacarığı dairəsində maksimum 
fəaliyyət göstərəcəkdir. 
     Özünü  bütün  çətin,  mürəkkəb  şəraitlərdə  ələ  ala  bilmək 
şəxsiyyətin  əzəmətinin  əsas  əlamətidir.  Bunu  nəzərə  alaraq 
əxlaq  nəzəriyyəsi  S.Smayls  yazmışdır  ki,  “özünüidarə, 
özünəhörmət  və  özünüələalma  yolu  ilə  rəzalətlərin  onda 
doqquzunu aradan qaldırmaq olar.” Nə vaxt ki, insan özünü 
əla ala bilmir, öz hərəkət  və davranışlarını idarə  edə bilmir, o 
vaxt  artıq  o,  öz  əzəmətini,  öz  şəxsiyyətini  də  itirir,  çatdığı 
insanlıq  zirvəsindən  aşağı  doğru  yuvarlanmağa  başlayır.  Bu 
vaxt heyvanilik insanlığa qalib gəlir, insan kiçilir, yazıqlaşır. 
     Ən  hirsli  vaxtda  belə  özünü  ələ  ala  bilmək,  öz 
hərəkətlərinin,  dediyin  sözlərin  mənasını  və  labüd  nəticələrini 
dərk edə bilmək insanın “ruhi səlimliyinin” mühüm şərtidir. 
    Özünüələalma  eyni  zamanda  əxlaqi  azadlığın  təzahürüdür, 
mənəvi  sərbəstliyin  mühüm  göstəricisidir.  İnsanın  ən  çətin,  ən 
mürəkkəb  şəraitdə  özünü  ələ  ala  bilməsi,  öz  coşqun 
ehtiraslarını  boğa  bilmək  dərəcəsi,  eyni  zamanda  onun  əxlaqi 
azadlığının,  mənəvi  muxtariyyatının  dərəcəsidir.  İnsan  öz 
iradəsini itirən kimi,  öz hiss və ehtiraslarının cilovunu  əlindən 
buraxan  kimi,  dərhal  öz  əxlaqi  azadlığını  da  itirir,  ağlını 
çaşdırır,  zəkasını  bulaşdırır.  Bir  sözlə,  insan  idarə    edəndən 
idarəolunana,  özünə  ağalıqdan  öz  ehtiraslarının  köləsinə 
çevrilir. 
     Əbəs deyilməmişdir ki, ən böyük qələbə insanın öz üzərində 
qazandığı  qələbədir.  Ən  çətin  vəziyyətdə  özünü  ələ  almaq 
əxlaqi  igidlikdir  və  bu  cür  igidlik  hamıya  müyəssər  ola  bilər. 

111 
 
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil 
mənasında  özünə  ağa  olmaq  qabiliyyətini  qazanmaqdan 
ibarətdir. 
    İndi  planetin  elə  bir  guşəsi  yoxdur  ki,  orada  insanlar  stress 
vəziyyətində olmasınlar. Çünki yer kürəsinin hər bir nöqtəsində 
sanki  “qaynar  vulkanlar”  fəaliyyət  göstərməkdədir.  Biz  XX 
əsrin son iyirmi illiyini “stress illəri” adlandırsaq, heç də səhv 
etmiş olmarıq. 
    Hal-hazırda  stress  sağalmaz  bir  epidemiya  kimi  bütün 
dünyanı  öz  ağuşuna  alıbdır.  Sosioloqlar  və  psixoloqların  əldə 
etdikləri  statistik  məlumata  görə  yer  kürəsində  adamların  son 
25-30  ildə  50%-  i  infarktdan  ölmüşdü.  Bu  da  bilavasitə 
adamların düşdükləri stress vəziyyəti ilə əlaqədar olmuşdu. 
    Yanvar 
hadisəsindən 
sonra  respublikamızda  stress 
vəziyyətinə  düşənlərin  sayı  daha  çox  olmuşdur.  Onu  da  qeyd 
etmək  istəyirəm  ki,  hadisədən  sonra  psixiatr  həkimlərimizə 
yuxusuzluqdan,  daxili  həyəcanlanmadan,  ümidsizləşmədən, 
inamsızlışmadan,  tez-tez  əsəbləşmədən,  ətrafdakı  insanlara 
qarşı  laqeydləşmədən,  bədbinləşmədən  və  s.  mənfi 
emosiyalardan  əzab  çəkdiklərini  bildirən  adamların  müraciət 
etməsi  günü-gündən  artmağa  başlayıbdır.  Deməli,  stress  artıq 
öz işini görmüşdür. 
    Bu  yaxınlarda  Respublika  Mərkəzi  Xəstəxanasının  psixiatr 
həkimi  Əliağa  Həsənovun  yanında  idim.  Həkim  qeyd  etdi  ki, 
Yanvar hadisəsindən sonra, son 2 ayda ona müraciət edənlərin, 
xəstəliyin  yüngül  formasında  təzahür  edənlərin  sayı  təqribən 
1000  nəfərə  yaxın  olmuşdu.  Ancaq  stressin  daha  çox  izini 
orqanızmlərində  duyan,  özünü  həqiqətən  ağır  vəziyyətdə  hiss 
edən  xəstələrin  sayı  300-ə  yaxın  olmuşdur.  Həkimin  gərgin 

112 
 
səyi nəticəsində belə xəstələrin əksəriyyəti artıq həyata yenidən 
ümidlə baxmağa başlayıbdır.  
     Əgər  biz  bu  gün  hamı  üçün  uzun  və  xoşbəxt  həyat 
arzulamaq    istəyiriksə,  adamlar  arasında  mütləq  xeyirxah, 
səmimi,  qardaşlıq  münasibətlərinin  bərqərar  olmasına,  xalqın 
ruhuna  uyğun  hərəkət  etməyə,  kin,  paxıllıq  və  eqoizm  kimi 
hisslərin kəsilməsinə birgə nail olmalıyıq. 
     Bu  gün  bizim  üçün  qərəzçilik,  paxıllıq  qeyri-təbii  hal 
olmalıdır. Axı, biz bu gün humanizm prinsipləri əsasında, yeni 
mənəvi  və  fiziki  kamilliyə  doğru  gedən  sağlam  bünövrəli  bir 
cəmiyyət yaratmaq ümidi ilə yaşayırıq. Bunun üçün hər şeydən 
əvvəl bizim mənəvi birliyimiz tam təmin olunmalıdır! 
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin