1. Kurikulumun strukturu



Yüklə 11,33 Kb.
tarix26.12.2023
ölçüsü11,33 Kb.
#198022
növüDərs
Sual 1


1.Kurikulumun strukturu
Tədris prosesində yeni təlim texnalogiyalarindan istifadə dərsin keyfiyyətinin yüksəldilməsində böyük rol oynayır.Yeni texnologiya ilə aparılan dərs şagirdləri fəallaşdırmaqla yanaşı,onların idraki qabiliyyətini,məntiqi və tənqidi təfəkkürünü hərəkətə gətirir,dərketmə marağını artırır vəməzmunun daha dərindən qavranılmasını təmin edir.Yeni texnalogiyalardan istifadə prosesində şagird tədqiqatçılıq mövqeyindən çıxış edir,o, problemin həlli yollarını axtarır,müstəqil şəkildə,yaxud müəllimin azca köməyi ilə müəyyən nəticə əldə edir.Təlim prosesində yeni texnologiyalardan istifadə sinifdə işgüzarlıq şəraiti yaradır,müəllim-şagird münasibətlərini, onların qarşılıqlı fəaliyyətinin səmərəsini yüksəldir, şagirdlər arasında əməkdaşlığı möhkəmləndirir.Yeni təlim texnalogiyaları müasir dövrün xüsusiyyətlərinə uyğun şəxsiyyətin formalaşmasını sürətləndirir.Onda çevik olmaq,yeni şəraitə uyğunlaşmaq,özünə inam, çətinlikdən qorxmamaq,öz qabiliyyətini nümayiş etdirmək və mübarizlik kimi keyfiyyətlər aşılayır.Təlim baxımından yeni təlim texnalogiyaları şagirdlərdə müstəqil bilik əldə etmək,nəticə çıxarmaq,məntiqi düşünmək və s. kimi müsbət qabiliyyətlər formalaşdırır.İbtidai təhsilin pedaqogika və metodikasını həyata keçirən müəllim anadili üzrə fənn kurikulumunun strukturu,məzmunu,prinsipləri,təlim strategiyaları,fəal təlimin nəzəri məsələləri,qiymətləndirmə mexanizmləri və s. mükəmməl bilikdir.
Kurikulum - elə bir konseptual sənəddir ki,təlim-tərbiyənin əsasını əhatə edən mühüm sənədləri özündə birləşdirir.Kurikulum latın sözü olub,mənası “kurs”, “yol” “elm”, “istiqamət” deməkdir. O, dövlətin təhsil siyasətini əks etdirir. Kurikulum sözü ingiliscə-rusca lüğətlərdə “Təlim kursu”, “Tədris Planı”, “Proqram” kimi izah olunur. Kurikulum sözünə ilk dəfə Leyden (1582) və Qlazqo (1633) şəhərlərinin universitetlərinin sənədlərində rast gəlinir. 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır.
Dünyada kurikulumun artıq bir əsrə qədər tarixi var.Lakin kurikulum hazırlığına təxminən 100 il əvvəl başlansa da, standartların hazırlanması çox-çox sonralara, ötən əsrin 80- ci illərinə təsadüf edir. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir.Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda isə bu termindən keçən əsrin 90-cı illərinin axırlarından istifadə olunur. Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf ASSOSASİYASI arasında bağlanmış ilk kredit sazişi əsasında başlanıb. Əsası 1999-cu ildə qoyulan və ardıcıl həyata keçirilən “Azərbaycan Respublikasının Təhsil sahəsində islahat proqramı” nın tələblərinə uyğun təhsil sahəsində çox sahəli islahatlar həyata keçirilməyə başlandı. Azərbaycan Respublikası Nazirlər kabnetinin 2006-cı il 30 oktyabr 233 nömrəli qərarı ilə ümumitəhsil konsepsiyası (“Milli kurikulum” ) qəbul edildi. 3 iyun 2010-cu ildə Nazirlər Kabnetinin 103 nömrəli qərarı ilə ümumtəhsil pilləsinin dövlət standartı proqramları bu sahədə gedən işlərin geniş vüsat almasına yol açdı.
Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası - milli Kurikulum konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını,ümumi təhsilin hər bir pilləsində təyin olunan fənləri həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqyasını pedaqoji prosesin təşkili,təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq üzrə əsas prinsipləri fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli Kurikulum cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşmasına, problemin həlli və müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına yönəldilir. Bildiyimiz kimi kurikulumun lüğəvi mənası “kurs” , “yol”, “elm”, “istiqamət” deməkdir. Bu söz sonralar elm və təhsil sahəsində termin kimi işlənməyə başlanmışdır. Kurikulum Azərbaycan pedaqoji terminalogiyasına 90-cı illərin axırında daxil olmuşdur.Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.

Milli kurikulmun strukturu:
1.Ümumi təhsilə və tam orta təhsilli şəxsə verilən tələblər;
2.Ümumi təhsilin məzmun standartları;
3.Ümumi təhsil müəsisəsində fənlər üzrə həftəlik dərs saatlarının miqdarı;
4.Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
5.Ümumi təhsil sistemində nailiyyətlərin qiymətləndirilməsi.

Fənn kurikulmunun strukturu:
1.Fənnin məqsəd və vəzifələri;
2.Fənnin xarakterik xüsusiyyətləri.
Yüklə 11,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin