Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   2   3   4   5   6   7   8   9   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 Uğurlu  ikinci  mərtəbədəydi;  arvadının 



əlləri  o  qədər  iri  göründü  ki,  məətəl  qaldı,  öz 

əllərinə  baxdı,  öz  əllərindən  də  iri...Heç  fikir 

verməyib,  “...həə,  bu  daşların  hamısı  bir-bir 

onun  əllərindən  gəlib  keçib...gedim  əllərindən 

tutum,”    pilləkənləri  endi,  içini  yandırıb-yaxan 

göynərti  dolaşırdı...Amma  əllərindən  tutmadı, 

əyilib  başını  qarnının  üstünə  qoydu,  xeyli 

beləcə  qaldı,  sonra  yavaş-yavaş  dikəldi,  evlə 

üz- üzə durdular...Evin arxası əkin yeridi, əkilib 

amma səpilməyib. 

-Yerin  hamısını  lobya  eliyəcəm...  anam 

deyərdi,  lobyanın  qarnı  var,  balalıdı,  lobya  ək, 

bərəkət 

gətirəcək...yadındadı? 

–Uğurlu 

gülümsəmək  istədi,  heç  nə  alınmadı.  -Sabah 

tezdən toxum almağa gedəcəm. 

-Hara?  -  Gəlinin  qorxusu  bir  andaca  su 

kimi  başından  aşağı  axdı.  -Qoymaram  rayona 

gedəsən. 

-Heç  nə  olmaz...bazar  bağlanmayıb  ki,  o 

qədər 


gedən-gələn 

var...Bu 

boyda 

ev 


tikmişəm, əkib səpməyim?!  

                        



Ölümün şəkli... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

...Bazarı  qarış-qarış  gəzib  bir  çanta  toxum 



almışdı,  çantada  hər  nə  desən  vardı, 

günəbaxan  tumuna  qədər...Bəlkə  də  yazağzı 

olduğundandı,  toxumu  bütün  ruhuyla  özü  də 

hiss  eləyirdi;  qardaşı  yanında  olsaydı,  deyərdi, 

torpağın  kimi  sən  də  cücərəcəksən...belə 

düşüncələr  içində  gəlib  dayanacağa  çatdı. 

Avtobusda  adam  çox  idi,  heç  kəsə  fikir 

vermədən  qalxıb  arada  dayandı,  çantasını  da 

qoydu  ayaqlarının  arasına.  Gözucu  boylandı, 

hamısı  ermənidi...içini  otluq  kimi  ayaqladılar 

elə bil. 

“Qaraca  müəllim  düz  deyirmiş,  bizim 

bazara  gedənnərimiz  avtobusla  getmirlər  ki, 

atla  gedib  atla  da  gəlirlər...hələlik  ona  görə 

salamatlıqdı.  Mən  də  gərək  atla  gələydim,”- 

fikirləşdi.  Bizimkilərdən  yalnız  iki  nəfərdi, 

kəndçiləri  Arıqla  arvadı  qabaq  sırada  bir  cüt 

dovşan  kimi  bir-birinə  sığınıb  döyükə-  döyükə 

oturublar,  gözləri  böyüyüb  nə  boyda  olub,  heç 

bilmirlər  hara  baxırlar,  ağzı  bağlı  bir  dolu 

kisəni  də  aralarına  alıb  əllərini  də    üstünə 

qoyublar.  Üz-gözlərini  qırışdırıb,  bürüşüb, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sıxılıb  elə  oturublar  ki,  elə  bil  indicə  harasa 



hoppanacaqlar. 

Hamısı 


narahatçılıqdan, 

qorxudandı.  Yan-yörədəkilərin  çoxu  saqqallı 

gənc 

ermənilərdi, 



arada 

ayaqüstə 

dayanıblar...hamısı  qurdalanır,  dingildəyir,  elə 

bil  ayaqlarının  altında  nəsə  var,  əzirlər  elə  bil. 

“Siranuşun şagirdləri...”  

 Uğurlunun  canından  üşütmə  keçdi,  niyəsə 

düz  göbəyinin  üstündən  sancı  qalxdı,  əlini 

ağrının üstə qoyub boylandı...  

Nə  haqdasa  danışırlar,  hə,  “Qrunk”  erməni 

təşkilatının  adını  çəkirlər  tez-tez,  sonra  bir 

dəstə  şəkil  çıxardıb  öz  aralarında  baxmağa 

başladılar. Şəkildəki adamın biri Şalikodu, Şali-

konu  tanıyır,  Sumikyan  Şaliko,  yanındakını 

tanımadı. 

Şəkillərin 

bir 


neçəsini 

yenə 


çevirdilər, özünü gördü, Sumikyan qolunu onun 

boynuna  salmışdı...“...hə,  it  boğuşdurmağa 

gələndə  çəkdirmişdilər...”  Sevincək  boynunu 

əlində şəkil olan saqqallıya sarı uzadıb: 

-Kirvəmdi...  -dedi,  gülümsədi.  -  Du  um 

dığanes?!

2

 –  qolunu  qaldırıb  yanında  çiyin-



                                                           

2

-Sən kimin oğlusan? ( ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çiyinə  dayanmış  saqqallının  boynuna  salmaq 



istədi.  Saqqallı  da  gülümsəyirdi,  hamısı 

gülürdü,  eyni  cür,  eyni  rəngdə.  -Yes  kez  çem 

canançum, axır, axber, um dığaes?

3

 –Bu boyda 



sözün hamısını bir nəfəsə dedi. 

Oğlan  Uğurlunun  əlini  çiyninə  qonmamış 

tutub  aşağı  endərdi,  şəkili  azacıq  qaldırıb  bir 

də göstərdi, təmiz Azərbaycan dilində soruşdu: 

-Sənsən? 

-Mənəm,  -  dedi,  yenə  sevinə-sevinə.  - 

Yanımdakı 

da 


Şalikodu, 

Sumikyan...Biz 

kirvəyik.  Postalçı  Şaliko...Şalikoin  çes  ca-

nançum?


4

- Yenə istədi saqqallını qucaqlasın... 

  Aralığı 

tutmuşdular, 

yaxınlaşdılar, 

sıxlaşdılar, Uğurlu arada qalıb görünməz oldu. 

-İmirxanlının qardaşısan sən...? 

Dinmədi,    bir  anın  içində  canını  sızıltı 

bürüdü...bayaqkı sancı indi başında vururdu. 

                                                                                                                 

 

3

 -Mən  səni  tanımadım,  axı,  qardaş  kimin  oğlusan? 



(ermənicə). 

4

 -Şalikonu tanımırsan? ( ermənicə). 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Hə,  -  dedi,  yenə  ermənicəyə  keçdi,  bəlkə 



ermənicə  bildiyinə  görə  bağışlayalar...-İnçe 

badahel?


5

 –  səsi  xırıltıyla  doldu,  elə  bildi  ağzı 

qandı,  səsinin  birdən-  birə  bu  hala  düşməyinə 

özü də məətəl qaldı. 

Balacaboy  erməni  aradan  keçib  üz-  üzə 

durdu,  Uğurlu  onu  indi  görürdü,  hardan 

çıxdığını  bilmədi.  Hamısı  bayaqdan  gülüm-

səyirdi, balaca boylu erməni də gülə-gülə şəkili 

aşağıdan yuxarı ona uzatdı: 

-Tut...! 

Uğurlu  şəkli  alıb  bilmədi  neynəsin, 

çaşqınlıq  içindəydi,  aşağı  əyildi  ki,  balacaboy 

erməniylə  bir  boyda  olsun.  Balacaboy  erməni 

şəklin  bir  ucundan  tutmuşdu,  o  biri  əlindəki 

bıçagı  indi  gördü,  tiyəsi  alaqaranlıqda  düz 

Uğurlunun  gözlərinin  içinə  baxdı.  Bıçağın 

üstünə hardansa işıq düşdü, elə bil, Uğurlunun 

canında  parıldadı.  Balacaboy  əlindəki  bıçaqla 

şəkili  iki  yerə  böldü,  Sumukyan  Şaliko  olan 

tərəf  də  əlində  aradan  çıxdı...  Təzədən 

sıxlaşdılar, hamısı gülümsəyirdi. 

                                                           

5

 -Nolub? (ermənicə). 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Türksən sən? 



Avtobusu  səs-küy  bürümüşdü,  ermənilər 

oturacaqlarda 

iki-iki, 

üç-üç 


bölünüb 

çığırışırdılar  “...sən  türksüz  yaşayammayacaq-

san,  bilməlisən  bunu!  Acınnan  öləcəksən”.  “... 

əgər  sən  doğrudan  da  belə  fikirləşirsənsə 

erməni  deyilsən...”  hərə  bir  söz  deyirdi,  ona 

görə də gənc ermənilərə fikir verən yox idi. 

-De  ki,  mən  türk  deyiləm,  buraxaq  səni...! 

–  Saqqallılardan  uzunboylusu  Uğurluyla  nəfəs-

nəfəsə  dayanmışdı.  Uğurlu  əlində  də  şəkilin 

yarısı bilmirdi neyləsin.  

“...Şallının 

sözünə 


baxaydım 

gərək, 


kənddən  çıxmayaydım...”  üzünü  arvadının 

qarnına  söykəmiş  halda  özü  öz  gözlərinin 

qabağına gəldi... 

-De ki, musurmanam, türk deyiləm... 

Balaca  boylu  erməni  yenə  aralarında 

dayandı,  bıcaq  əlindəydi,  tiyəsi  yenə  hardansa 

işıq götürdü, bərq vurdu. 

-Axı, sənin özün mənə türk düyirsən... 

-Yox,  sən  öz  dilinlə  de  ki,  ay  camaat,  ay 

ermənilər, mən türk deyiləm... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Uğurlu  ağlamaq  istəyirdi,  ağlayıb  ağlayıb 



deyəcəydi  bəlkə  də,  amma  balacaboy  erməni 

tələsdi,  bayaqdan  özünə  yer  tapmayan,  tiyəsi 

göz gətirmiş bıçağı elə gözlənilmədən vurdu ki, 

Uğurlu  elə  bildi  avtobus  qarışıq  suya  girdilər, 

çünki, 

hər 


yan 

birdən-birə 

buza 

dönmüşdü...Əlini  qarnının  üstə  qoyub  sıxdı, 



yanındakı  sırada  oturmuş  saqqallı  da  elə  bunu 

gözləyirdi, qalxıb yerini ona verdi... 

Bir  küncdə  üzü  pəncərəyə  oturmuşdu, 

gülümsəyirdi,  səs-  səmir  yoxdu,  artıq.  Erməni 

kəndində  hamı  tökülüb  gedib,  qabaq  sıraların 

birində  Arıqla  arvadı  qalıb,  hələ  də  tərpənmir-

lər...Bayaq  da  avtobusdakı  qorxunu  adamdan 

çox  heyvan  kimi  duyduqlarından  heç  nə 

fikirləşmirdilər.  Arvad  istədi  dönüb  baxsın,  kişi 

öləzimiş səsiylə: 

-Baxma, - dedi. 

Avtobus  erməni  kəndini  keçib  üzü  yuxarı 

qalxırdı, 

bələni 


aşan 

kimi 


Azərbaycan 

türklərinin yaşadığı kəndin işıqları közərəcəkdi. 

Uğurlu  yenə  gülümsəyirdi,  amma  bu  gülüş 

artıq tərpənmirdi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Avtobus  enişə  düşən  kimi  qabaq  sırada 



oturmuş  ər-arvadın  ayaqları  qana  batdı.  Əvvəl 

heç nə anlamadılar; arvadın yadına birinci arpa 

kisəsi  düşdü,  kisəni  tərpədəndə  altını  qanla 

dolu gördü... 

Kəndin  girəcəyinə  çatmışdılar.  Arıq  kişi 

Uğurlunu  silkələyirdi,  ayağı  qanın  içində  olsa 

da,  öldüyü  ağlına  gəlmirdi...  Sürücü  avtobusu 

kəndə çatmamış saxlayıb qaçmışdı. 

Kənd  arvadın  səsinə  axıb  gəlməkdəydi. 

Qaranlıq 

enirdi 

artıq...Arıq 



avrobusun 

pəncərəsindən: 

-Gəlin,  ay  camaat,  -  deyirdi,  -  gəlin, 

öldürdülər! 

Kişinin  səsini  heç  kim  tanımırdı,  ayrı  adam 

səsiydi, öskürə- öskürə qışqırırdı: 

-Heç 

nə 


bilməmişəm, 

yanımdaca 

öldürüblər!  Aya,  məni  də  siz  öldürün....  – 

dediyi  doğruydu,  xəcalətindən  ölmək  istəyirdi, 

avtobusda  donubmuş,  donu  indi  açılırdı,  bir-iki 

kərə  özünü  ora-bura  vurdu,  başını-gözünü 

yaraladı... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şallı heç nə anlamadı, Uğurlunu qan içində 



görsə  də,  bir  şey  başa  düşə  bilmədi...Kimsə 

dedi: 


-Soyuyub,  canı  buz  kimidi...  -  Medallı 

kişidi,  dizini  qatlayıb  qarın  üstə  çökmüşdü, 

kəsik  ayağı  elə  öz  boyunda,  yəni  kəsildiyi 

qədərində 

qarın 

üstündəydi, 



yavaşcadan 

yanındakına  dedi.  -  Hardasa  bir  saatdı...!  - 

Sözünü  bitirməmiş,  hönkürməyindən  özünün 

də xəbəri olmadı.  

Şallı səmtini itirmişdi, erməni kəndinə tərəf 

gedirdi...  tərsinə,  qaytardılar,  gəlib  çıxanda 

Uğurlunun qanını yuyurdular. 

-  Allahsız  erməni,  düz  göbəyinin  üstünnən 

vurub...! 

Şallı  ərinin  ölümünü  oynayırdı,  heç  nədən 

xəbəri  yoxdu;  ayaqları  qara  sancılı,  qollarını 

yalnız  özünün  duyduğu  ahəng  altında  tərpədə-

tərpədə  yırğalanırdı.  Kənd  camaatı  yas  yerində 

olsa da, içindən- çölündən yığışırdı artıq... 

 

*** 


 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Elə  həmin  vaxt  erməni  kəndində  Aped  də 



onu dedi: 

-Daha  qalmazlar,  -  dedi,  -  innən  belə 

onnarı  kəndə  bağlasan  da  qalmazlar.  Bir-  iki 

günə çıxıb gedərlər.  

Sumikyan 

Şaliko 


şəkillərə 

baxırdı, 

Siranuşun  şagirdləri  də  başının  üstündə.  Üç 

şəkli  ayırıb  qoymuşdular  qırağa.  Şəkillər  iki 

bölünmüşdü,  yarısı  yox  idi,  bu  bölünmüş 

şəkillərdə 

təkcə 

Şalikodu, 



üçündə 

də 


gülümsəyirdi: 

-Üçü  artıq  yoxdu,  hı?  -  Əliylə  də  “yox”u 

ifadə  elədi,  havada  yelləyib    Siranuşun  balaca 

boylu şagirdinə sarı uzatdı. 

-Hə, artıq üçü yoxdu, üç türk yoxdu artıq... 

-  Balacaboy  erməni  gülümsəyib  əlini  şəkillərin 

üstünə  qoyub  saydı.  -  Qalıb  altısı,  -dedi,  - 

qalanlar ayrı-ayrı kəndlərdədi. 

-Kimdi? - Siranuş yorğana bükülüb divanda 

oturmuşdu, 

neçə 

gündü 


ağrıyırdı, 

indi 


akademik  Ulubabyanı  gözləyirdilər  ki,  dava-

dərman  gətirib  gələcək.  Amma  neçə  vaxtdı, 

heç  kəsə  məhəl  qoymadan  deyinirdi:  -  Türk 

Ayişə  ölənnən  sonra  ağrılarım  qayıtdı  təzədən. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-  Yanına  gələn  ermənilərin  hamısına  belə  de-



yirdi:  -  Türk  Ayişə  öldü,  məni  o  sağaltmışdı.- 

Dikəlib Şalikogilə tərəf baxdı, bir də soruşdu: - 

Kimdi öldürdüyünüz? 

Şaliko  yanındakılara  işarələr  eləyə-eləyə 

Siranuşa sarı getdi; yəni, “Uğurlunun olduğunu 

deməyin...” 

saqqallılar 

bir 


şey 

an-


lamadıqlarından, çaşıb qalmışdılar. 

-Yox,  ölən  Uğurlu  deyil,  onnan  işimiz 

yoxdu,-  Şaliko  belə  deyib  Siranuşu  dikəltdi, 

yatağının  önündə  diz  çöküb  gülümsədi.-  O,  lap 

çıxıb  getməsə  də  bir  şey  eləmərik,  bir  türklə 

yola  getmək  olar...-Siranuşun  şagirdlərinə 

baxıb  göz  vurdu.-  Bilirsiz,-  dedi,  -  Uğurluyla 

bunnar  bir  yerdə  böyüyüblər,  Xan  dəyirmanı 

vardı,  iki  kəndin  arasında,  orda  həmişə  bir 

yerdə olublar, bunnarın babaları kirvəydi. 

-Uzat  məni...  -  Siranuş  təzədən  uzanıb 

gözlərini yumdu, kiprikləri yaş içindəydi. - Türk 

Ayişə ölənnən sonra ağrılarım təzədən qalxdı. - 

... bu sözləri bu dəfə özü özünə deyirdi... 

Siranuşun  şagirdləriylə  Şaliko  şəkillərə 

baxır,  iki  şəkil  bu  bazar  günü    iki  yerə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bölünməlidi...yarısı  öləndə  qalmalıdı,  yarısı  da 



öldürəndə... 

Siranuş 


unuduldu 

yenə, 


baş-başa 

vermişdilər,  plan  cızırdılar...  ki,  bu  iki  şəkli 

harda iki yerə böləcəklər.  

İki  ay  bundan  qabaq  da  elə  burdaca  baş-

başa    verib  fikirləşirdilər  ki,  türk  kəndinə  necə 

getsinlər...ölməli olanları nece öldürsünlər... 

 

Türk kəndinə doğru... 

           

İki  ay  bundan  qabaq,  1988-ci  ilin  yanvar 

ayının əvvəlləriydi,  dizəcən qar yağmışdı, onda 

da  elə  beləcə,  Siranuşun  evinə  yığışmışdılar, 

türk  kəndinə  getmək  istəyirdilər,  amma  bilmir-

dilər necə getsinlər...Rayon xəstəxanasının baş 

həkimi,  hamının  “varjaped”

6

 dediyi  akademik 



Ulubabyandı,  dəriyığan  Apeddi,  Siranuşun 

şagirdləri,  Şaliko  Sumikyan,  bir  də  bazarkom 

Civandı, it saxlayan Civan da deyirlər, o da indi 

girdi  içəri.  Bayaqdan  fikirləşirlər  ki,  türk 

kəndinə  nə  adla  getsinlər,  birdən  atallar, 

                                                           

6

 

Ustad, müəllim.  (ermənicə).



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

atışma  olar.  Neçə  gündü,  türk  kəndlərindən 



ağlasığmaz  xəbərlər  gəlir;  “...azərbaycanlılar 

silahlanıb...” 

Siranuşun  üzü  pəncərəyədi,  özü  də  bilmir 

yatıbmı, oyaqdımı...xəyalında 

Xan dəyirmanının 

novundan  ayrılıb  gələn  arxın  töküldüyü  yerə 

tor  bağlanıb,  içində  balıqlar  çırpınır,  Uğurluyla 

bir yerdə balıqları tordan çıxardırlar...on iki on 

üç 

yaşlarındadırlar...əllərində 



küyül-küyül 

balıqlar,  gicitkanların  arasında  Uğurlunu 

öpür...beləcə, xeyli vaxtdı gözünün qabağından 

çəkilmir. 

Şalikogil  susub  akademikin  məsləhətini 

gözləyirlər  ki,  türk  kəndinə  getməyin  yolunu 

deyəcək. İt saxlayan Civan da qapını indi açdı, 

Ulubabyan  onu  görən  kimi  nə    fikirləşdisə, 

gülümsədi...yanındakılar  rahatlanıb  bir-  birinə 

baxdılar: “ tapdı, akademik...” 

-İt 

boğuşdurmağa 



gedirik...hazırsan, 

Civan?  -  akademik  Ulubabyanın  gözləri  qırış-

qırış olmuş sifətində muncuq kimi parıldadı. 

-Hara?!  -  Civan  sevinc  içində  otaqdakıları 

bir  də  gözdən  keçirdi.  -Mənim  itlərim    həmişə 

hazırdı. Hara gedirik? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Türk kəndinə...! 



Qalxdılar.  Siranuş  nəsə  demək  istəyirdi, 

artıq  onlar  yola  çıxmışdılar,  dikəlib  dallarınca 

baxdı, 

arıqladığından 



gözləri 

daha 


da 

böyümüşdü,  baxışları  ağrı  qarışıq  qışqırtıyla 

doluydu,  Uğurludan  nəsə  demək  istəyirdi, 

amma  dəriyığan  Apedin  sürdüyü  “Villis” 

markalı  maşın  yoldaydı,  türk  kəndinə  gedən 

yoxuşu qalxırdı... 

Neçə  gündü  gediş-gəliş  yoxdu,  bir  neçə 

yerdə rus- sovet əsgərlərinin düşərgəsi salınıb, 

amma 

əsgərlər 



səbəbini 

bilmədən, 

düşünmədən  daha  çox  erməniləri  qoruyurlar. 

Bunu  türklər  tək-tək  adamlar  halında  bilsələr 

də,  elliklə  anlamırlar,  tək  adam  halında 

istəməsələr 

də 

elliklə 


əsgərlərə 

qulluq 


eləyirlər,  hər  axşam  pay  aparırlar,  yedirib-

içirirlər,  “...əsgərdilər,  anaları  yoxdu...”  amma 

tüfəngləri 

yığanda 


türklərin 

tək-tək 


adamlarının, 

daha 


doğrusu, 

İmirxanlının 

dedikləri  düz  çıxdı,  silahları  elliklə  yığdılar,  elə 

bil  heç  kəsi  tanımırdılar,  üzləri  dönmüşdü... 

Kəndin Arıq dediyi kişi camaatın içində qışqıra-

qışqıra  qalmışdı:  “...mən  necə  deyim  ki,  bir 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

aydı yemək verirəm sənə, sən mənim tüfəngimi 



mənnən  alıb  niyə  erməniyə  verirsən?”    Ona 

görə  də  elliklə,  “...bizə  dərs  olmur  daa...” 

deyib 

özlərinə 



çəkilmişdilər, 

kənddən 


çıxmırdılar. Ordan-burdan qanlı xəbərlər gəlirdi 

amma...Hər  şey  -  bütün  hərəkətlər  -  yerindən 

qopmuş  kimiydi,  yerindən  oynadığına  görə  heç 

nəyə inanılası deyildi... 

-Turki  cınund...!

7

-  akademik  Ulubabyan 



sonrasını  türkcə  söydü.  -  Türkdən  dönmə 

köpəyoğlu!  -  Başını  maşının  pəncərəsindən 

çıxardıb  tez  də  içəri  saldı.  Rayonun  1-ci  katibi 

İsrailyanı  söyürdü,  dünən  yanında  olmuşdular, 

yanından  çıxandan  söyür  elə.  İsrailyan 

Yerevanda  keçirilən  qapalı  müşavirədən  yenicə 

qayıtmışdı, 

amma 


ordakı 

çıxışı 


bütün 

Ermənistana  bir  deyəndə  yayılmışdı,  bu  ucqar 

dağ rayonuna da özündən qabaq gəlib çıxdı. “-

Bəlkə 


tələsməyək, 

yoldaş 


Arutunyan, 

azərbaycanlıları  Ermənistannan  çıxartmaqla 

təsərrüfatımızı,  əkin-biçinimizi,  bağlarımızı,  ən 

                                                           

7

 -Türkdən dönmə...(ermənicə)  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əsası,  bazarlarımızı  məhv  etmiş  oluruq,  bəlkə 



bunların qovulmasının başqa variantı... 

-Kezi  cınoğin....

8

 -SSRİ  xalq  artisti  Sos 



Sarkisyan  o  boyda  boyuyla  qalxıb      İsrayilyanı 

sürüyüb tribunadan yerə salıb... bu söz-söhbət 

Ermənistanı  kənd-kənd,  oymaq-oymaq  dolaş-

maqdaydı... 

-Türkdən dönmə, çatlaq...! 

Şaxtaydı,  soyuq  maşının  pəncərəsindən  su 

kimi  axır,  hər  şey  buz  bağlayırdı.  Erməni 

kəndindən  indicə  çıxsalar  da,  qarı  yarıb  türk 

kəndinə  keçə  bilməzdilər,  o  səmtdən  iliyə 

işləyən 


sazaq 

gəlirdi, 

maşının 

üzünü 


döndərdilər. 

-Gedərik,  birdən  qayıdammarıq...  türklər 

yavaşca-  yavaşca  dərimzi  soyar,  -  dəriyığan 

Aped 


dedi, 

yanakı 


Ulubabyana 

baxdı. 


Ulubabyan  bayaqdan  gülümsəyirdi,  Aped  bir 

şey anlaya bilmədi, “...nəsə qurur yenə...” 

 Yetmişinci 

illərin 


ortalarınacan 

at 


arabasıyla  türk  kəndlərinə  düşüb  dəri  yığardı, 

indi  rayon  mərkəzində  iri  mağazası  var. 

                                                           

8

 -Səni doğanın...! (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin