Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə21/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

arada-bir içinin, daha doğrusu ağrılarının qor-



xusundan harasa qaçıb çıxıb getmək istəyir. Əli heç 

yana çatmır: “... türk kəndində Ayişə arvad bir qızı 

sağaldıb bu xəstəlikdən....” 

Özünün də xəbəri olmadı, birdən-birə üzünü 

tavana  tutub qışqırdı, əslində bu, çağırışdı, kimi 

çağırdığını bilməsə də çağırırdı. Öz səsini özü eşitmirdi, 

amma  səsinin genişlənə- genişlənə yayıldığını hiss 

edirdi, ağrıları uzaqlaşdıqca özü də yox olur, arada 

yalnız səs qalır, əyilə-əyilə ağrılarını alıb aparan, 

sonsuzluğa qarışan səs... 

Şalikonun qollarının arasında gözlərini açdı, 

bayaq özü öz caçlarını yolurmuş, indi üzü-gözü tükdü, 

əlləri bilmirdi hardadı, dartıb gətirdi, elə bil 

uzaqlardaydı, əllərinə baxdı, saçı əllərindəydi. 

-Aç əllərimi,-dedi. 

Şalikonun gözləri qup-quruydu, ağlaya 

bilmədiyindən üzü-gözü əyiş-üyüşdü, üzünü Siranın 

saçlarına sıxdı, Siran onun dişlərinin xırçıltısını eşitdi, 

sonra dəri iyi gəldi: “hə, akademik Ulubabyana çəkmə 

tikirdi axı, indicə. ” 

-Dəri iyi gəlir, yenə hər yannan dəri iyi gəlir! 

Şaliko onu pəncərənin ağzına gətirmişdi... 

Axşam düşdüyündən hər yan pəncərə rəngindəydi, 

bayırda heç nə seçilmirdi. Elə bil yuxudan oyanmışdı, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bayaqkı düşüncəsi də axşam rəngindəydi, yaddaşında 



da o cür anlaşılmazlıq vardı... 

Şalikonun emalatxanasının qapısı açıqdı, 

divardan boydan-boya döyülüb, aşılanıb, biçilib, 

seçılmiş dərilər asılıb. Ürəyi ağzına gəldi... 

-Dəri iyi məni öldürəcək, Şaliko! 

Bayır yoxdu, pəncərədən heç nə görünmür, indi 

qapını açıb çıxsa boşluğa, yoxluğa düşəcək; heç kəs 

yoxdu, nə baxdığı yerdə, nə qaldığı yerdə, 

düşüncəsində yalnız bir türk uşağı var, erməni 

məktəbinin dördüncü sinfində oxuyan Aytək...Niyə 

xatırladığını bilmir... 

“...Hə, -dedi, maarif müdiri, dörd-beş il bundan 

qabaq,- türk uşaqlarının ermənicə oxumağı lap yaxşıdı, 

cəlb eləyin, gəlib oxusunlar. Elə eləmək lazımdı ki, öz 

dilinnən yaxşı bilsin ermənicəni. Mümkündü, Siran 

Sumikyan, niyə bizim hamımız türkcə bilirik? 

Gözəlliyinizdən də istifadə edin, -üz-gözünü axıda-

axıda güldü, - yuxarı siniflərdə oxuyanları, -əllərini öz 

üzünə tərəf qaldırıb yellədi... 

-Yuxarı sinifdə türk yoxdu, bir o çobanın 

oğludu...” 

İlk dərs günüdü, dördüncü sinif uşaqlarıyla bir-bir 

tanış olur. 

-Samvel Qaragözyan, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sona Karapetyan,  



-Petros Ağacanyan, 

-hayqaz Çolakyan, 

-Aytək... 

-Nə? -Siranuş Sumikyan doğrudan da təəccüb 

elədi, gülümsəyib yavaş-yavaş Aytəkə sarı gəldi. “hə, 

seçilir bizimkilərdən, cizgiləri içdən qabarıqdı, üzdən 

yox. Özü də gör, gəlib başa çıxıb, birinci partada 

oturub...” Özünü güclə saxlayır, az qalır uşağın 

qulağından yapışıb dik qaldırsın. Bu nifrət hardandı 

canında: 

-Es inç anuna? İnç azqes du?

52

 



-Yes turkem.

53

 



Üzünü uşaqlara tutdu: 

-İndi mən bu türk balasınnan azərbaycanca 

soruşsaydım ki, nə millətsən, musurmanam, deyəcəkdi, 

ermənicə soruşduğuma görə - türkəm, deyir. 

Görürsüzmü bunları türk eləyən bizik! Erməni uşaqları, 

deyin görüm, erməni olan yerdə türk niyə birinci sırada 

oturur? - təzədən Aytəkə sarı döndü. -Kim oturdub 

səni qabaqda? 

                                                           

52

 



Bu nə addı ? Nə millətsən sən? (ermənicə)

 

53



 

Mən t


ü

rkəm. (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qolundan tutub arxa cərgəyə gətirdi. Aytəklə 



oturan qızın, Sonanın səsi gəldi: 

-Müəllim, Aytək əlaçıdı! 

Siran müəllimə artıq arxa cərgədəydi, əyilib 

Aytəkin üzünə baxırdı: 

-Bu belə olmalıdı, otur burda, böyüyəndə 

anlayacaqsan...-Səhv etdiyini bilsə də özüylə 

bacarammırdı, canıyla bir olan hikkəsi partdamaq 

dərəcəsindəydi. 

Amma Aytəkin baxışları Siranuşun canında köz 

kimi qalmışdı, o tərəfə baxmasa da uşağın üzü-gözü 

fikrindən çıxmırdı, dərsin axırınacan da belə oldu. 

Birinci sıradan Sona tez-tez qanrılıb geri baxırdı, 

birdən içini çəkə-çəkə ağlayıb başını əllərinin arasına 

aldı. Siran peşmançılıq içində Sonaya nəsə deyirdi. 

Zəng də elə bu vaxt vuruldu. Aytək anasının yundan 

toxuduğu çantasını yığışdırıb, atasının quzu dərisindən 

tikdiyi papağı başına qoyub çixdı, bir də bu məktəbə 

qayıtmadı. 

İndi axşamın bu çağında Siran Sumikyan türk 

uşağı Aytəki xatırladığına görə gecəni bu rəngdə, - 

pəncərə rəngində görürdü, bəlkə də ona görəydi ki, hər 

yandan dəri iyi gəlirdi, bəlkə canındakı ağrılar da ona 

görədi. Bayaq qışqıranda da böyüyüb bütün yaddaşını 

tutmuş o üzün, - Aytəkin üzünün, - içindən qışqırırdı... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şalikonun əllərindən yapışıb dikəldi, “...mənə 



kömək elə, boğulmayım,” demək istəyirdi... 

 -Bu iy məni öldürəcək, hər yannan dəri iyi gəlir... 

Yuxusunda dünyanın harası olduğunu, hardan 

baxdığını anlamadığı, səmtini-yönünü tapa bilmədiyi 

bir cüt göz gördü; səs də, söz də yoxdu, amma, bu 

gözlər səssiz, sözsüz baxmağıyla: 

-Ağlama, - deyirdi, - qalx, türk kəndinə get, türk 

allahının adını çək, Ayişə arvad səni sağaldacaq... 

Səhər tezdəndi, yaxşı ki, erməni, türk, gürcü 

səhərləri yoxdu, yaxşı ki, səhərlər heyvanlara necə 

açılırsa, insanlara da eləcə açılır, yaxşı ki, belədi...yaxşı 

ki, ermənilər səhərlərə düzəliş eləyib mənimdi, deyə 

bilmir. 

Diz çöküb gözlərini yummuşdu, düşüncəsindəki 

yenə Aytəkdi, başının üstündən asılmış İsa 

peyğəmbərin çarmıxa çəkilmiş şəkli də Aytəkin üz-

gözünün içindən baxırdı. Qapı yavaşca aralandı, 

Şalikodu. 

-Yuxuda yenə o türk uşağını görmüşəm, - dedi, 

gözlərini açmadan. Başqa şey yadına düşmürdü. 

“...türk allahının adını çək...” Birdən xatıradı, gözlərini 

açıb altdan yuxarı Şalikoya baxdı. -Kirvəgilə bu gün 

gedək. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Siran bir gecənin içində üzüntüdən qurtarıb 



canlanmışdı, Şaliko sevindiyindən bilmirdi neyləsin. 

Hazırlaşıb yola çıxdılar, “jiquli” markalı maşınları 

astaca-astaca yoxuşu qalxırdı, bir azdan türk kəndi 

görünəcək... Kənd görünən kimi: 

-Bunları burdan çıxartmaq olmayacaq, -dedi, 

Siran Sumikyan, - buralar doğrudan da bunlarındı. 

-Çıxartmaq olar, erməni dövləti işini düz qursa 

niyə olmur. İyirimi il böyüyünə iş vermə, cavanına ev 

tikməyə torpaq, gör necə dağılırlar. Bunlar çox 

balalayan, amma ev-yurd sevən xalqdı... Bu haqda 

“Qrunk” təşkilatının proqramı var. Yeri gələrsə 

qıracağıq hamısını. 

“...Qıracağıq hamısını...” elə bil mübarəkdi, 

dedilər, Siran sığallanıb arxaya söykəndi...Qarıyıb, 

qarsıyıb bürüşüb bir qırıq olmuş nənəsi takun

54

 Asmik 



gözlərinin qabağına gəldi: “ah, bu türklər, türklər... 

deyə-deyə qapı-bacada dolaşırdı. Niyə belə deyirdi, 

axıracan biləmmədi. “Ah, türklər, türklər...” 

Uzaqda dağlar vardı, yam-yaşıl, gen sinəli 

dağlardı, ucalığı uzaqlığıydı, yəni yaxın olsalar da elə 

ucaydılar ki, gözün belə kəsmədiyi uzaqları heç 

eləmişdilər: Gə-əəl! Arada səs vardı, dağların doğrudan 

da ilğımlara qarışıb gedənə oxşayan  ətəyiylə Siran 

                                                           

54

 Kaqanlara layiq, g



ö

zəllər g


ö

zəli (əsgi t

ü

rkcədən g



ö

t

ü



r

ü

l



ü

b) 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sumikyanın arasında səs dolaşırdı: GƏƏƏL...! Yuxusu 



yadına düşmədiyi üçün ermənilik eləmək istəyirdi:  

İmkanım ola qıraram hamısını!- dedi, get-gedə 

yaxınlaşan türk kəndinə baxa- baxa. 

Şaliko əlini onun əlinin üstünə qoydu: 

-Hirslənmə, sənə hirslənmək olmaz...  

Anamın səsinə qapıya çıxdım, anam erməni 

kəndindən gələn yola tərəf əllərini yelləyirdi, elə bil 

gələn  göydən gəlirdi, anam da, -en, -deyirdi, -en...  

Bir yerdə gəlirdilər, Şalikodu, arvadı Siranuşdu, 

bir də qardaşım Uğurlu. Yaşıllığa qərq olmuş 

həyətimiz uzundu, anam uşaq kimi bir az onlara doğru 

qaçdı, sonra elə bil yoruldu, yarıda  dayanıb astaca-

astaca qollarını oynatdı... 

Siranuş da aralarında gəlirdilər, üçü də sevinc 

içindəydi, bu sevinç də yəqin ki, anamın xoş əhvalıyla 

bağlıydı; üçü də anamın üstünə qaçdı...  

Mən qapının ağzında dayanıb tamaşa eləyirdim, 

bir yerdə anamı qucaqlamışdılar. Sonra dönüb mənə 

tərəf gəldilər...  

Şəhərlilər o qədər də bir-birindən seşilmirlər, istər 

erməni olsun, istər azərbaycanlı, dindirməsən 

tanımazsan. Buralarda necədi görək? Siranuş 

Sumikyan elə bil kənddən yox, şəhərdən gəlir, bir 

suyumu da Seda Sevortyana bənzəyir, amma solğundu. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yaraşıqlı sifətində donub qalmış təbəssüm var. Anam 



deyirdi ki, xəstəlik keçırdib... Yox, Şalikoyla qardaşım 

tamam ayrı-ayrı adamlardı, baxan kimi seçilirlər. 

Yerişləri, görünüşləri bir-birinə bənzəsə də baxışları 

ayrıydı, çəkməçiylə çoban arasında olan fərq 

qədərində... 

“-heç bir gün yox, bir saat da qoyun otara 

bilmərəm,- Şalikonun sözüdü, - çobanlıq erməni peşəsi 

deyil, erməninki bilirsən nədi? 

-Nədi?- dedim. 

-Erməninki evin içidi, nə işi var, dağda-daşda, 

çöldə-bayırda. Erməni nəinki qoyun otarmağı, heç  

qoyunu sevməz, zəhləsi gedir qoyunnan... 

-Ona görə də qapı-qapı düşüb ət axtarırsız, -dedi 

qardaşım, badəsini Şalikoya sarı uzatdı... 

Bu, çoxdanın, daha doğrusu, on ilin söhbətidi, 

Şaliko onda da kənddə olduğumu eşidib gəlmişdi. 

Geyimimə-gecimimə xeyli tamaşa eləyib güldü: 

-Türkün şəhəri olur? - Qardaşıma sataşmaq üçün 

deyirdi,-çobana nə şəhər, şəhər mənə lazımdı, hamısına 

bir-bir ayaqqabı tikəm... 

İkisi də içmişdi: 

-Şaliko, doğrudan, sizin heç şəhəriniz olub? -

Qardaşım soruşdu 

-Niyə yoxdu, İravan nədi bəs?! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-İravana təzə gəlmisiz, İravan bizim şəhərimizdi, 



mən sizin öz şəhərinizi deyirəm, yəni erməni şəhəri, min 

il, iki min il yaşı olsun. 

Şaliko doğrudan da məətəl qaldı, bu haqda heç 

fikirləşməmişdi; “Apeddən soruşam gərək, Aped 

bilər... ” 

Qardaşım öz sevimli mahnısını oxuyurdu: 

Dön bəri dön, görüm üzün xalını, 

Bir əməydim ləbləriyin balını. 

Mən onların ikisinə də qulluq eləyirdim. 

-Süz! - Şaliko əlini başının üstündə yelləyib 

qardaşıma baxdı. - Sayad Novadı... İmarev isqaqan 

Sayad Novae,

55

 - boynunu uzadıb qardaşımı öpdü, - 



yes kez madağ, cavıt danem...

56

 



O vaxtdan on il keçib, bizim dəyişdiyimiz kimi çox 

yəqin ki, bu on il də Şaliko da dəyişib, çəkməçi 

Şaliko... 

Görək indi neyniyəcək, nədən danışacaq, nədən 

danışır danışsın, qardaşımçün fərqi yoxdu...Qardaşım 

tarixin bu başından baxanda o başını görür, yəni 

qardaşımçün tarix düzəlişsizdi; yaylaqdan qışlağa 

qədərdi... Şaliko üçünsə tarix sümüyə düşən oyun 

havasıdı, şeirdi, işlənib, redəktə olunub, özü dəyişdikcə 

                                                           

55

 And olsun, lap Sayad Novanı n 



ö

z

ü



d

ü

 ki, var. (ermənicə) 



56

 Canı m sənə qurban, dərdin alı m. (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tarixini də dəyişib. Tarix onun üçün əli catmayan, 



amma iyi, qoxusu həmişə burnunun ucunda olan, 

hamısı mənimdi, deyən ara payıdı... 

Süfrə hazır idi, anam qablara xəngəl çəkirdi: 

-İsti-isti yeyin. 

Mən badələrə araq süzdüm...Üç badədən sonra 

qardaşım öz sevimli mahnısını oxuyacaq, “dön, bəri 

dön, görüm üzün xalını”, Şaliko da milliyə söhbətlərinə 

başlayacaq, görək, bu neçə ildə dəyişiklik olubmu? 

Birinci badəni mənim sağlığıma içdilər. Anam 

Siranuşla nə haqdasa danışırdı.Yaxınlaşdım: 

-Nolub? 

-Yekə Ayişəyə göstərəcəm, bu da Ağ Pəri kimi 

olub.- Anam belə deyib əlini öz döşlərinin üstünə 

qoydu. Siranuş döşlərini şal örtüklə bükmüşdü, 

deyirdin, uşaqdı qucağına götürüb 

Mənim yaddaşım qarışdı, düşüncəmdə hər şey 

yerini dəyişdi, on beş, iyirmi il qabağı xatırladım, 

balaca bir uşağı Ağ Pərinin ardınca qacan gördüm... 

Günortadan sonraydı, Pərini sahədə qızların arasında 

tapdım, tarlanın yaxasında dayanıb içimi çəkə-çəkə 

onu cağırırdım. Pəri məni görən kimi qaça-qaça gəldi, 

boynumu qucaqlayıöpdü

-Qurban olum, niyə ağlayırsan? 

-Səni istiyirəm. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ə

limdən tutub çaya sarı apardıçayda üzümü 

yuya-yuya dilə tutmuşdu, məözümü onun yumşaq, 

ə

tli qoynuna soxmuşdum, çıxmaq istəmirdim. 

Qardaşımın səsinə özümə gəldim, “...dön, bəri 

dön, görüm, üzün xalını...”  

Deməli paylarını içiblər. 

-Bilirsən, biz dostuq, dədə babadan da dost 

olmuşuq,- dedi, Şaliko, dəmdi artıq, - mən 

millətçiyəm... 

Qardaşım oxumağına ara verdi: 

-Nəyəm deyir? - Cavab gözləmədən yenə oxumağa 

başladı, - “...bir əməydim ləbləriyin balını...”  

-Qardaşınsa millətçi deyil, bizim fərqimiz budu. 

Tiqran Petrosyan şahmat üzrə dünya cempiyonu 

olanda mən elə təşkil elədim ki, kənddə doğulan bütün 

uşaqlara Tiqran adı verildi! 

Mən bir anlığa duruxub soruşdum: 

-Qız uşaqlarının da...? 

-Hə, dedi, qızların da adını Tiqran qoydular... 

Mən düşündüm ki, yəqin keflənib, ona görə belə 

deyir. 


-Bunu da içək, həmin sağlığa, -Şaliko belə deyib 

badəsini qaldırdı. 

-Kimin sağlığına içirik?- Qardaşım da badəsini 

qaldırdı. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Tiqranın... 



-Tiqran kimdi, əə? Şaliko, ermənilik eləmə, 

özümüzə nolub ki, içək öz sağlığımıza. 

İçdilər... 

-Millətçi deyil, millətçi olsaydı belə deməzdi. 

-Nə deyir, bu? - Qardaşım doğrudan da heç nə 

başa düşməmişdi. -Millətçi nədi, sən canın, çoxdan 

deyir bu sözü. Bir başa sal məni, yəni deyir, xəsisəm, 

hə?! 


-Yox, əşi, tamam başqa şeydi, sonra deyərəm. - 

Mən doğrudan da pərt olmuşdum. Necə ola bilər ki, 

millətçi sözünün nə demək olduğunu bilməsin, yəqin 

kənddə heç kəs bilmir, Şalikonun arşınıyla ölçsək, heç 

bizim müəllimlər də bilməz... 

-İndi de...! 

 Bilmədim necə başa salım: 

-Bilirsən, -dedim, - millətçilik nədi, yəni öz 

hasarıyın içini, öz evini, öz mal - qaranı necə 

qoruyursansa, öz uşaqlarını necə sevirsənsə... -Başımı 

qaldırıb baxdım, qardaşım üz- gözünü qırışdırıb məətəl 

qalmışdı. Mən gülümsəyib əlavə elədim, - kəndi, 

kəndin camaatını, varını-dövlətini, adamlarını, oğul-

uşağını da elə sevməlisən. Tək kəndi də yox, sənin 

dilində danışan insanları fikirləşməlisən, düşünməlisən, 

narahat olmalısan. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Dayan görüm, -qardaşım yerindən qalxıb stola 



doğru əyilmişdi. - Doğru sözündü? Ə, mən öz evimi-

eşiyimi qoyub, öz oğul uşağımı qoyub qonşumuz 

Dəmir kişinin uşaqlarını fikirləşsəm, deməzlərmi dəlidi. 

Şaliko gülürdü. Qardaşım ona sarı döndü: 

-Şaliko qonşusunu istiyəndi ki? - Dönüb aşağıdan 

yuxarı Şalikonun üzünə baxdı. - Sən indi qonşu sevən 

olmusan? Bir parça torpağın üstündə öz doğma 

qardaşıyın başını sən yarmadın, Şaliko? 

-Baş yarmaq ayrı şeydi. Bax, mən qazancımnan 

hər ay “Qrunk” erməni təşkilatına pul göndərirəm. Sən 

belə şeyi heç vaxt eləməzsən. 

-Banga pul qoyursan, pis iş görmürsən ki. 

-Bang deyil, ermənilərin millətçi təşkilatıdı, 

dünyanın harasında erməni varsa o təşkilata pul 

göndərir. 

Mən dinib danışmadan sakitcə oturmuşam. 

Qardaşım bayaqdan stolun qırağında yarı-bükülüdü, 

əlləri quş qanadı kimi açıq, başının üstündə, nəsə 

partlayacaq, elə bil.  

-Bəlkə siz millətçi deyəndə el yolunda ölməyi 

deyirsiz, əgər onu deyirsənsə, Şaliko, bil, harasa pul 

göndərmək lazım deyil mənə, yüz canım varsa el 

yolunda yüzünü də uf, demədən qurban verərəm. İndi 

bildim, Şaliko nə deyir.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sevincimdən gözlərim yaşardı birdən-birə, yerimi 



rahatlayıb üzümü qapıya döndərdim...Qardaşım 

tamam ayılmışdı, içməmişdi elə bil: 

-Şaliko, neçə ildi bir-birimizi tanıyırıq, qırx il olar, 

yox? 


-Olar. 

-Az qala, bir yerdə böyümüşük, elə deyil? 

-Elədi. 

Qardaşım nə fikirləşdisə: 

-İstiyirsən, -dedi, - ermənicə deyim. 

-Yox, sən sözünü de, belə şeyi ermənicə 

danışmazlar. 

-Uşaqlıqdan güləşə-güləşə böyümüşük, - əlini 

çörəyin üstünə qoydu. -Sən bu çörək, düzün de, heç 

məni yıxmısan? 

Şaliko bərkdən güldü: 

-Bəs pulu nə üçün yığırıq, yığırıq ki, bir dəfə də 

olsun yıxım səni. 

Mənim tüklərim biz-biz oldu; “bir yerdə 

böyüyənlərin” bir-birindən bu qədər fərqli olmasına 

məətəl qalmışdım. Qapı da elə bu vaxt açıldı. 

Siranuşun üzü gülürdü, gedəndə belə deyildi: 

-Anacan, bunnar yenə dalaşıllar? 

Elə bil Siranuşu gördüyü üçün yadına düşdü: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nolsun, -dedi ,- sən də məni kimi bıçaq ata 



bilmirsən. 

-Bıçağı atmazlar, Şaliko, bıçağı saxlayarlar... 

Anam Siranuşu süfrənin qıragında əyləşdirdi: 

-Fikir vermə bunlara, çörəyini ye. 

Mən Ağ Pərini xatırlaya-xatırlaya soruşdum: 

-Ana, Ayişə arvad nə təhərdi? 

Anam əslində kimi soruşduğumu bildi, Siranuşa 

işarə eləyib: 

-Yaxşıdı, -dedi, -baxdı, yarasını da sarıdı... 

Kəndə girəndən Siranuşun yuxusu gözünün 

önündən çəkilmirdi,  yuxusundakı uşaq üzü səssiz, 

sözsüz: - ağlama,-deyirdi, - dur, türk kəndinə get, türk 

Tanrısının adını çək, Yekə Ayişə səni sağaldacaq! 

...Siranuş anamla kəndin içindəydi, yuxuydu elə 

bil, hər şey dartına-dartına çıxıb gedirdi, Siranuşsa 

döşlərindən bağlanmış kimiydi, yerisə də getmirdi heç 

yana, “döşünnən asılasan səni...” türkcədən alınma 

belə bir qarğış var, ermənilərdə. Nənəsi takun Asmik 

tez-tez deyərdi: “-Sən kirvənin oğluna ərə get, türkə 

gəlin ol, getməsən, beləcə, döşlərinnən asılı qala-

caqcan...” 

Adamboyu olmuş gicitikanların yanından keçəndə 

öz-özünə danışmağa başladı, öz dilində nəsə deyirdi. 

Saya ana bir şey anlamasa da bunun dua olduğunu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bildi, nə deyirdisə üzündə dediyinin ərintisi vardı, kilsə 



şamlarının ərintisi kimi... dualar belə olur, hansı dildə 

deyirsən, de. 

Yekə Ayişə yerdən üzü qapıya oturmuşdu, elə bil 

Siranuşu gözləyirdi, qapı açılan kimi: 

-Kimlərdəndi, -dedi, -bu? 

-Dəyirmançı Lapanın qızıdı... -Saya ana cavab 

verdi. 

-Bunun nənəsi bizim gəlin idi, tanıyırdın? Takun 



Asmik, otur, yanımda, -Əllərinin ikisini də Siranuşa 

tərəf uzatdı, gözlərini yummuşdu, xeyli beləcə qaldı. -

Mən çoxdandı ağrıyan yeri tapa bilmirəm, əlim heç 

kəsin ağrısına uzanmır... 

Əlləri Siranuşun dizinin üstündəydi, göz gətirmiş 

kimi canına yeriyirdi...  

-Amma sənin ağrını tapdım... 

“...Türk alahının adını çək, Yekə Ayişə səni 

sağaldacaq...” Türk allahının adı nədi bəs? Bəlkə səhv 

eləyir, bəlkə belə deməyiblər, allahın başqa adı olurmu 

ki? Bu haqda fikirləşməmişdi, peşmançılıq içində Saya 

anaya baxdı. 

-Bunun nənəsi takun Asmik bizim gəlin idi, 

yadındadımı? Çox gözəl olduğuna görə takun deyirdik, 

ölmüşə... - bir də dedi, görünür başqa sözü vardı, nəsə 

demək istəyirdi. -Türkcə bilirmi bu? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin