Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   2   3   4   5   6   7   8   9   ...   17

İnsan alverçiləri kimlərdir? Başqalarını insan alverinə cəlb edən və istismar edən şəxslər vahid profilə malik
deyillər. İnsan alverçisi, qadın və ya kişi, mütəşəkkil cinayət şəbəkəsinin üzvü, kiçik ailə biznesinin tərkib hissəsi
və ya insan alveri əməliyyatının daşınma, sənədləşdirmə və ya logistika məsələlərinə yardım edən həvəskar icraçı
ola bilər. İnsan alverinə məruz qalan şəxsin ailə üzvləri, dostları və tanışları insan alveri və istismar prosesinin
cəlbetmə və ya digər mərhələlərində iştirak və ya vasitəçilik edə bilərlər. Bəzi insan alverçiləri isə artıq digər
qurbanları cəlb edən və onlara nəzarət edən keçmiş insan alveri qurbanlarıdırlar.
İnsan alverçiləri kimləri cəlb edirlər? Yoxsulluq, işsizlik, müharibə, təbii fəlakətlər və ümidsizlik insan alverinə
təkan verən mühüm amillərdir. Lakin insan alverçilərinin qurbanına çevrilən şəxslər həm də qismən varlı, qismən
savadlı şəxslər və şəhər mərkəzlərinin sakinləri də ola bilərlər.
İnsan alveri qurbanları haradan və haraya cəlb olunurlar? Çox zaman beynəlxalq insan alveri diqqət mərkəzində
olsa da, insan alveri qurbanları beynəlxalq və regional səviyyədə və ya bir çox qurbanlarla bağlı təcrübələrdə
olduğu kimi ölkə daxilində insan alverinə cəlb oluna bilərlər. Hər bir regionda ümumi marşrutlar mövcuddur və
onların çoxu insan alveri qurbanlarını nisbətən yoxsul ərazilərdən nisbətən zəngin ərazilərə istiqamətləndirir.
İnsan alveri qurbanları hansı növ zorakılıq əməllərindən əziyyət çəkirlər? İnsan alveri gizli cinayətdir və onun
qurbanlarını heç də həmişə aşkar etmək mümkün olmur. O, müxtəlif vəziyyətlərdə baş verən zorakılıq formasıdır.
Bəzi şəxslər döyülmə, yandırılma, zorlanma və sərbəstliyin məhdudlaşdırılması kimi kəskin fiziki işgəncələrə məruz
qaldıqları halda, digərləri qurbanların özlərinə və ailə üzvlərinə (xüsusilə, uşaqlara) qarşı fiziki və verbal formada
təhdid də daxil olmaqla, məcburiyyət və hədə‐qorxuya məruz qalırlar. Məcburiyyət əməllərinə şantaj, hədələmə,
şəxsin polis və ya digər qurumlardan yardım ala bilməyəcəyi barədə yalanlar, immiqrasiya və ya digər cinayətlərə
görə həbs olunmaqla bağlı xəbərdarlıqlar və pasport və şəxsiyyət vəsiqəsi kimi şəxsiyyəti müəyyən edən
sənədlərin müsadirə edilməsi aid edilə bilər.
Niyə insan alveri qurbanları istismar vəziyyətində qalırlar? İnsan alveri qurbanları çox zaman insan alverçilərinin
nəzarəti altında qalmaqdan başqa variant olduğunu düşünmürlər. İnsan alverçiləri qurbanları məcbur etmək,
təsir altında saxlamaq və idarə etmək üçün ümumi nəzarət taktikasından istifadə edirlər. Bu cür taktikalara bunlar
daxil ola bilər: fiziki, cinsi və psixoloji zorakılıq; borc asılılığı; ailə üzvlərinə qarşı təhdidlər; yalan və aldatma;
qurbanın sənədlərinin əlindən alınması, qurbanların gözlənilməz və ya asılı vəziyyətlərdə saxlanılması; və emo‐
sional təsir etmə. İnsanlar tanış olmayan ərazilərə, xüsusilə yerli dildə danışmadıqları yerlərə göndərilən zaman
onlara yardım üçün haraya müraciət etmək, kimlərə etibar etmək (bir çox qurbanlar hüquq‐mühafizə orqanlarının
rüşvətxor və ya laqeyd olduqları yerlərin sakinləridirlər) və ya necə yardım istəmək və ya tanımadığı şəhər və ya
ucqar ərazidə necə hərəkət etməyi bilmək olduqca çətin olur. Qurbanlar qaçmaq cəhdlərinə görə işgəncələrə
məruz qalacaqlarından və ya həbs edilmək və ya həbsxanaya salınmaqdan ehtiyat edə bilərlər. Vətəndaşı olduqları
ölkə xaricinə aparılmış qurbanlar deportasiya olunmaqdan, borclu çıxarılmaqdan və vəd edilən vəsaitləri ala
bilməməkdən qorxa bilərlər. Paradoksal cəhət ondan ibarətdir ki, bir çox qurbanlar çox zaman məhz onları istismar
edən şəxslərin əli ilə təhlükəsiz şəkildə evlərinə  qaytarılacaqlarına ümid edirlər.
İnsan alveri dövrəsi nədir? İnsan alveri ayrı‐ayrı əməldən deyil, daha çox bir proses kimi qəbul edilir (bax: Qrafik
1).
2
İnsan alveri dövrəsi səfər öncəsi və ya cəlbetmə mərhələsi ilə başlanır və səfər və təyinat/istismar mərhələləri
ilə davam edir. Azad edildikdən və ya istismar müddəti başa çatdıqdan sonra qurbanlar çox zaman hakimiyyət
orqanları tərəfindən qəbul edilir və/yaxud saxlanılır, daha sonra isə inteqrasiya (təyinat yerində qaldıqda) və
təkrar inteqrasiya (ölkəyə geri döndükdə) mərhələlərinə qədəm qoyurlar. Bu dövrün hər bir mərhələsi qurbanın
8
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

sağlamlığına risklər yaratmaqla yanaşı, həmçinin səhiyyə işçiləri və digər şəxslər üçün informasiya və yardım
müdaxiləsi həyata keçirmək imkanları yaradır.
Qrafik 1: İnsan alveri dövrəsinin mərhələləri
3
İnsan alveri qurbanlarının mürəkkəb vəziyyəti
İnsan alveri qurbanlarının vəziyyəti demək olar ki, həmişə mürəkkəbdir. İnsan alverçisinin nəzarəti altında,
qaçmağa cəhd göstərmə və ya insan alveri vəziyyətindən xilas olub‐olmamasından asılı olmayaraq, insan alveri
qurbanları ümumiyyətlə, çətin fiziki, psixoloji, sosial, hüquqi və bunlardan heç də az əhəmiyyət kəsb etməyən
maliyyə vəziyyətində olurlar. İnsan alverinə məruz qalmış şəxslərə tibbi yardım göstərmək baxımından, dünyaya
onların gözü ilə baxmağa cəhd göstərmək faydalıdır.
Hələ də insan alveri vəziyyətində olan şəxslər:
4
l
“insan alveri”nin nə olduğunu bilməyə və ya başa düşməyə bilərlər.
l
məhdud şəxsi azadlıqlara malik ola və özlərini çıxış yolu olmayan tələyə düşmüş kimi hiss edə
bilərlər.
l
borclarını ödəmək üçün təzyiq altında işləyə və ya ailələrinin ağır maliyyə yükünü hiss edə bilərlər.
l
insan alverçiləri və ya “işəgötürənlər” tərəfindən işgəncəyə məruz qalmaqdan qorxa bilərlər.
l
qeyri‐rəsmi sektorda, qeyri‐qanuni sahədə, qeyri‐sağlam, zərərli və yaxud təhlükəli şəraitdə işləyə
bilərlər.
l
hüquqi statusları onları narahat edə bilər. 
l
müntəzəm olaraq bir yerdən digər yerə, bir iş sahəsindən digər iş sahəsinə köçürülə bilərlər.
l
insan alverçiləri və ya işəgötürənlər tərəfindən cərimələrə və yaxud cəzalara məruz qala bilərlər.
l
hüquqi statusu, yaşı, mənşə ölkəsi, ailəsi və ya insan alverçisi ilə əlaqələri haqqında yalan söyləyə
bilər.
l
xüsusilə insan alverçiləri ailəsinin yerini bildikdə, ailəsinin təhlükəsizliyi və rifahı ilə bağlı narahatlıq
keçirə bilər. 
l
onların yaddaşına, başqalarına etibar etmək, müvafiq reaksiya vermək, riskləri qiymətləndirmək
9
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
2
Bu bölmə C. Zimmerman və digər müəlliflərin 2003‐cü ildə London Gigiyena və Tropik Təbabət Məktəbi tərəfindən Lon‐
donda nəşr edilmiş “Qadın və yeniyetmələrin insan alverinə məruz qalmasının sağlamlıq riskləri və fəsadları: Avropada
aparılmış araşdırmanın nəticələri” adlı araşdırmada yer almış konseptual modellər və araşdırma nəticələrinə əsaslanır.
3
C. Zimmerman və digər müəlliflərin 2003‐cü ildə London Gigiyena və Tropik Təbabət Məktəbi tərəfindən Londonda nəşr
edilmiş “Qadın və yeniyetmələrin insan alverinə məruz qalmasının sağlamlıq riskləri və fəsadları: Avropada aparılmış
araşdırmanın nəticələri” adlı araşdırmada yer almış konseptual modellər və araşdırma nəticələrinə əsaslanır
4
2003‐cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Cenevrədə nəşr edilmiş C. Zimmerman və C. Watts‐ın müəllifliyi ilə
“İnsan alverinə məruz qalmış qadınların müsahibə olunması üçün ÜST‐nin Etika və Təhlükəsizlik məsələləri ilə bağlı Töv ‐
siyə ləri”  adlı araşdırma materialları əsasında hazırlanmışdır.
Səfərqabağı/
cəlbolunma
Səfər
Təyinat/
istismar
Qəbul/
həbs
İnteqrasiya/
reinteqrasiya

və yardım istəmək və ya yardımları qəbul etmək qabiliyyətlərinə təsir göstərən travmatik reak‐
siyalardan əziyyət çəkə bilərlər.
l
vəziyyətə yalnız müvəqqətilik prizmasından yanaşa və nəhayətdə kifayət qədər gəlir əldə etməklə
bağlı gələcək xülyalar qura bilərlər.
l
səhiyyə işçiləri də daxil olmaqla, hər hansı səviyyədə rəsmi şəxslərdən ehtiyatlana bilərlər.
l
başlarına gələnlərdə qınanmamaq üçün zəmanət axtara bilərlər. 
İnsan alveri vəziyyətindən xilas olmuş şəxslər:
5
l
hələ də insan alveri vəziyyətində olan şəxslərin keçirdikləri hisslərin çoxunu keçirə bilərlər (bax:
yuxarıda).
l
təqib edildiklərini, izlənildiklərini və özlərindən və ya ailə üzvlərindən intiqam alınacağını hiss edə
(və ya düşünə) bilərlər.
l
ödənilməmiş borcları və yaxud cüzi maliyyə resursları ola bilər.
l
qeyri‐sabit yaşayış şəraitləri, müvəqqəti yaşayış yerləri ola bilər, evdən çıxarılmağın və ya depor‐
tasiya olunmağın qaçılmaz olduğundan və ya sənədsiz qalmaqdan qorxa bilərlər.
l
evə qayıtmağı arzulaya, lakin pulları olmaya bilər.
l
məhrumiyyətlər, təhqiramiz və ya təhlükəli keçmiş hallar səbəbindən evə qayıtmağı istəməyə
bilərlər.
l
başlarına gələnləri dostlarından, ailə üzvlərindən və başqalarından gizlədə bilərlər.
l
özlərini xəcalətli və ləkələnmiş hiss edə bilərlər. 
l
başlarına gələnlər sayəsində özlərini müstəqil və qüvvətlənmiş hiss edə və onlarla qurban kimi
rəftar olunmasını arzu etməyə bilərlər.
l
insan alverçilərinə qarşı məhkəmə istintaqında iştirak etməklə bağlı üzərlərində təzyiq və ya bu
cür iştirakla bağlı təhlükə hiss edə bilərlər.
l
insan alverçilərinin yanına qayıtmaqdan savayı heç bir alternativ olmadığını hesab edə bilərlər.
l
fiziki, cinsi, psixoloji və sosial fəaliyyətlərinə təsir göstərən kəskin stres reaksiyalarını yaşamağa
davam edə bilərlər.
l
keçmişdən danışmağın onları keçmişə qaytardığını hesab edə bilərlər.
l
maliyyə vəziyyəti, hüquqi statusu, dil maneələri, logistika məsələləri ilə bağlı problemlər və ya
müsadirə edilmə səbəbindən səhiyyə və ya digər resurslardan istifadə etmək iqtidarında olmaya
bilərlər. 
Bu reaksiyaların hər hansı biri insan alveri qurbanı üçün yardım əldə etmək istəyini çətinləşdirə bilər. Qurban
tibbi yardımdan faydalanmaq imkanı əldə etdikdən sonra bu həssaslıqlar, xüsusilə utanma hissi aşkar narahatlıq,
üzücü suallar və stresli ruh düşkünlüyü yarada bilər. İnsan alverinə məruz qalmış şəxslər başlarına gələnlərə görə
qınanmayacaqlarından əmin olmaq istəyirlər. Onlar həmçinin başqaları tərəfindən hörmət və qəbul olunmaq
hissini bərpa etməlidirlər.
Xüsusi çətinliklər
İnsan alverçisi ilə qurban arasında mövcud olan bəzi vəziyyətlər xüsusilə mürəkkəbdir və insan alveri qurbanları
ilə iş zamanı spesifik problemlər yarada bilər. İnsan alverinə məruz qalmış şəxsin öz məlumatlarını açıqlamasına
10
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
5
Yenə orada

mane olan və ya onları özləri, mövcud vəziyyətləri, niyyətləri və ya ailələri haqqında təfərrüatları təhrif etmələrinə
vadar edə biləcək bir çox səbəblər vardır.
l
Ailə üzvləri potensial riskdə olan qurbanlar: Qurbanların çox zaman ailə üzvləri, xüsusilə də
uşaqları olur və bu da öz təhlükəsizlikləri və rifahları haqqında qərarlar da daxil olmaqla, onların
qərar qəbuletməsinə ciddi təsir göstərə bilər.
l
İnsan alverçisi ilə yaxın və ya ailəvi əlaqələri olan qurbanlar: Bəzi hallarda, qurbanların insan
alverçisi ilə şəxsi əlaqələri ola bilər. Qadının onu istismar edən şəxslə hal‐hazırda və ya keçmişdə
romantik əlaqələri ola bilər. Uşaqlar ailə üzvü və ya valideyn hesab etdikləri şəxslər tərəfindən is‐
tismar edilə bilərlər.
l
Qurban‐cinayətkar: Qurbanlar insan alveri qurbanı olmaq vəziyyətindən “çıxaraq” insan alveri
qurbanlarını cəlb edən və ya idarə edən şəxsə çevrilə bilər. 
Bu vəziyyətlərin hər biri yardımın göstərilməsini və qəbulunu çətinləşdirə bilər. İnsan alveri qurbanı üçün bu hallar
davam edən qorxu və ya gələcəklə bağlı təhdidlər və tərəddüdlü niyyətlər kimi ikiqat problemlər yarada bilər.
Səhiyyə işçiləri xəstələrin təyin olunan müayinələrə gəlməməsi və müalicə şərtlərinə riayət etməməsi və ya
xəstələrin sağlamlıq ehtiyaclarının digər dəstək ehtiyaclarına mane olması vəziyyətləri ilə rastlaşa bilərlər.
İnsan alveri halları ilə bağlı cavab tədbirləri
İnsan alveri halları ilə bağlı cavab tədbirləri adətən qabaqlayıcı tədbirlər, müdafiə tədbirləri və cinayət təqibi kimi
tanınan üç geniş sahəni əhatə edir. Qabaqlayıcı tədbirlərə, məsələn, potensial insan alveri qurbanlarını, məsələn,
əməkçi miqrantların istismarının qarşısını almaq məqsədilə həyata keçirilən maarifləndirmə və məlumatlandırma
tədbirləri daxildir. Müdafiə tədbirləri qurbanlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək məqsədi
daşıyan dəstək mexanizmlərini və resurslarını əhatə edir. Cinayət təqibi hüquq‐mühafizə orqanları ilə bağlıdır və
insan alverində iştirak edən cinayətkarları müəyyənləşdirmək, həbs etmək və cinayət məsuliyyətinə cəlb etmək
məqsədi daşıyır.
Aşağıdakı fəsildə insan alverinin yaratdığı sağlamlıq riskləri və fəsadları ilə bağlı bəzi dəlillər təsvir edilir və tibbi
xidmətlərin göstərilməsi ilə bağlı məqamlar müzakirə edilir.
11
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

FƏSİL
Fəsil 2:
İnsan alverinin
sağlamlıqla bağlı
fəsadları
İKİ

Fəsil 2:
İnsan alverinin sağlamlıqla bağlı fəsadları
İnsan alveri qurbanları yüngül və ya kəskin sağlamlıq problemlərindən əziyyət çəkə bilərlər, lakin çox az qurban
heç bir zərərə məruz qalmaya bilər. Bir çox qurban kəskin, üzücü və çox zaman uzunmüddətli xəsarət və
xəstəliklərdən əziyyət çəkirlər. Zorakılıq, məhrumiyyət və stres və ya dəhşət dolu vəziyyətlər hamısı insan alverinin
nişanələridirlər.
BMT‐nin 

Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasını tamamlayan “İnsan alverinin, xüsusən qadın
və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolu [Maddə 6 (3)]
“Hər bir iştirakçı dövlət, müvafiq hallarda, qeyri‐hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş
cəmiyyətinin digər üzvləri ilə əməkdaşlıq da daxil olmaqla, insan alveri qurbanlarının fiziki, psixoloji və sosial
reabilitasiyasını təmin etmək məqsədilə, xüsusilə aşağıdakı tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü
nəzərdən keçirməlidir:
(a) müvafiq mənzil təminatı;
(b) insan alveri qurbanlarının başa düşdükləri dildə xüsusilə onların hüquqlarına dair məsləhət və infor‐
masiya təminatı;
(c) tibbi, psixoloji və maddi yardım; və
(d) məşğulluq, təhsil və təlim imkanları.
6
Bundan əlavə, 6 (4) bəndində həmçinin xüsusi həssas qrupların ehtiyacları müəyyən edilmişdir:
“Hər bir iştirakçı dövlət bu maddənin müddəalarının tətbiqi zamanı müvafiq mənzil, təhsil və tibbi
yardım da daxil olmaqla, insan alveri qurbanlarının yaş, cins və spesifik ehtiyaclarını, xüsusilə
uşaqların spesifik ehtiyaclarını nəzərə almalıdır.”
7
Bu Protokolun tələblərinə riayət etmək baxımından, tibbi işçiləri və digər tibbi xidmət təchizatçıları insan alverinə
məruz qalmış şəxslərin tibbi yardım tələbatı ilə bağlı zəncirin mühüm halqalarıdırlar.
İnsan alveri qurbanlarının xəstəliklərinin simptomları adətən onların insan alveri prosesində üzləşmiş olduqları
sağlamlıq risklərinin məcmu təsirlərini əks etdirdiyindən, qurbanların çox vaxt tibbi yardım ehtiyaclarını
müəyyənləşdirmək çətin olur (bax: Fəsil 1, Qrafik 1).
Mövcud faktlar göstərir ki, insan alverinə məruz qalmış əksər insanlar istismardan əvvəl, istismar zamanı və hətta
istismardan sonra sağlamlıq risklərinə məruz qalır, məsələn, saxlama mərkəzlərində, yaxud həbsxanalarda
saxlanılarkən və ya küçədə qalarkən tibbi yardım imkanından məhrum edilirlər. Həmçinin qeyd etmək lazımdır
ki, tibbi yardımın göstərilməsi “qeyri‐əlverişli mühit” adlandırıla biləcək mühit səbəbindən (məsələn, xəstələr
qapalı yerlərdə saxlanıldıqda və ya tibbi xidmətlərin dövlət tərəfindən təmin edilmədiyi ərazilərdə, hüquq‐
15
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
6
BMT‐nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasını tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq
alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolu, ABŞ, Nyu York, 2000. Bax:
http://untreaty.un.org/English/TreatyEvent2003/Texts/treaty2E.pdf
7
Yenə orada

mühafizə orqanlarına etibar etmək mümkün olmayan
8
,deportasiya və ya köçürülmə prosedurları qeyri‐müəyyən
olan yerlərdə yaşayarkən) də çətinləşə bilər.
Cədvəl 1‐də insan alveri qurbanlarının sağlamlıq risklərinin, eləcə də onların nəticələrinin bəzi əsas kateqoriyaları
əks olunmuşdur. Onların çoxu xüsusilə ən çox fiziki, cinsi və sosial sağlamlıq riskləri ilə bağlı olan psixoloji
xəstəliklərlə üst‐üstə düşür.
Cədvəl 1: İnsan alverinin sağlamlıq riskləri və fəsadlarının icmalı
9
16
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
SAĞLAMLIQ RİSKLƏRİ
POTENSİAL FƏSADLAR
Fiziki zorakılıq, məhrumiyyət
Fiziki sağlamlıq problemləri, həmçinin, ölüm, kontuziyalar, kəsiklər,
yanıqlar, sınmış sümüklər
Təhdidlər, şantaj, zorakılıq
Psixi sağlamlıq problemləri, həmçinin  intihar düşüncəsi və cəhdləri,
depressiya, qorxu, düşmənçilik, keçmişin acı xatirələri və hadisələri
təkrar canlandırma simptomları
Cinsi zorakılıq
Cinsi yolla ötürülən infeksiyalar (o cümlədən QİÇS), çanaq üzvlərinin
iltihabi xəstəlikləri, sonsuzluq, vaginal yara, arzu olunmaz hamiləlik,
təhlükəli abort, zəif reproduktiv sağlamlıq
Narkotika aludəçiliyi
Dərmanlar (qanuni və qeyri‐qanuni), spirtli
içki
Təhlükəli doza, narkotik və ya spirt asılılığı
Sosial məhdudiyyətlər və manipulyasiya
və mənəvi zorakılıq
Psixoloji stres, tibbi xidmətlərdən istifadə imkanının olmaması
İqtisadi istismar
Borc asılılığı, aldadıcı haqq‐hesab
Cüzi qida və ya maye, temperatur nəzarəti, yarıtmaz sanitariya
şəraiti, borcları ödəmək üçün riskə getmək, tibbi xidmət mü qa bilində
ödəniş etmək üçün kifayət qədər vəsaitin olmaması
Qanuni müdafiədən məhrum olma
Məcburi qanunsuz fəaliyyətlər, sənədlərin
müsadirəsi
Xidmətlərdən istifadənin məhdudlaşdırılması və ya tərəddüd
nəticəsində sağlıq durumunun pisləşməsi və vəziyyətin
kəskinləşməsi
Peşə təhlükələri (bax: Cədvəl 2)
Təhlükəli iş şəraiti, yarıtmaz təlim və ya
avadanlıq, kimyəvi, bakterial və ya fiziki
təhlükələrə məruz qalmaq
Susuzlaşdırma, fiziki zədə, bakterial infeksiyalar, həddən çox
istiliyə və ya soyuğa məruz qalmaq, kəsilmiş və ya am‐
putasiya edilmiş ətraflar
Təcrid vəziyyəti
Təcrid, ayrı‐seçkilik, dil və mədəni
maneələr, qəliz logistika (məsələn,
nəqliyyat sistemləri, inzibati prosedurlar)
da daxil olmaqla, struktur və sosial
maneələr.
Diqqətsizlik səbəbindən xəsarətlər və ya infeksiyalar, üzücü
şərait, psixo‐sosial sağlamlıq problemləri
8
Polis və hüquq‐mühafizə orqanlarının digər üzvləri insan alverinə qarşı mübarizə aparan əsas şəxslər olsalar da, bəzən ayrı‐
ayrı polis əməkdaşları insan alveri ilə məşğul olan cinayətkar şəbəkələrdə iştirak edirlər. Daha ətraflı məlumat üçün Tədbirlər
Planı 17‐yə baxın.
8
Bu bölmə C. Zimmerman və digər müəlliflərin 2003‐cü ildə London Gigiyena və Tropik Təbabət Məktəbi tərəfindən Lon‐
donda nəşr edilmiş Qadın və yeniyetmələrin insan alverinə məruz qalmasının sağlamlıq riskləri və fəsadları: Avropada
aparılmış araşdırmanın nəticələri adlı araşdırmada yer almış konseptual modellər və araşdırma nəticələrinə əsaslanır.

Xəstənin sağlamlığına olan təsirlərə əvvəlcədən mövcud olmuş xroniki və ya irsi xəstəliklər, yoluxucu xəstəliklərə
tutulma, təkrarlanan fiziki, cinsi və psixoloji zorakılıq, xroniki çatışmamazlıq, əməyin istismarının müxtəlif formaları
ilə bağlı zərərlər və xəstəliklərin diaqnoz və tibbi yardım imkanlarının olmaması nəticəsində kəskinləşməsi daxil
ola bilər. İşgəncə qurbanlarında olduğu kimi, insan alverinə məruz qalmış şəxslər də çox güman ki, çoxsaylı fiziki
və ya psixoloji xəsarət və xəstəliklərin daşıyıcısıdırlar və müxtəlif simptomlardan şikayət edirlər.
İnsan alverinə məruz qalan və istismar olunan şəxslər çox zaman cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayır və
işləyirlər. Onlar çox zaman ayrı‐seçkilik və laqeydliklə üzləşirlər və onların səhiyyə və təhlükəsizlik resurslarına
çıxış imkanları məhdud olur. Əsas xidmətlərə, demək olar ki, yaxın düşə bilməyən bu qrup şəxslərə tibbi yardım
göstərmək üçün səhiyyə işçiləri tərəfindən birgə səylər tələb olunur.
İ
nsan alveri qurbanlarının sağlamlıq göstəriciləri 
Hal‐hazırda insan alveri qurbanlarının sağlamlığı haqqında məhdud tədqiqat məlumatları mövcuddur. Onların
sağlamlığına dair ən çox mövcud olan faktlar insan alveri vəziyyətindən xilas olduqdan sonra tibbi xidmətlərdən
yararlanan şəxslərin sağlamlıq vəziyyətini əks etdirir və əsasən cinsi istismar məqsədilə insan alverinə cəlb edilən
qadın və qızlarla bağlıdır.
Mövcud biliklər göstərir ki, misal üçün insan alverinə cəlb edilməzdən əvvəl qadın və ya qız qurbanların yarıdan
çoxu fiziki və/yaxud cinsi istismara məruz qalmış ola bilər. Bu zorakılıq tarixçəsi, əslində, qurbanların tora düşməklə
bağlı risk qrupunda olmasına təsir göstərir və güman ki, insan alveri vəziyyətindən xilas olduqdan sonra onların
sağlamlıq problemlərini daha da artırmış olacaq.
Qadın və qızların ifadələri göstərir ki, insan alveri vəziyyətindən xilas olduqdan sonra ən çox rast gəlinən simp‐
tomlara və problemlərə aşağıdakılar daxildir:
l
baş ağrıları (ən geniş yayılmış və davamlı fiziki simptomlardan biridir); 
l
yorğunluq;
l
başgicəllənmə;
l
yaddaş itkisi;
l
cinsi yolla keçən infeksiyalar;
l
qarın ağrısı;
l
bel ağrısı;
l
diş problemləri. 
Daha tez‐tez rast gəlinən digər sağlamlıq problemlərinə arıqlama, qidalanmanın pozulması, yu xunun pozulması
və yuxusuzluq daxildir.
Cinsi istismardan başqa sahələrdə insan alveri qurbanına çevrilmiş şəxslərlə bağlı araşdırmalara əsaslanan
məlumatlar hal‐hazırda azdır. Dünyadakı yardım təşkilatlarının hesabatlarında göstərilir ki, qurbanlar iş yerləri və
yaşayış şəraiti ilə bağlı çoxsaylı təhlükələr yaradan yüksək risk vəziyyətlərinə məcbur edilirlər. Bu cür istismar
vəziyyətlərində sağlamlıq və təhlükəsizlik standartları ümumiyyətlə olduqca aşağıdır.
İstismar vəziyyətlərinə düşən şəxslər haradan yardım istəyəcəklərini bilmədiklərindən öz vəziyyətləri barədə susa
və nəhayətdə vəd olunan gəliri əldə etmək ümidi ilə dözməyə səy göstərə bilərlər. Cədvəl 2‐də əməyin istismarının
ən çox baş verdiyi sahələr və əməklə bağlı ümumi sağlamlıq riskləri və fəsadları haqqında nümunələr verilmişdir.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin