Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi



Yüklə 1,55 Mb.
səhifə1/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
  1   2   3   4   5   6   7   8   9   ...   25
TİBB BACISI İXTİSASI ÜZRƏ NÜMUNƏVİ TEST SUALLARI
Bölmə I
1. Göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi deyil?

A) Növbə talonu yazmaq

B)  Xəstəlik tarixində gündəlik yazmaq

C) Xəstənin başqa həkimin müayinəsinə göndərilməsi ilə əlaqədar bütün yazı

işlərini görmək

D) Həkim xəstəni qəbul edənə qədər lazım olan alətləri hazırlamaq

E) Həmin gün qəbul ediləcək xəstələrin xəstəlik tarixlərini ayırmaq

Poliklinikada xəstəlik tarixində gündəlik yazmaq həkimin səlahiyyətinə aiddir, sadalanan digər vəzifələr isə poliklinika tibb bacısınin vəzifəsidir.

Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 88, Bakı 2008.

 
 2. Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir?

A) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi

B) Mədənin yuyulması, buz qovuğunun tətbiqi

C) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi

D) Aclıq və buz qovuğunun tətbiqi

E) Aclıq və qansaxlayıcı preparatların tətbiqi.

Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu uzandırıb mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir, qansaxlayıcı preparatlar həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz qovuğunun təsirindən damarlar daralır və qanaxma zəifləyir.

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998

 

3. 1Təsir Vahidi (TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə, 200 qr qlükozanı qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir?

A) 40 TV

B) 25 TV


C) 60 TV

D) 20 TV


E) 10 TV.

200 qr qlükozanı qlikogenə çevirmək üçün neçə TV insulin lazım olmasını tənasüb yolu ilə tapa bilərik.

1TV--- 5 qr

X TV---200 ml. qr  X=200 : 5 = 40 TV

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.158  

Çıraq “  2008.

 

4. Təmizləyici imaləyə əks- göstəriş hansıdır?

A) Dərman imaləsindən əvvəl

B) Doğuşdan əvvəl

C) Qanayan babasil olduqda

D)Qarın boşluğundakı əməliyyatlardan əvvəl

E) Bağırsaq xəstəliyi



İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu zaman təmizləyici imalə əks-göstəriş sayılır.

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998

 

5. Sidikdə qanın olması necə adlanır?

A) Albuminuriya

B) Nikturiya

C) Piuriya

D) Hematuriya

E) Qlükozuriya

Sidikdə qanın olması hematuriya adlanır və 3 növü mövcuddur: qan sidik aktının əvvəlində, sonunda və total hematuriya şəklində olur, yəni sidik başdan-başa qana boyanır.

Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998

 

6. Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?

A) 1,5 saat

B) 3 saat

C) 30 dəqiqə

D) 1 saat

E) 45 dəqiqə

Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın divarı zədələnə bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27  “Çıraq” 2008.

 

7. Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?

A) Qida qəbulundan 2-3 saat sonra

B) Qida qəbulundan 15-30 dəq. sonra

C) Qida qəbulundan dərhal sonra

D) Gecə və acqarına

E) Qida qəbulu zamanı

Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir, orada olan xoranı qıcıqlandırır və ağrıya səbəb olur.

Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147 “Çıraq” 2008

 

8.Tənəffüsün olması necə təyin edilir?

A) Döş qəfəsinin hərəkətinə nəzarət, tənəffüs küylərinə qulaq asmaqla

B) Xəstənin ağzına güzgü yaxınlaşdırmaqla

C) Ətrafların hərəkətlərinə nəzarət etməklə

D) Ağız boşluğuna nəzarət etməklə

E) Xəstənin rənginə nəzarət etməklə

Tənəffüs zamanı (nəfəs alma və nəfəs vermə) qabırğaarası əzələlər yığılıb-açıldığı üçün döş qəfəsi hərəkətli olur və fonendoskopla qulaq asdıqda tənəffüs küyləri asan eşidilir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 5 “Çıraq” 2008

 

9. Duodenal zondlama zamanı neçə porsiya öd götürülür?

A) 4

B)  1


C)  2

D)  3


E)  5

Duodenal zondsalma zamanı 3 porsiya öd götürülür: A- porsiyası 12 barmaq bağırsaqdan götürülür, açıq-sarı rəngdə olur; B porsiyası öd kisəsindən götürülür, tünd zeytun rəngdə olur; S porsiyası qaraciyər ödü olub, öd axacaqlarından götürülür, daha şəffafdır və sarı-qızılı rəngdədir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.36 “Çıraq” 2008.

 

10. Aşağıdakılardan hansı instrumental müayinəyə aid deyil?

A) Kompyuter tomoqrafiyası

B) ExoKQ (exokardioqrafiya)

C) EKQ (elektrokardioqrafiya)

D) Palpasiya

E) Ultrasəs müayinəsi

Palpasiya sözü latın dilindən tərcümədə “əlləmək” deməkdir, bu zaman müayinə yalnız əllə aparıldığı üçün bu müayinə instrumental müayinə hesab edilə bilməz.

Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. Стр. 24 «Медицина» Москва 1989

 

11.Qızdırmanın I dövründə sadalananlardan hansını tətbiq etmək olar?

A) Yaş bürümə

B) Soyuq kompress

C) Isidici kompress

D) Sərin vanna

E) İsitqac

Qızdırmanın I dövründə periferik damarlarda spazma olur, bu zaman xəstə üşüyür, titrəyir. Ona görə bu dövrdə xəstənin ayaqlarına isitqac qoyulur.

Ədəbiyyat:  C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105 “Təhsil” Bakı 1998

 

12. Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?

A) 90°

B) 45°


C) 30°

D) 60°


E) 75°

90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.

Ədəbiyyat:  C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq Səh.152 “Təhsil” Bakı 1998.

 

13. Aktiv xəstənin yataq ağlarını neçə gündən bir dəyişdirmək lazımdır?

A) 7gündən bir

B) 14 gündən bir

C) Ayda 2 dəfə

D) Ayda bir dəfə

E) Gündə bir dəfə

Əgər xəstə aktiv vəziyyətdədirsə 7 gündən bir gigiyenik vanna və ya duş qəbul edir və yataq ağları dəyişdirilir, əgər xəstə passiv vəziyyətdədirsə, onda xəstənin yataq ağları hər gün dəyişdirilməlidir.

Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 65 “Təhsil” Bakı 1998

 

14. Bayılma zamanı ilk yardım nədən ibarətdir?

A) Ürək nahiyəsinə soyuq kompress qoymaq

B) Xəstəni otuzdurmaq

C) Ətraflara turna qoymaq

D) Ürək nahiyəsinə isitqac qoymaq

E) Xəstəyə üfüqi vəziyyət vermək

Bayılmaya səbəb kəskin damar çatışmazlığıdır. Bunun nəticəsində beyinə gedən qanın miqdarı azalır, ona görə də xəstəyə üfüqi vəziyyət verdikdə beyinə qan axını yaxşılaşır və xəstə özünə gəlir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 513 ”Çıraq” 2008.

 

15. Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır?

A) Qastroskopiya

B) Duodenoskopiya

C) Kolonoskopiya

D)  Ezofaqoskopiya

E) Sistoskopiya

Kolon” latın dilində yoğun bağırsaq, “skope” - baxıram deməkdir. Latın dilindən tərcüməyə əsaslanaraq kolonoskopiya yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi deməkdir. “Endo”- daxili deməkdir.



Ədəbiyyat: C.N.Hacıyev.  R.Y.Əliyev, .”Xəstələrə qulluq”,. Səh.217. “Təhsil” Bakı 1998.
16. Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalədən isitfadə olunur?

A) Yağlı


B) Sifon

C) Təmizləyici

D) Dərman

E)  Qidalandırıcı



Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon imaləsindən istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su götürülür.Bu miqdarda su orqanizmə daxil olmuş zəhərli maddələrin tam təmizlənməsini təmin edir.

Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq .  Səh.203 “Təhsil” Bakı 1998

 

17. Ağciyər qanaxması zamanı tibb bacısının sərbəst müdaxiləsi nədən ibarətdir?

A) Döş qəfəsinə isitqac qoymaq

B) Döş qəfəsinə soyuq kompress qoymaq

C) Vena daxilinə kalsium-xlorid məhlulu yeritmək

D) Vena daxilinə natrium-xlorid məhlulu yeritmək

E) Vena daxilinə aminokapron turşusu məhlulu yeritmək

Ağciyər qanaxması ağır fəsad olduğundan tibb bacısı həkim gələnə qədər yalnız buz qovuğundan istifadə etmək səlahiyyətinə malikdir. Digər müdaxilələr yalnız həkimin səlahiyyətinə aiddir.

Ədəbiyyat: QaqunovaY.Y  “Xəstələrə ümumi qulluq”. Səh 197. “Maarif” 1974
18. 1 ml–də neçə vahid insulin vardır?

A)  20 vahid

B)   40 vahid

C)   10 vahid

D)  30 vahid

E) 25 vahid



İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4 vahid insulin deməkdir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq” 2008.
19. Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?

A) Onurğaya

B) Döş qəfəsinin aşağı hissəsinə

C) Kürəkaltı nahiyəyə

D) Döş qəfəsinin yan tərəflərinə

E) Onurğa ətrafı nahiyəyə



Bankalar  əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.

Ədəbiyyat:  C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998

 

20. Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?

A) Hipoqlikemiya

B) Hiperproteinemiya

C) Hipoproteinemiya

D) Hiperqlikemiya

E) Hiperbilirubinemiya

Hiper” latınca çox, “emiya” qan deməkdir, “qlik” şəkilçisi isə şəkər sözünü bildirir. Şəkərli diabet zamanı insulin hormonu çatışmadığına görə qlükoza qlikogenə cevrilə bilmir və nəticədə qanda  hiperqlikemiya olur.



Ədəbiyyat:  N.R. Paleyevin redaktəsi ilı “Tibb bacısının məlumat kitabı” .Səh. 158 “ Çıraq” 2008.

 

21. Şəkərli diabet daha çox hansı ağırlaşmanı törədə bilər?

A) Metabolik alkaloz

B) Hiperqlikemik koma

C) Ürək çatışmazlığı

D) Böyrək çatışmazlığı

E) Hipertonik kriz

Şəkərli diabet zamanı turşu-qələvi müvazinəti  turşu tərəfə pozulur, ketoasidoz olur,keton cisimcikləri MSS-nə (mərkəzi sinir sisteminə) toksik təsir edir, nəticədə xəstə hiperqlikemik komaya düşür.

Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Çıraq” 2008

 

22. Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?

A) Alkoqol iyi

B) Aseton iyi

C) Tütün iyi

D) Ammonyak iyi

E) Lax yumurta iyi

Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ gəlir, nəticədə xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Cıraq” 2008.
23. Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?

A) Asan olması

B ) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi

C ) Qaraciyərin baryer rolunun kənarda qalması

D ) Allegik reaksiyanın olmaması

E ) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi



Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.

Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974

 

24. Yataq  yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir dəyişmək lazımdır?

A) 1,5

B) 3


C) 2

D) 2,5


E) 1

Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, dərialtı və digər yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə hər 2 saatdan bir xəstəni müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə saxlamaq lazımdır.

Ədəbiyyat: C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998.

 

25. Qara ciyər sirrozu olan xəstəyə tibb bacısı hansı yeməyi qadağan etməlidir?

A) Kefir, qatıq

B) Qızardılmış ət

C) Suda bişmiş ət

D) Buxarda bişmış balıq

E) Yulaf yarmasından bişmiş sıyıq

Sirroz zamanı qaraciyərin bir çox funksiyaları, o cümlədən öd sintezi pozulur, ödün əsas funksiyası da yağları həll etmək olduğu üçün, bu baxımdan yağlı qidaların, qızardılmış ətin qəbulu əks-göstəriş sayılır.

Ədəbiyyat:  N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 151. “Çıraq” 2008.

 

26. Qastroskopiya müayinəsinin aparılması üçün xəstə müayinəyə necə gəlməlidir?

A) Kontrol yemək yedikdən sonra

B) Yeməkdən 1 saat sonra

C) Yeməkdən dərhal sonra

D) Acqarına

E) “Almagel” qəbul etdikdən sonra

Qastroskopiya mədənin selikli qişasının qastroskop adlanan cihazla müayinə metodudur. Mədədə yemək olduqda və ya  “Almagel” içdikdən sonra selikli qişanın üzəri örtüldüyünə görə dəqiq diaqnoz qoymaq mümkün olmur. Eyni zamanda dolu mədəyə qastroskopun zondu yeridildikdə dərhal qusma baş verir.

Ədəbiyyat:  N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 28 “Çıraq” 2008.

 

27. Endemik urun profilaktikası üçün hansı məhsul yodlaşdırılır?

A) Qənd, konfet

B) Xörək duzu

C)  Süd məhsulları

D) Ət məhsulları

E) Bitki yağları

Xörək duzu digər məhsullardan fərqli olaraq hər gün qida rasionuna daxil edilir, ona görə endemik urun   profilaktikasında  1kq duza 10 qr kalium yodid əlavə edilmiş yodlaşdırılmış duz istifadə edilir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 117. “Çıraq” 2008
28.Qanın ümumi analizində aşağıdakılardan hansını müəyyən etmək olmur ?

A) Leykositləri

B) Eritrositlərin çökmə sürətini

C) Hemoqlobini

D) Eritrositləri

E) Hormonları



Hormonları müəyyən etmək üçün qanın biokimyəvi analizi aparılır, bunun üçün venadan 20 ml qan götürülür. Sadalanan digər amilləri müəyyən etmək üçün isə qanın ümumi analizi aparılır və bu zaman barmağın ucundan  bir neçə damcı qan götürülür.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 27 “Çıraq” 2008

 

29. UYT (ultra yüksək tezlikli) cərəyan  ilə müalicə zamanı xəstə nə hiss edir?

A) Tirtrətmə

B) Qarışqa gəzintisi

C) Vibrasiya

D) Sancma

E) Yüngül istilik

UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik əmələ gəlir, bu da xəstədə yüngül istilik hissi yaradır.

Ədəbiyyat: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980

 

30.Abdominal punksiyadan sonra xəstənin qarnını nə üçün dəsmalla sıxırlar?

A) Xəstə bayılmasın

B) Beyin qansızması baş verməsin

C) Ağciyər ödemi baş verməsin

D) Hipertonik kriz baş verməsin

E) Qarın boşluğuna maye yenidən yığılmasın

Qarın boşluğundakı maye damar təzyiqinin qalxmasına səbəb olur və bu mayeni birdən – birə xaric edildikdə kəskin damar çatışmazlığı(kollaps) baş verər və xəstə bayıla bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 81-82. “Çıraq” 1991

 

31. Masaj qaydalarına uyğun gəlməyən nədir?

A) Masaj otağının havası quru olmalıdır

B) Masaj otağı işıqlı olmalıdır

C) Masaj otağında 1 çarpayı üçün 8m2 sahə ayrılmalıdır

D) Masaj otağının hərarəti +35°  + 37°  olmalıdır

E) Masaj otağı ventilyasiyalı olmalıdır

Masaj hərarəti 20 dərəcədən az olmayan, işıqlı, yaxşı ventilyasiyası olan otaqda aparılmalıdır. +35°  + 37°  temperaturlarda masaj etmək masaj qaydalarına uyğun deyil.

Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278   “Maarif” Bakı 2008

 

32. Masaj zamanı dərini qıcıqlandırmamaq üçün aşağıdakılardan hansını istifadə etmək olmaz?

A) Talk tozu

B) Su


C) Bitki yağı

D) Vazelin

E) Uşaq pudrası

Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və uşaq tozu(pudrası) istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün istifadə edilmir.

Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” bakı 2008

 

33. Yetkin şəxslərdə temperatur hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C0)?

A) 40,5 - 41,0

B) 37,0 - 38,0

C) 38,0 – 38,5

D) 38,3 – 38.5

E ) 36.6-37.0

Temperatur 40,0 C0 –ni keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu zaman zülalların parçalanma məhsulları qanla baş beynə gedir və huşun dəyişməsinə, bəzən itməsinə, hətta sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara) səbəb olur. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974

34. Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə....... yeridilməsindən ibarətdir. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.

A) İnsulin

B) Heparin

C) Dibazol

D) Qlükoza

E) Kofein



Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə yeridilən qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162   “Çıraq” 2008

 

35.Yoluxmuş iynə ilə öz əlini zədələyən tibb bacısı nəyi düz etmir?

A) Furasillinlə yaralanan yeri işləyir

B) Bir damcı qan çıxarır

C) Əllərini sabunla yuyur

D) 70 dərəcəli spirtlə silir

E) Yod məhlulu ilə işləyir

Tibb bacısının bədəninə səhvən yoluxmuş iynə batarkən dezinfeksiyaedici məhlullar istifadə olunmalıdır. Furasillin məhlulu isə bu məqsədlə istifadə edilmir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.56  “Azərnəşr” Bakı 1984

 

36. İsti vannaları hansı halda tətbiq etmək olmaz?

A) Xroniki bronxit

B) Xroniki pnevmoniya

C) Kəskin respirator xəstəlik

D) Xroniki rinit

E) Yüksək hərarət

Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır.

Ədəbiyyat:  C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998
37. Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?

A) Lax yumurta

B) Alkoqol

C) Aseton

D) Ammonyak

E) Tütün



Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
38. Hansı halda masaj etmək olmaz?

A) Piylənmə zamanı

B) Oynaq xəstəlikləri zamanı

C) Limfa düyünləri şişdikdə

D) Bağların dartınması zamanı

E) Spastik iflicdə



Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir. Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272.  “Maarif” Bakı 1980

 

39.Bunlardan hansı masajın əsas metodu deyil?

A) Kəsmələmə

B) Sürtmə

C) Sığallama

D) Basmalama

E) Döyəcləmə

Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir.

Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980 
40. Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?

A) Yüksəklik

B) Tonus

C) Dolğunluq

D) Gərginlik

E) Tezlik



Ədəbiyyat: Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir.

Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974

 

41. Hirudoterapiya nədir?

A)  Zəli ilə müalicə

B) Su ilə müalicə

C) İqlimlə müalicə

D) İşıqla müalicə

E) Qanburaxma

Latınca zəli  “Hirudenia “ adlanır və zəlinin tüpürcəyinin tərkibində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.39  “Çıraq” 2008

 

42. Şəkərli diabeti olan xəstələrin dispanser müşahidəsi zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsidir?

A) 15 gündə bir dəfə qan analizi verməyə çağırmaq

B) Xəstəni növbəti müayinəyə çağırmaq

C) 15 gündə bir dəfə sidiyin analizini gətirtmək

D) Sadalananların hamısı

E) Xəstə özünə iynə vura bilmədikdə hər gün müəyyən saatlarda ona insulin vurmaq.

Şəkərli diabeti olan xəstələr endokrinoloqun və tibb bacısının dispanser müşahidəsi altında olurlar. Tibb bacısı xəstənin dispanser yoxlamasından keçirilməsində və müalicəsində fəal iştirak edir və yuxarıda sadalananların hamısı onun vəzifəsinə aiddir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.159  “Çıraq” 2008.

 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin