Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   2   3   4   5   6   7   8   9   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

götürüb aparmışdı, neçə il bundan qabaq, hələ 



də bir xəbər yoxdu. 

-Erməninin  qabağınnan  qaçmaq  ölümnən 

betərdi,  ölmək  min  dəfə  onnan  yaxşıdı.  -

Qaraca  müəllim  bilmədi  bunu  niyə  dedi... 

Şagirdləri onu araya alıblar, qorxuya yer yoxdu 

artıq.  Bu  uşaqların  arasında  heç  ölüm  də  yada 

düşmür... 

amma  tarixlə  bağlı  heç  nə  demədik, 

heç  nə  vermədik,  elə  beləcə,  havaya  bö-

yüdülər... 

“...Allah lənət eləsin Balacahunluya, heç öz 

tariximizə  yaxınlaşmağa  qoymadı,  akademikdi 

özü  də...Tarix,  deyir,  atdı,  yüyənini  hara 

çəksən, ora gedəcək. ” 

 -Onnar  Suriya  tərəfdən  gəliblər,  qaraçı 

tayfası kimi, əlifbaları da özlərinin deyil, Suriya 

əlifbasıdı...  -Qaraca  müəllim  bu  iki  daşın 

arasında çox şey demək istəyirdi, dayanıb fikir-

ləşirdi  ki,  daha  nə  bilir. 

-  Dövlət  görmüş, 

dövləti  olmuş  xalq  özünü  belə  görməmiş 

aparmaz, yoldaş Partkom... 

Partkom  ocağın  yanından  elə  qalxdı  ki,  elə 

bildilər  ermənilər  gəlir,  hərə  bir  yana 

səpələndi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mənə  niyə  deyirsən,  əə,  bu  sözü?  Mən 



qurmuşam,  erməniyə  dövləti?!  İndi  ermənini 

kəndin üstünə mən gətirirəm?... 

 

Avropa iti... 

 

  Apedin  “ Villis  “  markalı  maşını  da  elə  bu 



vaxt  sürüşə-sürüşə  türk  kəndinə  doğru 

qalxırdı.  O  günkü  adamlardı,  amma  indi 

aralarında  bir  it  də  var,  qara,  yoğun  boyunlu 

itdi, gözlərini dikib tük tərpətmədən yola baxır. 

Bayaq bazarkom Civanın qaynadıb verdiyi iri ət 

tikələrindən başqa yaddaşında heç nə yoxdu: 

-Çiy  ət  olmaz,  türk  deyil  ki,  çiy  yesin.  - 

Səhər  tezdəndi,  Civan  arvadını  güldürməkçün 

belə  deyir,  bir-birinə  sıxıla-sıxıla  gülüşürlər  ki, 

uşaqlar oyanmasın.  

Arvad  bazarda  qəssablıq  eləyən  ətçi 

İbrahimi  xatirlayır...  Əlində  balta,  köynəyinə 

sığışmayan  əzələli  bədəni  gözlərinin  önünə 

gəlir, əlindəki iri ağızlı baltanı da itə oxşadır: 

-Gedim  türk  İbrahimnən  ət  alım?  -  İtlə 

ərinin  arasındadı,  ərinin  qucağından  başını 

qaldırıb baxır. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Gedərsən,  -  deyir,  bazarkom  Civan,  o  biri 



tikəni firəng itinə atır... 

Firəng  iti  indi  maşından  gözlərini  yollara 

diksə  də  heç  nə  görmür,  yaddaşında  heç  nə 

yoxdu,  gəyirə-gəyirə  bayaqkı  tikələrin  tamını 

udqunur...Belə çıxır ki maşındakılar da itə görə 

dinib-danışmırlar.  Varjaped  o  günkü  paltarını 

dəyişib,  qışın  günündə  başına  şlyapa  qoyub, 

qara  eynək  taxıb,  o  da,  demək  olar  ki,  tük 

tərpətmədən yola baxır. 

-Necə  dindirirsən  firəngi?...İti  deyirəm.  - 

Ulubabyan firəng itinin başını sığalladı. 

-Mən  hansı  dili  bilirəmsə  o  dillə,  -tatud 

dur

13

,  -  görürsən  varjaped,  ermənicə  bilmir. 



Amma rusca bilir. -Day lapu, lapu day!

14

 



İt qolunu varjapedə tərəf uzatdı. 

Təkərlərinə  zəncir  bağlanmış  yük  maşını 

dabanbasırıq  gəlirdi.  Beş-altı  gənc  erməni 

maşının  üstündə  bürüşüb  oturmuşdu,  maşının 

içi samanlıydı, ayaqlarını samana soxmuşdular. 

                                                           

13

 Əl ver (ermənicə) 



14

 Ver əlini, əlini ver (rusca) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Kəndə  çatanacan  özünüzü  göstərməyin... 



-Varlapedin tapşırığıdı. 

Bələni  aşan  kimi  kənd  görünəcəkdi,  gənc 

ermənilər  özlərini  erməni  əsgəri  kimi  aparsalar 

da, həyəcanlıdılar. 

-Qırmaq  lazımdı  hamısını!  -  Saqqallı  gənc 

əllərini  avtomat  silahmış  kimi    özünü 

ağrıdanacan  sıxıb  irəli  uzatdı,  ayaqları  dartına-

dartına  samanı  eşib  samanın  içindəki  avtomat 

silahı  bayıra  çıxartdı.  -  Götürüb  qıracam 

hamısını!  

-Silah  orda  da  var...  -yanındakı  başıyla 

qabaqdakı  maşını  göstərdi,  göydən  enən  kimi 

adama  yapışan  şaxtaya,  ayaqlarını  örtən 

samanlığa 

uyğun 

aldığı 


sahmanı-aramı 

pozmadan  çox  sakitcə,  -  lazım  olar,  qırarıq!  - 

dedi. - İndi gözlə. 

-Bu  respublika  bizimdi,  hələ  də  elə  bilirik 

bizim  deyil,-  üzü-gözü  tər-təmiz  qırxılmış  gənc 

bunu elə belə havaya dedi... 

Türk  kəndi  görünən  kimi  maşınlar  duruxub 

yerində silkələndi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Çatırıq  deyəsən.  -Gənc  ermənilər  bir-



birinə  sığınıb  taxtanın  arasından    kəndə 

baxdılar... 

Firəng iti də canlandı, kənd tərəfdən gələn 

uğultunun içində it səslərinə dikəldi... 

Yaşlıların,  qocaların  qoruduğu  kəndin 

görünən  tərəfində  qarın  rəngi  göyə  çalırdı; 

yayda yan-yörəyə sərinlik, dinclik havası yayan 

dağların görkəmi qəzəb, hirs içindəydi, adamın 

üstünə  yeriyən  kimi  görünürdü,  arada  elə  qatı 

sıxıntı  vardı  ki,  deyirdin  indicə  qar  uçqunları 

başlayacaq.  Girəcəkdəki  ocaq  rezin  ocagıydı, 

təkər yandırmışdılar. 

-Baxma,  nə  qədər  olmasa,  rus  yenə 

ermənidən  insaflı  olar,  -dedi,  Qarakəlləoğlu. 

Yapıncının  arasında  oturmuşdu,  altında  da 

təkər vardı, bir azdan bunu da yandıracaqdılar. 

-  Bilirsiz,  baxanda  rusun  bir  az  gözü-könlü 

toxdu, arağını ver, nə deyirsən eləsin... Ayvaz, 

Vasil yadınızda yoxdu?.. 

Kəndin  içindən  indicə  gəlmiş  kişi  gələn 

kimi  də  sözün  nədən  getdiyini  anladı,  əlini 

ayazlı  havada  qara  yol  kimi  burula-  burula 

qalxan tüstüyə uzadıb: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   -Bütün  işləri  korlayan  rusdu  da  elə,  - 



dedi. -Erməni kimdi ki, russuz nəsə eləsin?! 

-Kəndin  o  üzü  necədi,  nə  var,  nə  yox, 

orda? 

-Sakitlikdi hələ, amma elə soyuqdu ki... 



-Neynirlər? 

-Qaraca müəllim tarixdən danışır. 

-Tarixi  neynir,  ə,  Qaraca  müəllim,  tarix 

indidi,  lap  bu  gündü,  bu  gün...  Çıx,  deyirlər 

evinnən-eşiyinnən,  ya  ölüb  qalmalısan,  ya  da 

ölə bilmiyib çıxmalısan. 

-Tarixdən  vaxtında  danışmaq  lazımdı,  bu 

gün  yox...  hamımız  bilirdik  ki,  erməni  silah 

yığır,  silahlanır,  baş  bilənlərimizdən  heç  biri 

düşünmədi  ki,  erməni  bu  silahı  niyə  yığır.  -

Otursa  da  qollarını  qoltuq  ağaclarından 

sallamış  medallı  kişi  ocağa  baxa-baxa  dedi.  - 

İmrxanlıdan yaxşı tarix yazmayacaqlar ki? Hanı 

bəs?  Nə  yazdığı  ağlımızda  qalıb,  nə  özü 

yanımızdadı...  İndi  də,  deyir,  bir  erməni  qızına 

uyub, nə kənd yadına düşür, nə anası. 

Qarakəlləoğlunun 

yapıncısı 

şaxtadan 

bərkiyib  agaca  dönmüşdü,  ona  görə  də  balaca 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

otağa  oxşayırdı,  Qarakəlləoğlu  da  elə  bil 



yapıncıdan yox, qapının ağzından baxırdı.  

-Anası  nə  təhərdi,  onun?  Xəstəydi,  necədi 

görəsən?! 

Aşıq  Ayvaz  yorğana  bükülüb  bir  qıraqda 

oturmuşdu  dinmirdi,  bayaqdan  elə  bilirdilər 

yatıb.  Yerində  qurdalandı,  yorğanın  arasından 

saz göründü, boydan-boya, çanağı aşığın dizlə-

rinin arasında, uşaq kimi qucağına almışdı, sazı 

görən  kimi  ocağın  yanını  kəsdirmiş  adamların 

arasında  qəribə  istilik  dolaşdı.  Aşıq  Ayvaz  nə 

deyəcəkdisə, yorğandan əlini də çıxartdı. 

-İmirxanlını  düz-əməlli  şair  bilirdim,  amma 

mən onun yazdığını çalıb oxuya bilmirəm... 

-Nə  yazıb  ki?  - 

“...əlağacının  canında  hava 

qalıbsa,  dəydiyi  yeri  ağrıtmaz...  gərək 

qurudasan,”  deyə  ocaqda  o  üz-  bu  üzünə 

çevirə-çevirə    ağacını  qurudan,  özü  demiş, 

“...canınnan  havasını  çıxardan...”    Dəmir  kişi 

elə bil öz-özündən soruşdu.  

-Məsələn,  yazıb  ki,  yüz  əlli  il  bunnan 

qabağacan  Qafqazda  erməni  olmayıb,  ruslar 

gətirib  onnarı...Yaxşı,  hörmətdi  İmirxanlı,  mən 

bunu məclisdə nə təhər oxuyum?! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sən  əlini  üşütmə,  aşıq,  saz  çala 



bilməyəcəksən.-Qarakəlləoğlu 

dedi, 


Dəmir 

kişiyə  baxdı.  -Anası  nə  təhərdi?...  Saya  arvadı 

deyirəm. 

-Heç  nə...  Bilmirsən  yatıbmı,  oyaqdımı, 

elə, gəl, deyir, gəl, hardasan, gəl çıx! İmirxanlı 

da,  bu  günlərdə  bilirsən  qardaşı  Uğurluya  nə 

yazıb  göndərib?  Yazıb  ki,  qardaş,  gördün  qarı-

şıqlıq  düşdü,  yazılı  daşı  unutma,  anamla  bir 

yerdə  o  daşı  da  maşına  qoy  gətir.  Deyir, 

daşdakı  yazını  yoxlatmışam,  erməni  yazısı 

deyil. 

Baş-başa vermişdilər. 



-Deyirəm axı, bu bic erməni o dağın üstəki 

tikilini  niyə  dağıtdı.  -Medallı  Göyüş  dedi.-

Deməli, bizimmiş...Üstü də dolu yazı. 

-Özü  də  bizim  əlimizlə...  -Qarakəlləoğlu 

uzanıb  aşığın  əlini  yorğanın  altına  saldı.  -  Sən 

əlini üşütmə.   

-Eh,  nə  əl,  nə  saz,  innən  belə...verdim 

Qırı,  aldım  Dürü,  döy  başına  yan  Koroğlu... 

Dürü  də  vermişəm,  Qırı  da.  -  Aşıq  Ayvaz 

təzədən yorğana büründü. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Elə  demə,  aşıq.  Sən,  əksinə,  bizə  ruh 



verməlisən!  –Medallı  Göyüşdü,  medalları  yenə 

sinəsindədi, belə deyib sinəsini qabartdı, sonra 

da  yana  çəkdi ki,  medallarını  səsləndirsin.  Am-

ma medalları da şaxta vurmuşdu, səs çıxmadı.  

-Tək  erməni  işi  deyil  bu,  dava  görmüş 

adamsan,  bunu  qurublar,  bunu  xallıbaş  qurub, 

davaya oxşamır axı, quramaya oxşayır. - Başını 

yorğanın  arasına  salıb  inildədi.  -  Yeri-yurdu 

alacaqlar əlimizdən. 

-Dəmir  kişi,  sənin  gözün  itidi,  gör,  gələn 

yoxdu ki... 

Dəmir kişi əl ağacını ocağa tutub o yan- bu 

yanına  çevirə-  çevirə  qurudurdu,  dikəlib  yola 

baxdı, təzədən oturdu: 

-Yoxdu heç nə. 

At  ayağının  səsi  eşidildi,  səs  gərilir, 

daralır, kənddən də çıxıb qar basmış düzənlərə 

yayılırdı, havanın içində şaqqıltı vardı. 

-Arıq  gəlir,-  dedi,  Qarakəlləoğlu,  ocağa 

baxıb  gülümsədi.-  Onun  atının  ayağının  səsidi. 

Onun atı axsayırdı, axı. 

Qarakəlləoğlu  yapıncıdan  başını    çıxardıb 

boylandı  ki,  atlını  görsün,  amma  heç  kəs  yox 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

idi.  Yapıncının  arasından  sinəsinə  sıxdığı 



tüfəngin lüləsi göründü.   

-Nədi  o?  Köhnə  şeydi  deyəsən?!  -  Medallı 

Göyüş əlini tüfəngə sarı uzatdı. 

-Babamın aynalısıdı. 

-Nə yaxşı qalıb bu vaxtacan? 

-Dar gün üçün saxlamışam. 

-Atır?  

-Yox, 


-dedi, 

Qarakəlləoğlu, 

tüfəngi 

yapıncının  arasından  çıxardıb  silkələdi,  - 

paslanıb deyəsən. 

-Ocağa tut, qızsın... 

Bayaqdan  dinməz-söyləməz  əl  ağacını 

ocağa tutub qurudan Dəmir kişi: 

-Tüfəngi  oda  tutmazlar,  əlinizdə  açılar,-

dedi. 


Arıq  çata-çatda  üzəngiyə  qalxıb  uzaqlara 

boylandı: 

-Gəlmirlər?! 

-Darıxırsan?  -  Medallı  Göyüş  də  tək 

ayağının  üstə  qalxıb  erməni  kəndindən  gələn 

yola baxdı. 

-Deyirlər,  bu  dəfə  üstümüzə  tankla 

gələcəklər. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Rusun  tankı  onun  döyülmü?!  -  Aşıq  başını 



yorgandan çıxarıb dedi. 

Arıq  yenə  yollara  baxıb  udqundu.  Şinel 

geyinmişdi,  elə  atın  üstündəcə  yaxasını  açdı, 

belinə  bağladığı  qılıncın  gümüş  dəstəsi 

göründü, əlini qılıncın tutacağına aparıb: 

-Qoy  gəlsinlər,  -  dedi,  -  öldü  var,  döndü 

yoxdu! 

Atdan  enib  tonqala  tərəf  gəldi.  Qılınca 



baxa-baxa qalmışdılar. 

-Nə  gözəl  şeydi,  Arıq!  -  Medallı  qoltuq 

ağacına  söykənib  əllərinin  ikisini  də  uzatmışdı. 

- Gözəldi vallah! 

Arıq  şinelin  ətəyini  qaldırdı,  bəzək-düzək 

içində  “yatağan”  qılıncdı,  az  qalırdı  ucu  yerə 

dəysin. 

Dəmir  çomağını  yenə  oda  tutmuşdu,  o  üz- 

bu üzünə çevirirdi. 

-Qılınca gözəl deməzlər. 

-Niyə?-  Arıq  boynunu  uzadıb  Dəmir  kişiyə 

baxdı. 


-Nə  niyə?  Elə  bil  kişiyə  gözəl  deyirsən. 

Hansı kişi götürər, ona gözəl desən. 

-Niyə götürmür? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sən götürərsən? 



Qarakəlləoğlu  tüfəngini  üzünə  qaldırıb 

çaxmağını çəkdi, heç nə...pərtliyi keçsin deyə: 

-Tüfəngin  qaraltısı  bəsdi,  guya  qorxaq 

ermənini tanıyan yoxdu.- dedi. 

-Erməninin  işi  deyil,  bu!  Rusun  barmağıdı, 

-  Aşıq  bu  dəfə  bərkdən  dedi,  əlinin  ikisini  də 

yorğandan  çıxardıb  irəli  uzatdı,  barmağını 

dikəldib atldan yuxarı havanı eşdi, - qurdalayır 

ermənini...Erməni  də  öyrəncəlidi,  barmaqsız 

yaşaya  bilmir,-  sonra  ovuclarını  qoşaladı... 

nəsə demək istəyirdi, udqunub ayrı şeyi dedi. -

...Şeytan  balasıyla    oturmuşdu  Allahla 

insanların  arasında,  olacaqları  düşünə-düşünə, 

olub  –  keçənlərə  baxırdı.  Adam  ata  ulağa  dən 

yükləyib  dəyirmannan  gəlirdi.  Ulaq  getdiyi 

yerdə büdrədi, az qaldı, yükü dağıtsın. 

-Lənət sənə, kor şeytan!... 

-Ana-dedi,  şeytanın  balası,-  Adam  orda, 

sən  burda,  niyə  söydü,  səni?  Sən  Adama 

neynədin ki? 

-Baxma,-  dedi  şeytan,-  mən  burda  olsam 

da, barmağım ulağın quyruğunun altındadı... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Var  ol  aşıq,  çox  ağıllı  söz  oldu  bu,  heyf, 



indiyə düşdü! 

-Sən özünü üşütmə, görürsənmi necə lazım 

olursan. 

...Hərə  bir  yandan  qalxıb  aşığı  təzədən 

yorğana bükdülər.    

Arığın  başına  yığışdılar.  Arıq  qılıncın 

qundağyla əlləşirdi. 

-Çıxart  görək  tiyəsi  nə  təhərdi?  - 

Qarakəlləoğlu onun şinelini araladı. 

-Çıxmır,  evdə  nə  qədər  əlləşmişəm, 

qınınnan  çıxarda  bilməmişəm.  -  Şinelini 

soyunub  qarın  üstə  tulladı,  qılıncın  qəbzə-

sindən yapışıb dartdı... 

Qarakəlləoğlu bərkdən gülüb tez də susdu, 

yəqin  öz  tüfəngi  yadına  düşdü.  İtlər  nəsə  hiss 

eləmişdi, bərkdən hürüşürdü. 

-Aç belinnən, indi çıxardarıq.-Qarakəlləoğlu 

yapıncısını qırağa tullayıb, qılıncın qəbzəsindən 

yapışdı. 

-  Nə  təhər  çıxmır.  Bu  da  tüfəngdi  ki, 

açılmasın. Siz qınınnan tutun. 

-Birdən  çıxar,  ocağa  yıxılarsız,  -  Dəmir  kişi 

hələ  də,  özü  demiş,  əlağacının  canından 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

havasını  çıxardırdı,  -  Qannı-qannı  qoymusuz, 



paslanıb... 

-Bilirsən 

nə 

vaxtdan 


qalandı 

bu? 


Teymurdan qalıb... -Arıq qılıncı o üz- bu üzünə 

çevirdi. 

-Hansı  Teymurdan?-  Qarakəlləoğlu  fikrə 

getdi ki, bəlkə yadına düşə. 

-Budu  bax,  Teymur  yazılıb,  əski  əlifbayla!- 

Baş-başa  verib  qılınca  sarı  uzandılar,  elə  o 

halda  da  aşığa  tərəf  getdilər.  Aşıq  Ayvaz 

höccələyə-höccələyə oxudu, “Teymur” 

-Sən  nə  bilirsən  ki,  topal  Teymurdu,  topal 

yazılmayıb  ki,  üstünə.  -  Dəmir  kişi  başını 

buladı, - o Teymur olmaz. 

-Qılıncın  üstə  yazılan  hansı  Teymur  olar? 

Kitabdı ki, başqa Teymur olsun?! 

-Gəlirlər! Gə-əliiirləəər! 

Hərəkətdə 

olan 


nə 

vardısa 


donub 

qaldı...Aşıq  yorğanın  arasından,  sudan  çıxırmış 

kimi  çıxdı,  “ürəyi  ağzında”.  Sazı  yerdən  tüfəng 

kimi  götürdü,  bir  anlığa  elə  tüfəng  kimi  də 

tutdu,  çanağı  qucağında,  üzü  erməni  kəndinə 

tərəf.  Necə  danışmışdılar,  eləcə,  aşıq  ermənini 

görən  kimi  çalmalıydı,  “Koroğlu”  havalarından 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

başlayıb 



ölənəcən, 

yəni 


vurulanacan 

çalmalıydı.  

-Öləndə  də  sazı  bayraq  kimi  tutmalısan!  - 

Qaraca müəllim dedi, səhər tezdən aşıq Ayvazı 

da  yanıyla  dikə  çıxartmışdı.-  Qaldır  sazı 

başımızın üstünə! 

-  Qorxma,  aşıq,  hamı  yanında  olacaq,  səni 

qoyub  heç  kəs  qaçmaz...  -Bunu  da  medallı 

Göyüş  dedi,  hər  halda,  müharibə  görmüş 

adamdı. 


Səhər  tezdən  deyilənlər  aşığın  yadına  indi 

düşdü,  simlərə  toxundu,  saz  Koroğlu  kökü 

üstündə  deyildi,  bu,  onu  lap  çaşdırdı.  “Dünən 

axı, 


mən 

bunu 


Koroğlu 

kökü 


üstə 

qoymuşdum...” 

-Gəliiir-lər! 

Hərə  bir  yana  qaçırdı,  daha  doğrusu, 

bilmirdilər hara qaçsınlar, səmt qalmayıb, səmt 

itib...ona görə də ayağı yer tutan, harda adam 

çoxdu,  ora  qaçır.  Arıq  qılıncı  başının  üstə 

qaldırıb qışqırdı: 

-Hara  qaçırsız,  ay  camaat?!  Bunları 

gözləmirik  bəs?  -  Dönüb  yola  baxdı,  dağların 

arasıyla maşın karvanı gəlirdi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Görünməyən  üzə  adam  göndərin,  görək  o 



tərəfdən də gələn varmı? 

Qarakəlləoğlu  medallı  Göyüşlə  yanaşı 

dayanmışdı,  ikisi  də  bir  cür  gülümsəyirdi. 

Medallı  Göyüş  qoltuq  ağacının  birini  başının 

üstə qaldırdı: 

-Ay  camaat,  kimə  hara  tapşırılıb,  ora 

getsin! Yerinizdə olun! 

Kənd  içindən  uğuldamağa  başlamışdı. 

Qapılar  açılıb-örtülür,  ayaq  səsləri  qapıdan 

güllə  kimi  çıxırdı. 

“...Bayraq  ona  görə  lazımdı 

ki,  altına  girəsən,  havasına  yığışasan...harda 

öldüyünü  də  onda  bilərsən.  Medallı  Göyüş  düz 

deyir,  bayrağımız  yoxdu,  onun  yerinə  sazımız 

var!”-  Bu  da  Qaraca  müəllimin  sözüdü.  Səhər 

tezdən bir dikə çıxıb iliyə işləyən soyuqda çıxış 

eləyirdi.  “  Bəlkə  partkomun  sözü  var?”  Ən  çox 

çaşqınlıq  içində  olan  da  Partkom  idi. 

Başlanğıcla sonun arasında əzilə-əzilə qalmışdı, 

daha  doğrusu,  başlanğıcda  elədikləriylə  indi 

eləmək istədiklərinin arasında... 

-Neçə tüfəngimiz var, ay camaat? – Medallı 

Göyüşün  üzündəki  gülüşü  elə  bil  səsiylə  bir 

yerdə  soyundurdular,  üzü  qaralıb  qırışlarla 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

örtüldü.-Camaatı qıracaqlar, Qarakəllə! Silahsız 



neynəmək olar?! 

Sarışın bir uşaq evin tinindən irəli çıxdı: 

-Üç  tüfəngimiz  var.  -dedi.  -  Biri  budu, 

məndə,  -tüfəngi  başının  üstə  qaldırdı.-  Biri 

görünməyən  üzdədi.  Biri  də  evinnən  bayıra 

çıxmır! 


-Niyə?!  -  Medallı  Göyüş  qoltuq  ağaclarının 

ikisini  də  birdən  başının  üstə  qaldırdı,  bir 

anlığa qaldı tək ayağının üstündə.- Nə deyir? 

-Deyir,  mən  ancaq  öz  evimi  qoruya 

bilərəm. 

-Partkomu  deyirsən,  əə?  -  Qarakəlləoğlu 

soruşdu,  özü  də  özünə  cavab  verdi.  -Erməni 

onunçün  gəlmir  ki.  O,  elə  erməniyə  işləyib 

həmişə. 

Uşaq  tüfəngin  qundağını  yerə  qoymuşdu, 

bir boydaydılar, başını qaldırmadı. 

-Ağlama,  düşmən  qabağında  ağlamazlar. 

Hələ  ölməmişik  ki,  ağlayırsan.    Tüfəngin  atır, 

heç olmasa? 

-Qundağını yerə vuranda açılır. 

-Həə,  səs  elə...  -  Evin  tinindən  beş-altı 

uşaq 

çıxıb 


sarışını 

araya 


almışdılar, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin