Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir


Simptomların hərtərəfli, sistemli təhlili



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   2   3   4   5   6   7   8   9   ...   17

Simptomların hərtərəfli, sistemli təhlili
Bir çox qeyri‐müəyyən somatik narahatlıqlar, xroniki ağrı və yorğunluğun hər hansı əsas üzvi səbəbi olmasa da,
ilkin tibbi qiymətləndirmə aparan zaman üzvi səbəblərin mövcud olmasından şübhələnməlisiniz. Xəstənin
50
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
24
Hjermov, Birgit, İş yerində mədəni meditasiya – Müqəddimə, 2004.

müraciətini vaxtından əvvəl yekunlaşdırmaq çağırışlarına müqavimət göstərilməlidir. Bu, simptomların hərtərəfli
qiymətləndirilməsini aparmadan xəstənin şikayətlərinin səbəbləri haqqında tələsik nəticə çıxarmağın qarşısını
almaq deməkdir. Məsələn, baş ağrısı stres və ya depressiya ilə bağlı ola və ya başa zərbə nəticəsində yarana bilər.
Xəstələrin hadisələr haqqında söylədiklərinin və ya simptomların anlaşılmaz görünməsi səbəbindən, insan alverinə
məruz qalmış xəstələr sizi məyus edə  bilər. Çoxsaylı travmatik təcrübələr kontekstində təfərrüatları yaxşı
xatırlamamaq halları qeyri‐adi hal deyil. Bilmək lazımdır ki, aydın olmayan və ya ziddiyyətli tarixçə xəstənin hay‐
küyçü və ya çətin adam olduğu demək deyil, əksinə xəstənin zorakılıq və zülmlərə reaksiyasını əks etdirə bilər.
Qərb ölkələrində simptomların təhlili səhiyyə işçiləri arasında tibbi yardım standartı olmaqla yanaşı, aşağıda
xəstənin tarixçəsi ilə əlaqədar qiymətləndirməyə daxil ediləcək bəzi əlavə suallar təsvir edilmişdir:
Baş/gözlər/qulaqlar/burun/boğaz
l
Hər hansı baş zədəsi baş vermişdirmi? Qançırlar, depressiv əlamətlər və ya sağalmış yaraların olub‐
olmadığını müəyyənləşdirmək üçün kəllə tasını müayinə etmək;
l
Yüksək səslərdən qıcıqlanma?
l
Tez‐tez baş ağrıları?
l
Hər hansı faringeal travmalar (yarıqlar, çatlar)?
l
Diş və ya diş əti ağrısı? 
25
l
Hər hansı vizual dəyişikliklər? Ani və ya tədricən? 
Boyun
l
Hər hansı boğulma halları? 
Ürək‐damar 
l
Hər hansı döş qəfəsi zədələri? 
Tənəffüs 
l
Kimyəvi maddələr, tüstü, asbest və ya digər peşə şüalanmalarına məruz qalmaq?
l
Vərəmə tutulma ehtimalı? (yaşadığı şərait? eyni yataq otağında yatan insanların sayı? havalandırma?) 
Mədə‐bağırsaq
l
Qarın travması?
l
Xroniki ishal? Qəbizlik? Nəcisdə görünən parazitlər? İlk iki simptom psixi sağlamlıqla bağlı ola bilər (bax:
Tədbirlər planı 12).
Sidik‐tənasül
l
Məcburi cinsi əlaqə və ya kənar cisimlərin tənasülə daxil edilməsi ilə cinsi travma?
l
Qeyri‐ixtiyari sidik və ya nəciz ifrazı (potensial cinsi zorakılıq nəticəsi) 
Əzələ‐skelet 
l
Təkrarlanan və təkrarlanmayan iş qəzaları?
l
Sınıqlar?
l
Fiziki zorakılıq tarixçəsi, məsələn, yanıqlar? Daralmalar?
l
D vitamini çatışmamazlığı? 
51
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
25
Ağız boşluğu xəstəlikləri ümumi sağlamlığın zəifləməsi və pis qidalanmanın əsas patoloji faktorudur.

Nevroloji/davranış
l
Qıcolmalar (yalançı qıcolmalar da nəzərdən keçirilməlidir)?
l
Yuxu pozğunluqları (yuxuya gedə bilməmək, tez‐tez oyanmalar, qorxulu yuxular görmək)?
l
Baş zədəsi ilə bağlı hər hansı tarixçə? 
Qidalanma
l
Hər hansı qida çatışmazlıqları (qida qəbulu, tərkibi)
l
Pozulmuş  qidalanma (məsələn, anoreksiya və ya aclıq hissindən əziyyət çəkmək).
Dermatoloji 
l
Qotur, bit, tökülmüş və ya nazik saç (qida çatışmazlığını göstərə bilər)?
l
Yanıqlar (məsələn, siqaret yanıqları, qaynar su yanıqları)
l
Yara‐xora və göbələk infeksiyaları?
Xəstə mərkəzli fiziki müayinələrin həyata keçirilməsi
Xəstəni başdan‐ayağa kimi diqqətli, tam fiziki müayinədən keçirin. Bütün fiziki zədələr müvafiq olduqda foto
sənədlər vasitəsilə sənədləşdirilməlidir. Bütün zorakılıq və işgəncə qurbanlarında olduğu kimi xəstə paltarlarını
soyunanadək aparılacaq müayinələr ona izah edilməli və həmişə xəstəyə hər hansı məqamda imtina etmək seçimi
verməklə, müayinənin hər bir addımını həyata keçirdikcə ona izahat verilməlidir. İnvaziv və ya potensial ağrılı ola
biləcək prosedurlar haqqında xəstəni xəbərdar etmək faydalıdır.
Xəstələr hər zaman öz şikayətlərinin hamısını sizə deməyə bilər və ya qorxu, inamsızlıq və ya utancaqlıq
səbəbindən suallara düzgün cavab verməyə bilərlər. Xəstəlik tarixçəsində qeyd edilməmiş digər tibbi göstərişlərin
əlamətlərini axtarmaq üçün diqqətli olmaq lazımdır.
Bundan əlavə, fiziki müayinələrin bəzi xəstələrdə travmatik xatirələri oyada biləcəyini nəzərə almaq lazımdır. Bu
xəstənin “real aləmdən uzaqlaşması” (fərqli yerdə olduğunu hesab etməklə suallara cavab verməmək),
hiperventilyasiyası və qısamüddətli özündəngetməsi ilə bağlı ola bilər. Müayinəyə başlamazdan əvvəl bunun
əvvəlki istismar hallarını onun yadına sala biləcəyini xəstəyə xatırlatmaq, həmçinin müayinə zamanı xəstənin
vəziyyətini müntəzəm şəkildə yoxlamaq faydalı ola bilər. Məsələn, bəzi insan alveri qurbanları pornoqrafiya
məqsədilə istismar edilmiş ola biləcəklərindən, xəsarət yerlərinin fotoşəkillərini çəkmək lazım olduqda xüsusi
diqqət göstərilməlidir.
Məhkəmə ekspertizası
Tibbi qiymətləndirmə cinayət təqibi üçün istifadə edilə bilərsə və xüsusilə, zorakılığı (xüsusilə zorlamanı) sübut
etmək üçün dəlil toplamaq lazım olduqda, xüsusi təlim keçmiş səhiyyə işçisi məhkəmə ekspertizasını həyata
keçirməlidir. Müvafiq sübutların toplanması və xəstələrə təkrar travma yaşatmamaqla bağlı çətinlikləri nəzərə
alaraq, tibb müəsisəsi ölkənizdə qüvvədə olan prosedurlardan və qanunlardan asılı olaraq, cinsi zorakılığa məruz
qalmış qurbanların konsultasiyası, müayinəsi və ekspertiza məlumatlarının toplanması üzrə əlavə təlim almaq
üçün bir tibb işçisini təyin edə bilər. Xüsusilə, uşaqları müayinə edən tibb işçiləri uşağın xəstəlik tarixçəsinin
hazırlanması və sənədləşdirilməsi üçün strategiyalar da daxil olmaqla, uşaq zorakılıqlarının qiymətləndirilməsi
üzrə əlavə təlimlərdə iştirak etməlidir (bax: Tədbirlər planı 5 və 12). Müvafiq olduqda və yerli qanunlara və prose‐
durlara uyğun olaraq minimum məhkəmə sübutları toplanmalıdır:
l
Yerli hüquqi tələblər və laboratoriya imkanları cinayət təqibində istifadə üçün sübutların toplanmalı olub‐
olmadığı və ya hansı sübutların və kimlər tərəfindən toplanmalı olduğunu müəyyənləşdirir. Əgər
mümkündürsə, məhkəmə sübutlarının xüsusi təlim keçmiş məhkəmə ekspertləri tərəfindən toplanması
ən məqbul variantdır. Tibb işçiləri emal və ya istifadə edilə bilməyəcək sübutlar toplamamalıdırlar.
52
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

l
Cinayət təqibi üzrə sübutların toplanması ilə bağlı qurbanla məsləhətləşin. Cinsi zorakılıq qurbanını
təhlükəsiz şəkildə haraya yönləndirmək lazım olduğunu əvvəlcədən bilmək vacibdir (bax: Tədbirlər planı
10). İnsan alveri qurbanını məlumatların yalnız onun razılığı ilə dövlət orqanlarına təqdim olunacağından
əmin etmək lazımdır.
l
Cinsi zorakılıq halları ilə bağlı xəstənin paltarlarının vəziyyəti də daxil olmaqla, tibbi müayinə zamanı aşkar
edilmiş bütün faktlar dəqiq yazılı sənədlərdə saxlanılmalıdır. Tibbi kart hüquqi sənədin tərkib hissəsi ola
və əksər yerlərdə məhkəmə işi üzrə sübut kimi təqdim oluna bilər.
Seksual travma və reproduktiv sağlamlıq (daha ətralı məlumat üçün bax: Tədbirlər planı 13)
İnsan alveri həmişə cinsi istismarla bağlı olmasa da, bir çox yerlərdə insan alveri qurbanına çevrildikdə cinsi is‐
tismara məruz qalan qadınlar və uşaqlar insan alveri hallarının əksər hissəsini təşkil edirlər.
l
Tibbi göstəriş olduqda xəstənin razılığı ilə insan alverinə məruz qalmış qadınların hərtərəfli ginekoloji
müayinəsini, kişilərin isə genital müayinəsini (anal müayinə də daxil olmaqla) həyata keçirin. Xəstələrə
öz istəklərinə uyğun eyni cinsdən olan tibb işçisi və müayinə otağında peşəkar müşayiətçi seçimi təklif
edin. Bəzi hallarda, xəstə heç vaxt daxili müayinədən keçməmiş ola bilər, buna görə də, prosedurları
addım‐addım izah etmək xüsusilə vacibdir.
l
Tibbi tarixçəyə reproduktiv və cinsi sağlamlıq haqqında ətraflı suallar daxil edilməlidir. 
l
Laboratoriya test ilə fiziki müayinə zamanı aşkarlanan travma ilə əlaqədar hər hansı xarici və ya daxili
dəlillər nəzərdən keçirilməlidir. Cinsi yolla ötürülən infeksiyalarla bağlı test nümunələri (sidik, uşaqlıq
boynu, anal) götürülməlidir.
l
Laboratoriya potensialı imkan verirsə, hamiləlik, habelə İİV və digər cinsi yolla ötürülən infeksiyalarla
bağlı testlərin aparılması təklif olunmalıdır. Xəstələri nəticələrdən xəbərdar etmək və konsultasiya
məqsədilə müvafiq test öncəsi məsləhət və spesifik nəzarət planı təklif edilməlidir. Testin nəticəsi müsbət
olduqda, müalicə planı və müvafiq yönləndirmələr nəzərdə tutulmalıdır. Cinsi yolla ötürülən infeksiyalar
üçün müvafiq qaydada sınaq müalicəsi təklif edilməlidir. 
Qida maddələrinin çatışmamazlıqları
İnsan alverinə məruz qalmış şəxslər çox zaman ciddi hərəkət və qida məhdudiyyətlərinə məruz qalırlar. Onların
təzə məhsullardan, müvafiq protein və minerallardan və günəş şüalarından (vitamin D) yararlanmaq imkanları,
istismar növündən asılı olaraq, ciddi şəkildə məhdudlaşdırıla bilər. Çox zaman digər klinik problemlərlə birgə baş
verən narkotik maddə asılılığına dair faktlar zəif qidalanma problemini mürəkkəbləşdirir. Bu səbəbdən, qida
qəbulu ilə bağlı ətraflı məlumatlar toplanmalı, eləcə də fiziki müayinə zamanı qida çatışmazlıqlarına dair əlamətləri
(məsələn, diş əti xəstəlikləri, dil və dəri dəyişiklikləri) müəyyənləşdirmək zəruridir.
Laboratoriya sınaqlarına ən azı orta eritrosit həcmi ilə tam qan hüceyrələrinin sayı daxil edilməlidir. Mümkün
olduqda, dəmir hüceyrələrinin sayı, ümumi dəmir hüceyrəsi yaratma göstəricisi və vitamin B12, fol turşusu, kal‐
sium, fosfor və 25‐ hidroksivitamin D (25‐OH vitamin D) səviyyəsi müalicənin aparılmasına kömək edə bilər.
Ağız boşluğunun sağlamlığı 
Zəif ağız sağlamlığı (kariyes, diş əti xəstəlikləri və irinləmələr daxil olmaqla) insan alveri qurbanlarının zəif sağlamlıq
vəziyyəti tez‐tez rast gəlinən və olduqca ağrılı amilidir. Məcburi oral seks nəticəsində udlaq travması bu mənzərəni
daha da kəskinləşdirə bilər. Zəif ağız sağlamlığı, zəif qidalanma, xroniki baş ağrısı, narahat yuxu və mədə‐bağırsaq
problemlərinə də rəvac verə bilər.
53
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Kəllə‐beyin travması
İnsan alverinə məruz qalmış şəxslər tərəfindən qeyd olunan ən ümumi simptomlar arasında sarsıntı və sarsıntı
sonrası sindromdan yarandığı güman edilən, şüurun itməsi ilə müşayiət olunan, bir sıra xəstələr tərəfindən
çoxsaylı kəllə‐beyin travmaları kimi izah olunan xroniki baş ağrıları yer alır. Xroniki baş ağrıları neyrovizualizasiyaya
ehtiyac məsələsini meydana çıxarır. Resurslar mövcud olduqda və tibbi tarixçə və müayinə kəllədaxili prosesə
işarə etdikdə, kəllədaxili rentgen çəkilişləri uyğundur. Lakin migren xüsusiyyətlərinin (aura, birtərəfli ağrı, ürək
bulanması, işıqdanqorxma, fonofobiya), eləcə də vizual dəyişikliklərin, qıcolmaların, koordinasiya pozğunluğu və
disbalans hallarının nəzərə alındığı aydın tibbi tarixçə və hərtərəfli nevroloji müayinələr ümumiyyətlə xroniki sub‐
dural qançırlar kimi belə mühüm patologiyaları aradan qaldırmaq üçün kifayətdir.
Epilepsiyalar, psevdo‐qıcolmalar və dissosiasiya
Baş ağrısı və başgicəllənmələrin qeyri‐spesifik simptomları ilə yanaşı insan alveri qurbanları həmçinin, halsızlıq,
özündəngetmə və hadisələri xatırlamamaq kimi hallardan əziyyət çəkdiklərini bildirirlər. Bəzi xəstələrin başına
gələ biləcək travmatik kəllə‐beyin xəsarətlərini nəzərə alaraq, hərtərəfli tibbi tarixçə və nevroloji müayinə vacibdir.
Xüsusilə, müayinə zamanı asimmetriyalar, ataksiya (məsələn, balansın itirilməsi və ya yöndəmsiz yeriş) və pro‐
prioseptiv disfunksiya ciddi köklü səbəblərin əlaməti ola bilər. Buna baxmayaraq, çox zaman, hər hansı çatışmazlıq
əlaməti olmadıqda, lakin xəstədə vaxtaşırı özündəngetmə və ya faktiki halsızlıq, bəzən qıcolmaya oxşar hallar
davam etdikdə, ümumi nevroloji müayinə normal nəticələr verir (bax: Tədbirlər planı 12). Aydın dissosiasiya
vəziyyətləri və yalançı epilepsiyalar post‐travmatik reaksiyalar hesab edilməzdən əvvəl üzvi səbəblər baxımından
qiymətləndirilməlidir.
Peşə sağlamlığı
İnsan alveri qurbanlarının əməyi tikiş fabrikləri, ət emalı zavodları, tikinti, kənd təsərrüfatı və ev qulluqçuluğu
kimi bir sıra sahələrdə istismar oluna bilər.
l
Xəsarətlərin diaqnozuna yardımçı olmaq məqsədilə görülən işləri sənədləşdirin.
l
Xəstə davamlı ağrıdan əziyyət çəkirsə, təkrar iş xəsarətləri almasının mümkünlüyünü nəzərdən keçirin.
l
Yanıqlar, yaralar və digər iş xəsarətləri ilə əlaqədar dərini diqqətlə müayinə edin.
l
Baş ağrıları və ya tənəffüs çətinliklərini artıra biləcək iş yerində toksinlerin və digər təhlükəli materialların
təsirinə məruz qalmanın mümkünlüyünü nəzərdən keçirin.
l
Zəif işıqlandırılan iş yerlərində işləmə səbəbindən görmə qabiliyyəti pisləşə biləcəyindən, görməni
yoxlayın.
l
İş yerində havalandırmanın vəziyyəti haqqında soruşun; zəif havalandırma tənəffüs prob lem lə rinə gətirib
çıxara bilər. 
Ümumi infeksiyalar (daha ətraflı məlumat üçün bax: Tədbirlər planı 15)
Xəstənin mövcud simptomlarının diqqət mərkəzində olması ilə siz bilmədən  xəstənin səyahət tarixçəsi və
təcrübələri ilə bağlı digər ümumi yoluxucu xəstəlikləri, eləcə də, hava, su və ağcaqanadlar vasitəsilə yoluxan
xəstəlikləri gözdən qaçıra bilərsiniz. İnsan alveri qurbanının olduğu güman edilən bütün yerlərdə yerli
epidemiologiyanın vəziyyəti haqqında asanlıqla əldə olunan məlumatlara malik olmalısınız.
http://www.cdc.gov/travel/default.aspx 
kimi veb‐səhifələrdə yayılan epidemiyalar, antibiotiklərə dayanıqlılıq və
endemik ərazilərlə bağlı dəyişikliklər haqqında yenilənmiş məlumatlar yerləşdirilir.
54
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Profilaktik tədbirlər, vaksinasiyalar və ilkin tibbi yardım
İnsan alveri qurbanlarının fiziki və psixi sağlamlıq ehtiyaclarının həcmi çox zaman böyük olsa da, bu sistemli
yanaşma kompleks tibbi problemlərə malik xəstələrin vəziyyətini qiymətləndirmək üçün metodik yol təqdim edir.
Çoxsaylı kəskin narahatlıqlar səbəbindən, qan təzyiqinin yoxlanılması, göz müayinələri, vaksinasiya və xərçəng
müayinələri (xaya və uşaqlıq boynunun xərçəngi, eləcə də döş və yaşlı xəstələr üçün düz bağırsaq xərçəngi) də
daxil olmaqla, profilaktik tibbi yardım gözdən qaça bilər.
İlkin tibbi yardım və ya test nəticələri olmadan xəstəliklərin müalicəsi məsələsi insan alverinə məruz qalmış
şəxslərə tibbi yardım sahəsində mübahisəli məsələdir. İnsan alveri qurbanı ilə ilk təmasdan sonra test nəticələrini
müzakirə etmək üçün əlaqə saxlamağın mümkün olmayacağı güman edilirsə, bəzi tibb işçiləri, xüsusilə müalicə
xərcləri laboratoriya xərclərindən az olduqda, insan alveri qurbanlarını xlamidiya kimi yayılmış xəstəliklərə qarşı
ilkin müalicə etməyə üstünlük verə bilərlər. Bu cür ilkin müalicənin hansı şərtlər çərçivəsində həyata keçirilə
biləcəyini müəyyən etmək üçün qayda və prosedurların mövcud olmasını nəzərə alın.
26
Bu sağlamlıq qiymətləndirilməsi xəstə ilə yeganə klinik təmas ola biləcəyindən, müvafiq resurslar olduqda,
hərtərəfli profilaktik tibbi yardım təklif etməyi nəzərdən keçirin. Xəstələrin nəticələri əldə etməsi və lazım gəldikdə
növbəti müalicə üçün yönləndirilməsi üçün mexanizmlər yerində olmalıdır.
İSTİNADLAR VƏ RESURSLAR
Beyrer, C.
2004
“Is trafficking a health issue?” The Lancet, vol. 363, no. 9408, 14 February 2004, p. 564. (“İnsan
alveri sağlamlıq problemidirmi?” The Lancet, 363‐cü cild, 9408‐cü nömrə, 14 fevral 2004, səh.
564.)
Hjermov, B.
2004
Cultural Mediation at the Workplace – an Introduction, 2004. (İş yerində mədəni meditasiya –
Müqəddimə, 2004)
BMT‐nin Qaçqınlar üzrə Ali Komissarlığı
1999
Reproductive Health in Refugee Situations: An inter‐agency field manual, UNHCR, Geneva, 1999.
(Qaçqınlıq vəziyyətlərində reproduktiv sağlamlıq: İdarələrarası sahə təlimatı, BMT QAK, Cenevrə,
1999.)
Wolffers, I. və digərləri
2003
“Migration, human rights, and health”, The Lancet, vol. 362, no. 9400, 13 December 2003, pp.
2019‐2020. (“Miqrasiya, insan hüquqları və sağlamlıq”, The Lancet, 362‐ci cild, 9400‐cü nömrə,
13 dekabr 2003, səh. 2019‐2020.)
Ümumdünya Səhiyyə Təşkilatı
2005
Sexually Transmitted and Other Reproductive Tract Infections: A guide to essential practice, WHO,
Geneva, 2005. (Cinsi yolla keçən və cinsiyyət yollarının digər xəstəlikləri: Əsas təcrübə təlimatı,
ÜST, Cenevrə, 2005.)
55
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
26
Bax: Cinsi yolla keçən xəstəliklərlə bağlı sindromik hallar: qərar qəbul edən şəxslər, səhiyyə işçiləri və əlaqələndiricilər üçün
təlimat, ÜST‐nın Sakit Okeanın qərb hissəsi üzrə Regional Ofisi, Manila, 1997 və Qaçqınlıq vəziyyətlərində reproduktiv
sağlamlıq: İdarələrarası sahə təlimatı, UNHCR, Cenevrə, 1999.

1997
Syndromic Case Management of Sexually Transmitted Diseases: A guide for decision‐makers,
health care workers and communicators, WHO Regional Office for the Western Pacific, Manila,
1997. (Cinsi yolla keçən xəstəliklərlə bağlı sindromik hallar: qərar qəbul edən şəxslər, səhiyyə
işçiləri və əlaqələndiricilər üçün təlimat, ÜST‐nın Sakit Okeanın qərb hissəsi üzrə Regional Ofisi,
Manila, 1997
Zimmerman, C. və digərləri
2003
The Health Risks and Consequences of Trafficking in Women and Adolescents: Findings from a
European study, London School of Hygiene and Tropical Medicine, London, 2003. (İnsan alverinə
məruz qalan qadınların və yeniyetmələrin sağlamlıq riskləri və fəsadları: Avropada aparılmış
araşdırmanın nəticələri, London Gigiyena və Tropik Təbabət Məktəbi, London, 2003.)
56
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 5: 
Uşaqların və yeniyetmələrin müayinəsi
zamanı nəzərə alınmalı olan spesifik
məsələlər
PLANI
BEŞ

Tədbirlər Planı 5:
Uşaqların və yeniyetmələrin müayinəsi zamanı nəzərə
alınmalı olan spesifik məsələlər
ƏSASLANDIRMA
Uşaqlar və yeniyetmələr tez‐tez insan alverçilərinin hədəfinə çevrilirlər; onlar ailə üzvü və ya tanış şəxs tərəfindən
və ya insan alverinə məruz qalmış valideynləri və ya bütün ailə ilə birlikdə insan alverinə cəlb edilə bilərlər. Uşaqlar
və yeniyetmələr inkişaf mərhələsinə görə fiziki və psixi sağlamlıq müayinəsindən keçməlidirlər. Eyni zamanda,
uşağın həddi‐buluq yaşı, məsələn, xroniki zorakılıq və ya məhrumiyyət səbəbindən, fiziki yaşı ilə uyğun olmaya
bilər. Səhiyyə işçiləri zəruri sağlamlıq ehtiyaclarını müəyyənləşdirmək məqsədilə uşaqların vəziyyətini
qiymətləndirməli olsalar da, onlar həmçinin insan alveri nəticəsində yaranmış uşağın uzunmüddətli sağlamlıq və
inkişafına təsir edə biləcək fəsadlara xüsusi diqqət yetirməlidirlər.
İnsan alveri nəticəsində zorakılıq, travma və məhrumiyyətlərə məruz qalmış uşaqların geniş tibbi yardım
ehtiyacları ola bilər. Onlara qarşı fiziki və cinsi zorakılıq edilə bilər; onlar travmatik hadisələrə məruz qala və ya
bunun şahidi ola və ya təhlükəli və ya həyati təhlükə daşıyan əməyin istismarı formalarına məruz qala bilərlər.
Uşaq alveri hallarında, gənc şəxsin psixi və emosional sağlamlığı xüsusi narahatlıq doğurur. Ağır və uzunmüddətli
stres idrak və emosional inkişaf ləngimələrinə və mümkün inkişaf reqressiyalarına səbəb ola bilər. Böyüklərin
gördüyü işləri yerinə yetirməyə məcbur edildikdə, gənc şəxslərdə həmçinin yaşlarına uyğun olmayan davranışlar,
qavrayışlar və ya dil göstəriciləri müşahidə oluna bilər. Erkən psixoloji travma və ya sindromlar uzunmüddətli
psixoloji xəstəliklərin və gələcək risklərin proqnostik amillərinə çevrilə bilər (bax: Tədbirlər planı 12). Xroniki
aclıqdan əziyyət çəkən uşaqlarda həm də uzunmüddətli idrak və davranış problemləri riski ola bilər. Uşaqların
əqli, emosional və sosial sağlamlıq ehtiyacları yaşa uyğun tibbi yardım və yeniyetmələr üçün nəzərdə tutulan
digər müxtəlif dəstək formalarını tələb edir.
Səhiyyə işçisi insan alverinin qurbanı olduğu güman edilən uşağı və ya yeniyetməni müəyyənləşdirən ilk şəxs ola
biləcəyindən, uşaq daha geniş tibbi yardım sisteminə yönləndirilənədək onun ilkin və bəlkə də, yeganə yardımçısı
ola bilər.
ZƏRURİ TƏDBİRLƏR
Gənc şəxslərə tibbi yardım göstərilməsi zamanı onların yaşını, imkanlarını və inkişaf ehtiyaclarını ehtiyatla nəzərə
almaq tələb olunur. Gənc şəxs insan alveri qurbanına çevrildikdə və ya insan alveri vəziyyətinə məruz qaldıqda
nəzərə alınmalı olan tibbi yardımın əsas aspektləri aşağıdakı kimidir:
l
Kompleks sağlamlıq müayinəsi haqqında ümumi məlumatlara istinad edilməlidir (bax: Tədbirlər planı 4).
l
Zorakılıq və ya məhrumiyyətlərə məruz qalmış uşaqlar haqqında təlimata istinad edilməlidir (bu Tədbirlər
planının sonundakı istinad siyahısına baxın).
l
Hər bir uşağa və yeniyetməyə onun yaşına uyğun tibbi və inkişaf qiymətləndirilməsi təqdim edilməlidir.
Pediatrın xidmətlərindən yararlanmaq mümkün deyilsə və xəstələrin uşaqlar və yeniyetmələr ola biləcəyi
59
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

güman edilirsə, pediatrın xidmətlərindən istifadə etmək və ya səhiyyə müəssisəsində uşaqlara tibbi
yardımla bağlı xüsusi təlim keçmək üçün bir nəfəri təyin etmək nəzərdən keçirilməlidir. 
l
Müvafiq olduqda, uşaqları, yeniyetmələri və ailə üzvlərini mümkün qədər qərarların qəbul edilməsində
iştirak etməyə cəsarətləndirmək lazımdır. Onlara hər bir qiymətləndirmə addımı izah edilməlidir. Lakin
yadda saxlamaq lazımdır ki, ailə üzvləri və ya uşaq tərəfindən valideyn kimi görülən şəxslər uşağın insan
alveri qurbanına çevrilməsində iştirak edə bilərlər. Bu, həmişə nəzərə alınmalı və insan alverinə məruz
qalmış uşaq və yeniyetmələrlə işləyən zaman qiymətləndirilməlidir.
l
Əgər mümkündürsə, hər bir uşaq və ya uşaqlardan ibarət qrup üçün tibbi yardım koordinatoru və ya
tibbi xidmətlər üzrə aparıcı koordinator təyin edilməlidir. Tibbi yardım koordinatoru uşaq üçün tələb olu ‐
nan tibbi yardımın müxtəlif formalarını bir araya gətirə və lazımsız araşdırmaların qarşısını almağa kömək
edə bilər. Tibbi xidmətlər üzrə aparıcı koordinator təyin edilən şəxs uşaqla xoş münasibət yarada və onun
vəkili kimi çıxış edə bilər. 
l
Uşağın tibbi və sosial ehtiyacları əsasında tibbi yardımın davamlılığını təmin etmək üçün qısa və uzun
müddətli plan tərtib edilməlidir (bax: Tədbirlər planı 12 və 14).
l
Uşaq xəstələr üçün təfərrüatlı və yenilənmiş sənədləşmə işi həyata keçirilməlidir. Uşağın tibbi ehtiyacları
sürətlə dəyişə biləcəyindən, bu, xüsusilə vacibdir. Təfərrüatlı sənədləşmə işinin aparılması lazımsız və ya
təhlükəli tibbi müdaxilələrin və ya müalicə reseptlərinin (məsələn, rentgen çəkilişləri, peyvəndlər, əks‐
göstərişləri ola biləcək dərmanlar) təkrarlanmasının qarşısını almaqda kömək edə bilər.
l
Valideynlərindən ayrı düşmüş və kimsəzis uşaqların çoxsaylı spesifik ehtiyaclarını qarşılamaq üçün digər
xidmət təminatçıları ilə əlaqəli işləmək lazımdır (bax: Tədbirlər planı 10). Hər bir uşaq üçün identifikasiya
lenti hazırlanmalıdır. Uşağın gələcək zorakılıqdan müdafiəsini təmin etmək məqsədilə onu dərhal
təhlükəsiz, əmin yerdə, məsələn, foster ailədə yerləşdirmək lazımdır. Müvafiq, təhlükəsiz və mümkün
olduqda uşaqların öz ailələri ilə birləşməsi üçün bütün cəhdlər göstərilməlidir. Bu mümkün olmadıqda
psixi və emosional dəstəyin davamlılığını təmin etmək üçün uşaqlar onların ehtiyacları haqqında ətraflı
məlumata malik olan baxıcılara həvalə edilməlidir. Bu baxıcı tibbi yardım koordinatoru ilə birlikdə uşağın
vəkili kimi xidmət göstərir. Əksər ölkələrdə uşaq xidmətləri uşaqların yerləşdirilməsi üçün mexanizmlərə
malikdir.
l
Ailə üzvlərini və ya özünü qəyyum adlandıran şəxsləri uşağın reabilitasiyasına cəlb etməzdən əvvəl bu
şəxslərin uşağın insan alveri, hər hansı zorakılıq və ya laqeydliyə məruz qaldığı vəziyyətlərdə iştirak edib
etmədiyini müəyyənləşdirmək üçün proaktiv davranın.
l
Təhlükəsiz və mümkün olduqda birlikdə xilas edilmiş ailə üzvlərini bir yerdə saxlayın.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin