Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   2   3   4   5   6   7   8   9   10   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarakəlləoğlu  onları  görüb  yapıncısını  çiyninə 



atdı.  -  Qorxmayın,  -  dedi,  -  yapıncıdan  güllə 

keçmir, özüm düz üstlərinə gedəcəm!... -Bir-iki 

addım yola sarı getdi.  

Oğul-uşaq 

Qarakəlləoğlunun 

sözündən 

ruhlanmışdı,  çığırışa-  çığırışa  kəndin  görünən 

üzüylə ora-bura qaçırdılar... 

Erməni maşınları yaxınlaşmaqdaydı... 

 -Kənd  görünən  kimi  ayaq  üstə  durarsız. 

Maşının  içində  əyilib-qalxmayın,  vurallar  sizi... 

-  bunu  dəriyığan  Aped  dedi.  Türk  kəndinin 

yaxınlığındakı  çökəkdə  maşınları  saxlayıb 

tədbir tökürdülər.  

Rayon 

xəstəxanasının 



baş 

həkimi 


Ulubabyan maşından düşməmişdi, avropa itiylə 

bir 


yedə 

maşındaydı...İt 

yanındakıların 

narahatçılığını  hiss  eləmişdi,  tez-tez  özünü 

pəncərə şüşələrinə vururdu. 

-Onnar  it  üstündə  ölümə  də  gedəndilər, 

itini  boğdun,  elə  bil  özünü  boğdun...-İt 

saxlayan  Civan  gənc  ermənilərə,-  Siranuşun 

şagirdlərinə,  firəng  itini  tapşırırdı.  –Gördüz, 

itin  üstündə  nəsə  eləmək  istəyirlər,  samanın 

altında avtomat silah var, götürərsiniz... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Atmaq  olmaz  amma,  işlər  korlanar,  - 



Ulubabyan  maşının    pəncərsindən  barmağını 

silkələdi.  -  Birinci  işimiz  qorxudub  kənddən 

çıxartmaqdı.  Çıxmazlar,  onda  hə...  öldürməyə 

gələrik.  Bu,  “Qrunk”un  tapşırığıdı,  əməl 

olunmalıdı. 

-Bilirsiz  mənim  bu  kənddə  dostum  çoxdu, 

əlimi  kimin  çiyninə  qoysam,  şəklini  çəkərsiniz, 

-  Sumikyan  Şaliko  elə  bil  iclas  salonundaydı,  - 

kimlə  şəkil  çəkdirdim,  ölməlidi,  ona  görə  də 

adını “Qrunk”a veririk, - deyib əlini qaldırdı. 

İki  dağın  arasından,  yəni  görünən  üzlə 

görünməyən  üzün  arasından  Uğurlunun  səsi 

gəldi,  hava  ayazlı  olduğundan  səs  bütün 

Qaraxaça yayılmışdı. 

-Aya, onnar niyəsə çökəkdə dayandılar, siz 

görmürsünüz... Ehtiyatlı olun, ay medallı...! 

Medallı  Göyüş  təzəcə  demək  istəyirdi  ki, 

“...orda  neyniyə  bilərlər...?”  erməni  maşınları 

elə  bu  vaxt  göründü.  Qabaqda  “  Villis” markalı 

maşın,  ardınca  yük  maşını,  içində  gənc  ermə-

nilər... 

Arıq  atına  doğru  qaçdı,  at  da  elə  bil 

qorxunu  hiss  eləmişdi,  ona  tərəf  gəldi...  Arıq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

necə fikirəşmişdi eləcə, yəhərə sıçradı. Hər şey 



fikirləşdiyi  kimiydi,  yalnız  qılıncı  qınından 

çıxmayacaqdı,  ona  görə  də  qılıncını  elə  qın 

qarışıq  başının  üstə  qaldırdı,  səhər  iclasında 

dediyini  bir  də  demək  istəyirdi  ki,-  qardaşlar, 

torpağımız,  kəndimiz  uğrunda  irəli!  -  elə  bu 

görkəmdəcə  quruyub  qaldı...Bir  anın  içindəcə 

hər  yana  dərin  səssizlik  çökdü,  yalnız  itlər 

hürüşürdü. 

Firəng  iti  “Villis”  maşınının  pəncərəsindən 

başını  çıxardıb  ləhləyirdi,  dəri  yığan  Aped  də  o 

biri  pəncərədən  balaca  ağ  bayraq  çıxardıb 

yellədi: 

-İt  boğuşdurmağa  gəlmişik,  ay  Dəmir  kişi, 

ay kirvələr...       

Bazarkom  Civan,  bu  sözdən  sonra    itin 

yanından başını bayıra çıxartdı: 

-Qarakəlləoğlu, gətir itlərini! 

-Nəsə  qurublar,  Göyüş,  nədi  bu?  Ağlın  nə 

kəsir?-Qarakəlləoğlu 

yavaşca 


Göyüşdən 

soruşdu. 

-İnanmayın,  aldadırlar,  yenə  nəsə  var...  - 

Dəmir  kişi  dedi,  maşına  tərəf  getdi.  -  Civan 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sənin  belə  itin  yoxdu.  Nədi  bu?  Buralar  itinə 



oxşamır... 

Gənc ermənilər hələ maşındaydılar, sıxlaşıb 

yük  maşınının  üstündən  kəndə  baxırdılar. 

Hamısının  fikri  samanın  altındakı  avtomat 

silahdaydı.  Fikirlərində  kəndi  gülləyə  basmışdı-

lar...Varjaped 

Ulubabyan 

elə 


bil 

gənc 


ermənilərin  fikrindən  keçənləri  his  eləmişdi... 

“Silahı  samanın  altında  nahaq  qoyduq...” 

bayaqdan  bunu  fikirləşirdi.  “Atacaqlar,  kəndin 

əlinnən  qurtara  bilməyəcəyik.”  Dönüb  yük 

maşınına  baxdı,  yəqin  elədi  ki,  gənc  ermənilər 

silahı  götürüb  ata  bilərlər.  Narahatçılıq  içində 

boylandı...Apedin səsini eşitdi: 

-Arıq,  qılınc  götürmüsən,  xeyir  olsun,  - 

Aped  əlini  qaldırmışdı,  salama  oxşamırdı 

amma, kənd camaatı belə də anladı. 

Ariq  atın  belindəydi,  doğrudan  da  bilmirdi 

neynəsin: 

-Niyə  sən  götürürsən,  mən  götürməyim?!- 

Belə  deyib  atdan  düşdü,  qınıyla  bir  yerdə 

başının  üstə  qaldırdığı  qılıncı  salıb  kəmərinə 

keçirti... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yük  maşınındakı  gənc  ermənilər  qılıncı 



görüb  nə  düşündülərsə,  maşının  üstündə 

narahatlıqla 

bir-birinə 

qarışdılar...Bu 

narahatçılığı  it  də  hiss  elədi,  dartınıb 

pəncərədən  çıxmaq  istədi,  zingildəyib  özünü 

şüşəyə vurdu.   

  Bazarkom  Civan  firəng  itinin  xaltasından 

tutmuşdu,  it  hələ  bir  şey  anlamadığından,  şən 

idi, 


ara-sıra 

havaya 


hürürdü; 

da 



Qarakəlləoğlunun  yapıncısına  görəydi,  firəng 

iti,  demək  olar  ki,  hər  şey  görmüşdü,  amma 

yapıncı  görməmişdi.  Dişinin  dibində  səhər 

tezdən  ətçi  İbrahimin  gətirdiyi  tikələrin  dadı, 

yapıncını çeynəmək istəyirdi... 

Kənd  belə  it  görməmişdi,  heç  ağlına  da 

gətirməzdi  ki,  bu  cür  də  it  olarmış.  Daha  çox 

da  arvad-uşaq,  qız-gəlin  mat-məətəl  tamaşa 

eləyirdilər. Gəlinlərin arasından ağ Pəri: 

-Ay  qız,-  dedi,-  özü  də,  gör,  kişiyə  necə 

oxşayır... 

   İtin 


ağzı 

köpüklənmişdi, 

ağzını 

yalayırdı...Maşının  üstündə  saqqallı  ermənilər 



tez-tez  enib,  qalxırdılar,  narahatçılıq  gendən 

hiss  olunurdu.  Ulubabyan  əlini  qaldırdı,  bu, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

onları  sakitləşdirmək  üçün  idi,  belə  də  başa 



düşdülər.  Civan  iti  ocağa  tərəf  gətirdi,  Apedin 

yanında dayanıb: 

-İt gətirin, -dedi, - boğuşduraq. -Adamların 

arasında  Qarakəlləoğlunu  görüb  üzünü  ona 

tutdu. -Gətir itlərini! 

 Camaat 


çoxalmaqdaydı, 

kəndin 


görünməyən üzündən də gələnlər vardı. 

-Nə  deyirsiz,  ay  camaat,  bu  da  oyun  döyül 

ki?! - Qaraca müəllim görünməyən üzdə olduğu 

kimi,  burda  da  dikə  çıxmışdı,  üzünü  camaata 

tutdu. - Nə deyirsiz? 

Partkom  camaatın  arasından  ermənilərə 

tərəf getdi: 

-Nə  var  burda,  itimizmi  yoxdu,  gətirin 

boğuşdurun...-Dönüb  əlini  qaldırdı,  -  Xoş 

gəlmisiz,  siz  də  xoş  gəlmisiz,  yoldaş  Ulu-

babyan. 

Ulubabyan  elə  maşının  içindən  şlyapasını 

qaldırıb  başına  qoydu...Bu  onun  salam 

almağıydı.  Özünü  düzəldib  maşından  düşdü, 

elə  bil  yerə  xalça  döşəmişdilər,  dayanıb 

sağına-soluna  baxdı,  kənd  gördüyü  kənd 

deyildi,  uçub  dağılmışa  oxşadı,  ürəyində,  - 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

həə,-  dedi,  -  bax,  bu  yaxşıdı,  damarı  düşdü 



kəndin...İçi  sevinmişdi,  birdən-  birə  canlanıb 

gülümsəməyi  də  ona  görəydi,  amma  kənd 

camaatı  onun  gülümsəməyinə  aldandı  yenə, 

uşaqdan-böyüyə  hamı  bir-  iki  addım  ona  tərəf 

gəldi. 

Hava da isinmişdi, şaxta sınmışdı elə bil. 



-Necəsiz?  -  Bilmədi  nə  desin,  dost  desin, 

kirvə  desin,  qonşu  desin,  dost  dedi.-  Necəsiz, 

dostlar? Bu gün də mən sizə dost deyirəm. Elə 

onunçün  də  gəlmişəm...Biz  gedənnən  sonra 

Partkom  başa  salar  sizi...  -  Partkomun  qoluna 

girib  camaatdan  araladı.-  İki  gün  bunnan 

qabaq,  -  dedi,  -  yəni,  fevral  ayının  26-da  sizin 

Sumqayıt 

deyilən 

şəhərinizdə 

erməniləri 

qırıblar. Xəbərin var? 

-Var,  hinger  Ulubabyan...  -  Partkom  da 

pıçıltıyla danışırdı. 

-Bəs  niyə  saxlayırsan  bu  camaatı  burda? 

İstiyirsən  ki,  gəlib  qırsınlar?!  Rayonun  katibi 

İsrayilyanın  da  adınnan  deyirəm,  hazırlığınızı 

görün,  kömək  edək  çıxıb  gedəsiniz.  Bizim  də 

silahlanmış  adamlarımız  var,  artıq  qarşısını  ala 

bilmirik, üstünüzə gələcəklər. Biz bunu deməyə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gəlmişik,  indi  yox,  gedənnən  sonra  camaatı 



başa  salarsan.  İt  boğuşdurmaq  da  bəhanədi..- 

Dönüb  yük  maşınına  baxdı,  saqqallı  gənc 

ermənilər  boy-boya  verib  dayanmışdılar,  hər 

şeyə hazır idilər. 

Aped  də  həmin  sözləri    Qarakəlləoğluyla 

medallı Göyüşə deyirdi, bayaqdan: 

-...biz  gedənnən  sonra  camaatı  başa  salın, 

nə  qədər  hamınızı  qırmayıblar  çıxın,  gedin! 

Mən  indi  dost  kimi  gəlmişəm...  amma 

bizimkiləri  Sumqayıtda  öldürüblər,  yandırıblar, 

pəncərədən atıblar...! 

-Elə  şeyi  mənim  ağlım  kəsmir,  Aped, 

sizdən  də  bizə  deyirlər  ki,  ermənilər  Saral 

kəndində  qırx  uşağı  doldurub  dəmir  boruya, 

ağzını  da  qaynaq  eləyiblər,  inanaq  ona? 

Ağdamda  bir  müəllimi  ailəsiylə  bir  yerdə 

maşındaca 

yandırdınız, 

siz 

eləyirsiniz 



hamısını... 

-Özünüz bilin. Biz gəlmişik xəbər verək...      

Sumikyan Şaliko Uğurluyla camaatdan xeyli 

aralıdaydılar, deyişə-deyişə uzaqlaşmışdılar: 

-Şaliko,  mən  kəndi  sənə  necə  etibar 

eləyim...  Sən  yaylaq  saxlayansan?  Sən  heç 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bilirsən  ki,  yaylaq  nədi?.  Sən  bulağı  su  kimi 



başa  düşürsən,  amma  bilmirsən  ki,  bulaq  su 

deyil...Yaxşı,  indi  buraları  mən  sənə  necə 

umud eliyim gedim?.. 

-Sən  yenə  qardaşın  İmirxanlının  sözünü 

deyirsən. Gəlib? Burdadı...? 

-İyirmi  ildi  üzünü  görmürük,  elə  o 

gedəndi... 

-Biz kirvəyik, dostuq... 

-Sən  dostluğun  da  nə  olduğunu  bilmirsən, 

Şaliko! Dostluq da sənə lazım olana qədərdi... 

-Mən erməni xalqı üçün yaşayıram. Bilirsən 

ki,  “Qrunk”  erməni  təşkilatının  üzvüyəm,  öldür 

deyər, öldürərəm, öl deyər, ölərəm...Başa düş, 

indi  gəlmişəm  deyəm  ki,  erməni  yaraqlıları 

üstünüzə gələcək, qırılmamış çıxın kənddən...  

...İtlərin  səsi  birdən-  birə  kəndi  başına 

götürdü, 

sarışın  uşağın  tüfəngi  hasara 

söykənikliydi,  ermənilər  tərəfdən  baxanda 

lüləsi görünürdü. Sarışın uşaq çal-çaxal bir itin 

yedəyindən  tutub  gözləyirdi.  Arıq  adam  atın 

belindən  əl  elədi...Sarışın  yşaq  işarəni  görüb 

həyət  qapısını  araladı.  İt  hara  getdiyini 

bayaqdan  bildiyindən,  saxlamaq  mümkün 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

olmadı, sarışın uşağı qarın içiylə sürüyə-sürüyə 



yaxınlaşdı... 

Artıq  heç  nə  kəndin  canına-qanına  

hopmuş qorxunu dağıda bilmir... 

“-Ermənidən gələn xeyrə daş yağsın, xeyrə 

gəlmiyib  bunnar...”-  Camaat  deyinə-deyinə 

dağılışır, 

amma 

bir-birlərindən 



aralana 

bilmirlər.  Getməyə  yer  yoxdu,  ona  görə  də 

hara gedirlər, yenə qayıdıb özərini tapırlar... 

-Ay  qız,  ay  ağ  Pəri,  ay  Tamaşa,  ay  şallı 

Salatın,  görün  uşaq  harda  qaldı,  niyə  gəlib 

çıxmadı?!  -  İmirxanlının  anası  Sayalı  arvaddı, 

eyvana  çıxıb  çır-çır  çığırır.  -  Bəs  deyirdin 

oğluyun  şalvarını  geyin,  harda  olsa  gəlib 

çıxacaq,  budu  geyinmişəm,  bə  niyə  gəlib 

çıxmır?! 

-Gedin,  onu  içəri  salın,  yazıqdı...  -

Qarakəlləoğlunun səsiydi.

 

...Nə  el  qalıb,  nə  oba,  nə  iç  var,  nə  çöl, 



heç nə yoxmuş, heç nə bunların deyilmiş...odu, 

kəndin  görünməz  üzündəki  min-  min  ilin 

qəbiristanlığı  da  öz  ölüsüylə  təzədən  ölməlidi, 

erməni olan bizim qəbiristanlığı diri saxlayarmı 

ki,  türkü  xatırlatsın...Bir  az  o  tərəfdə  də  bir 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qəbiristalıq  var,  onu  da  özümüz  öldürmüşük... 



Üstü  at  heykəlləri,  qoç  hekəlləri...hələ 

qəbrüstü  dəvə  heykəli  də  var.  Heykəllərin 

çoxunun  başı  yoxdu,  hamısını  öz  əlimizlə 

özümüz qırdıq, çöllərə düşüb qızıl axtaranda... 

“...Öz  gözümlə  gördüm,  bir  at  heykəlinnən 

bir  kilo  qızıl  çıxdı...”  dəri  yığan  Aped  kənd- 

kənd düşüb danışırdı...

 

“...Biz  də,  əlimizdə  külüng,  daraşıb  bütün 



Qafqaz  boyu  heykəl  başımızı  sındırırdıq  ki, 

içindən  qızıl  çıxacaq...biz  bununla  tariximizi 

yeyirdik, eşidirsiz? Tarixsə həzm olunmur...Ona 

görə  də  indi  tarixdən  ögüyə-  ögüyə,  qusa- 

qusa  danışırıq.  Həmişə  də  belə    olacaq,  çünki, 

öz  tariximizi  özümüzə  yedirdiblər...”  Bu  da 

İmirxanlının çıxışındandı, təxminən on il bunan 

qabaq kənd adamlarını başına yığmışdı, düzdü, 

elə  o  vaxt  da  heç  kəs  heç  nə  anlamadı,  amma 

çox şey yadda qaldı. 

-Ağzına  gələni  danışır,  -  dedi  Partkom 

yanındakılara.- Kəndə çaxnaşma salmaqdı fikri. 

Ya da öyrədib göndəriblər...  

Şəhərə 


qayıdanda 

Balacahunlu 

elə 

dərsdəcə soruşdu: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nə var, nə yox kənddə? 



-Müəllim,  siz  nə  mənada  soruşursuz? 

Ermənistan  olduğuna  görə  soruşursuz?  Yəni, 

soruşursuz ki...yurdu-yuvanı kəsdilər, böldülər, 

bir Ermənistan yapdılar? 

-Sözdən  söz  çıxartma,  türkoloq  Acaryan  o 

tərəflərdən,  sizin  o  kənddən  çox  şeylər 

danışırdı...  çox  maraqlıdı  deyirdi.  Mən  də 

olmuşam  orda...  Sən  oraların  etimoljisini, 

etnoqrafiyasını işlə... 

-İndi  başa  düşdüm,  müəllim,  bizim  kənddə 

min  il  bunnan  qabaq  nəyi  bilirdilərsə,  indi  də 

onu bilirlər...” 

O  vaxtdan  on  beş  il  keçib...  yəni,  indi, 

dediyim  kimi,    1988-ci  ilin  fevral  ayının 

axırlarıdı.  Kəndin  əli  yerdən-göydən  üzülüb... 

Evlərin  arasıyla  sarışın  oğlanı  sürüyə-sürüyə 

aparan  çaxal  it  də  camaatın  qorxusunu  dağıda 

bilmir...camaat  o  hayda  deyil...  Uğurlunun 

arvadı Şallı Salatın üzünü təzəcə tikdirdiyi evin 

divarına  sürtür,  arvadlar  yığışıb  onu  divardan 

ayırmaq  istəyirlər,  gücləri  çatmır,  Uğurlunu 

səsləyirlər.  Uğurlu  Şalikonu  orda  qoyub  evə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

doğru  qaçır.  Şallının  üzü-gözü  qan  içindədi, 



evin daşlarında qan izi var: 

-Qurban  olum,  ay  camaat,  qoyun  üzüm 

daşlara yapışsın...!  

Camaat  sızıldaşır,  dərdə  qol  qaldırıblar,  bu 

dərdə  heç  ağlamaq  da  olmaz,  ağlamaqlıq  da 

deyil.  Ona  görə  də  oynayırlar,  ayaqlarını 

tərpətmədən sağa- sola əyilib düzəlirlər. 

-Nolub  orda?-  Ulubabyan  Partkomdan 

soruşur,  heç  nəyə  oxşatmadığından,  çaşqınlıq 

içindədi. 

-Kənddə 

tikilən 


sonuncu 

evdi, 


evi 

ağlayirlar,  baxın,  üzünü  daşlara  sürtən  gəlinin 

evidi...təzəcə yığışmışdı içinə. 

...İtlər  boğuşmadı.  Sarışın  oğlanı  sürüyə-

sürüyə  gətirən  çaxal  it  yolun  yarısında  əldən 

çıxdı,  özünü  güllə  kimi  avropalı  itin,  -  firəng 

itinin  üstünə  salsa  da,  bir-birinə  dəyib  yanaşı 

uzandılar. 

Civan  firəng  itinin  xaltasından  yapışıb 

qaldırmaq  istəyirdi,  erməni  dilində  nəsə 

deyirdi,  axırda  it  onun  özünü  qapmaq  istədi, 

çaxal  da  ona  qoşuldu,  bir  yerdə  yan-

yörədəkilərə hürdülər... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Amma  kənd  öz  hayındaydı,  get-gedə  hərə 



öz içinə batırdı. Başqa vaxt olsaydı, indi elə bu 

qarın  üstündəcə,  yalan  olmasın,  kəndin  o 

başından  -  bu  başına  süfrə  açmışdılar,  itləri 

boğuşdurandan 

sonra, 

həmişəki 



kimi, 

ermənilərə  türk  xəngəli  yedirtmişdilər.  Başqa 

vaxt  olsaydı,  indi  aşıq  Ayvaz  oxuyurdu,  dəri 

yığan Aped də, - sağ ol... - deyə - deyə aşığın 

balaca  qalaya  oxşatdığı  züllə  papağının  altına 

qırmızı onluqlar keçirdirdi... 

İndi  hər  şey  ayrı  cürdü,  yəni,  evlərdə  heç 

kəs  yoxdu,  dediyimiz  kimi,  bütün  evlərin  içi 

ölüb,  daha  doğrusu,  kənd  içindən  ölüb, 

ermənilərin  son  gəlişi,  son  xəbərdarlığı  da 

evlərin  içinə  son  gülləni  vurdu:  “Nə  qədər  qan 

tökülməyib  kəndi  boşaldın...”,  yəni  evləri.  Ona 

görə də hamı bayırdadı...Şallını üzü qanlı-qanlı 

harasa  aparırlar,  üzünün  qanı  yola  damcılayır, 

yol  qardı,  qan  damcıları  qarın  üstündə  qara 

hopub çiçək kimi ləçək açır... 

Ermənilərin  gətirdiyi  it  özlərinə  hürür, 

bilmirlər  maşına  necə  aparsınlar...  Aped 

dayanıb  mat-mətəl  itə  baxırdı,  it  yaxına  heç 

kəsi  buraxmır,  kinli-kinli  mırıldayır,  təzədən 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çaxalın 


yanına 

uzanırdı. 

Qarakəlləoğlu 

gözlənilmədən  yapıncını  çiynindən  atdı,  iri 

addımlarla  itlərə  sarı  gəldi,  firəng  itinin 

xaltasından  tutub  dik  qaldırdı,  sallaya-sallaya 

gətirib maşına qoydu: 

-Civan  kirvə,  sənin  bu  gətirdiyin  it  itə 

dalını  çevirir...belə  itlə  it  boğuşmaz.  Bizimkini 

də qeyrətsiz elədi. 

Şaqqıltıya 

başını 


qaldırdı, 

maşının 


üstündəki  gənc  ermənilər  avtomat  silah 

götürmüşdülər,  biri  Qarakəlləoğlunu,  biri  də 

camaatı  nişan  almışdı.  Qarakəlləoğlu  elə 

bayaqdan  gülümsəyirdi,  indi  də  gülə-gülə 

onlara tərəf getdi, Ulubabyan aradaydı: 

-...Çi qarelya,

15

 - uzun arıq barmağını gənc 



ermənilərə  sarı  silkələyirdi,  -  Him  hınaravor 

çe...!


16

 

Kənd  onsuz  da  neçə  gündü  ayaq  üstədi, 



avtomat  silahları  görüb  dalğalandı,  sarışın 

oğlanın  tüfəngi  hasara  söykənmişdi,  kimsə 

toxundu,  qundağı  yerə  dəyən    kimi  açıldı...Bir 

                                                           

15

 Olmaz...! (ermənicə) 



16

 

İndi yeri deyil...(ermənicə)



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

anlığa  bilmədilər  səs  hardan  gəldi,  yerdəki 



ermənilər  səmt  tapa  bilmədikləri  üçün  kəndin 

adamlarına qarışdılar, maşının üstəkilər bağıra-

bağıra  avtomat  silahla  camaatın  başı  üstündən 

səs  gələn  trəfi  atəşə  tutdu,  bir  anın  içində 

kəndin  görünən  üzündəki  evlərin  kirəmidləri, 

pəncərələri çilik- çilik oldu... 

 

Sonuncu evdən sonuncu ölü... 

 

Günortadan 



keçib, 

axşam 


üstüdü, 

ermənilər  çıxıb  getsə  də  qara-qorxu    hələ  də 

kəndin canındadı. 

-Ay  kənd,  ay  camaat,  gəlin,  Saya  arvad 

can üstədi...! 

Böyüklü-kiçikli hamı səsə sarı qaçdı. 

-Canı qurtardı yazığın... 

-Oğlunu çağırtdırmayaq? 

-Hara  çağırtdıraq?  Biz  hardayıq  ki? 

Haramız  var  bizim?!  Nə  bilirsən  bir  azdan 

nolacaq?! Biz harda olacağıq! 

Kəndin səsidi, fərqi yoxdu, kim deyir... 

Artıq  ev  yox,  eşik  yox,  arada  qalan  bir 

özləridi,  qayıdıb-  dönüb  bir-birilərinin  üstünə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin