Arasında keçirilən “Xarı bülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinin



Yüklə 82,69 Kb.
Pdf görüntüsü
tarix28.12.2021
ölçüsü82,69 Kb.
#48196
xari bulbul



\

“Təsdiq edirəm”

Azərbaycan  Respublikasının  regionlarında və Bakı şəhərində 

fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri 

arasında keçirilən

“Xarı bülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinin 

Ə S A S N A M Ə S İ

Bildiyimiz  kimi  prezident  Ali  Baş  komandan  İlham  Əliyevin  rəhbərliyi  altında 

müzəffər  Azərbaycan  ordusu  44  günlük  Vətən  müharibəsi  döyüşlərində  şanlı  səhifə 

yazaraq doğma vətənimizi erməni işğalçılarından azad etmişdir.

Vətənpərvərlik  insanın öz vətəninə sevgi və sədaqəti,  onun tarixini və bugününü 

dərindən öyrənmək, dara düşərsə mübarizə aparmaq,  doğma vətənin tərəqqisi naminə 

çalışmaqdır.  Vətənpərvərlik tərbiyəsinin  əsas  məqsədi  öz  yurduna,  elinə əsl  sədaqətli 

vətəndaş tərbiyə etməkdir.

Elə  bu  məqsədlə  Uşaq  və  gənclərə  vətənpərvərlik  hisslərini  aşılamaq,  asudə 

vaxtlarının  səmərəli  və  maraqlı  keçirmək  məqsədilə  Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin  dəstəyi  ilə  Gənclərin  Respublika  Bədii  Yaradıcılıq  Evi  respublikanın 

rayonlarında  və  Bakı  şəhərində  fəaliyyət  göstərən  uşaq-gənclər  inkişaf  mərkəzlərinin 

dərnək  üzvləri  arasında 

“Xarı  bülbül”  adlı  onlayn  respublika  şeir  və  mahnı 

müsabiqəsi elan edir.

Uşaq  və  gənclərə  vətənpərvərlik  hissləri  aşılamaq  və  onlarda  ruh  yüksəkliyi 



yaratmaq;

Uşaq və gənclərin asudə vaxtlarını düzgün dəyərləndirmək;



İstedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq;



1.  Ümumi müddəalar

2.  Müsabiqənin məqsədi


3.  Müsabiqənin şərtləri

Müsabiqə 2  nominasiya üzrə keçirilir (şeir və mahnı);



Mahnı 


nominasiyasında 

xalq 


mahnıları 

və 


Azərbaycan 

bəstəkarlarının 

vətənpərvərlik mövzusunda yazdığı  mahnılar təqdim olunur;

İştirakçı  müsabiqəyə  yalnız  bir  mahnı  təqdim  edə  bilər  (mahnın  müddəti  2-3 



dəqiqədən çox olmamalıdır;

Müsabiqəyə təqdim  olunan mahnı  minusla və ya akopella oxuna bilər;



İştirakçının video görüntüsü telefon,  planşet və ya kamera  ilə çəkilə bilər;

-  Təqdim olunan video görüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;

Şeir nominasiyasında müsabiqəyə yalnız bir şeir təqdim oluna bilər;



ifa müddəti 3 dəqiqədən çox olmamılıdır;

müsabiqəyə  Azərbaycan  şairlərinin  vətənpərvərlik  mövzusunda  yazdığı  şeirlər  və 



ya iştirakçının öz yazdığı şeir təqdim oluna bilər;

ifa  zamanı  səhnə  mədəniyyəti,  aydın  intonasiya,  düzgün  tələffüz,  nitqin  səlisliyi  və 



ifadəliliyi,  jest  və  mimikalardan,  səs  tonundan  məqsədyönlü  istifadə,  təqdim  etmə 

bacarığı  kimi meyarlar nəzərə alınacaq;



4.  Müsabiqənin keçirilmə qaydası

Müsabiqə 2 yaş qrupunda həyata keçirilir



7-13 yaş həddi

14-20 yaş həddi



5.  Müsabiqənin  keçirilmə mərhələləri 

Müsabiqə 2 mərhələdə keçirilir:



I mərhələ 23 noyabr -10 dekabr 2020-ci il tarixdə keçirilir.

Bu  mərhələdə  Bakı  şəhəri  və  regionlarda  yerləşən  uşaq-gənclər  inkişaf 

mərkəzlərinin  təşkilat  komitəsi  tərəfindən  hər  iki  yaş  qrupu  üzrə  seçilmiş  1  şeir  və 

1  musiqi  nömrəsi  (ev şəraitində  çəkilmiş  video  görüntü  aydın  və  keyfiyyətli  olmalıdır) 

Gənclərin  Respublika  Bədii  Yaradıcılıq  Evinin  elektron  ünvanına  (arbve@mk.edu.az1 

göndərilməlidir.



II  mərhələ 11-15 dekabr 2020-ci il tarixdə keçirilir.

Yekun mərhələdə qaliblər münsiflər heyəti tərəfindən seçilir.




6.  Mükafatlandırma

Müsabiqədə I,  II,  III yerlərə layiq görülən iştirakçılar diplomlarla təltif olunurlar;

Qalib olan  iştirakçıların video görüntüləri Təhsil Nazirliyinin və Gənclərin  Respublika 

Bədii Yaradıcılıq  Evinin sosial şəbəkələrində yerləşdiriləcək;

Müsabiqə  ilə  bağlı  sualları  Gənclərin  Respublika  Bədii  Yaradıcılıq  Evinin  elektron 

ünvanına  (  arbve@mk.edu.az  )  göndərə  və  ya  qeyd  olunan  nömrələr  ilə  əlaqə 

saxlaya bilərsiniz.

Əlaqə telefonu  :  Şəbinə Mirzəbəyova  (055) 539 55 22 

Sevda Quliyeva  (055) 701  46  16



Yüklə 82,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin