Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

da elə onun gözünün qabağında  qayıdım çantadan 



bıçağı götürüm, soxum qarnıma... Oy, nə gözəl, bunu 

fikirləşib tapdığıma görə, canlandım əməlli başlı. 

Birdən-birə belə dəyişməyim onu çaşdırdı, duruxub 

boynunu irəli uzatdı: 

-Cibindəki, nədi? 

-Hec nə,-  əlimi cibimə salıb cıxartdım, sevincək 

halda üstünə yeridim, biləyimnən yapışmaq istədi, mən 

onun qolundan tutub da çəkdim, əlim sürüşüb çıxdı, 

arxası üstə göylüyə yıxıldım, o da səntirlədi, amma 

yıxılmadı, tələsik qalxıb onun hücumunu gözlədim: 

-Hıı, suplis eləmək istəyirdin, Bakıda öyrənmisən, 

həə?! İndi mən sənə göstərərəm, suplisi necə eləyirlər.  

Qollarını açıb üstümə gəldi, əlinə keçməmək üçün 

gərək qaçam, hara qaçım, çiyinlərimnən yapışdı, mən 

də onun qollarından tutub büküldüm, ayaqlarımı gen-

gen açıb durdum, özümü yamaca mıxlanmış kimi hiss 

etdim, o məni dartdı, mənim çox asanlıqla gəlməyimi 

gözləyirdi, bir də dartdı, az qaldı ayaqlarım yerdən 

üzülsün... 

Kəndin uşaqları elə burdan atlarımızı sürüb çapa-

çapa keçərdik, Dəvəuçana çatanda atın belindən suya 

atdanardıq. Bir dəfə mən düz atdanmadığımdan  suya 

yox, lilə düşdüm, güclə dartıb çıxartdılar...Həə, orda 

camış batıran lil var. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yox, hücum eləsəm uduzaram, bir az da gözləyim. 



Qol-qola tutub  bir-birimizi dartışdırırıq, bunun 

güləşdən heç xəbəri yoxmuş, eşşək kimi güclüdü amma. 

Nə isə, gözləməyə səbrim çatmadı, qollarını yana atıb 

arxasına keçmək istədim, alınmadı, necə oldusa, 

boynumu qoltuğunun altına salıb sıxdı, mən, o da 

belimdə əyilib ikiqat oldum, qulağımın dibində nəsə 

deyirdi, anlayası halda deyildim, mən onun ağırlığı 

altında qalmısdım, yarı bükülü, qanrılıb gözlərimi 

acanda onun üzünü gördüm, azacıq dikələ bilsəydim, 

başımdan aşağı sala bilərdim, boğula- boğula onu da 

fikirləşdim ki, bu niyə türkcəni osmanlı ləhcəsində 

danışır, dizlərim yerə dəyəndə özümə gəldim, gözlənil-

mədən saclarından yapışıb belimi dikəltdim, o, başımın 

üstündən aşıb yerə dəydi. Özümə gəlməmiş qolumnan 

tutub fırladı, köynəyimin bir yanı əlində qaldı, mən 

Dəvəuçan yarğanın qaşınacan yumalandım, göylükdə 

daş varmış belim daşa dəydi. O, bu dirəşməyi 

gözləmədiyindən özündən çıxmışdı, qışqıra-qışqıra 

üstümə yüyrdü, çatan kimi ayaqlarımı qaldırdım, çiyin-

lərindən yapışıb başımın üstündən atdim, ikimiz də 

qucaqlaşmış halda dığarlanıb yarğan aşağı lilliyə 

yıxıldıq. Mən hələ havadaikən bilirdim ki, o mənim 

altımda qalacaq, çünki mənnən xeyli ağır idi... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Alqış səsi gəldi, hardansa, əl çalırdılar. Yəqin 



qulağim səsə  düşüb. Özüm arxası üstəyəm, yarıyacan 

lilə girmişəm. Dikəldim, erməni üzü üstə düşüb, 

qolundan tutub qaldırdım, üz-gözünəcən palçıq 

içindədi, mənə baxan kimi güldü, əlimi üzümə çəkdim, 

mən də o gündəyəm, doğrudan da alqış səsi  hər tərəfi 

bürümüşdü, əməlli-başlı əl çalırdılar. Biz suyumuz sü-

zülə-süzülə yarğandan çıxdıq, gurultulu alqışlar bir də 

qopdu. Yolboyu Orta körpünün üstünəcən maşınlar 

dayanıb, yaylaqdan gələn, yaylağa gedən “urra” 

qışqırırdılar, o biri maşındasa ermənini tanıyan oldu: 

-İnçe badahel, Ağacan?

50

 



-Qorxmayın heç nə olmayıb...- O azərbaycanca 

cavab verdi. 

Mən də ermənicə dedim:  

-Mivaxeçek voçinç ci badahel.

51

 

Camaatın arasından qoltuğunda saz  aşıq Ayvaz 



irəli çıxdı: 

-Gəl bir səni öpüm... - dedi, bir- iki addım da irəli 

yerıdı. 

-Gör, nə gündəyəm, - gülüb üst-başımı göstərdim. - 

Nə təhər öpəcəksən məni. 

                                                           

50

 Nolub, Ağacan?  (ermənicə) 



51

 Qorxmayı n, he

ç

 nə olmayı b...(ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ay sənin başına dönüm, adımızı batırmadın! - 



Aşıq şərəfimə nəsə oxumaq istəyirdi, üst-başımı belə 

görüb sazını dınqıldada-dınqıldada aralandı. Aşığın 

ardınca kim vardısa oğullu-uşaqlı gəlib görüşmək 

istədilər, bizə yaxınlaşmaq mümkün deyildi, lil, palçıq 

içindəydik, aralıda dayanıb bir də əl çaldılar. 

Günün batmağına az qalıb. Maşınlar çəkilib 

gedib, biz ikimiz də  soyunmuşuq, əynimizdə bir tuman 

qalıb. Yarğanın qırağında oturub hərəmiz bir səmtə 

baxırıq: 

-Sən Muquçun oğlusan?- soruşdum. 

O otla üst-başını silirdi, dönüb baxdı, heç nə 

demədi, dəyişmişdi birdən birə, yorğun, kədərli. 

-Kəndə az qalıb, -dedim, - gedək, evdə yuyunarıq, 

rayona belə qayıtmaq olmaz. 

Dinməz, söyləməz qalxdı, bir qucaq ot yolub 

maşının oturacağına sərdi ki, batmasın. Paltarlarımızı 

yaş-yaş geyindik, dinmməz-söyləməz maşına oturub 

yola çıxdıq, kəndə çatanacan da danışmadıq. Anam 

yolumu gözləyirmiş, qapının ağzındaydı. Bayaq 

gözümün qabağına necə gəlmişdisə eləcə, əli sinəsinin 

üstündə əynində də mənim şalvarım yaxınlaşdı, yəqin 

gördüklərinə inanmırdı, gülümsədiyimi görüb özünə 

gəldi: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ananız ölsün, maşınıız batmışdımı nədi? Düşün 



tez...-Birinci erməninin qolundan tutub qapıya apardı. 

-Ay Güllər, ay Sona, ay qonşu, uşaq gəlib, dostu da 

yanında... - Erməni boynunu büküb anamın ardınca 

gedirdi, elə bil anam onu döyməyə aparırdı ki, üstünü 

niyə batırmısan. -Ay Lala, ay Pəri, gəl hamamı qızdır, 

gör uşaq dostuyla nə gündədi, gəl suyu qızdır. 

Erməni mənim paltarlarımı geyinib, amma əyninə 

dardı, şalvar az qala dizindən, köynəyin yaxası gəlmir, 

elə o cür gülməli şəkildə də anamın səliqəli qonaq 

otağında pərt halda oturub paltarlarının qurumağını 

gözləyir... 

Mən nə isə aranı açmaq, sıxıntını götürmək 

istəyirəm. Gətirib bir adyal da verdim, qarnı açıq idi, 

adyala bükülüb rahatlaşdı. Gedib taxçanı açdım, bir il 

bundan qabaq aldığım araq eləcə qalmışdı, götürüb 

stolun üstünə qoydum. Bayırdan anamın səsi gəldi: 

-Hamam hazırdı. 

Bir yerdə çıxdıq, paltarlarımız yuyulub asılmışdı. 

  -Gəl, yuyunaq...- Nə deyirdim dinməz söyləməz 

yerinə yetirirdi, elə bil əsir götürmüşdüm, bu mənim 

özümə də pis təsir eləyirdi. - Keç, -hamamın qapısını 

açıb onu içəri ötürdüm... 

Nə isə, yuyunub çıxmışıq, anam süfrə açıb, keçib 

əyləşdik, mən araq süzdüm: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Çörək ye. - Bayaqkı kimi adyala bükülüb sakitcə 



süfrəyə baxır, üz-gözündən bir şey anlaya bilmədim. -

Buyur, çörək ye,-dedim, anamın qızartdığı toyuq 

ətindən  qabına qoydum.-Ye. 

Anamın nəyi var süfrədədi, yağ, pendir, qaymaq, 

cürbəcür konfetlər, iki dənə nar, bir dənə qurud, kəklik 

otu, mən fikirləşdim ki, yəqin belə şeylərin çoxunu 

bilmir bu, ona görə də yemir. -Yrəyin nə istəyir onnan 

götür. 


O gülümsəyib əlini süfrəyə uzatdı, mən çox 

rahatlaşdım, elə bil üstümdən daş götürdülər, “bir tikə 

də olsa yesin...” Dinməz-söyləməz yedik, birdən başını 

qaldırıb soruşdu: 

-Adın nədi sənin? 

-Adımı neynirsən, -dedim, -adım türk, sənin adın 

da erməni, sözünü de... 

İkimiz də bir-birimizə baxıb gülümsəyirik, badəni 

götürdüm, o da götürdü, mən birdən-birə hiss elədim 

ki, sözüm yoxdu, bilmədim nə deyəcəm. O cür də 

başladım: 

-Bilmirəm necə deyim, qardaş deyəcəm, dü

olmayacaq, axber* deyəcəm, brat, deyəcəm, 

alınmayacaq, dost deyilik,  ola da bilmirik. İndi elə bir 

söz axtarıram ki, deyəm içək... amma sən bayaq mənim 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

anama ana dedin, yadındadı? Onda mənim tüklərim 



biz-biz oldu. Yadındadı, ana deməyin? 

O, başını tərpədib: 

-Hə, -dedi, - anadı da, bəs nə deyim, sən də mənim 

anamı görsən, ana, deyəcəksən, elə deyil? 

-Elədi, - dedim, - onda anaların sağlığına 

içək...Anaların da yox, bizi doğanların. 

İçdik...

Amma arada get-gedə daha çox üzə çıxan 

ağırlıq var, heç nəyin, bu yediyimiz çörəyin belə 

qaldırmağa gücü çatmadığı ağırlıq...Yeyib içsək də bu 

ağırlığın altındayıq. Taksidə yol gələndə, güləşib bir-

birimizi qıranda bunnan səmimiydik, sərbəstdik. 

Mənim bayaqdan yaratmağçalışdığım səmimiyyə

havası yoxdu, ələ gəlmir, bərpa eləmək istədiyim 

sınıqlıq artıq tərbiyəmizdəki sınıqlıqdı, tərbiyə də 

boya-başçatmış insanıözü, varlığı deməkdi, nə 

qədər sağdı, qanındadıİnsanın içi yarar torpaq kimidi, 

nə əkirsən o da cücərir. 

Nə isə, heç adını da çəkmədim, özü demiş, adı 

ermənidi da, biz necə başlamışdıq, elə də qurtardıq, nə 

o mənim adımı cəkdi, nə mən onun... Pal-paltarı 

yuyulub təmizlənib. Əynini geyindi, heç kəsə heç nə 

demədən dinməz-söyləməz qapıdan çıxdı. 

-Ay oğul, niyə tələsdin, niyə çörək yemədin?- 

Anam əlindəki işi atıb ona tərəf gəldi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

O, maşının qapısını açmışdı, əlini saxladı, 



yüngülcə baş əyib: 

-Cox sağ ol, - dedi, - ana! 

Yuyulub tər-təmiz olmuş sarı rəngli taksi içi dolu 

yükmüş kimi ağır-ağır tərpəndi, qapıdan çıxa- çıxda 

dönüb baxdı, o yenə baxışlarıyla soruşurdu:  

“-Tı yeşo ulıbayeşsya...” 

 

 

 



 

 

                          Patavalı toyuqlar... 



 

Heç soruşmadım ki, bu nə teleqramdı 

vurmusuz...Bir də kimdən soruşum, heç kəs yoxdu. 

Anamdan özüm soruşmadım, qıymadım. Qardaşım 

yaylağa qalxıb, allah bilir bir də nə vaxt gələcək. 

Həyətə çıxdım, iki qoşa təpəyə aşırılmış kənd evləri işıq 

içindədi, havanın seyrək, həm də təmiz olduğuna görə 

günəşin şüaları daşa-divara bıçaq kimi sancılır. Qoyun- 

quzu havanın parlaqlığından yerdən aralı kimi 

görünür. Uzaqlar,- dağların, təpəliklərin ətəkləri, 

dibləri dalğalana-dalğalana uçur elə bil. Qollarımı 

həmin səmtə uzatmaq istəyirəm. Şəhərdən özümlə 

gətirdiyim yorğunluq, irili-xırdalı ağrılar içimdən yuyu-


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

lyb, təmizlənib, şəhər yadımda olsa da xatırlamaq istə-



mirəm... Gözümün qarşısında olan hər nə var, o qədər 

özüdü, hər şey o qədər yerindədi ki, heç kəsdən heç nə 

soruşmaq lazım gəlmir...Gün kənd diliylə desək, bir 

çatı boyu qalxıb. Bayaqdan dayanıb tamaşa elədiyim 

altıyüz evlik kənddə bir dənə də olsun artıq qaraltı, 

artıq hərəkət yoxdu, uşaqlar da gözə dəymir, ayağı yer 

tutanın öz işi var, hərə öz işinin ardınca gedib...Biçin 

vaxtı olduğuna görə yerdən- göydən kərənti səsi gəlir, 

yəni havada nəbz kimi döyünmək var. Dörd tərəf 

dağlar, təpəliklər olduğundan bütün səslər qıraqlara 

dəyib kəndin içinə axır. Kənddə kef eləmək, dincəlmək 

yoxdu, xüsusən də indiki vaxtda. Elə bu çəmənliyə 

uzanıb şəhərdə yadına düşməyən göy üzünə baxmağa 

da ar eləyir adam. Bir söz, dincəlməyə 

utanırsan...Evdən ona görə çıxdım. Uzaq dağların 

dibindən baş alıb çoxala-çoxala gələn Əyriçay da öz 

işindədi, yəni elə bu kəndin adicə bir adamı kimi 

zümzümə eləyə-eləyə öz işini görür; bostanları suvarır, 

arxaclarda təhnələr doldurur ki, bir az keçəcək canlı 

hər nə var su içməyə gələcək. Yaxası boyu gəlinlərin 

əliylə pal-paltar yuyulmaqdadı... 

...kim idi deyən, çayın suyu o biri kəndə çatanacan 

dönüb bizə baxır...  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Çaya sarı getdim, anam balaca bostanına balaca 



cığır açıb, bu balaca cığırla gələn su da çayın balası 

kimidi, anasından ayrılmaq istəmədiyi hiss olunur, 

bütün balalar kimi istəməyə-istəməyə gedir, balaca 

kələm şitillərinin arasında yox olur... 

Su dupdurudu, əyilib üzümü yuyuram, suyu elə 

hiss eləyirəm ki, elə bil dərimdən keçir. Dikəlməmiş 

Seda Sevortyanı xatırlayıram, daha doğrusu, atası 

mayor Sevortyanın üzümdə tüfəng kimi açılan şapalağı 

yadıma düşür, təzədən vurur elə bil: 

-Mən ölərəm, türkə qız vermərəm. Bir də bu qızın 

dalınca gəlmə! 

Mən bir anlığa özümü itirdim, əlim üzümdədi, düz 

vurulan yerə qoymuşam əlimi. Mayor Sevortyan 

qızının qolundan tutub silkələyir: 

-Eşitdin? Görüşməyəcəksən türklə! 

Heç nə olmamış kimi əlim də üzümdə, gülümsəyə - 

gülümsəyə onlara tərəf getdim: 

-Seda, sabah yenə orda gözləyəcəm səni, - deyib 

uzaqlaşdım...  

Şəhəri xatırladığım üçün birdən-birə əhvalım 

dəyişdi, bayaqkı duyğularım yoxdu indi. Darıxıb 

təzədən yuyunmağa başladım. Suyu bayaqkı kimi hiss 

eləmədim...Üzümə dəyib qayıdır elə bil. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Kəndin səssiz vaxtıdı, heç quş səsi də gəlmir, işi-



gücü qoyub kimdi səs eləyən, dönüb  qonşu evə tərəf 

getdim. Burda da heç kəs gözə dəyməir, amma 

hardansa şıqqıltı gəlir. Sarmaşıqlar basmış hasardan 

başımı uzatdım. Ona qədər toyuğun ayağını bağlayıb 

otluğa yığmışdılar, bostanı eşməsinlər deyə bir-bir 

ayaqlarına çəkələk-patava geyindirirdilər, Gülxanım 

arvad toyuğun ayağını tutmuşdu, gəlin bərk parcadan 

təzəcə tikdiyi ayaqqabını - şap-şapı toyuğun ayağına 

keçirdirdi. Bir neçə toyuq artıq ayaqqabılıydı, 

bostanda gəzişirdi. Şap-şaplı toyuqları mən elə 

Gülxanımın özünə oxşatdım, toyuqların ikisi də 

dimdiklərini uzadıb şap-şapların bağını açmaq 

istəyirdilər. Gəlin başını qaldıranda məni gördü, güldü, 

ayağı yalındı,  baldırları otların, çiçəklərin arasında 

işıq kimi bərq vurur, özününki deyilmiş kimi məni 

görəndə də heç yığışdırmadı... Mən bayaq üzümə dəyib 

qayıdan suyu indi hiss etdim. 

Gülxanım məni görüb hər əlində bir toyuq ayağa 

durdu: 

-Toyuğun dırnağı, dəmirçinin qarmağı, - deyib 



toyuqları göylüyə tulladı, -bostanı alt-üst eləyirlər. - 

Toyuqlar yəqin ki, ayaqlarındakı patavaya  görə yerə 

toyuq kimi düşmədilər. –Sarmaşıq basmış hasardan: -

Xoş gəlmisən, a bala, -dedi,-həmişə evində-eşiyində. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nolmuşdu anama, Gülxanım xala?- Sarmaşığın 



arasından başımı bir az da irəli uzatdım.  

Gəlin ayaqlarını yığışdırıb altina qoydu, üzünə 

kölgə düşdü elə bil: 

-Səni istəyirdi, iki gün ağladı ki, uşaq gəlmədi, 

sonra da sənin şalvarını geyinib nə yedi, nə içdi, yolun 

ağzında səni gözlədi. Biz də yığışıb  teleqram vurduq. 

Mənim indi yadıma düşdü ki, Gülxanım xala ağır 

eşidir, ona görə də onun yerinə gəlin cavab verdi. 

-Belə ana saxlıyarlar? - Gülxanım xala əlindəki 

çubuqla daş hasarı elə döyəcləyirdi ki, elə bil məni 

vururdu. Birdən çubuğu tullayıb iki əliylə öz qarnından 

yapışdı. - Burdan çıxannan yoxsuz, bala doğmadıq, 

qada doğduq... -Kövrəlib əllərinin ikisini də gəlinə 

doğru uzatdı. - Yaxşı, mən heç, məni ana doğmayıb, 

bəs buna nə deyirsən, qoydu damın altında, vardı, 

getdi. Bilmirəm erməninin əlindədi, rusun əlindədi?! 

Gəlin qucağındakı patavalı xoruzu tumarlaya-

tumarlaya: 

-Rusun əlində olar, - deyib gülümsədi, gəlin bunu 

mənə eşitdirirdi. 

Toyuqların hamısının ayağı qablıydı, qatarlaşıb 

bostana doğru gedirdilər, elə bil paltarlarını dəyişib işə 

çıxmışdılar. Bostana çatan kimi də eşələnməyə 

başladılar, amma heç nə əvvəlki kimi deyildi, torpağı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ha qazırdılar bir şey çıxmırdı. Bir azdan yorulub əldən-



ayaqdan düşüb deyinə-deyinə xoruzun başına 

yığışacaqlar... 

-Dəymə, damda qalıb acınnan qırılmaqdan belə 

yaxşıdı.- Gülxanım xala bunu daha çox özünə deyirdi... 

O gün “Azambur” restoranında papaqçı Aped 

dediklərinin arasına bunu da qatmışdı, gözlərini 

yumub başını silkələyə- silkələyə deyirdi: 

-Bunnar toyuğa da ayaqqabı geyindirib işə 

göndərillər. 

Amma bunu yanındakıların heç biri anlamadı. 

Varjaped Ulubabyan: 

-Ona az süz,-dedi, əlini Apedə sarı uzadıb  havada 

saxladı. 

Aped badəni alnına sıxıb yenə nəsə deyirdi, 

yanındakılar ona sarı dartınmışdılar ki, nə dediyini 

başa düşsünlər. 

-Onların iti də adam kimidi, varjaped... 

Mən əslinə baxsan narahatam, kənd canıma 

yatmır, yəqin hamı işində-gücündə olduğu 

üçündü...Qapı-bacalarda ara-sıra qocalar, qız-gəlin 

gözə dəysə də,hamısının əli işdədi, elə belə boş-boşuna 

boylanan da yoxdu, bütün hərəkətlər su hərəkətinə 

oxşayır, yəni kəndin içindən keçib gedən çayın hərəkəti 

kimi təbii, bir-birinə bağlı...Əgər bu hərəkət pozularsa 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çayın suyu axmaz yəqin ki, bu fikirlərlə kəndin yoluna 



tərəf gedirəm.  

-Bu gün-sabah çıxıb gedəcəksən, heç olmasa evlən, 

birini gətir qoy, o arvadın yanına! - Gülxanımın səsidi, 

ağlamsınmış səslə ardımca qışqırır. Dönüb baxıram, 

gəlin də yanındadı, gəlin yerə baxsa da çəmənlik kimi 

yaşıla çalan baxışlarını xatırlayıram. 

Təpəliklərin yaxası boyu öz səmtinə əyilə-əyilə 

gələn kənd yolunda heç nə, heç kəs olmasa da 

gözəgörünməz nəsə var. Bu “nəsə” haqda düşünə-

düşünə yola çatıb dayandım. Təpəliklərin arasında 

gözdən itən yoldakı “nəsə” əslində kimlərinsə gəlməyi, 

kiminsə getməyidi. Belə bir sonuca - nəticəyə gəldim; 

hə, mən Bakısız darıxıram, bir az da dərinə getsəm, Se-

da üçün darıxmışıam, belə çıxır. Əgər boş yolda nəsə 

görürəm, hiss eləyirəmsə, deməli doğrudu, buralarda 

qala bilmərəm, çıxıb getməliyəm... 

Evlərin arasından iki adam çıxdı, bir eşşəyi 

yedəkləyib gətirirdilər. Biri Dəmir kişidi, o birini 

tanımadım, ağır-arxayın yerişlə tələsmədən qarşıdakı 

yamaca doğru gedirdilər, eşşək də yüksüz, palansızdı. 

İşin-gücün bu qızğın çağında, onların bu işsiz görkəmi 

kəndin canında döyünən hərəkətlərlə, ahənglə 

uyuşmadığına görə çox qəribə görünürdü. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Xoş gəlmisən bacıoğlu.- Dəmir kişi bir anlığa 



ayaq caxlayıb əlini qaldırdı. 

Onlara doğru getdim...Dəmir kişi elə bil yenə  

bazardaydı, bazarda olduğu kimi ora-bura baxırdı. 

-Şəhərdə nə var, nə yox? - Başımın üstündən yenə 

ora- bura boylandı. -Sən Bakıda deyilsən?  

-Bakıdayam, -dedim. 

-Həə, mən də oranı soruşuram. Nə təhərdi, 

necədi? Bazara gedənsən? Oxşamırsan amma. - Yan-

yörəsinə baxa-baxa suallarını yağdırırdı. -Azərbaycan 

aran yeridi, süd-qatıq qıt olar orda. Pendirin kilosu 

neçəyədi? 

Tanımadığım adam eşşəyin dörd ayağının dördünə 

də sıyırtma kəndir salmışdı, Dəmir kişinin suallarının 

qurtarmağını gözləyirdi ki, dartıb yerə yıxsın... Dəmir 

kişi dinmədiyimi görüb döndü: 

-Bu da Qostan kirvədi, - dedi, -bə tanımadınmı? 

Ayıb olmasın axtaçıdı, bir baş pendirə danışmışıq, 

eşşəyi burdurmaq istiyirəm. Canın haqqı, belində yük 

qancıq dalınca qaçır, əl vermir mənə. Səhər süd alıb 

gəlirəm, belində hərəsi yetmiş kilodan dörd ürşəd süd, 

qancıq eşşək gördü, dartınıb əlimnən cıxdı, süd qarışıq 

qalxdı eşşəyin belinə... 

Qostan kirvə  əllərini eşşəyin dal ayaqlarının 

arasından salıb xayalarını ovcuna almışdı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin