Referat ad: Murad Soyad: Ağalarov Fakültə: Sosial Elmlər və Psixologiya



Yüklə 43,17 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü43,17 Kb.
#37118
növüReferat
  1   2   3
referat




BAKI DÖVLƏT UNİVERSİTETİ

REFERAT

Ad: Murad

Soyad: Ağalarov

Fakültə: Sosial Elmlər və Psixologiya

İxtisas: Təhsildə Qiymətləndirmə və Monitorinq

Kurs: 2-ci kurs (Magistr)

Fənn: Təhsil müəssisəsinin elektron sənədləşməsi sistemi və onun təşkili

Müəllim: Prof. Rüfət Hüseynzadə

Mövzu: Təhsil müəssisələrində elektron sənədləşmə dövriyyəsi təsnifatı.

BAKI – 2020

Təhsil müəssisələrində elektron sənədləşmə dövriyyəsi təsnifatı.

Elektron poçt, elektron lövhələr, elektron kitabxana, elektron dərslik, elektron jurnallar və s.

Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində geniş islahatlar aparılmışdır. Bu islahatlar həm təhsil sistemində, həm də təhsilin idarəolunmasında mühüm nailiyyətlərin qazanılmasına yol açmışdır. Belə ki, 24 Oktyabr 2013-cü ildə, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunmuşdur. Bu sənədin dördüncü strateji istiqamətində təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri və təhsil iştirakçıları arasında elektron mübadilə, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi kimi məsələlər öz əksini tapmışdır.

Müasir dövrümüzdə təhsil - təlimdə fəallığı, interaktivliyi, hərəkətliliyi, texnolojiləşməni tələb edir. Bütün bunları isə internet texnologiyaları və elektron təhsil resurslarının köməyi ilə reallaşdırmaq mümkündür. Elektron təhsil resursları tədris materiallarının elektron cihazlar vasitəsilə təqdim olunmasıdır. Bu resurslara elektron poçt, elektron lövhələr, elektron kitabxana, elektron dərsliklər, jurnallar və s. misal göstərmək olar.




Yüklə 43,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin