Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Niyə? - Özümdən asılı olmadan dilləndim. 



-Mat ne pozvalyayet, - Atilla dedi. 

Mənim gülümsəməkdən başqa çarəm qalmadı, 

yaxınlaşıb başını sığallamaq istədim, özünü əlimin 

altından qaçırtdı, əlim bir anlığa havada qaldı, toz-

torpaqlıdı, uşaq yəqin ona görə qaçdı əlimin altından, 

deyə düşündüm. 

-Bəs bunlar kimdi, kimin uşaqlarıdı, bunları da 

tanış elə,- dedim, çəkilib külüngümün yanında 

dayandım, kədərlənmişdim birdən-birə... 

“...Atillanın rusca danışmağı da Biləcər daşlarına 

ermənicə yazı yazmaq kimi bir şeydi... Hə, bizim bu 

Atilla da üstündə erməni yazısı olan daş lövhədi, 

Atillaya da erməni işarəsi vurulub...” deyə fikirləşdim, 

hə, bu temanı işləyərəm, işlənməlidi. Külüngü götürüb 

sonuncu erməni hərfini də vurub yerə sərdim... 

-Ata, bu Qarikdi, - barmaqlarının ucuna qalxıb 

ağzını qulağıma tutdu. -Rəisi gəzdirən erməninin 

oğludu... tanıyırsan? 

“Həə, bizim rayonun milis rəisinin sürücüsü; 

sarışın, həmişə gülən, qılıqlı, nəinki hər kəsə yaxın, 

hamının daxilində olmağı bacaran bir adam, elə belə 

də gözlərimin önünə gəldi. Bu yörələrdə nə qədər adam 

tutuldu, a bala,  ay Qarik, sən də eşit, a mənim qıbçaq 

üzlü oğlum, a sovet məktəbinin istehsal etdiyi məh-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sullar. Hamı bilirdi ki, bütün bunlar Qarikin atasının 



işidi, dinən yoxdu, amma...” 

Nə isə, gələcək nəslə demək istədiyim milliyə dərsi 

batdı, udquna-udquna külüngümə baxdım, canlıydı elə 

bil, bir göz gətirməyi qalmışdı...    “Qarik atasına 

danışsa, dərsi mənə verəcəklər, erməni yalan olacaq, 

mən gerçək, Biləcər dağlarından qədim erməni yazısı 

tapılıb, onu millətçi azəri türkləri dağıdıblar...bütün 

dünya səs- səs verəcək...” Dırnağımın ucuna kimi 

soyuyub buza döndüm. 

-Ata, bu da bizim Məsidi, tanıyırsan da... 

-Kolbasa...?! - Onu tanıdığım üçün sevinc içində 

qışqırdım. Məsi ağzında kolbasa maşının 

pəncərəsindən baxan yerdə yanında da it gözlərimin 

qarşısına gəlmişdi. “Həə, onun da atası zavmaq 

Abramın itlərinə baxır, seyid Barxudar. Hər axşam 

itləri maşına qoyub gəzməyə aparanda Məsi də itlərin 

kolbasasınnan yeyə-yeyə maşının pəncərəsndən baxar, 

məhlənin uşaqları da  onların ardınca qaçarlar...Həə, 

Məsini mən belə görmüşəm...” 

-Ay sağ ol, Məsi, bəs itlərini də gətirəydin,- dedim, 

külüngümü götürüb daşların arasından çıxdım.  

“Uşaqdılar daa, neynillər eləsinlər, cadəcə mənim 

dərsim qaldı, gənc nəslə demək istədiyim milliyə dərsi. 

Amma dərs deməüçün ilk öncə məktəb olmalıdı



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

daha doğrusu, yaranmalıdı, məktəb olmur, yaranır, 



necə ki, eyni düşüncə, eyni əxlaq  istehsal edən rus-

sovet  məktəbləri yaranmışdı...” 

Bu fikrin ən doğru cavabını  bir-neçə ildən sonra 

Sevortyan Seda deyəcək, mənsə məətəl qalacam, 

qorxu-hürkü bürüyəcək canımı... 

“-Bilirsən, Leninin cürbə-cür cib dəftərçələri olub, 

həmişə üstündə gəzdirirmiş, gizlin qeydlərini eləyirmiş; 

əsas proqramlarını, planlarını, açıb  deyə bilmədiyi 

siyasi məqsədlərini ora yazıb işləyərmiş, 1924-cü ildə 

vəvat eləyəndə, dəfn mərasiminin baş mühəndisi o 

dəftərçələri götürüb. Eşitmisən, bu haqda? 

-Yox. 


-O mühəndis 1926-cı ildə qaçıb Fransaya, 

“Leninin cib dəftərçələri” adında iri bir əsər yazıb. 

-Hardan bilirsən, görmüsən? 

-Atam gətirmişdi evə, bir həftə ailəliklə oxuduq. 

Qadağan olunmuş kitabdı, - əlini əlinin üstə qoydu, - 

düz bu boyda. 

“Bizim haqqımızda yenə nəsə yazılıb, bizim 

deyəndə də türklərin, yoxsa ermənilər yığışıb gecə-

gündüz oxumazlar.” 

-Nə yazılıb? - dedim. 

-Yeddi yüz səhivəlik kitabdan bircə bəndi 

deyəcəm. Birinci cib dəftərçəsindən səkkizinci bənd: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

SSRİ-də yaşayan türkləri qəzetlərimizi oxuyacaq 



dərəcədə savadlandırmaq kifayət edər, onnan aqrtıq 

olmaz... - Seda gülümsəyib başını qaldırdı, məni nə 

halda gördüsə, tələsik əlavə elədi- mən deməmişm ki, 

yolddaş Lenin deyib. Düz deməyib? Çobanlara  

savadlanmaq olmaz... -Uzun-uzadı qəhqəhə çəkdi, 

yaşıl bir ağacın altıydı, arxadan məni qucaqlayıb 

yumru bərk döşlərini küryimə sıxmışdı, mən şairlər 

demiş, onun nə vaxt içimə sancılacağını gözləyirdim...” 

“Həə, bizim bilikli,dahi insanlarımız cox olsa da 

görünür bütövlükdə savadsızıq, daha doğrusu, indiki 

günün savadsızı. Yüksək səviyyələrdə gözümüzü 

döyməyimiz də buna görədi... Özünü görməmək, 

anlamamaq, özündən uzaqlaşmaq, kim olduğundan 

xəbərsiz, bütün bunlar Lenin məktəbinin yetirdiyi, 

istehsal etdiyi məhsul deyilmi...” Bu fikirlərlə evə tərəf 

gedirəm, Biləcər qayalıqlarından baxanda Bakının bir-

birindən seçilməyən yeni binaları, evləri-eşikləri ayağım 

altındadı, külüngümü yerə söykəmişəm, dizimin 

dibində qulaqlarını sallayıb durub. Bir-birindən o 

qədər də seçlməyən gənc nəslimizi bir də görmək 

istədim, döndüm, özləri görünmürdü, qayalıqlardan 

səsləri gəlirdi...” 

Deməli rus kimi böyüməlisən, bir türkün rus kimi 

böyüməyisə erməni olmaq deməkdi. Evə qayıdandan 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sonra da bu fikirlər başımdan çıxmadı, yerimə uzanıb 



gözlərimi yumdum; məni bürümüş qorxunun içində 

yaxamdan yapışıb  silkələyirdilər, “Biləcər 

qayalıqlarindakı erməni yazılarını niyə dağıtmısan...” 

Qarikin atasının səsiydi. Deyirdim, indi kimsə elə bu 

səslə qapını döyəcək, gəl, deyəcək, gəl, görək 

neynəmisən.  

Doğrudan da günlərin birində elə həmin səslə 

qapımı döyüb apardılar məni: 

-Bilirsən, ağlını başına yığ, mənim rayonumda it 

pişiklə, qurd quzuyla dolanır. O qırıb dağıtdığın daşın 

tozunu yedirdərəm sənə! - Rəisin özü dindirirdi məni. - 

Nə təhər olur əə, Sevortyanın qızıynan kef eliyirsən, 

əlifbasını bəyənmirsən amma. Elə Sevortyanın qızına 

görə də bağışlayıram səni, get, erməni qızıyla kef eləyə-

eləyə  yaşa... 

Çaşmış halda ayağa durdum, elə qapıya 

çatmışdım ki, arxadan səsi gəldi: 

-Eşit, əə, şairə-zada oxşayırsan özün də, evlənərsən 

birdən, Sevortyanın qızıyla, - barmağını mənə tuşlayıb, 

- bax, haa, əlimnən qurtara bilməzsən! -dedi, güldü. 

Rəis özü demiş, hamıyla məzələnəndi; bu gün də 

mənimlə məzələndi. Qoymadı fikrimi axıracan deyəm. 

Nə qədər dedim: 

-Rəis, bir erməni Biləcər daşlarına... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sözümü ağzımda qoydu: 



-Ə, nolsun?! Nolsun, Biləcər daşlarına kimsə yazı 

yazır...?! Birincisi, nə bilirsən, o yazını yazan ermənidi? 

- Susub xeyli üzümə baxdı, mən sözün əsl mənasında 

inandım ki, o, bu arada pullarını xatırladı, yağlı tox 

baxışlarını üzümdən çəkmirdi. -Hıı, nə bilirsən? Bəlkə 

özümüz yazırıq... 

-Biz ermənicə bilirik ki...? - Mənim bu 

sadəlövhlüyüm, daha doğrusu, avamlığım, ona ləzzət 

elədi. 

-Ə, pul olan yerdə niyə bilmirik, ermənicə bilmək 



nə mənədi ki. Sən özün yazmazsan bəyəm? Yazarsan, 

pul versələr lap gedib Sevortyanın evində yazarsan, - 

birdən elə bərkdən güldü ki, diksindim. -Amma 

Sevortyanın qızını yaman tapmısan! 

-Məsələ kimin yazmağında deyil, naçalnik, indi 

Biləcər dağlarını axtarsalar içinnən erməni yazıları 

çıxacaq...-Mən tələsik dilləndim ki, sözümü kəsməsin, 

Sevortyanın qızı məsələsinin də üstündə çox 

dayanmasın. 

-Çıxsın daa, nolsun, o da bir bəzəkdi, qədimlikdi. 

Birdə ki, sən Sovet İttifaqında yaşayırsan, yadınnan 

çıxartma, Sovet İttifaqı olan yerdə nə Ermənistan, nə 

Azərbaycan...! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Pərt olsam da naçalnikin yanından necə çıxdığımı 



bilirəm... Onu da fikiləşirəm ki, bizi idarə eləməyə nə 

var; asanca bir şeydi, köksüz, nəcabətsiz, dibçək 

bitgiləri kimi yerdən aralı, taxtaların, daşların üstündə, 

dilsiz, ağızsız...  

Nə isə, yolun sağına soluna baxmadan yolu 

qarasına keçdim. Dayanıb rəisin yaşını hesablayıram, 

düz gəlir, “Leninin cib dəftərçələrinin açdığı 

məktəblərin şagirdi, tələbəsi...” Bu ifadəni bir neçə kərə 

dodaqaltı pıçıldadım. Rəis demiş, hə, nolsun, tələbə 

vaxtlarımda heç nədən qorxmazdım,  elə qorxmaz 

olaraq da dalaşa-dalaşa universiteti bitirdim, indi işsiz-

gücsüz ortalıqlarda qalmışam... 

“...Azərbaycan üçün ermən istehsal edən rus-sovet 

məktəbləri...” Çap etdirə bilməsəm də elə bu haqda 

yazım, qalsın, heç olmasa içimin tikanları çıxsın. Bu 

fikirlərlə binaların arasında dayanmışam, qışqırmaq 

istəyirəm. Qorxu, vahimə bürüyüb məni, bu, dolana 

bilməmək qorxusudu, hər şeydən əvvəl, tək bir 

anamısa dolandıra bilməyəcəyəm...Əslində bu da deyil, 

özümü alladıram, sadəcə fikirlərim ilişib boğazımda 

qalıb, 

“xalq hələ millət deyil...”, “millət xalqı



nəcabətli, təmiz qolundan yaranmalıdı...” Bəlkə 

sınıram, özümnən xəbərim yoxdu, məhv oluram bəlkə, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

rəisin qarşısında nə günə düşmüşdüm, o nə səsdi, 



çıxırdı mənnən... 

“Türkləri vəzifəyə qoyanda tələsmə, seç, 

savadsızları iş başına gətir, o da ətrafına öz 

savadsızlarını yığacaq...” İnsanı seçməyə nə var ki, gör, 

rəisi necə tapıblar, gör Balacahunlunu necə 

işləyiblər...Qardaşım bir kəlmə rusca bilmir, amma hər 

cümləsində üç dənə rus sözü işlədir. Nolub deyir, bizim 

söz deyil? “Splaşnoy...”gülür özü də ləzzət içində. 

Özünə gəlib bir də soruşur: 

-Sən canın, splaşnoy bizim söz deyil? 

Rus üçün, rus dövləti üçün istehsal olunmuşlar...  

-...neynim mən, akademik Balacahunlu, daha da 

hisslərimi itilədin, mən də gərək auditoryalarda toz 

kimi içimizə hopdurduğun kökü Leninin cib 

dəftərçələrində olan məktəb proqramlarıyla, 

dərsliklərlə böyüyüb hamıya, həşeyə oxşayaydım, hə



ş

eyə oxşayansa, özün yaxşı bilirsən ki, heç nəyə 

bənzəməz... 

İndi 80-ci illərin ortalarıdı, rus-sovet 

məktəblərində bizdən fərqli olaraq özlərini anlamaqla, 

daha doğrusu, özlərini yenidən qurmaqla məşğul olan 

ermənilər də bizi kimi rus- sovet məktəblərini 

bitirdilər...Bəs Azərbaycanın Qarabağ bölgəsini, 

Ermənistan əhalisinin 90 faizini təşkil edən azərbaycan 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

türklərini, bütövlükdə Qafkazı bürümüş erməni 



qasırğası hardan gəlməyə başladı?! 

 Bəs, bizim torpaqların hesabına yaranmış 

əldəqayırma Ermənistan Respublikasının müharibəsi 

də əldəqayırma olacaq daa, hörmətli akademik 

Balacahunlu. Müharibələrin min cür üzü var, bu da bir 

üzü. Siz bunu niyə  anlamadınız? Ermənilər, bütün 

türklərə ölüm, şüarları deyəndə, bizə şərqi 

oxudyrdunuz: 

Kür, Araz, Ararat, 

Gözəldi bu həyat... 

Qardaş olub Hayastan, 

Azərbaycan... 

Biz böyüyüb tamam tərsini gördük, səhvin 

dərinliyinə bax, yoldaş akademik Balacahunlu.  

“...Bu səhvləri düzəltməüçün oxuduğumuz 

mahnıları qusmalıyıq, ürəyimiz bulanmalıdı



ö

güməliyik, aldığımız təhsili- bilgini yaddaşımı

götürməməlidi, biz öyrəndiyimiz tarixi qusub geri 

qaytarmalıyıq ki, təmizlənək, mümkündümü bu?!”  

...Seda tül xalata bükülüb üz-üzə oturmuşdu, 

xalatdan başqa əynində heç nə yoxdu, çıl-çılpaqdı, 

əlindəki badəni ətli- dolu dodaqlarının üstündə 

saxlayıb mənə baxır, içmır, üz-gözünün sakit, yumşaq 

olmasından bilirəm ki, mənim bu əzabım ona xoşdu: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Yaxşı ki, sənnən uşağa qalmamışam, -deyir. –



Uşağa qalmış olsaydım, yəqin ki, bağrım çatdayardı. 

Mən onun bu sözündən sonra atasını xatırladım, 

Mamvel Sevortyanı... Milis mayoru Mamvel 

Sevortyan, həmişə boynu içinə batıq, üzü çiyinlərinə 

sarı, elə bil ağzı çatsa paqonlarını gəmirəcək... 

-Türkə heç itimi də vermərəm! İstəyir qızımla lap 

yüz il gəzsin... 

Milis mayoru Sevortyan mənə eşitdirir, gəldiyimizi 

görüb yəqin, Sedayla əl-ələ tutub yaxınlaşırıq. İki 

mərtəbəli həyət evləridi, vağzaldan azca yuxarı küçənin 

o başınacan sırayla düzülüblər. Evlərin özündə, 

görkəmində yəni, ermənilik yoxdu, səs-küyündə, 

geyim-gecimində var... 

Seda məni həyət qapısının ağzınacan apardı. Bir 

neçə müddətdi, anlamışam ki, Seda məni həyətə, həyət 

adamlarına, atasına göstərmək istəyir... Həyət qapısı 

açıqdı, məni qapının ağzında qoyub atasının üstə 

qaçdı, atasını öpüb, nəsə dedi... 

-Mayorun qulağına nə pıçıldayırdın? - Səhəri gün 

görüşən kimi soruşdum. - Düzün de! 

-Dedim, narahat olma, türklərə mən sənnən də 

çox nifrət eləyirəm. Belə deyəndə hirsi soyuyur. 

-Həə, mən də deyirəm, dodağının altında niyə 

gülümsədi, birdən- birə... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

O vaxtdan bir-iki ay keçib, elə bir-iki aydı mayor 



Sevortyanın gözünə görünmürəm, heç görünmək də 

istəmirəm... 

Nə isə, Seda mənim cavabımı gözləyir, bilirəm 

istədiyi məni özümdən çıxartmaqdı, çıxım da. Başımı 

qaldırıb baxdım, anlayım görüm nə deyir, daha 

doğrusu, nə demək istəyir: 

-Mənə də xoşdu ki, mənnən uşağa qalmamısan, 

erməni olacaydı da. -dedim. - Sənnən çıxanın türk 

olmağını istəmirəm...” 

Biləcər qayalıqlarından şəhərə tamaşa eləyirəm, 

fars yönlü insanların, daha doğrusu, tədqiqatçıların 

yüz-yüz illərdi Badü-Kübəyə döndərmək istədikləri 

amma bacarmadıqları doğma Bakı şəhərinə...heç kəs 

Badü-Kübə demir, ən sağlam olanı elə budu. Bayaq 

milliyə dərsi demək istədiyim gənc nəslin səs- küyü 

məhləni götürüb, bu da anlaşılandı, elə bil bayaqkı 

kimi ermənıni daşa basıblar. 

Heç nə, mənim sözüm akademik Balacahunluyadı, 

bu kiçik hekayəni də elə olduğu kimi ona göndərəcəm. 

 

Atın gülməyi... 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağbilən İsmayılı rayonun milis rəisi Ulubabyanın 



qapısından içəri iki milisioner keçirti, hərəsi onun bir 

qolundan tutmuşdu. 

-Siz gedin... 

Milis nəfərləri dalı-dalı çəkilib qapıdan çıxdılar. 

Akademik Ulubabyanın atası Mkrtç Ulubabyan 

başını qaldırıb baxdı ki, görsün, Ağbilən İsmayılın 

döyüldüyü bilinirmi... Bilinmir, üzü-gözü təmizdi, 

çallaşmış saqqalı tumarını itirməyib. Hə, belini 

düzəldəmmir, deyəsən, belinnən vurublar, lap yaxşı. 

Ağbilən İsmayıl doğrudan da belini düzəldə bilmir, 

ayaq üstə güclə dayanıb. 

-Yaxın gəl, - milis rəisi masanın üstündə boydan-

boya açılmış süfrəni göstərdi. - Bax, burda süfrənin 

qırağında altı adam var, hərəsi bir sual verəcək, sənə... 

-üzünü yanındakı adama tutdu. 

Yanındakı qırma saqqallı adamdı, başını 

qaldırmadan rus dilində soruşdu: -Na kakom yazıke 

qovorit on?

58

 

Mkrtç Ulubabyan: 



-Bütün dilləri,- dedi.- Na vsex yazıkax.

59

 



Qırma saqqallı adamı elə bil səksəndirdilər: 

-Na armyanskom toje?

60

 

                                                           



58

 Hansı  dildə danı şa bilir, bu? (rus) 

59

 B

ü



t

ü

n dillərdə...(rus ) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Daje luçşe nas...



61

 

Ağbilən İsmayıl ətrafını o qədər də yaxşı anlamır, 



olanlardan daha çox olacaqları hiss eləyir. Yuxusu 

bayaqdan gözlərinin önündən çəkilmir... əlində yarısı 

sındırılmış araq şüşəsi tutub. Üstündə süfrə açılmış 

masa da yuxuda gördüyüdü, yuxusunda gördüyü 

masanın üstü qanla örtülüdü, bir küncündən qan 

damcılayır... 

-Qonagın kim idi? - Qırma saqqallı adam ermənicə 

soruşdu. 

Ağbilən o gecəki qonagının özündən tez atını 

xatırladı, at eyvanın orta dirəyinə bağlanmışdı, həyət-

bacaya bir-iki gözətçi qoyulmuşdu; gələn-gedən olsa 

xəbər verəcəydilər. 

-Oğul-uşağı yığ, gecəylə keçək o üzə...ona görə 

göndəriblər məni, - pəncərənin ağzında üz-üzə 

dayanmışdılar, qonaq xırıltılı səslə pıçıldayırdı. - 

Dedilər hmısını yığ gətir. 

-O vaxtlara baxma, indi keçə bilmərik, qırallar 

hamımızı. 

-Gözləyəcəklər bizi...o yanda da bu yanda da 

adamımız var. 

                                                                                                                 

60

 Erməni dilini də? (rus) 



61

 Bizdən də yaxşı ...(rus) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Birdən birə at dartınıb yüyəni qopartdı, pəncərəyə 



sarı yeriyib içini vura-vura oxrandı. 

-Gələn var, - dedi qonaq, qorxusundan dişi dişinə 

dəydi, dişlərinin səsi gəldi, elə bil qapı açılıb örtüldü. 

Bir yerdə bayıra atıldılar. 

-Hər tərəfə adamlar qoyulub, bir şey olsa... 

-At səhv eləmir, - dedi qonaq, ata sarı yüyürüb 

yəhərə aşırıldı...At elə bil gülürdü, atın gülməyi 

Ağbilənin yadında da elə beləcə qaldı, gülər üzlü at... 

-Nəyə gəlmişdi? Neçə nəfər idilər? Sərhəddən kim 

keçirtmişdi onları? Hardan keçirtmişdilər? 

...Alapaça atdı, pəncərənin ağzında zəif-zəif 

közərəşamın işığında ötəri görünməyiylə yadda 

qaldı,- vallah atıüzü gülürdü, yiyəsini belinə alı

sevinə- sevinə gözdən itdi... - anası Yekə Aişəyə 

deyirdi. “Ana, vallah mən atın gülməyini gördüm...” 

Səhəri elə məktəbdən apardılar... 

İndi Ulubabyana baxa-baxa qonağın atını 

xatirlayırdı... “vallah atın üzü gülürdü...” Özünün 

gülümsədiyindən xəbəri yox idi. 

-Necə demisən...?- Mkrtç Ulubabyan əlini qırma 

saqqallı adamın əlinin üstə qoydu. - Familyası türkcə 

olan ermənilər xristyan azərbaycanlılardı, yəni 

albanlar, hıı? Qarabağ, həə?! - Silkələnə-silkələnə 

güldü. - Mən də? Ulubabyanam dəə, mənim də familim 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

türkcədi... -masanın aşağı başında oturana işarə elədi, - 



araq süz...onun da coyadı türkcədi, burda çoxunun fa-

mili türkcədi elə. 

Badələrə araq süzüldü. Ulubabyanın yanında 

oturmuş kök, iri gövdəli adam dünən Ağbilənin 

döyülməyinə rəhbərlik eləyirdi, sonra irəli yeriyib 

təpiklə qarnına vurdu...“alçaq türk, sən mərəkədə nə 

oxuyursanmış, Mqlo musurman olacaq, Alı dayı... Sən 

bunu kimə deyirdin, bizim rəisimizə?...  

Bektaş müridləri təsəvvüf mahnıları oxuyur, beş-

altı müriddi, üçbucaq şəklində düzülüblər, biri ortada 

qabal yerinə tənəkə çalır, oynayanlar var, içlərini vura-

vura kiminsə oynayıb-oynayıb cəzb olmasını 

gözləyirlər; ruha qarışıb yox olacaq... 

Cənnətin bülbülləri 

Oxur, Allah deyu-deyu... 

Belə bir məqamda bir neçə kənd müəllimi girdi 

içəri, kənd məktəbinin rus dili müəllimi Mukuç 

Xanzadyan da aralarındaydı. Müridlərdən biri: 

-Onları çıxardın, - dedi, - içgilidilər, günahdı. 

Doğrudan da içmişdilər, bu gün onlardan bir 

neçəsi kommunist olmuşdu, partiya sıralarına 

keçirtmişdilər onları. 

-Gedin, - dedi, Partkom, iclasdan sonra, - görün 

kimdi, kənddə meyxana eliyir, gedin, siz də oynayın... -



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin