Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   2   3   4   5   6   7   8   9   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Partkomun  gur  səsi  gəldi  qulaqlarına.  «Nə  danışırsan,  ə 



sən?! İndi deyərəm, gəlib səni deşik-deşik eləyəllər, əlli-ayaqlı 

gedərsən, aranı qatmağına bax…» 

Elə  də  oldu.  İmirxanlını  satan  da  kəndin  adamları  oldu, 

qaçırdıb aradan çıxardan da. 

Nə  deyirdi  İmirxanlı!  Deyirdi  ki,  «saz  türkün  qapısıdı, 

dünya üzünə o qapıdan keçib gəlib». Deyirdi ki, erməni nə aran 

adamına  oxşayır,  nə  dağ  adamına,  bizə  deyilən  kimi  deyə  bil-

məzsən  ki,  erməninin  bir  suyu  hansı  torpağasa,  hansı  yerəsə 

çəkir.  Oxşadığı,  bənzədiyi  torpağı  tapa  bilməzsən…  Çünki 

Vətəni  yoxdu.  Bu  mənada  ermənilər  bir  az  vağzal  uşaqlarına 

oxşayır. Ona görə də bizdən ayıq, bizdən çox bilmişdilər». 

Qarakəlləoğlu onun sözünə qüvvət verirdi. «Ermənini atın 

belində  görəndə,  deyirsən  ki,  indicə  yıxılacaq».  Nə  deyirdi 

İmirxanlı?  Deyirdi  ki,  əgər  Şirak  ovalığı  Göytürk  tayfalarının 

adıyla  bağlıdırsa  –  Şöröy,  Şoray,  Saray,  Şərurdusa,  Ağbaba, 

Dərələyəz,  Dərəçiçək,  Zəngibasar,  Vedibasar,  Naxçıvan,  Göy-

çə, İrəvan, Uluxanlı, Qaraqoyunlu, Candar, Borçalı, Qaraxaç – 

Qarakas  yaylaqları  yüzdə  yüz,  başından  ayağına,  saçından 

dırnağına  türkün  dünyası,  türkün  ruhu,  türkün  yurdu,  türkün 

coğrafiyasıdırsa, erməni burda necə vətən yarada bilər və niyə 

yaratmalıdır! 

Əlli il bundan  əvvəl bu basalaqda bir dənə erməni olma-

yıb,  kəndlərin  adına  fikir  verin:  Qursalı,  Saral,  Qarakilsə, 

Oxçuoğlu, Cücəkənd, Qurdpınar… 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İmirxanlının  qardaşı  Uğurlu,  Cücəkəndində  min  bir 



əziyyətlə  evini  təzəcə  tikib  qurtarmışdı.  Sevinirdi.  Əli-ayağı 

yerə  dəymirdi.  Torpağına  toxum  səpmək  üçün  toxum  alıb 

bazardan qayıdanda yolda ermənilər ona dedi: «De ki, mən türk 

deyiləm». Erməniləri eşitməyən Uğurlu erməni bıçağıyla qanı-

na  qəltan  olur.  Arvadı  Şallının  üzünün  dərisi  təzə  tikilən  evin 

divarları  boyu  didik-didik  olub  qana  bələnir.  Vaxtiylə  çiçək 

kimi  qızaran  qadın  yanaqları  indi  üzündə  açılan  qırışlardan 

qızarır. 

Camaat  kəndin  müdafiəsinə  qalxmaq  istəyir.  Tüfəng  at-

maq  istəyirlər,  paslanıb  güllə  açılmır.  Qılınc  götürmək  istəyir-

lər, paslanıb qınından çıxmır. Koroğlu havası çalmaq istəyirlər, 

kökdən düşüb, saz çalınmır. O boyda kənd bir yapıncının ümi-

dinə  qalır.  Qarakəlləoğlu  deyir  ki,  yapıncı  güllə  keçirmir,  düz 

erməninin üstünə gedəcəyəm… 

Əzizim Mövlud müəllim! 

İmirxanlı obrazının dili ilə elə acı həqiqətlərə enmisən, elə 

yaralı mətləblərə toxunmusan, elə məsələlər qaldırmısan ki, ya-

zıçı qələmindən su içən bu duyğular ən azı 50 il bundan əvvəl 

dilə, qələmə gəlsəydi, kitablara çevrilsəydi, yumulu gözləri aç-

saydı,  mürgülü  başları  silkələsəydi,  heç  olmasa  bu  mövzuda 

yazılan  üç-beş  əsərimiz  –  M.S.Ordubadinin,  M.M.Nəvvabın, 

Y.V.Çəmənzəminlinin,  Ə.Abbasovun  əsərləri  həyəcan  təbili 

kimi çalınıb vərəq-vərəq, səhifə-səhifə ən azı tarixi tədris edən 

müəllimləri  yerindən  tərpətsəydi,  ermənilər  «dənizdən-dənizə» 

şüarı ilə silahlananda biz: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Kür, Araz, Ararat, 



Nə gözəldir, bu həyat

Qardaş olub Hayastan, Azərbaycan… 

 

mahnısını  xorla,  sevinə-sevinə  oxumasaydıq,  başımızın 

altına  qoyulan  balıncın,  başımızın  üstündən  asılan  qılıncın  nə 

demək  olduğunu  vaxtında  dərk  edə  bilsəydik,  itkilərimiz, 

ağrılarımız indikindən qat-qat az olardı, faciələr içində çırpına-

çırpına qalmazdıq. 

Tarixi  başdan-başa  saxtalıqlarla  dolu  olan,  ağ  yalanları 

şeypurla dünyanın qulağına üfürən, özlərinin uydurduğu yalan-

lara həqiqət donu geyindirib dünyaya car çəkən, bizim həqiqəti-

mizin  tarixini,  tariximizin  həqiqətini  danan,  yalana  çıxarmaq 

üçün  dəridən-qabıqdan  çıxan  ermənilərin  siyasi-psixoloji-

ideoloji  hücumlarına  cavab  vermək  zamanı  gələndə  biganəlik 

göstərməsəydik, keyləşmə və güzəşt xəstəliyinə tutulmasaydıq, 

beynimiz və ağlımız keyləşməsəydi – Azərbaycanın keçmişi və 

gələcəyi  qarşısında  başı  aşağı,  üzü  qara,  xəcalətli  vəziyyətdə 

qalmazdıq. 

Mənim əziz qələm dostum! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sənin dilində danışan İmirxanlı sadəcə bir Universitet tə-



ləbəsi  deyil,  hadisələrin  mahiyyətini,  kökünü,  səbəbini,  xarak-

terini  bir  tarixçi-filosof-vətəndaş-torpaqşünas  yanğısı  ilə  dərk 

edən  və  keylərə,  nadanlara,  kökünü  dananlara  dərk  etdirməyə 

can atan, kökə, tarixə, yaddaşa, milli şüura, milli təfəkkürə sa-

hib olan, gənc olsa da başı daşdan-daşa dəyən, həqiqəti çılpaq-

lığı ilə gördüyü və dediyi üçün iradəsi, dözümü, təmkini dönə-

dönə  sınağa  çəkilən,  KQB  zirzəmilərində  sorğu-suala  tutulan 

dil və millət, vətən və torpaq fədaisidir! 

Aylarla oğlunun yolunu gözləyən, gözləməkdən gözünün 

kökü saralan, oğlu ola-ola oğulsuz ölən, kəndin sonuncu evin-

dən  sonuncu  ölü  kimi  çıxan  Sayalı  ananın  baş  daşına  Qaraca 

müəllimin təklifi ilə bu sözlər yazılır: «Sonuncu evimizdən so-

nuncu ölümüzə… min rəhmət». 

– «Oğlunu çağırmaq lazım deyil, bəlkə də bu gün Sayalı 

arvadı yox, kəndi dəfn edəciyik». – Qarakəlləoğlunun səsiydi! 

Molla  yasin  oxuyurdu.  Qarakəlləoğlu  gözünü  yumub  fi-

kirləşirdi. Bir gün gələcək biz də beləcə öləcəyik. İndi ölək…! 

İndi  ölmək  lazımdı.  Amma  necə  ölək,  kimnən  vuruşaq  ölək, 

kimə deyək ki, bizi döyüşə apar?!» Ürək parçalayan suallardı. 

80-90-cı  illərin  hakimiyyətsizlik  dövründə  vəzifə  dava-

sında, kreslo havasında oyuncaq hakimiyyətlər, kukla hökümət-

lər zamanı bu suallarla üz-üzə deyildimi Azərbaycan xalqı?! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Budur  bizim  dərdimiz,  budur  bizim  faciəmiz!  Xalq  ola, 



millət  olmaya,  qoşun  ola,  sərkərdə  olmaya,  güllə  ola,  hədəfə 

vuran tapılmaya! Vətənin bundan böyük faciəsi ola bilərmi?! 

Ona görə də zəif damarımızı tutan ermənilər dəli Petronun 

vəsiyyətlərinə  canla-başla  əməl  edirdi.  Pyotr  nə  deyirdi?  De-

yirdi  ki,  «çalışın  türk  daha  qatı  dindar,  müsəlman  olsun.  Elə 

eləmək  lazımdı  ki,  sünni-şiyə  mollaları  çoxalsın.  Hər  halda 

molla müsəlmandı, türk olsa da türkçü deyil. Mən bunu sizə əlli 

dəfə  demişəm,  hər  erməninin  ən  azı  otuz  molla  dostu,  kirvəsi 

olmalıdı»…  budur  ermənilərin  bizim  haqqımızda  təxribat  pla-

nının ən qorxulu hissələrindən biri. 

Ermənilərin  daş-qalağında  üzü-gözü  qızıl  qana  bələnən 

aşıq  Ayvazın  ürək  parçalayan  sözləri  qulağımda  səsləndikcə, 

başımda qiyamət qopur, təpəmdən tüstü qalxır. 

«Mən  bu  daşı  çox  görmüşəm,  erməni».  Bəli,  heç  vaxt 

dövləti  olmaya-olmaya  dövlətçilikdən  dəm  vuran,  Azərbaycan 

torpaqları  hesabına  özünə  Vətən  düzəltmək  istəyən,  Qafqaza 

qonaq kimi gəlib, ev yiyəsinə çevrilmək iştahından heç vaxt əl 

çəkməyən, kökü olmayan bu vətənsiz «vətənpərvər»lərə mənə-

vi  birliyimiz,  hərbi  səfərbərliyimiz,  qeyrətimiz,  intellektual 

səviyyəmiz hesabına vaxtında layiqli cavab verə bilməsək, Aşıq 

Ayvaza  dəyən  daşlar  bizə,  bizdən  sonra  da  gələcək  nə-

sillərimizə dəyəcək! 

Budur,  yazıçı sözünün  mahiyyəti,  canı,  ruhu,  tarixə, mil-

lətə demək istədikləri! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İmirxanlının xalq və millət haqqında Universitet auditori-



yalarında  tələbələrə  söylədiyi  fikirlər,  gəldiyi  qənaətlər,  ruslar 

və almanlar haqqında siyasi gəzişmələr, azərbaycanlılarla bağlı 

Mirzə  Cəlil  yanğısıyla  tüstülənən  duyğuları  həssas  oxucunu 

istər-istəməz sarsıdır. 

«Hər  çalxalanmanın  sonunda  yağı  yağ  olmalıdı,  ayranı 

ayran.  Biz  azərbaycanlılar daha çox  ayranlıq  oluruq. Ona  görə 

ki, öz yağımızı içdən-içə özümüz yeyirik. İndi boynumuza alaq 

ki,  biz  nəhrədən  ayran  kimi  çıxırıq,  yağ  kimi  yox…»  Budur 

ekoloji fəlakətimiz. 

«Xalq  bic  də  doğa  bilər…  Yəni  xalq  yüz-yüz  illər  boyu 

keçdiyi inkişaf yolunu öz kökü üstündə apara bilmir. Get-gedə 

öz yolunu itirir, ya da özgə xalqın obrazını geyinir, başqa xalq-

da səmt yolu seçir, ona görə də özünün doğduğu, bətnindən çı-

xartdığı  millət  özünə  oxşamır.  Buna  da  deyilir:  «xalq  bic 

doğdu». 

Bəli, yüyənini dartan başqası oldusa, öz taleyini özün həll 

etməyi  bacarmadınsa,  ən  azı  azad  düşünmək  xoşbəxtliyindən 

məhrum  oldunsa,  «kim  mənnəndi»  yox,  «mən  kimnənəm»  - 

dedinsə,  köləliyi  könüllü  qəbul  elədinsə,  hər  gün  öz  içinə,  ru-

huna qənim kəsilib cəsarətini öldürdünsə, gələcəkdə səni böyük 

xoşbəxtliklər  yox,  millətdən  xalqa,  xalqdan  tayfaya,  tayfadan 

qəbiləyə,  qəbilədən  sürüyə,  ilxıya,  naxıra  çevirən  ən  böyük 

fəlakət, ən böyük bədbəxtlik gözləyir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bax, budur yazıçı qələmini yandıran fikirlər, varaqlara od 



vuran, barmaqları göynədən yaralı sətirlər, yarasından qan axan 

yaralı cümlələr. Bu gün çəkdiyimiz ağrıların hamısı bic və gic 

doğulanların,  atasından,  anasından  xəbərsizlərin,  dini,  dili  və 

qanı  qarışıqların,  düşmən  dəyirmanına  su  tökənlərin  başımıza 

gətirdiyi oyunlar, müsibətlərdir. 

«Fikir verin, bəlkə də yüz-yüz illərdi yəhudi xalqı yoxdu, 

yerinə  millət  var…  öz  içiylə  getməyi  bacaran  xalq  millətə 

çevrilir». 

Budur məntiqi nəticə, budur böyük həqiqət! 

Əlləriylə  qarnını  sıxan  ananın  acı  şikayətini  eşidirsən. 

Burdan çıxannan  yoxsuz.  Bala  doğmadıq,  qada  doğduq…  İndi 

evdən  gedənlərinki  getməyə  oxşamır,  yox  olmağa  oxşayır. 

Anam  qorxusundan  çır-çır  çığırırdı:  Nə  vətənə  oğul  olduq,  nə 

anaya  övlad.  Nə  evin  kişisi  oldun,  nə  çölün  ağası.  Hərə  öz 

başını qoruyanda nəticə ancaq bu cür olmalıdı. 

Əlaçı  olan  türk  balası  Aytəki  birinci  partadan  qaldırıb 

axırıncı  partada  oturdan  erməninin  nifrəti  yerə-göyə  sığmır. 

Aytək sinif otağından çıxır, bir də ora qayıtmır. 

«Səhər tezdəndi. Yaxşı ki, erməni, rus, türk, gürcü səhər-

ləri yoxdu, yaxşı ki, səhərlər heyvanlara necə açılırsa insanlara 

da  elə  açılır.  Yaxşı  ki,  belədi…  yaxşı  ki,  ermənilər  səhərlərə 

düzəliş eləyib, mənimdi deyə bilmir». 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şalikoya  oxşayan  erməniydi,  üzü  Biləcəri  stansiyasına 



baxan  sal  daşlara  erməni  əlifbasıyla  işarələr  qoyurdu.  «Alçaq 

erməni,  başına  çalacam  indi  külüngü.  Yiyəsiz  görmüsən  bu 

torpağı, daşına erməni adı yazırsan, mərə kafir?!». 

Bu  fikirlər  erməni  eybəcərliyinə,  erməni  saxtakarlığına 

qarşı  İmirxanlının  içindən  qalxan  nifrət  dalğası,  qəzəb  qığıl-

cımıydı.  İmirxanlının  bu  hadisəyə  münasibəti  Balacahunluya 

dediyi bu cümlədə çox aydın açılır, dəqiq cavablandırılır. «Hör-

mətli  akademik,  tarixin  sonradan  qələmə  alınması  bicliyin 

kağıza köçürülməsindən başqa bir şey deyil». 

Əsərin ən faciəvi obrazlarından biri akademik Balacahun-

lu  obrazıdı.  Bu  obraz  öz  taleyi  və  tərcümeyi-halı  baxımından 

böyük  Hunların  kiçilə-kiçilə,  əriyə-əriyə,  xırdalana-xırdalana 

gəlib  bu  günə  çatmış,  balacalaşmış,  Balacahunlu  olmuş  şəkli, 

mənzərəsidir. Gözünü elə qırıblar ki, dediyi dilini yandırır, de-

mədiyi  içini.  Gözündən  vurula-vurula,  içindən  qırıla-qırıla,  lal 

sular  kimi  bulana-bulana  axıb  gedən  bir  ömür  yaşayır 

Balacahunlu. 

«1937-ci  ildə  özünə  türk  dediyi  üçün  atamı  sürgün  elə-

dilər.  Səhər  tezdən  aparmışdılar,  axşama  yaxın  gətirdilər.  Üz-

gözündə sağ yer yox idi, qan içindəydi». 

Nersesyanın səsi gəldi. «Buyur görək» - dedi atama – indi 

biz sənin ailənə nə deyək, türk ailəsi, yoxsa…?! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bu  ailə  də  şura  hökumətinin  ailələrindən  biridi,  necə 



istəyirsiz, elə də deyərsiz, hansı millətin adını istəyərsiz, onu da 

götürəllər, ancaq mən türkəm, yoldaş Hersesyan! Sən nə qədər 

ermənisənsə, mən də o qədər türkəm! 

Atam əllərini mənə sarı uzatdı: Hə, o azərbaycanlıdı, yol-

daş Nersesyan, o türk deyil, ola da bilməz, nə yaşı var ki, onun, 

türk olsun. 

Mən atamı anlayıb: 

Hə, -dedim. 

– Yəni nə, – Nersesyan çənəmin altından qaldırıb gözləri-

min içinə baxdı.  

– Mən türk deyiləm – Balacahunlu dalısını danışmadı, heç 

vaxt da danışmayacaq. 

1937-ci  ilin  payız  aylarının  birində  axşam  çağı  qorxa-

qorxa,  titrəyə-titrəyə  «mən  türk  deyiləm»  -  dedi  və  yoldaş  Ner-

sesyanın əlindən yapışıb dodaqlarına sıxdı… bununla da anasını, 

balaca qardaşını, bir də özünü sürgündən, bəlkə də ölümdən qur-

tardı. Bu Balacahunlunun dəşhətli, qanlı ömür-gün tarixçəsidir. 

İmirxanlı  tələbəlik  illərini  başa  vurandan  sonra  Balaca-

hunlu  onu  öz  bağına  qonaq  apardı  və  dəhşətli  bir  etirafı  dilə 

gətirdi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

–  Sən  məni  bağışla,  –  dedi  –  Balacuhunlu,  –  bu  beş   ildə 



yola gedə bilmədim səninlə, çox şeyi düz deyirdin. Mənim yaz-

dığım tarix də özümə bənzəyir, mən erməni əlindən öpmüş ada-

mam. Özümüz necəyiksə bu xalqın tarixini də o cür yazdıq…» 

1937-ci  ildə  sındırılan,  qırılan,  qorxusundan  millətinin 

halal adını dilinə gətirə bilməyən gözü qıpıq, bağrı yanıq, qəlbi 

qırıq  böyüyən  böyük  Hundan  balaca  Huna  çevrilən,  bütün 

bunların hamısından sonra, üstəlik Universitetdə tələbələrə tarix 

dərsi deyən bir müəllimin, alimin vəziyyətinə baxın. Erməni əli 

öpən bir alim azərbaycanlı gənclərə dərs deyir. Balacahunlula-

rın tələbəsi olmuş Qara müəllimdən həqiqi tariximizlə bağlı bir 

söz soruşanda cavabı bu olur. 

– Mənə deyiblər ki, mən də sənə deyəm. Allah lənət eləsin 

akademik  Balacahunluya,  dərs  deyəndə  rusun,  erməninin 

dediyini deyirdi… 

Allah  lənət  eləsin  Balacahunluya,  heç  öz  tariximizə 

yanaşmağa  qoymadı,  akademik  idi  özü  də…  Tarix  deyir  atdı, 

yiyənini hara dartsan ora gedəcək». 

Tarixin sərt və ciddi suallarını İmirxanlı dalbadal Balaca-

hunlunun  üstünə  yağdıranda  bir  dəfə  Balacahunlu  onu  qov-

muşdu.  Sonra  da  hərəkətinə  peşman  olub  arxasınca  adam 

göndərib geri çağırtdırmışdı. 

Balacahunlunun elə bil dizinə vurub çökdürdülər, bürüşüb 

oturdu, auditoriyaya göz gəzdirdi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

–  Axırıma  çıxacaq  –  dedi  –  bu!  –  dönüb-dönüb  əllərinin 



ikisini  də  qapıya  uzatdı.  Göstəriş  verdi,  sən  mənim  dərsimə 

gəlmə, bala, -dedi, - elə indi çıx get, bir də gəlmə! 

Bu  sözləri  onun  dili  deyirdi,  ürəyi  demirdi.  Çox  gözəl 

bilirdi ki, tariximizin bizim ziyanımıza tədris olunması ilə bağlı 

İmirxanlının keçirdiyi daxili narahatlıq, həyəcan, təəccüblər və 

təəssüflər haqlıdı və yerindədi. Yazıq Balacahunlu bildiyi həqi-

qətlərlə söylədiyi yalanların arasında, vicdan ağrısı ilə İmirxan-

lının suallarının arasında çırpına-çırpına qalmışdı. 

İmirxanlının çoxlu sayda tarixdən gətirdiyi misalların hər 

birinin həqiqi əsası, canlı kökü var idi. «Dəmirçyan, Köçəryan, 

Ağacanyan,  Balayan,  Toxmaqyan,  Nənəcanyan,  Şahsuvaryan, 

Şahgəldiyan…» 

Əgər dəmir də, köç də, Ağa da, can da, bala da, toxmaq 

da,  nənə  də,  şahsuvar  da,  şahgəldi  də  yüzdə-yüz,  xalis  mənim 

dilimin  sərvətidirsə  onda  erməniyə  nə  qaldı?  Əgər  bütün  coğ-

rafi  ərazilər  xalis  türk  dilindədirsə,  Aran  Borçalı,  dağ  Borçalı, 

Sabur  tala,  Orta  çala,  Soğanlıq  –  Sakanlık,  Ağ  Təhlə,  Qara 

Təhlə,  Keşəli,  Candar  Mığırlı,  Daşdı  Qullar,  Kəpənəkçi, 

Sarvan,  Qaçağan,  Səfərli,  Oruzman,  Muğanlı,  Abdallı,  İmir, 

Evlu, İlməzli, Cücəkənd və s. kəndlər minillərdi öz halal adı ilə 

çağrılırsa,  sonrakı  qondarma  adları  tarix  qəbul  edəcəkmi? 

İrəvana  –  Erebuni,  Uluxanlıya  –  Masis,  Calaloğluna  – 

Stepanavan,  Uzunobaya  –  Kalinino,  Gümrüyə  –  Leninakan, 

Qarakilsəyə – Kirovakan adını verməklə ən böyük saxtakarlığa 

imza atan ermənilərin cinayəti nə qədər cəzasız qalacaq? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mənim Vətənimin dili – İrandan-Turana, Sibirdən-Qafqa-



za,  Ötükən  yaylalarından  Balkan  dağlarına  qədər  olan  bir 

ərazini qucaqlayırsa nə qədər oğurlayırsan oğurla, nə qədər ad 

dəyişirsən  dəyiş,  rus  Qafqaza  Vətən  deyə  bilmədiyi  kimi,  sən 

erməni də mənim doğma torpağıma Vətən deyə bilməyəcəksən! 

Ancaq  hələ  ki,  əzizim  İmirxanlı  özünü  yorma,  bağrını 

çatlatma  nə  qədər  ki,  Balacahunlu  rişxəndlə  sənə  –  «sən  İqrar 

Əliyevdən  çoxmu  bilirsən?»  deyəcək,  sənin  yazdığın  kurs  işi 

qəbul olunmayacaq! 

«Ey Hunların balacası, ey qorxudulub, hürküdülüb, içində 

balacalaşmış, qabığıyla yaşayan tariximiz!» – deyib, hayqırsan 

da  sənin  kurs  işin  geri  qayıdacaq!  Hələ  bir  az  gözləməli 

olacaqsan, əzizim İmirxanlı! 

1937-ci  ildə  Balacahunlu  nəslinin  gözünü  ona  görə  qır-

mışdılar  ki,  hər  şeyi  baş-ayaq  salsın,  kökünü  unutsun,  tarixini 

erməninin  xeyrinə  yazsın, Leninin  «cib  dəftərçəsi»ndəki  qeyd-

lərində  olan  tapşırıqları  yerinə  yetirsin,  erməninin  əlindən 

öpsün, Acaryanın «Qafqazda olmamışıq, ancaq olacağıq» tövsi-

yəsi  vaxtında  öz  işini  görsün,  son  nəticədə  ermənilərin  də,  er-

mənipərəst  qüvvələrin  də  fəaliyyəti  nəticəsində  «böyük  Ermə-

nistan» ideyası tamamilə həyata keçirilsin. Əgər İmirxanlı obra-

zı  mənim  ruhumun,  dilimin,  tariximin,  həqiqətimin,  taleyimin 

çox  doğma,  çox  əziz  bir  obrazıdırsa,  Balacahunlu  səhvlərimi-

zin,  günahlarınımızın,  tərəddüdlərimizin,  güzəştlərimizin,  ba-

ğışlanması mümkün olmayan tarixi nöqsanlarımızın obrazıdı. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Balacahunlu bir dəfə erməni Nersesyanın əlindən öpmək-



lə, özünü, ana-bacısını, qardaşını xilas elədi, ancaq ruhunu, dili-

ni, tarixini, xilas edə bilmədi, barışa, köləliyə imza atdı, erməni 

əli öpənlərin sayını çoxaltdı, erməninin köləsinə çevrilməklə öz 

halal yurd-yuvalarından elliklə camaatın pələsəng olmasına yol 

açdı, şərait yaratdı! 

Əzizim Mövlud müəllim! 

Sənin halal, təmiz, saf, ana südündən, türk ruhundan, hə-

qiqət  tarixindən  mayalanan  yaradıcılığın  mənim  dərslik 

kitabımdı. Təbiətin, təbiətdəki rəngarəngliyin, torpağın, torpaq-

dakı müqəddəsliyin, Vətənin, Vətəndəki şirinliyin, cəmiyyətin, 

cəmiyyətdəki  gözəlliklərin  və  çirkin  xüsusiyyətlərin,  oğuz 

nərəsinin, qopuz səsinin, toppuz zərbəsininin,  «köpəklərin qar-

nındakı Tanrı dağlarının», güllə üstə gedəndə belə gözünü qırp-

mayan Qarakəllə nəslinin, qara dağı yıxılan gündən, qara başını 

qara  sazın  üstünə  qoyub  öz  dərdini  özünə  danışan  bir  ozanın 

dərslik kitabı!!! 

Titrəyən  ürəyimin,  əsən  yarpağımın,  düyünlənmiş  alnı-

mın,  çatılan  qaşımın,  müşkül  suallarımın,  zümzüməsi,  qımqı-

ması  içində  boğulan  səsimin,  sükutdan  sonrakı  tufanımın,  tu-

fanın içindəki sükutumun dərslik kitabı! 

Otuz ildən çoxdu mən sənin yaratdığın bu dərslik kitabını 

oxuyuram.  Bu  kitabda  mənim  dərdim,  kədərim,  nisgilim,  ağ-

rım, göz yaşlarım, toyum-yasım, qara sazım, qara zurnam, köv-


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

rəkliyim,  mərdliyim,  sərtliyim,  comərdliyim  –  bütövlükdə  mə-



nim dünyam öz əksini tapıb. 

Sənin  xoşbəxtliyin  ondadır  ki,  yazdığın  bu  dərslik  kita-

bında atılası, çıxdaş olası bir fikir, bir cümlə, bir söz, bir mətləb 

yoxdur, olmayıb, ola bilməz. Bu nə İqrar Əliyevin nə də Bala-

cahunlunun dediyi tarix yox, Mövlud Süleymanlının yazdığı ta-

rixdir. Ömrün boyu yurddan yazdın, dərddən yazdın, mərddən, 

namərddən  yazdın,  kimnən  yazdınsa  gözəl  yazdın,  dürüst 

yazdın,  düz  yazdın.  Sənin  bu  əsərini  dərindən  tədqiq  edə-edə, 

araşdıra-araşdıra  əsil  Azərbaycan  tarixi  yazıla  bilər!  Yurdda, 

dərddə, mərddə, duada, ağrıda, ahda, göz yaşında, sazda saxta-

karlıq olmadığı kimi, sənin yaradıcılığında da bir zərrə, bir qət-

rə, bir çınqı saxtakarlıq yoxdu, olmayıb, ola bilməz! 

Ömrün  boyu  yaratdığın  dərslik  kitabını  oxuduqca  min 

dəfə gördüyüm dağları yenidən tanıdım, zəmanənin namərdliyi 

ucundan nə dirinin hayına, nə ölünün vayına vaxtında çata bil-

məyən  İmirxanlını  yenidən  sevdim,  min  dəfə  gəzdiyim  aranlı-

yaylaqlı,  dağlı-binəli  Borçalını  yenidən  kəşf  etdim.  Min  dəfə 

çəkdiyim  dərdləri  yenidən  min  birinci  dəfə  çəkməli  oldum. 

Mənim kəndimin içindən başlayıb sənin kəndinin içindən keçən 

Qaraxaç yaylağına doğru gedən daşlı cığırlara, şehli çəmənlərə, 

asırğallı döşlərə, kəkotulu yamaclara, mamırlı qayalara yenidən 

vuruldum. 

Oxuduqca 

oxudum, 


əzbərlədim,  yaddaşıma 

köçürdüm. 

Sənin  dərslik  kitabın  mənim  yaddaşımın,  ruhumun, 

kökümün  tarixidir,  kitaba  məhəbbətin,  mütaliəyə  marağın 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin